Məhkəmə qərarları › İş №2(102)-3221/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3221/2023

27.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3221/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Əliyeva (Səfərova) Sevinc Sətdar qızının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma, preyudisiallıq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı, (məruzəçi) Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Əliyeva (Səfərova) Sevinc Sətdar qızının Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-109/2023 nömrəli, 13 mart 2023- cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları

1. Ağdam rayonu, Rzalar kəndində yerləşən 0,4031 ha torpaq sahəsinin 0,03662 ha hissəsi İddiaçı1, 0,01662 ha hissəsi İddiaçı2 Nail qızının, 0,11662 ha hissəsi İddiaçı3, 0,11662 ha hissəsi İddiaçı4 və 0,11662 ha hissəsi X1 xüsusi mülkiyyətidir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 28 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. Ağdam rayonu, Rzalar kəndində yerləşən 0,29 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətidir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 69 nömrəli vərəqind ə qeydiyyata alınmışdır.

3. Ağdam Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(013)-318/2021 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 Nail qızı, İddiaçı3, İddiaçı4, X3 cavabdeh X2 qarşı cavabdehin onlara məxsus Ağdam rayonu, Rzalar kəndi ərazisində yerləşən 0,4031 ha torpaq sahəsinin 0,15 ha hissəsindən çıxarılması barədə iddia ərizəsi əsassız olduğundan təmin edilməmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 sentyabr 2021-ci il tarixli 2(104)-1936/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Ağdam Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(013)- 318/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1, İddiaçı2 Nail qız ı, İddiaçı3, İddiaçı4 və Əliyeva (Səfərova) Sevinc Sətdar qızı Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin onlara məxsus Ağdam rayonu Rzalar kəndi ərazisində yerləşən 0,4031 ha torpaq sahəsinin 0,33 ha hissəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 12 dekabr 2019-cu il tarixli ********** nömrəli çıxarışına əsasən Ağdam rayonu, Rzalar kəndində yerləşən 0,4031 ha torpaq sahəsinin 0,03662 ha hissəsi İddiaçı1, 0,01662 ha hissəsi İddiaçı2 Nail qızının, 0,11662 ha hissəsi İddiaçı3, 0,11662 ha hissəsi İddiaçı4 və 0,11662 ha hissəsi X1 xüsusi mülkiyyətidir. L akin Cavabdeh mülkiyyətlərində olan torpaq sahəsinin 0,33 hissəsini zəbt etmişdir. Cavabdehdən zəbt etdiyi torpaq sahəsindən çıxmasını tələb etsələr də, sonuncu bundan imtina etmişdir.

7. Birinci instansiya məhkəməsində cavabdeh iddianın əsassız olduğunu, mübahisənin getdiyi torpaq sahəsinin onun tərəfindən zəbt edilmədiyini, 0.18 ha torpaq sahəsinin iddiaçılar tərəfindən satıldığını, ona məxsus torpaq sahəsinin ölçülərinin düz olduğunu bilmişdir.

8. Ağdam Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(3018)-2020/2022 nömrəli, 17 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.R.Məmmədov) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddianın qanuni əsası olmadığına görə iddia təmin edilməməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan R espublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, Torpaq Məcəlləsinin 111, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 82.3 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı2 oğlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, ekspert qarşısında suallar düzgün qoyulmamış və torpaq sahə sinin mövcud vəziyyəti aydınlaşdırılmamışdır.

13. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 02 fevral 2023-cü il tarixli 10/455 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən tərtib olunmuş mütəxəssis rəyinin məlumatlarına əsasən iddiaçı və cavabdehin iştirakı ilə hər iki tərəfin faktiki istifadə etdikləri torpaq sahəsinin koordinatları naturada təyin edilərək iddiaçı və cavabdehin mülkiyyətlərinə verilən torpaq sahələrinə aid hüquqmüəyyənedici sənədlərin (plan ölçü, çıxarış) koordinatları, konfiqurasiyası, yerləşmə mövqeyi ilə naturadakı istifadəçilik arasında uyğ unsuzluq və fərq olduğundan elektron məlumat bazasında mövcud TEKUİS-ə əsasən hər iki tərəfin mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə müqayisələndirilmişdir. Nəticədə məluma olmuşdur ki, cavabdeh iddiaçıların mülkiyyətinə verilən 0,4031 ha torpaq sahəsindən istifadə etmir.

14. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-109/2023 nömrəli mülki iş üzrə 13 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər R.Ş.Muradov (sədrlik edən və məruzəçi), F.Ə.Mehdiyev və Ə.İ.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, ekspert rəyi ilə də iddiaçıların paylı mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması sübut olunmur.

16. Kollegiya ekspert rəyini digər sübutlarla birlikdə qiymətləndirərək hesab etmişdir ki, iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verərək hesab etmişdir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, bundan əvvəl də qeyd olunduğu kimi iddiaçıların paylı mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt olunması sübut olunmur.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmiş, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmı şdır ki, apellyasiya instansiyası məhkəməsi şikayəti rədd edərkən ekspert rəyinə istinad etmişdir. Halbuki, ekspert rəyi məhkəmə üçün məcburi deyildir. Məhkəmə işdə sübutları tam, hərtərəfli, obyektiv qiymətləndirmədən şikayəti təmin etməmiş və bununla da Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan hüququnu pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi mübahisəli torpaq sahəsinə baxış keçirmədən apellyasiya şikayətini təmin etməmiş, bununla da Mülki Məcəllənin 157.4-cü maddəsində nəzərdə tutulan hüququnu pozmuşdur. Məhkəmə mülkiyyət hüququnun məhkəmə tərəfindən təmin edilməsini təmin etməmiş, sübutları düzgün qiymətləndirmədən şikayəti rədd etmiş, MPM-in 88 və 103.1-ci maddələrini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz d axil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

22. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

23. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

24. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyası

26. Maddə 29, bənd

1. Hər kəsin mülkiyyət hüququ vardır.

27. Bənd

2. Xüsusi mülkiyyət hüququ qanunla qorunur.

28. Bənd

3. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqala rı ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir.

29. Bənd

4. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz Mülki Prosessual Məcəllə

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu M əcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfi ndən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət veri lmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məh kəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-109/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar