Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-322/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Rzayeva (Əliyeva) Samirə Qasım qızının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı Rzayeva (Əliyeva) Samirə Qasım qızının Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 oktyabr 2024-cü il tarixli, 2(104)-2779/2023 nömrə li qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 21 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Rzayeva (Əliyeva) Samirə Qasım qızı etibarnamə üzrə nümayəndəsi (bacısı) Nümayəndə1 vasitəsi ilə Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək iddiaçıya məxsus Gəncə şəhəri, X13 küçəsi, 1Z ünvanında yerləşən fərdi yaşayış evinin əvəzinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisinin cənubşərq tərəfindən salınmış yeni yaşayış massivində inşa olunmuş 400 kv metr torpaq sahəsinin üzərində olan 45 kv metr sahəsi olan 2 otaqlı fərdi yaşayış evindən cavabdehin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etm işdir.
2. İddiaçının nümayəndəsi X10 iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Gəncə şəhəri, X13 küçəsi, 1Z ünvanında yerləşən fərdi yaşayış evinin əvəzinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisində verilmiş, hazırda Cavabdeh Həsən qızının yaşadığı evdən S.H.Rzayevanın əşyaları ilə birlikdə çıxarılması və həmin evin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədə xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
3. Gəncə Şəhər Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli 2(125)-3811/2023 nömrəli qətnaməsi ilə İddiaçı iddiasının təmin edilməsi, Cavabdeh İddiaçı məxsus Gəncə şəhəri, X13 küçəsi, 1Z ünvanında yerləşən fərdi yaşayış evinin əvəzinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisində verilmiş, Gəncə Şəhər İcra Hakimiy yəti başçısının Aparatı tərəfindən təqdim edilən süni peykdən çəkilmiş kordinatlarda göstərilən mənzildən çıxarılması qət edilmişdir. (hakim C.Quliyev)
4. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(125)-3811/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2023-cü il tarixli 2(104)-2779/2023 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-3811/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. (hakimlər X3 (sədrlik edən və məruzəçi), X7 və X2 ibar ət tərkibdə)
6. Cavabdeh ərizə ilə müraciət edərək həmin qətnamədən kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 mart 2024-cü il tarixli 2(104)-2779/2023 saylı qərardadı ilə Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2023-cü il tarixli 2(104)-2779/2023 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizəsi təmin olunmuşdur. (hakimlər X3 (sədrlik edən və məruzəçi), X7 və X2)
8. Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 xx.xx.2024-cü il tarixdə məhkəməyə məktub ünvanlayaraq Cavabdeh ilə əlaqə saxlaya bilməməsi səbəbindən qərardadın icrasının mümkün olmamasını bildirmişdir.
9. Cavabdeh nümayəndəsi və vəkili N ümayəndə2 xx.xx.2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2023-cü il tarixli 2(104)2779/2023 saylı qətnaməsindən kassasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə müraciət edərək qeyd olunan qətnamədən kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
10. Müddətin bərpa edilməsi haqqında ərizə onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2779/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün müəyyən olunan prosessual müddəti ötürmə səbəbi onun səhhətində olan ciddi problemlərə görə olmuşdur. Belə ki, Cavabdeh qalxanabənzər vəzində düyün aşkar edildiyi üçün həkim tərəfındən təcili əməliyyat olunması tövsiyə olunmuş, lakin həmin vaxt onun qanı az olduğu üçün əməliyyata alınmamışdır. Bu müddət ərzində o, Bakı şəhərində xəstəxanalarda mütamadi müayinə və müalicə almış, onun qanında hormonların faiz dərəcəsi aşağı olduğu üçün daim müvazinətini itirmiş, ev şəraitində yataqda olmuşdur. Cavabdeh isə işsiz olduğu və pensiya almadığı üçün onun vəkil ilə müqavilə bağlamağa maddi imkanı yoxdur. Odur ki, o, məhkəmə müraciət etmişdir ki, pulsuz vəkil xidməti ilə təmin olunsun. Gəncə Apellyasiya Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(104)-2779/2023 saylı qərardadı ilə onun ərizəsi təmin edilmiş və o, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2779/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən kassasiya şikayətinin tərtib edilməsi üçün dövlət hesabına vəkil ilə təmin olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 13 m art 2024-cü il tarixli 2(104)- 2779/2023 saylı qərardadının surəti Gəncə şəhər 1 saylı Vəkil Bürosuna daxil olduqdan sonra Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 Sevda Faiq qızına dövlət hesabına vəkili təyin olunmuşdur. Lakin həmin vaxt Cavabdeh Bakı şəhərində xəstəliyi ilə əlaqədar müalicə aldığı üçün Gəncə şəhərinə gələ bilməmişdir. Cavabdeh vəkil Qələndər Məmmədova xəstə olduğunu bildirmiş, Qələndər Məmmədov məktub yazaraq bu barədə Gəncə Apellyasiya Məhkəməsinə məlumat vermişdir. Həmin məktub hazırda mülki iş materialının içindədir. Daha sonra Cavabdeh Gəncə şəhərinə gəlmiş, o, yenidən Gəncə şəhər 1 saylı Vəkil Bürosuna mürcaiət etmiş və vəkil bürosundan Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 (Vəkil orderi 3552 xx.xx.2024-cü il tarixli) Cavabdeh dövlət hesabına v əkili təyin olunmuşdur. Buna görə də kassasiya şikayəti verilməsi üçün pörosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 oktyabr 2024-cü il tarixli 2(104)-2779/2023 saylı qərardadı ilə Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə2 ərizəsi təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(104)-2779/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasından imtina edilmiş, kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər X3 (sədrlik edən və məruzəçi), X7 oğlu və X5)
12. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh xx.xx.2024-cü i tarixdə şəxsən məhkəmə qəbzinə imza etməklə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 dekab r 2023-cü il tarixli 2(104)- 2779/2023 saylı qətnaməsini almışdır. Bu halda kassasiya şikayəti verilməsi müddətinin axımı MPM-in 128.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən başlanmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə kassasiya şikayətini və prosessual müddətin bərpası barədə ərizəni məhkəməyə vermişdir. İddiaçı qətnaməni xx.xx.2024-cü il tarixdə alsa da, kifayət qədər uzun müddət keçdikdən sonra kassasiya şikayəti vermişdir. Həm də ərizəsinə müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sənəd əlavə etməmişdir. Ərizəsində Bakı şəhərində müalicədə olduğunu qeyd etmiş olsa da, ərizəsinə əlavə etdiyi müayinə sənədlərindən 2024-cü ilin iyul ayında Gəncə şəhərində yerləşən tibb müəssisəsində ambulator qaydada müayinədən keçdiyi görünür. Ona görə də müddətin bərpası üçün buraxılmış dövr üzrlü sayıla bilməz.
13. Apellyasiya məhkəməsi qərardadını Mülki-Prosessual Məcəlləsinin 128.3, 129, 133, 134.1.5, 135, 402, 408.1.4, 408.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin mülki işi üzrə xx.xx.2024 il tarixli 2(104)-2779/2023 saylı qərardadının ləğv edilməsi, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına 2(104)-2779/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, kassasiya şikayətinin təmin edilməsi və yenidən baxılması üçün işi Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkə məsinin Mülki kollegiyası tərəfindən qəbul edilmiş qərardad qeyri-obyektivdir. Cavabdehin hüquqi savadı yoxdur. Onun dövlət hesabına təyin olunan əvvəlki vəkili ona kassasiya şikayəti üçün qanunla müəyyən olunan prosessual müddəti ötürəcəyini izah etməmişdir. Əgər vəkil cavabdehə hüquqalarını izah etmiş olsaydı onun üçün bu qədər əhəmiyyətli olan bir məsələ bu gün təmin olunmamış qalmazdı.
16. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİ və Vİİ hissələrinə, 60-cı maddəsinin İ hissəsisinə; Mülki-Prosessual Məcəlləsinin 133.1ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
19. Maddə
129. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iy irmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır.
20. Maddə 133.1. Qanunla müəyyən edilmiş prosessual müddət üzürlü səbəblərə görə buraxılmışsa, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa edilir.
21. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır.
22. Maddə 134, 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir.
23. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
24. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
25. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
26. Maddə 408.1, 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
27. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə, kassasiya i nstansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkə n prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh xx.xx.2024-cü i tarixdə şəxsən məhkəmə qəbzinə imza etməklə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2023-cü il tarixli 2(104)- 2779/2023 saylı qətnaməsini almışdır MPM-in 128.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən kassasiya şikayəti verilməsi müddətinin axımı başlanmışdır. İddiaçı qanunla müəyyən edilmiş 2 aylıq müddətdə deyil, uzun müddət keçəndən sonra, xx.xx.2024-cü il tarixdə kassasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə vermiş, lakin müddətin üzrlü səbəbdən bura xıldığını təsdiq edən sənədlər təqdim edə bilməmişdir. Yalnız 2024-cü ilin iyul ayında Gəncə şəhərində yerləşən tibb müəssisəsində ambulator qaydada müayinədən keçməsi barədə sənəd təqdim etmişdir.
33. Kassasiya şikayətində göstərilən dövlət hesabına təyin olunan əvvəlki vəkilinin ona kassasiya şikayəti üçün qanunla müəyyən olunan prosessual müddəti ötürəcəyini izah etməməsi halı da müddətin təqribən 6 aydan çox ötürülməsinə üzrlü səbəb hesab oluna, qərardadın ləğvi üçün əsas sayıla bilməz.
34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh şızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-2779/2023 nömrəli iş üzrə 23 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.