Məhkəmə qərarları › İş №2(102)-3223/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3223/2023

10.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3223/2023 10.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi: Ərizəçi1 və digərlərinin xüsusi icraat qaydasında ərizəsi barədə iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1637/2023 saylı, 31 may 2023-cü il tarixli qərardadından qətnamə ilə hüquq və vəzifələrinə toxunan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüq uqi şəxsin verdiyi kassasiya şikayəti üzrə işə 10 oktyabr 2023cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Gəncə şəhəri, Kəpəz Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-342/2007 saylı qətnaməsi ilə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 qohumluq münasibətində olma faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsi təmin edilərək, xx.xx.1968-ci il təvəllüdlü, xx.xx.1992-ci il tarixdə şəhid olmuş X1 ərizəçilərin oğlu olması faktı müəyyən edilmişdir.

2. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi qətnamədən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayət i verərək, qətnamənin ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir.

3. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-342/2007 saylı qərardadı ilə Fondun qətnamədən verdiyi apellyasiya şikayətinin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və hüququ olan şəxs tərəfindən verilmiş hesab edilməsi və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

4. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra- apelyasiya instansiyası məhkəməsi) 2(104)-1637/2023 saylı mülki iş üzrə 31 may 2023-cü il tarixli qərardadı ilə (hakimlər L.S.Süleymanov sədrlik edən, məruzəçi, İ.T.Həsənov və Ş.Q.Musayev) qətnamə ilə hüquq və vəzifələrinə toxunan AR ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhəri, Kəpəz Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-342/2007 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

5. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, mülki iş materiallarından görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-342/2007 saylı qətnaməsi üzrə icraatda olmuş mülki iş Gəncə şəhəri, Kəpəz Rayon Məhkəməsində akt əsasında yaradılan komissiya tərəfindən saxlama müddəti bitdiyi üçün məhv edilmiş və bu barədə xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir.

6. Gəncə şəhəri, Kəpəz Rayon Məhkəməsinin işdə olan xx.xx.2007-ci il tarixli, 2342/2007 saylı qətnaməsi kserosurətdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-342/2007 saylı q ərardadından görünür ki, icra üzrə icraatın bərpa edilmədən Fondun qətnamədən verdiyi apellyasiya şikayətinin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və hüququ olan şəxs tərəfindən verilmiş hesab edilməsi və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Halbuki, itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi haqda Azərbaycan Respublikası MPM-nə 1 saylı əlavənin 1-ci maddəsinə əsasən, başa çatması barədə qətnamə qəbul edilmiş və ya xitam verilmiş mülki iş üzrə itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın tam və ya qismən bərpa edilməsi bu Əlavə ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həyata keçirilir və müvafiq qətnamə qəbul edilir.

8. Birinci instansiya məhkəməsi iş üzrə itirilmiş məhkəmə icraatının bərpası məsələsi ni müzakirə etməmiş, itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi haqda Azərbaycan Respublikası MPM-nə 1 saylı Əlavənin tələblərinə əməl edilməmiş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-342/2007 saylı qərardadı ilə Fondun qətnamədən verdiyi apellyasiya şikayətinin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və hüququ olan şəxs tərəfindən verilmiş hesab edərək, həmin şikayəti məhv edilmiş mülki iş üzrə kserosurət olan qətnamə və qeyd edilən məhv etmə aktına əlavə etməklə, baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

9. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin mümkün hesab edilməsi, növbəti prosessual hərəkətlərin həyata keçirilməsi məqsədilə mülki işin apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında mübahisələndirilən qətnamənin məhv edildiyi və bununla bağlı xx.xx.2020-ci il tarixli akt tərtib edildiyi bildirilmişdir. Sözügedən hal inzibati orqana məlum olmadığından apellyasiya şikayəti ilə birlikdə itirilmiş məhkəmə icraatının bərpa edilməsinə dair ərizə təqdim edilməmişdir. Halbuki, məhkəmə həmin qətnamənin kim və hansı səbəbdən məhv edilməsini, bununla bağlı sübutların qiymətləndirilməsini araşdırmamış və əsaslandırmamışdır. Belə ki, qanunvericiliyə görə məhkəmə aktlarının qanuni qüvvəsi 30 ildir və məhkəmə işləri 75 il keçmədən məhv edilə bilməz. Həmin sənədlərin hansı şəraitdə məhv edilməsi hazırki mübahisə üzrə apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsinin əsasları ola bilməz.Ərizəçi sözügedən qətnamə ilə şəhid ailələrinə verilən bütün güzəştlərdən istifadə etmişdir. Lakin, ərizəçilər bilə-bilə yalan izahatlar vermiş, məhkəmə də şəxslərin ifadələrini əsaslı sübut kimi qəbul etmişdir. Belə ki, yeni təqdim etdiyimiz sübutlardan da məlum olur ki, Ərizəçi1 şəhid X3 (X4) oğlunun doğma anası deyil. Qeyd etməyi zəruri hesab edirlər ki, ərizəçilər mərhum X2 aid sənədləri itirdiyini bildirsə də, bu şəxsin əvvəlcə h ər hansı bir şəxsiyyətini təsdiq edən sənədin olub-olmaması barədə məlumat verməmişdilər. Necə ola bilərdi ki, bir şəxsə aid heç bir vətəndaşlıq vəziyyəti aktı mövcud olmasın. Məhkəmə müvafiq qətnamədə bu hala aydınlıq gətirməmiş və kifayət qədər araşdırma aparmamışdır. b) Kassasiya şikayətinə dair etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

12. MPM-nə 1 saylı Əlavə, maddə

1. Başa çatması barədə qətnamə qəbul edilmiş və ya xitam verilmiş mülki iş üzrə itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın tam və ya qismən bərpa edilməsi bu Əlavə ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həyata keçirilir və müvafiq qətnamə qəbul edilir.

13. Maddə 366.1. Apellyasiya instansiya sı məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

14. Maddə 366.2.Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

15. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.

16. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

17. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

18. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

19. Hazırkı kassasiya şikayətində qərardad, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs tərəfindən tam mübahi sələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsində icraat

20. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

21. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mü mkün hesab edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

22. Belə ki, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2342/2007 saylı qətnaməsi üzrə icraatda olmuş mülki iş Gəncə şəhəri, Kəpəz Rayon Məhkəməsində akt əsasında yaradılan komissiya tərəfindən saxlama müddəti bitdiyi üçün məhv edilmiş və bu barədə xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, əvvəla Gəncə şəhəri, Kəpəz Rayon Məhkəməsinin işdə olan xx.xx.2007-ci il tarixli, 2- 342/2007 saylı qətnaməsi kserosurətdir.

24. Digər tərəfdən, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə icra üzrə icraat bərpa edilmədiyi halda, Fondun həmin qətnamədən verdiyi apellyasiya şikayətini qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və hüququ olan şəxs tərəfindən verilmiş hesab edərək, baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir.

25. Halbuki, itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi haqda Azərbaycan Respublikası MPM-nə 1 saylı Əlavənin 1-ci maddəsinə əsasən, başa çatması barədə qətnamə qəbul edilmiş və ya xitam verilmiş mülki iş üzrə itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın tam və ya qismən bərpa edilməsi bu Əlavə ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həyata keçirilir və müvafiq qətnamə qəbul edilir.

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə itirilmiş mə hkəmə icraatının bərpası məsələsini müzakirə etməmiş, itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi haqda Azərbaycan Respublikası MPM-nə 1 saylı Əlavənin tələblərinə əməl edilməmiş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-342/2007 saylı qərardadı ilə Fondun qətnamədən verdiyi apellyasiya şikayətinin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və hüququ olan şəxs tərəfindən verilmiş hesab edərək, həmin şikayəti məhv edilmiş mülki iş üzrə kserosurət olan qətnamə və qeyd edilən məhv etmə aktına əlavə etməklə, baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir.

27. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Fondun apellyasiya şikayəti üzrə apellyasiyanı qeyri -mümkün hesab etməklə düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: Qətnamə ilə hüquq və vəzifələrinə toxunan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 may 2023-cü il tarixli, 2(104)-1637/2023 saylı qərardadı dəyişdirilm ədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar