Məhkəmə qərarları › İş №2(102)-3222/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3222/2019

06.05.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3222/2019 06.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, Cavabdeh və vəkili Vəkil iştirakları ilə. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 13 noyabr 2018-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sabunçu rayon Məhkəməsinin 26 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim: İ.R.Burcayev 2(008)-1475/2018) iddiaçı İddiaçı Cavabdeh qarşı yaşayış sahə sinə istifadə hüquqlarının itirilməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh Bakı şəhəri, *********************************** nömrəli mənzilindən çıxarılması qət edilmişdir. Sabunçu rayon Məhkəməsinin 11iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim: İ.R.Burcayev 2(008)-3595/2018) iddiaçı Cavabdeh oğlunun cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi çıxarışın ləğv edilməsi alqı-satqı müqaviləsinin girov müqaviləsi hesab edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri 16 saylı Notariat Kontorunda ********* reyestr qeydi ilə qeydə alınmış 14 avqust 2017-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışın ləğv edilməsi, iddiaçı Cavabdeh 40000 manat məbləğində pulun cavabdeh İddiaçı xeyrinə tutulması, tutmanın iddiaçı tərəfindən faktiki olaraq girov qoyulmuş Bakı şəhəri, ***************************** küçəsində yerləşən 6 saylı evin 10 nömrəli mənzilinə yönəldilməsi və mənzilin açıq hərrac vasitəsilə satılmaqla satışdan əldə olunan vəsait hesabına cavabdeh İddiaçı olan borcun ödənilməsi,borc ödənildikdən sonra qalan məbləğin iddiaçı Cavabdeh qaytarılması, mənzilə tutma yönəldikdən sonra həmin mənzilin 1 ay ərzində iddiaçı Cavabdeh tərəfindən boşaldılmasıqət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 avqust 2018-ci il tarixl qərardadı ilə (hakimlər: R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), S.F.Hacıyev və F.Ş.Talışınski; 2(103)-6319/2018) Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)- 6319/2018 saylı mülki iş, iddiaçı Cavabdeh oğlunun cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi çıxarışın ləğv edilməsi alqı-satqı müqaviləsinin girov müqaviləsi hesab edilməsi tələbinə dair 2(103)-9510/2018 mülki iş birlikdə baxılması üçün bir icraata birləşdirilmiş, birləşdirilmiş işə 2(103)-6319/18 nömrəsi verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 noyabr 2018-ci il tarixl qətnaməsi ilə (hakimlər: R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Ə.Əliyev və F.Ş.Talışınski; 2(103)-6319/2018) iddiaçı İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi tələbinə dair iş üzrə Sabunçu rayon Məhkəmə sinin 26 fevral 2018-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti təmin olunmamış, həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi çıxarışın ləğv edilməsi alqı-satqı müqaviləsinin girov müqaviləsi hesab edilməsi tələbinə dair iş üzrə Sabunçu rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı verdiyi apellyasiya şikayəti təmin olunmuş, Sabunçu rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli qətnaməsi ləğv olunaraq, iddia təmin olunmamışdır. İşin halları İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilməsi, mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri, ********************************** nömrəli mənzilindən istifadə hüququnun itr ilmiş hesab edilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,Bakı şəhəri, *************************************** nömrəli mənzilinи alğı-satqı müqaviləsi əsasında cavabdehdən almış, mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bu barədə müvafiq çıxarış əldə etmişdir. Cavabdeh mənzili она satsa da, mənzili könüllü tərk etmir. Halbuki müqavilə bağlanarkən bu barədə öz üzərinə öhdəlik götürmüşdür. Qeyd edilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı Cavabdeh İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» barədə iddia ərizəsi birinci instansiya məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış daşınmaz əmlakın alğı-satqısına dair 14 avqust 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, *************************************** 