Məhkəmə qərarları › İş №2(102)-3226/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3226/2024

29.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3226/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: Torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması), özbaşına tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlunun (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-111/2024 nömrəli 10 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 29 oktyab r 2024- cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********77-10301 reyestr nömrəli çıxarışına əsasən Ağdam rayonu Qaradağlı kəndində 0,26 ha torpaq sahəsinə İddiaçı və iki nəfər ailə üzvünün, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 110,6 kv olan yaşayış evinə isə onun tam mülkiyyət hüququ 23 avqust 2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsi faktiki olaraq 0,32 hektardır.

2. İddiaçı ilə Cavabdeh (bundan sonra cavabdeh) həmkəndli, həm də yaxşı münasibətləri olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərə k ona və ailə üzvlərinə məxsus Ağdam rayonu Qaradağlı kəndində yerləşən 0,26 ha torpaq sahəsinin 312 kv metr hissəsindən özbaşına tikilinin sökülməsi və çıxarılması tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdam rayonunun Qaradağlı kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsi müvafiq çıxarışa əsasən onun, arvadı X1 və qızı Natəvan Qasımovanın mülkiyyətindədir. Arvadı xəstə olduğu üçün müvəqqəti olaraq Bakı şəhərində yaşamışlar. Bakı şəhərində yaşadıqları vaxt cavabdeh ona və ailəsinə məxsus torpaq sahəsini zəbt edərək orada tikinti işləri aparması barədə məlumat almışdır. Bundan sonra cavabdehlə görüşərək icarə müqaviləsi bağlamağı təklif etmiş, lakin cavabdeh torpaq sahəsini yararlı vəziyyətə gətirdiyini deyərək icarə müqavi ləsi bağlamaqdan imtina etmişdir. Cavabdeh ona 1300 manat və ya başqa məbləğdə pul verməmişdir. Cavabdeh ona və ailəsinə məxsus torpaq sahəsinin 26 metr x 12 metr ölçüdə olmaqla 312 kv metretr hissəsini zəbt etmişdir. Dəfələrlə cavabdehdən torpaq sahəsini boşaltmasını tələb etsə də, cavabdeh ərazini boşaltmamışdır. Göstərilən səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 15 mart 2023-cü il tarixli, 3-21-3-46/2-1215/2023 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunmuşdur ki, qeydiyyat nömrəsi **********, qeydiyyat t arixi xx.xx.2022 olan çıxarışa əsasən İddiaçı, X4 və X2 mülkiyyətində olan 0,26 ha həyətyanı torpaq sahəsinin 212 kv metr hissəsində yerləşən metal konstruksiyadan ibarət obyektdən hal-hazırda Cavabdeh istifadə edir.

6. Ağdam Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(013)-59/2023 nömrəli iş üzrə 12 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mahir Niftəliyev) iddia qismən təmin edilərək İddiaçı, X3 və X2 ümumi birgə mülkiyyətində olan Ağdam rayonunun Qaradağlı kəndində yerləşən 0,26 ha torpaq sahəsinin 212 kvadrat metr hissəsindən Cavabdeh özbaşına inşa etdiyi metal konstruksiyadan ibarət obyekt özünün hesabına sökülməklə çıxarılması qət edilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, Ağdam rayonu Qaradağlı kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsi İddiaçı, X3 və X2 ümumi birgə mülkiyyətindədir. İddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və ona müvafiq çıxarış verilmişdir. İddiaçının mülkiyyətinə verilmiş Ağdam rayonunun Qaradağlı kəndində yerləşən 0,26 ha torpaq sahəsinin 212 kvadrat/metr hissəsində yerləşən metal konstruksiyadan ibarət obyektdən hal-hazırda Cavabdeh hər hansı bir hüquqi əsas olmadan istifadə edir. Belə olan halda Cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin 212 kvadrat/metr hissəsindən orada özbaşına inşa etdiyi metal konstruksiyadan ibarət obyekt özünün hesabına sökülməklə çıxarılmalıdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 4.1, 139.3, 140, 146.1, 146.2, 180.2 və 180.4-ci, Azərbaycan Respublik ası Torpaq Məcəlləsinin 67.3 və 67.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instnasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin əsaslandığı mütəxəssis rəyi ilə razı deyildir. Belə ki, iddiaçının iddia etdiyi torpaq sahəsi bələdiyyə ehtiyat fonduna aid torpaq sahəsidir. Habelə, bələdiyyə torpağı olsa da iddiaçıya 1300 manat pul verərək həmin yerə onun razılığını almışdır.

11. Ədliyyə Nazirli yi Məhkəmə Ekspertiza Mərkəzinin 22 may 2024-cü il tarixli, 3-1616/2-10/3452 nömrəli məktubu ilə təqdim edilən ekspert rəyində qeyd olunmuşdur ki, ekspert rəyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdi Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Vəli Soltanovun tərtib etdiyi xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2-5356/2023 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir. İddiaçı, X3 və X2 ümumi mülkiyyətində olan Ağdam rayonunun Qaradağlı kəndində yerləşən 0,26 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, tarixi xx.xx.2022-ci il çıxarış, Ağdam rayon Aqrar İslahat Komissiyasının 30 mart 1999-cu il tarixli 03 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün İddiaçı və ailə üzvlərinə verilmiş 2600 kv metr həyətyanı torpaq sahəsinə, ləğv edilmiş DT və XK tərəfindən tərtib edilmiş A № 458136 nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədindəki koordinatlara uyğun işlənməmişdir. Mübahisəli əraziyə baxış keçirilən zamanı müəyyən olunmuşdur ki, Qeydiyyat nömrəsi ********** tarixi xx.xx.2022-ci il olan çıxarışa əsasən İddiaçı, X4 və X2 ümumi mülkiyyətində olan 0,26 ha həyətyanı torpaq sahəsinin 212 kv metr hissəsində hal-hazırda Cavabdeh istifadə etdiyi müəyyən edilmişdir.

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 iyul 2024-cü il tarixli, 2(104)-111/2024 saylı qətnaməsi ilə (hakim Aygül İsgəndərovanın sədrliyi və məruzəsi ilə, hakimlər Mustafa Mustafayev və Azər Bayramovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayətlərinin təmin olunmaması və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı, X4 və X2 ümumi mülkiyyətində olan 0,26 ha həyətyanı torpaq sahəsinin 212 kv metr hissəsindən hal-hazırda Cavabdeh qanunsuz zəbti ekspert rəyi ilə sübut olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara hüquqi qiymət verilərək düzgün nəticəyə gəlinmişdir.

14. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəf lərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-İİİ hissələrinə, 29-cu maddəsinin İ-İV hissələrinə, Mülki Məcəllənin 152.1, 157.2, 157.8 və 158.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48, 65.1, 67, 84 və 111-ci maddələrinə və MPM-in 14.2, 77.1, 88, 101.7, 103.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh (vəkil Nümayəndə Soltan oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilm əsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

17. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən ekspertiza təyin edilsə də cavabdeh tərəf həm mütəxəssis, həm də ekspertiza rəyi ilə razı deyildir. Belə ki, mütəxəssisin rəyindən də, iddiaçının torpaq sahəsində faktiki olaraq sürüşmə mövcuddur. Ancaq iş materiallarında olan əvvəlki mütəxəssis rəyində torpaq sahəsinin sürüşməsi görünməmişdir. Belə olan halda necə ola bilər ki, mütəxəssis əvvəlcə bir cür ölçü edib, sonra isə başqa cür. Qeyd edilən və hazırda cavabdehin istifadəsində olan torpaq sahəsi iddiaçının sonradan bələdiyyədən icarəyə götürdüyü torpaq sahəsidir. Bununla bağlı iddiaçı məhkəməyə bələdiyyə ilə aralarında olan müqavilə və s. sənədləri məhkəmə kollegiyasının icalsında məhkəməyə təqdim etmişdir və həmin sənədlər iş materiallarına əlavə edilmişdir. Bundan başqa iddiaçı mütəxəssislə münasibəti olması səbəbindən torpaq sahəsinin koordinatının onun dediyi nöqtədən vurulmasına nail olub bələdiyyənin mülkiyyətində olan torpaq sahəsini öz torpaq sahəsi kimi qəbul etdirib qanunsuz bir ekspertiza rəyinin alınmasına nail olmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

19. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər.

20. Maddə 13.2.Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

21. Maddə 13.3. Mülkiyyə tdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

22. Maddə

29. Mülkiyyət hüququ

23. Maddə 29.1. Hər kəsin mülkiyyət hüququ vardır.

24. Maddə 29.2. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

25. Maddə 29.3. Hər kəsin mülkiyyət hüququ vardır; Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur; Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

28. Maddə

48. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.

29. Maddə 65.1.Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

30. Maddə 67.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, h abelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

31. Maddə 84.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

32. Maddə 111.Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir..

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin halların ın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

45. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək sə lahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

46. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərə k düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-111/2024 nömrəli iş üzrə 10 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar