Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3220/2022 20.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən və evdən çıxarılma və pul” tələbinə dair ilk və iddiaçılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı “çıxarışın ləğvi və mülkiyyət hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: torpaq mübahisəsi, mülkiyyətin müdafiəsi, hüquqdan sui-istifadə, vicdanlı sahibin hüquqları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 fevral 2022-ci il tarixli, 2(103)1501/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 0,06 ha ot torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin 1/3 hissədə mülkiyyət hüquqları 30 yanvar 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində ikimərtəbəli ev inşa olunmuşdur. İş üzrə qəbul ed ilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçılara xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsində, həmçinin həmin torpaq sahəsində yerləşən iki mərtəbəli evdə yaşayan cavabdehlərin və ailə üzvlərinin əşyaları ilə birlikdə çıxarılmaları və 1991-ci ildən iddiaçılara məxsus torpaqdan və evdən istifadə etdikləri üçün kirayə haqqı olaraq, ayı 500 manat olmaqla, cəmi 174000 manat pulun alına raq, iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahış etmişlər.
3. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsi və həmin torpaq sahəsində vaxtilə inşa edilmiş 2 mərtəbəli ev xüsusi mülkiyyət hüququ əsasında iddiaçılara məxsusdur. Belə ki, iddiaçıların ailəsinə 14 avqust 1987-ci il tarixdə Qaradağ rayon İcraiyyə Komitəsinin qərarı ilə Lökbatan qəsəbəsində, 6-cı Massiv, 5-ci küçədə 600 kv.m (6 sot) torpaq sahəsi verilmiş, həmin il dövlətdən borc pul (ssuda) götürüb, RSU adlanan tikinti idarəsi ilə ev tikilməsi üçün müqavilə bağlanmış, lakin müəyyən tikinti işlərindən sonra, tikinti idarəsi bağlandığı üçün evin tikintisi yarımçıq qalmışdır. Evin sahibi X7 həmin dövrdə öz bacısının həyat yoldaşını çağırıb, yarımçıq qalmış evi ona tikdirmişdir. Birinci mərtəbədə 3 otaq və mətbəx hazır olsa da, təmir tam başa çatmamışdır. Birinci mərtəbə hazır olduqdan sonra evə su, qaz, işıq çəkdirmiş, ev hasara alınaraq, darvazası qoyulmuşdur. İddiaçılar evə köçmüş, həmçinin X4 bacısı, həyat yoldaşı və iki uşağı ilə onlarla birlikdə yaşamışlar. 1991-ci il tarixdə ev növbələri çatdığı üçün, Əhmədli qəsəbəsində onlara mənzil verilmiş və mərhum X7 dost adlandırdığı Cavabdeh3 tapşırmışdır ki, Lökbatan qəsəbəsində yerləşən evdə müvəqqəti yaşasın ki, ora başqaları girməsin. Evi Cavabdeh3 verərkən, bütün əşyaları evdə qalmışdır. 1998-ci ildə X7 ailəsi ilə birgə Moskva şəhərinə işləməyə getmiş, 2000-ci ildə isə ağır xəstələnməsi səbəbindən sonuncunun ata evi yerləşən Biləsuvar ray onuna qayıtmışlar. X1 rayonunda vəfat etmişdir. Qohumları Biləsuvar rayonunda yaşadıqları üçün iddiaçılar orada qalmış, övladları orta məktəbi bitirdikdən və instituta girdikdən sonra Bakı şəhərinə qayıtmışlar. Lökbatan qəsəbəsində yerləşən evdən isə arxayın idilər ki, orada inandıqları, duz-çörək kəsdikləri, insaflı və vicdanlı, dürüst olan Cavabdeh3 orada müvəqqəti yerləşib ki, heç kim ora özbaşına girə bilməsin. İddiaçılar əmin idilər ki, dedikləri vaxt Cavabdeh3 evi boşaldıb, təhvil verəcək. Lakin, onlara məxsus evin və torpaq sahəsinin boşaldılaraq, təhvil verilməsi məsələsi qalxdıqda, cavabdehlər buna etiraz edərək, guya 30 il əvvəl həmin evi və torpaq sahəsini aldıqlarını bildirmişlər.
4. İddiaçılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı1 və İddiaçı3 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin tələb üzrə cavabdehlərdən 220950 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçılar mübahisəli torpaq sahəsini və üzərində yarımçıq tikilmiş evi 1990-cı ilin təxminən fevral ayında iddiaçıların ailə üzvü Rafiq Quliyevə 35000 rubl, evdən apara bilmədikləri əmlaklara görə də 1000 rubl, cəmi 36000 rubl verməklə almışlar. 1994-cü il tarixdə X12 rayon İcra Başçısının adına ərizə yazaraq bir nüsxəsini ona verməklə xahiş etmişdir ki, aldığı torpaq sahəsində ev tikə bilmədiyindən həmin torpaq sahəsinin və evin Cavabdeh3 adına keçirilməsi üçün sərəncam verilsin. Sonradan cavabdehlər Rusi ya Federasiyasına getmiş, 2000-ci il tarixdə Biləsuvar rayonuna qayıtmış və Rafiq Quliyev vəfat etmişdir. Bu müddət ərzində iddiaçılar cavabdehlərlə dəfələrlə əlaqə saxlamaqla aldıqları əmlakların adlarına rəsmiləşdirliməsini xahiş etmiş, İddiaçı1 01 dekabr 2012-ci il tarixdə ailə üzvü olan X2 notariusda 3 il müddətinə etibarnamə, Cavabdeh1 adına 17 aprel 2013-cü il tarixdə 2 il müddətinə, Cavabdeh2 adına 08 yanvar 2014-cü il tarixdə 29 illik müddəti olan etibarnamələr vermişdir. Hər dəfə müəyyən sənədlər çatışmadığından iddiaçılar torpağı və evi adlarına rəsmiləşdirə bilməmişlər. Sonuncu dəfə 2019-cu ilin axırlarında cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılardan 950 manat pul almış və torpağı Turənin adına özəlləşdirib onlarla alqı-satqı müqaviləsi bağlayacaqlarına söz vermişlər. Lakin cavabdehlər torpağa dair daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış almaqla iddiaçıların torpaqdan və evdən çıxarılmaqları ilə bağlı məhkəməyə müraciət etmişlər. Hazırda Lökbatan qəsəbəsində evin yerləşdiyi 6 sot torpaq sahəsinin real dəyəri bazar qiymətinə uyğun olaraq ən aşağısı sotu 10000 manat olmaqla, 6 sotu 60000 manat təşkil edir. Evin real dəyəri 160000 manat təşkil edir. Belə olan halda, cavabdehlərdən 220000 manat torpağa və evə görə, habelə 950 manat sonradan sənədləşdirmə üçün ödədikləri vəsait və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçıların xeyrinə tutulmalıdır.
6. Sonradan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 Azərbaycan Respublikası MPM-in 53cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsinə cavabdehlərin adına verilmiş ********** nömrəli çıxarışın ləğvi edilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsinə və həmin ünvanda tikilmiş ikimərtəbəli evə Cavabdeh3 mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(002)-122/2021 nömrəli qətnaməsi ilə (hakim G.R.Həşimova) ilkin iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və ailə üzvlərinin əşyaları ilə birlikdə İddiaçı1, İddiaçı2 və İddiaçı3 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökba tan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsindən, həmçinin həmin torpaq sahəsində yerləşən, onlara məxsus fərdi yaşayış evindən (iki mərtəbəli evdən) çıxarılmaları, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin cavabdehlərin mülkiyyət hüququ ilə iddiaçılara məxsus olan torpaq sahəsindən və üzərində olan yaşayış evindən çıxarılmaları tələbini əsaslı hesab edərək qeyd etmişdir ki, bu iddia tələbinin əsasına uyğun olaraq mülkiyyətçi qanunsuz sahibdən əşyanın geri qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd etmişdir ki, ilkin iddia üzrə iddiaçıların mübahisəli əmlakın mülkiyyətçisi olması iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında t ədqiq edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışla təsdiq olunur. Həmçinin işin müəyyən olunmuş hallarından görünür ki, mübahisəli əmlaka ilk iddia üzrə cavabdehlər faktiki olaraq sahiblik edirlər. Lakin onların torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin üzərində heç bir sahiblik hüququna təsir edən sübut mövcud deyil. Cavabdehlərin qanunsuz sahibliyi nəticəsində iddiaçı mülkiyyətçisi olduğu həmin daşınmaz əmlaka sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını həyata keçirə bilmirlər.
9. İlk iddianın 1991-ci ildən iddiaçılara məxsus torpaqdan və evdən istifadə etdikləri üçün kirayə haqqı olaraq pul tələbini əsassız hesab edən apellyasiya məhkəməsi göstərmişdir ki, iddia ərizəsindən göründüyü kimi tərəflər arasında kirayə müqaviləsi bağlanmamış, həmçinin aralarında belə bir şərt barəsində şifahi razılaşma olmamışdır. Deməli, ilkin iddia tələbinin pul tələbi (kirayə haqqı) hissəsinin hüquqi əsası olmadığından təmin edilməlidir. Həmçinin məhkəmə iclasında ilkin iddia üzrə iddiaçılar təsdiq etmişlər ki, özləri Rusiyaya köçərkən ilk iddia üzrə cavabdehlərin onların ailəvi dostları olduğu üçün, evlərinin boş qalmaması üçün orada yaşamalarına icazə vermişlər.
10. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı əsassız hesab edərək qeyd etmişdir ki, Mülki Məcəllənin 178.6-ci maddəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etdiyi halda şəxsin mülkiyyətçi kimi qeydə alınmasını tələb etmək hüququnu ehtiva edir. Lakin hazırki işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilən mübahisəsiz hallarından görünür ki, qarşılıqlı iddia üzrə cavabdehlər 1991-ci ildən mübahisəli evdə yaşamağa başlamış, ilkin iddia üzrə iddiaçıların həmin əmlak üzərində mülkiyyət hüquqları 2020-ci ilin yanvar ayında rəsmiləşdirilmişdir. Yəni, hazırki halda ümumiyyətlə dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmə halı iş materialları ilə müəyyən edilmir. Qarşılıqlı iddiaçılar mübahisəli evdə 1991-ci ildən yaşamış, ilkin iddiaçılar isə mübahisə predmetinə 2019-cu ildən mülkiyyətçı hüquqlarının müdafiəsini tələb etmiş, miras əmlakı qanun üzrə şəhadətnamə əsasında paylı mülkiyyət hüquqi ilə 2020-ci il tarixdə öz adlarına keçırmışlər. Deməli, qarşılıqlı iddiaçı lar ilk olaraq 30 il mübahisə predmetinə fasiləsiz və etirazsız sahiblik etməmiş (əmlak üzrə tərəflər arasında mübahisə 2020-ci il tarixdə yaranmışdır), həmçinin 30 yanvar 2020-ci il tarixdə daşınmaz əmlaka mülkiyyət hüququ ilkin iddia üzrə iddiaçıların adına dövlət reyestrində qeydə alınmışdır.
11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29.1, Mülki Məcəlləsinin 139, 152.1, 157.2, 178.6, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(002)-122/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 fevral 2022-ci il tarixli, 2(103)1501/2022 nömrəli qətnaməsi ilə (hakim X.A.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Həsənovdan və F.F.Babayevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(002)-122/2021 nömrəli qətnaməsi “ilkin iddia tələbinin təmin olunması və qarşılıqlı iddia tələbinin rədd edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır.
14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin “torpaq və ev barəsində iddiaçı ilə aralarında olan alğı-satqı müqaviləsinin olması” barədə dəlili ilə bağlı qeyd etmişdir ki, apellyatorun bu dəlili nə iş materialları ilə, nə də tərəflərin izahatları ilə öz təsdiqini tapmır. Apellyator şikayətdə qeyd etdiyi dəlillər ilə bağlı sübut təqdim etmədiyindən apellyasiya şikayəti formal xarakter daşıyır və apellyatorun subyektiv mülahizələrinə əsaslanır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
15. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 fevral 2022-ci il tarixli, 2(103)-1501/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən M ülki Məcəllənin 178.6-cı maddəsinin, Mülki Prosessual məcəllənin 9 və 88-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, kassator mübahisəli torpaq sahəsini 1990-cı ildə torpaq sahibindən alınmış və bu müddət ərzində həmin torpaq sahəsinə fasiləsiz sahiblik edilmiş və əlavə tikinti işləri aparmışdır. Torpaq sahibi vəfat edəndən sonra da, onun ailə üzvləri müxtəlif müddətlərə etibarnamələr vermişlər. İş üzrə qarşı tərəfin yaxın qohumları şahid qismində dindirilmiş və onlar da bir daha təsdiq edilmişlər ki, kassator həmin torpaq sahəsini iddiaçılardan almış və buna onların razılığı olmuşdur. Lakin məhkəmə bu faktları tam araşdırmamışdır.
17. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
18. Kassasiya şi kayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
19. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüq uqunun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
20. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən və tələblər bölünməz olduğundan, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan suiistifadəyə yol verilmir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1-ci maddəsinə əsasən fiziki v ə hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən rey estrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılma sı üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sü butları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübut ları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 25. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq müna sibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda ver ilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq olunmamış, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
27. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisəli torpaq sahəsi Qaradağ rayon XDS-nin İcraiyyə Komitəsinin 14 avqust 1987-ci il tarixli qərarı ilə fərdi yaşayış evinin inşası üçün ilk iddia üzrə iddiaçıların ailə başçısı olmuş X6 ayrılmış, sonuncu yarımçıq olan tikilini cavabdehlərin istifadəsinə vermiş və ev yaşayış üçün yararlı vəziyyətə gətirilərək (təmir edilərək) hazıradək cavab dehlərin faktiki istifadəsindədir. Torpaq sahəsi üzərində iddiaçıların paylı mülkiyyət hüquqları 30 yanvar 2020-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
28. Həmçinin müəyyən olunur ki, X7 31 avqust 2000-ci ildə vəfat etmiş, sonrakı dövrdə iddiaçılardan İddiaçı1 01 dekabr 2012-ci il tarixdə X3, 21 iyul 2016-cı il tarixdə Cavabdeh1, 29 noyabr 2017-ci il tarixdə Cavabdeh2 bir sıra səlahiyyətlərin icrası ilə bağlı etibarnamə vermişdir. Qeyd olunan etibarnamələrdən 01 dekabr 2012-ci il tarixli və 29 noyabr 2017-ci il tarixli etibarnamələrlə mərhum X6 14 avqust 1987-ci ildə 3/83 saylı Bakı şəhəri Qaradağ rayon Sovetinin qərarına əsasən fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış Bakı şəhəri, Lökbatan qəsəbəsi, 6-cı massiv, 5-ci küçədə yerləşən 0,06 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin özəlləşdirilməsi və qeydiyyata alınması üçün lazımi sənədləri toplayıb təhvil verməyi, almağı, bununla əlaqədar bütün idarə və təşkilatlarda, o cümlədən notariat kontorunda, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi idarələrində, bələdiyyələrdə, arxivlərdə, MİS-də, Torpaq Komitəsində və daşınmaz əmlakın qeydiyyatını aparan digər İcra hakimiyyəti orqanlarında İddiaçı1 təmsil etməyi, bu əmlaka dair vərəsəlik işini rəsmiləşdirməyi, çıxarış almağı, bütün sənədləşmə işlərinin aparılması, ərizə verməyi, imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Sonuncu etibarnamə 29 noyabr 2047-ci il tarixədək verilmişdir.
29. Mübahisəli hallar torpaq sahəsinin hansı tarixdə cavabdehlərin istifadəsinə verilməsi (iddiaçılar 1991-ci ilin yanvar ayını, cavabdehlər 1990-cı ilin yanvar ayını göstərirlər) və istifadənin məqsədidir (iddiaçılar torpağı və evi cavabdehlərə müvəqqəti olaraq istifadəyə vermələrini, cavabdehlər isə əvəzli olaraq almalarını iddia edirlər).
30. Yuxarıda qeyd olunduğu kimi, ilk iddianı təmin edən birinci instansiya məhkəməsi və həmin qətnaməni dəyişdirmədən saxlayan apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisəli daşınmaz əmlak iddiaçıların mülkiyyəti olsa da, cavabdehlərin qanunsuz sahibliyində olduğundan və həmin sahiblik iddiaçıların mülkiyyət hüquqlarını pozduğundan onlar torpaqdan və evdən çıxarılmalıdırlar.
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçü n sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmişdir. Beləliklə də, gəldiyi nəticəsi maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.
32. Belə ki, cavabdehlərin mübahisəli torpaq sahəsinə sahibliyin qanunsuz olması ilə bağlı qənaət iş materialları əsasında məhkəmələrin özlərinin müəyyən etdiyi mübahisəsiz faktlarla təkzib olunur.
33. Yuxarıda qeyd olunduğu kimi, cavabdehlər iddiaçıların mərhum ailə üzvünə ayrılmış torpaq sahəsindən sonuncunun, onun ölümündən sonra İddiaçı1 razılığı ilə istifadə etmiş və sahiblik etmişlər. Həmin hal ilk iddianın məzmunu, iş materiallarında olan etibarnamələr, eyni zamanda birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır.
34. İddiaçılar qeyd olunan işin faktiki hallarına istinad etməklə, torpaq sahəsini faktiki olaraq aldıqlarını iddia etmişlər. Lakin apellyasiya məhkəməsi apellyasiya şikayətinin qeyd olunan dəlilinə hüquqi qiymət verərkən, tərəflər arasında torpaq və ev barəsində alqı-satqı müqaviləsinin olmasının öz təsdiqini tapmadığı göstərmişdir.
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıların razılıqları əsasında etibarnamə ilə verdiyi səlahiyyətlər həddində mübahisəli sahədə tikilmiş evin cavabdehlərin qanunsuz sahibliyində olmasını hüquqi cəhətdən əsaslandırmamış, mübahisələndirilən torpaq sahəsinə və üzərində inşa edilmiş evə dair tərəflər arasında əqdin (etibarlı və ya etibarsız) mövcud olmasına dair qarşılıqlı iddianın dəlillərinə hüquqi qiymət verməmişdir.
36. Digər tərəfdən, cavabdehlərin 29-30 il ərzində torpaq sahəsinə və fərdi yaşayış evinə etirazsız sahiblik və istifadə etmələri, evin inşasını tamamlamaları və orada təmir işləri həyata keçirmələri, yalnız 2020-ci ildə iddiaçıların torpaq sahəsi üzərində hüquqlarını qeydiyyata almaqla, hazırki iddia tələblərinin qaldırılmasına iddiaçılar tərəfindən hüquqdan (mülkiyyət hüququndan) sui-istifadə halına yol verilməsi baxımından hüquqi qiymət verilməmişdir.
37. Halbuki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istif adənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.
38. Oxşar mövqe X10 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervsog Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.
39. Yuxarıda qeyd olunanlardan irəli gələrək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehlərin iddiaçıların razılığı ilə torpaq sahəsindən və evdən təyinatı üzrə istifadə etməsinin onların həmin əmlaklara vicdanlı sahib olması baxımından qiymətləndirilməsini və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.7-ci maddəsinin hazırki mübahisəyə tətbiqinin mümkünlüyünü də müzakirə etməmişdir.
40. Bu zaman qeyd olunmalıdır ki, iş materiallarına görə qarşılıqlı iddia Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanmaqla, ilk olaraq torpaq sahəsinin və üzərində inşa edilmiş evin kompensasiyası qismində pul vəsaitinin cavabdehlərdən tutulmasından ibarət olmuş, sonradan isə iddia tələbi dəyişdirilsə də, yeni ərizə yalnız qarşılıqlı iddia üzrə iddiaçılardan Cavabdeh3 tərəfindən imzalanmışdır. Sonuncunun qarşılıqlı iddia üzrə digər iddiaçıların adından iddia ərizəsini imzalamaq səlahiyyəti iş materialları ilə müəyyə n olunmur. Lakin birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qalan tələbi üzrə Mülki Məcəllənin 157.7-ci maddəsindən irəli gələn tələbə hüquqi qiymət verməmiş, apellyasiya məhkəməsi isə həmin prosessual pozuntunu nəzərə almamışdır.
41. Nəhayət məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Cavabdeh3 dəyişdirilmiş tələbi üzrə: mübahisəli torpaq sahəsi üzərində iddiaçıların hüquqlarının hansı əsasla qeydə alınması ətrafında araşdırma aparmamış və sonuncunun tələbinin qarşılıqlı iddia üzrə cavabdehlərin adına verilmiş çıxarışın ləğv edilməsi hissəsində ümumiyyətlə mülki məhkəmə icraatı qaydasında baxılmalı olması məsələsinə hüquqi qiymət verməmişlər.
42. Belə ki, Cavabdeh3 qarışlıqlı iddiasının (dəqiqləşdirilmiş iddianın) mahiyyəti torpaq sahəsinin qarş ılıqlı iddia üzrə cavabdehlərin adına ilkin qeydiyyata alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının qanunsuz olmasından ibarətdir. Lakin qarşılıqlı iddia üzrə iddiaçı reyestrdəki qeydiyyatın ləğvi ilə bağlı hazırki iddianı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparan orqana qarşı deyil, əmlak üzərində hüquqları qeydə alınmış fiziki şəxsə qarşı irəli sürmüş, məhkəmələr isə iddiaya mahiyyəti üzrə baxaraq, yuxarıda qeyd olunan məhkəmə aktlarını qəbul etmişlər.
43. Halbuki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 17-ci bəndinə məhkəmələrə izah olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı mü nasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdı rsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisən in hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiy yətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.
44. Göründüyü kimi, apellyasiya məhkəməsi qarşılıqlı iddianın hüquqi təbiətinin müəyyən edilməsi üçün araşdırma aparmamış, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın həyata keçirilməsi üçün əsas olmuş sənədlərin surətini müvafiq orqandan almamış, həmin orqanı işə cəlb etməmiş və nəticə olaraq Ali Məhkəməni n Plenumunun qeyd olunan Qərarından irəli gələrək həmin iddianın məhkəmə aidiyyətini müəyyən etməmişdir. 45. “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiə haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
46. Hər kəs ədalətli məhkəmə araşdırılması hüququna malikdir. Bu ifadə lazımi qaydada həyata keçirilən məhkəmə araşdırmasının bir çox aspektlərini, məsələn, məhkəməyə müraciət hüququnun, məhkəmə qərarının əsaslandırılması və sair məsələləri əhatə edir.
47. Ədalətli məhkəmə araşdırması hüququ tərəflərin bərabərliyi və işə çəkişmə prinsipi əsasında baxılması hüququnu da özündə ehtiva edir.
48. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
49. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
50. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
51. Belə ki, apellyasiya instansiya sı məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.
52. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
53. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 fevral 2022-ci il tarixli, 2(103)-1501/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.