Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3225/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3225/21 (Açar sözlər: pul) Bakı şəhəri, 18 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5667/2020 nömrəli iş üzrə 11 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabd eh2 və Cavabdeh1 tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə işə 18 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 12.06.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 36.000 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 36.000 manat puldan əlavə, 5.000 manat və “Mitsubishi Pajero” markalı **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün lazım olan 8.750 manat pul vəsaiiti olmaqla, cəmi 49.750 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2013-cü ildə Kərbəla ziyarətinə gedəndə Cavabdeh2 Sövdəyər oğlu ilə tanış olmuşdur. Ziyarətdən qayıdandan sonra da, münasibətləri davam etmiş, dost olmuşlar. Sonradan Rövşənin qardaşı - iş üzrə digər Cavabdeh1 Sövdəyər oğlu ilə tanış olmuş və aralarında yaxın etibarlı münasibətləri yaranmışdır. Belə ki, Babək onu öz oğlanlarına kirvə tutmuşdur. Bundan sonra da, o, dəfələrlə dostluq münasibətlərini nəzərə alaraq, öz hesabına Babəkin oğlunu mualicə üçün İrana aparıb gətirmişdir. 2017-ci ildə Rövşən ona Babəkin iş təklifi barədə məlumat vermiş və bildirmişdir ki, Babəkin tanışı Cəlal “Azfen”də işləyir və ona məlum olmuşdur ki, “Azfen” şirkəti 2002-2003-cü il buraxılışlı maşınları hərraca qoyaraq ucuz qiymətə satır. O, Babəklə birlikdə gedərək “Azfen” şirkətinin həyətindəki maşınlara baxmış və almaq üçün 16 ədəd maşın seçmişdir. Maşınları almaq üçün o, Dövlət Gömrük Komitəsinin Avtoterminal Birliyinin bank hesabına 60.500 manat ödəməli idi. Dövlət Gömrük Komitəsinin Xosrov adlı işçisi ona maşınların siyahısını göstərmiş və siyahıda onun seçdiyi avtomobillərin olduğunu bildirmişdir. O, həmin siyahını imzalamış və Dövlət Gömrük Komitəsinin Avtoterminal Birliyinin bank hesabına 60.500 manat pul keçirtmişdir. 8 maşının dəyərini öz adından, 8 maşının dəyərini isə Rövşənin adından ödəmişdir. Həmin 16 maşının pulunu o, öz hesabına ödəmişdir. Bir neçə aydan sonra, ona xəb ər verdilər ki, maşınları gəlib götürə bilər. Evakuatorla maşınları “Azfen”dən götürəndə, məlum oldu ki, ona seçdiyi maşınlar deyil, başqa, təmirsiz maşınları təhvil veriblər. O, əsəbləşib bunun səbəbini Babəkdən soruşmuşdur. Babək ona söz vermişdir ki, seçdiyi maşınları da “Azfen” onlara satacaq. Başqa çıxış yolu olmadığına görə, ona verilən maşınları təhvil almışdır. Bundan sonra 2018-ci ilin sonunda Rövşən və Babək qardaşları onun yanına gələrək, əvvəlki seçdiyi maşınlar da daxil olmaqla, daha yaxşı vəziyyətdə olan 32 ədəd maşının siyahısını ona göstərmişlər və maşınların hərracdan alınması üçün 160.000-170.000 manat ödəyəcəklərini bildirmişlər. Bu işdə onlara köməklik etməsi üçün o, və X5 Komitəsi Birliyində çalışan Murad adlı vəzifəli şəxsin qaynatası olan Bakı Dövlət Universitetinin dosenti - Eldar müəllimlə görüşmüşlər. Eldar müəllimə Muradın onlara köməyi lazım olduğunu bildirmişlər. Eldar müəllim bildirmişdir ki, onun adından Murada müraciət edə bilərlər. Bundan sonra, Babək Muradla danışaraq, belə razılığa gəldilər ki, 32 ədəd maşının hərracdan alınması üçün 160.000 manatı 3 aya hissə-hissə ödəyə bilərlər. O, 10.000 manatı dostu Nazimdən borca alaraq, üstünə də 46.500 manat pul qoyaraq, ümumilikdə 56.500 manatı Babəkə vermişdir ki, avtomobillərin alınması üçün ilkin məbləğ kimi Murada versin. Həmçinin, Babək ona bildirmişdir ki, işlərinin tez alınması və maşınların hərracdan onlara satılması üçün Murada 1 maşın bağışlasaq yaxşı olar. O, Babəkin təklifi ilə razı olaraq, bir ədəd “Toyota Prado” markalı avtomaşını Murada bağışlamağa razılıq vermişdir. Babək ona demiş dir ki, 56.500 manatı Murada çatdırıb və 1 ay müddətinə maşınları onlara təhvil verəcəklər. Vaxt keçdi və maşınlar ona təhvil verilmədi. Muradın yanına gedərək, məsələni aydınlaşdırdırmışdır. Murad ona bildirmişdir ki, ona nə maşın, nə də pul verilməyib və ümumiyyətlə onunla maşınlar barədə Babək heç bir söhbət etməyib. Bu zaman o, anlamışdır ki, Babək onu aldadıb, pulu mənimsəyib. Odur ki, 56.500 manatı qaytarmalarını Babək və Rövşəndən tələb etmişdir. Bundan sonra cavabdehlər ona 25.000 manat pul qaytardılar. 25.06.2019-cu il tarixdə ərizə ilə Yasamal rayon prokurorluğuna müraciət etmişdir. Ərizəsi araşdırılması üçün 28-ci Polis Bölməsinə göndərilmişdir. Polis bölməsində öz izahatlarında Babək və Rövşən ona 31.500 manat borcları qaldığını etiraf etmişlər. Həmçinin cavabdehlərin Murada verdiklərini bildirdikləri “Toyota Prado” avtomobili baksol Şahin adlı maşın alverçisinə satdıqları öyrənmişdir. Şahin həmin avtomobili Babəkin 10.000 manat borcunun əvəzində cavabdehlərdən almış və 19.500 manata Fatmai kəndində yaşayan şəxsə satmışdır. Onlar 08.05.2019-cu il tarixdə Rövşənin adına olan beş avtomobili dostu Nazim Dadaşovun adına keçirmişlər. 11.05.2019-cu il tarixdə Rövşən və Cavabdeh1lardan iltizam almışdır ki, ona 56.500 manat borcları vardır. Həmin iltizamın surətini məhkəməyə təqdim etmişdir. İltizam yazılan günü 10 dəqiqə video çəkiliş getmiş və həmin çəkilişdə Rövşən və onun həyat yoldaşının görüntüləri düşmüşlər. 13.05.2019-cu il tarixdə polisə müraciət etmişdir. Onun müraciətindən bir müddət sonra 01.07.2019-cu il tarixdə Rövşən polisə müraciət etmiş və göstərmişdi r ki, güya onlar qardaşı Babəki qaçırtmış, ona müxəlif xəsarətlər yetirmişlər. Nazimlə onu 28-ci polis bölməsinə çağıraraq demişdilər ki, Babək haradadı, ona neynəmisiniz, onun öldürmüsünüz və sair. Həmin vaxt o, Babəkə zəng etmiş və Babək Əhmədli qəsəbəsində olduğunu bildirmişdir. Polislər telefon danışığını eşidəndən sonra onları buraxmışlar. Cavabdehlər heç bir ərizələrində qeyd etməyiblər ki, onun Rövşənə və ya Babəkə borcu var və yaxud onun Rövşənə və ya Babəkə verəcəyi maşınlar var. Onların arasındakı razılaşmaya əsasən avtomobillərin satışından əldə olunan qazancdan cavabdehlərə 50% miqdarında pul verməli idi. Avtomobillərin 9 ədədi satılıb, 7 ədədi qalır. Cavabdehlər avtomobillərin alınması üçün ona əvəzi ödənilmədən köməklik edəcəklərinə dair hər hansı bir öhdəlik götürməmişdilər və onun qarşısında belə öhdəlikləri olmamışdır. O, avtomobillərin satışından əldə olunacaq qazancdan cavabdehlərə pul verməli idi. Lakin cavabdehlər özlərini yaxşı aparmadıqlarına görə, o, cavabdehlərə hər hansı məbləğdə pul