10 nömrəli mənzilinin alğı-satqısına dair tərəflər arasında bağlanmış 14 avqust 2017-ci il tarixli müqavilə əslində borca görə bağlanmışdır. Belə ki, onun H6 və S6 adında 2 nəfər tanışı maşınların alğı-satqısı ilə məşğul olmuş, bu zaman ondan borc pul istəmiş, o isə mənzilinin girov qoymaq müqabi lində cavabdehdən 40000 manat borc götürmüşdür. O, mənzilini satmamışdır. İddiaçı mənzil üzrə əldə etdiyi çıxarış qanunsuz olaraq əldə edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması və ya müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinin təmin edilməsi, mənzildən istifadə hüququnun itrilməsi və mənzildən çıxarılma tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci mad dəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269,319.328,337,339,340,443,445,448,568-ci maddələrinin, Azərbaycan Respublikası Konstitusiyasının 13,29-cu maddələrinin, ”İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 33,.47-ci maddələrinintələblərinin pozulması ilə əsassız və qanunsuz qəbul edilmiş, işin həqiqi halları, o cümlədən İddiaçıla bağladığı alqı-satqı müqaviləsinin əslində mövcud kredit münasibətlərini pərdələmək üçün bağlanmasının sübuta yetirilməsi nəzərə alınmamışdır.. Tərəflərin izahatı Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili Vəkil kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təminedilməsinixahişetdilər. İddiaçı Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kass asiya baxışında onun izahatı dinlənilmədi. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası mə hkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən Bakı şəhəri 16 saylı notariat kontoru tərəfindən təsdiq olunmuş alqı-satqı müqaviləsi üzrə notariat işinin təsdiq olunmuş surətindən də görünür ki, tərəflərin niyyətləri məhz mübahisəli mənzilin alqı-satqısına yönəlmişdir. Notariat işində olan ərizələrdən görünür ki, Cavabdeh 14.08.2018-ci il tarixli ərizəsində mülkiyyətində olan mübahisəli mənzili İddiaçı satılması ilə bağlı razılığa gəldiklərini, alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunduqdan sonra müvafiq vergi məbləği çıxılaraq qalan məbləğin hesaba köçürülməsini xahiş etmiş, gələcəkdə heç bir iddia və tələbinin olmamasını göstərmişdir. Cavabdeh və İddiaçı birlikdə yazdıqları digər ərizədə də analoji halları göstərmişlər. Cavabdeh həyat yoldaşı X1 ərizə ilə notariat kontoruna müraciət edərək, Cavabdeh mülkiyyətində olan mənzilin satılmasına etiraz etmədiyini göstərmişdir. İşdə olan bank sənədlərindən (qəbzlər) görünür ki, İddiaçı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş pul vəsaitini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. - 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. - 389.4-cü maddəsinə əsasən ikidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın. - 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün m əcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. - 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ö dəməyi öhdəsinə götürür. - 646.1-ci maddəsinə əsasən Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. İş materiallarından göründüyü kimi Cavabdeh tələbinin əsası kimi, İddiaçı 40000 manat borc pul almasını, sonuncunun təklifi üzrə borcun təminatı olaraq mənzilini girov qoymaq istəməsi, bu səbəbdən də formal alqı-satqı müqaviləsinin bağlanmasını, aldadılmasını və s. gəstərmişdir.Lakin iş materiallarında tərəflər arasında 40000 manat borcun verilməsi ilə bağlı hər hansı mötəbər sübut mövcud deyildir. Eyni zamanda Cavabdeh əqdin (alqı-satqı müqaviləsinin) etibarsızlığı ilə bağlı irəli sürdüyü tələbinin əsaslarının mövcudluğu da müəyyən olunmur. Belə olan halda iş üzrə toplanmış sübutlara qiymət verərək apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, tərəflər arasında borc öhdəliyi olsaydı, onlar qanunvericiliyin tələbinə əməl etməklə verilmiş borc məbləğinə dair öz aralarında borc müqaviləsi bağlaya, borc müqaviləsinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh mülkiyyətində olan mənzili notariat qaydasında təsdiq olunmuş ipoteka müqaviləsi ilə İddiaçı qarşısında yüklü etməklə, onunla öz arasında ipoteka