Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3219/2021 09.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə tələbinə dair iş üzrə QƏRAR (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriya r Əli oğlunun katibliyi, İddiaçının vəkili Əzimov Rauf Nərimanov oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12214/2019 nömrəli iş üzrə 12 mart 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan İddiaçı Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 29.10.2018-ci il tarixə hesablanmış banka ödənilməmiş pul borcu 21851.54 (iyirmi bir min səkkiz yüz əlli bir manat, əllin dörd qəpik) AZN əsas borc, 2509.59 (iki min beş yüz doqquz manat, əlli doqquz qəpik) AZN faiz borcu, 3186,66 (üç min yüz səksən altı manat, altmış altı qəpik) AZN kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcu olmaqla, cəmi 27547.79 (iyirmi yeddi min beş yüz qırx yeddi manat, yetmiş doqquz qəpik) AZN və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq LPO Zaminbank ASC-nin xeyrinə ödənilməsi və ipoteka qoyulmuş Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, fərdi yaşayış evinin açıq hərrac yolu ilə satılması və satışdan əldə ol unan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2(004)-782/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 29.10.2018-ci il tarixə hesablanmış banka ödənilməmiş pul borcu 21851.54 (iyirmi bir min səkkiz yüz əlli bir manat, əlli dörd qəpik) manat əsas borc, 2509.59 (iki min beş yüz doqquz manat, əlli doqquz qəpik) manat faiz borcu, 3186,66 (üç min yüz səksən altı manat, altmış altı qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcu olmaqla, cəmi 27547.79 (iyirmi yeddi min beş yüz qırx yeddi manat, yetmiş doqquz qəpik) manat tutularaq LPO "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan, tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiyməti 49000 manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitdən 27547.79 (iyirmi yeddi min beş yüz qırx yeddi manat, yetmiş doqquz qəpik) manat və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu məbləğində pulun LPO "xxxx" ASC-yə ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq qalmış pul vəsaiti Cavabdeh1 qaytarılması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat məbləğində olan ekspertiza xərci Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilm işdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamə onun ziyanına əsas və faiz borcundan əlavə əsassız olaraq 3186,66 hesablandığı üçün həmin qətnamənin ləğv edilməsini və təqdim edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının, 2(103)-12214/2019 saylı, 27 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2(004)-782/2019 nömrəli qətnaməsinin Cavabdeh1 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məh kəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2311/2021 saylı 26 fevral 2021-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12214/2019 nömrəli iş üzrə 27 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmiş və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir. Bu hissədə şikayət olunan məhkəmə aktı çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir maddi və prosessual hüquq norması sıralanmaql a göstərilməli və hər birinin qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Mülki Prosessual Məcəllənin 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, şikayət geri qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 mart 2021-ci il tarixli 2(103)12214/2019 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının, 2(103)12214/2019 saylı, 27 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh X1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi on dan ibarət olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının, 2(103)-12214/2019 saylı, 27 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh X1 tərəfindən verilmiş kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 407.1.4-cü maddəsinin tələblərinə uyğun tərtib olunmadığından geri qaytarılmalıdır. Həmin qərardaddan narazı qalan cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 mart 2020-ci il tarixli 2(103)-12214/2019 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının, 2(103)-12214/2019 saylı, 27 sentyabr 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətində vurğulanmışdır ki, Bakı Apellyasiya Məhkəməsi 3186,66 manat faiz borcunun artıq hesablandığı üçün ekspertizanın təyin edilməsi barədə vəsatəti əsassız olaraq təmin etməməklə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 165-ci maddəsinin tələblərini pozmuşdur. Yəni, məhkəmə işi obyektiv araşdırılması üçün çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri görməmişdir. Bunun qeyd edilməsinə baxmayaraq, məhkəmə kassasiya şikayətini Mülki Prossesual Məcəllənin 407.1.4-cü maddəsinə istinad etməklə geri qaytarmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Əzimov Rauf Nəriman oğl u kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.1.4. Kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkə mənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti qaytarılır. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 417.1.1 Kassasi ya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayətini təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının, 2(103)-12214/2019 saylı, 27 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh X1 tərəfindən verilmiş kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 407.1.4-cü maddəsinin tələblərinə uyğun tərtib olunmadığından həmin Məcəllənin 408.1.5-ci maddəsinin tələblərinə görə geri qaytarı lmalıdır. Qanunvericiliyin tələblərinə əsasən kassasiya şikayətində maddi və prossesual hüquq normasının pozuntusunun nədən ibarət olduğu ətraflı əsaslandırılmalıdır. Kassasiya şikayətində kassatorun istinad etdiyi yeganə norma Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 165-ci maddəsi olmuş, həmin normanın pozuntusunun nədən ibarət olması, onun pozulmasının iş üzrə düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnməsi və s. əsaslandırılmamışdır. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qərardad qəbul edilərkən mülki prossesual normaların tələbləri pozulmadığından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qəra rdadı dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12214/2019 nömrəli iş üzrə 12 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.