Məhkəmə qərarları › İş №2(102)-3223/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3223/2019

13.05.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3223/2019 13.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı1, vəkili Vəkil, Cavabdeh2, Cavabdeh1 vəkili Xnun iştirakları ilə, İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (3-cü şəxslər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi və 2 saylı ASAN Xidmət Mərkəzinin notariusu) qarşı “mənzilin özəlləşdirilməsinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv olunması, mənzildə n çıxarılma” tələbinə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.10.2018-ci il tarixli 2(103)-8854/2018 nömrəli qətnaməsindən İddiaçı1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14 saylı evin, 50 saylı mənzilinin özəlləşdirilməsinin etibarsız hesab edilməsi, cavabdehlər arasında 2 saylı Bakı «ASAN Xidmət» mərkəzinin notariusunda bağlanmış, reyestrdə 4ə-250 nömrə ilə qeyd edilmiş 02 fevral 2016-cı il tarixli, AN-İ seriyalı № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi və onun ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Elçin Ağayev) 16 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, mübahisəli mənzilin Cavabdeh2 adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, onun adına verilmiş çıxarışın ləğv edilməsi, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək, həmin mənzilə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 30.000 manatın alınaraq digər Cavabdeh1 verilməsi, Cavabdeh1 ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər İkram Şirinov, Tofiq Səmədov, Toğrul Əliyev) 11 yanvar 2017-ci il tarixli, 2(103)-210/2017 saylı qətnaməsi ilə ape llyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İlqar Dəmirov, Əli Rüstəmov, Tatyana Qoldman) 22 iyun 2017-ci il tarixli, 2(102)-3673/2017 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 11 yanvar 2017-ci il tarixli, 2(103)-210/2017 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Xumar Mərdanova, İsmayıl Vəliyev, Elnur Həsənov) 16 yanvar 2018-ci il tarixli, 2(103)-791/2018 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolleg iyasının (hakimlər Əhməd Əhmədov, Akif İsgəndərov, Mehparə Əhmədova) 12 iyun 2018-ci il tarixli, 2(102)-4094/2018 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli, 2(103)-791/2018 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Rafael Eyvazov, Sənan Hacıyev, Fuad Talışinski) 16 oktyabr 2018-ci il tarixli, 2(103)-8854/2018 saylı qətnaməsi ilə İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «mənzilin özəlləşdirilməsinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv olunması, mənzildən çıxarılma» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli, 2(010)-3392/ 16 saylı qətnaməsindən Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli, 2(010)-3392/16 saylı qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin olunmaması qət edilmişdir. İddiaçı1 və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli 2(103)-8854/2018 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası özünün 2(103)-8854/2018 saylı 16 oktyabr 2018-ci il tarixli qətnaməsində Cavabdeh1 vicdanlı alıcı olmasına əsaslanara q iddia tələbini rədd etmişdir. Məhkəmənin gəldiyi bu nəticə tamamilə əsasız olmaqla işin halları ilə uyğun gəlmir. Belə ki, mənzilin mübahisəli olması alıcıya məlum olmuş, konkret olaraq işin bu halını vasitəçi ona bildirmiş və cavabında isə bununla bağlı məhkəmə mübahisələri yaranacağı təqdirdə işi öz xeyrinə həll etdirəcəyini bildirmişdir. Daha sonra mənzillə bağlı bu mübahisələr yarandıqdan sonra iddiaçı da Cavabdeh1 mənzilə verdiyi pulu satıcıdan geri almasının bildirmiş lakin o, öz inadından dönməmiş və mənzili geri qaytarmayacağını bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə baxılarkən iddiaçı tərəfindən məhkəmədə şahidlərin dindirilməsi barədə vəsatət verilmiş, ancaq məhkəmə kollegiyası ona münasibətdə qərəzli mövqe tutaraq, vəsatəti təmin etməmişdir. Belə ki, məhkəməyə dəvət edilmiş şahidlər alıcı Cavabdeh1 həmin mənzili alarkən mübahisəli olduğunu bildiyini həmin dövrün bazar qiymətlərindən mənzili aşağı qiymətə aldığını təsdiq edəcəkdirlər. Ona görə də məhkəmənin göstərilən halı yəni alıcının mənzili almaqda vicdanlı alıcı olmasını istisna edən halların iddiaçının sübut edə bilməməsi qənaətinə gəlməsi düzgün olmamış və bununla bağlı işin, tam, hərtərəfli, obyektiv araşdırılmasına məhkəmə şərait yaratmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərkən işin hallarına uyğun olaraq qanuni və əsaslı məhkəmə qətnaməsi qəbul edilmiş, konstitusiyada nəzərdə tutulmuş, əsas insan hüquq və azadlıqları təmin edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçı1 və vəkili Vəkil məhkəmə iclası nda kassasiya şikayətinin dəlillərini müdafiə edərək,onun məzmununa uyğun izahat vermiş, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh1 vəkili X kassasiya şikayətinin dəliləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası MPMnin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onların məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbayca n Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub - olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanıl ması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, Bakı şəhəri, Suraxanı rayon XDS İK-nin 04 may 1991-ci il tarixli, 020804 saylı orderinə əsasən Bakı şəhəri, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 14 saylı evin, 2 otaqlı, yaşayış sahəsi 29,11 m2 olan 50-ci mənzilinin icarədarı Cavabdeh2 olmuş, mənzildə özü və oğlu (iddiaçı) qeydiyyatda olmaqla yaşamışlar. Sonradan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə İddiaçı1 həmin mənzilə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, icra məmurunun 15 sentyabr 2015-ci il tarixli qərarı ilə icra üzrə icraata başlanmış və borcluya qətnamənin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Bundan sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı1 sözügedən mənzilindən istifadə hüququ itirilmiş hesab edilmiş, qətnamə İddiaçı1 mənzildən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilmişdir. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş və İddiaçı1 mənzilə olan qeydiyyatı ləğv edilmişdir. 02 fevral 2016-cı il tarixdə Cavabdeh2 notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən mənzili 30.000 manata Cavabdeh1 satmış və 06 fevral 2016-cı il tarixli «hüquqların dövlət qeydiyyatı haqqı nda» Çıxarışa əsasən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınmışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 aprel 2016-cı il tarixli qərardadı ilə İddiaçı1 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 26 oktyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı1 qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair mülki işin icraatına xitam verilmişdir. Hazırda, iddiaçı cavabdehlərə qarşı iddia qaldıraraq mənzilin anası Cavabdeh2 adına özəlləşdirilməsinin, bunldan sonra Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilə dair sonuncunun adına verilmiş çıxarışın ləğv edilməsi və ailə üzvləri ilə birlikd ə mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iddianın əsaslı olması nəticəsinə gələrkən - iddiaçının mübahisəli mənzilin özəlləşdirilməsindən əvvəl Cavabdeh2 ilə 15 il ərzində orada yaşamasını, iddiaçının qeydiyyatdan çıxarılmasına əsas olmuş məhkəmə qətnaməsinin sonradan apellyasiya qaydasında ləğv olunmasını, iddiaçının da mənzilin özəlləşdirilməsində iştirak etmək hüququnun olmasını, bu səbəbdən də mənzilin Cavabdeh2 adına özəlləşdirilməsinin və bundan sonra alqısatqı qaydasında Cavabdeh1 satılmasının etibarsız olmasını və s. göstərmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli, 2(103)-791/2018 saylı qətnaməsini ləğv edib, işi yen i apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qərarında göstərmişdir ki, Cavabdeh1 mənzili vicdanlı əldə etməsinə dair apellyasiya şikayətində göstərdiyi dəlillərə ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Digər tərəfdən Reyestr Xidmətinin 02 fevral 2016-cı il tarixə olan məlumatına görə mənzilin Cavabdeh2 adına ilkin özəlləşdirilməsi və həmin mənzilə dair sonuncu ilə Cavabdeh1 arasında notarial qaydada alqı-müqaviləsi bağlanarkən mənzilin üzərində hər hansı məhdudiyyət və ya yüklülük qeydiyyata alınmamışdır. İddiaçının mənzilə olan istifadə hüququna isə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 oktyabr 2015-ci il tarixli qətnaməsinə əsasən xitam verilmişdir. Yalnız sözügedən mənzil Cavabdeh2 adına özəlləşdirildikdən və həmin mənzilə dair sonuncu ilə Cavabdeh1 arasınd a notarial qaydada 02 fevral 2016-cı il tarixli alqı-satqı müqaviləsi bağlandıqdan və mənzil daşınmaz əmlakın dövlət reyestrində 06 fevral 2016-cı il tarixdə mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alındıqdan sonra, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 aprel 2016-cı il tarixli qərardadı ilə İddiaçı1 apellyasiya şikayətinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 oktyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilərək, İddiaçı1 qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi» iddiasına dair mülki iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi mübahisəli mənzilə münasibətdə Cavabdeh1 vicdanlılığını istisna edən heç bir hal mövcud deyildir və o, mənzili daşınmaz əmlakın dövlət reyestrindəki məlumatlara əsaslanaraq, səlahiyyətli dövlət orqanları tərəfindən təsdiq edilməklə bağlanmış alqı-satqı müqaviləsinə əsasən əvəzi ödənilməklə satın almışdır. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi işin faktiki hallarını, işdə olan sübutları və kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq və mülki qanunvericiliyin vicdanlı alıci ilə bağlı normalarından çıxış edərək hesab etmişdir ki, Cavabdeh1 vicdanlı əldə edən olduğundan, mübahisə obyekti olan yaşayış sahəsinin əldə edilməsi ilə bağlı müvafiq alqı-satqı muqaviləsi etibarsız hesab edilə bilməz. İddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, iş materiallarında da Cavabdeh1 mənzili əldə edən zamanı vicdanlılığını istisna edən hər hansı mötəbər sübut mövcud deyildir. Buna görə də, daşınmaz əmlakın alqı-satqı müq aviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi və onun ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması hissəsində iddia əsassız hesab olunmuşdur. Həmçinin məhkəmə hesab etmişdir ki, iddia yuxarıda qeyd edilən hissələrdə əsassız olduğundan mənzilin Cavabdeh2 adına özəlləşməsinin qanuni olub-olmaması məsələsi özü-özlüyündə əhəmiyyətini itirmiş olur. Çünki, iddianın həmin hissədə həllindən asılı olmayaraq, mənzilin hazırda qanuni əsaslarla başqasının (Cavabdeh1) mülkiyyətində olması müəyyən olunur. Belə olan halda isə, iddiaçının mübahisəli mənzili tələb etmək (subyektiv) hüququ mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı mü nasibətlərinə, kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkil əşdirənin mülkiyyətçisi olmadığını bilinmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. "S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.10.2004-cü il tarixli Qərarında qeyd edilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dö vlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. "X2 şikayəti ilə əlaqədar Azərba ycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.05.2008-ci il tarixli Qərarında qeyd edilir ki, əmlakın üçüncü şəxsə keçməsində mülkiyyətçinin birbaşa və ya dolayısı iştirakının olmaması, əldə edənin (vicdanlı sahibin) əmlakla bağlı hüquqlarının yaranmasının əsasının isə onun mülkiyyətçisi ilə bağlanan əqddən törənən əlaqələrə söykənməməsi, onun mülkiyyətçiyə geri qaytarılmasına məhdudiyyət qoyan təminatın əqdin etibarsız hesab edilməsi ilə bağlı iddia ilə dəf olunmasını istisna edir. Vicdanlı sahibin xoşniyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə a ltına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı. "N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13.07.2009-cu il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun toxunulmazlığına dair konstitusiya prinsipi qanunla müəyyən olunmuş qaydada be lə hüququ əldə etmiş və müvafiq qaydada rəsmi qeydə aldırmış şəxslərin mülkiyyət hüququ ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə rəsmi reyestrdə qeydə alınmış daşınmaz əmlak mülkiyyətçisi yalnız o halda vicdansız hesab edilir ki, bu qeydə dair etiraz əvvəlcədən reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyridəqiq olmasını bilsin”. Məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq onlar əqdi bağlamalıdırlar. Hazırkı işdə isə Cavabdeh1 əqdin legitimsizliyi barədə hər hansı şübhə olmamış, müqavilə bağlanan zaman reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuş və əqd üzrə üzərinə düşən öhdəliyi icra edərək mənzili əldə etmiş və həmin evə dair hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Bu qeyd edilənlərin əksi iş üzrə hər hansı sübutla müəyyən edilməmişdir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddiaçının mənzilə dair pozulmuş hüquqları d aşınmaz əmlaka dair düzgün qeydiyyatın çıxarılmasını və ya dəyişdirilməsini deyil, bunun nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsini daşınmaz əmlakı özgəninkiləşdirəndən geri tələb edə bilər. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları isə saxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin E.Süleymanovun vicdanlı alıcı olmaması, onun mənzilin mübahisəli olmasından məlumatlı olması, bu halı sübut etmək üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə baxılarkən iddiaçı tərəfindən məhkəmədə şahidlərin dindirilməsi barədə vəsatət verildiyi, lakin məhkəmə kollegiyasının ona münasibətdə qərəzli mövqe tutaraq, vəsatəti təmin etməməsi barədə dəlillərini əsassız hesab edir. Belə ki, iddiaçının apellyasiya baxışı zamanı n ə yazılı, nə də şifahi qaydada şahidlərin dindirilməsi ilə bağlı vəsatət verməsi işdən müəyyən edilmir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də, kass asiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.10.2018-ci il tarixli 2(103)-8854/2018 nömrəli qətnaməsi dəyişd irilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar