Məhkəmə qərarları › İş №2(102)-3226/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3226/2025

10.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3226/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: avans məbləğinin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), X1 və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2324/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Sabina Perfumery & Cosmetics” mağazalar şəbəkəsi tərəfindən verilmiş 200 manat dəyərində olan hədiyyə kartının üzərində qeyd olunmuşdur ki, hədiyyə kartı üzərindəki nominala uyğun olaraq “Sabina parfum və kosmetika” mağazalar şəbəkəsində alış-veriş imkanı verir, hədiyyə kartı həmçinin endirim və aksiyalar zamanı istifadə oluna bilər, pulla dəyişdirilə və əvəzlənə bilməz, yalnız alış-veriş üçün keçərlidir, hədiyyə kartı məbləğindən tam və hissəli şəkildə kartın etibarlılıq müddəti ərzində istifadə etmək olar, hədiyyə kartından istifadə qaydalarına dəyişiklik etmək hüququnu Cavabdeh MMC öz üzərində saxlayır, hədiyyə kartının itirilməsi, oğurlanması və ya digər şəkildə qanunsuz ələ keçirilməsi nəticəsində üçüncü şəxslər tərəfindən istifadə olunmasına, həmçinin yararsız hala salınmasına görə Cavabdeh MMC məsuliyyət daşımır, etibarlılıq müddəti bitən hə diyyə kartları yenisi ilə əvəz olunmur və kartın balansında olan məbləğ silinir. Kart xx.xx.2023-cü il tarixinədək etibarlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdehnə (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqdim olunan hədiyyə kartından ödəniş vasitəsi kimi istifadə edilməsindən cavabdehin imtinasının qanunsuz hesab edilməsi və karta uyğun olaraq ödənilmiş 200 manat vəsaitin, eyni zamanda mənəvi zərərin əvəzi olaraq 5.500 manatın ona ödənilməsi, ödənilmiş vəsaitin müqabilində oxşar səbəblərdən mütəmadi olaraq malların verilməməsi halları nəzərə alınaraq, cavabdehin vəzifəli şəxsləri barəsində cinayət işinin başlanılması üçün (vahid niyyətlə mənimsəmə və israf etmə (Cina yət Məcəlləsinin 179-cu maddəsi), istehlakçıları aldatma (CM-in 200-cü maddəsi), vergiləri ödəməkdən yayınma (CM-in 213-cü maddəsi) və s.) müvafiq hüquq mühafizə orqanlarına məlumat verilməsi barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, ona “Sabina Perfumery & Cosmetics” dükanlar şəbəkəsinə aid 200 manatlıq hədiyyə kartı bağışlanmışdır. O, “Adore Perfumery & Cosmetics” dükanından hədiyyə kartından istifadə etməklə ətir almaq istəmişdir. Lakin kartı təqdim edərkən kassada onu qəbul etməkdən imtina edilmiş və imtinanın əsası olaraq göstərmişlər ki, kartın qüvvədə olduğu müddət 31 dekabr 2023-cü il tarixi qeyd edilib və həmin müddətin ötürülməsi kartdan istifadəni mümkünsüz edir. Bundan sonra, o, həmin kartın müddətinin uzadılması və ya kartda ol an pul vəsaitinin geri qaytarılmasını tələb etmişdir. Lakin kassada bunların heç birinin mümkün olmaması və kartın müddəti bitibsə heç bir qüvvəsinin olmaması bildirilmişdir. Belə olan halda, karta daxil edilmiş 200 manat pul vəsaitinin aqibəti barədə məlumat tələb etmiş, cavabında isə bildirilmişdir ki, həmin pul vəsaiti hesabda dondurulub. Hesab edir ki, hədiyyə kartının müddətinin ötməsi əsası ilə ödəniş vasitəsi kimi qəbulundan cavabdehin imtinası qüvvədə olan mülki qanunvericiliyinin tələblərinə zidd olmaqla, istehlakçı kimi onun hüquqlarını pozur. Belə ki, kuponun (Hədiyyə kartının) alınması alqı-satqı müqaviləsi şərtlərinə uyğun deyil, çünki qanunvericilik ilə nəzərdə tutulan bəzi təminatlar təmin olunmur. Bu səbəbdən də bu müqavilə Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr siyahısına aiddir. Satıcının kupon (hədiyyə kartı) sahibi qarşısında bu kartı ödəniş vasitəsi kimi qəbul etmək öhdəliyi yaranır. Kupon (hədiyyə kartı) üçün ödənilmiş məbləğ xidmət üzrə ödəniş deyil, avansdır, belə olan halda avans isə qaytarılmalıdır. Kuponun (hədiyyə kartı) müddətinin bitməsi, kupondan qeyd edilən müddət ərzində istifadə edilməməsi, satıcını onun əvəzində malın təqdim edilməsi öhdəliyindən azad etmir, əks halda bu hal əsassız varlanma halı hesab olunacaqdır. Əgər malların təhvil verilməsi və ya xidmətlərin göstərilməsi halı mövcud deyildirsə, satıcı satış etmədiyi və ya xidmət göstərmədiyi halda satıcının sertifikat üçün ödənilmiş pulu saxlamaq hüququ yoxdur əks halda bu onun əsassız varlanmanı təşkil edir. Həmin hədiyyə kartı “Sabina Perfumery & Co smetics” dükanlar şəbəkəsinə aid olsa da, qeyd olunan şəbəkə cavabdehin tərkibində fəaliyyət göstərir. Cavabdehin rəsmi saytında olan məlumatlara əsasən, həmin təşkilat 1999-cu ildən fəaliyyət göstərən cavabdehin 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsi ilə birləşməsi nəticəsində yaradılmışdır. Hazırda verilən hədiyyə kartlarının üzərində hər iki dükanın adı qeyd edilib və həmin kartlar hər iki dükanda keçərlidir. Beləliklə, verilmiş hədiyyə kartına görə cavabdehin məsuliyyət daşıması müəyyən olunur. Göründüyü kimi, cavabdeh sahibkarlıq fəaliyyəti həyata keçirərək, satıcı kimi onun dükanlar şəbəkəsində yerləşən şəxsi istifadə üçün nəzərdə tutulmuş malları alıcı olaraq iddiaçıya verməyi öhdəsinə götürmüş, aralarında bağlanan şifahi pərakəndə alqı-satqı müqaviləsinin şərtlərinə əsasən mallar ın dəyəri tam ödənilmiş), lakin satıcı hazırda malları verməkdən imtina edir. Belə olan halda, Mülki Məcəllənin 599.3-cü maddəsinin tələblərinə əsasən ödənilmiş əşyalar və ya hədiyyə kartı ilə ödənilməsi təsdiq olunan 200 manat məbləği ona qaytarılmalıdır. Qeyd olunmalıdır ki, kartı ödəniş kimi qəbul etməkdən imtina edən dükan əməkdaşları, onun yuxarıda qeyd olunan dəlillərinə cavab olaraq, hədiyyə kartının ödənişi təsdiq edən sənəd deyil, malın özü olmasını bildirməklə, ondan istifadə müddətinin keçməsini demişlər. Cavabdehin bu dəlilləri qanunsuz və absurddur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 1-ci maddəsində istehlakçı anlayışına açıqlama verilərkən göstərilmişdir ki, istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Göründüyü kimi, qanunun mənasına görə mal şəxsi tələbatı ödəməyə xidmət edən əşyadır. Hədiyyə kartı isə özü özlüyündə istehlakçı olaraq hər hansı şəxsin, o cümlədən onun tələbatlarını ödəmir və ödəyə bilməz. Həmin kart cavabdehin satdığı malların dəyərinin ödənilməsini təsdiq etməklə, istehlakçıya qeyd olunan malların verilməsini satıcıdan tələb etmək hüququnu müəyyən edir. Belə olan halda, həmin kartın hər hansı müddətlə məhdudlaşdırılması əsassızdır. Əks halda, cavabdeh ödənişi qəbul edib, malı verməkdən imtina etməklə istehlakçının hesabına əsassız varlanmış olur.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(005)3092/2024 nömrəli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) id dia tələbi rədd edilmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya “Sabina parfümeriya və kosmetika” şirkətindən 200 manat məbləğində xx.xx.2023-dək etibarlı olan hədiyyə kartı hədiyyə edilmiş, o cavabdehdən seçdiyi məhsulların dəyərini hədiyyə kartı ilə ödəmək istəyərkən ona hədiyyə kartının etibarlılıq müddətinin bitdiyi bildirilmişdir.

6. Göründüyü kimi, hədiyyə kartının üzərində yararlılıq müddəti qeyd edilmiş və bu kartın həmin dövr ərzində istifadə edilməsini nəzərdə tutur. Tərəflərin arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər yaranmış, hədiyyə kartının üzərində göstərilmiş tarix isə müqavilənin etibarlılıq müddətidir. Hədiyyə kartının üzərində istifadə müddətinin göstərilməsi, hədiyyə kartının məhdud müddətli olduğunu göstərir. Yəni ondan yalnız müəyyən bir vaxt ərz ində istifadə edilməsi mümkündür. Bu mağazanın təklif etdiyi müqavilənin şərti olub, istehlakçı da bu şərti qəbul edərək kartı alıb.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.2 – 404.5, 417.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ilkin olaraq “bu mağazanın təklif etdiyi müqavilənin şərti olub” ifadəsini yazarkən hansı müqavilənin və ya nə müqaviləsinin şərti olmasını əsaslandıra bilməyib. Əgər məhkəmə bir müqavilə şərtindən danışırsa, belə olan halda mübahisəni n düzgün həll olunması üçün burda hansı müqavilənin (alqı-satqı, beh, avans, icarə və s) mövcud olması dəqiq müəyyən edilməli idi. Çünki hüquqi baxımdan bu müqavilələrin nəticələri fərqli normalarla tənzimlənir. Məhkəmə ilkin olaraq mübahisənin mexanizmini anlaya və münasibətə düzgün hüquqi yanaşma sərgiləyə bilməmişdir. Belə ki, ilkin olaraq hədiyyə kartının alınma səbəbinə diqqət yetirilməlidir. Bir şəxs başqa bir şəxsə hədiyyə almaq istəyəndə lakin onun zövqünü bilməyəndə bu hədiyyə kartını verir ki, digər şəxs öz zövqünə uyğun məhsulu əldə etsin. Bundan sonra diqqət yetirilməli məqam ondan ibarətdir ki, hədiyyə kartının məhsul hesab edilib-edilməməsidir. Hədiyyə kartı məhsul (mal) hesab oluna bilməz, çünki “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 1-ci maddəsində iste hlakçı anlayışına açıqlama verilərkən göstərilmişdir ki, istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Göründüyü kimi, qanunun mənasına görə mal şəxsi tələbatı ödəməyə xidmət edən əşyadır. Başqa çür yanaşılsa, dükan parfumeriya satışı ilə məşğuldur, kart müstəqil olaraq satış predmeti ola bilməz. Belə olan halda kart sadəcə ödəniş vasitəsidir. Göründüyü kimi, istehlakçı ilə satıcı arasında alqı - satqı baş verməmişdir. Çünki Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Belə olan halda maddənin mətnindən də göründüyü kimi burada alqı-satqı müqaviləsi bağlanmamışdır. Tərəflər arasındakı münasibətə beh münasibətini də şamil etmək olmaz, çünki münasibətin mahiyyəti bunu istisna edir. Əgər tərəflər arasında beh müqaviləsi bağlanmış olsa idi, cavabdehin həmin pul vəsaitini özündə saxlamasının qanuni əsası olardı, lakin belə vəziyyətdə cavabdehin həmin pul vəsaitini özündə saxlaması hər hansı bir əsas olmadan istehlakçının hesabına gəlir əldə etməsi hesab olunur. Belə olan halda tərəflər arasındakı münasibət avans münasibətidir. Çünki məhsul almaq üçün əvvəlcədən ödənilən pul avans adlanır. Avans satıcıya malın gələcəkdə alınması üçün qabaqcadan verilən məbləğdir. Qanunvericiliyə əsasən isə avansın saxlanılması və ya mənimsənilməsi kimi hallar yolverilməzdir. Tərəflər arasında olan mün asibətin avans münasibəti olması məhkəmə araşdırılması zamanı da təsdiqini tapmışdır. Belə ki, iddiaçı tərəfindən cavabdehin nümayəndəsinə verilmiş suala cavab olaraq nümayəndə bildirmişdir ki, həmin pul vəsaitinin təyinatı kassaya ilkin olaraq avans olaraq vurulur, ilin sonunda isə “alqı-satqı icra olundu” kimi rəsmiləşdirilir. Göründüyü kimi, hədiyyə kartı əldə edilən zaman ödənilən pul vəsaiti kassaya avans təyinatı ilə mədaxil edilir, ilin sonunda isə guya alqı-satqı oldu kimi hesabat verilir. Cavabdeh həmin pul vəsaitinin təyinatını dəyisir, yəni avans statusunu dəyisir, pul vəsaitinə alqı-satqı təyinatı verir. Halbuki real olaraq alqı-satqı baş verməmiş olur və cavabdeh bir məhsulu satmadan onun gəlirini əldə edir və sonradan onu yenidən satır. Əgər bu qanuni gəlir olsa idi, cavabdeh ona sonradan başqa təyinatla dövlət qeydiyyatına aldırmaq məcburiyyətində qalmazdı. Rusiya Federasiyası Ali Məhkəməsinin bu məsələ ilə bağlı qərarı mövcuddur və iş materiallarına əlavə edilmişdir. Hədiyyə kartının üzərində qeyd edilən müddət məhsulun verilməsindən imtina olunması üçün əsas hesab edilə bilməz. İlkin olaraq bu karta cəmi 6 ay müddət tətbiq edilmişdir. Bəzi hədiyyə kartlarında 1 il və ya 2 il müddət müəyyən edildiyi halda, ona isə 6 ay müəyyən etməsini başa düşə bilmir. Beləliklə, müəyyən olunur ki, cavabdeh hüquqdan sui - istifadə edərək, hədiyyə kartlarının müddətlərini istədiyi kimi müəyyən edir, müxtəlif istehlakçılar arasında ayrı-seçkiliyə yol verir. Verilmiş suallara cavab olaraq cavabdehin nümayəndəsi müddətləri ilin sonu verəcəkləri hesabata uyğun müəyyən etdiklərin i bildirdi. Yəni ilin əvvəli kart alanlara 1 il, ayın sonu kart alanlara 1 ay vaxt verilir. Bu isə istehlakçıların hüquqlarının pozulmasına səbəb olur. Bəzi ölkələrdə, misal üçün ABŞ-da ödəniş vasitəsi kimi istifadə edilə biləcək kuponlara 5 illik minimal müddət tətbiq edilmişdir. İstehlakçıların hüquqlarını qoruyan qanunda bu normanın müəyyən olunması istehlakçının hüquqlarını qoruyur. Kartın üzərində müddətə yönələn şərt müqavilə şərti hesab oluna bilməz və mötəbər sayıla bilməz. Həmin şərt MM-nin 420.1.3 və 420.2 maddəsinə əsasən etibarsız olan standart şərtdir. Bundan əlavə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 16-cı maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İ stehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir. İstehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir. Məhkəmə nəzərə ala bilməmişdir ki, istehlakçı tərəfindən pul vəsaiti ödənildi, satıcı həmin pul vəsaitini heç bir hərəkət etmədən (qarşılıqsız, əsassız) əldə etdi, istehlakçı məhsulu əldə edə bilmədi, satıcı isə bir dəfə satmış olduğu məhsulu yenidən satdı. İddia ərizəsini rədd edən hakim bu hüququn məntiqinə zidd halları hüquqi baxımdan zərərsizləşdirməli və əsaslandırmalı idi. Məhkəmə bu mübahisənin hüquqi cəhətdən əsasl andırılmasının çətin olmasını düşündüyü üçün asan olan bir nəticə seçmişdir, yəni iddia tələbinin rədd olunmasını əsaslandırmaq daha asan olduğu üçün əsassız olaraq rədd etmişdir. Amma buna baxmayaraq qətnamədə bir neçə formal cümlədən başqa heç bir əsaslandırma yoxdur.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2324/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən, məruzəçi), Günay Axundova və Məhkəmməd Rüstəmli) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilmiş, cavabehdən 200 manatın tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

11. Məhkəmə kollegiyası mövqeyini onunla əsas landırmışdır ki, mübahisənin düzgün həlli üçün ilkin olaraq tərəflər arasında müqavilə münasibətlərinin mövcud oluubolmaması, mövcuddursa, hansı müqavilə münasibətlərinin mövcudluğu aydınlaşdırılmalı, bundan sonra tələbin hüquqi əsasları müəyyən olunmalıdır.

12. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, mübahisənin mahiyyəti bundan ibarətdir ki, iddiaçı cavabdeh tərəfindən verilmiş 200 manatlıq hədiyyə kartının dəyərinin ödənilməsinə baxmayaraq həmin kartdan istifadə edə bilməməsini və qarşı tərəfin bunu müddətin keçməsi ilə əsaslandırmasını qanunsuz hesab etməsi, cavabdeh isə hədiyyə kartının etibarlılıq müddətinin müəyyən olunduğuna, bu barədə kartın üzərində qeydin mövcudluğuna və qarşı tərəfin bununla bağlı məlumatının olmasına istinad etmişddir.

13. Məhkəmə kollegiyası kartın üzərində aparılmış qeydlərin məzmununa, həmçinin işin hallarına əsasən müəyyən etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur, alqı-satqının predmetini cavabdehə məxsus mağazalar şəbəkəsində satılan hər hansı bir mal təşkil edir, həmin malın alınması üçün avans olaraq 200 manat ödənilmiş və əvəzində cavabdeh tərəfindən bu ödənişi təsdiq edən hədiyyə kartı verilmişdir.

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, tərəflər arasındakı münasibət avans münasibətidir. Hədiyyə kartının alınması üçün ödənilmiş pul vəsaitinin avans kimi rəsmiləşdiriliməsini təsdiq edən sübut kimi iddiaçı tərəfindən müqayisəli tədqiqatın aparılması üçün məhkəməyə cavabehdən digər hədiyyə kartı alınarkən alınmış mallara görə ödənilmiş ƏDV- nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalından (www.edvgerial.az) çıxarılmış məlumat təqdim olunmuşdur. Həmin məlumatda aşağıdakı cümlələr qeyd olunmuşdur: “daxil etdiyiniz çek avans (beh) ödənişi üzrə çek olduğuna görə ödənilmiş ƏDV məbləği geri qaytarılmır. Lakin malın satıldığını təsdiqləyən satış (avans üzrə) çekini (çeklərini) alan zaman avans (beh) şəklində ödənilən vəsaitlər üzrə ƏDV məbləğinin müvafiq hissəsi Sizə qaytarılacaqdır.”

15. Göründüyü kimi, cavabdeh tərəfindən hədiyyə kartının alınması üçün aparılmış ödənişin rəsmiləşdirilməsi zamanı 2 anlayışdan istifadə olunur: avans və beh.

16. Mülki Məcəllənin 491.1, 491.2 və 491.3-cü maddələrinə əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olubolmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Hazırkı situasiyada tərəflər arasında yazılı formada hər hansı razılaşma olmadığından ödənilmiş məbləğin beh kimi qiymətləndirilməsi istisna edilir.

17. Mülki Məcəllədə “avans” sözünün anlayışı verilməsə də, Məcəllənin müxtəlif hissələrində bu sözdən istifadə edilir və mahiyyətinə görə iki əks öhdəliyin olması halında tərəflərdən biri qarşı öhdəliyin icrasına başlamazdan əvvəl öhdəliyini yerinə yetirmək üçün digərinə köçürülən müəyyən pul və ya digər əmlak dəyəridir.

18. Cavabdehdən alınmış kartın üzərində qeyd olunmuşdur ki, hədiyyə kartı, üzərindəki nominala uyğun olaraq “Sabina parfum və kosmetika” mağazalar şəbəkəsində alış-veriş imkan verir, hədiyyə kartı həmçinin endirim və aksiyalar zamanı istifadə oluna bilər, pulla dəyişdirilə və əvəzlənə bilməz, yalnız alış-veriş üçün keçərlidir, hədiyyə kartı məbləğindən tam və hissəli şəkildə kartın etibarlılıq müddəti ərzində istifadə etmək olar, hədiyyə kartından istifadə qaydalarına dəyişiklik etmək hüququnu cavabdeh öz üzərinə saxlayır, hədiyyə kartının itirilməsi, oğurlanması və ya digər şəkildə qanunsuz ələ keçiril məsi nəticəsində üçüncü şəxslər tərəfindən istifadə olunmasına, həmçinin yararsız hala salınmasına görə cavabdeh məsuliyyət daşımır, etibarlılıq müddəti bitən hədiyyə kartları yenisi ilə əvəz olunmur və kartın balansında olan məbləğ silinir. Kart xx.xx.2023-cü il tarixədək etibarlıdır.

19. Hədiyyə kartının üzərində olan qeydlər müqavilənin şərtlərini özündə əks etdirir. Hazırkı mübahisənin yaranması əsasını isə kartın üzərində olan aşağıdakı şərtlər təşkil edir: hədiyyə kartı məbləğindən tam və hissəli şəkildə kartın etibarlılıq müddəti ərzində istifadə etmək olar; etibarlılıq müddəti bitən hədiyyə kartları yenisi ilə əvəz olunmur və kartın balansında olan məbləğ silinir; kart xx.xx.2023-cü il tarixədək etibarlıdır.

20. Mülki Məcəllənin 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtlə ri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Beləliklə, müqavilənin standart şərtlərinin elementləri aşağıdakılardır: tərəflərdən birinin müqavilə şərtlərini təkbaşına hazırlaması, müqavilənin gələcəkdə çox sayda istifadə etmək üçün hazırlanması və hazırlanan müqavilənin qarşı tərəfə təqdim edilməsi. Qüvvədə olan mülki qanunvericiliyə əsasən daşınar əşyalarla bağlı müqavilələrin yazılı formada tərtib olunması zəruri şərt kimi nəzərdə tutulmadığından hazırkı mübahisənin predmeti olan müqavilə də tərəflər arasında şifahi formada bağlanmış alqı – satqı müqaviləsidir, hədiyyə kartının alıcı tərəfindən hazır vəziyyətdə qarşı tərəfə təqdim olunması müqavilə şərtlərinin təkbaşına hazırlanmasını təsdiq edir, “müqavilənin gələcəkdə çox sayda istifadə etmək üçün hazırlanması” və “hazırlanan müqavilənin qarşı tərəfə təqdim edilməsi” də mübahisələndirilməyən hallardır. Belə olduğu təqdirdə kartın üzərində qeyd edilən, o cümlədən 26-cı bənddə göstərilən şərtlər 29-cu bənddə göstərilən tələblərə cavab verdiyindən müqavilənin standart şərtləri kimi qiymətləndirilməlidir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında alqı – satqı müqaviləsi üzrə münasibətlər yaranıb, cavabdehə məxsus mağazalar şəbəkəsində satılan malın (malların) alınması üçün 200 manat məbləğində avans ödənilib, lakin buna baxmayaraq təklif edən tərəf müqavilənin standart şərtlərində kart üçün etibarlılıq müddəti müəyyən edir, hədiyyə kartı məbləğindən (avans) tam və hissəli şəkildə yalnız kartın etibarlılıq müddəti ərzində istifadə etməli olduğunu və etibarlılıq müddəti bitən hədiyyə kartları yenisi ilə əvəz olunmadığını və kartın balansında olan məbləğin (avansın) silindiyini qeyd edir.

22. Mülki Məcəllənin “Alınan əşyaların qabaqcadan ödənilməsi” adlanan 599-cu maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyən ləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

23. Qeyd olunan normanın məzmununa əsasən müəyyən olunur ki, əgər əşyanın alınması üçün tam və ya qismən ödəniş həyata keçirilirsə, satıcının əşyanı verməmək hüququ yoxdur, əgər əşyanı verməkdən imtina edirsə, satıcının əşyanın verilməsini və ya qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququ var.

24. Hazırkı vəziyyətdə satıcının standart şərt kimi qeyd etdiyi “etibarlılıq müddəti bitən hədiyyə kartları yenisi ilə əvəz olunmur və kartın balansında olan məbləğ silinir” və “hədiyyə kartı məbləğindən tam və hissəli şəkildə kartın etibarlılıq müddəti ərzində istifadə etmək olar” müddəaları müəyyən zaman çərçivəsində kar tdan istifadə olunmadıqda “müqavilədən imtina şərti”ni nəzərdə tutur və müqavilənin digər tərəfini icra etməmə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan məhrum edir. Buna görə də qeyd olunan şərtlər təklif etmiş tərəfə əsassız olaraq öz öhdəliyinin icrasından imtina etmək hüququ (müqavilədən imtina şərti) verən və müqavilənin digər tərəfini icra etməmə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan məhrum edən müddəalar olduğundan etibarsızdır.

25. Digər tərəfdən, Mülki Məcəllənin 420.2-ci maddəsinin tələbləri də qeyd olunan şərtlərin etibarsızlığını şərtləndirir. Bu normanın məzmununa əsasən müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zə rərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.

26. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur.

27. Beləliklə, Azərbaycan Respublikasının mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır.

28. Məhz vicdanlılıq prinsipinin mahiyyətindən yanaşaraq mübah isənin hallarını qiymətləndirən məhkəmə kollegiyası qeyd etmişdir ki, hədiyyə kartının özü hər hansı bir dəyərə malik deyildir və müstəqil olaraq alqı-satqı müqaviləsinin predmetini təşkil etmir. Yəni alıcı həmin kartı hər hansı bir dəyəri olan əmlak kimi əldə etməmişdir, yuxarıda qeyd olunduğu kimi kartın əldə olunması cavabdehə məxsus mağazalardan hər hansı bir məhsulu almaq üçün avans məbləğinin ödənilməsini təsdiq edir. Lakin satıcı heç bir hüquqi əsas olmadan alıcı tərəfindən qabaqcadan ödəniş (avans) edildiyi halda ödənilmiş məbləğdən istifadə etmək üçün müddət müəyyənləşdirir, müddətin keçdiyi halda isə faktiki olaraq öhdəliyin icrasından imtina edir. Müddətin müəyyən olunma meyarları, əsasları da məlum deyildir. Avans kimi rəsmiləşdirilmiş məbləğin alıcı tərəfindən birtərəfli qayda da müəyyən olunmuş müddət keçdikdən sonra heç bir əsas olmadan qaytarmaqdan imtina etməsi vicdanlılıq prinsipinin mahiyyəti ilə ziddiyyət təşkil edir. Belə ki, bu məbləğ alıcı tərəfindən avans olaraq satıcıya verilir, satıcının vəzifəsi isə eyni dəyərdə hər hansı bir məhsulu satıcıya verməkdir. Hazırkı situasiyada isə nəticə bundan ibarət olur ki, satıcı öz üzərinə düşən vəzifəni yerinə yetirməyərək məhsulu verməkdən imtina edir, avans kimi rəsmiləşdirilmiş həmin məbləğ satıcıda qalır və o, alıcıya hər hansı bir məhsul vermədiyi halda bu əməliyyatı hesabat dövrünün sonunda alqı-satqı kimi rəsmiləşdirir, yəni, alqı – satqı müqaviləsinin şərtləri satıcı tərəfindən yerinə yetirilmədiyi, malın verilmədiyi halda alıcı heç bir qanuni əsas olmadan varlanır. Kartın üzərində qeyd olunan “Etibarlılı q müddəti bitən hədiyyə kartları yenisi ilə əvəz olunmur və kartın balansında olan məbləğ silinir” cümləsi də bunu təsdiq edir.

29. Kartın üzərində qeyd olunan və mübahisənin predmetini təşkil edən standart şərtlər etibarsız olduğundan hazırkı tələbləri qiymətləndirən məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehə qarşı irəli sürülən tələblər aşağıdakılardır: hədiyyə kartından ödəniş vasitəsi kimi istifadə edilməsindən cavabdehin imtinasının qanunsuz hesab edilməsi; karta uyğun olaraq ödənilmiş 200 manat vəsaitin qaytarılması; mənəvi zərərin əvəzi olaraq 5500 manat məbləğində pul vəsaitinin ödənilməsi.

30. Mülki Məcəllənin 599.3-cü maddəsi qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmədiyi təqdirdə alıcıya 2 hüquq verir: ödədiyi ə şyanın verilməsi və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılması.

31. İddiaçı tələbin 1-ci hissəsində hədiyyə kartından ödəniş vasitəsi kimi istifadə edilməsindən cavabdehin imtinasının qanunsuz hesab edilməsini xahiş etsə də, 2-ci hissədə karta uyğun olaraq ödənilmiş 200 manat vəsaitin qaytarılmasını xahiş edir. Məntiqi ardıcıllıq nəzərə alınarsa, əgər hədiyyə kartından ödəniş vasitəsi kimi istifadə edilməsindən imtina qanunsuz hesab edilirsə, hüquqi nəticə bundan ibarət olur ki, cavabdehin üzərinə eyni dəyərdə əşyanın verilməsi vəzifəsi qoyulsun. Lakin iddiaçı Mülki Məcəllənin 599.3-cü maddəsində nəzərdə tutulmuş digər hüququndan istifadə edərək qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edir. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələ blər üzrə qətnamə çıxarır, yəni, qanunda göstərilən müstəsna hallar mövcud deyilsə, hakim iddia tələbindən kənara çıxa bilməz. Həmçinin iddiaçının eyni dəyərdə olan malın verilməsini deyil, pul vəsaitini tələb etməsi artıq malın verilməsinə marağın itməsinin nəticəsidir və buna görə də iddiaçı ödədiyi pul vəsaitini geri tələb etməkdə haqlıdır. Buna görə də iddia “hədiyyə kartından ödəniş vasitəsi kimi istifadə edilməsindən "xxxx" MMC-nin imtinasının qanunsuz hesab edilməsi” hissəsində rədd, ödənilmiş 200 manat vəsaitin qaytarılması hissəsində təmin edilməlidir.

32. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, alıcıya məxsus pul vəsaitini qanunsuz və əsassız olaraq özündə saxlayan satıcı-cavabdehdən 200 manat tutulduğu halda, sonuncu hər hansı bir məhrumiyyətə məruz qalmır, iddiaçıya məxs us olan pul vəsaiti özünə qaytarılır.

33. Birinci instansiya məhkəməsi iddianı mənəvi zərərlə bağlı hissədə rədd edərkən gəldiyi qənaəti bu cür əsaslandırmışdır ki, iddiaçının əsas tələbi təmin edilmədiyindən mənəvi zərərin tutulması barədə tələbi də təmin edilməməlidir. Lakin hazırkı vəziyyətdə iddianın yuxarıda göstərilən məzmunda qismən təmin olunması qənaətinə gəlindiyindən məhkəmə kollegiyası bu əsasla iddianın rədd olunmasını əsaslı hesab etmir və belə hesab edir ki, qətnamə bu hissədə də ləğv olunmalıdır. İddia tələbinin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı iddia ərizəsində yalnız bu barədə münasibətləri tənzimləyən normalar, qanunvericilik aktları sadalansa da, heç bir əsaslandırma aparılmamışdır.

34. Məhkəmə kollegiyasının qənaətinə görə müqavilə öhdəliklərinin poz ulması özüözlüyündə mənəvi ziyanın vurulması kimi qiymətləndirilə bilməz və iddia bu hissədə rədd edilməlidir.

35. Cavabdehin vəzifəli şəxsləri barəsində cinayət işinin başlanılması üçün (vahid niyyətlə mənimsəmə və israf etmə (Cinayət Məcəlləsinin 179-cu maddəsi), istehlakçıları aldatma (CM-in 200-cü maddəsi), vergiləri ödəməkdən yayınma (CM-in 213-cü maddəsi) və s.) müvafiq hüquq mühafizə orqanlarına məlumat verilməsi barədə xususi qərardad çıxarılması iddia ərizəsində tələb kimi qeyd olunsa da, məhkəmə kollegiyası bunu tələb kimi deyil, vəsatət kimi qiymətləndirir. Çünki

36. Belə ki, burada cavabdehə qarşı yönəlmiş hər hansı bir tələb mövcud deyil, xüsusi qərardadın çıxarılması üçün prosessual hüquqi əsas MPM-in 265.4-cü maddəsidir və həmin normanın tələbinə görə məhkəmə işə baxarkən, p roses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.

37. İşin hallarından göründüyü kimi tərəflər arasında yaranmış münasibətlər mülki hüquqi xarakterlidir və cavabdehin əməllərində cinayətin əlamətləri aşkar olunmur, buna görə də xüsusi qərardadın çıxarılması üçün əsaslar yoxdur. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

38. İddiaçı kassasiya şikayəti verərək (vəkil Vİddiaçı), iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin olunmayan hissələrində ləğv edilməsi və həmin hissələrdə iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Plenum Qərarına istinad edilməklə, onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mənəvi zərərə görə təzminatın tutulmaması qənaətinə gələrkən hüquqa zidd əməlin növünü, dərəcəsini, davam etdiyi müddəti, baş vermiş mühit və şəraiti, digər amilləri və ən əsası isə Plenumun Qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına riayət etməmişdir. Məhkəmə iddiaçının hüququnun pozulduğu qənaətinə gəlsə də, mənəvi zərərin mövcud olmadığını bildir mişdir. Halbuki məhkəmə hüququn pozulduğu andan qətnamənin çıxarıldığı vaxta qədər iddiaçının hüquqlarının bərpası üçün gördüyü tədbirləri, bununla əlaqədar keçirdiyi stress, əsəb, daxili gərginlik, vaxt itkisi və digər oxşar halları nəzərə almalı idi. Mənəvi ziyanın miqyası şəxsi xarakter daşıyır və bu ziyanın real ölçüsünü yalnız həmin iztirabı yaşayan şəxs müəyyən edə bilər. Hər bir insanın daxilində keçirdiyi hisslər, çəkdiyi əzab-əziyyət, hadisədən aldığı psixoloji zərbə onun fərdi xüsusiyyətləri və emosional reaksiyası ilə bağlıdır. Tələb edilən məbləğ kifayət qədər cüzi olmaqla iddiaçının yaşadığı iztirabların dərəcəsinə nisbətdə qeyri-mütənasibdir. Məhkəmə isə iddianın buhissəsinin təmin edilməməsini qərarında yetərincə əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfin dən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, tətbiq etməli olduğu maddi hüquq normalarını tətbiq etməmişdir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaş mırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babay evin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

42. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

43. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüq uqu pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

44. Maddə 599.1. Alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.

45. Maddə 599.2. Alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.

46. Maddə 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiy i məbləğin qaytarılmasını tələb edə bilər.

47. Maddə 599.4. Satıcı qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədikdə və alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda əşyanın müqaviləyə görə verilməli olduğu gündən alıcıya verildiyi və ya qabaqcadan ödədiyi məbləğin ona qaytarıldığı günədək qabaqcadan ödəniş məbləğindən bu Məcəllənin 449cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə satıcının alıcıdan qabaqcadan ödəniş məbləğini aldığı gündən həmin məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu

48. Maddə 14.1. Bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdirlər. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hall ardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir.

49. Maddə

16. Qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfl i və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Hazırkı kassasiya şikayətində qətnamə qismən – iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsindəki icraat

61. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası m əhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

62. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

63. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddia tələbinin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi ilə ba ğlı iddia ərizəsində yalnız bu barədə münasibətləri tənzimləyən normalar, qanunvericilik aktları sadalansa da, heç bir əsaslandırma aparılmamışdır.

64. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, sözügedən müqavilə öhdəliklərinin pozulması özü-özlüyündə mənəvi ziyanın vurulması kimi qiymətləndirilə bilməz və iddia bu hissədə rədd olunmalıdır.

65. Cavabdehin vəzifəli şəxsləri barəsində cinayət işinin başlanılması üçün hüquq mühafizə orqanlarına məlumat verilməsi barədə xususi qərardad çıxarılmasına dair iddiaçının tələbinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu tələb kimi qiymətləndirilə bilməz, çünki burada cavabdehə qarşı yönəlmiş hər hansı bir tələb mövcud deyil.

66. Eyni zamanda, xüsusi qərardadın çıxarılması üçün prosessual hüquqi əsas kim i MPM-in 265.4-cü maddəsi hesab olunur və həmin normanın tələbinə görə məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir və bunun üçün tərəfin tələb irəli sürməsinə zərurət yoxdur.

67. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının t ələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 iyun 2025-ci il tarixli, 2(103)-2324/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar