Məhkəmə qərarları › İş №2(102)-3218/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3218/2025

09.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3218/2025 09.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: borc pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kol legiyasının 2(104)-944/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 9 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.2018-ci il tarixli, 01 saylı borc müqaviləsinə əsasən X2 Əhəd Tofiq oğluna 55.000 ABŞ dolları borc pul vermişdir. 2. xx.xx.2019-cu il tarixli, 02 saylı borc müqaviləsinə əsasən X13 Əsgərova 65.000 ABŞ dolları borc pul vermişdir. 3. xx.xx.2018-ci il tarixli, 02 saylı borc müqaviləsinə əsasən Nəbiyev X8 Əhəd Tofiq oğluna 28 fevral 2020-ci il tarixədək qaytarmaq şərti ilə 15.000 ABŞ dolları borc pul vermişdir. (cild 2, i.v. 30) 4. xx.xx.2018-ci il tarixli, 01 saylı borc müqaviləsinə əsasən Cavabdeh Maraql ı şəxs 28 aprel 2019-cu il tarixədək qaytarmaq şərti ilə 55.000 ABŞ dolları borc pul vermişdir. (cild 2, i.v. 29)

5. İşəgötürən "xxxx" MMC ilə işçi İddiaçı arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilmişdir

6. X6, Maraqlı şəxs və X7 arasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan e-2(004)-1240/2023 nömrəli mülki işi üzrə icraat zamanı xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalanmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)1240/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Ələmdar Həsənovun müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh və X7 cəlb edilməklə cavabdeh Maraqlı şəxs qarşı “pul” tələbinə dair iddia qismən təmin edilmiş, cavabdeh Maraqlı şəxs 62.000 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 395,4 manat məbləğində pul vəsaiti iddiaçı Ələmdar Həsənovun xeyrinə tutulması qət edilmişdir.

7. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1841/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinı əsasən iddiaçı Maraqlı şəxs Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir.

8. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-5854/2024 nömrəli, 18 dekabr 2024-cü il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cavabdeh "xxxx" ASC-də olan **********6944-016306, **********944-16306, **********4944-016306 və **********944-16306 nömrəli hesablarına, o cümlədən 54 xxxxxxxx286526 nömrəli debet kart hesabına xx.xx.2020-ci il tarixli F2012-2762 nömrəli qəbzlə 2.762,0 manat, xx.xx.2022-ci il tarixli 1162 nömrəli qəbzlə 2.000,0 manat, xx.xx.2022-ci il tarixli 9140 nömrəli qəbzlə 762,0 manat, xx.xx.2022-ci il tarixli 2349 nömrəli qəbzlə 2.000,0 manat, xx.xx.2022-ci il tarixli 11091 nömrəli qəbzlə 762,0 manat, xx.xx.2022-ci il tarixli 15395 nömrəli qəbzlə 762,0 manat, xx.xx.2022-ci il tarixli 28635 nömrəli qəbzlə 2.762,0 manat, xx.xx.2022-ci il tarixli 4132 nömrəli qəbzlə 2.762,0 manat, xx.xx.2022-ci il tarixli 9318 nömrəli qəbzlə 2.762,0 manat, xx.xx.2022-ci il tarixli 124004 nömrəli qəbzlə 2.762,0 manat ödənilməsini təsdiq edən hesabdan çıxarışa dair məlumatların götürülməsi "xxxx" ASC-yə həvalə edilməsi qərara alınmışdır. 9. "xxxx" ASC tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2025- ci il tarixli, RB02/137 nömrəli məktubda qeyd edilmişdir ki, Cavabdeh adına 540110xxxxxx286526 nömrəli "xxxx" ASC-yə məxsus plastik kart aşkar edilmiş, həmin plastik kart vasitəsilə aparılmış məhkəmə qərarında sadalanan əməliyyatlar aşkarlanmışdır. Həmin əməliyyatlara dair təqdim olunması mümkün olan məlumatlar və aparılmış maliyyə əməliyyatlarına dair hesabdan çıxarış təqdim edilmişdir. Əlavə olaraq məhkəmə qərarında qeyd olunan hesablara bağlı kartlar müəyyən edilmiş və hesabdan çıxarışlar təqdim olunmuşdur. 10. xx.xx.2020-ci il tarixli F3012-2762 nömrəli qəbzə əsasən, İddiaçı tərəfindən Cavabdeh adına olan **********4944- 016306 hesab nömrəsinə 2.762,0 manat, xx.xx.2022-ci il tarixli 1162 nömrəli qəbzə əsasən 54********2865 nömrəli kartına 2.0 00,0 manat, xx.xx.2022-ci il tarixli 9140 nömrəli qəbzə əsasən 54********2865 nömrəli kartına 762 manat, xx.xx.2022-ci il tarixli 2349 nömrəli qəbzə əsasən 54********2865 nömrəli kartına 2.000,0 manat, xx.xx.2022-ci il tarixli 11091 nömrəli qəbzə əsasən 54********2865 nömrəli kartına 762,0 manat, xx.xx.2022-ci il tarixli 15395 nömrəli qəbzə əsasən, 54********286526 nömrəli kartına 2.762,0 manat, xx.xx.2022-ci il tarixli 28635 nömrəli qəbzə əsasən 54********286526 nömrəli kartına 2.762,0 manat, xx.xx.2022-ci il tarixli 4132 nömrəli qəbzə əsasən 54********286526 nömrəli kartına 2.762,0 manat, xx.xx.2022-ci il tarixli 9318 nömrəli qəbzə əsasən, 54********286526 nömrəli kartına 2.762,0 manat, xx.xx.2022-ci il tarixli 124004 nömrəli qəbzə əsasən 54********286526 nömrəli kartına 2.762,0 manat öd ənilmişdir. 11. "xxxx" ASC tərəfindən təqdim olunmuş, Cavabdeh adına olan 540110******286526 nömrəli kart üzrə aparılmış əməliyyatlar üzrə açıqlamadan görünür ki, Cavabdeh **********4944-016306 nömrəli hesabına 04.07.2022-ci il tarixdə 2762 manat, xx.xx.2022-ci il tarixdə 2.762 manat, xx.xx.2022-ci il tarixdə 2.762 manat, xx.xx.2022-ci il tarixdə 2.762 manat, xx.xx.2022-ci il tarixdə 2.762 manat, xx.xx.2022-ci il tarixdə 762 manat, xx.xx.2022-ci il tarixdə 2.000 manat, xx.xx.2022-ci il tarixdə 2.000 manat, xx.xx.2022-ci il tarixdə 762 manat, xx.xx.2020-ci il tarixdə 50 manat, xx.xx.2020-ci il tarixdə 2.762 manat ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

12. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh (bundan so nra cavabdeh) qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 20.625 manat (20.096 manat əsas, 153 manat dövlət rüsumu və 376 manat vəkil xidmət haqqı) pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində müxtəlif vəzifələrdə çalışmışdır. Cəmiyyətin direktoru Əhəd X1 xx.xx.2018-ci il tarixli borc müqaviləsi üzrə 55.000 ABŞ dolları və xx.xx.2019-cu il tarixli borc müqaviləsi üzrə 65.000 ABŞ dolları olmaqla borc almışdır. Həmin borc müqaviləsi üzrə ödənişlər tərəflərin şifahi razılaşmasına əsasən Cavabdeh adına ödənilmişdir. Ödəniş ləri şirkətin işçiləri olan hazırkı iddiaçı müxtəlif vaxtlarda ödəmişdir. Ələmdar Həsənov tərəflər arasında olan şifahi razılaşmanı (Cavabdeh adına ödənişlər edilməsi) ödənişlər qurtardıqdan sonra nəzərə almayaraq Maraqlı şəxs qarşı Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəməyə şifahi razılaşma ilə bağlı hər hansı bir sənəd təqdim edilmədiyindən, tərəflərin bir-birinə olan etimadı, vicdani davranışı məhkəmə tərəfindən nəzərə alınmayaraq, iddia tələbi Yasamal Rayon Məhkəməsinin e-2(004)-1240/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edilərək, Maraqlı şəxs 62.000 ABŞ dolları tutularaq Ələmdar Həsənova ödənilməsi qət edilmişdir. Bundan sonra, "xxxx" MMC-nin direktoru Maraqlı şəxs Gəncə Şəhər Məhkəməsinə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə rək, Cavabdeh 83.067 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində borc və 432 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə həmin pulun Maraqlı şəxs birbaşa özü tərəfindən Cavabdeh hesabına mədaxil edilmədiyindən, iddia tələbi təmin edilməmişdir. Həmin vəsaitlər hazırkı iş üzrə Cavabdeh hesabına iddiaçı tərəfindən ödənilmişdir. Həmin pulları iddiaçı "xxxx" MMC-nin kassasından götürərək Cavabdeh hesabına köçürmüşlər. Hazırda "xxxx" MMC həmin vəsaiti hazırkı iş üzrə iddiaçıdan tələb edir. İddiaçı da, Maraqlı şəxs bir il vaxt alaraq məhkəmə qaydasında Cavabdeh həmin vəsaiti tələb etməyi qərarlaşdırmışdır. İddiaçının Cavabdeh hesabına mədaxil etdiyi vəsait aşağıdakı kimidir: İddiaçı xx.xx.2023 tarixədək "xxxx" MMC-yə məxsus mağazaların birində inzibatçı müavin vəzifəsində çalışmışdır. Çalışdığı müddətdə iddiaçı tərəfindən "xxxx" MMC-dən götürərək Cavabdeh ümumilikdə 20.096 manat olmaqla, o cümlədən 1. xx.xx.2020-ci il tarixli F2012-2762 nömrəli qəbzlə 2.762 manat, 2. xx.xx.2022-ci il tarixli 1162 nömrəli qəbzlə 2.000 manat, 3. xx.xx.2022-ci il tarixli 9140 nömrəli qəbzlə 762 manat, 4. xx.xx.2022-ci il tarixli 2349 nömrəli qəbzlə 2.000 manat, 5. xx.xx.2022-ci il tarixli 11091 nömrəli qəbzlə 762 manat, 6. xx.xx.2022-ci il tarixli 15395 nömrəli qəbzlə 762 manat, 7. xx.xx.2022-ci il tarixli 28635 nömrəli qəbzlə 2.762 manat, 8. xx.xx.2022-ci il tarixli 4132 nömrəli qəbzlə 2.762 manat, 9. xx.xx.2022-ci il tarixli 9318 nömrəli qəbzlə 2.762 manat, 10. xx.xx. 2022-ci il tarixli 124004 nömrəli qəbzlə 2.762 manat vəsait ödənilmişdir.

5. İddiaçı da 527 manat əlavə (151 manat dövlət rüsumu, 376 manat vəkil xidmət haqqı üçün) xərc çəkmişdir. Həmin xərclər də qanunvericiliyin tələbinə əsasən cavabdehdən tutulmalı və iddiaçıya ödənilməlidir.

14. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyib məhkəməyə yazılı etiraz təqdim etməklə izahatında bildirmişdir ki, iddiaçının nümayəndəsinin dediklərinə əsasən pul "xxxx" MMC-nin kassasından götürülərək Fərqana ödənilməsi üçün verilmiş və onlar da, yəni Söhrab və Etamil pulu ödəmiş, tapşırığı icra etmişlər. Bundan sonra, Cavabdehlə Maraqlı şəxs arasında başqa danışıqlar olmasının onlarla heç bir əlaqəsi yoxdur. Çünki artıq tapşırıq icra olunmuşdur. Belə olan halda İddiaçı Cavabdeh pul tələb etməyə, eləcə də Maraqlı şəxs İddiaçı pul tələb etməyə subyektiv hüququ yoxdur. Çünki Maraqlı şəxs öz şəxsi vəsaitini verməmişdir. Həmçinin pulların onun tərəfindən verilməsini təsdiq edən heç bir sübut yoxdur. Pul "xxxx" MMC-yə məxsus vəsait hesabına, kassa məxaric orderi tərtib edilməklə verilmişdir. Tapşıran "xxxx" MMC olmuş, tapşırığı icra edən isə İddiaçı olmuşdur. Bundan başqa, Maraqlı şəxsla Cavabdeh arasında kredit müqavilələri üzrə 15.000 ABŞ dolları və 55.000 ABŞ dolları olmaqla borc münasibətləri olmuş, həmin ödənişlər də borcun ödənilməsi üçün verilmişdir. Heç bir sənəddə borcun təyinatı olaraq pulun Ələmdara ödənilməsi üçün verildiyi yazılmamışdır. Pulun köçürülməsi öz təsdiqini tapır, lakin ödənişlərin təyinatı borc münasibətlərindən irəli gələn öhdəliklərin icrası dır. Maraqlı şəxs ilə Cavabdeh arasında imzalanmış kredit müqavilələri üzrə öhdəliyin icrası üçüncü şəxs "xxxx" MMC tərəfindən şifahi tapşırıq müqaviləsi əsasında icra edilmiş, Cavabdeh hesabına köçürülmüşdür. İddia müddətinin tətbiqi barədə ərizə vermələrinin iddia tələbini qəbul etmələrinə heç bir təsiri olmadığını qeyd edərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

15. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iddiaçının onun rəhbəri olduğu "xxxx" MMC-də işlədiyini, onun Ələmdar Həsənova olan borcunun şifahi razılaşmaları əsasında Ələmdar Həsənovun kürəkəni Cavabdeh ödənilməsi üçün pulu İddiaçı verdiyini, İddiaçı da həmin pulu bankda öz adından Cavabdeh ödədiyi üçün sonradan hə min pulun onun tərəfindən ödənilməsini, Ələmdar Həsənov və Cavabdeh dandığını göstərmiş, buna görə də həmin pulu iddiaçıdan tələb etdiyini bildirmiş, əgər İddiaçı tərəfindən Cavabdeh ödənilmiş vəsait öz təsdiqini taparsa, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e2(125)-299/2025 nömrəli, 14 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddianın təmin edilməsi, cavabdehdən 20.096 manat pul, 367 manat hüquqi yardıma görə ödənilmiş xərc və dövlət rüsumunun əvəzi 153 manatın tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının cavabdehin hesabına tələb olunan 20.096 manat məbləğində pulun köçürülməsi s übuta yetirilmiş, cavabdeh tərəf də, həmin məbləğdə pulun onun hesabına köçürülməsini mübahisələndirməmişdir. Ona görə də, cavabdehin həmin pulu özündə saxlamasının hüquqi əsası olmamışdır.

18. Cavabdeh tərəfin həmin pulun müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs ilə cavabdeh arasında olan borc müqaviləsinə görə ödənilməsi barədə göstərdiyi dəlillərlə bağlı məhkəmə qeyd etmişdir ki, hər bir halda ödənilən məbləğlər iddiaçının adından ödənilmişdir və borc müqaviləsi də, cavabdehlə Maraqlı şəxs arasında bağlanmışdır. Eyni zamanda Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin e-2(004)1240/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, X11 Əsgərova qarşı pul tələbinə dair iddiası üzrə işə baxılarkən cavabdehin hesabına ödənilən pulun Ələmdar Həsənova olan borca görə ö dənildiyi mübahisələndirilmişdir.

19. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439, 777, 779, və 1091-1092-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

20. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tamamilə yanlış bir nəticəyə gəlmişdir. Belə ki, iddiaçı tapşırığı icra edən şəxs kimi üçüncü şəxs Maraqlı şəxs tapşırığını tam şəkildə icra etmiş, sonuncunun borc pullarını kreditor kimi ona ödə mişdir. Yəni tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən vicdanla etməməsi hərəkətlərinə yol verməmişdir. Ona görə ki, İddiaçı məhkəməyə təqdim etdiyi və mülki işə əlavə olunmuş 10 ədəd qəbzlərdən görünür ki, qəbzlərdən yalnız birində "xxxx" ASC-nin Yasamal filialından xx.xx.2020-ci il tarixdə onun hesabına 2.762 manat pul mədaxil edilmiş və ödəyən şəxs İddiaçı qeyd olunmuşdur. Ödənişin təyinatı hesaba mədaxil kimi qeyd olunmuşdur. Digər 9 ədəd ödəniş qəbzləri “E-MANAT” ödəniş terminalı vasitəsilə edilmiş ödənişlərin qəbzləridir, həmin qəbzlərdə ödəyici kimi iddiaçının adı qeyd olunmamışdır. Yəni xx.xx.2022-ci il tarixli 1162 nömrəli qəbzdə, xx.xx.2022-ci il tarixli 9140 nömrəli qəbzdə, xx.xx.2022-ci il tarixli 2349 nömrəli qəbzdə, xx.xx.2022-ci il tarixli 11091 nömrəli qəbzdə, xx.xx.2022 -ci il tarixli 15395 nömrəli qəbzdə, xx.xx.2022-ci il tarixli 28635 nömrəli qəbzdə, xx.xx.2022-ci il tarixli 4132 nömrəli qəbzdə, xx.xx.2022-ci il tarixli 9318 nömrəli qəbzdə, xx.xx.2022-ci il tarixli 124004 nömrəli qəbzdə ödəyən şəxsin (şəxslərin) kimliyi bilinmir. Ona görə də, ödəniş qəbzlərində ödəyənin İddiaçı olduğu görünmədiyi halda birinci instansiya məhkəməsi həmin ödənişlərin İddiaçı adından ödənilməsi və İddiaçı tərəfindən tapşırığı vicdansızcasına icra etməsi barədə gəldiyi fikir tamamilə yanlışdır. Belə olan halda, ödəniş qəbzlərində ödəyənlərin kimliyi bilinmədiyi halda necə ola bilər ki, üçüncü şəxs Maraqlı şəxs tapşırığı icra edən İddiaçı bildirsin ki, ödənişlər onun adından deyil İddiaçı adından edilibdir? Bunlar üçüncü şəxs Maraqlı şəxs və İddiaçı qarşılıqlı şəkildə razıla şdırılmış yalan və uydurmalarıdır. Birinci instansiya məhkəməsi bu məsələni araşdırmamış, yalanları öz qətnaməsində əks etdirmişdir. Belə ki, birinci instansiya məhkəməsi görməmişdir ki, həmin qəbzlərdə İddiaçı adı yoxdur. Məhkəmənin bu mövqeyi işdə olan qəbzlərlə tam şəkildə təkzib edilir. Ümumiyyətlə, sözügedən “E-MANAT” ödəniş terminalı vasitəsilə edilən ödənişlərin iddiaçı tərəfindən ödənilməsinə dair iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Çünki həmin qəbzlərdə ödəyən şəxsin İddiaçı olması görünmür. Bunu sübut etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür, lakin İddiaçı (vəkili və nümayəndəsi) həmin ödənişlərin İddiaçı tərəfindən həyata keçirilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Qeyd olunan pul vəsaitlərinin iddiaçı tərəfindən “E-MANAT” ödəniş terminal ından ödənilməsi həmçinin ona görə inandırıcı deyildir ki, iddiaçı 21 iyun 2019-cu il tarixindən "xxxx" MMC-dən işdən çıxarılmışdır. Necə ola bilər ki, işdən çıxarılmış və MMC-nin işçisi olmayan şəxsə MMC pul vəsaitlərini etibar edir və işçi olmayan İddiaçı həmin pulları onun adına köçürür? Bu məsələləri birinci instansiya məhkəməsi işin faktiki halları kimi aydınlaşdırmamışdır. Bundan əlavə, üçüncü şəxs Maraqlı şəxs məhkəməyə ünvanladığı ərizəsində İddiaçı ona ödədiyi pulları Maraqlı şəxs adından ödəmədiyini və ona görə də, ödənilən pulları İddiaçı tələb etdiyini bildirmişdir. Lakin İddiaçı (nümayəndəsi və vəkili vasitəsilə) məhkəmədə verdiyi izahatında bildirmişdir ki, üçüncü şəxs Maraqlı şəxs ona demişdir ki, “Pulu vermişəm ki, müəssisənin adından ödə, ancaq öz adından ödəyibsən.” Dem əli, İddiaçıla üçüncü şəxs Maraqlı şəxs məhkəmədə verdikləri izahatları bir-birinə ziddir. Üçüncü şəxs Maraqlı şəxs deyir ki, İddiaçı pulu "xxxx" MMC-nin adından ödəməli idi, İddiaçı deyir ki, pul üçüncü şəxs Maraqlı şəxs adından ödənilməli idi. Bunların hər ikisinin yalanları buradan görünür. Əslində, İddiaçı ona ödədiyi pullar üçüncü şəxs Maraqlı şəxs ona olan xx.xx.2018-ci il tarixli kredit müqavilələri üzrə olan borcunun ödənişləridir. Belə ki, mülki işin materiallarına əlavə edilmiş 2 ədəd xx.xx.2018-ci il tarixli kredit müqavilələrindən görünür ki, hər iki kredit müqaviləsi bu iş üzrə üçüncü şəxs Maraqlı şəxs ilə onun arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 15.000 ABŞ dolları və 55.000 ABŞ dolları pul borcunun onun tərəfindən Maraqlı şəxs borc verilməsinə dair borc müqavilələridi r. Üçüncü şəxs Maraqlı şəxs İddiaçı vasitəsilə ödədiyi pullar Maraqlı şəxs ona olan müqavilələr üzrə borclarının ödənişidir. Maraqlı şəxs onunla bağladığı xx.xx.2018-ci il tarixli 2 ədəd kredit müqaviləsini inkar etməmişdir və mübahisələndirməmişdir. Eyni zamanda, üçüncü şəxs Maraqlı şəxs ona qarşı pul tələbinə dair iddiası üzrə Gəncə şəhər Məhkəməsinin e-2(125)1841/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən (qətnamənin 3-cü səhifəsində) müəyyən olunur ki, Maraqlı şəxs məhkəmədə onunla aralarında borc müqaviləsinin olduğunu və ondan 15.000 ABŞ dolları borc aldığını etiraf etmişdir. Bununla yanaşı, hazırkı mülki mübahisədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak edən Maraqlı şəxsla onun arasında xx.xx.2018-ci il tarixdə imzalanmış digər kredit müqaviləsi – 55.00 0 ABŞ dolları borc alması barədə müqaviləni inkar etməmiş, onu mübahisələndirməmiş, onu qəbul etmişdir. Hazırkı mülki mübahisədə Mülki Məcəllənin 779.2-ci maddəsində qeyd olunan hallar yoxdur. Ona görə də, vəkalət verən üçüncü şəxs Maraqlı şəxs borc müqaviləsinə əsasən borclu olduğu pulun kreditor kimi onun hesabına ödəməsi barədə vəkalət alan-İddiaçı verdiyi tapşırığın icrasında vicdansız icra edilməsi halları olmamışdır. Üçüncü şəxs Maraqlı şəxs İddiaçı tapşırmışdır ki, pulu onun bank hesabına ödəsin və İddiaçı tapşırığı tam şəkildə icra etmiş, özgəsinin pulunu tam məbləğdə onun hesabına köçürmüşdür. Bankın mədaxil qəbzində ödəyən qismində imza etmiş və onun soyadı yazılmışdır. Mülki qanunvericiliyin tələbinə görə, şifahi və ya yazılı müqavilə üzrə tapşırığı həyata keçirməyi öhdəsinə göt ürmüş vəkalət alan konkret nəticə əldə olunmasına təminat vermir. Tapşırığın icrası üçün lazım olan bütün hərəkətləri vicdanla həyata keçirmiş vəkalət alan istənilən nəticəni əldə etməsə belə müqavilə üzrə öz borcunu yerinə yetirmiş sayılır. İşin faktiki hallarından görünür ki, tapşırığı icra edən vəkalət alan tapşırıq müqaviləsi üzrə tapşırıq öhdəliyini tam şəkildə yerinə yetirmişdir. Tapşırığı icra edən zaman vəkalət alan İddiaçı vəkalət verənə məxsus pulu hər hansı şəxsə ödəyərək tapşırığı tam şəkildə icra etdiyi halda həmin pulu geri tələb etmək hüququ yoxdur. Ona görə də, hazırkı mübahisədə İddiaçı ödənilən pulu tələb etməklə bağlı subyektiv hüququ yoxdur. Onun iddiası təmin edilə bilməzdi. Lakin birinci instansiya məhkəməsi bu hüquqi məsələləri aydınlaşdırmadan, iddiaçı ilə onun aras ında yaranmış mülki mübahisəyə Mülki Məcəllənin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, eyni zamanda iddiaçı ilə üçüncü şəxs arasında olan tapşırıq öhdəliyi üzrə yaranan hüquq münasibətlərini düzgün qiymətləndirməmişdir. Bununla da iddiaçının iddiasını qanunsuz şəkildə təmin etmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunduğu kimi İddiaçı onun bank hesabına köçürdüyü 20.096 manat məbləğində pul üçüncü şəxs Maraqlı şəxs onunla aralarında imzalanmış kredit müqavilələrinə əsasən ödənilmiş puldur. Yəni həmin pul öhdəlikdən kənar deyil, məhz borc öhdəliyinə əsasən ödənilmiş puldur. Hətta hesab edilsə ki, həmin pul Ələmdar Həsənova verilməsi üçün ona ödənilmiş puldur, yenə də Ələmdar Həsənovla üçüncü şəxs Maraqlı şəxs arasında bağlanmış kredit müqaviləs inə əsasən Maraqlı şəxs tapşırığı icra edən vəkalət alan İddiaçı tərəfindən köçürülən borc öhdəliyidir. Burada öhdəlikdən kənar ödəmə yoxdur. Çünki İddiaçı heç vaxt onu tanımamış və heç nədən olmaz kimi ona pul ödəməmişdir. İddiaçı tərəf və üçüncü şəxs də etiraf edir ki, onun adına köçürülmüş pul borc öhdəliyinin icrasıdır. Borc öhdəliyi də, tərəflər arasında imzalanmış kredit müqaviləsindən yaranmışdır. Ona görə də, burada əsassız varlanmadan söhbət gedə bilməz. Çünki İddiaçı tərəfindən ona köçürülən pullar öhdəlikdən kənar ödənilmiş pullar deyildir. İddiaçının ona ödədiyi pulların müqavilə əsası vardır. Həmin müqavilə tərəflər arasında bağlanmış kredit müqavilələridir. Məhkəmə Mülki Məcəllənin 439.4-cü, 1091.1, 1091.2 və 1092.1-ci maddələrini düzgün tətbiq etməmişdir. Mülki Məcəllənin 1092.1-ci maddəsi yalnız pul (əmlak) sahibinin, mülkiyyətçisinin öz pulundan (əmlakından) məhrum olunduğu halda qaytarılmalıdır. Hazırkı mübahisədə iddiaçı heç bir puldan (əmlakdan) məhrum olmamışdır. Çünki onun köçürdüyü pullar ona məxsus deyildir, üçüncü şəxs Maraqlı şəxs puludur və iddiaçının həmin pulu ondan qaytarılması üçün tələb etmə hüququ yoxdur. Məhkəmə qətnamə qəbul edərkən mülki işdə olan sübutları düzgün qiymətləndirməmişdir. İddiaçının təqdim etdiyi “E-MANAT” ödəniş terminalı vasitəsilə olan 9 ədəd ödəniş qəbzlərin üzərində pulu ödəyənin kimliyi bilinmədiyindən, həmin ödənişlərin İddiaçı və ya başqa bir şəxs tərəfindən icra edilməsi sübut olunmadığı halda, məhkəmə həmin sübutları düzgün qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edən zaman məhkəmə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələblərini pozmuşdur. MPMnin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1240/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, həmçinin Gəncə şəhər Məhkəməsinin e-2(125)-1841/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Maraqlı şəxs Ələmdar Həsənova verilməsi məqsədilə ona üçüncü şəxslərin vasitəsilə göndərdiyi pullar Ələmdar Həsənova edilən ödəniş olduğu sübut edilməmişdir. Bununla tam sübut olunur ki, üçüncü şəxs Maraqlı şəxs şifahi tapşırıq müqaviləsinə əsasən vəkalət verən qismində tapşırığı icra edən vəka lət alan -bu iş üzrə İddiaçı vasitəsilə onun hesabına ödənilən pullar üçüncü şəxs Maraqlı şəxs onunla imzaladığı xx.xx.2018-ci il tarixli kredit müqavilələri üzrə pul öhdəliyinin icra edilməsidir. Ona görə də, Maraqlı şəxs İddiaçı vasitəsilə ona ödədiyi pul vəsaitləri Ələmdar Həsənova olan borcunun ödənilməsi kimi qiymətləndirilə bilməz və buna görə hazırkı iddia tələbi əsaslı olmadığına görə təmin edilə bilməz. Hazırkı apellyasiya şikayəti ilə mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsində məhkəmə üçüncü şəxs Maraqlı şəxs ilə onun arasında 15.000 ABŞ dolları və 55.000 ABŞ dolları borc münasibətlərinin olmasını və İddiaçı ödədiyi pulların məhz Maraqlı şəxs ona olan borcunun ödənişləri olmasını qəbul etdiyi halda və üçüncü şəxs Maraqlı şəxs onunla aralarında yuxarıda qeyd o lunan 2 ədəd xx.xx.2018-ci il tarixli kredit müqavilələrini inkar etmədiyi halda necə ola bilər ki, üçüncü şəxs Maraqlı şəxs tapşırığı ilə vəkalət alan İddiaçı tərəfindən ona ödənilmiş pul vəsaitləri başqa bir şəxs Ələmdar Həsənova verilməsi üçün ona ödənilsin? Bu inandırıcı və ağlabatan deyildir. Ona görə ki, mülki işin materiallarına əlavə edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-1240/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tam sübut olunur ki, bu iş üzrə üçüncü şəxs Maraqlı şəxs 3 may 2023-cü il tarixdə Ələmdar Həsənov ilə “Barışıq sazişi” imzalamış və “Barışıq sazişi”nə əsasən, Maraqlı şəxs Ələmdar Həsənov ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə Ələmdar Həsənova cəmi 62.000 ABŞ dolları məbləğində borcu olduğunu etiraf etmiş, X13 Əsgə rov ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə Maraqlı şəxs cəmi 62.000 ABŞ dolları məbləğində borcu olduğunu qəbul etmiş və tərəflər həmin borcun ümumilikdə 31 ay müddətinə olmaqla, hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər. Buradan belə bir sual yaranır- əgər Maraqlı şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi İddiaçı ona köçürdüyü pulları Ələmdar Həsənova ödənilməsi üçün köçürüldüyünü və ona borcu olmadığını iddia edirsə, onda nə üçün Maraqlı şəxs Ələmdar Həsənova pulları ödədiyi halda xx.xx.2023-cü il tarixdə yuxarıda qeyd olunan “Barışıq sazişi”ni Ələmdar Həsənovla imzalamış və ona olan 62.000 ABŞ dolları borcunu etiraf etmiş və 31 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür? Bu onu deməyə əsas verir ki, İddiaçı vəkalət alan qismində vəkalət verən Maraqlı şəxs tapşırığını tam şəkildə icra edərək ona ödədiyi pullar borclu Maraqlı şəxs kreditor kimi onunla aralarında olan kredit müqaviləsi üzrə 55.000 və 15.000 ABŞ dolları borcların ödənişidir. Həmin pullar Ələmdar Həsənova verilməsi üçün ona ödənilməmişdir. Odur ki, şifahi tapşırıq müqaviləsinə əsasən tapşırığı icra etmiş vəkalət alan- İddiaçı köçürülən pulları kreditor kimi ondan tələb edə bilməz. Ona görə tələb edə bilməz ki, tapşırığı icra edən vəkalət alan-İddiaçı üçüncü şəxs Maraqlı şəxs ona olan borc öhdəliyini Maraqlı şəxs tapşırığı ilə sonuncunun vəsaiti hesabına icra etmişdir. Tapşırığı öhdəliyini şəxsən özü icra etməli idi və etmişdir. Mülki Məcəllənin 780.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmamışdır. Eyni zamanda, bankda pulu onun hesabına mədaxil edən zaman mədaxil qəbzində üçüncü şəxs Maraqlı şəxs adını qeyd etmək mümkün deyildir. Çünki pulu mədaxil edən şəxs mədaxil qəbzinə şəxsən imza etməlidir. Qəbzdə üçüncü şəxsin-Maraqlı şəxs adının qeyd oluna bilməz. Pulu ödəyənin imzası olmalı və adı qeyd olunmalıdır. Odur ki, məhkəmənin qətnaməsində qeyd etdikləri mümkün olmayan hallardır. Ödəniş tarixinə İddiaçı üçüncü şəxs Maraqlı şəxs rəhbəri olduğu "xxxx" MMC-nin işçisi olmamışdır. Həmçinin həmin 9 ədəd qəbzlərdə ödəyənin İddiaçı olduğu müəyyən olunmur. Tərəfindən məhkəməyə üçüncü şəxs Maraqlı şəxs ilə onun arasında bağlanmış 55.000 ABŞ dolları və 15.000 ABŞ dolları pulun Maraqlı şəxs borc verilməsinə dair xx.xx.2018-ci il tarixli 2 ədəd kredit müqaviləsi təqdim olunmuşdur. Həmin müqavilələr üzrə borclu Maraqlı şəxs ona olan borcunu müxtəl if şəxslər vasitəsilə ödəmişdir. Lakin bu vaxta qədər müəyyən borcu qalmışdır. Ona başqa şəxslər tərəfindən köçürülən pullar Ələmdar Həsənova göndərilən pullar deyildir. Odur ki, İddiaçı ona ödənilmiş pulların İddiaçı deyil, Maraqlı şəxs ona olan borcunun ödənişi olduğundan həmin pulların İddiaçı tərəfindən geri tələb edilməsinə dair İddiaçı subyektiv hüququ yoxdur və həmin pulların geri tələb edilməsi qanunsuz və əsassız olduğundan məhkəmə tərəfindən rədd edilməlidir. Məhkəməyə tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə də verilmişdir. Birinci instansiya məhkəməsi pul tələbi ilə bağlı iddia müddətinin ötürüldüyünü nəzərə almamışdır. Eyni zamanda Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iş üzrə 2 qətnamə mövcuddur. İddiaçı “Optimal”da 2023-cü ilə qədər işləyib. Söhrab və Esmira Fərqana qarşı iddia qaldırmışdır. Esmira iddianı ərinin varisi kimi qaldırmışdır. Qəbzlərə baxılsa ödənişlərin eyni tarixdə olduqları müəyyən olunar. Fərqana pul ödənilməsi ilə bağlı sorğuya cavab vardır. Maraqlı şəxs pulu Fərqana ödəməyi tapşırmışdır. Söhrab da, pulu Fərqana ödəmişdir. Fərqan da, pulu Ələmdara ödəməli idi. Tapşırığı düzgün yerinə yetirmişdir. Əhədin Fərqana bor cu yoxdur. Cavabdehin vəkilinin suallarına cavab olaraq bildirmişdir ki, tapşırığı icra edən şəxs görünür düz icra etməyib, çünki Əhədin pul ödəməsi öz təsdiqini tapmamışdır.

23. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(104)-944/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Mustafa Mustafayev (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev və Rəhman Muradov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, işin mübahisəsiz tərəfidir ki, iddiaçının üçüncü şə xs Maraqlı şəxs tapşırığı ilə Cavabdeh hesabına tələb olunan 20.096 manat məbləğində pul köçürmüşdür. Bu hal iş materialları və təqdim edilmiş sübutlar ilə tam sübuta yetirilmişdir. Cavabdeh tərəf də həmin məbləğdə pulun onun hesabına köçürülməsini qəbul etmiş və mübahisələndirməmişdir.

25. Apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Maraqlı şəxs ilə Cavabdeh arasında bağlanmış 55.000 ABŞ dolları və 15.000 ABŞ dolları pulun Maraqlı şəxs borc verilməsinə dair xx.xx.2018-ci il tarixli 2 ədəd kredit müqaviləsi təqdim olunmuşdur. Cavabdeh iddia edir ki, həmin müqavilələr üzrə borclu Maraqlı şəxs ona olan borcunu müxtəlif şəxslər vasitəsilə ödəmişdir. Lakin bu vaxta qəd ər müəyyən borcu qalmışdır. Cavabdeh başqa şəxslər tərəfindən köçürülən pullar Ələmdar Həsənova göndərilən pullar deyildir, həmin ödənişlər Maraqlı şəxs özünün Cavabdeh olan borcunun ödənişləridir. Bu hal həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə də sübut olunur. İddiaçı Cavabdeh göndərdiyi pulun yalnız bir təyinatı var, o, da üçüncü şəxs Maraqlı şəxs Cavabdeh kredit müqavilələri ilə olan pul borcunun ödənişidir. İddiaçı Cavabdeh ödənilmiş pulların İddiaçı deyil, Maraqlı şəxs Cavabdeh olan borcunun ödənişi olduğundan həmin pulların İddiaçı tərəfindən geri tələb edilməsi əsassızdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-1240/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən olunur ki, hazırkı iş üzrə üçüncü şəxs Maraqlı şəxs 3 may 2023-cü il tarixdə Ələmdar Həsənov ilə “Barışıq sazişi” imzalamış və “Barışıq sazişi”nə əsasən, Maraqlı şəxs Ələmdar Həsənov ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə Ələmdar Həsənova cəmi 62.000 ABŞ dolları məbləğində borcu olduğunu etiraf etmiş, X13 Əsgərov ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə Maraqlı şəxs cəmi 62.000 ABŞ dolları məbləğində borcu olduğunu qəbul etmiş və tərəflər həmin borcun ümumilikdə 31 ay müddətinə olmaqla, hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər.

26. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı qeyd edir ki, Əhəd X4 62.000 ABŞ dolları məbləğində borcun Cavabdeh ödənilməsinə dair şifahi razılaşmaya əsasən, Maraqlı şəxs tapşırığı əsasında pulları Fərqana ödəmişdir. Lakin həmin şifahi razılaşmanı təsdiqləyən heç bir sübut məhkəm əyə təqdim edilməmişdir. Kollegiya belə bir razılaşmanın mövcud olmaması ilə bağlı apellyasiya şikayətinin dəlili ilə razılaşaraq qeyd etmişdir ki, əgər belə razılaşma mövcud idisə, o zaman üçüncü şəxs Maraqlı şəxs 03 may 2023-cü il tarixdə Ələmdar Həsənov ilə “Barışıq sazişi” imzalanarkən üçüncü şəxs Maraqlı şəxs barışıq sazişində etirazını bildirərdi. Bu baxımdan cavabdeh tərəfin izahatı daha inandırıcıdır.

27. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, eyni zamanda, Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-1240/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh Maraqlı şəxs izahatında qeyd etmişdir ki, 03 may 2023-cü il tarixdə Ələmdar Həsənov ilə “Barışıq sazişi” imzalanarkən Fərqana ödədiyi pulları ona görə qeyd etməmişdir ki, düşünmüşdür ki, Fərqandan pulu alıb Ələmdara verəcəkdir. Barışıq Sazışı imzalanarkən Fərqan və Ələmdar orada olmuşdur. Kollegiya qeyd etmişdir ki, barışıq sazişinin imzalanması gəlinmiş nəticə ilə bağlı tərəflərin arasında mübahisənin olmaması, yaxud mövcud mübahisənin aradan qalxdığını ehtiva edir və əgər tərəflər arasında mübahisə mövcud deyildisə, o zaman Maraqlı şəxs Ələmdara olan borcun bir qisminin ödənildiyi halda ödənilmiş borcun ödənilməsini barışıq sazışındə qeyd edə bilərdi. Qeyd edilən hallar borcun Cavabdeh ödənilməsinə dair şifahi razılaşmanın mövcudluğu ilə bağlı iddiaçının və üçüncü şəxsin izahatlarını qeyri-səmimi olması nəticəsinə gəlməyə imkan verir və birinci instansiya məhkəməsi bununla bağlı düzgün nəticəyə gəlməmişdir.

28. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, İddiaçı vəkalət alan qismində vəkalət verən Maraqlı şəxs tapşırığını tam şəkildə icra edərək Cavabdeh ödədiyi pullar borclu Maraqlı şəxs kreditor Cavabdehlə aralarında olan kredit müqaviləsi üzrə 55.000 və 15.000 ABŞ dolları borcların ödənişidir, həmin pullar Ələmdar Həsənova verilməsi üçün Cavabdeh ödənilməmişdir.

29. Məhkəmə kollegiya apellyasiya şikayətinin tərəflər arasında yaranmış münasibətlərin müqavilə öhdəliyindən əmələ gəlməsi dəlili ilə bağlı qeyd etmişdir ki, tərəflər və üçüncü şəxslərin izahatları ilə müəyyən olunur ki, ödənilmiş pul Maraqlı şəxs tapşırığı icra edən vəkalət alan İddiaçı tərəfindən köçürülən borc öhdəliyidir. Göründüyü kimi, İddiaçı Cavabdeh bank hesabına köçürdüyü 20.096 manat məbləğində pul üçüncü şəxs Maraqlı şəxs Cavabdehlə aralarında imzalanmış kredit müqavilələrinə əsasən ödə nilmiş puldur. Yəni həmin pul öhdəlikdən kənar deyil, məhz borc öhdəliyinə əsasən ödənilmiş puldur. Həmin pul Ələmdar Həsənovla üçüncü şəxs Maraqlı şəxs arasında bağlanmış kredit müqaviləsinə əsasən Maraqlı şəxs tapşırığı icra edən vəkalət alan İddiaçı tərəfindən köçürülən borc öhdəliyidir. Burada öhdəlikdən kənar ödəmə yoxdur. Çünki İddiaçı heç vaxt Cavabdeh tanımamışdır və ona pul ödəməmişdir. Cavabdeh adına köçürülmüş pul borc öhdəliyinin icrasıdır. Borc öhdəliyi də, tərəflər arasında imzalanmış kredit müqaviləsindən yaranmışdır. Ona görə də, burada əsassız varlanmadan söhbət gedə bilməz. Çünki İddiaçı tərəfindən Cavabdeh köçürülən pullar öhdəlikdən kənar ödənilmiş pullar deyildir. İddiaçının cavabdehə ödədiyi pulların müqavilə əsası vardır, həmin müqavilə tərəflər arasında bağlanmış kredit müqavilələridir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin hüquqi əsası kimi, əsassız varlamaya istinad etməklə düzgün nəticəyə gəlməmişdir.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia müddətinin tətbiq edilməməsinə dair dəlilləri ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddia müddətinin keçməsi ilə bağlı gəldiyi hüquqi nəticə doğru olmuşdur. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçı Maraqlı şəxs hazırkı Cavabdeh qarşı pul tələbinə dair iddiası Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təmin olunmadıqdan sonra həmin pul ondan tələb olunduğu üçün məhkəmədə iddia qaldırmışdır.

31. Apellyasiya instansiyas ı məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 5.3, 386.1, 390.1, 739.1, 740.2, 742.1, 742.2, 743.1-ci və Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 81, 88, 106.1, 217.3, 384.0.2, 385.1.1, 389, 390-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

32. Qətnamədən iddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. İddiaçı Cavabdeh ödədiyi pulları üçüncü şəxs Maraqlı şəxs tapşırığı ilə Ələmdar Həsənova olan borcun ödənişi məqsədi ilə göndərdiyini bildirsə də, bu fakt həm üçüncü şəxs tərəfindən, həm də Yasamal rayon Məhkəməsinin qətnaməsinə əsasən Ələmdar Həsənov tərəfindən də qəbul edilsə də, məhkəmə bunu nəzərə almamış, qətnamədə bunu “qeyri-səmimi” hesab etdiyini bildirmişdir. Bunu qeyri-səmimi hesab edən məhkəmə nədənsə Cavabdeh Ələmdar Həsənovun kürəkəni olması faktının işin real hallarına təsirini nəzərə almamışdır.

34. Məhkəmə işin faktiki hallarını nəzərə almamış, nəticədə cavabdehin əsassız varlanmış şəxs olduğunu istisna edərək qərar qəbul etmişdir. Halbuki məhkəmə iclasında araşdırılmış sübutlarla iddiaçının cavabdehin hesabına tələb olunan 20.096 manat məbləğində pulun köçürülməsi sübuta yetirilmişdir. Cavabdeh tərəf də həmin məbləğdə pulun onun hesabına köçürülməsini mübahisələndirməmişdir.

35. Cavabdeh heç bir razılaşmada adı çəkilməyən İddiaçı tərəfindən ona ödənilən pulun Maraqlı şəxsla aralarında olan razılaşmaya əsasən ödənildiyini bildirir və qəbul edir. Lakin həmin pulun X12 Əsgərov arasında olan borca görə ödənildiyi sübutlarla təsdiq olunduğu halda özünün adının barışıq müqaviləsində olmadığını əsas gətirərək qeyd edir ki, əgər belə olsa onun adından da müqavilədə yazılardı. Bu, məhkəmə tərəfindən də diqqətdən kənarda saxlanılmışdır.

36. İddiaçı iddia tələbini sübuta yetirsə də cavabdeh ödənişin təyinatı ilə bağlı heç bir sübut təqdim etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

37. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

38. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

39. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

40. Maddə 739.1 (mübahisəli hüqu q münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyasına). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

41. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

42. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarma lıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.

43. Maddə 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən v axt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.

44. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

45. Maddə 14.2. Məhkəm ə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

47. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

48. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonr a həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəti cələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

56. Kassasiya instans iyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində qərar iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasib ətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdır ılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

60. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olun an nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

63. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu madd ələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-944/2025 nömrəli,17 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar