Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3218/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri 251 saylı körpələr evi - uşaq bağçasına (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mübahisə predmeti barəsində müstəqil tələbi irəli süməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Kateqoriya: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri 251 saylı körpələr evi - u şaq bağçasına (mübahisə predmeti barəsində müstəqil tələbi irəli süməyən üçüncü şəxs qismində cəlb edilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti) qarşı işə bərpa tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2832/2024 nömrəli, 14 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 17 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 05 iyun 1990-cı il tarixdən Bakı şəhəri, Xətai rayonu 251 nömrəli körpələr evi - uşaq bağçasında tibb bacısı vəzifəsində işləmişdir.
2. Əmək funksiyalarını tam yerinə yetirməməsinə, müəssisənin daxili intizam qaydalarını pozduğuna, qanunsuz i şçiləri şantaj edərək onların, qrupların və mətbəxin fəaliyyətini mobil telefona çəkdiyinə, bağçada psixoloji rejimi pozduğuna, müdiri təhqir etdiyinə, menyuya imza atmadığına görə, bununla da əmək və icra intizamının pozduğuna görə xx.xx.2022-ci il tarixdə 17 Ş1 saylı əmri ilə, işəgötürən tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Töhmət əmrinin verilməsinə əsas kimi isə xx.xx.2022-ci il tarixdə uşaq bağçasının həmkarlar təşkilatının keçirdiyi iclasın qərarı və işçilərin ərizəsi götürülmüşdür.
3. Uşaq bağçasında əmək funksiyasının tam yerinə yetirmədiyinə, müəssisədaxili intizam qaydalarını pozduğuna, qanunsuz işçiləri şantaj edərək onların və mətbəxin fəaliyyətini mobil telefona çəkdiyinə, bağçada sağlam psixoloji rejimi pozduğuna, 8 nömrəli uşaq poliklinikasının bağçaya təhkim olunmuş həkiminin iş planını qeyri-qanuni ələ keçirərək, qanunazidd olaraq mətbəxdə və qruplarda işçiləri aldadaraq onlara uyğun tələblər edərək öz prinsipini irəli sürdüyünə, müdiri təhqir etdiyinə, menyuya qol çəkmədiyinə görə xx.xx.2022-ci il tarixdə 20 Ş1 saylı əmri ilə, işəgötürən tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən yenidən töhmət verilmişdir.
4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli H-6756-01/09 №li məktubda qeyd olunmuşdur ki, 251 saylı uşaq bağçasında araşdırma aparılmış və bağçanın müdiri Aygün Qurbanova barəsində qanunamüvafiq tədbir görülmüşdür.
5. Bakı şəh əri Xətai Rayon 251 saylı körpələr evi - uşaq bağçasının 23 fevral 2023-cü il tarixli, 7 Ş1 nömrəli əmrinə əsasən, İddiaçı Tibb bacısı kimi 0,5 ştat vahidi ilə işlədiyi vəzifədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 23 fevral 2023-cü il tarixdən azad edilmiş, onunla bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ləğv edilmişdir. Əmrin əsası kimi Xətai Rayon 251 saylı uşaq bağçasının xx.xx.2022-ci il tarixli, 17 Ş1 nömrəli, xx.xx.2022-ci il tarixli, 20 Ş1 nömrəli əmrləri, Həmkarlar Təşkilatının xx.xx.2023-cü il tarixli, 2 nömrəli protokolundan çıxarış qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh uşaq Bağçası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 7 Ş1 saylı əmrin qanunsuz hesab edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməsi, 250 manat hüquqi xərclərə çəkdiyi vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi və buraxılmış iş günlərinə görə bütün işləmədiyi dövr üçün xx.xx.2023-cü il tarixdən əvvəlki vəzifəsinə bərpa olunana kimi olan orta aylıq əmək haqqının cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad olunmaqla onunla əsaslandırılmışdır ki, töhmət əmrinin verilməsinə əsas kimi isə xx.xx.2022-ci il tarixdə uşaq Bağçasının həmkarlar təşkilatının keçirdiyi iclasın qərarı və işçilərin ərizəsi götürülmüşdür. Qeyd olunmalıdır ki, işəgötürən iddiaçını işdən azad edərkən uzun müddət bu sahədə qüsursuz çalışmasını və 30 il ərzində heç bir nöqsana yol verməməklə, heç vaxt intizam məsuliyyətinə cəlb edilməməsini nəzərə almamış, intizam tənbehlərinin verilməsi ilə bağlı əmək qanunvericiliyində təsbit edilmiş diskresion hüququndan qərəzli şəkildə istifadə edərək, barəsində ağır intizam tənbehi tətbiq etməklə, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Bundan əlavə 2022-ci ilin oktyabr və noyabr aylarında baş vermiş pozuntulara görə 2023-cü ilin fevral ayında xitam verməklə, “İntizam tənbehi verilməsi qaydaları” adlanan Əmək Məcəlləsinin 187-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli töhmət əmrləri qanunsuzdur. B elə ki, əmrlərdə iddiaçı tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sübut edilməmiş və iddiaçı tərəfindən müəssisədaxili intizam qaydarının pozulmasının nədən ibarət olması konkret olaraq əsaslandırılmamışdır. Həmçinin, qeyd olunan əmlərin məzmunu və forması qanunvericilyə uyğun olmamışdır. İşəgötürən tərəfindən verilən töhmət əmrlərində iddaçı tərəfindən Əmək Məcəlləsinin 72-ci maddəsinin hansı bəndinin tələblərinin pozulması əsaslandırıla bilməmiş və bununlada verilən əmrlərin qanunsuz olmasını bir daha sübut edir. Həmçinin verilmiş əmrlərdə həmkarlar ittifaqının komitəsinin razılığı alınmışdır ki, intizam tənbehi barədə əmrlərdə həmkarlar ittifaqı