Məhkəmə qərarları › İş №2(102)-3223/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3223/2021

05.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3223/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: istifadə hüququnun itirilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2455/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qərardadından İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkə mə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə cavabdehlər X3, X1 və X2 müştərək qaydada 76.396,18 ABŞ dolları məbləğində pul vəsaitinin İddiaçı QSC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan N saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin hesabına kredit borcunun ödənilməsi, mənzil satıldıqdan 1 ay sonra X1, Cavabdeh1 və X4 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir. Həmin qətnamə işə baxan məhkəmə instansiyaları tərəfindən qanuni hesab edilərək dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin iyun ayında İddiaçı QSC iddia ərizəsi ilə məhk əməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2, eləcə də mənzilin keçmiş mülkiyyətçisinin yetkinlik yaşına çatmayan uşaqlarının mənzilə olan qeydiyyatlarını saxlamaqla bankın mülkiyyət hüququnu pozmalarını əsas göstərməklə Cavabdeh1 və Cavabdeh2 mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3731/2020 saylı, 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: İ.Ə.Əliyev) iddia qismən təmin edilərək Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 3/33 nömrəli evin 35 nömrəli mənzilinə istifadə hüququ itirilmiş hesab edilmiş, Cavabdeh2 münasibətdə iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı QSC-nin nümayəndəsi Bakı Şəhəri Binə qədi Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək Cavabdeh2 mübahisəli mənzilin ipoteka qoyulması və həmin iş üzrə qətnamə çıxarılan zaman mənzildə qeydiyyatda olmamasının iddianın ona münasibətdə rədd edilməsi üçün əsas verməməsini əsas göstərməklə qətnamənin həmin hissədə ləğv edilməsi və iddianın Cavabdeh2 münasibətdə də təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2455/2021 saylı, 15 fevral 2021-ci il tarixli qərardadı ilə (hakimlər – V.N.Sadıqov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və A.N.İmanov) apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsi qismən - Cavabdeh2 mənzilə istifadə hüququnun iti rilməsi tələbinin rədd olunmasına dair hissədə ləğv edilmiş və həmin hissədə işin icraatına işə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı QSC-nin nümayəndəsi kassasiya şikayəti verərək mübahisələndirilən hissədə iş üzrə icraata xitam verilməsinin bankın məhkəmə müdafiəsi və mülkiyyət hüququnu pozmasını əsas göstərməklə qərardadın ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə k ollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qərardadın ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qərardadın qanuniliyi tam yoxlanılmalıdır. Kas sasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qərardad ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 münasibətdə iş üzrə icraata xitam verərkən mübahisəli mənzilin ipoteka ilə yüklü edildikdən və həmin işə məhkəmədə baxıldıqdan sonra Cavabdeh2 həmin mənzilə qeydiyyata alınmasını, belə halda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinin tələbinə müvafiq olaraq o, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 15 sentyabr 2017-ci il tarixli qətnaməsinin icrası qaydasında mənzildən çıxar ılmalı olduğu üçün onun mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə əlavə qətnamə qəbul edilməsinə zərurət qalmamasını və göstərilən vəziyyətdə bankın həmin qətnamənin icrasını tələb etməli olmaqla eyni zamanda cavabdehin qeydiyyatdan çıxarılması üçün inzibati orqana müraciət etməli olmasını əsas göstərmişdir. İş üzrə icraata xitam verərkən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsaslanmışdır. Kollegiya aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşmır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Kollegiyaya görə həmin norma o işin məhkəmədə baxılmasını istisna edir ki, həmin iş üzrə irəli sürülən tələb məhkəmədə baxılmalı o lmasın, yəni başqa qaydada baxılmalı olsun. Bank tərəfindən irəli sürülən mənzildən istifadə hüququnun itirilməsi barədə tələb məhkəmədə baxılmalı olan mübahisə olduğundan həmin iş üzrə icraata MPM-nin 261.0.1ci maddəsinə əsasən xitam verilməsi üçün əsaslar olmamışdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinə tutmanın yönəldilməsi barədə qətnamənin icrasını tələb etməsi ilə yanaşı, eyni zamanda cavabdehin qeydiyyatdan çıxarılması barədə inzibati orqana müraciət etməsini banka təklif etməklə əslində ziddiyyətli və tam aydın olmayan nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, göstərilən vəziyyətdə apellyasiya instansiyası məhkəməsi mübahisəyə mahiyyəti üzrə baxmalı, maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən qanuni və əsaslı qərar qəbul etməlid ir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı QSC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2455/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar