Məhkəmə qərarları › İş №2(102)-3224/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3224/2021

02.08.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3224/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı Dövlət Universitetinə qarşı “müqavilənin məzmununda olan məlumatların qanunsuz hesab edilməsi, vurulmuş zərərin əvəzinin ödənilməsi və s.” tələblərinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinin məzmunu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İddiaçı vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 noyabr 2020-ci il tari xli, 2(103)8214/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı 10 yanvar 2000-ci il tarixdən 12 may 2017-ci il tarixədək Bakı Dövlət Universitetində Tədris şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Bakı Dövlət Universitetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Dövlət Universitetinin təqdim etdiyi 10 yanvar 2000-ci il tarixli əmək müqaviləsinin saxta olması ilə bağlı xüsusi qərardadın çıxarılması, həmin müqavilənin qanunsuz hesab edilməsi, Bakı Dövlət Universitetinin mühasibatlığı tə rəfindən təqdim olunmuş haqq-hesab sənədlərində iddiaçının aylıq əmək haqqının 1999-2007, 2007-2008 və 2009-2017-ci illəri əhatə edən dövr ərzində ayrı-ayrı məbləğlərdən ibarət olmasına baxmayaraq 10 yanvar 2000-cı il tarixli əmək müqaviləsində bu məbləğin 947 manat göstərilməsinin səbəblərinin araşdırılaraq onun mənafeyinə vurulmuş ziyanın ödənilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2000-ci ildə iddiaçının əmək haqqısı 947 manat yox, daha az olmuşdur. Eləcə də, 2000-ci il tarixli əmək müqaviləsində iddiaçının 2005-ci il tarixli şəxsiyyət vəsiqəsinin məlumatları qeyd olunmuşdur. 2000-ci il tarixli əmək müqaviləsində “işəgötürən” qismində akademik Abel Məhərrəmov göstərilmişdir ki, bu da düzgün deyildir. Belə ki, Abel Məhərrəmova “akademik” elmi dərəcəsi 2008-2009-cu il lərdə verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(004)3161/2020 nömrəli qətnaməsi ilə (hakim G.T.Axundova) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı Dövlət Universiteti və İddiaçı arasında əmək müqaviləsi bağlanmışdır. Hər iki tərəf etiraf etmişdir ki, iş materiallarına əlavə edilmiş 10 yanvar 2000-ci il tarixli əmək müqaviləsi 2000-ci ildə tərtib edilməmişdir. Cavabdeh etiraf etmişdir ki, 2011-ci ildən başlayaraq bütün əməkdaşların Əmək müqavilələri növbəli şəkildə yenilənmişdir. Bu səbəbdən də 2011-ci ildə tərtib edilən əmək müqaviləsində iddiaçının təqdim etdiyi 2005-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin seriya nömrəsi qeyd edilmiş, əmək haqqısı isə 2011-ci ildə, yəni əmək müqaviləsinin tərtib edildiyi dövr üzrə aldığı əmək haqqı qeyd edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sözügedən əmək müqaviləsinin yenidən tərtib edilərək tərtib edildiyi dövrdə olan məlumatları özündə əks etdirməsi iddiaçının hər hansı bir mənafeyinə xələl gətirmir, iddiaçının hər hansı hüququnu pozmur. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci hissəsinə və 2-ci hissəsinin “ə” bəndinə istinad edərək hesab etmişdir ki, iddiaçının hüququ pozulmadığı halda sözügedən müqavilənin saxta olması ilə bağlı xüsusi qərardadın çıxarılması, həmin müqavilənin qanunsuz hesab edilməsini tələb etmək üçün iddiaçının subyektiv hüququ yoxdur. Bundan əlavə, sözügedən müqavilə tərtib edildikdən sonra iddiaçı tərəfindən də imzalanmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat İdd iaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(004)-3161/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 noyabr 2020-ci il tarixli, 2(103)-8214/2020 nömrəli qətnaməsi ilə (hakim A.Ə.İsgəndərovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Ə.Kərimlidən və E.C.Kazımovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(103)8214/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət vermiş və hesab etm işdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 noyabr 2020-ci il tarixli, 2(103)-8214/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin dəlillərinə uyğun olan kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunve riciliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qə tnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş i düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş q üvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulma sı və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi hazırki kassasiya şikayətinin məzmununa uyğun olan cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət vermiş və onları əsassız bilmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 noyabr 2020-ci il tarixli, 2(103)-8214/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar