Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-322/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı1, Cavabdeh vəkili İbrahimov Ramiz Hilal oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli, 2(103)-9786/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İsmayılova Rüsxarə Həbib qızının kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və 3 cavabdeh “Yeni Azərbaycan” Partiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəfn xərcləri qismində 35.000 manat, mənəvi zərər qismində 250000 manat və son iki illik məhkəmə prosesində çəkilmiş maddi zərər 5500 manat pulun alınaraq, İddiaçı1, 02.12.2015-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək və əyani formada təhsil üzrə təhsil müəssisələrinə daxil olacağı təqdirdə təhsil aldığı müddət bitənədək hər ay 1452,05 manat, 02.12.2015-ci ildə anadan olmuş X4 14 yaşına çatanadək ona qulluq edilməsi üçün hər ay 500 manat, mənəvi zərərə görə 250000 manat alınaraq iddiaçı X2 verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Bakı şəhəri, Pirallahı rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli hökmü ilə sürücü X17 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bu qərardan zərərçəkmişin hüquq varisi apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti təmin olunmuşdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin CK-nın 07 mart 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli hökmü dəyişdirilərək, X10 cəzası 5 il 6 ay azadlıqdan məhrum edilməklə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Bununla da məhkəmənin hökmü qanuni qüvvəsinə minmişdir. Göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə də müəyyən edilmişdir ki, “Yeni Azərbaycan” Partiyasını Pirallahı rayon təşkilatına məxsus, texniki cə hətdən saz vəziyyətdə olan “Nissan Sentra” markalı, **-AS*** dövlət qeydiyyat nişanlı avtomobil yol vərəqəsi əsasında X17 tərəfindən idarə edilən zaman, 02 sentyabr 2016-cı il tarixdə, saat 19-25 radələrində Pirallahı-Qala yolu ilə Qala qəsəbəsi istiqamətində hərəkətdə olarkən, sürücü “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum surətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə zidd olaraq 60 km/saat surətlə idarə edərək həmin yolun Dübəndi bağ massivindən keçən hissəsində göstərilən Qanunun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq qarşıda piyada keçidi ilə yolu keçən piyada X5 vurmuş, hadisə nəticəsində piyada X3 həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər dəyməklə xəstəxanaya aparılarkən yolda ölmüşdür. Qeyd olunduğu kimi, “Nissan Sentra” markalı, **-AS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil “Yeni Azərbaycan” Partiyasının Pirallahı rayon təşkilatına məxsus olmaqla, həmin dövrdə RT sədri olmuş (aidiyyatı orqanlara çox saylı müraciətlərindən sonra 05.05.2017-ci il tarixdə YAP Pirallahı rayon təşkilatının konfransında sədrlikdən azad edilmişdir) Manaf Manafovun xidməti istifadəsində olmuşdur. Manaf Manafov vəzifəsindən suiistifadə edərək, işdən sonra təşkilata məxsus həmin xidməti maşınla, yanında Pirallahı rayon İcra Hakimiyyəti Başçısının köməkçisi Həsən Niftəliyevlə birgə Bakıxanov qəsəbəsinə toya tələsirmişlər. Onlar istintaqa verdikləri ifadələrində və məhkəmə iclaslarındakı dindirmələrində, bunu dəfələrlə etiraf etmişlər. Bu səbəbdən də maşının kimin sürməsindən asılı olmayaraq, hətta bu gün də iddiaçılarda şübhələr var ki, hadisə anında sükan arxasında elə Manaf Manafovun özü olmuşdur. Buna əsas isə, 14 aydır yürüdülən məhkəmə proseslərində məhkum X10 verdiyi ziddiyətli ifadələr, onun məhkəmə iclaslarında davranışları, maşının içində olanlardan kənar yeganə canlı şahid Cavid Mahmudov istisna (o istintaqa verdiyi ikinci və sonra məhkəmədə verdiyi ifadələrində təkrar-təkrar hadisə anında maşından düşən kişinin Manaf olduğunu və həmin anda Bağışın orada olmadığını bildirmişdir), yerdə qalan şahidlərin olmayan məntiqsiz ifadələri, Pirallahı-Bakı istiqamətində hadisə yerinə kimi olan 12-yə qədər təhlükəsizlik kameralarından heç birinin görüntülərinin əldə edilməməsi, istintaqa təqdim etdikləri 19 adda xüsusatların tam araşdırılmaması və s.olmuşdur) təhlükə mənbəyi “Ye ni Azərbaycan” Partiyasının Pirallahı rayon Təşkilatına məxsus “Nissan Sentra” markalı, **-AS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil və işdən sonra həmin avtomobilə öz şəxsi məqsədi üçün sürətli hərəkətinə sərəncam vermiş Manaf Manafov olmuşdur. İddiaçı 3 mərhum X3 arvadı olmuşdur. Qeyd edilən fakt Azərbaycan Respublikası Ədliyyə nazirliyinin Səadət Sarayı tərəfindən verilmiş 27 dekabr 2014-cü il tarixli, AZ-İİ № 013290 saylı nikah haqqında şəhadətnamə ilə təsdiq edilir. Birgə nikahlarından 02.12.2015-ci il təvəllüdlü qızı-X7 anadan olmuşdur. İddiaçılar onlara və ailə üzvlərinə dəymiş maddi və mənəvi ziyanın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər Bakı şəhər Səbail rayon Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli, 2(009)2416/2018 saylı qətnaməsi ilə (hakim X11)iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçılar İddiaçı1 və 3 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 17 sentyabr 2018-cu il tarixli, 2(009)-2416/2018 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli, 2(103)-12225/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 17 sentyabr 2018-cu il tarixli, 2(009)-2416/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Koll egiyasının 15 may 2019-cu il tarixli, 2(102)-3549/2019 saylı qərarı ilə (hakimlər X23, X6 və X24) iddiaçıların kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli, 2(103)-9786/2019 nömrəli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev, V.T.Həsənov və Ş.A.Məmmədova) iddiaçılar İddiaçı1 və 3nın apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhər Səbail Rayon Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli, 2(009)2416/2018 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, Cavabdehndan İddiaçı1 xeyrinə dəfn xərclərinə görə 6.133,14 (a ltı min yüz otuz üç manat on dörd qəpik) manat, məhkəmə xərcinə görə 1,1 (bir manat on qəpik) manat, mənəvi zərərə görə 1.000 (min) manat, cəmi 7.134,24 (yeddi min yüz otuz dörd manat iyirmi dörd qəpik) manat tutulmuş, Cavabdehndan iddiaçı 3nın xeyrinə 02.12.2015-ci il təvəllüdlü X1 üçün uşaq 18 yaşına çatanadək, 21 iyun 2018-ci il tarixdən başlayaraq hər 160 (yüz altmış) manat zərərin əvəzi tutulmuş, cavabdeh “Yeni Azərbaycan” Partiyasından iddiaçı 3nın xeyrinə 1000 (min) manat mənəvi zərər tutulmuş, iddia qalan hissələrdə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli, 2(103)-9786/2019 nömrəli qətnaməsindan iddiaçılar İddiaçı1 və 3 kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçılar İddiaçı1 və 3 kassasiya şikayəti v erərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli, 2(103)-9786/2019 nömrəli qətnaməsinin iddianın təmin edilməmiş hissələrində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, işə baxan məhkəmə dəfn xərclərini düzgün müəyyən etməmiş, bununla bağlı mərasim evlərinə sorğu verərək iddiaçıların bir il ərzində nə qədər yas mərasimlərinə xərcləri çıxdığını müəyyəne də bilərdi. Bundan əlavə, uşaqların saxlanması üçün müəyyən ediən məbləğ düzgün deyildir. Belə ki, məhkəməyə mərhumun işlədiyi “xxxx” QSC-nin arayışı təqdim olunsa da (əmək haqqı barədə), sözügedən arayış sübut kimi qəbul edilməmiş, uşaqların saxlanması üçün minimum məbləğ müəyyən edilmişdir. Həmçinin mənəvi zərərin məblə ği müəyyənləşdirilərkən iddiaçıların çəkdiyi iztirablara düzgün hüquqi qiymət verilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh "Yeni Azərbaycan" partiyasının vəkili Ramiz İbrahimov Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli, 2(103)-9786/2019 nömrəli qətnaməsini dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı2 məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmas ını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 21 avqust 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhər Səbail Rayon Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli, 2(009)-2416/2018 saylı qətnaməsini uşağın saxlanması üçün pulun tutulması tələbinin təmin edilməmiş hissəsində haqlı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 1(103)-345/2018 saylı, 07 mart 2018-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının qərarına əsasən Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin X12 haqqındakı 28 dekabr 2017-ci il tarixli hökmü zərər çəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmişdir. X14 təyin olunmuş azadlıqdan məhrum etmənin müddəti artırılaraq beş il altı ay müəyyən olunmuş, X13 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. AZ-İ 829497nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8, 02.09.2016-cı il tarixdə, kəlla tağı sümüklərinin sınığından ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2016 il 09 ayının 07 günündə 1464 № ilə qeyd edilmişdir. 24 dekabr 2015-ci il tarixli, AZ-İİİ 680097 saylı doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X8 ilə İddiaçı2 birgə nikahlarından 02 dekabr 2015-ci il tarixdə X7 adlı uşaqları dünyaya gəlmişdir. 19656 nömrəli, 14 sentyabr 2016-cı il tarixli ekspert rəyindən görünür ki, “Nissan Sentra” markalı ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X10 hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü B.N.X25 markalı avtomobili 3.24 “Maksimum surətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 70 km/saat surətlə hərəkət etdirdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsini n (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Nəqliyyat vasitəsinin üzərində olan əziklərə əsasən hərəkət sürətinin müəyyən edilməsinə dair ekspertiza təcrübəsində istifadə edilməsi üçün təsdiq edilmiş metodik vəsait olmadığından nəqliyyat vasitəsinin üzərində olan əziklərə görə onun hərəkət sürətini ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissənin 19 aprel 2018-ci il tarixli, 1236 saylı arayışına əsasən X8 həqiqətən 28.07.2016-cı il tarixdən 02.09.2016-cı il tarixədək N saylı hərbi hissədə qulluq edib və onun aylıq bir aylıq əmək haqqı bütün növ vergilər tutulduqdan sonra 212,05 manat olmuşdur. “xxxx”QSC-nin 22.11.2016-cı il tarixli arayışına əsasən mərhum X9 şirkətdə 01.02.2014-cü ildən, hadisə baş verən günə kimi (02.09.2016-cı il) baş mühasib vəzifəsində işləmiş və işlədiyi bütün dövrd ə, ştat cədvəli üzrə aylıq vəzifə maaşı 1100 manat olmuşdur. DSMF-nun Sabunçu rayon Şöbəsinin 23.04.2018-ci il tarixli, 190 saylı arayışından görünür ki, X8 01.02.2016-cı il tarixdən 31.08.2016-cı il tarixə kimi İ qrup əlil növü üzrə 140 manat sosial müavinə almışdır. “xxxx” ASC-nin 01.07.2019-cu il tarixli sifariş-müqavilə və 08.07.2019- cu il tarixli qaimə-fakturasından görünür ki, qranit qəbirüstü abidəyə 4133,14 manat məbləğində xərc çəkilmişdir. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi öz qərarında qeyd etmişdir ki, idarə edilməsi zamanı qəza törədilmiş avtomobilin Pirallahı rayon təşkilatına məxsus olmasını iddianın rədd edilməsi üçün əsas kimi göstərərkən, məhkəmə kollegiyası bu halın iddia tələbinin məhz partiyanın rayon təşkilatına qarşı irəli sürülməsi üçün nə dərəcə də əsas verməsini araşdırmamışdır. Avtomobil partiyanın rayon təşkilatına məxsus olsa da, işdə həmin təşkilatın iddiaya cavab verməli olan hüquqi şəxs olmasını təsdiq edən heç bir sübut yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarını nəzərə almaqla, aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 5.1 -ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. İşdə olan “Yeni Az ərbaycan” Partiyasının Nizamnaməsinin Vİ bölməsinin 1-ci maddəsindən görünür ki, partiya hüquqi şəxs olmaqla banklarda hesablaşma hesabı və digər hesabları vardır. MM-nin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. MM-nin 53.1-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. MM-nin 53.2-ci maddəsinə əsasən hüquqi şəxsi n olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. MM-nin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən 26.07.203-cü ildə verilmiş şəhadətnamədən görünür ki, “Yeni Azərbaycan” Partiyası Pira llahı rayon Təşkilatı hüquqi şəxsin filialı (bölməsi) kimi vergi uçotuna alınmışdır. MM-nin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmçinin adı çəkilən maddəyə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin v ə qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. MM-nin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdı, ikincisi şəxsiyyətə və əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Göründüyü kimi, hazırkı iş üzrə üç zəruri şərt mövcuddur. Hazırki iddia tələbinin zərərin əvəzinin ödənilməsinin qanuni əsasını təşkil edən MM-nin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvən in təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunun mənasından müəyyən olunur ki, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə işin araşdırılmış halları ilə apellyasiya instanisyası məhkəməsi müəyyən etmişdir ki, yüksək təhlükə mənbəyi olan “Yeni Azərbaycan” Partiyası Pirallahı rayon t əşkilatının mülkiyyətində olan “Nissan Sentra” markalı, 10- AS-649 dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsasla idarə edən sürücüsü X17 tərəfindən törədilmiş yolnəqliyyat hadisəsi zamanı piyada X8 aldığı xəsarətlərdən vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1121.1-ci maddəsinə əsasən zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: 1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; 1121.3. Zərərin əvəzi aşağıdakılara ödənilir: 1121.3.1. yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək; 1121.3.2. on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək; 1121.3.5. ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə - qulluq etdikləri on dörd yaşına çatanadək. 1122.1-ci maddəsinə əsasən ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. 1122.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi miqdarı müəyyənləşdirilərkən ailə başçısının ölümü ilə əlaqədar şəxslərə təyin edilmiş pensiyalar və həm ailə başçısı ölməzdən əvvəl, həm də öldükdən sonra təyin edilmiş digər növ pensiyalar, habelə həmin şəxslərin götürdükləri qazanc (gəlir) və aldıqları təqaüd onlara zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. MM-nin 1119.1-cu maddəsinə görə zərərçəkənin itir diyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. 1127-ci maddəsinə əsasən zərərçəkənin ölümü nəticəsində dəyən zərər üçün məsuliyyət daşıyan şəxslər dəfn xərclərini çəkmiş şəxsə həmin xərclərin əvəzini ödəməlidirlər. Bu xərcləri çəkmiş fiziki şəxsin dəfn üçün aldığı müavinət zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Apellyasiya instansiyası məhkəməsi dəfn xərcləri ilə bağlı hissədə sübutlara qiymət verərək hesab etmiş dir ki, həmin hissədə iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı1 tərəfindən qəbirüstü abidəyə görə 4133,14 manat xərc çəkilmişdir. İddiaçı1 mərhum oğlunun dəfni, yas mərasimlərinin keçirilməsi ilə bağlı sübutlar təqdim etməsə də, kollegiya hamıya bəlli olan hallara əsasən yas mərasimlərinə görə 2000 manat məbləğində pulun tutulmasını ədalətli hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Buna görə də, iddia tələbi dəfn xərcləri ilə bağlı hissədə qismən təmin edilmiş, cavabdehdən İddiaçı1 xeyrinə 4133,14 manat qəbirüstü abidəyə görə və 2000 manat yas mərasimlərinə görə, cəmi 6133,14 manat məbləğində pul tutulması qət edilmişdir. Apellyasiy a instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı1 məhkəmə prosesində çəkilmiş maddi zərərə görə 5500 manat pulun tutulması hissəsində iddianın qismən təmin edilərək, 1,1 manat maddi zərərin tutulmasını əsaslı hesab edir. Belə ki, iş materiallarında iddiaçının poçt göndərişinə görə 1,1 manat xərc çəkməsi müəyyən olunur. (i/v 167) Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin İddiaçı1 maddi zərər tələbi üzrə iddiasının təmin edilməmiş hissəsinə onun kassasiya şikayətinin dəlilləri baxımından qiymət verərək, belə qənaətə gəlir ki həmin hissədə qətnamə qanuni və əsaslıdır. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Buna baxmayaraq, İddiaçı1 məhkəmənin tutulmasını təmin etdiyindən daha artıq məbləğdə maddi zərərə məruz q alması ilə bağlı istinad etdiyi halları üzrə üzərinə düşən sübutetmə yükünün öhdəsindən gələ bilməmişdir. Apellyasiya Kollegiyası həmçinin haqlı olaraq hesab etmişdir ki, iddia tələbi uşaq əyani formada təhsil üzrə müəssisəyə daxil olacağı təqdirdə, təhsil aldığı müddət bitədənək zərərin əvəzinin ödənilməsi hissəsində gələcək zaman üçün irəli sürülmüş tələb olmaqla, qeyri-müəyyən oluduğundan təmin edilməməlidir. Bundan əlavə, apellyasiya kollegiyası haqqlı olaraq iddiaçı 3nın 02.12.2015-ci ildə anadan olmuş X4 14 yaşına çatanadək ona qulluq edilməsi üçün hər ay 500 manat tutulması hissəsində iddianı əsassız hesab edərək, təmin olunmaması qənaətinə gəlmişdir. Belə ki, Mülki Qanunvericilik (MM1121.13-cü maddəsi) qulluq olunan uşağın 14 yaşına çatana kimi zərərin əvəzinin ödənilməsini tələb e dən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvünün işləməməsini nəzərdə tutmuşdur. Hazırki halda, iddiaçı 3 işləməməsi ilə bağlı sübutlarını təqdim etməmişdir. Hər iki iddiaçının mənəvi zərər tələbi ilə bağlı apellyasiya instanisyası məhkəməsi aşağıdakıları qeyd etmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlə rə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi il ə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirilməsi ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə ədaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s.hallarda özünü biruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 4-cü bəndinə əsasən ş əxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s.hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zər ərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və.s), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Apellyasiya Kollegiyası hesab etmişdir ki, mərh um X8 İddiaçı1 oğlu və digər iddiaçı 3nın həyat yoldaşı olmaqla, onun yol-nəqliyyat hadisəsi zamanı vəfat etməsi nəticəsində iddiaçıları mənəvi sarsıntı və iztirab keçirmişlər. Buna görə də, apellyasiya instansiyası məhkəməsi mənəvi zərərin tutulması hissəsində iddia qismən təmin edərək, cavabdehdən iddiaçıların hər birinin xeyrinə 1000 manat mənəvi zərərin tutulmasını ağlabatan hesab etmişdir. Kassasiya kollegiyası, bu hissədə də apellyasiya istansiyası məhkəməsinin hüquqi əsaslandırılması ilə razılaşaraq hesab edir ki, mənəvi zərər tələbinin təmin edilməmiş hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı kassasiya kollegiyası iddiaçı 3nın iddiası üzrə uşağın saxlanması üçün pulun tutulması tələbinin təmin edilməmiş hissəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi nin qənaətini prosessual qanunvericiliyin tələblərinin pozulması ilə gəlindiyi qənaətinə gəlir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir kİ, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mərhum X8 Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissədə 212,05 manat əmək haqqı almış, İ qrup əlilliəyə görə 140 manat sosial müavinət almışdır. Bununla yanaşı iddiaçının təqdim etdiyi “xxxx”QSC-nin 22.11.2016-cı il tarixli arayışını mötəbər sübut kimi qəbul etməmiş və iddianı mərhumun Hərbi hissədə işləyən zaman aldığı məvacib və əlil kimi aldığı sosial müavinət əsasında qismən təmin etmişdir. Bu qənaətini isə iddiaçı tərəfin mərhum X3 “xxxx” QSC-də işləməsi ilə bağlı elektron informasiya sistemindən çıxarışın təqdim edilməməsi ilə əsaslandımışdır. Belə ki, Azərbaycan Re spublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İlk növbədə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mərhum ərinin arayışda qeyd edilən yerdə işləməsi məsələsinə qiymət verərkən onunla əmək müqaviləsinin əmək müqaviləsinin qüvvəyə minməsini əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınması ilə şərtləndirən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə edilmiş dəyişikliyin qüvvəyə minməsindən əvvəl və yaxud sonra bağlandığına da qiymət verməli idi. Belə ki, Azərbyacn Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Digər tərəfdən kassasiya kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbi üzrə sübutetmə vəzifəsinin icrası baxımından mərhum ərinin “xxxx”QSC-də işləməsini təsdiq edən və müvafiq qaydada işəgğtürənin möhürü ilə təsdiq edilən arayışı təqdim etmişdir. Bu şəkildə Mülki Prosessual Məcəllənin 89.3-cu maddə sinin tələblərinə cavab verən yazılı sübut qismində arayışın təqdim edildiyi halda, əmək müqaviləsinin elektron informasiya sistemində qeydiyyata alınmasına dair çıxarışın iddiaçı tərəfin təqdim etməsinin mümkün olub-olmamasını və yaxud çətin olmasını aydınlaşdırmadan sadəcə olaraq onun təqdim edilməməsi əsası ilə sübutun qeyri-mötəbər hesab edilməsi ilə bağlı apellyasiya instanisyası məhkəməsinin qənaəti ilə kollegiya razılaşmır. Belə ki, Azərbyacn Respublikası Mülki Prosessual Məcəlləsinin: 85.1-ci maddəsinə əsasən özləri üçün zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün olmayacağından və ya çətin olacağından ehtiyat etməyə əsası olan şəxslər bu sübutların təmin olunmasını məhkəmədən xahiş edə bilərlər. 87.1-ci maddəsinə əsasən sübutlar bu Məcəllə ilə müəyyən edilmiş qa ydada hakim tərəfindən təmin edilir. Belə ki, məhkəmə iddiaçı tərəfin sübutu təqdim etdiyi halda sübutların qiymətləndirilməsi çərçivəsində onun mötəbərliyinə qiymətin verilməsi üzrə zəruri araşdırmanı özü aparmalı idi. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi İddiaçı2 mərhum ərinin əmək müqaviləsinin bağlanmasınına dair bildirin elektron informasiya sistemində qeydə alınıb- alınmadığına dair çıxarışın əldə etmə imkanının olub-olmamasını araşdırmadan, bunun üçün məhkəmənin sübutların təmin edilməısi ilə bağlı vəzifələrinin icrasına ehtiyacın olubolmamasını araşdırmamaqla maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol vermişdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiq inə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməli dir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi İddiaçı2 uşağın saxlanması üçün pulun tutulması tələbinin təmin edilməmiş hissəsində qənaətə gələrkən mülki prosessual qanunvericiliyin göstərilən tələblərinə əməl etməməklə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Həmin hissədə iş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi yuxarıda qeyd edilən halların araşdrılması zərurəti olduğundan, İddiaçı2 k assasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı2 uşağın saxlanması üçün pulun tutulması tələbinin təmin edilməmiş hissəsində ləğv edilməli, həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir, hər iki iddiaçnın tələblərinin təmin edilməmiş qalan hissəsində qətnamə dəyişdirilmədədn saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən b axılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. İddiaçı 3nın kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli, 2(103)-9786/2019 nömrəli qətnaməsi uşaqların saxlanılması üçün pulun tutulması tələbinin təmin edilməmiş hissəsində ləğv edilsin və həmin hissədə yenidən baxılması üçün iş apelyasiya instansiyasına qaytarılsın. Qətnamə iddiaların təmin edilməmiş qalan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-322/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-322/2020
13.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver