Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3226/2021 07.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə1 və vəkili xxxxxxx oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7967/2020 nömrəli iş üzrə 02 dekabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 07 iyun 2021-ci il tarixdə Ali Məhkəmə nin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 01.12.2014-cü il tarixli, K-170 saylı əmrə əsasən İddiaçı (bundan sonra – iddiaçı) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – “xxxx” MMC və ya cavabdeh) X2 Strukturunun rəhbəri vəzifəsinə 01.12.2014-cü il tarixindən başlayaraq 3 aylıq sınaq müddəti ilə təyin edilmişdir. 02.06.2015-ci il tarixli, K-51 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrə əsasən, X2 strukturunun rəhbəri olan iddiaçının cari əmək müqaviləsinə 02.06.2015-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 73-cü maddəsinə əsasən xitam verilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6466/15 nömrəli iş üzrə 03.07.2015-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdeh ə qarşı işə bərpa tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının yazılı müraciətlərinə cavab verməməsini qanunsuz hesab etməyi, iddiaçının şəxsi işində olan bütün sənədlərin, o cümlədən iddiaçının işə qəbul olunması barədə sənədlərin (müsabiqə və onun nəticələrinin əks olunduğu sənədlərin), habelə 01 dekabr 2014-cü il tarixli əmək müqaviləsinin 1 nömrəli əlavəsinin təsdiq olnmuş surətlərinin iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla ə saslandırılmışdır ki, iddiaçı şəxsi işində saxlanılan bütün sənədlərin, o cümlədən işə qəbul olunmağı barədə sənədlərin (müsabiqə və onun nəticələrinin əks olunduğu sənədlərin) təsdiq olunmuş surətlərinin ona təqdim edilməsi üçün cavabdehə yazılı müraciət etmişdir. Mövcudluğu cavabdeh tərəfindən iddia edilən 01 dekabr 2014-cü il tarixli əmək müqaviləsinin 01 saylı əlavəsinin də təqdim edilməsi üçün müraciət etmiş, lakin cavabdeh tərəfindən yazılı müraciətlərə cavab verilməmişdir. Cavabdeh tərəfindən ona 01.12.2014-cü il tarixdə əmək müqaviləsinin 1 nömrəli əlavəsi adı altında bir sənəd təqdim edilmiş, lakin təqdim edilən sənəddə, onun məhz 01.12.2014cü il tarixli əmək müqaviləsinə aid olmasını təsdiq edən heç bir qeyd müəyyən edilməmişdir. Belə ki, ona təqdim edilən sənəddə ümumiyyətlə tar ix göstərilməmiş, həmin sənəd blank formasında olmaqla, hər səhifəsi cavabdehin ştampı ilə və onun əməkdaşının imzası ilə təsdiq edilmişdir. Həmçinin təqdim edilən blankın vəzifə öhdəlikləri, əsas öhdəliklər və əsas rəhbərlik öhdəlikləri qeyd olunan səhifələrində onun imzası da olmamışdır. Təkrarən yazılı müraciət etməyinə baxmayaraq cavabdeh tərəfindən ona heç bir cavab verilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddia əsassızdır, iddiaçının məhz hansı sənədləri tələb etdiyi aydın deyildir. Belə ki, 2015-ci ildə 2(004)-6466/2015 saylı iş çərçivəsində tərəflər arasında əmək mübahisəsinə baxılarkən həmin sənədlər məhkəməyə təqdim edilmişdir. İddiaçının özü əmək kitabçasının surətini, əmək müqaviləsinin surətini, yazılı xəb ərdarlıq və email yazışmalarını, cavabdeh isə 01 dekabr 2014-cü il və 02 mart 2015-ci il tarixli əmək müqavilələrinin, o cümlədən də həmin müqavilələrə 01 və 02 saylı əlavələrin, K170, K26\a, K-26\b və K-51 saylı əmrlərin, 26 fevral 2015-ci il tarixli 4844 saylı məktubun, 12 may 2015-ci il tarixli 11182 saylı məktubun surəti və alınmasını təsdiq edən emaili məhkəməyə təqdim etmişdir və əmək mübahisəsi çərçivəsində həmin sənədlər araşdırılmışdır. 01 dekabr 2014-cü il tarixli müqaviləyə 01 saylı əlavənin təsdiqlənmiş surəti iddiaçının 16 fevral 2019-cu il tarixli məktubuna cavab olaraq da ona göndərilmiş və çatdırılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-1599/2020 nömrəli iş üzrə 24 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim O.Məmmədli) iddia təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan iddiaçıya ünvanlanmış 19.03.2019-cu il tarixli 7700 saylı məktubdan göründüyü kimi, Cavabdeh MMC-yə 20 fevral 2019-cu il tarixində daxil olmuş ərizəyə cavab olaraq bildirilmişdir ki, onunla əmək müqaviləsi bağlanan zaman 01 dekabr 2014-cü il tarixli əmək müqaviləsinin, ona 1 nömrəli əlavənin (vəzifə öhdəlikləri forması) və 2 nömrəli əlavənin (iş təklifi formu) işçiyə aid nüsxəsi təqdim edilmişdir. Həmçinin onun şəxsən iştirak etdiyi və əlavə olaraq nümayəndə ilə təmsil olunduğu Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)-6466/2015 saylı mülki iş üzrə nümayəndəsi tərəfindən yazılı vəsatətlə müvafiq sənədlər tələb edilmiş və bir sıra sənədlər, o cümlədən 01 dek abr 2014cü il tarixli əmək müqaviləsinin 1 nömrəli əlavəsi (vəzifə öhdəlikləri forması) məhkəməyə təqdim edilmiş, iş materiallarına əlavə edilərək (iş vərəqi 47-50) onun və nümayəndəsinin həmin əlavə ilə tanış olmaq, surətlər çıxarmaq imkanı olmuşdur. 01 dekabr 2014-cü il tarixli əmək müqaviləsinin 1 nömrəli əlavəsinin (vəzifə öhdəlikləri forması) müvafiq surəti təkrar olaraq onun diqqətinə çatdırılmışdır. Məktuba sənədlərin tələb edilməsinə dair vəsatətin surəti – 1 vərəqdə, 01 dekabr 2014-cü il tarixli əmək müqaviləsinin 1 nömrəli əlavəsinin (vəzifə öhdəlikləri forması) surəti – 4 vərəqdə qoşulmuşdur. Məhkəmə qeyd etmişdir ki, iddiaçının Cavabdeh MMC-yə 12 sentyabr 2019-cu il tarixində daxil olmuş ilkin müraciəti ilə eyni məzmunlu ərizəsi ilə təsdiq edilir ki, o 19.03.2019-cu il tarixli 7700 saylı məktubu və qoşmalarını almışdır. Göstərilənlərə əsasən, o cümlədən, 2019-cu ildə 01 dekabr 2014-cü il tarixli əmək müqaviləsinin 1 nömrəli əlavəsinin surəti cavabdeh tərəfindən iddiaçıya göndərildiyindən, məhkəmə hesab etmişdir ki, cavabdeh Əmək Məcəlləsinin 88.1-ci maddəsi ilə onun üzərinə qoyulmuş vəzifəni yerinə yetirmişdir, ona görə də iddia tələbləri əsassızdır. İddiaçının müsabiqə və onun nəticələrinin təqdim edilməsi tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 50-ci maddəsində nəzərdə tutulmuş qaydada iddiaçı barəsində müsabiqənin keçirildiyi, iddiaçının həmin normanın nəzərdə tutduğu müsabiqə yolu ilə vəzifə tutması və bu barədə cavabdehin işəgötürən kimi sənədləşmə aparılması xüsusatı sübuta yetirilmir. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən həmin vəzifənin müsabiqə yolu ilə tutulmasına heç bir istinad yoxdur, müsabiqənin qalibi kimi iddiaçı ilə müqavilə bağlanması tərəflərin təqdim etdiyi heç bir sənəddə qeyd edilməmiş, həmçinin hər hansı müsabiqənin məhz cavabdeh tərəfindən keçirilməsi barədə iş materiallarında heç bir sübut yoxdur. Bu səbəbdən də, cavabdeh tərəfindən hər hansı müsabiqənin keçirilməsi təsdiq edilmədiyindən, müsabiqə barədə sənədlərin təqdim olunması barədə iddiaçının tələbi də təmin edilə bilməz. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 50, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7967/2020 nömrəli iş üzrə 02 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), R.Həsənov və Ş.Məmmədova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət vermə klə düzgün olaraq hesab etmişdir ki, iddia təmin edilməməlidir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və xüsusən prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, prosessual hüquq normaları pozulmuş, nəticədə tamamilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Kassator qeyd etmişdir ki, apellyasiya məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş sənədləri tam tədqiq etməmiş, eyni zamanda, onun şəxsi işində olan bütün sənədlərin təqdim edilməməsinin aşkar olmasına baxmayaraq, bunu görməzdən gələrək əsassız olaraq apellyasiya şikayətini təmin etməmişdir. Cavabdeh iddiaçıya yalnız ilk müraciətindən sonra 01.12.2014-cü il tarixli əmək müqaviləsinin 1 nömrəli əlavəsi adı altında tarixi və nömrəsi göstərilməyən sənəd təqdim etmiş, həmin sənəddə onun məhz 01.12.2014-cü il tarixli əmək müqaviləsinə aid olmasını təsdiq edən heç bir qeyd müəyyən olunm amışdır. Sənəd blank formasında olmaqla, hər səhifəsi cavabdeh Cəmiyyətin ştampı və onun əməkdaşının imzası ilə təsdiq edilmişdir. Blankın vəzifə öhdəlikləri - əsas öhdəliklər və əsas rəhbərlik öhdəlikləri qeyd olunan səhifələrində iddiaçının imzası da olmamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında sənədin qüsurlu olduğunu etiraf etsə də, apellyasiya instansiyası məhkəməsi həmin sənədə heç bir hüquqi qiymət vermədən əsassız olaraq onu 01.12.2014-cü il tarixli əmək müqaviləsinin 1 nömrəli əlavəsi kimi nəzərdən keçirmişdir. Digər tərəfdən, məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş 02.09.2015-ci il tarixli məktubun məzmununu da nəzərə almamışdır. Həmin məktubda iddiaçının işə qəbulu və işdən çıxarılmasının TeliaSonera Eurasia ofisi ilə razılaşdırılması göstərilmişdir. Lakin məhkəmə idd iaçının əmək münasibətlərinə birbaşa aid olan həmin məktubun ona hansı səbəbdən təqdim edilməməsini aydınlaşdırmamışdır. Kassator göstərmişdir ki, cavabdeh Cəmiyyətin vəzifəli şəxsi ilə yazışmaları və üç mərhələli testlərdən keçməsi ilə bağlı çıxarışları məhkəməyə təqdim etməsinə baxmayaraq, məhkəmə həmin sənədlərə heç bir qiymət verməmişdir. Məhkəmə məsələyə Əmək Məcəlləsinin 50-ci maddəsinin tələbini də düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı işə qəbul edilərkən həmin maddədə “bir qayda olaraq elm” sözləri qeyd edilmiş və həmin dövrdə müsabiqə yalnız elm və təhsil sahəsinə aid edilməmişdir. Məhkəmə iddiaçı ilə testlərin keçirilməsinin aşkar sübuta yetirildiyinə baxmayaraq, işəgötürənin iddiaçı ilə işə qəbul olunmasına dair keçirilmiş testlərin nəticələrinin ona təqdim edilmədiyini nəz ərə almamış, iddia tələblərini bu hissədə də əsassız və qanunsuz olaraq təmin etməmişdir. Kassasiya şikayətinin əsası kimi MPM-nin 14.1, 217.1, 217.3-cü maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz ərizəsində qeyd olunmuşdur ki, tərəflər arasında işə bərpa tələbinə dair mülki işə baxılarkən iddiaçının hal-hazırda tələb etdiyi sənədlər (əmək müqaviləsi, ona əlavələr, əmək kitabçasının surəti, yazılı xəbərdarlıq və sair) sübut qismində keçmiş, iddiaçının həmin sənədlərdə tanış olmaq imkanı olmuşdur. Bundan başqa, iddiaçının 16.02.2019-cu il tarixli müraciətinə əsasən 01.12.2014-cü il tarixli əmək müqaviləsinin 1 nömrəli əlavəsi təkrar ona göndərilmişdir. Halbuki, iddiaçı ilə əmək müqaviləsi bağlanarkən də həmin sənədin b ir nüsxəsi ona verilmişdir. Müsabiqə və onun nəticələrinin əks olunduğu sənədlərin iddiaçıya təqdim olunması ilə bağlı etirazda qeyd edilmişdir ki, müsabiqə keçirilmədiyindən, Cavabdeh MMC-də Müsabiqə Komissiyası mövcud olmadığından, yəni iddiaçı müsabiqə yolu ilə vəzifə tutmadığından, keçirilməyən müsabiqə ilə bağlı hər hansı sənəd verilməsi də qeyrimümkündür. Etirazda kassasiya şikayətinin rədd edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili ayrı-ayrılıqda apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanlmasını, kassasiya şikayətinin təmin olunmamasını xahiş etdilər. Məhkəmə iclasının yeri və va xtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq kassator və vəkili hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktl ara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi nin Mülki kollegiyasının 2(103)-7967/2020 nömrəli iş üzrə 02 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3226/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3226/2021
07.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver