Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3225/2020 21.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh oğlunun, məhkəmə qətnaməsi ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs və müstəqil tələb irəli sürən 3-cü şəxs X1 vəkili Bəkirova Sevda Həbib qızının iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)xxx/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏ YYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin (hakim V.Məlikov) xx.xx.2016-cı il tarixli, 2(039)xxx/2016 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mərhum analarından miras qalmış Daşınmaz Əmlakın Dövlət Reyestrində paylarının müəyyən edilməsi və qeyd olunan paylarının naturada ona və qardaşı Maraqlı şəxs verilməsi” tələbinə dair iddiası təmin edilərək, mərhum X5 mülkiyyətində olan Yevlax şəhəri, ünvan1 ünvanda yerləşən fərdi yaşayış evindən xx.xx.2000-ci il tarixli vəsiyyətnamə əsasında İddiaçı həmin fərdi yaşayış evinin 5/6 hissədə payının müəyyən edilməsi, müstəqil tələb irəli sürən 3-cü şəxs X1 “mərhum nənəsindən miras qalmış Yevlax şəhəri ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair anası X6 çatası miras əmlaka dair payının müəyyən edilməsi və həmin paya mülkiyyət hüququnun tanınması” tə ləbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Əsədli, Ə.Məcidov, İ.Quliyev) xx.xx.2018-ci il tarixli, 2(107)-xxx/2018 nömrəli qətnaməsi ilə Cavabdeh oğlu, məhkəmə qətnaməsi ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin qismən, müstəqil tələb irəli sürən 3-cü şəxs X7 tərəfindən verilmiş apelyasiya şikayətinin tam təmin edilməsi, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(039)-xxx/2016 nömrəli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh oğluna qarşı “mərhum analarından miras qalmış Daşınmaz Əmlakın Dövlət Reyestrində paylarının müəyyən edilməsi və qeyd olunan paylarının naturada ona və qardaşı Maraqlı şəxs verilməsi” tələbinə dair idd iasının təmin edilməməsi, müstəqil tələb irəli sürən 3-cü şəxs X1 “mərhum nənəsindən miras qalmış Yevlax şəhəri, ünvan1 ünvanında yerləşən daşınmaz əmlaka dair anası X6 çatası miras əmlaka dair payının müəyyən edilməsi və həmin paya mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiasının təmin edilməsi, miras əmlak olan Yevlax şəhəri, ünvan1 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə xx.xx.2014-cü il tarixli, 201400 6653 nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində miras qoyan X8 adına qeydiyyata alınmış 5/6 hissənin 1/5 hissəsinə müstəqil tələb irəli sürən 3-cü şəxs X1 payı müəyyən edilməklə mülkiyyət hüququnun tanınması, qeyd edilən miras qalmış daşınmaz əmlakın digər vərəsələrə münasibətdə 5/6 hissəsinin 4/5 hissəsinin açıq saxlanılması qət edilmişdir. Azərba ycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Kalbalıyev, V.İbayev, S.Hacıyev) xx.xx.2018-ci il tarixli, 2(102)-xxx/18 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilərək, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(107)-xxx/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Hüseynov, A.Mahmudov, R.Rəfiyev) xx.xx.2019-cu il tarixli, 2(107)-xxx/2019 nömrəli qətnaməsi ilə Cavabdeh oğlu, məhkəmə qətnaməsi ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs və müstəqil tələb irəli sürən 3-cü şəxs X7 tərəfindən verilmiş apelyasiya şikayətlərinin qismən təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(039)-xxx/2016 nömrəli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, İddiaçı iddiasının qismən, müstəqil tələb irəli sürən 3-cü şəxs X1 iddiasının tam təmin edilməsi, mərhum X3 miras qalmış 5/6 hissədə mülkiyyətində olan Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ¼ hissəsinə İddiaçı, ¼ hissəsinə Cavabdeh oğlunun, ¼ hissəsinə Maraqlı şəxs və ¼ hissəsinə isə Maraqlı şəxs paylarının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Vəliyeva, Q.Əsgərov, Ə.Əhmədov) xx.xx.2019-cu il tarixli, 2(102)-xxx/2019 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilərək, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-xxx/2019 nömrəli qətnamə sinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Əliyev, A.Eyvazov, İ.Şükürov) xx.xx.2019-cu il tarixli, 2(107)-xxx/2019 nömrəli qətnaməsi ilə Cavabdeh oğlu, məhkəmə qətnaməsi ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs və müstəqil tələb irəli sürən 3-cü şəxs X7 tərəfindən verilmiş apelyasiya şikayətlərinin qismən təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(039)-xxx/2016 nömrəli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, İddiaçı iddiasının qismən təmin edilməsi, mərhum X3 miras qalmış Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ¼ hissəsinə İddiaçı payının müəyyən edilməsi, müstəqil tələb irəli sürən 3-cü şəxs X1 iddiasının qismən təmin edilməsi, mərhum X3 miras qalmış Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 5/6 hissəsinin ¼ hissəsinə X2 payının müəyyən edilməsi, mərhum X3 miras qalmış Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 5/6 hissəsinin 2/4 hissəsinin digər vərəsələr Maraqlı şəxs və Cavabdeh oğluna münasibətdə açıq saxlanılması qət edilmişdir. İddiaçı iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh oğluna qarşı “mərhum analarından miras qalmış Daşınmaz Əmlakın Dövlət Reyestrində paylarının müəyyən edilməsi və qeyd olunan paylarının naturada ona və qardaşı Maraqlı şəxs verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum analarından miras qalmış Daşınmaz Əmlakın Dövlət Reyestrində paylarının müəyyən edilməsi və qeyd olunan payların naturada ona və qardaşı Maraqlı şəxs verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X8 mülkiyyətində olmuş, bütün əmlakının Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin onun tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli vəsiyyətnaməyə əsasən vəsiyyət üzrə müəyyən olunmuş miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X7 cavabdeh İddiaçı qarşı “mərhum nənəsindən miras qalmış Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair anası X6 çata sı miras əmlaka dair payının müəyyən edilməsi və həmin paya mülkiyyət hüququnun tanınması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum nənəsindən miras qalmış Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair anası X6 çatası miras əmlaka dair payının müəyyən edilməsi və həmin paya mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Məmmədov Fərhad Möhübbət oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya məhkəməsi 3 dəfə hazırkı işə mahiyyəti üzrə baxmış, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli tam, obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, madd i və prosessual hüquq normaları pozulmaqla Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2-cü maddələrinin və digər normativ hüquqi aktlardan irəli gələn ədalətli məhkəmə baxışı hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur.Ali Məhkəmənin qəbul etdiyi 1-ci qərarında apelyasiya Məhkəməsinə aşağıdakı halların aydınlaşdırıİmasını qeyd edir ki, bu qərarda bildirilir: iş materiallarından da görünür ki, cavabdeh nə də ki, üçüncü şəxs X1 mirasın qəbulu haqqında ərizə ilə notariat kontoruna mirasın açıldığı gündən 3 ay ərzində müraciət etməmişlər. Faktiki olaraq qəbul etmələri barədə iş materiallarına hər hansı bir sübut əlavə edilməmiş və bu hala qiymət verilməmişdir. Ali Məhkəmənin qəbul etdiyi 2-ci qərarında da qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi kasasiya instansiyasının qərarına ə sasən yeni apelyasiya baxışı zamanı mərhum X3 miras qalmış əmlakı İddiaçı, Cavabdeh, maraqlarına toxunan şəxs Maraqlı şəxs və üçüncü şəxs X1 qanunla müəyyən edilmiş müddət ərzində faktiki olaraq qəbul etmələrini məhkəmə kollegiyasının iclasında dindirilmiş İddiaçı, Cavabdeh, maraqlarına toxunan şəxs Maraqlı şəxs və üçüncü şəxs X1 nümayəndəsi Sevda Bəkirova da təsdiq etməsinə istinad etsə də, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə işin materiallarında İddiaçı iddia ərizəsində, etirazında, apelyasiya və kasasiya şikayətlərində mirasın o və Maraqlı şəxsdən başqa heç bir şəxsin qəbul etmədiyini, anasının ölümündən sonra orada yalnız ikisinin yaşadığını göstərməsinə diqqət yetirməmiş, işin bu halına hüquqi qiymət verməmişdir ki, X14 öldüyü xx.xx.2014-cü ildən sonra üçüncü şəxsin, miras əmla kdakı anasının qanun üzrə vərəsə kimi miras əmlakı qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul etməsinə və eləcə də, Cavabdeh oğlunun da miras əmlakdan pay almaq hüququna malik olmasına dair iş materiallarında sübutlar yoxdur. Belə olan halda, apelyasiya instansiyası məhkəməsinin mərhum X3 miras qalmış əmlakın Cavabdeh və üçüncü şəxs X1 qanunla müəyyən edilmiş müddət ərzində faktiki olaraq qəbul etməsini yalnız izahatlara istinad etməklə müəyyən etməsi qanuni və əsaslı sayıla bilməz. Birinci: Müstəqil tələb irəli sürən X7 iddiasında mərhum nənəsindən miras qalmış Yevlax şəhər ünvan 1 ünvanında yerləşən Daşınmaz Əmlaka dair miras payının müəyyən edilməsini və həmin paya mülkiyyət hüququnun tanınmasını istəyir. AR Ali Məhkəməsi həmin hala xüsusi önəm verməklə, 2 dəfə Şəki Apellyasiya Məhk əməsinin bu qətnamələrini ləğv etmişdir.X1 iddia qaldırır və anası X9 çatacaq əmlaka dair payı istəyir. X11 iddiaçının bacısıdır. X10 mübahisələndirilən evdə bir gün belə yaşamamışdır. Onun Yevlax şəhəri, ünvan 2-də daimi yaşayış yeri vardır. Mülkiyyətində daşınmaz əmlak mövcud olmuşdur. 30 ilə yaxın həmin evdə yəni, özünə məxsus evdə yaşamışdır. Anasının mübahisələnən mirası açılmamışdan qabaq o, 2006-cı ildə vəfat etmişdir. İddiaçının anası isə 2014-cü ildə vəfat etmişdir. Yəni, bu şəxs vəfat etdikdən mübahisələndirilən əmlakın mülkiyyətçisi 8 il sonra vəfat etdiyindən mirasın açıldığı vaxt qeyd etdiyi vərəsə sağ olmadığından ona aid miras açılmamışdır. X4 vərəsələri X7 və ya onun bacısı X15 mübahisələndirilən mirasa dair nə notariat orqanına müraciət etmiş, nə də miras qoyanın ölümündən sonra miras yerində yaşamamaqla mirası idarə etməmişdir. O da digər vərəsə kimi 25 aydan sonra miras payını tələb edir ki, qanunla müəyyən olunmuş müddəti yəni, mirasa çatma müddətini ötürmüşdür.İddiaçı məhkəməyə vermiş olduğu etirazında şəxsin iddiasına iddia müddətinin tətbiq edilməsini xahiş etmiş, iddia müddətinin tətbiq edilməsi ilə bağlı fikirlərini rəsmi qaydada məhkəməyə vermişdir. Mübahisəyə Yevlax rayon Məhkəməsində baxarkən bu hallara diqqət yetirilib. Şəxs heç bir halda nə yaşamaqla, yəni nə də notarial qaydada nə mirası qəbul edib, nə də ki, bu barədə qeydə aİldırıb. Necə ola bilər ki, son durumda miras əmlakında onun da payı müəyyən edilsin. Hətta tərəf ötürmüş olduğu prosessual müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməmişdir. Məhkəmə mirasa onu payçı kimi müəyyyə nləşdirərkən. nəyi əsas tutduğunu müəyyənləşdirməmişdi. İddiaçı bu baxımdan da qeyd olunan hallarla razı deyildir. Ona görə də X1 ¼ hissədə payının müəyyən edilməsi əsassızdır. Ancaq miras payından ona pay verilməsi bu barədə iddiaçının anasının hər hansı bir şəkildə iradəsinin olması və miras əmlakından bu şəxsə hansısa payın verilməsi olmamışdır.Şəki Apellyasiya Məhkəməsində gətirilmiş şahidlər, bu işdə maraqlı olan, iddia tələbi olmayan, işdə isə payı müəyyən edilən iddiaçının qardaşı Cavabdeh yaxın dostları, tanışları və öz ailə üzvləridir. Şahidlər əvvəlcə öyrədilərək məhkəmə iclasına gətirilmişdir. Digər məsələ isə həmin şahidlər mövcud olsaydı birinci instansiya məhkəməsinə gətirilərdi. Bu şahidlərin birinci instansiya məhkəməsinə dəvət edilmədən qeyd olunan məsələ ilə bağlı məhkəmə də hər hansı bir vəsatəti olmadan hansı əsasla bu şəxs hesab edir ki, onun bu şahidləri mövcud oİmuş, ancaq birinci instansiya məhkəməsi bu şahidləri dindirməmiş, onlar məcbur qalaraq apelyasiya məhkəməsinə müraciət etmişlər. Eləcə də heç bir bundan əvvəlki apelyasiya baxışlarında bu şahidlər heç bir halda məhkəməyə belə nə gətirilmiş, nədə gətirilmələri xahiş edilməmişdir. Belə olan halda bu şahidlərin kompleks şəkildə məhkəməyəgətirilməsi tərəfə əldə etmədiyi sübutunu təşkil etməyə süni qaydada şərait yaradılmasıdır.Cavabdeh oğlu bir gün belə mübahisələndirdiyi Yevlax şəhəri ünvan 1-də evdə yaşamamışdır. Bu evdə bir daşı-daş üstünə qoymamışdır. Çünki onun Yevlax şəhəri, ünvan 2-də daimi evi vardır. Bu evdə yaşamaqla həmin mənzilə dair çıxarışı mövcuddur ki. 40 ildən artıqdır ki, həmin ev də yaşayır. Ona görə də mübahisələndirdiyi mənzildə yaşamadığından və anasının ölümündən sonra mirasa qanunla müəyyən olunmuş müddətə çatmamışdır. O, mübahisələndirilən mənzildə yaşamadığından və qanunla müəyyən olunmuş müddətdə notarial qaydada mirasa sahib çıxmadığından onun tərəfindən qaldırılan hüquq ötürülmüşdür. Bu şəxsin hansı maraqları pozulub ki, həmin qətnamə ilə bu maraqlar ona münasibətdə təmin edilib iddiaçıya məlum deyil. Göründüyü kimi şəxs nə iddiasında, nə də şikayətində ona aid payın müəyyən edilməsini istəməmiş, ancaq qətnamənin ləğv edilməsini tələb etmişdir. Belə olan halda məhkəmə şəxsin nə faktiki, nə də ki, notarial qaydada tələbi təmin etməməsinə baxmayaraq, məhkəmə çıxarılmış olduğu qətnamənin qət hissəsində onun payının açıq saxlanılmasını qeyd etməsi işin ədalət li halı deyil. Mirası iddiaçı və Maraqlı şəxs qəbul edir. Həmin miras iddiaçıya və qardaşı Maraqlı şəxs münasibətdə bölünə bilər. Göstərilənlərə əsasən onlar iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)xxx/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, vəkili Məmmədov Fərhad Möhübbət oğlu, Cavabdeh oğlu, məhkəmə qətnaməsi ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs, müstəqil tələb irəli sürən 3-cü şəxs X7 və maraqlı şəxs AR ƏMDK yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh, məhkəmə qətnaməsi ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs və müstəqil tələb irəli sürən 3-cü şəxs X1 vəkili Bəkirova Sevda Həbib qızı kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-xxx/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh məhkəməyə kasasiya şikayətin yazılı etiraz ünvalayaraq, kasasiya şikayətinin təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-xxx/2019 nö mrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasının tədqiq etdiyi sübutlarla müəyyən edilir ki, Yevlax şəhəri,ünvan1 ünvanında yerləşən, ümumi sahəsi 193,9 kv m, yaşayış sahəsi 56,8 kv m, yardımçı sahəsi 137,1 kv m olan bir mərtəbəli fərdi yaşayış evinin 5/6 hissəsinin mülkiyyətçisi X14 xx.xx.2014-cü ildə vəfat etmiş, ölümündən sonra oğlanları Cavabdeh, Maraqlı şəxs və vəfat etmiş qızı X10 oğlu X1 onun dəfnini təşkil etmiş, yas mərasimini keçirmiş, miras qalmış əmlakının bölgüsünü ap armaqla faktiki olaraq miras qalmış əmlaka sahiblik və əmlakı idarə etməyə başlamışlar. İddiaçı isə anasının yas mərasimində iştirak edib, sonra da eyni həyətdə yaşamaqla, habelə müsbət cavab almasa da, anasından qalmış mirasla bağlı Yevlax rayon 1 saylı notariat kontoruna ərizə ilə müraciət etməklə mirası qəbul etmişdir. İşin mübahisə edilməyən halıdır ki, iddiaçı birinci instansiya məhkəməsinə müraciət edərək iddia tələbini dəyişdirmiş və anasından qalmış bütün əmlakın, Yevlax şəhəri, ünvan 1-də yerləşən fərdi yaşayış evinin onun tərəfindən verilmiş xx xxxxxx 2000-ci il tarixli vəsiyyətnaməyə əsasən müəyyən olunmuş miras payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi də onun iddiasını təmin etmiş, lakin sonra Yevlax Rayon Məhkəməsinin qanu ni qüvvəyə minmiş xx xxx 2017-ci il tarixli 2(039)-xxx/2017 nömrəli qətnaməsi ilə həmin vəsiyyətnamə etibarsız hesab edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Şəki Apelyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsini ləğv edərkən qərarında göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi Maraqlı şəxs və X1 xx.xx.2014-cü ildə vəfat etmiş X3 vərəsələri olmaları nəticəsinə gəlsə də, həmin şəxslərin mirasın qəbulu ilə bağlı məhz hansı hərəkətlər etdiklərini, eləcə də bu hərəkətlərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş müddət daxilində edilib-edilməməsini araşdırmamış və qiymət verməmişdir Ali Məhkəmənin göstərişinin icrası olaraq məsələni araşdıran məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, xx xxxx 2014-cü ildə Kişbər İbrahimovanın vəfatından sonra ondan miras qalmış Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən, bir mərtəbəli fərdi yaşayış evinin 5/6 hissəsinin onun vərəsələri olan oğlu Cavabdeh, Maraqlı şəxs, İddiaçı və vəfat etmiş qızı X3 oğlu X1 tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində qəbul etmələri heç bir şübhə doğurmur. Belə ki, Cavabdeh, məhkəmə qətnaməsi ilə hüquqlarına toxunulan şəxs Maraqlı şəxs, müstəqil tələb irəli sürən üçüncü şəxs X1, iş üzrə şahidlərX20, X21, X22, X23, X24, X25 izahat və ifadələri, habelə X20 məhkəməyə təqdim etdiyi video disk, yas dəftərləri (13 ədəd), X3 məxsus şəxsi sənədlər (xx xxxxxxxx 1953-cü il tarixli 844177 nömrəli doğum haqqında şəhadətnamə, evlənmə haqqında xx.xx.1955-ci il tarixli 092054 nömrəli şəhadətnamə, xx.xx.1976-cı il tarixli, 859236 nömrə li attestat, xx.xx.1972-ci il tarixli 1783 nömrəli Respublika Ticarət-kulinar peşə məktəbini bitirməsi haqqında vəsiqə, xx.xx.1988ci ildə verilmiş ömürlük pensiya vəsiqəsi, xx.xx.1989-cu ildə verilmiş “Əmək veteranı” medalının vəsiqəsi, Əmanət bankının 1993-cü ilə aid hesabı) apelyasiya kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, X3 vəfatından sonra miras qalmış və mübahisə predmeti olan Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən bir mərtəbəli fərdi yaşayış evinin 5/6 hissəsi onun ölümündən sonra oğlanları Cavabdeh, Maraqlı şəxs, qızı İddiaçı və nəvəsi X1 tərəfindən faktiki olaraq qəbul edilmiş, yas mərasiminin yeddisindən sonra, yəni onun vəfatından yeddi gün sonra isə miras qalmış başqa əmlakları real surətdə bölünmüş və bölgüyə əsasən, miras qalmış soyuducu, qızdırıcı və bir ədəd çarpayı Cavabdeh, divan, şkaf və bir neçə qab-qaşıq Maraqlı şəxs, bir neçə qab-qaşıq isə X1 verilmişdir. İşdən görünür ki, Cavabdeh, Maraqlı şəxs, qızı İddiaçı və nəvəsi X1 üç aydan da qısa müddət ərzində mirası qəbul etmişlər. İddiaçının izahatında “Yasdan 20-25 ay keçdikdən sonra mən notariat kontoruna müraciət etdim. Bundan sonra Yevlax Rayon Məhkəməsində iddia qaldırdım“ deməsi, Yevlax rayon 1 saylı notariat kontoruna xx xxxx 2015-ci ildə müraciət etməsi, habelə şahid ifadələrində iddiaçının heç bir miras qəbul etməməsi barədə səslənən fikirlərə rəğmən, məhkəmə kollegiyasının iddiaçının da miras əmlakda payının olması barədə nəticəyə gəlməsinin əsas səbəbi odur ki, digər vərəsələr miras əmlakdan iddiaçıya da bir payın verilməsini rədd etməmiş, əksinə buna razı olduqlarını bildirmişlər. Eyni zamanda, İddiaçı da məhkəmə kollegiyası qarşısında verdiyi izahatında miras qalmış evin qardaşları cavabdeh və maraqlı şəxs ilə onun arasında üç yerə bölünməsinə etiraz etmədiyini bildirmişdir. Beləliklə, apelyasiya kollegiyası tədqiq etdiyi və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlarla müəyyən etmişdir ki, xx.xx.2014-cü ildə X3 ölümündən sonra onun qanun üzrə vərəsələri mirasa faktiki sahibliyi həyata keçirməklə mirası qəbul etmişlər. Mülki Məcəllənin tələblərinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (mad. 1133). Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar (mad. 1159.1, 1159.1.1, 1159.1.3). Həmçinin, qeyd olunmalıdır ki, Mülki Məcəlləyə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə et məyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (Maddə 1243). Apelyasiya kollegiyası qeyd etmişdir ki, qanunun mənasına görə vərəsə tərəfindən mirasın kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən olunmuş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Miras əmlakın faktiki idarə olunması dedikdə isə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərək ətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aiddir. Miras əmlakın faktiki cəhətdən qəbulunun təsdiqlənməsinin və sübut edilməsinin böyük əhəmiyyəti vardır. Bu hal müxtəlif orqanlar tərəfindən sənədlərlə təsdiq oluna bilər. Məsələn, miras qoyan ölən anda və miras açılandan sonra vərəsənin miras evdə yaşaması mənzil orqanı tərəfindən verilən müvafiq arayışla təsdiq olunur. Yaxud, miras qoyana məxsus əmlaka görə vərəsənin vergi ödəməsi vergi orqanı tərəfindən verilən arayışla təsdiq oluna bilər və s. Lakin yuxarıda qeyd olunduğu kimi mirasın qəbuluna (istər rəsmi, istərsə də faktiki) yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir. Mirasın qəbul edilmə müddəti dedikdə, qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. Bu müddət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246cı maddəsi ilə dəqiq müəyyən edilmişdir. Həmin maddəyə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyü kimi, iş üzrə tərəflərin (vərəsələri) miras qalmış əmlakı qanunla müəyyən edilmiş müddət daxilində qəbul etməl əri (MM-in 1246-cı maddəsi) heç bir şübhə doğurmur. Belə olan halda apelyasiya kollegiyası hesab etmişdir ki, vərəsələr (tərəflər) mirasın qəbul edilməsinin qeyri-formal üsulundan istifadə etməklə konkret hərəkətləri və rəftarları ilə mirası qəbul etmək niyyətlərini açıq-aşkar təsdiqləyərək, əmlaka sahiblik etməklə faktiki olaraq onu idarə etməyə başlamış və bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Ona görədə iddia tələbləri qismən təmin edilməli, miras əmlak vərəsələr arasında bərabər qaydada bölünməlidir. İşdən görünür ki, İddiaçı məhkəmə kollegiyasının iclasında mərhum anasından miras qalmış əmlakın qardaşları cavabdeh və maraqlı şəxs ilə üç yerə bölünməsini bildirsə də, iddia ərizəsində həmin mirasdan daşınmaz əmlakın dövlət reyestrində paylarının müəyyən edilməs i və qeyd olunan paylarının naturada ona və qardaşı Maraqlı şəxs verilməsini, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 isə miras əmlaka dair payının müəyyən edilməsi ilə yanaşı, həmin paya mülkiyyət hüququnun tanınmasını da tələb etmişlər. Bununla bağlı apelyasiya kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 220-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və y a bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhd əsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə, mübahisə predmeti olan miras əmlaka bütün vərəsələrin payları müəyyən edildikdən sonra paylı mülkiyyətin mülkiyyətçisi olan iddiaçı MM-in 220-ci maddəsinin tələblərinə uyğun olaraq payının ayrılmasını tələb edə bilər. Ona görə də iddia tələbinin payın naturada ona verilməsi hissəsi təmin edilə bilməz. Apelyasiya kollegiyası hesab etmişdir ki, iddiaçının anasından miras qalmış əmlakın qardaşı Maraqlı şəxs verilməsini də tələb etməsi əsaslı deyil. Belə ki, MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddənin məna və mahiyyətinə görə, hər bir şəxs özünün qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Başqa sözlə, iddiaçı yalnız mirasdan özünə düşən payın verilməsini tələb edə bilər. Həm İddiaçı, həm də müstəqil tələb irəli sürən üçüncü şəxs X1 miras qoyanın mülkiyyətində olan miras əmlakdan payların müəyyən edilməsini tələb edirlər. Payların müəyyən edilməsi isə iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra onların özlərinə düşən paya dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır. Belə olan halda iddia tələbinin bu hissəsi də təmin edilə bilməz. Cavabdeh və məhkəmə qətnaməsi ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs miras əmlakın bölgüsü ilə bağlı iddia tələbləri yoxdur. Mübahisə predmeti olan fərdi yaşayış evinin 5/6 hissəsi paylı mülkiyyət hüququ ilə xx.xx.2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində miras qoyan X3 adına qeydiyyata alınmışdır. Qeyd olunan miras qalmış daşınmaz əmlakın 5/6 hissəsinin 1/4 hissəsinə İddiaçı, ¼ hisəsinə isə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 payı müəyyən edilməli, digər vərəsələr Cavabdeh və Maraqlı şəxs münasibətdə isə miras qalmış daşınmaz əmlakın 5/6 hissəsinin 2/4 hissəsi açıq saxlanılmalıdır. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir. Belə ki, iş materillarından görünür ki, Cavabdeh, Maraqlı şəxs, qızı İddiaçı və nəvəsi X1 üç aydan da qısa müddət ərzində mirası qəbul etmişlər. Həmçinin iş materiallarından görünür ki, İddiaçı da apelyasiya kollegiyasında verdiyi izahatında miras qalmış evin qardaşları cavabdeh və maraqlı şəxs ilə onun arasında üç yerə bölünməsinə etiraz etmədiyini bildirmişdir. Cavab deh və məhkəmə qətnaməsi ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs miras əmlakın bölgüsü ilə bağlı iddia tələbləri olmadığı üçün apelyasiya kollegiyası düzgün olaraq onların qanuni vərəsə olmalarını nəzərə alıb onlara münasibətdə miras qalmış daşınmaz əmlakın 5/6 hissəsinin 2/4 hissəsini açıq saxlamış, qalan hissəni isə digər qanuni vərəsələr arasında ¼ hissədə pay müəyyən etmişdir. Kasasiya yoxlaması zamanı apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətində əsas gətirilən dəlillər apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiklə ri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azər baycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-xxx/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3225/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3225/2020
21.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver