Məhkəmə qərarları › İş №2(102)-3226/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3226/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3226/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun ödənilməsi tələbi, ipoteka müqaviləsi, zaminliyə xitam verilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşa ğıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2014-cü il tarixli, x saylı kredit xətti müqaviləsinə əsasən, “xxxx” QSC, Cavabdeh1 120 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. xx.xx.2014-cü il tarixli, xsaylı kredit müqaviləsinə əsasən, “xxxx” QSC, Cavabdeh1 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40.000 ABŞ dolları məbləğində kredit verməyi, sonuncu isə aldığı borcu razılaşdırılmış ödəniş qrafikinə uyğun geri qaytarmağı öhdəsinə götürmüşdür. Bank, müqavilə üzrə öhdəliyini icra edərək, kredit məbləğini cavabdehə vermişdir. xx.xx.2015-ci il tarixli, xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli sazişlərə razılmaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir.

2. Kredit xətti müqaviləsi üzrə Cava bdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi əsasında Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında özünə məxsus olan, Şəki şəhəri İsmibəy Nakam küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 77.2 kv m yaşayış, 51.7 kv.m. köməkçi sahədən ibarət 34 nömrəli fərdi yaşayış evini bank qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən Şəki şəhər 1 saylı Notariat Kontorunda yazılmış ərizələrinə əsasən, onlar Cavabdeh2 məxsus olan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin «xxxx» QSC-nə və ya onun hər hansı filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razılaşmışlar və ipoteka qoyulmuş evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda öhdələrin ə götürmüşlər ki, onu qeyd-şərtsiz tərk edəcəklər.

3. Eyni zamanda Cavabdeh2 və Cavabdeh5 «xxxx» QSC ilə xx.xx.2014-cü il tarixdə bağladıqları zaminlik müqavilələri ilə əsas borclunun xətt müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat vermişlər. 4. xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə ödəniş planı, habelə həmin plana dəyişiklik edilməsi haqında xx.xx.2015-ci il tarixli qrafik ipoteka qoyan və zamin Cavabdeh2 tərəfindən imzalanmışdır.

5. Bununla belə, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə ödəniş planına dəyişiklik edilməsi haqında 29 yanvar və xx xxxxx 2016-cı il tarixli sazişlər və onların əsasında tərtib edilmiş yeni qrafiklər Cavabdeh2 imzalatdırılmamışdır.

6. Zamin Cavabdeh5 isə nə xx.xx.2014-cü il tarixli kredit razılaşması, nə də həmin razılaşma üzr ə tərtib edilən ödəniş qrafiki və bu qrafikin dəyişdirilməsinə dair sonrakı sazişlər ümumiyyətlə imzalatdırılmamışdır.

7. Əsas borclu borcunu qrafik üzrə qaytarmayaraq öhdəiliyin icrasını gecikdirmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır.

8. «X4» MMC tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş x saylı rəyindən görünür ki, mənzilin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara uyğun olaraq Cavabdeh2 mülkiyyətində olan xndə 0.06 ha torpaq sahəsində yerləşən 34 saylı fərdi yaşayış evinin hazırki bazar qiym ətləri ilə müqayisədə ilkin satış qiyməti xx xxxxx 2019-cu il tarixə 69.500 manat təşkil edir. Xidmət haqqı «X4» MMC-nin tarif cədvəlinə müvafiq olaraq 150,0 (bir yüz əlli) manat təşkil edir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 6299 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh1 «xxxx» QSC -yə xx.xx.2018-ci il tarixə 15954,19 ABŞ dolları məbləğində əsas borc, 6097,14 ABŞ dolları faiz borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları

10. Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xsaylı kredit razılaşması üzrə 16283.88 ABŞ dol ları kredit borcu, 7284.09 ABŞ dolları faiz borcu və 12672.51 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 36240 (otuz altı min iki yüz qırx) ABŞ dolları 48 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri İsmibəy Nakam küçəsi 34 saylı fərdi yaşayış evinə 0.06 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunan vəsait hesabına «xxxx» QSC-yə olan borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh 2 və Cavabdeh5 müştərək qaydada tutulması və Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri İsmibəy Nakam küçəsi 34 saylı fərdi yaşayış evi 0.06 ha torpaq sahəsi ilə birlikdə tutma yönəldildikdən və osatıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Daha sonra iddiaçı «xxxx» QSC-nin nümayəndəsi X3 tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, X2 adını nəzərə almayaraq onun əvəzində əsas borclu olan Cavabdeh1 nəzərə alınmasını xahiş etmişdir.

13. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yub atmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 23716.12 ABŞ dolları ödəmiş, onun 16283.88 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə 639 gün üçün hesablanmış faiz borcu 7284.09 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2. 2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2018-ci il tarixə 639 gün üçün hesablanmış cərimə 12672.51 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka qoyan Cavabdeh2 “xxxx” QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 15M000000668 saylı ipoteka müqaviləsi (Şəki rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilib) əsasında Şəki şəhəri İsmibəy Nakam küçəsi 34 saylı fərdi yaşayış evi 0.06 ha torpaq sahəsi ilə birlikdə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən 12 №-li reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmış və RX 04243776 nömrəli çıxarışla Şəki şəhəri İsmibəy Nakam küçəsi 34 saylı fərdi yaşayış evi 0.06 ha torpaq sahəsi ilə birlikdə Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün «xxxx» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Şəki şəhəri İsmibəy Nakam küçəsi 34 saylı fərdi yaşayış evi 0.06 ha torpaq sahəsi ilə birlikdə “xxxx” QSC qarşısında ipoteka müqaviləsi üzrə yüklü edilərkən həmin fərdi yaşayış evində qeydiyyatda olan cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ipoteka müqaviləsinin bağlandığı notariat kontoruna ərizə təqdim edərək fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə razı olduqlarını bildirmiş fərdi yaşayış evinə tutma yönəldild ikdə və o satıldıqda onu qeyd şərtsiz tərk etmək barədə öhdəlik götürmüşlər.

14. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) xx xxxxxxx 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xsaylı kredit razılaşması üzrə 15954,19 ABŞ dolları məbləğində əsas borc, 6097,14 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə borcunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulub iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ƏMDK yanında DƏDRX-in seriya MH ******* nömrəli nömrəli, hüquql arın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus xndə mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 77.2 kv m yaşayış, 51.7 kv m köməkçi sahədən ibarət 34 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetinin ilkin satış qiymətinin 69.500 (altmış doqquz min beş yüz) manata açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı «xxxx» QSC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ekspertiza xərci olan 150 manatın Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada alınaraq “X7" MMC-nin hesabına ödənilməsi, həmçinin, 200 manat ekspertiza xərcinin Cavabdeh1, Cavabdeh2 və Cavabde h5 müştərək qaydada alınıb Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

15. Məhkəmə iddianı qismən təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlər öhdəliklərinin icrasını gecikdirmişlər və iddiaçının təmin edilmiş tələbləri müqavilə öhdəliklərinə dair normalar çərçivəsində əsaslıdır.

16. Apelyasiya instansiyası məhkəməsindəki icraat

17. Şəki Apellyasiya Məhkəməsinin (hakimlər A.Mahmudov (sərlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) xx xxxxxx 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 oğlu tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, x nömrəli qətnaməsinin - Cavabdeh5 münasibətdə iddianın təmin olunmuş hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yen i qətnamə qəbul edilməsi, iddiaçı «xxxx» QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi” tələbinə dair iddiasının Cavabdeh5 oğluna aid hissədə təmin edilməməsi, iddiaçı «xxxx» QSCnin nümayəndəsi X6 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, x nömrəli qətnaməsinin qismən - yəni, Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri İsmibəy Nakam küçəsi 34 saylı fərdi yaşayış evi 0.06 ha torpaq sahəsi ilə birlikdə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsinin təmin edilməmiş hissələrində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbinin həmin hissədə təmin edilməsi, Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri İsmibəy Nakam küçəsi 34 saylı fərdi yaşayış evi 0.06 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 həmin əmlakdan çıxarılmaqla əmlak boşaldılması, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

18. Apelyasiya instansiyası məhkəməsi iddianın təmin edildiyi və qətnamənin dəyişdirilmədən saxlanıldığı hissələrdə mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlər müqavilə öhdəliklərinə dair mülki qanunvericiliyin normaları çərçivəsində iddiaçı qarşısında məsuliyyət daşıyırlar.

19. Bununla belə, kredit xətt müqaviləsi üzrə zamin olan Cavabdeh5 kredit razılaşması ndan və razılaşma üzrə ödəniş planından məlumatı olmadığından və razılığı alınmadığından, verilən kreditin faiz dərəcəsinin onunla razılaşdırılmadığından, bütün bu halların onun üçün əlverişsiz nəticələrə səbəb olmasını, yuxarıda göstərilən qanun normalarının və qərarların tələbləri baxımından nəzərə alaraq hesab edir ki, cavabdeh (zamin) Cavabdeh5 oğluna münasibətdə zaminliyə xitam verilməli olduğundan iddia tələbi ona aid hissədə təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

20. Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh2 kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

22. Şikayət onunla ə saslandırılmışdır ki, ipotekaya qoyulmuş əmlakın mübahisələndirilməsinə dair Şəki Rayon Məhkəməsinin icraatında iş olması rəsmi qaydada vəsatətlə apelyasiya məhkəməsinə bildirildiyi halda və bu barədə daynadırılma barədə vəsatət və həmin vəsatətə məhkəmə iclasının dəvət edilməyi ilə bağlı bildiriş əlavə etsə də məhkəmə bunu nəzərə almamış və həmin xüsusatı araşdırmalı olduğu halda araşdırmamış və mahiyyəti üzrə baxaraq yekun qətnamə çıxarmışdır.

23. Şəki Apellyasiya Məhkəməsi öz qətnaməsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarı nəzərə alınmadan ipoteka müqaviləsinin düzgün bağlanıb-bağlanılmamasını araşdırmadan borcu ipoteka yüklü əmlaka yönəltməklə işə mahiyyəti üzrə səthi baxaraq qərar çıxarılmışdır. Həmin qərarın qərara aldı hissəsi ndə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam veriməli olması, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kr edit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ,müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməməli olması qərara alınmışdır. Kredit razılaşmasından görünüdüyü kimi ipoteka müqaviləsində nə əldə edilmiş kredit məbləği, nə kreditin real faizi, müddəti nədə kredit müqaviləsinə istinad olunması görünmür. Halbuki məhkəmə bunları nəzərə almalı borcun ipoteka yüklü əmlaka yönəldilməsi hissəsində təmin etməməli hətta zaminlik müqaviləsi ilə bağlı xüssustlarla bağlı mə sələləridə aydınlaşdırmalı olduğu halda buna əməl etməmişdir.

24. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

26. Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdə liyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; Maddə 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

30. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır.

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fak tlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin borcun Cavabdeh2 da zamin qismində tutulmasına aid hissəsi istisna olmaqla, digər hissələrdə apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

33. Belə ki, əsas borclu Cavabdeh1 bankdan qeyd olunan məbləğdə kredit borcu almış, Cavabdeh2 şəxsi zaminliyi ilə və özünə məxsus daşınmaz əşyasını ipoteka qoyaraq öhdəliyin icrasına təminat vermişdir. Buna baxmayaraq Cavabdeh1, götürdüyü kredit borcunu vaxtında – razılışadırılmış ödəniş qrafiklərinə uyğun şəkildə geri qaytarmadığı üçün öhdəliyini pozmuşdu r. Belə olan halda, bankın borcun tutulması və ipoteka predmetinə yönəldilməsi haqqında tələbləri, bu qərarın 23-cü bəndində göstərilən hüquq normalarına əsasən haqlıdır.

34. Kollegiya onu da nəzərə alır ki, hazırkı işə baxan məhkəmələr mübahisənin düzgün hüquqi həlli üçün tələblərin əsasında dayanan müqavilələrin etibarlılığını xidməti vəzifəsinə görə onsuz da yoxlayır. Bu səbəbdən işin dayandırılmalı olmasına dair kassatorun mövqeyi əsassızıdr.

35. Odur ki, apelyasiya instansiyası məhkəməsi qeyd edilən hissələrdə iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün qətnamə həmin hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası kassatorun Azərbycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən tutmanın ipoteka predmet inə yönəldilməsinin əsassız olması barədə mövqeyi ilə razılaşmır.

37. Ona görə ki, əvvəla, bankla bağlanmış kredit xətti və ipoteka müqavilələrində kredit borcunun faizi göstərilməsə də, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə ödəniş planı, habelə həmin plana dəyişikliklik edilməsi haqında xx.xx.2015-ci il tarixli qrafik Cavabdeh2 imzalatdırılmışdır.

38. Bu faktlar ona dəlalət edir ki, Cavabdeh2 öz daşınmaz əşyası ilə təminat verdiyi borc öhdəliyinin həcmi faizlərlə birlikdə ona məlum olmuşdur. Onun tanış olaraq imzası ilə təsdiqlədiyi xx.xx.2015-ci il tarixli qrafikdə aylıq ödənişlər üzrə sonuncu ödənişin aparılmalı olduğu xx.xx.2017-ci ilədək ümumi məbləğin 26.860 ABŞ dolları olduğu açıqca qeyd edilmişdir.

39. Odur ki, kredit xətti və ipoteka müqavilələrində kredit borcunun faiz i göstərilməsə də, xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixli qrafiklərin Cavabdeh2lə razılaşdırılması ipoteka müqaviləsinin etibarlı şəkildə qurulmasına və hüquqi nəticəyə səbəb olmasına dəlalət edir.

40. Sözügedən kredit razılaşması üzrə ödəniş qrafikinin sonradan 29 yanvar və xx xxxxx 2016-cı il tarixlərə dəyişdirilməsi və bu dəyişikliklərin Cavabdeh2lə razılaşdırılmaması ipotekanı aradan qaldırmır. Çünki, Cavabdeh2 ipoteka qoyan kimi öz əşyası ilə bank qarşısında ən azı təminat verdiyi 26.860 ABŞ dolları həcmində məsuliyyət daşıyır.

41. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikas ı Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2019-cu il tarixli qərarında göstərmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kre dit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır.

42. Hazırkı işdə tutulan və ipoteka predmetinə yönəldilən ümumi borc məbləği 26.860 ABŞ dollarından artıq olmadığına görə kassatorun şikayəti ipoteka predmetinə aid hissədə əsassızdır və təmin edilməməlidir.

43. Bununla belə, məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, borcun həm də zamin kimi Cavabdeh2 tutulması hissəsində hüquq normaları düzgün tətbiq edilməmişdir.

44. Belə ki, iddiaçı, Cavabdeh2 borcun tutulması tələbini onun zamin olması barədə xx.xx.2014-cü il tarixli müqaviləyə əsaslanmaqla irəli sürmüşdür. Həmin müqavilənin 1.1-ci bəndinə görə, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.

45. Göründüyü kimi, bankla Cavabdeh2 arasında zaminlə əsas borclunun birgə məsuliyyətini özündə ehtiva edən müstəqil zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilədə və kredit xətti müqaviləsində borcun illik faiz dərəcəsi göstərilməsə də, Cavabdeh2 xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə ödəniş planını, habelə xx.xx.2015-ci il tarixli qrafiki imzalamış, bununla da hə m də şəxsi təminat verdiyi borc öhdəliyinin həcmi ona məlum olmuşdur. Bu səbəbdən adları çəkilən tərəflər arasında etibarlı bir zaminlik münasibəti qurulmuşdur.

46. Bununla belə, iş materiallarından görünür ki, əsas borclu Cavabdeh1lə bank arasında qeyd edilən ödəniş qrafikləri 29 yanvar və xx xxxxx 2016-cı il tarixlərdə yenidən dəyişdirilmiş və bu dəyişikliklər zamin Cavabdeh2lə razılaşdırılmamışdır. Belə olan halda, Cavabdeh2 zamin kimi məsuliyyətinə apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmişdir.

47. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2019-cu il tarixli qərarında öhdəliyin həcminin sonradan dəyişdirilməsi halında ipoteka qoyanın məsuliyyətinə yuxarıda qeyd edilən qaydada şərh verdiyi halda, zaminin məsuliyyətinə fərqli yanaşmışdır.

48. Həmin qərarın 1-ci bəndinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir.

49. Belə olan halda, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı iş üzrə zamin Cavabdeh2 razılıq verdiyi ödəniş qrafiklərindən sonra ed ilmiş və ona imzalatdırılmamış dəyişikliklərin zaminin məsuliyyətini ağırlaşdırıb-ağırlaşdırmadığı yoxlanılmalı və nəticəsindən asılı olaraq Konstitusiya Məhkəməsinin qeyd edilən qərarındakı hüquqi mövqeyə uyğun qiymət verilməlidir.

50. Ona görə də, kassasiya şikayəti qismən - borcun Cavabdeh2 da zamin qismində tutulması hissəsində ləğv edilməli və iş həmin hissədə yeni apelyasiya baxışına göndərilməlidir.

51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən - borcun Cavabdeh2 da zamin qismində tutulması hissəsində ləğv edilsin, həmin hissədə iş yeni apelyasiya bax ışına göndərilsin. Qətnamə kassatorun mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar