Məhkəmə qərarları › İş №2(102)-3220/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3220/2024

18.09.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3220/2024 18.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Maarif oğlunun cavabdeh Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Maarif oğlunun cavabdeh Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatına qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*06)-28*/2024 nömrəli, 25 iyul 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə *8 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Maarif oğlu (bundan sonra – iddiaçı) cavabdeh Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli *0 saylı əmrin və əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli *0 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxılmaya görə işə bərpa günə qədər əmək haqqının ödənilməsi və 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Şirvan Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(032)-*463/2022 nömrəli iş üzrə 29 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Elçin Qurbanov) iddiaçının cаvabdehə qarşı оnunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli *0 saylı əmrin və əmək müqaviləsinə xitam verilməsi barədə (“Əmək və Məşğulluq” altsistemində qeyd edilmiş) xx.xx.2022-ci il tarixli *0 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxılmaya görə işə bərpa günə qədər əmək haqqının ödənilməsi, 2022-ci ilin ştat cədvəlinə uyğun olaraq əmək haqqının ödənilməmiş hi ssəsini və 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.

3. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(*06)-48*/2023 nömrəli mülki iş üzrə *7 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Zaur Allahyarov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Samir Mayılov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

5. İddiaçı kassasiya şikayəti verərək, apellyasiy a instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Ali Məhkəmənin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(*02)-32**/2023 nömrəli mülki iş üzrə 25 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər Vüqar Həsənov (məruzəçi), İspəndiyar Şəfiyev və Əhməd Əhmədov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Apellyasiya instansiyası məhkəməsinin 2(*06)-28*/2024 nömrəli mülki iş üzrə 29 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Pərviz Əhmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

8. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya instansiyası məhkəməsinin 2(*06)-28*/2024 nömrəli mülki iş üzrə *6 iyul 2024-cü il tarixli qərardadı ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Cahid İmanov və Pərviz Əhmədov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır.

10. İddiaçının vəkil i və nümayəndəsi Vəkil3 tərəfindən müddətin bərpası barədə ərizə ilə birlikdə kassasiya şikayəti verilmişdir.

11. Kassasiya şikayəti verilmə müddətinin bərpası barədə ərizə onunla əsaslandırılmışdır ki, şikayət olunan qətnamənin iddiaçının elektron kabinetinə yerləşdirilməsindən iddiaçının məlumatı olmamış, ona elektron məlumatlandırma sistemi və elektron poçt ünvanına məhkəmə bildirişi daxil olmamışdır. İddiaçı məhkəmə qətnaməsini *3.05.2024-cü il tarixdə poçt vasitəsilə rəsmi qaydada aldığından, müddətin axımını həmin vaxtdan hesablamış və daha sonra isə həmin qətnamədən kassasiya şikayəti vermişdir. Buna görə də, iddiaçının nümayəndəsi və vəkili qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin üzrlü səbəbdən buraxıldığının nəzərə alınıb, müddətin bərpa edilərək, mülki işin kassasiya icraatı qaydasında baxılması üçün göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya instansiyası məhkəməsinin 2(*06)-28*/2024 nömrəli mülki iş üzrə 25 iyul 2024-cü il tarixli qərardadı ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Cahid İmanov və Pərviz Əhmədov) kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müddətin bərpası barədə ərizə ilə əlaqədar iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus şəxsi elektron kabinetə yerləşdirilmiş və bununla da qətnaməd ən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı başlamış və həmin müddətin axımı xx.xx.2024-cü il tarixdə tamamlanmışdır.

14. Məhkəmə kollegiyası iddiaçının vəkili və nümayəndəsi Vəkil3 tərəfindən verilmiş kassasiya şikayəti və buraxılmış müddətin bərpası barədə ərizə ilə əlaqədar qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının vəkili və nümayəndəsi Vəkil3 tərəfindən verilmiş kassasiya şikayəti xx.xx.2024-cü il tarixdə elektron sistemə yerləşdirilmiş, yəni kassasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət bitdikdən (xx.xx.2024-cü il tarixədək verilməli olduğu halda) 6 gün sonra verilmişdir. Bununla da iddiaçı kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddəti ötürmüşdür.

15. Məhkəmə kollegiyası ərizədə qeyd edilən xüsus atları və iddiaçının məhkəmə iclasında qeyd etdiklərini qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılan müddəti üzrlü hal kimi qəbul etməmişdir. Belə ki, iddiaçının iddia etdiyi kimi, elektron məhkəmə sistemi sahəsində təcrübəsiz olduğunu qeyd etməsi məhkəmənin həmin halı üzrlü hal kimi qəbul etməsi üçün əsas ola bilməz. Əksinə bu halın üzrlü hal kimi qəbul olunaraq müddətin əsassız bərpa olunması, tərəflərin məhkəmə müdafiə hüququnun həyata keçirilməsinin əsas prinsipləri kimi nəzərdə tutulmuş tərəflərin bərabərliyinin pozulmasına gətirib çıxara bilər. Ərizədə qeyd edilən hallar kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası üçün əsaslı sübut hesab edilə bilməz.

16. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *0-*, * 28, *29, *33, 402, 405, 408-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılan prosessual müddətin bərpa olunması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayətinin dəlilləri müddətin bərpa edilməsi barədə ərizənin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Cavabdeh (Vəkil*) kassasiya şikayətinə qarşı etiraz təq dim edərək, kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə *0-*.3. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

21. Maddə *0-*.5. Bu Məcəllənin *0-*.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

22. Maddə *28.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

23. Maddə *29.*. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

24. Maddə *33.*. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

25. Maddə 405.0.*. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 408.*.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır.

28. Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 4*7.*.*. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qəra rdadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsi nin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.

33. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında və lazımi qaydada tərtib edilmiş şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

34. Prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

35. Məhkəmə kollegiyası vurğulayır ki, buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Çünki qanunla müəyyən edilmiş prosessual müddətlər işdə iştirak edən şəxslərin hüququ və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını müəyyənləşdirməyə yönəlmişdir.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfin müddət bərpa ərizəsində göstərdiyi əsasları ətraflı araşdırmış və qiymətləndirmiş, müddətin bərpa edilməsinə əsas olmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

37. Tərəf kassasiya şikayətinin vaxtında verilməməsinin üzürlü səbəblərdən baş verməsi ilə bağlı apellyasiya məhkəməsinə heç bir sübut təqdim etməmişdir.

38. Buna görə də, kassasiya şikayətinin dəlillə r apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 4*6, 4*7 və 4*9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyul 2024-cü il tarixli, 2(*06)-28*/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar