Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3222/2024 27.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı X1 cavabdehlər Cavabdeh3, Cavabdeh4, “X5” Açıq Səhmdar Cəmiyyətinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X7 və X6 cəlb edilməklə) tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması; kassasiya şikayətinin hüququ olmayan şəxs tərəfindən verilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kol legiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2024-cü il tarixli, 2(103)2583/2024 nömrəli qətnaməsindən Cavabdeh1 MTK, cavabdehlər "xxxx" KB ASC, Cavabdeh3, Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətlərinin mümkünlüyünü Ali Məhkəmənin inzibati binasında yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xiyabani küçəsi 18 (Yeni qaydada: AZ 1012, ünvan 1 ünvanında yerləşən 44 saylı mənzilə (bundan sonra: 44 saylı mənzi l) dair xx.xx.2020-ci il tarixli, ********** nömrəsi ilə Cavabdeh3 adına dövlət reyestrində aparılmış qeydiyyatın (çıxarışın) ləğv olunması; 44 saylı mənzilə dair Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış 4Ə-353 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmin müqavilə əsasında 44 saylı mənzilə dair Cavabdeh4 adına xx.xx.2020-ci il tarixli, ********** nömrəsi ilə dövlət reyestrində aparılmış qeydiyyatın (çıxarışın) ləğv olunması; onun 44 saylı mənzilə dair mülkiyyət hüququnun tanınması; 44 saylı mənzildə yaşayan Cavabdeh4 və digər şəxslərin həmin mənzilə dair istifadə hüququna xitam verilməsi, onların yaşayış yeri və olduğu yer üzrə qeydiyyatının ləğvi, mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi; "xxxx" KB ASC ilə Cavabdeh4 ara sında xx.xx.2023-cü il tarixdə mənzilin yüklü edilməsi barədə bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-307/2024 nömrəli 08 fevral 2024-cü il tarixli qərardadı ilə iddiaçı öz iddia ərizəsində cavabdeh qismində göstərdiyi Cavabdeh1 MTK-ya qarşı heç bir tələb irəli sürmədiyindən və bununla da Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələbləri pozularaq iddia ərizəsi düzgün formada tərtib edilmədiyindən Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsi nəzərə alınmaqla iddiaçı X1 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 MTK və "xxxx" KB ASC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun tanınması və s. tələbinə dair” iddia ərizəsinin Cavabdeh1 MTK-ya yönəldilmiş hissədə baxılmamış saxlanılması qərara alınmışdır
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 fevral 2024-cü il tarixli 2(004)-307/2024 nömrəli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia təmin edilməmişdir.
4. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər V.N. Sadıqov (sədrlik edən və məruzəçi), A.Ə. İsgəndərov, M.Ə.Rüstəmli) xx.xx.2024-cü il tarixli, 2(103)-2583/2024 nömrəl i qətnaməsi ilə, apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-307/2024 saylı iş üzrə 08 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən qalan hissədə (Cavabdeh3 adına aparılmış qeydin ləğv edilməsi; sonuncu ilə Cavabdeh4 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması; həmin müqavilə əsasında sonuncunun adına aparılmış qeydin ləğv olunması; Cavabdeh4 və digər şəxslərin həmin mənzilə dair istifadə hüququna xitam verilməsi, onların yaşayış yeri və olduğu yer üzrə qeydiyyatının ləğvi, mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi; həmin mənzilə dair "xxxx" KB ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsini) ləğv edilməsi və həmin tələblər üzrə yeni qə tnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 2 ünvanında yerləşən mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 adına aparılmış xx.xx.2020-ci il tarixli dövlət qeydiyyatının ləğv edilməsi, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında həmin mənzilə dair bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında sonuncunun adına aparılmış xx.xx.2020-ci il tarixli dövlət qeydiyyatının ləğv edilməsi, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə mənzilə görə ödənilmiş 130000 manat Cavabdeh3 alınaraq Cavabdeh4 qaytarılması, Cavabdeh4 və üçüncü şəxslər X7 və X4 yetkinlik yaşına çatmayan övladları ilə birlikdə adıçəkil ən mənzildən çıxarılmaları və mənzilin iddiaçı X2 təhvil verilməsi, iddia tələblərinin qalan hissədə (Cavabdeh4 və digər şəxslərin həmin mənzilə dair istifadə hüququna xitam verilməsi, onların yaşayış yeri və olduğu yer üzrə qeydiyyatının ləğvi, ipoteka müqaviləsinin etibarsız hesab olunması) təmin edilməməsi qət edilmişdir.
6. Həmin qətnamədən Cavabdeh1 MTK və cavabdehlər "xxxx" KB ASC, Cavabdeh3, Cavabdeh4 kassasiya şikayətləri vermişlər və kassasiya şikayətləri apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
7. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyü nü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
8. Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
9. Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:... 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması;
10. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərə findən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;
11. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
12. Cavabdeh1 MTK və cavabdehlər “X5” AS C, Cavabdeh3 və Cavabdeh4 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişlər. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin mümkünlüyünü araşdıraraq belə hesab edir ki, Cavabdeh1 MTK-nın və cavabdehlər Cavabdeh3, Cavabdeh4 kassasiya şikayətləri qeyri-mümkün hesab edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
13. Belə ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən ayrı ayrılıqda kassasiya şikayəti verilərkən prosessual normaların tələbinə tam əməl olunmamışdır. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 öz kassasiya şikayətlərində “kassasiya şikayəti verən şəxsin tələbi” bölməsində tələblərinin nədən ibarət olduğunu göstərməmişlər.
14. Beləliklə, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən kassasiya şikayətləri verilərkən MPM-in 407.1.4-cü maddəsinin tələbinə əməl olunmamışdır. Lakin apellyasiya instansiyası məhkəməsi, cavabdehlər tərəfindən kassasiya şikayətləri verilərkən MPM-in 407-ci maddəsinin tələblərinə uyğun olmayan kassasiya şikayətlərini baxılıması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir.
15. Bundan əlavə Cavabdeh1 MTK tərəfindən kassasiya şikayəti verilsə də Cavabdeh1 MTK-nın mülki işdə hər hansı bir prosessual şəxs olması apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-2583/2024 saylı qətnaməsində öz əksin tapmır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-307/2024 nömrəli 08 fevral 2024-cü il tarixli qərardadı ilə iddiaçı öz iddia ərizəsində cavabdeh qismində göstərdiyi Cavabdeh1 MTK-ya qarşı heç bir tələb irəli s ürmədiyindən və bununla da Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələbləri pozularaq iddia ərizəsi düzgün formada tərtib edilmədiyindən Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsi nəzərə alınmaqla iddiaçı X1 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 MTK və "xxxx" KB ASC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun tanınması və s. tələbinə dair” iddia ərizəsinin Cavabdeh1 MTK-ya yönəldilmiş hissədə baxılmamış saxlanılması qərara alınmışdır.
16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində cavabdehlər kimi Cavabdeh3, Cavab deh4, "xxxx" KB ASC və ƏMDX DƏDKR publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin isə X7 və X3 qeyd edilib. Cavabdeh1 MTK göstərilən şəxslərdən heç biri deyil.
17. Belə olan halda Cavabdeh1 MTK-nın Azərbaycan Respublikasının MPM-in 403.1ci maddəsində göstərilən kassasiya şikayəti vermək hüququ olan şəxslərdən biri olmasını müəyyən etmək olmur.Həmin maddəyə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
18. Belə olan halda Cavabdeh1 MTK iş üzrə MPM-in 403.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti vermək hüququ olan şəxslərdən biri deyil.Lakin buna baxmayraq apellyasiya instansiyası məhkəməsi həmin kassasiya şikayətini də baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
20. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
21. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə Şərur” MTK-nın və cav abdehlər Cavabdeh3, Cavabdeh4 kassasiya şikayətləri qeyri-mümkün hesab edilməli, müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
22. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-2583/2024 saylı qətnaməsindən Cavabdeh1 MTK və cavabdehlər Cavabdeh3, Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətləri qeyri-mümkün hesab edilsin və müvafiq prosessual hərəkətlər edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.