Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3223/2025 13.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): müqavilə münasibətlərindən irəli gələn öhdəliklərin icrası ilə bağlı mübahisə; öhdəliyin icrasının miras əmlaka yönəldilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “işin uğurlu nəticəsinə görə mükafatın ödənilməsi barədə müqavilə öhdəliyinin icrası və öhdəliyin icrasının miras əmlaka yönəldilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2( 103)-3734/2025 nömrəli, 30 iyun 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehin mərhum atası X2 Gəncə İnzibati Məhkəməsində, Gəncə Apellyasiya Məhkəməsində və Azərbaycan Respublikası Ali Məhkəməsində irəli sürülümüş kompensasiya tutulması barədə iddia tələbləri üzrə işdə hüquqi yardım göstərmişdir.
2. Mübahisə mərhuma məxsus torpaq sahəsinin və üzərində olan tikililərin sökülməsi və əmlaklarının əlindən çıxması nəticəsində ona dəymiş maddi və mənəvi zərərlə bağlı olmuşdur. Tərəflər arasında hüquqi yardıma dair müqavilə və müqaviləyə əlavə 1 bağlanmışdır. Bağlanmış hüquqi yardıma dair müqaviləyə əlavə 1-in 1-ci maddəsində mübahisənin uğurlu həll edilməsinə görə X5 ona ödəniləcək kompensasiya məbləğinin 20%-ni İddiaçı ödəməyi öz öhdəsinə götürmüşdür.
3. İnzibati mübahisə üzrə yekun məhkəmə qərarları olan Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-21/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən cavabdehlər Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Şəhər Nizami rayon İcra Hakimiyyəti və Gəncə şəhər Mənzil Kommunal İstehsalat Birliyindən müştərək qaydada 229338 manat məbləğində maddi ziyan, 5.000 manat məbləğində mənəvi ziyan, cəmi 234338 manat dövlət büdcəsi hesabına tutularaq X1 xeyrinə ödənilməsi, həmçinin Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-208/2022 nömrəli xx.xx.2022- ci il tarixli saylı qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(114)21 /2020 nömrəli qərarının qeyri-yaşayış sahəsinin sökülməsinə görə kompensasiya tələbinin rədd edildiyi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qərar çıxarılaraq iddia tələbinin qismən təmin edilərək, iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Əziz Əliyev küçəsində yerləşən qeyri-yaşayış sahəsinin (əmlak kompleksinin) sökülməsinə görə 610000 manat məbləğində vurulmuş maddi zərərin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Nəticədə 2023-cü ilin noyabr ayında yuxarıda göstərilən iki qərar üzrə ümumilikdə 844338 manat məbləğində pul vəsaiti Gəncə şəhər İcra Hakimiyyəti tərərfindən X2 ödənilmişdir.
4. Əvəz Babayev xx.xx.2024-cü ildə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddia çı Cavabdeh qarşı “işin uğurlu nəticəsinə görə mükafatın ödənilməsi barədə müqavilə öhdəliyinin icrası və öhdəliyin icrasının miras əmlaka yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 113,2 kv metr sahəsi olan mənzilin (miras aktivi) açıq hərracdan satılması, miras aktivi olan mənzilin açıq hərracdan satışından əldə olunan vəsaitdən onun xeyrinə cavabdehin mərhum atası X5 ilə aralarında bağlanmış hüquqi yardım haqqında müqaviləyə və həmin Müqavilənin 2.2-ci bəndinə görə göstərdiyi hüquqi xidmətlərin əvəzi olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-2210/2022 saylı qərarı ilə yekunlaşmış icraatın nəticəsi üzrə öd ənilmiş 844338 manat pul məbləğindən ödənilməli olan, lakin ödənilməmiş 20 faiz əlavə haqqın, yəni 168867,6 manatın, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən həmin məbləğin verilməsinin 1 il gecikdirilməsinə görə ödənilməsi gecikdirilmiş məbləğin beş faizinin (168867,6x5%=8443,38), yəni 8443,38 manatın, cəmi 177310,98 manatın, həmin 177310,98 manat məbləğə görə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları (10%), fiziki şəxsin gəlir vergisi (14%), habelə vəkillərin sığorta fonduna köçürülmə (2%) ilə əlaqədar olaraq, cəmi 26%-in (177310,98x26%=46100,85), yəni 46100,85 manatın, məhkəmə xərcləri olaraq hazırkı iş üzrə iddianın məhkəməyə verilməsinə görə tərəfindən ödənilmiş 513,41 manat dövlət rüsumunun, habelə hazırkı iddia ilə əlaqədar müvəqqəti təminat tədbiri barədə ərizənin məh kəməyə verilməsi üçün tərəfindən ödənilmiş 51,34 manat dövlət rüsumunun, cəmi 564,75 manat dövlət rüsumunun, ümumilikdə (168867,6 + 8443,38 + 46100,85 + 564,75 = 223976,58) 223976,58 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi işin yuxarıda göstərilən faktiki hallarına uyğun əsasnadırılmışdır.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-688/2025 saylı, 04 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək Cavabdeh 42216,9 manat pul vəsaiti, öhdəliyin icrasının gecikdirilməsinə görə 913,24 manat faiz borcu və iddianın verilməsinə görə 219,39 manat dövlət rüsumu və müvəqqəti təminat tədbirinin verilməsinə görə 21,9 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi; iddia tələbinin qalan hissədə rədd olunması qət ed ilmişdir (hakim Solmaz Ədilova).
8. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 61-ci; Mülki Məcəlləsinin 5.3, 6.2, 385, 386, 389, 390, 445, 460.1, 560, 777, 778, 783, 1133, 1134, 1159, 1254, 1306 və 1307-ci; “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 3 və 19-cu; Mülki Prossesual Məcəlləsinin 107, 119.1 və 217.4-cü maddələrinə həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına istinadən əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Qətnamədən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.
10. İddiaçı apellyasiya şikayətində qətnamənin qismən, yəni iddianın təmin edilmədiyi hissədə ləğv edilərək həmin hissədə iddianın təmin edilməsini, Cavabdeh (nümayəndəsi və vəkili Vəkil) isə apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3734/2025 nömrəli, 30 iyun 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir (Hakimlər- Kazı mov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə).
12. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı; Mülki Məcəlləsinin 5.3, 6.2, 16.1, 385.1, 386.1, 389.1, 390.1, 390.5, 404.1, 445.1, 445.2.1, 445.7, 460.1, 560.1, 560.2, 777.1, 778.1, 783.1, 783.2, 783.3, 1133.1, 1133.2, 1134.1, 1158.2, 1159.1.1, 1254, 1306.1 və 1307-ci; “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 3, 19.1, 19.2, 19.3-cü; Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4, 372.1, 372.6, 372.7, 384.0, 384.0.1 və 385.2-ci maddələrinə həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 18 dekabr 2023-cü il tarixli qərarına istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. Qətnamədən iddiaçı (vəkil İddiaçı) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-3734/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir.
14. Kassasiya şikayəti iddia ərizəsində həmçinin apelyasiya şikayətində qeyd olunan dəlillərə uyğ un əsaslandırılmışdır.
15. İddiaçı tərəfindən məhkəmənin elektron kabinetinə ərizə ünvanlanaraq, tələb etdiyi məbləğin cavabdeh tərəfindən ona tam ödənildiyindən, bu səbəbdən də iddia tələbindən imtina etdiyini göstərmiş, həmin əaasla mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.
18. Maddə. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozars a, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
19. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
20. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah ed ir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.
21. Maddə 261.0 və 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.
22. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
23. Maddə 417.1.5. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məc əllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya baxışının hədləri
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Hazırki işdə iddiaçı iddiadan imtina etdiyindən məhkəmə kollegiyası cavabdehin kasasiya şikayəti üzrə hər hansı bir araşdırma aparmır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir.
27. İşdən görünür ki, İddiaçı vəkildir, Cavabdeh ilə “Hüquqi yardım və işin uğurlu nəticəsinə görə mükafatın ödənilməsi barədə müqavilə bağlmışdır. Həmin müqavilənin şərtlərinə əsasən 168867,6 manat, həmin məbləğə hesablanmış faiz, sosial sığorta haqları, gəlir vergisi, vəkillərin sığorta fonduna köçürülmə, cəmi 46100,85 manat, dövlət rüsumları və məhkəmə xərcləri olaraq cəmi 564,75 manat, ümumilikdə 223976,58 manat puluq cavabdehdən tutulması barədə qətnamə q əbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir.
28. Həmin qətnamədən həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayətləri təmin edilməmiş, rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
29. Cavabdeh Nurəddin Bababyev kassasiya şikayəti verməmiş, İddiaçı qətnamənin iddianın rədd olunması hissəsindən kassasiya şikayəti vermişdir.
30. Ali Məhkəmənin Mülki kollegiyasının 29 sentyabr 2025-ci il tarixli qərardadı ildə İddiaçı kassasiya şikayəti icraata qəbul edilmiş, mülki iş yazılı icraat qaydasında baxılmasına təyin edilmişdir.
31. Elektron məhkəmə sistemi vasitəsilə İddiaçı elektron qaydada imzalanmış ərizəsi daxil olmuş, idditaçı ərizəsində göstərmişdir ki, onun tələbləri cavabbeh tərəfindən tam təmin olunmuşdur, cavabdehə qarşı heç bir iddiası və tələbi qalmamışdır, ona görə iddiadan imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş edir.
32. Məhkəmə kollegiyası qanunvericiliyin normalarına görə belə nəticəyə gəlir ki, iddiaçının iddiadan imtinasının qəbul olunmaması üçün əsaslar yoxdur, iddiadan imtina iddiaçının iradəsinə uyğundur, buna səbəb barışıq əldə olunması və tərəflərin mübahisəni öz aralarında sülh yolu həll etmələri olmuşdur. Bu hal iddiaçı tərəfindən elektron qaydada imzalanmaqla Elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə daxil olmuş ərizəsi ilə də öz təsdiqini tapır.
33. Ona görə də iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 iyun 2025-ci il tarixli qətnaməsi l əğv olunmalı, iddiadan imtina ərizəsi qəbul edilməklə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 261, 410, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı iddiadan imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3734/2025 nömrəli iş üzrə 30 iyun 2025-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “işin uğurlu nəticəsinə görə mükafatın ödənilməsi barədə müqavilə öhdəliyinin icrası və öhdəliyin icrasının miras əmlaka yönəldilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.