ödəməyib, hazırda da ödəmək fikri yoxdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 fevral 2020-ci il tarixli, 2(004)-429/2020 saylı qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 11.05.2019cu il tarixli sadə yazılı şəkildə tərtib edilmiş iltizama (qəbzə) əsasən 30.05.2019-cu il tarixədək qaytarmalı olduqları 56.500 manat pul vəsaitindən qaytarılmış 25.000 manat çıxılmaqla, ödənilməmiş qalan 31.500 manat pulun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırılması zamanı tərəflərin izahatları, şahidlərin ifadələri, X2 şahidliyi ilə İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən imzalanmış 11.05.2019-cu il tarixdə tərtib edilmiş sadə yazılı iltizamla (qəbzlə), İddiaçı ərizəsi əsasında 28-ci Polis Bölməsində toplanmış materialda olan İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yazılı izahatları, işin digər faktiki halları ilə müəyyən edilir ki, tərəflərin arasında 2018-2019-cu illər ərzində avtomobillərin şərikli alqı-satqısı ilə məşğul olmuşlar, nəticədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı 56.500 manat borcu yaranmışdır. Bakı şəhəri Yasamal RPİ 28-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru X1 qəbul etdiyi 21.09.2019-cu il tarixli qərarı ilə İdd iaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı tövsiyyə edilmişdir ki, Cavabdeh2 və Cavabdeh1 ona olan 31.500 manat borcunun alınması üçün məhkəməyə müraciət edə bilər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 11.05.2019-cu il tarixli sadə yazılı şəkildə tərtib edilmiş iltizama (qəbzə) əsasən 56.500 manat borcu 30.05.2019-cu ilədək İddiaçı qaytarmağı öhdələrinə götürsələr də, 28.05.2019-cu il tarixdə 25.000 manat pulu iddiaçıya qaytarmışlar, 31.500 manat pulu isə hazırkı vaxta kimi İddiaçı qaytarmamışlar. Cavabdehlərin iddiaçıya 31.500 manatdan artıq məbləğdə borclu olmasını təsdiq edən yazılı mötəbər sübutlar mövcud deyildir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 izahatlarında İddiaçı 31.500 manat borcları qaldığını etiraf edirlər, lakin Ramazanı n onları aldadaraq Rövşənə məxsus olan və Nazimin adına sənədləşdirdiyi beş ədəd avtomobili Rövşənə geri qaytardığı təqdirdə, 31.500 manat borcu Ramazana ödəməyə razı olduqlarını bildirirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh2 məxsus olan “X7 Prado” markalı **-LL-***, **-LL***, **-LL-*** dövlət qeydiyyat nişanlı və “Mitsubishi Pajero” markalı **-LL-***, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair Cavabdeh2 ilə X2 arasında bağlanmış 07.05.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin avtomobillərin X3 və İddiaçı alınaraq Cavabdeh2 qaytarılmasına dair başqa mülki iş üzrə araşdırma aparıldığına və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 19.12.2019-cu il tarixli 2(004)7256/2019 nömrəli qətnaməsi ilə Cavabdeh2 iddia tələbi rədd edild iyinə görə, hazırkı mülki iş üzrə Cavabdeh2 məxsus olan beş avtomobilin geri qaytarılması məsələsinə baxıla bilməz və həmin iş üzrə qəbul ediləcək yekun məhkəmə aktına əsasən avtomobillərin geri qaytarılıb-qaytarılmaması məsələsinə qiymət veriləcəkdir. Həmçinin, məhkəmə tərəflərin əldə etdikləri 16 ədəd avtomobilin satışından əldə olunacaq vəsaitdən, avtomobilin alınmasına və təmirinə xərclənmiş vəsait çıxılandan sonra qalan qazancın tərəflər arasında bərabər olaraq bölünməsinə, qazancın 50%-nin İddiaçı, digər 50%-nin isə Cavabdeh2 və Cavabdeh1 verilməli olmasına dair cavabdehlərin izahatlarına qiymət verərək qeyd edir ki, qazancdan onlara çatası payın ödənilməsinə dair cavabdehlər qarşılıqlı iddia vermədiklərinə görə, məhkəmə həmin hissəyə qiymət vermir və cavabdehlərə izah edir ki, bunun la bağlı ayrıca iddia qaldırmaq hüquqları vardır. Bu səbəblərdən, məhkəmə hazırkı iş üzrə yalnız İddiaçı iddia tələbinə baxır və verilmiş iddia tələbini əsaslı olduğu hissəsində, yəni 31.500 manat pulun tutulması hissəsində təmin edilməsini mümkün hesab edir. İddia tələbi qalan, yəni - “49.750-31.500=18.250 manat tutulması” hissəsində əsassız olduğundan rədd edilməlidir. Çünki, iddiaçı iddia tələbini bu hissədə sübuta yetirə bilməmişdir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 448.1, 739.1, 740.2-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin 19 fevral 2020-ci il tarixli, 2(004)-429/2020 saylı qərardadı ilə (hakim Vahid Hacıyev) 2(004)-429/2020 saylı mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14.01.2020-ci il ta rixli və 28.01.2020-ci il tarixli məhkəmə iclas protokollarına dair Cavabdeh2 tərəfindən verilmiş qeydlərin düzgün olmadığı üçün rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın qismən təmin edildiyi hissəsində ləğv edilərək həmin hissədə də rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Məmməd Məmmədov- sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Rəşad Həsənov) 2(103)5667/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli qərardadı ilə Cavabdeh2 tərəfindən məhkəmə tərkibinə verilmiş etirazın baxılmamış saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası nın (hakimlər – Məmməd Məmmədovsədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Rəşad Həsənov) 2(103)-5667/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03.02.2020-ci il tarixli qətnamənin apelyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan işin mübahisəsiz halları kimi müəyyən olunur ki, iddiaçı avtomobil ticarəti ilə məşğul olmaq üçün cavabdehlərlə razılaşmışdır. Sonuncu dəfə iddiaçı cavabdehlərə 56.500 manat məbləğində pul vermişdir. Cavabdehlər həmin məbləğin müqabilində görüləcək işdən əldə olunacaq gəlirdən yarısını iddiaçıya verəcəyini öhdələrinə götürmüşlər. Lakin aralarında olan razılığa baxmayaraq, cavabdehlər iddiaçı qarşısında üzərilərinə götürdükləri öhdəliyi icra etməmişlər. Cavabdehlər bu halı mübahisələndirmirlər. Apellyasiya baxışının predmeti olan hissədə iddia tələbi ondan ibarətdir ki, cavabdehlər öhdəliyi icra etmədikləri üçün onların iddiaçıya 31.500 manat məbləğində borcları yaranmışdır. Cavabdehlər bu halı da mübahisələndirmirlər, lakin bildirirlər ki, iddiaçı dostu Nazimin adına sənədləşdirdiyi beş ədəd avtomobili geri qaytardığı halda onlar 31.500 manat məbləğində borcu iddiaçıya ödəyəcəklər. Göstərilənləri nəzərə alan məhkəmə mövcud mübahisənin həlli ilə və apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, tələb əsaslıdır və Rayon Məhkəməsi bu tələbi təmin etməkdə haqlı olmuşdur. Cav abdehlərin irəli sürdükləri şərtə, yəni “iddiaçı dostu Nazimin adına sənədləşdirdiyi beş ədəd avtomobili geri qaytardığı halda onlar 31.500 manat məbləğində borcu iddiaçıya ödəyəcəklər” şərtinə gəldikdə isə Məhkəmə bildirir ki, bu şərt yuxarıda qeyd edilən tələbin rədd edilməsi üçün əsaslı deyil. Əgər cavabdehlərin həmin 5 avtomobillə bağlı iddiaçıya qarşı tələbləri varsa onda onlar iddiaçıya qarşı müvafiq iddia tələbi ilə müvafiq məhkəməyə iddia ərizəsi ilə müraciət etməlidirlər. Cavabdehlər apellyasiya şikayətində həmçinin qeyd edirlər ki, onların iddiaçıya verdikləri və Rayon Məhkəməsinin əsaslandığı iltizam həqiqəti əks etdirmir. Çünki onlar həmin iltizamı hədə-qorxu, təzyiq altında yazmışlar. Məhkəmə cavabdehlərin bu dəlillərini əsaslı saymır. Belə ki, həmin iltizamda qeyd edilən xüsu satlar cavabdehlərin Rayon Məhkəməsinə verdikləri izahatlarında da öz əksini tapmışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (vəkilləri Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxladığı hissədə ləğv edərək, iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsində də göstərildiyi kimi cavabdehlər arasında borc pul münasibəti olmamışdır. İddiaçı özü də yazılı şəkildə iddia ərizəsində və məhkəmə prosesində verdiyi izahatında göstərmişdir ki, cavabdehlərlə birgə iş görmək üçün razılaşmışlar və bu məqsədlə də onlara maşınların hərracdan alınması üçün 56.500 manat pul vermişdir. Həmçinin işin müəyyən edilmiş hallarına görə iddiaçı ilə cavabdehlərin arasında olmuş razılaşmaya əsasən avtomobillərin satışından əldə olunan qazancdan cavabdehlərə 50% məbləğində pul verilməli idi. Cavabdehlər avtomobillərin alınması üçün iddiaçıya əvəzi ödənilmədən köməklik edəcəklərinə dair hər hansı bir öhdəlik götürməmiş və iddiaçının qarşısında belə bir öhdəlikləri olmamışdır. İddiaçı avtomobillərin satışından əldə olunacaq qazancdan cavabdehlərə pul verməli idi. Qeyd edilən halda avtomobillərin alınması üçün verilmiş pulun borc kimi qiymətləndirilməsi düzgün olmamışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onların iddiaçıya 31.500 manat məbləği ndə borclarının olmamasını məhkəmə kollegiyasına bildirdikləri halda, apelyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin iddiaçıya 31.500 manat məbləğində borclarının yaranması və bu halın cavabdehlər tərəfindən mübahisələndirilməməsinə dair göstərdikləri işin həqiqi hallarına uyğun deyildir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı iddiasının əsası kimi cavabdehlər Rövşən və Cavabdeh1ların 11.05.2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu 29-cu Polis Bölməsində izahat verərkən 56.500 manat məbləğində borclarının olmasına dair iltizam vermələrinə əsaslanmaqla mövcud iddia tələbini irəli sürmüş və məhkəmə həmin əsaslarla iddianın təmin edilməsinə dair nəticəyə gəlmişdir. Məhkəmənin göstərilən hala əsaslanmaqla gəldiyi hüquqi nəticənin faktiki və hüquqi əsası yox dur. Belə ki, həmin iltizam Rövşən və Cavabdeh1ların həqiqi iradə ifadəsi deyil və həmin qəbz hədə-qorxu, təhdid və təzyiq altında yazılan qəbzdir. Belə ki, həmin gün cavabdehlərin qardaşının vəfatı ilə əlaqədar yas məclisi olmuşdur və bu səbəbdən də onlar artıq səs-küy yaratmamaq və yasa gəlmiş insanları bu məsələ ilə bağlı narahat etməmək üçün təhdid və təzyiq nəticəsində həmin qəbzi çarəsiz olaraq yazmışlar. Beləliklə, göstərilən qəbz işin həqiqi hallarını əks etdirməməklə, cavabdehlərin həqiqi iradə ifadəsi olmadığından və bununla da hədə-qorxu, təhdid və təzyiq altında yazılan qəbz olduğundan göstərilən ifadə qanunu pozmaqla əldə edilmiş ifadələrdir. Odur ki, göstərilən ifadələr həqiqi sübut kimi qəbul edilə və qiymətləndirilə bilməz. Apelyasiya instansiyası məhkəməsi iş üzrə tətbiq e dilməli maddi hüquq normaları olan Mülki Məcəllənin 385-ci maddəsi tətbiq etməmiş. Mülki Məcəllənin 386, 442-ci maddələrini tətbiq etmiş olsa da, həmin normaları düzgün təfsir etməmişdir. Həmçinin iş üzrə tətbiq edilməli olmayan Mülki Məcəllənin 442, 445.2.1 və 448-ci maddələrini tətbiq etmişdir. Bu da maddi hüquq normalarının pozulması olub, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi üçün əsasdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə iclas ında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, iş in və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Maddə
448. Əgər Mülki Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessu al Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna ola raq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayətinin dəlilləri əsasən apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Cavabdehlər kasasiya şikayətində də tərəflər arasında borc pul münasibət olmadığını, onların iddiaçıya borcları olmadığını dəlil olaraq göstərsələr də, kasasiya yoxlamsı nəticəsində müəyyən edilmişdir ki, iş materiallarında olan sübutlardan görünməsi ilə yanaşı, cavabdehlər özləri də onların iddiaçıya 31500 manat borclarının olmasını mübahisələndirməmişlər və borc münasibətində olmalarını etiraf etmişlər. Belə olan halda cavabdehlərin iddiaçı ilə borc münasibətində olmamalarına dəlil kimi istinad etmələri yalnız formal xarakter daşımış olur. Cavabdehlər yalnız iddiaçının dostu Nazimin adına sənədləşdirdiyi beş ədəd avtomobili geri qaytardığı halda borclarını qaytaracaqlarını göstərmişlər ki, bu hal da iddianın qeyd edilən hissədə təmin edilməməsi üçün əsas təşkil etməmişdir. Odur ki, kasasiya şikayətinin göstərilən dəlili apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Qeyd edilənlərlə yanaşı, cavabdehlər iddiaçının məhkəməyə təqdim etmiş olduğu qəbzin hədə-qorxu, təhdid və təzyiq altında yazılan qəbz olmasına dəlil kimi istinad etmişlər ki, bu dəlillərinə dair də nə işə mahiyyəti üzrə baxmış aşağı instansiya məhkəmələrinə sübut təqdim etməmiş, nə də kasasiya şikayətinə hər hansı əlavə etməmişlər. Cavabdehlərin göstərilən dəlili ilə bağlı iş materialları ilə hər hansı sübut müəyyən edilmədiyindən bu dəlil də apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Cavabdehlərin kasasiya şikayətində apelyasiya kollegiyası tərəfindən yol verilmiş olduğunu istinad etdiyi maddi hüquq normalarının pozuntusu ilə bağlı isə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində apely asiya kollegiyasının qətnamə qəbul edilərkən maddi hüquq normasının pozuntusuna yol vermədiyi də müəyyən edilmişdir. Odur ki, kasasiya şikayətinin göstərilən dəlili də apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5667/2020 nömrəli iş üzrə 11 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıl