Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3224/2022 23.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma, ekspert rəyi) Hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Əhməd qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarma, torpaq sahəsi üzərində istifadə hüquqlarının bərpa olunması və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-164/2020 nömrəli, 15 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraa t qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı məxsus Cəlilabad rayonu, Maşlıq kəndində 1,3616 ha torpaq sahəsi mülkiyyətində olmaqla həmin torpaq sahəsinə ƏMDK yanında DƏDRX-in 08 saylı Ərazi İdarəsi tərəfindən 02 oktyabr 2018-ci il tarixdə Çıxarış verilmişdir. Torpaq kənd təsərrüfatlı təyinatlıdır, o, həmin torpaqda kartof əkir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Cəlilabad rayonu, Maşlıq kəndində 1,3616 ha torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin ona təhvil verilməsi, torpaq sahəsi üzərində istifadə hüquqlarının bərpa olunması və 8000 manat maddi zərərin əvə zinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsinə kartof əkmək üçün 3 ton toxumluq kartof məhsulu almış, lakin həmin torpaq sahəsinin 0,8 ha hissəsini Cəlilabad rayon Maşlıq kəndi sakini cavabdeh zəbt edərək həmin torpaq sahəsində buğda məhsulu əkmişdir. İddiaçı cavabdehə torpağın qaytarılması barədə xəbərdarlıq etsə də, cavabdeh heç bir əhəmiyyət verməyərək qanunsuz əməllərini davam etdirmiş, cavabdehin etdiyi qanunsuz hərəkətlərin nəticəsi olaraq iddiaçının əkmək üçün aldığı, 1 kiloqramı 0,65 manat olmaqla, cəmi 1950 manat dəyərində 3 ton toxumluq kartof məhsulu məhv olmuşdur. İddiaçı həmin torpaq sahəsində 3 ton toxumluq kartofu əksəydi, növbəti il orta hesabla 15 ton kartof məhsulu götürmüş olacaqdı ki, bu da hər kiloqramı 0,40 manatdan olmaqla cəmi 6000 manat qazanc deməkdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya orta hesabla ümumilikdə 8000 manat dəyərində maddi ziyan dəymişdir.
4. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 139.1, 146.2, 152.5, 157.2, 1096.1, 1096.2, 1097.1 və Torpaq Məcəlləsinin 66.2-ci maddələrinə istinad etmişdir.
5. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz olaraq bildirmişdir ki, sözügedən mübahisəli torpaq sahəsini, 2016-cı ildə Cəlilabad rayon “Svetlaya Zarya” kənd sakini X1 almışdır. İddiaçının torpaq sahəsini zəbt etməmişdir.
6. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2019-cu il tarixli 10333 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı mülkiyyətinə verilmiş 1,36 ha pay torpaq sahəsinin 0,52 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. İddiaçı mülkiyyətinə verilmiş 1,36 ha pay torpaq sahəsinin Cavabdeh istifadəsində olan 0,52 ha hissəsinin ölçüləri 1-2 döngə nöqtələri arasında 32,2 metr, 2-3 döngə nöqtələri arasında 74,3 metr, 3- 4 döngə nöqtələri arasında 16,0 metr, 4-5 döngə nöqtələri arasında 100,4 metr, 5-6 döngə nöqtələri arasında 23,8 metr və 6-1 döngə nöqtələri arasında 195,6 metrdir. İddiaçı mülkiyyətinə verilmiş 1,36 ha pay torpaq sahəsinin X2 tərəfindən istifadə edilən 0,52 ha hissəsində taxıl əkilmişdir
7. Cəlilabad Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(073)-187/2019 nömrəli, 18 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Ə.Əmirəliyev) iddia qismən təmin edilmiş, cavab dehin 02 oktyabr 2018-ci il tarixli, RX ******* seriyalı, **********89 reyestr nömrəli çıxarış əsasında Cəlilabad rayon Muğan kəndində iddiaçının mülkiyyətinə verilmiş 1,36 ha pay torpaq sahəsinin 0,52 ha hissəsindən (ölçüləri 1-2 döngə nöqtələri arasında 32,2 metr, 2-3 döngə nöqtələri arasında 74,3 metr, 3-4 döngə nöqtələri arasında 16,0 metr, 4-5 döngə nöqtələri arasında 100,4 metr, 5-6 döngə nöqtələri arasında 23,8 metr və 6-1 döngə nöqtələri arasında 195,6 metr olmaqla) çıxarılması, həmin 0,52 ha torpaq sahəsinin iddiaçıya təhvil verilməsi, iddiaçının həmin torpaq sahəsi üzərində istifadə hüquqlarının bərpa edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 02 oktyabr 2018-ci il tarixli, RX ******* seriyalı, **********89 reyestr nömrəli çıxarış əsasında idd iaçının mülkiyyətinə verilmiş 1,36 ha pay torpaq sahəsinin 0,52 ha hissəsi cavabdeh tərəfindən istifadə edilir, cavabdeh tərəfindən istifadə edilən 0,52 ha hissəsində taxıl əkilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mülkiyyətinə verilmiş 1,36 ha pay torpaq sahəsinin 0,52 ha hissəsindən cavabdeh çıxarılmalıdır.
10. Birinci instansiya məhkəməsi iddianın 8000 manat maddi ziyan hissəsinə isə qiymət verərək, belə nəticəyə gəlmişdir ki, iddia həmin hissədə sübuta yetirilmədiyindən təmin edilməməlidir.
11. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.5, 157.2, 157.8, 164.1, 164.2, Torpaq Məlləsinin 111, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1 və Azərbaycan Respublikası Konst itusiyasının 13-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyi düzgün verilməmiş, cavabdehin torpağa mülkiyyət hüququna dair sənədlər tədqiq edilməmiş və ekspert torpağa baxış keçirərkən cavabdehin iştirakı təmin edilməmişdir.
14. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 avqust 2020-ci il tarixli, 10/1826 saylı ekspert rəyində qeyd edilmişdir ki, "xxxx" MMC-nin mütəxəssislərinin rəyinə əsasən iddiaçının Cəlilabad rayonunun Muğan kəndində yerləşən 1,36 ha torpaq sahəsinin naturada yerləşdiyi yer və sərhədləri müəyyən edildi, cavabdehin Cəlilabad rayonunun Muğan kəndində yerləşən 0,683 ha torpaq sahəsinin naturada yerləşdiyi yer və sərhədləri müəyyən edildi, həmin torpaq sahələri nə sənəd üzrə, nə də faktiki olaraq üstüstə düşmür, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsindən istifadə olunmur.
15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-164/2020 nömrəli, 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər N.F.Mirzəyev (sədrlik edən və məruzəçi), Z.B.Babayev və Q.B.Kərimov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, iddia rədd edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilərkən Cəlilabad rayonu, Mu ğan kəndində iddiaçının 1,3616 hektar torpaq sahəsinin ərazi hüdudları müəyyən edilməklə həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi halının müəyyən edilməsi üçün ekspertiza tədqiqatı aparılmış, lakin Cəlilabad rayonunun Muğan kəndində cavabdehin xüsusi mülkiyyətində olan 0,6839 hektar torpaq sahəsinin ərazi hüdudları, həmin torpaq sahələrinin üst-üstə düşüb düşməməsi və qeyd olunan hallar nəzərə alınmaqla cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən istifadə edib-etməməsi halı araşdırılmadan, müqayisəli tədqiqat aparılmadan cavabdehin iddiaçının 1,3616 hektar torpaq sahəsinin 0,52 ha hissəsindən istifadə etməsinə dair səhv nəticəyə gəlmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi iddiaçının torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi halının ekspert rəyi ilə təkzib e dilməsinə istinadən, birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində ləğv edərək, iddiaçının torpaq sahəsi üzərində istifadə hüquqlarının bərpa olunması tələbinə dair iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlmişdir.
18. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndi, 84-cü maddəsinin 1-ci bəndi, 111, MPM-in 14.2, 76.1, 76.2, 88, 89.1 və Konstitusiyanın 13 və 29-cu maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
19. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılmasi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırmışdır k i, birinci dəfə verilmiş ekspert rəyində iddiaçının torpaq sahəsinin 0,52 ha hissəsindən cavabdehin istifadə etməsi göstərilib. Rəydə cavabdehin zəbt etdiyi torpaq sahəsinin elektron baza məlumatları əsasında koordinatları da dəqiq göstərilmişdir. Apellyasiya məhkəməsi isə həmin rəyi nəzərə almadan təkrar ekspertiza təyin etmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)1541/2021 nömrəli, 19 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Abbasov (sədrlik edən və məruzəçi), E.R.Vəliyeva və E.Y.Şamayev) iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyası göndərilmişdir.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəti cəni iş materiallarında olan sənədlər, o cümlədən Məhkəmə Ekspertizası Mərkəzinin 05 avqust 2020-ci il tarixli, 10/1826 saylı ekspert rəyi ilə əsaslandırsa da, həmin rəyi və sübutları MPM-in 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə qiymətləndirməmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi ona istinad etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilərkən ekspertiza tədqiqatı yalnız iddiaçıya aid 1,3616 hektar torpaq sahəsi üzrə aparılmış, cavabdehin xüsusi mülkiyyətində olan 0,6839 hektar torpaq sahəsinin ərazi hüdudları, həmin torpaq sahələrinin üst-üstə düşüb düşməməsi, cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən istifadə edibetməməsi halı araşdırılmamış, müqayisəli tədqiqat aparılmamışdır. Apellyasiya instansiyası məhkəməsi ekspertiza təyin ed ərək, ekspert qarşısında cavabdehə məxsus torpaq sahəsi üzrə də suallar qoyaraq, ekspertizaya "xxxx" MMC-nin mütəxəssislərini cəlb etmiş və ikinci ekspert rəyi "xxxx" MMC-nin mütəxəssislərinin arayışına əsasən verilmişdir. Birinci ekspert rəyi isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssislərinin arayışına əsasən verilmişdir. Göründüyü kimi, işdə biri digərinə zidd olan iki ekspert rəyi var və bu rəylərin hər biri ayrı-ayrı təşkilatların mütəxəssis arayışlarına əsasən verilib: birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizada mütəxəssis kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin əməkdaşları, apellyasiya instans iya məhkəməsinin təyin etdiyi ekspertizada mütəxəssis kimi "xxxx" MMC-nin əməkdaşları arayış vermişlər. Bir halda ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizada yalnız iddiaçının torpağı üzrə tədqiqat aparılmasını, cavabdehin torpağının ekspertiza tədqiqatından kənarda qalmasını və bu səbəbdən ekspertizanın düzgün aparılmaması əsası ilə yenidən ekspertiza təyin etmiş, belə olan halda, cavabdehin torpağı üzrə də ekspertiza tədqiqatına Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin əməkdaşları mütəxəssis kimi cəlb edilməli idilər. Apellyasiya məhkəməsi isə təyin etdiyi ekspertizaya başqa təşkilatın mütəxəssislərini cəlb etmiş, həmin mütəxəssislərin verdiyi arayış əsasında tərtib edilən ekspert rəyi birinci ekspert rəyinə zidd olsa da, bu ziddiyyəti n aradan qaldırılması üçün heç bir prosessual hərəkət etməmiş, rəyə formal yanaşmaqla kifayətlənmişdir. Halbuki qanunvericiliyin tələbinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və ekspert rəyi bütün digər sübutlar kimi müəyyən edilmiş prosessual qaydalar üzrə qiymətləndirilməlidir.
24. Qeyd edilənlərdən görünür ki, apellyasiya instansiya məhkəməsi iddiaçıya məxsus torpaqdan cavabdehin istifadə etməməsi halını ekspert rəyinin MPM-in 88 və 103.1-ci maddələrində müəyyən edilmiş qaydalar üzrə qiymətləndirilməməsi nəticəsində müəyyən etmişdir.
25. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab etmişdir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki q ətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, ekspert rəyindəki ziddiyyətləri aradan qaldırmaq üçün tədbirlər görməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
26. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 157.8, 164.1, 164.2, MPM-in 14.2, 77.1, 88, 103.1, 407.2, 416.1, 417.1.1, 418.1, 418.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
27. Apellyasiya instansiyası məhkəməsinin 2(106)-2348/2021 nömrəli, 20 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Q.Əsədov (sə drlik edən və məruzəçi), S.İ.Mayılov və T.S.Kərimov) cavabdehin apellyasiya şikayəti təmin təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə əsaslanmışdır və koordinatları ilə dəqiq göstərilmiş ekspert rəyini şübhə altına almaq üçün əsaslar yoxdur.
29. Apellyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli, 10333 saylı rəyini sübut mənbəyi k imi qəbul edir.
30. İş üzrə tərtib edilmiş ikinci ekspert rəyində torpaq sahələrinin ayrı-ayrı sahələr olduğunu göstərilmişdir. Rəyə görə, sərhədlər barədə mübahisə yoxdur. Həmin rəy "xxxx" mütəxəssislərinin arayışına əsaslanmaqla xx.xx.2020-ci ildə verilmişdir. Sonuncu rəyə görə, cavabdeh tərəfindən mübahisəli torpaq sahəsindən istifadə edilməsi müəyyən edilməmişdir.
31. Kollegiya qeyd etmişdir ki, əvvəllər- 2019-cu ildə baş vermiş fakt barədə, 2020-ci ildə həmin faktın baş verməməsi qənaətinə gəlmək az inandırıcıdır. Digər tərəfdən, iş üzrə tərəfləri dinləmədən "xxxx" mütəxəssislərinin fakt barədə qənaətə gəlməsi əsaslı sayıla bilməz. Təsadüfi deyildir ki, iddiaçı özünün 2018-ci ildə təqdim etdiyi iddia ərizəsində və kassasiya şikayətində cavabdeh tərəfindən onun torpaq sahəsinin şumland ığını göstərmişdir. Bundan başqa, sözügedən faktla bağlı iddiaçı, kənd sakinləri tərəfindən tərtib edilmiş və Cəlilabad rayonu İcra hakimiyyəti başçısının Muğan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli aktı təqdim etmişdir ki, həmin aktda mübahisəli torpaq sahəsinin Cavabdeh tərəfindən şumlandığı göstərilmişdir. Digər tərəfdən, birinci instansiya məhkəməsinin qətnaməsində cavabdehin özünə məxsus torpaq sahəsindən deyil, iddiaçıya məxsus olan, koordinatları dəqiq göstərilmiş torpaq sahəsindən çıxarılması qeyd edilmişdir ki, bu da cavabdehin hüquqlarını pozmur, onun əmlakına, əmlak hüquqlarına hər-hansı məhdudiyyət yaratmır.
32. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia əsaslıdır. Birinci instansiya məhkəməsi maddi və p rosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Cavabdehin etirazı əsassızdır. Apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 152, 157.2, Torpaq Məcəlləsinin 111, MPM-in 14.2, 77.1 və Konstitusiyanın 13-cü maddəsinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə çıxararkən cavabdehin mübahisələndiri lən torpaq üzərində əldə etdiyi mülkiyyət hüququnun sənədləşməsini və özünə aid torpaq ayırma sənədləri ilə həm faktiki, həm də sənədlər əsasında eynilik təşkil etməsi ilə bağlı mövqe bildirməmişdir. Mülki hüquq münasibətlərinin iştirakçılarının hərəkətlərində adlarına verilmiş sənədləri üzrə naturada olan torpaq sahələri eynilik təşkil etməsi və üst-üstə düşüb-düşməmə halları aydınlaşdırılmamış, iki fərqli ekspertiza rəyi verilmiş, apellyasiya instansiyası məhkəməsi ziddiyyətin aradan qaldırılması üçün əlavə və ya təkrar ekspertiza təyin etməmiş, düzgün olmayan qətnamə qəbul etmişdir.
36. Kassasiya şikayətində Mülki Məcəllənin 6.1.4, 16.1, 152.1, 178, MPM-in 97.1, 102 və 418.3-ü maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. İddiaçı və vəkili kassas iya şikayətinə qarşı yazılı etiraz verərək təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq: Mülki Məcəllə
38. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
39. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
40. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
41. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. MPM
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hall arın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəl i gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nət icələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-164/2020 nömrəli, 15 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.