komitəsinin razılığı tələb olunmur. Həmçinin iddiaçının bununla bağlı izahatı alınmamışdır ki bu da qanunveric iliyin tələblərinin pozulması kimi qəbul edilməlidir. İşəgötürən tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi barədə əmr verilmiş və əmrin verilməsinə əsas kimi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli intizam tənbehi əmrləri, həmçinin həmkarlar ittifaqı komitəsinin xx.xx.2023-cü il tarixli protokoldan çıxarışı göstərilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, verilən əmr qanunsuz və əsassızdır. Belə ki, əmrin verilməsinə səbəb olan intizam tənbehi barədə əmrlər işdən çıxaram barədə verilən əmrdən 3 ay bundan qabaq verilmişdir. Cavabdeh tərəfindən tətbiq edilən intizam tənbehlərinin üzərindən 3 ay keçdikdən sonra onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi Əmə k Məcəlləsinin 187-ci maddəsinin tələbləri baxımından qanun pozuntusudur. İddiaçının cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli töhmət əmrlərində qeyd edilən nöqsanlar işəgötürən tərəfindən düzgün qiymətləndirilməmişdir. Qeyd edilməlidir ki, göstərilən nöqsanlar əmək funksiyasının və öhdəliyinin pozulması kimi qəbul edilə bilməz. İşçinin əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəlikləri, əmək vəzifələrindən fərqlənir. Əmək funksiyası işçinin yerinə yetirdiyi iş və ya xidmətdir. Əmək vəzifəsi əmək funksiyalarının düzgün, vicdanla və qanuna uyğun yerinə yetirilməsidir. Əmək funksiyasının pozulması işçinin yerinə yetirməli olduğu işlərin yerinə yetirilməməsi əmək funksiyasını yerinə yetirərkən qanuna zidd hərəkət etməsi, verilmiş tapşırıqları düzgün yerinə yetirməməsi isə əmək vəzifəsinin pozulması kimi qəbul edilir. İddiaçının iddia edildiyi kimi yol verdiyi nöqsan işəgötürən tərəfindən pozuntu kimi müəyyən edilsədə, həmin nöqsan yalnız Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallar olduqda kobud pozuntu hesab edilir. Bu səbəbdən, iddiaçının iddia edildiyi kimi törətdiyi və cavabdehin pozuntu kimi qəbul etdiyi nöqsan işəgötürən tərəfindən düzgün qiymətləndirilməmiş və nəticədə bu hal düzgün əsaslandırılmamış əmrin qəbul edilməsinə səbəb olmuşdur. Əmək Məcəlləsinin 189.1-ci maddəsinə əsasən, bir intizam xətasına görə bir intizam tənbehi verilir. Bir dəfə törədilən intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. İşəgötürənin verdiyi intizam tənbehi haqqında əmrlədən görünür ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli intizam tənbehi haqqında əmrlərin məzmunu və qeyd olunan nöqsanlar eynilik təşkil edir və bu xüsusatda verilən əmrlərin qanunsuz və əsassız olmasını bir daha sübut edir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlər yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyıçi işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmçinin məhkəmənin nəzərinə çatdırmaq istəmişdir ki, bağçanın rəhbəri barədə tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə ünvanladığı müraciətə cavab olaraq, idarənin müdiri tərəfindən xx.xx.2023-cü il tarixdə ona rəsmi olaraq cavab məktubu göndərilmişdir. Məktubda müraciətdə qeyd olunan məsələrlələ bağlı əlaqədar aparılmış araşdırma nəticələrinə əsasən, uşaq Bağçasının müdiri Aygün Qurbanova barəsində qanuna müvafiq tədbir görüldüyü bildirilmişdir. Yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, iddiaçının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə ünvanladığı müraciətdən sonra xx.xx.2023-cü il tarixdə iddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir, buna səbəb isə iddiaçının müraciəti olmuşdur (məktubun surəti əlavə olunur). Tərəfindən Azərbaycan Respublikası Vəkillər Kol legiyasının 4 saylı Vəkil Bürosu ilə müqavilə bağlanmış və 200 manat vəsait ödənilmişdir. Həmçinin mediasiya sessiyası üçün 50 manat məbləğində pul vəsaiti ödənilmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, müəssisədə nizam-intizam qaydalarının pozulmasını təsdiq edən hər hansı mötəbər sübutun mövcud olmadığını bildirmişdir. Töhmətdə bəhs edilən videolar müəssisə işçilərinin fəaliyyəti, onları şataj etmək niyyəti ilə çəkilməmiş, sadəcə uşaq Bağçasında uşaqların qidalanması ilə bağlı ərzaqların aiddiyyatı yerdə, müəyyən olunmuş sayda olmaması ilə bağlı olmuşdur. Həmin videolar da müvafiq dövlət orqanlarına göndərilmişdir. Elə ərzaqla bağlı müdirlə mübahisələri olmuşdur. Bundan sonra müdirin iddiaçı ilə qərəzli mü nasibəti yaranmışdır. İddiaçı tərəfindən müəssisədə nizam-intizam qaydaları pozulduğu təqdirdə bağçada təlim-tərbiyə alan uşaqların valideynlərinin şikayəti mövcud olardı, ancaq belə bir şikayət mövcud deyil.
9. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddiaçı tərəfindən müəssisədə işin ahəngi pozulmuşdur. Həmçinin iddiaçı barəsində müəssisə tərəfindən tərtib edilən aktların və intizam tənbehlərinin hüquqi qüvvəsi qalmaqdadır. Belə ki, iddiaçı onun barəsində aktlar tərtib edildiyi və ona qarşı intizam tənbehi tədbiri tətbiq edilən zaman həmin aktları və intizam tənbehlərini mübahisələndirməmişdir. İddiaçının hərəkətlərindən də aydın şəkildə görünür ki, iddiaçı ətrafındakı şəxslərə qarşı çox aqressivdir və bu səbəbdən a rtıq müəssisədə fəaliyyətini davam etdirməsi qeyri-mümkündür.
10. Birinci instansiya məhkəməsinin iclasında Şahid3 ifadəsində bildirmişdir ki, bəhs edilən müəssisədə artıq 12 ildir fəaliyyət göstərir. Baş verən hadisələr son dövrlərdə yaranmışdır. Hazırkı vəziyyətə çatmasının qarşısını almaq məqsədi ilə tərəfləri dəfələrlə sülh yolu ilə danışıqlara dəvət etmişlər. Lakin tərəflər razılığa gəlməmişlər. Son dövrlərdə iddiaçı ilə cavabdeh arasında tez-tez mübahisələr yaranmışdır. İddiaçıya töhmət verilən zaman o, iclasda iştirak etmişdir. X1 sədri Aysel xanımdır. O, müdirin qızıdır və səsvermə yolu ilə seçilmişdir. İddiaçı barəsində aktlar tərtib edilən zaman məlumatlı olmuşdur. İddiaçı müəssisədə hər zaman həkim önlüyü ilə gəzmişdir. O, 2022-ci ilin mart ayında bir dəfə müəssisə rəhbəri Aygün xanıma yaxınlaşaraq Mahirə xanımı tərbiyəçi vəzifəsinə keçirməsini xahiş etmiş, Aygün xanım isə cavabında tərbiyəçi təyin etmək səlahiyyətinin olmadığını bildirmişdir. Müəssisədə fəaliyyətə başladığı vaxtdan səhər fəaliyyətində hər zaman uşaqları özü tək qəbul etmiş, video çəkiliş olduğunu eşitmiş, lakin onun qrupunda heç bir zaman video çəkiliş olmamışdır. İşçilərin şantaj olunması ilə bağlı da heç bir məlumatı yoxdur.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3431/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim: Samirə Eyvazova) iddia tələbi təmin edilmiş, uşaq Bağçasının xx.xx.2023-cü il tarixli, 7 Ş1 saylı əmri ləğv edilmiş və iddiaçı 0,5 ştat vahidi ilə tibb bacısı vəzifəsinə bərpa edilmiş, xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma mü ddəti üçün hesablanmış əmək haqqının iddiaçıya ödənilməsi, iddiaçının çəkdiyi hüquqi xərclərə görə 250 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən 100 manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət nəfinə keçirilməsi qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 1990-cı ildən həmin müəssisədə işləmiş, işlədiyi dövrdə heç bir intizam məsuliyyətinə cəlb edilməmişdir (əvvəllər mövcud olmuş intizam məsuliyyətilə bağlı heç bir sübut təqdim edilməmişdir). uşaq Bağçasının müdiri Aygün Qurbanova ilə iddiaçı arasında münasibətlər 2022-ci ilin ortalarından gərginləşməyə başlamış, daha sonra iddiaçı ardıcıl olaraq intizam məsuliyyətlərinə cəlb edilmiş, şiddətli töhmət (xx.xx.2022-ci il tarixli) veril dikdən sonra müdir Bakı şəhəri Təhsil idarəsinə iddiaçının işdən çıxarılması üçün təqdimat (xx.xx.2022ci il tarixli) ünvanlamışdır. Təqdimata cavab (xx.xx.2023-cü il) olaraq bildirilmişdir ki, iddiaçı ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi uşaq bağçasının müdirinin səlahiyyətindədir.
13. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli Xətai Rayon 251 saylı uşaq Bağçasının № 7 Ş1 əmrinə əsasən, İddiaçı 0,5 ştat vahidi ilə işlədiyi Tibb bacısı kimi 23 fevral 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ləğv edilmişdir. Əmrin əsası kimi xx.xx.2023-cü il tarixli Xətai Rayon 251 saylı uşaq bağçasının əmr № 7 Ş1, xx.xx.20 22-ci il tarixli əmr № 20 Ş1, xx.xx.2023-cü il tarixli Həmkarlar Təşkilatının № 2 saylı protokolundan çıxarış qeyd edilmişdir. Əmrin əsası kimi çıxış edən töhmət, şiddətli töhmət və Həmkarlar Təşkilatının protokolu məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməmişdir. Məhkəmə gəldiyi həmin nəticəni onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş töhmət və şiddətli töhmət üçün əsas kimi göstərilən müxtəlif tarixli aktların böyük əksəriyyəti eyni şəxslər tərəfindən imzalanmışdır. Həmin şəxslərdən dördü məhkəmə baxışına şahid qismində dəvət edilmiş, lakin onlardan yalnız biri məhkəmə baxış iclasında iştirak etmişdir. Şahid qismində izahat vermiş Şahid3 öz izahatında müdirlə iddiaçı arasında yalnız bir dəfə mübahisənin şahidi olduğunu qeyd etsə də xx.xx.2021-ci il tarixli, xx.xx.2022- ci il tarixli aktlarda müdir və iddiaçı arasında mütəmadi mübahisə olduğu qeyd edilir və aktın sonunda şahidin imzası, soyadı qeyd edilmişdir. Məhkəmə oxşar məzmunlu, şahid ifadəsi ilə təsdiqini tapmayan, tərtibat üsulu baxımından şübhə doğuran aktları mötəbər sübut hesab etmir. Bu səbəbdən də töhmətlərin əsası kimi çıxış edən halların məhkəmədə sübuta yetirilə bilmədiyi qənaətinə gəlmişdir.
14. Əmrin əsası kimi çıxış edən Həmkarlar Təşkilatının xx.xx.2023-cü il tarixli, 2 nömrəli iclas protokolunda iclasda iştirak edənlərin sayı 10 nəfər göstərildiyi halda, bu şəxslərin adları qeyd edilməmiş, imzaları göstərilməmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, (iddiaçının izahatı, şahid ifadəsi, müdir Aygün Qurbanovanın izahatı) Həmkarlar Təşkilatının sədri uşaq bağçasının müdiri Aygü n Qurbanovanın qızıdır. Bu rəhbər şəxslərin yaxın qohumluq əlaqəsində olması, o cümlədən iclas iştirakçılarının öz imzaları ilə iştiraklarını təsdiq etməməsi səbəbindən məhkəmə işdən çıxma əmrinin əsası kimi çıxış edən Həmkarlar Təşkilatının xx.xx.2023-cü il tarixli, 2 nömrəli protokolunu da mötəbər sübut kimi qəbul etməmişdir.
15. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi iddiaçının yol verdiyi iddia olunan pozuntunun xarakterinə adekvat deyil. Həmçinin, işin hallarından da göründüyü kimi, iddiaçı tərəfindən əmək funsiyalarının, vəzifə borcunun yerinə yetirilməməsini sübut edən mötəbər dəlil mövcud deyildir. Cavabdeh iddiaçı barəsində verilmiş intizam tənbeh tədbirləri ilə iddiaçının tanış olmasını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişd ir. Məhkəmə araşdırması zamanı, müdir və işçi arasında münasibətlərin gərginləşməsi səbəblərindən biri kimi iddiaçının bağçaya gətirilən ərzaqların saxlanması, miqdarı, uşaqların qidalanması ilə bağlı müdirə iradlar bildirməsi, müvafiq qurumlara şifahi və yazılı müraciət etməsi ilə bağlı olduğu qeyd edilmişdir.
16. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə səbəb olan, həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş nəticələrin baş verməsi cavabeh tərəfindən sübuta yetirilmədiyindən, habelə iddiaçının hərəkətləri onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə mütənasib olmadığından cavabdehin xx.xx. 2023- cü il tarixli, 7 Ş1 saylı əmri ləğv edilməli, həmçinin iddiaçıya xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günədək buraxdığı məcburi iş müddəti üçün əmək haqqı verilməlidir. (ƏM 300.1ci maddəsi).
17. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 36-ci (İİİ hissə), Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.2, 2.3, 12, 14, 70 (“ç” bəndi), 70.2, 71.3, 72, 186.2, 186.3, 187.4, 189.3, 195, 196.1, 300.1-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Langer Almanyaya qarşı” və “Qavazov Bolqarıstana qarşı” işlər üzrə qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edi lməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; Göründüyü kimi iddiaçını əməllərində hər iki hal mövcudur. Birinci hal onunla sübut olunur ki, iddiaçını qanunsuz hüquq pozuntuları törətməsi barədə işçilərin çoxsaylı akt, ərizə və izahatları, həmçinin valideynlərin çoxsaylı müraciətləri mövcuddur. İkinci hal üzrə iddiaçı tərəfindən X2 pozulmasına görə barəsində xx.xx.2022-ci il tarixli, 17 Ş1 saylı əmri ilə intizam tənbehi tətbiq edilərək töhmət, xx.xx.2022-ci il tarixli, 20 Ş1 saylı əmri ilə barəsində intizam tənbehi tətbiq edilərək şiddətli töhmət verilmişdir. Hər iki qərar mübahisələndirilməmişdir. Əmək Məcəlləsinin 10-cu maddəsinin ç) bəndinə əsasən işçinin həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə, belə şəraitin yaradılmasını tələb etmək hüququ vardır. İş materialları ilə müəyyən edilir ki, işçilər ayrıayrı vaxtlarda uşaq Bağçasının müdriyyətinə çoxsaylı müraciətlər edərək bildirilir ki, iddiaçı tərəfindən onlara psixoloji təsir edilir və onun tərəfindən körpələr evində əsassız s özsöhbətlər yaradılır və onlar tərəfindən işin normal ahəngi təmin edilə bilmir. İşçilər tərəfindən bu barədə tədbir görülməsi rəhbərlikdən xahiş edilmişdir. Xətai Rayonu, 251 saylı körpələr evi - uşaq bağçasının X2 3.1-ci bəndinə əsasən işçilərin aşağıdakı vəzifələri vardır. 3.1. Rəhbərin göstərişlərini, habelə onunla bağlanmış Əmək müqaviləsinin müəyyən etdiyi xidmət vəzifələrini vaxtında, dəqiq və vicdanla yerinə yetirmək: 3.6. İş yoldaşlarının hüquqlarına hörmətlə yanaşmaq, onların qanuni maraqlarını pozmamaq: 6.1. Müəssisənin imicinə zərər vurmamaq, yəni qeyri etik (yalan) məlumatların işçilər tərəfindən yayılması, işçilər və ictimayyət arasında çaşqınlıq yaradan məlumatların yayılması: 7.1 İşçilər müəssisənin müəyyən etdiyi xüsusi geyimləri geyinməlidir 10.1. Öz xidməti vəzifəsini ye rinə yetirərkən hər bir işçi dərk etməlidir ki, bağçanın mənafeləri işçini hər hansı şəxsi mənafelərindən həmişə üstündür və işçi qeyd edilən mənafelər arasında ziddiyyət yaratmaqdan şərtsiz vaz keçməlidir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən o qənaətə gəlmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə səbəb olan hallar Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş nəticələrin baş verməsi cavabdeh tərəfindən sübuta yetirilmədiyindən,habelə iddiaçının hərəkətləri onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə mütanasib olmadığından cavabdehin xx.xx.2023-cü il tarixli, 7 Ş1 saylı əmri ləğv edilməlidir. Məhkəmə bu qərara gələrkən öz qətna məsində (bax 5-ci səhifə 2-ci abz.) Əmək Məcəlləsinin 70-ci maddəsinə istinad etmiş və göstərmişdir ki, əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud çəkildə pozduqda ləğv edilə bilər. Məhkəmə öz qərarında ona istinad etmişdir ki, işəgötürən işçi tərəfindən əmək funksiyalarının, vəzifə borcunun yerinə yetirilməməsini sübuta yetirə bilməmiş və əmək və icra intizamının normal ahənginin pozulmasını, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəydiyini göstərə bilməmişdir. Bu hissədə məhkəmə ya qanunları bilmir, ya da ki, sübutların sa xtalaşdırılmasına cəhd edir. Birincisi, məhkəmə bilərəkdən nəzərdən qaçırır ki, müəssisə istehsal xarakterli deyil, təlim, təhsil və tərbiyə xarakterlidir. Yəni, müəssisənin istehsal xarakteli olması kimi göstərilərək dəymiş zərərin maddi formada olmasına istinad edilməsi yolverilməzdir. Bu kimi müəssisələrdə yalnız işin ahənginin pozulması və əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi kimi özünü büruzə verə bilər. Göründüyü kimi bu tipli müəssisələrdə qanunverici ziyanın hər hansı formada olmasını əsas tutmuşdur. İş materialları ilə müəyyən edilir ki, iddiaçı uşaqlara verilən yeməyin keyfiyyətinə məsul olmasına baxmayaraq, tərtib edilmiş menyulara qərəzli olaraq qol çəkməmiş və nəticədə davamlı olaraq uşaqlara yeməyin verilməsində mütəmadi olaraq gecikmələr baş vermişdir ki, bu da iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olmuşdur. Əmək Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə sübutların qiymətləndirilməsinə dair hissədə də qanunu tələblərini pozub. Belə ki, məhkəmə qanunsuz olaraq, 252 saylı uşaq bağçasının 7 Ş1 saylı əmrinin əsası kimi çıxış edən, iddiaçıya töhmət verilməsi barədə xx.xx.2022-ci il tarixli, 17 Ş1 saylı əmri, şiddətli töhmət verilməsi barədə xx.xx.2022-ci il tarixli, 20 Ş1 saylı əmri, xx.xx.2023-cü il tarixli Həmkarlar Təşkilatının 2 saylı, xx.xx.2023cü il tarixli Protokoldan Çıxarışı sübut kimi qəbul edilməmişdır. Mülki işin materialları ilə müəyyən edilir ki, işçinin əsas vəzifələrinə daxil olan yuxarıda göstərilən hallar işçi tərəfindən pozulmuşdur. Belə ki, işçi hər dəfə müxtəlif bəhanələrlə iş vaxtı müəssisədə dava-dalaş salaraq işin normal ahəngini pozmuşdur. Bu halların baş verməsi işçilər tərəfindən, işəgötürənə edilmiş şifahi müraciətlərlə və digər işçilər tərəfindən ayrı-ayrı vaxtlarda verilmiş ərizələrdə ifadə olunmaqla öz təsdiqini tapmışdır.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2(103)-5210/2023 nömrəli qətnaməsi ilə (hakimlər: İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçının cavabdeh 251 saylı uşaq bağçasına qarşı “işə bərpa və buraxılmış iş günlərinə görə işə bərpa olunanadək orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir.
21. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbini təmin edən birinci instansiya məhkəməsi həmin əmrə əlavə edilmiş və onun verilməsinə əsas olmuş daha əvvəl iddiaçıya intizam tənbehi kimi verilmiş töhmət, şiddətli töhmət və Həmkarlar Təşkilatının protokolunu sübut kimi qəbul etməmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsasl andırmışdır ki, təqdim edilmiş töhmət və şiddətli töhmət üçün əsas kimi göstərilən müxtəlif tarixli aktların böyük əksəriyyəti eyni şəxslər tərəfindən imzalanmışdır. Həmin şəxslərdən dördü məhkəmə baxışına şahid qismində dəvət edilmiş, lakin onlardan yalnız biri məhkəmə baxış iclasında iştirak etmişdir. Şahid qismində izahat vermiş Şahid3 öz izahatında müdirlə iddiaçı arasında yalnız bir dəfə mübahisənin şahidi olduğunu qeyd etsə də xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli aktlarda müdir və iddiaçı arasında mütəmadi mübahisə olduğu qeyd edilir və aktın sonunda şahidin imzası, soyadı qeyd edilmişdir. Məhkəmə oxşar məzmunlu, şahid ifadəsi ilə təsdiqini tapmayan, tərtibat üsulu baxımından şübhə doğuran aktları mötəbər sübut hesab etmir. Bu səbəbdən də töhmətlərin əsası kimi çıxış ed ən halların məhkəmədə sübuta yetirilə bilmədiyi qənaətinə gəlir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, MPM-in 190.1-ci maddəsinə görə, intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Məcəllənin 190.3-cü maddəsinə görə, işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Hazırkı halda iddiaçıya töhmət verilməsi barədə xx.xx.2022-ci il tarixli, 17 Ş1 nömrəli və şiddətli töhmət verilməsi barədə xx.xx.2022-ci il tarixli, 20 Ş1 nömrəli əmr iddiaçı tərəfindən Əmək Məcəlləsinin 190.3-cü maddəsinə uyğun olaraq mübahisələndirilməmişdir. İddiaçı özü də məhkəmə kollegiyasının iclasında intizam tənbehləri barədə həmin əmrlərdən məlumatı olduğunu, lakin onları mübahisələndirmədiyini təsdiq etmişdir. Belə olan halda məlum olur ki, birinci instansiya məhkəməsinin iddiaçıya töhmət və şiddətli töhmət növündə inzibati tənbeh verilməsi barədə qüvvədə olan və iddiaçının da mübahisələndirmədiyi əmrlərə münasibətdə onların mötəbər sübut hesab edilməməsi və nəzərə alınmaması ilə bağlı gəldiyi qənaət aşkar əsassız olmuşdur. Bu isə son nəticədə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Belə ki, birinci instansiya məhkəməsi öz qətnaməsində iddiaçı tərəfindən sonuncu dəfə intizam tənbehinin verilməsinə əsas olan pozuntuya yol verildiyini müəyyən etmişdir. Lakin birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cav abdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi onun törətdiyi pozuntuya adekvat olmamışdır. Demək ki, iddianı təmin edən birinci instansiya məhkəməsi də iddiaçının sonuncu dəfə intizam tənbehi verilməsinə əsas olan pozuntuya yol verdiyini təsbit etmiş, lakin iddiaçı barəsində əvvəlki intizam tənbehi barədə qüvvədə olan əmrlərə münasibətdə qiymətləndirmədə səhvə yol verdiyindən, işəgötürən tərəfindən sonuncu pozuntuya görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiqini adekvat – mütənasib hesab etməmişdir. Halbuki Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi digər pozuntularla yanaşı, həm də Əmək Məcəlləsinin 72-ci maddəsində təsbit olunmuş əmək vəzifələrinin kobud pozulmasını da nəzərdə tutur. Həmin normada sadalanan əmək vəzifələrinin kobud şəkildə poz ulması hallarına əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması da aid edilmişdir (maddə 72 “ə” bəndi). Bununla da məlum olur ki, işəgötürənin mübahisələndirilən əmri iddiaçının törətdiyi pozuntuya tam uyğun (adekvat) və mütənasib olmuşdur. Əmrin əsası kimi çıxış edən xx.xx.2023-cü il tarixli Həmkarlar Təşkilatının 2 saylı iclas protokolunu da birinci instansiya məhkəməsi mötəbər sübut kimi qəbul etməmiş və qeyd etmişdir ki, iclasda iştirak edənlərin sayı 10 (on) nəfər göstərildiyi halda, bu şəxslərin adları qeyd edilməmiş, imzaları göstərilməmişdir (iddiaçının izahatı, şahid ifadəsi, müdir Aygün Qurbanovanın izahatı), Həmkarlar Təşkilatının sədri uşaq Bağçasının müdiri Aygü n Qurbanovanın qızıdır. Bu rəhbər şəxslərin yaxın qohumluq əlaqəsində olması, o cümlədən iclas iştirakçılarının öz imzaları ilə iştiraklarını təsdiq etməməsi səbəbindən məhkəmə işdən çıxma əmrinin əsası kimi çıxış edən xx.xx.2023-cü il tarixli Həmkarlar Təşkilatının 2 saylı protokolunu da mötəbər sübut kimi qəbul etmir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericilik işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilməsini tələb etmişdir. Hazırkı iddiaçının əmək müqaviləsinə xitam verilən zaman işəgötürən tərəfindən, qanunun həmin tələblərinə əməl edilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən əsasla (Həmkarlar təkilatın ın sədrinin işəgötürənlə yaxın qohumluq əlaqəsində olması, o cümlədən iclas iştirakçılarının öz imzaları ilə iştiraklarını təsdiq etməməsi səbəbindən) həmin protokolu mötəbər sübut kimi qəbul etməməsi də əsassız olmuşdur. Beləliklə, iddiaçıya töhmət verilməsi barədə xx.xx.2022-ci il tarixli, 17 Ş1 nömrəli və şiddətli töhmət verilməsi barədə xx.xx.2022-ci il tarixli, 20 Ş1 nömrəli əmr qüvvədə olduğundan, cavabdehin xx.xx.2023-cü il tarixli, 7 Ş1 nömrəli əmrlə iddiaçının əmək müqaviləsinə 23 fevral 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməsi, əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur.
22. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 36-cı (İİİ hissə), Əmək Məcəlləsinin 2.2, 2.3, 12, 14, 70 (“ç” bəndi), 70.2, 71.3, 72, 80.1, 80.2, 186.2, 186.3, 187.4, 189.3, 195, 196.1, 300.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
23. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 12 fevral 2024cü il tarixli, 2(102)-435/2024 nömrəli (hakimlər: Zəki Babayev (sədrlik edən və məruzəçi), Əhməd Nurməmmədov və Abiddin Hüseynov) qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2(103)5210/2023 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxıl ması üçün göndərilmişdir.
25. Kassasiya instansiya məhkəməsi apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamışdır. Belə ki, işəgötürənin iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə uyğun olaraq - “əmək funksiyasını tam yerinə yetirmədiyinə, müəssisədaxili intizam qaydalarını pozduğuna, qanunsuz işçiləri şantaj edərək onların qruplarını və mətbəxin fəaliyyətini mobil telefona çəkdiyinə, bağçada uşaqların psixoloji rejimi pozduğuna, müdiri təhqir etdiyinə və menyuya imza atmadığına görə” xx.xx.2022-ci il tarixli 17 Ş1 saylı əmrlə töhmət, daha sonra isə - “əmək funksiyalarını tam yerinə yetirmədiyinə, müəssisədə nizam-intizam qaydalarını pozduğuna, qanunsuz işçiləri şantaj edərək onların və mətbəxin fəaliyyətini telefonla çəkdiyinə, bağçada sağlam psixoloji rejimi pozduğuna, 8 saylı uşaq poliklinikasının bağçaya təhkim olunmuş həkiminin iş planını qanunsuz ələ keçirərək mətbəxdə və qruplarda işçiləri aldadaraq öz prinsiplərini həyata keçirdiyinə, müdiri təhqir etdiyinə və menyuya qol çəkmədiyinə görə” xx.xx.2022-ci il tarixli 20 Ş1 saylı əmrlə şiddətli töhmət verməsi və iddiaçının da etiraf etdiyi kimi həmin əmrlərdən məlumatlı olsa da, əmrləri mübahisələndirməməsi, habelə cavabdehin 7 Ş1 nömrəli əmrinə əsasən iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edildiyi xx.xx.2023-cü il tarixdə, iddiaçıya intizam tənbehinin verilməsi barədə yuxarıda qeyd olunan əmrlərin qüvvədə olması işin mübahisəsiz halıdır.
26. Bununla belə apellyasiya instansiya məhkəməsinin də qətnaməsində qeyd etdiyi kimi Əmək Mə cəlləsinin 70-ci maddəsinin “ç” bəndi digər pozuntularla yanaşı, həm də əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması kimi, Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində təsbit olunmuş əmək vəzifələrinin kobud pozulmasını da nəzərdə tutur. Lakin apellyasiya instansiya məhkəməsi iddiaçıya iki dəfə, xx.xx.2022-ci il tarixdə töhmət və sonuncu dəfə xx.xx.2022-ci il tarixdə şiddətli töhmət intizam tənbehinin verilməsindən sonra iddiaçının altı ay müddət ərzində təkrarən əmək funksiyasını pozmasını təsdiq edən hər hansı sübutun cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməməsini və iş materiallarında belə sübutun mövcud olmamasını nəzərdən qaçırmış, iddiaçını n əmək vəzifələrinin pozulmasına yol verilməsini təsdiq edən sübutlar kimi cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə yalnız xx.xx.2021 (i.v.30-31), xx.xx.2022 (i.v.37-81), xx.xx.2022 (i.v.48-51), xx.xx.2022 (i.v.47), xx.xx.2022 (i.v.45-46), xx.xx.2022 (i.v.54), xx.xx.2022 (i.v.55) tarixlərdə uşaq bağçasının əməkdaşları tərəfindən tərtib edilmiş Aktların təqdim edilməsinə, qeyd olunan Aktlarda yol verdiyi göstərilən əmək vəzifələrinin pozulmasına görə iddiaçıya iki dəfə, xx.xx.2022-ci il tarixdə töhmət və sonuncu dəfə xx.xx.2022-ci il tarixdə şiddətli töhmət intizam tənbehinin tətbiq edilməsinə diqqət yetirməmiş, işin qeyd olunan hallarına düzgün hüquqi qiymət verməmişdir. Əmrin əsası kimi çıxış edən xx.xx.2023-cü il tarixli Həmkarlar Təşkilatının 2 saylı iclas protokolunda (i.v.61 -63) isə, qeyd olunan iclasda iştirak edən əməkdaşların çıxışlarında “iddiaçının xx.xx.2023-cü il tarixdə məzuniyyətdən qayıtdıqdan sonra yenə də “köhnə əməllərini” davam etdirməyə başlaması” vurğulansa da, cavabdeh tərəfindən Həmkarlar Təşkilatına ünvanlanmış əsaslandırılmış yazılı təqdimat, habelə həmin təqdimata əlavə edilmiş müvafiq əsaslandırma sənədləri birinci instansiya məhkəməsinə təqdim edilməmişdir
27. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması üçün əsaslar, ona əvvəllər iki dəfə, töhmət və şiddətli töhmət intizam tənbehinin verilməsi üçün əsas olmuş hallarla eynidir, bu halda işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən mübahisələndir ilən əmrlə yanaşı iddiaçıya töhmət və şiddətli töhmət intizam tənbehinin verilməsi barədə əmrlərin qanuniliyinə də hüquqi qiymət verilməli idi. İşdən göründüyü kimi, iddiaçıya töhmət verilməsi barədə xx.xx.2022-ci il tarixli 17 Ş1 saylı əmrdə onun “əmək funksiyasını tam yerinə yetirmədiyi, müəssisədaxili intizam qaydalarını pozduğu, qanunsuz işçiləri şantaj edərək onların qruplarını və mətbəxin fəaliyyətini mobil telefona çəkdiyi, bağçada uşaqların psixoloji rejimini pozduğu, müdiri təhqir etməsi və menyuya imza atmaması”, iddiaçıya şiddətli töhmətin verilməsi barədə xx.xx.2022-ci il tarixli 20 Ş1 saylı əmrdə isə “əmək funksiyalarını tam yerinə yetirmədiyi, müəssisədə nizam-intizam qaydalarını pozduğu, qanunsuz işçiləri şantaj edərək onların və mətbəxin fəaliyyətini telefonla çəkdiyi, bağç ada sağlam psixoloji rejimi pozduğu, 8 saylı uşaq poliklinikasının bağçaya təhkim olunmuş həkiminin iş planını qanunsuz ələ keçirərək mətbəxdə və qruplarda işçiləri aldadaraq öz prinsiplərini həyata keçirdiyi, müdiri təhqir etdiyi və menyuya qol çəkmədiyi” göstərilmiş, bunun konkret hansı hərəkətlərlə ifadə olunması qeyd olunmamışdır.
28. Uşaq Bağçası barədə iddiaçının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciətindən sonra, 251 saylı uşaq bağçasında araşdırma aparılması və bağçanın müdiri Aygün Qurbanova barəsində qanunamüvafiq tədbir görülməsi ilə bağlı, qeyd olunan İdarədən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli H-6756-01/09 №li məktuba apellyasiya instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmiş, bağçanın müdiri tərəfindən i ddiaçı barəsində görülmüş intizam tədbirlərinin onun tənqidə görə təqib olunması ilə bağlı olub-olmamasına münasibət bildirilməmişdir. Həmçinin qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 23 fevral 2023-cü il tarixli, 7 Ş1 nömrəli əmrin məzmunu araşdırılmamış, həmin əmrin yalnız Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinin dispozisiyası ilə əsaslandırılması, bu zaman işçinin yol verdiyi pozuntuların konkret nədə ifadə olunmasının əmrdə göstərilməməsi, bununla da əmrin Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin və 83-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun tərtib edilib-edilməməsinə hüquqi qiymət verilməmişdir.
29. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 2.2, 2.3, 12.1, 14, 80.1, 80.2, 186.2, 186.3, 187.4, 189.3, 195, 196.1, 300.1-ci maddələrinə, “F.C avadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
30. Apellyasiya instansiya məhkəsinin 14 may 2024-cü il tarixli, 2(103)2832/2024 nömrəli qətnaməsi ilə (hakimlər: Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
31. Apellyasiya instansiyası məhkəməsində 7 may 2024-cü il ta rixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsinə kassasiya instansiyası məhkəməsinin göstərişi və qeyd olunan normanın tələbi izah olunsa da, bu xüsusata dair hər hansı bir sübut təqdim olunmamışdır.
32. Əmrlə tətbiq olunmuş intizam tənbehinin Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə uyğun olaraq işçinin şəxsiyyətinə uyğun, habelə yol verilən pozuntuya mütənasib olub-olmaması, işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş olması, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması əsaslandır ılmamışdır.
33. Bundan başqa, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 6 fevral 2023-cü il tarixli, H675601/09 №li məktubdan görünür ki, iddiaçının müraciətindən sonra cavabdeh barəsində 251 saylı uşaq bağçasında araşdırma aparılmış və Aygün Qurbanova barəsində qanunamüvafiq tədbir görülmüş, yəni, cavabdeh tərəfindən iddiaçı barəsində görülmüş intizam tədbiri məhz bu araşdırmadan və bağçanın müdiri barəsində tədbir görüldükdən sonra baş vermişdir.
34. Həmçinin 23 fevral 2023-cü il tarixli, 7 Ş1 nömrəli əmrin məzmunundan görünür ki, əmr Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin və 83-cü maddəsinin 1-ci hissəsinin tələblərinə zidd olaraq yalnız məcəllənin 72-ci maddəsinin “ə” bəndinin dispozisiyası ilə əsaslandı rılmış, işçinin yol verdiyi pozuntuların konkret nədə ifadə olunması əmrdə göstərilməmişdir.
35. Beləliklə, mülki işə apellyasiya qaydasında baxan apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianı rədd etməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. Cavabdeh (vəkil X4) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmiş dir.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən təqdim edilən sübutlara düzgün hüquqi qiymət verməyən məhkəmə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
38. Məhkəmə həmçinin mübahisəli qətnaməni qəbul edən zaman iddiaçının kollektivdə nüfuzunu, peşakarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almamışdır. Bağçanın işçiləri tərəfindən müxtəlif tarixlərdə yazılmış izahatlardan görünür ki, iddiaçı kollektiv arasında gərginlik yaratdığı üçün onun kollektiv arasında nüfuzu yoxdur.
39. Məhkəmə qəbul etdiyi qətnamənin 34-cü bəndində qeyd etmişdir ki, cavabdeh tərəfindən işçinin hansı əmək funksiyasını pozduğunu, hansı nizam intizam qaydalarını pozduğunu əsaslandırması üçün məhkəmə prosesi bu əsasla təxirə salınsa da cavabdehin nümayəndəsi növbəti məh kəmə prosesində iştirak etməmişdir. Elektron məhkəmə informasiya sisteminə əlavə edilmiş ərizədən də görünür ki, cavabdehin nümayəndəsi həmin tarixə başqa məhkəmə prosesinin olması səbəbi ilə əlaqədar məhkəmə prosesinin təxirə salınmasını xahiş etsə də məhkəmə ərizəni nəzərə almadan prosesi davam etdirmiş və həmin tarixdə də qətnamə qəbul etmişdir. Bundan əlavə, cavabdeh tərəfindən Elektron Məhkəmə İnformasiya sisteminə yüklənmiş sənədlərdən aydın olur ki, iddiaçının hər bir qanunsuz hərəkəti qanunvericiliyin tələblərinə uyğun olaraq aktlaşdırılıb. X5 bacısının əmək funksiyaları barədə məlumatlarda elektron sistemə əlavə olunub. Həmin təlimatdan görünür ki, tibb bacısının əmək funksiyasına daxil olan funksiyasında biri də qidalanma ilə bağlı nəzərdə tutulmuş funksiyalardı. Tərtib edilmiş m enyunu imzalamaq tibb bacısının əmək funksiyalarına daxildir, imzalamamaq isə əmək funksiyasını yerinə yetirməməkdir. Qeyd edək ki, 2018-ci il tarixdən menyular hazır vəziyyətdə olmaq məktəbə qədər müəssisəyə təqdim edilir. Uşaq bağçasının həmin menyunun tərtibində heç bir iştirakı olmur.
40. İşə baxan apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən səsləndirilən izahatlara tənqidi yanaşmamasını əsaslandırılmamışdır. Həmçinin iddiaçının iddianın əsası kimi istinad etdiyi heç bir hal məhkəmə qətnaməsində öz əksini tapmamışdır.
41. Cavabdeh tərəf olaraq iddiaçının əmək müqaviləsi götürdüyü vəzifələri yerinə yetirməməsi həmçinin əmək funksiyasını pozduğuna dair kifayət qədər sübut təqdim edilmişdir. Apellayasiya instansiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmay araq düzgün hüquqi qiymət verməmişdir.
42. Apellyasiya instansiya məhkəməsi qətnamə qəbul edərkən prosessual hüquq normalarını pozaraq heç bir maddi hüquq normasını tətbiq etməmiş, istinad etdiyi hüquq normalarının tətbiqində yalnışlığa yol vermişdir. Beləliklə qətnaməni hər hansı maddi hüquq norması ilə əsaslandırmamışdır.
43. Cavabdeh kassasiya şikayətini Əmək Məcəlləsinin 68.1, 70, 71.3, 72, 80.1, 80.2-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci tarixli, 4 saylı qərarına istinad etmişdir. b)
44. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
45. Maddə 14.1. Əmək münasibətlərinin tənzimlənməsi sahəsin də qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər.
46. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bi lər.
47. Maddə 70 (bənd “ç”). Əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər.
49. Maddə 70 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziy an dəymiş olsun.
48. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
49. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkət sizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
50. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
51. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
52. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sə nədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
53. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonunc u xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.
54. Maddə 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.
55. Maddə 189.1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.
56. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qayd aların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
64. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
66. Qanunun tələbinə görə, kassasiya instans iyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
67. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
68. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahis əli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
69. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
70. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mah iyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
71. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
72. Məhkəmə kollegiyası işin faktiki halları ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, həmin dəlillər məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticə lərin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
73. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
74. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 may 2024-cü il tarixli 2(103)-2832/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.