müqaviləsi bağlaya bilərdi. Bu müqavilələrin bağlanmasına iş üzrə heç bir maneə olmamışdır. Tərəflər öz iradələri ilə alqı-satqı müqaviləsi bağlamaqla, müqavilənin bağlanmasını arzu etmişlər və müqavilənin qiymətini müəyyən etməkdə sərbəst iradə nümayiş etdirmişlər. Belə vəziyyətdə apellyasiya qaydasında işə baxam məhkəmə kol legiyası haqlı olaraq birinci instansiya məhkəməsinin əqdin etibarsızlığı kimi, alqı-satqı müqaviləsində göstərilən 40000 manat qiymətin mənzilin real bazar dəyərindən aşağı olması barədə mövqeyini əsassız hesab etmişdir. Çünki, müqavilənin qiymətinin əmlakın real dəyərindən fərqlı olub-olmaması, müqavilənin görünüş üçün bağlanması qənaətinə gəlməyə əsas vermir. İşdə olan sübutlarlatəsdiq edilir ki, Cavabdeh mülkiyyətində olan daşınmaz əmlaka öz iradəsi ilə sərbəst sərəncam verərək, onu satmaq qərarına gəlmiş və müqavilə azadlığı prinsipinə əsaslanaraq, həmin əmlaka dair müqavilənin digər tərəfi olan İddiaçıla qiyməti 40000 manat müəyyən etmişdir. Bağlanmış alqı-satqı müqaviləsində tərəflərin şərtləri, hüquq və vəzifələri müqavilədə öz əksini tapmış, tərəflər həmin şərtlərlə, o cümlədən müqavilənin qiyməti ilə razılaşaraq müqaviləni öz iradələri ilə imzalamış, müqavilə notariat qaydasında təsdiq edilməklə rəsmi reyestrdə dövlət qeydiyyatına alınmışdır. Müqavilə bağlanılan zaman qanun pozuntusuna yol verilməmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, əmlakın qiyməti ilə bağlı irəli sürülən dəlil, eyni zamanda, şahid X2 ifadəsinə əsaslandırılaraq mübahisələndirilən əqdin etibarsızlığı ilə bağlı nəticəyə gəlmək mümkün deyildir. Beləliklə şahid C.Ə.liyev Cavabdeh dostu kimi ifadə vermiş, fikirlərini ümumi formada bildirərək, borcun necə, hansı şəraitdə, hansı tarixdə alınmasını, bunun alqı-satqı ilə səbəbli əlaqəsini və başqa zəruri halları göstərə bilməmiş, sadəcə Cavabdeh tərəfindən İddiaçı faiz ödənilməsini göstərmişdir ki, on un bildirdikləri Cavabdeh tələbinin əsası kimi istinad etdiyi halların müəyyən olunmasında mötəbər sübut kimi qəbul edilə bilməz. Cavabdeh iddia tələbinin əsaslandırdığı halları təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etmədiyi halda, birinci instansiya məhkəməsi tərəflər arasında borc münasibətinin olması qənaətinə gəlmiş, iddiaçının izahatından başqa, heç bir mötəbər sübuta istinad etmədən, öz mülahizələri əsasında fikir formalaşdırmağa çalışmışdır. Cavabdeh apellyasiya baxışında verdiyi izahatında yeni bir dəlil irəli sürərək, göstərmişdir ki, İddiaçı məhkəmələrdə digər şəxslərə qarşı borc pulun qaytarılması ilə bağlı iddiaları vardır və bu hal, İddiaçı həqiqətən borc pul verməklə məşğul olmasına dəlalət edir. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh qeyd edilən dəli li ilə də razılaşmayaraq bildirmişdir ki, İddiaçı məhkəmələrdə digər şəxslərə qarşı borc pulun qaytarılması ilə bağlı iddialarının olması faktı, özü-özlüyündə hazırki iş üzrə Cavabdeh iddiasının əsaslı olması nəticəsinə gəlməyə əsas vermir. Həmin işlərin hazırki işə heç bir preyusial əhəmiyyəti yoxdur. Cavabdeh tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüqu qi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olun ur. Prosessual qanunun qeyd olunan normalarının tələblərinə müvafiq olaraq sübutlara qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla ya naşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, mülki prosessual qanunvericiliyin tələbinə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. İş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli qətnaməsiqanunivəəsaslısayılabilməz. İddiaçıiddiasıəsaslıolmuş, məhkəməhaqlıolaraqhəminiddianıtəminetmişdir.Cavabdehİddiaçısatdığımənzildəyaşamaql adavamedərək, onutəhvilverməməsiqanunsuzolmaqla, mənzilinyenimülkiyyətçisinin (İddiaç ı) hüquqlarınıəsassızməhdudlaşdırır.Tərəflərarasındabağlanmışalqısatqımüqaviləsinin 11-cibəndinə, satıcıolanCavabdehmənzili 14 avqust 2018ciiltarixdəalıcıİddiaçıfaktikisahibliyinəverməyiöhdəsinəgötürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, ap ellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin bu iş üzrə 13 noyabr 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar