Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3227/2019 17.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi X1 və vəkili Nümayəndə iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2018-ci il tarixli, 2(103)-13295/2018 saylı qətnaməsindən cavabdeh İddiaçı və vəkili Nümayəndə kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, XX rayon məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(009)-2966/2018 saylı qətna məsi ilə (sədrlik edən, hakim Ş.Z.Abdullayev) İddiaçı Cavabdeh MTK-nə qarşı “sökülmüş mənzilin əvəzinə üç otaqlı mənzilin verilməsinə dair razılaşmaya əsasən müqavilənin bağlanmış hesab edilməsi, kirayə və köçürmə xərclərinin ödənilməsi” barədə iddiası qismən təmin edilərək, iddiaçının mülkiyyətində olmuş Bakı şəhəri, XX rayonu, XX küçəsində yerləşən, 59 saylı evin 1-ci mənzilinin cavabdeh təşkilata təhvil verilməsi və həmin mənzilin sökülməsi ilə əlaqədar olaraq evin yerində inşa edilən binada layihə sənədlərində nəzərdə tutulan iki otaqlı təmirli mənzilin iddiaçıya təhvil verilməsinin cavabdeh təşkilata həvalə edilməsi, eləcə də cavabdeh təşkilatdan 01 iyun 2017-ci il tarixdən 2018-ci ilin oktyabr ayınadək ödənilməli olan aylıq 400 manat kirayə haqqı6.000 manat pulun, mənzildən köçmək üç ün birdəfəlik ödənilməli olan, lakin ödənilməmiş 150 manat, cəmi 6.150 manat pulun, həmçinin 01 oktyabr 2018-ci il tarixdən başlayaraq cavabdeh təşkilat tərəfindən inşa edilən binanın tikintisi tam başa çatana və iddiaçıya təhvil verilənədək hər ay 400 manat kirayə haqqının tutulub iddiaçıya verilməsi qət olunmuşdur. Tərəflər ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2018-ci il tarixli, 2(103)-13295/2018 saylı qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova sədrlik edən, məruzəçi, V.T.Həsənov və N.Ş.Cəfərov) cavabdeh təşkilatın apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, XX rayon məhkəməsinin 04 oktyabr 2018ci il tarixli qətnaməsi mənzilin iddiaçıya təhvil verilməsi hissəsində ləğv edilmiş, həmin hissəd ə iddia ərizəsi qismən təmin edilərək, iddiaçının mülkiyyətində olmuş Bakı şəhəri, XX rayonu, XX küçəsində yerləşən, 59 saylı evin 1-ci mənzilinin cavabdeh təşkilata təhvil verilməsi və həmin mənzilin sökülməsi ilə əlaqədar olaraq evin yerində inşa edilən binada (layihə sənədlərində nəzərdə tutulan) iddiaçının təhvil verdiyi mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzilin iddiaçıya təhvil verilməsinin cavabdeh təşkilata həvalə edilməsi, eləcə də cavabdeh təşkilatdan 01 iyun 2017-ci il tarixdən 2018-ci ilin oktyabr ayınadək ödənilməli olan aylıq 400 manat kirayə haqqının ümumi məbləği “6.000 manat” əvəzinə “6.400 manat” və mənzildən köçmək üçün birdəfəlik ödənilməli olan, lakin ödənilməmiş 150 manatla birlikdə cəmi məbləğ “6.150 manat” əvəzinə “6.550 manat” oxunmaqla, qalan hissədə qətnamənin dəyişdirilmədən, iddiaçının apellyasiya şikayətinin təmin edilmədən saxlanılması qət edilmişdir. İddiaçı və vəkili Nümayəndə qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı iddia qaldıraraq “mülkiyyətində olmuş Bakı şəhəri, XX rayonu, XX küçəsi, 59 saylı evin 1-ci mənzilinin cavabdeh təşkilata təhvil verilməsi, həmin mənzilin sökülməsi ilə əlaqədar olaraq evin yerində inşa edilən binada layihə sənədlərində nəzərdə tutulan 3 otaqlı təmirli mənzilin ona təhvil verilməsi vəzifəsinin cavabdeh təşkilata həvalə edilməsi, cavabdeh təşkilatdan onun xeyrinə 01 iyun 2017-ci ildən qətnamə çıxarılanadək ödənilməli olan aylıq 500 manat kirayə haqqının, mənzildən köçmək üçün birdəfəlik ödənilməli olan, lakin ödənilməm iş 450 manat məbləğin tutulması, həmçinin cavabdeh təşkilatdan onun xeyrinə qətnamə çıxarıldığı günədək cavabdeh təşkilat tərəfindən inşa edilən bina tam başa çatana və ona təhvil verilənədək hər ay 500 manat kirayə haqqının tutulması barədə” qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlmiş və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhk əməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı nümayəndəsi XX və vəkili XX kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar vermişlər. Cavabdeh MTK məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsini üzrsüz səbəblərdən məhkəmə iclasına göndərmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mənzilin iddiaçıya təhvil verilməsi hissəsində ləğv edib, həmin hissədə iddia ərizəsini qismən təmin edib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, iddia ərizəsinin qismən təmin edilməsi üçün əsasların olmasına, mənzilin təhvil verilməsi hissəsində birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlamaqla birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 26 fevral 2005-ci il tarixli qeydiyyat vəsiqəsinə və 19 fevral 2005-ci il tarixli mənzilin texniki pasportuna görə, Bakı şəhəri, XX rayonu, XX küçəsi 59 saylı evin, 3 otaqlı, ümumi sahəsi 53,5 kv.metr, yaşayış sahəsi 33,5 kv.metr, köməkçi sahəsi 20,0 kv.metr olan 1-ci mənzili iddiaçının mülkiyyətində olmuşdur. Bakı şəhəri, XX rayon İHB-nın 22 dekabr 2016-cı il tarixli, 175 saylı sərəncamına əsasən XX rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan X4 küçəsi 70 “A” -70, XX küçəsi 55/9, 57, 59 saylı ünvanlarda yerləşən 1-2 mərtəbəli yaşayış binasının söküntüsü cavabdeh təşkilata həvalə e dilmiş və sonuncuya sahəsi 0,5 ha olan ərazidə çoxmərtəbəli yaşayış binasının layihələşdirilməsinə və tikintisinə icazə verilmiş və ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsinə, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının cavabdeh təşkilatın vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır. Mülki qanunvericiliyə görə, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tan ınan və qorunan hüququdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Mülki Məcəllə nəzərdə tutur ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər (Mülki Məcəllənin 157.4-ci maddəsi). Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, işin həqiqi hallarını nəzərə alıb qeyd etmişdir ki, Bakı şəhəri, XX rayon İHB-nın 22 dekabr 2016-cı il tarixli, 175 saylı sərəncamına əsasən iddiaçıya məxsus 3 otaqlı, ümumi sahəsi 53, 5 kv.metr, yaşayış sahəsi 33,5 kv.metr, köməkçi sahəsi 20,0 kv.metr olan mənzilin də yerləşdiyi 59 saylı bina cavabdeh təşkilat tərəfindən həmin binanın yerində yüksək mərtəbəli yaşayış binasının inşa edilməsi üçün sökülmüşdür. İşdən görünür ki, iddiaçı mənzilini könüllü olaraq boşaldıb cavabdeh təşkilata təhvil vermiş və lakin tərəflər arasında mənzilin sökülməsi və dəyərinin hansı formada, qaydada ödənilməsinə dair hər hansı yazılı müqavilə bağlanmamışdır. İddia ərizəsindən görünür ki, iddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, XX rayonu, XX küçəsi, 59 saylı evin 1-ci mənzilini cavabdeh təşkilata təhvil verdiyini, həmin mənzilin sökülməsi ilə əlaqədar olaraq evin yerində inşa edilən binada layihə sənədlərində nəzərdə tutulan 3 otaqlı təmirli mənzilin ona təhvil verilməsi vəzifəsinin cava bdeh təşkilata həvalə edilməsini, cavabdeh təşkilatdan onun xeyrinə 01 iyun 2017-ci ildən qətnamə çıxarılanadək ödənilməli olan aylıq 500 manat kirayə haqqının, mənzildən köçmək üçün birdəfəlik ödənilməli olan, lakin ödənilməmiş 450 manat məbləğində pulun tutulmasını, həmçinin cavabdeh təşkilatdan onun xeyrinə qətnamənin çıxarıldığı günədək inşa edilən bina tam başa çatana və ona təhvil verilənədək hər ay 500 manat kirayə haqqının tutulmasını iddia edir. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, iddiaçıya məxsus sökülmüş mənzilin ümumi sahəsi 53,5 kv.metr olmuşdur. Cavabdeh təşkilat sökülmüş mənzilin əvəzinə iddiaçıya yeni tikilmiş binadan təmirli sahəsi 77,0 kv.metr olan bir otaqlı (rekonstruksiya işləri əsasında üç otaqlı mənzilə çevirm əklə) mənzilin alınmasını təklif etmişdir. Birinci instansiya məhkəməsi cavabdeh təşkilat tərəfindən iddiaçıya təklif olunan bir otaqlı mənzilin sökülən mənzilin əvəzində ədalətli kompensasiya hesab etməmiş və buna görə də sahəsi 94 kv.metr olan iki otaqlı mənzilin iddiaçıya təhvil verilməsini məqsədə müvafiq hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçının təhvil verdiyi mənzilin sahəsi yeni tikilən binada ona təhvil veriləcək mənzilin sahəsindən iki dəfə azdır və həmin mənzilə görə ona təklif edilən mənzilin sahəsi qeyri mütənasib olmaqla, açıq-aşkar cavabdeh təşkilatın mənafeyinə ziddir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cava bdeh təşkilat tərəfindən tikilmiş binada iddiaçının əvvəlki (ümumi sahəsi 53,5 kv.metr olan) mənzilinə uyğun ölçüdə iki otaqlı mənzil olmadığından layihədə nəzərdə tutulmuş daha artıq sahəli iki otaqlı mənzilin (hazırkı binada iki otaqlı mənzilin ümumi sahəsi 94 kv.metrə bərabərdir) verilməsi əsassız varlanmaya gətirib çıxara bilər. Əksinə, cavabdeh təşkilatın təklif etdiyi bir otaqlı mənzilin iddiaçının istəyi ilə təcrid etməklə iki-üç otaqlı mənzil kimi istifadə etmək mümkündür. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi işin həqiqi hallarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, iki otaqlı (94 kv.metr sahəli) mənzilin verilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də idd iaçının cavabdeh təşkilata təhvil verdiyi mənzilin əvəzinə ona sahəsi əvvəlki mənzilin sahəsindən 20 faiz artıq sahəli təmirli mənzilin (sahəsi 77 kv.metr olan mənzilin) verilməsi və təklif olunması ədalətli olmaqla, hər iki tərəfin mənafeyinə uyğundur. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarını nəzərə alıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni yuxarıda göstərilən qaydada həll etməklə düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Apellyasiya inst ansiyası məhkəməsi həmçinin iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin köçmə və kirayə haqqı tələbləri ilə bağlı dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən köçmək üçün müəyyən edilmiş 150 manat və 400 manat kirayə haqqı məbləği də ağlabatan olmaqla, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə tam uyğundur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmas ını, düzgün tətbiq etməməsini və işin hansı həqiqi halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmamış və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasın ı və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün fa ktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri də əsassız hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh İddiaçı və vəkili Nümayəndə kassasiya şikayətitəmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2018-ci il tarixli, 2(103)-13295/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3227/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3227/2019
17.05.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver