Məhkəmə qərarları › İş №2(102)-3219/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3219/2019

10.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3219/2019 10.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Babazadə Ruhsarə Vəli qızının iştirakı ilə, İddiaçı, nümayəndəsi və vəkili Babazadə Ruhsarə Vəli qızı, və Cavabdeh, nümayəndəsi və vəkili Əmirəliyev Rəhim Qasım oğlunun Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12337/2018 nömrəli iş üzrə 18 dekabr 2018-ci il tarixli qətnaməsindən ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim A.Ə.Rzayev) 2(001)-13364/17 nömrəli, 20 noyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsi, Cavabdeh 12.000 ABŞ dolları (“Ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər A.Q.Hüseynov (sədrlik edən və məruzəçi) N.Ş.Cəfərov və İ.K.Xəlilov )2(103)-3991/18 nömrəli, 24 aprel 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia qismən təmin olunaraq, Cavabdeh 10012,35 ABŞ dolları məbləğində pulun (tutulduğu gün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına nisbətində müəyyən edilmiş məzənnəsi ekvivalentində) tutularaq İddiaçı ödənilməsi, iddia qalan hissədə təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi) Ə.A.Əhmədov və İ.K.Dəmirov) 2(102)-6560/2018 nömrəli, 09 oktyabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3991/18 nömrəli, 24 aprel 2018ci il tarixli qətnaməsi ləğv edilməsi, iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və A.Ə.Hüseyn) 2(103)- 12337/2018 nömrəli, 18 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-13364/17 nömrəli mülki iş üzrə qəbul etdiyi 20 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilməsi, iddia qismən təmin edilməsi, Cavabdeh 5351 ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddia təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.000 ABŞ dolları məbləğində cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAY ƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı, nümayəndəsi və vəkili Babazadə Ruhsarə Vəli qızı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12337/2018 nömrəli iş üzrə 18 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh, nümayəndəsi və vəkili Əmirəliyev Rəhim Qasım oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12337/2018 nömrəli iş üzrə 18 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və proses sual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, nümayəndəsi və vəkili Babazadə Ruhsarə Vəli qızı kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, Cavabdeh kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını v ə kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-12337/2018 nömrəli iş üzrə 18 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında İddiaçı tərəfindən Cavabdeh 10.01.2016-cı il tarixədək qaytarmaq şərti ilə 12000 ABŞ dolları borc verilməsi barədə notariat qaydasında təsdiq olunmuş 10.10.2015-ci il tarixli kredit müqaviləsi imzalanmışdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, işlə təmin olunmasına köməklik gös tərilməsi məqsədilə 2015-ci ilin oktyabr ayında rəfiqəsi Mətanət vasitəsilə Ədalət Əsgərovla tanış olmuş və Ədalət Əsgərov ona Şəki rayonunda Kənd Təsərrüfatı Nazirliyinin balansında olan Kökəltmə idarəsində baş mühasib vəzifəsini təklif edərək bunun müqabilində 12000 ABŞ dolları istəmişdir. O, təkliflə razılaşsa da, pulu notarial qaydasında borc kimi verəcəyini bildirmiş, pulu hazırlayandan sonra Ədalət onu oğlu ilə tanış etmiş və özü gələ bilməyəcəyi üçün pulu oğlu Cavabdeh verməsini xahiş etmişdir. Beləliklə, kredit müqaviləsi əsasında 12000 ABŞ dollarını cavabdehə vermiş, lakin tezliklə aldadıldığını başa düşüb pulunu geri istəsə də, buna nail ola bilməmişdir. Apellyasiya məhkəməsinin baxışı zamanı cavabdeh iddiaya etiraz edib, bildirmişdir ki, o, şəxsən iddiaçıdan 3500 manat və 5000 ABŞ dolları məbləğində pul almışdır. Notariat qaydasında təsdiq olunmuş kredit müqaviləsində göstərilən 12000 ABŞ dolları isə verilməmiş, həmin müqavilə əvvəl verilmiş 3500 manat və 5000 ABŞ dollarının faizlərlə birgə hesablanması nəticəsində imzalanmışdır. Borc məbləğindən cəmi 10200 manat ödəmişdir. İşdən göründüyü kimi, iddiaçının cavabdehə qarşı tələbi 12000 ABŞ dolları ilə məhdudlaşmışdır. Bu baxımdan, apellyasiya məhkəməsi iddiaçının cinayət işinin istintaqı zamanı verdiyi ifadələrdə ödənildiyini etiraf etdiyi məbləğlərin tərəflər arasında başqa borc münasibətlərinə aid olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsassız saymışdır. İşin 76-78-ci vərəqlərində olan 10 noyabr 2016-cı il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq vaxtı iddiaçı cavabde hlə üzləşdirilərkən aşağıdakıları göstərmişdir: “Səhv etmirəmsə, Ədalət (cavabdehin atası) Nikoyl Banka mənim götürdüyüm 7000 manatın aylıq kredit borcundan 5 ay ödəyib, lakin şikayət edəndən əvvəl, ya sonra olduğunu xatırlamıram. Hər ay təxminən 700 manat. Şikayət edəndən sonra 2016-cı ilin mart ayında mənə müstəntiqin yanında 3200 manat verdi (2000 dollar hesabı ilə). Daha sonra Ədalət mənə 2000, 1000, 500 manat olmaqla 3500 manat göndərib. Sonuncu dəfə 2016cı ilin oktyabr ayında Ramin mənə 1000 manat ödəyib”. Göründüyü kimi, iddiaçı həmin ifadəsində cavabdehdən üst-üstə 10200 manat pul aldığını etiraf etmişdir və bu etiraf cavabdehi tələb olunan borc məbləğinin həmin hissədə ödənilməsini sübut etmək vəzifəsindən azad edir. Apellyasiya instansiyası məhkəməsi sübutları qiymətləndirərkən b u hallara diqqət yetirməmiş və nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələblərinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsində a parılmış araşdırma üzrə 10 noyabr 2016-cı il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq vaxtı İddiaçı Cavabdeh ilə üzləşdirilərkən aşağıdakıları göstərmişdir: “...Səhv etmirəmsə, Ədalət (cavabdehin atası) Nikoyl Banka mənim götürdüyüm 7000 manatın aylıq kredit borcundan 5 ay ödəyib, lakin şikayət edəndən əvvəl, ya sonra olduğunu xatırlamıram. Hər ay təxminən 700 manat. Şikayət edəndən sonra 2016-cı ilin mart ayında mənə müstəntiqin yanında 3200 manat verdi (2000 dollar hesabı ilə). Daha sonra Ədalət mənə 2000, 1000, 500 manat olmaqla 3500 manat göndərib. Sonuncu dəfə 2016cı ilin oktyabr ayında Ramin mənə 1000 manat ödəyib”. Göründüyü kimi, İddiaçı həmin ifadəsində Cavabdeh 2016-cı ilin mart ayında 3200 manat, 2016-cı ilin aprel-may aylarında 3500 manat, 2016-cı ilin oktyabr ayın da 1000 manat pul aldığını etiraf etmişdir. Eyni zamanda apellyasiya instnasiyası məhkəməsinin iclasında İddiaçı bildirmişdir ki, Cavabdeh 2015-ci ilin noyabr və dekabr aylarında, habelə 2016-cı ilin yanvar, fevral, mart aylarında ayrı-ayrılıqda hər ay 500 manat olmaqla, cəmi 2500 manat kredit ödənişini onun əvəzindən banka köçürmüşdür. Bununla bağlı Cavabdeh da öz izahatında bildirmişdir ki, həqiqətən də, o, 2015-ci ilin noyabr və dekabr aylarında, habelə 2016-cı ilin yanvar, fevral, mart aylarında ayrı-ayrılıqda hər ay 500 manat olmaqla, cəmi 2500 manat kredit ödənişini İddiaçı əvəzindən həyata keçirmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi saytındakı göstəricilərə əsasən, noyabr-dekabr 2015-ci il tarixinə 1 ABŞ dolları 1,05 manat, yanvar-mart 2016-cı il tarixinə 1 ABŞ dolla rı 1,6 manat, aprelmay 2016-cı il tarixinə 1 ABŞ dolları 1,5 manat, oktyabr 2016-cı il tarixinə 1 ABŞ dolları 1,6 manat təşkil etmişdir. Beləliklə, manatın ABŞ dolları məzənnəsinə uyğun olaraq hesabladıqda müəyyən olunur ki, 2015-ci ilin noyabr və dekabr aylarında 1000 manat / 1,05 manat = 952 ABŞ dolları, 2016-cı ilin yanvar, fevral və mart aylarında 1500 manat / 1,6 manat = 937 ABŞ dolları, 2016-cı ilin mart ayında 3200 manat / 1,6 manat = 2000 ABŞ dolları, 2016-cı il aprel-may aylarında 3500 manat / 1,5 manat = 2333 ABŞ dolları, 2016-cı ilin oktyabr ayında 1000 manat / 1,6 manat = 625 ABŞ dolları olmaqla, cəmi 6847 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh tərəfindən İddiaçı ödənilmişdir. Bu baxımdan apellyasiya instnasiyası məhkəməsi düzgün olaraq qənaətə gəlmişdir ki, iddiaçı tərəfi ndən tələb edilən 12000 ABŞ dollarından cavabdeh tərəfindən ödənilmiş 6847 ABŞ dolları məbləğində pul vəsaiti çıxılmalı və qalan 5153 ABŞ dolları iddiaçıya ödənilməlidir (12000 – 6847 = 5153). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hall ara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12337/2018 nömrəli iş üzrə 18 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıd ır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı, nümayəndəsi və vəkili Babazadə Ruhsarə Vəli qızı, və Cavabdeh, nümayəndəsi və vəkili Əmirəliyev Rəhim Qasım oğlunun ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12337/2018 nömrəli iş üzrə 18 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar