Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3228/2024 24.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 20 saylı notariat ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Vərəsəlik hüququndan irəli gələn mübahisələr, vərəsələrin miras paylarının müəyyən edilməsi ilə bağlı mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç, Xıdır ov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Bakı şəhəri 20 saylı notariat ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyun 2024-cü il tarixli 2(103)-3468/2024 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə “24” oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Miras qoyan Məmmədov Zaur Qiyas oğlu xx.xx.2022-ci il tarixdə ölmüşdür. Onun birinci növbəli vərəsələri sırasına arvadı İddiaçı3, uşaqları İddiaçı1, İddiaçı2, Cavabdeh1 və Cavabdeh2 daxildir.
2. Mirasa miras qoyan Z.Q. Məmmədovun öldüyü məqamadək mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10 A saylı fərdi yaşayış evi, 2014-cü il buraxılışlı **-TZ-*** dövlət qeydiyyat nişanlı Hyundai 140 minik markalı nəqliyyat vasitəsi və Kapital Bank ASC ilə bağladığı xx.xx.2022-ci il tarixli GTKR4640186A299 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlikləri daxildir.
3. AD N ******* saylı xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən, 2014-cü il buraxılışlı **-TZ-*** dövlət qeydiyyat nişanlı Hyundai 140 minik markalı nə qliyyat vasitəsi Məmmədov Zaur Qiyas oğlunun mülkiyyətindədir. 4. xx.xx.2008-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən, X1 vərəsəsi İddiaçı3 Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci S.Orucov döngəsində istifadədə olan 0,1184 ha torpaq sahəsində yerləşən 1 nömrəli 5 mərtəbəli binada 47,7 kv.m. ümumi, 28,3 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 12 nömrəli mənzili miras olaraq qəbul etmişdir.
5. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Qradağ rayonu Lökbatan qəsəbəsi 2-ci S.Orucov döngəsində istifadədə olan 0,1184 ha torpaq sahəsində yerləşən 1 nömrəli 5 mərtəbəli binada 47,7 kv.m. ümumi, 28,3 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 12 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı3 adı daşınmaz əmlakın dövlət reyestrində 859 nömrəli reyestr kitabının 79945 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır.
6. Satıcı İddiaçı3 ilə alıcı X26 arasında bağlanmaqla xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisində təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı ümumi sahəsi 47.7 kv.m olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci S.Orucov döngəsi 1 saylı evin 12 saylı mənzilini 30000 manata alıcıya satmışdır.
7. Binəqədi Rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 09 saylı arayışın surətinə əsa sən, 2002-ci ildə tikilimiş M.S.Ordubai küçəsində yerləşən 10A salı mülk X18 məxsusdur. Binəqədi Rayon İca Hakimiyəti tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş 420 saylı sərəncama əsasən, 300 kv.m torpaq sahəsində yerləşən 2 yaşayış otağından, köməkçi sahədən və mətbəxdən ibarət mülkün sahəsi 28,6 kv.m. ibarətdir.
8. X16 xx.xx.2008-ci il tarixdə Bakı şəhəri 20 saylı dövlət notariat kontorunda təsdiq olunmuş vəsiyyətnaməsinin surətinə əsasən, o, Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 1482 saylı sərəncamına əsasən Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10 A saylı bir mərtəbəli 2 otaqlı yaşayış evini oğlu Məmmədov Zaur Qiyas oğluna vəsiyyət etmişdir.
9. Binəqədi RİHB-nin Biləcəri qəsəbəsi üzrə nümayəndəsi S.Quliyevin 09 saylı xx.xx.2006-cı il tarixli arayışın ın surətinə əsasən, X18 məxsus 2002-ci ildə inşa edilmiş M.S.Ordubadi küçəsində yerləşən 10a saylı sahəsi 28,6 kv.m. olan 2 otaqlı mülk BRİH tərəfindən xx.xx.2002-ci ildə verilmiş 420 saylı sərəncama əsasən 300 kv.m. torpaq sahəsində yerləşir.
10. Hədiyyə verən X21 ilə hədiyyə alan Məmmədov Zaur Qiyas oğlu arasında bağlanmaqla Bakı şəhəri 20 saylı notariat kontorunda təsdiq olunmuş xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, hədiyyə verən mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı, ümumi sahəsi 84,6 m2 olan fərdi yaşayış evini hədiyyə alana bağışlamışdır.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınma z əmlakın dövlət reyestrindən Seriya PX ******* saylı xx.xx.2015-ci il tarixli çıxarışın surətinə əsasən, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı, ümumi sahəsi 84,6 m2 olan evə və 0,03 ha torpaq sahəsinə dair Məmmədov Zaur Qiyas oğlunun xüsusi mülkiyyət hüquqları ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 264 nömrəli reyestr kitabının 24583 nömrəli vərəqində qeydə alınmışdır.
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evinin texniki pasportuna əsasən, 0,03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 84,6 m2, yaşayış sahəsi 50 m2, köməkç i sahəsi 34,6 m2 olan fərdi yaşayış evi sahəsi 23,1 m2 olan bağlı eyvandan, sahəsi 21,1 m2 olan yaşayış otağından, sahəsi 6,5 m2 olan mətbəxdən, sahəsi 5,0 m2 olan sanitar qovşaqdan, sahəsi 14,3 m2 olan yaşayış otağından, sahəsi 14,6 m2 olan yaşayış otağından ibarətdir.
13. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(002)1318/2019 nömrəli qətnaməsinə əsasən, cavabdehlər X22 və Cavabdeh2 Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 1 saylı evin 12 saylı mənzilinə olan hüquqları itirilməklə pasport qeydiyyatından çıxarılmaları qət edilmişdir.
14. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(002)1318/2019 nömrəli qətnaməsinə əsasən, mülki işə əlavə olunmuş qanun üzrə vərəsəlik haqqında xx.xx.2008-ci il tarixli şəhadətnaməsinin surətin dən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 1 saylı evin 12 saylı mənzilinin İddiaçı3 anası X2 miras qalması müəyyən edilmişdir.
15. İddiaçı3 Bakı şəhəri 20 saylı notariat ofisinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən, o, əri Məmmədov Zaur Qiyas oğlunun xx.xx.2022-ci il tarixdə ölməsini, miras əmlaka Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evinin, torpaq sahəsinin və 90TZ-507 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin daxil olmasını, miras qoyanın öldüyü günə vərəsələrinin ondan başqa İddiaçı1, İddiaçı2, Cavabdeh2 və Cavabdeh1 olmasını bildirmişdir.
16. Borcverən "xxxx" ASC ilə borcalan Məmmədov Zaur Qiyas oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli GTKR4640186A299 nömrəli kredit müqaviləsinə əsasən, ban k borcalana 48 ay müddətinə qaytarmaq, illik 15% ödəmək şərti ilə 10000 manat kredit vermişdir.
17. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsnin xx.xx.2022-ci il tarixli № **********37 nömrəli məktubuna əsasən, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci Orucov döngəsi 1 saylı evin 12 saylı mənzilinin Məmmədov Zaur Qiyas oğlunun adına qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir.
18. X12 xx.xx.2013-cü il tarixdə 1 saylı ASAN xidmət mərkəzində Ədliyyə Nazirliyi dövlət notariat kontorunda təsdiq olunmuş ərizəsinin surətinə əsasən, o, xx.xx.2009-cu il tarixdə ölmüş atası X13 miras qalmış əmlakdan ona düşən payı qəbul etməmiş, etmir və gələcəkd ə də müddətin bərpası və mirasın qəbulu ilə əlaqədar heç bir notariat və məhkəmə orqanlarına müraciət etməyəcəyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat:
19. İddiaçılar İddiaçı1, İddiaçı2 Zau oğlu və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs qismində Bakı şəhəri 20 saylı notariat ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) miras əmlakda payların müəyyən edilməsi və sair tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixədək mərhum xx.xx.1963-cü il təvəllüdlü Məmmədov Zaur Qiyas oğluna məxsus olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 84,6 kvm-dən ibarət, xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmış fərdi yaşayış evinin İddiaçı3 ilə Məmmədov Zaur Qiyas oğlunun ümumi birgə mülkiyyəti sayılmasına, həmin əmlakın və ** TZ *** dövlət qeydiyyat nişanlı Hyundai 140 markalı minik avtomobilinin üzərində İddiaçı3 1/2, qalan hissədən iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 1/3 hissə ilə pay hüququnun müəyyən edilməsinə, mərhum Məmmədov Zaur Qiyas oğlunun "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixdə götürdüyü 10000 manat məbləğində kreditin vəfat etdiyi tarixə xx.xx.2022-ci il tarixə qalıq hissəsi olan 9691,46 manatın paylara mütənasib şəkildə vərəsələr arasında bölünməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
20. İddiaçılar tələbini onunla əsaslandırmışdırlar k i, miras qoyan Məmmədov Zaur Qiyas oğlu xx.xx.1963-cü il tarixdə anadan olmuş, atası X27, anası X14muş və onun hər iki valideyni vəfat etmişdir. Z.Q.Məmmədovun birinci nikahından xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh2 anadan olmuşdur. Z.Q.Məmmədovun xx.xx.1997-ci il tarixdə X15 ilə olan birinci nikahına xitam verilmiş, xx.xx.1997-ci il tarixdə o, ikinci dəfə Səlimbəyova (indiki Məmmədova) Azadə Abbas qızı ilə nikaha daxil olmaqla ailə qurmuş, ikinci nikahından xx.xx.1998-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.2002-ci il təvəllüdlü İddiaçı1 anadan olmuşdur. xx.xx.2022-ci il tarixdə Məmmədov Zaur Qiyas oğlu vəfat etmişdir. Z.Q.Məmmədovun vəfat etdiyi tarixə xüsusi mülkiyyətində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 1 ünvanında yerləşən,ümumi sahəsi 84.6 kvm-dən ibarət olan xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmış fərdi yaşayış evi və **-TZ-*** dövlət qeydiyyat nişanlı Hyundaı 140 markalı minik avtomobili olmuşdur. Mərhum Məmmədov Zaur Qiyas oğlu "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixdə illik 15% olmaqla 48 ay müddətinə hər ay 278,31 manat ödəmək şərti ilə 10000 manat məbləğində kredit götürmüş, vəfat etdiyi tarixədək ödənişi həyata keçirmiş, mərhumun vəfatından xx.xx.2022-ci il tarixədək ödənişlər İddiaçı3 tərəfindən həyata keçirilmişdir. İddiaçı3 xx.xx.2008-ci il tarixdə vəfat etmiş anası X2 ona miras qalmış Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci S.Orucov döngəsində yerləşən 1 nömrəli evin 2 otaqlı 12 nömrəli mənzilini xx.xx.2019-cu il tarixdə sataraq əldə edilmiş pul vəsaiti hesabına Bakı şəhəri Binəqəd i rayonu Biləcəri qəsəbəsi ünvan 1 ünvanında yerləşən xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmış fərdi yaşayış evinin əsaslı təmirinə sərf edilmişdir. Məmmədov Zaur Qiyas oğlu xəstə olduğu dövrdə onun qayğısına iddiaçılar birlikdə qalmış, onun vəfatından sonra dəfn və məzar daşı xərclərini İddiaçı3 ödəmişdir. Z.Q.Məmmədovun vəfatından sonra hər iki miras əmlak iddiaçıların ümumi istifadəsində olmuş, Z.Q.Məmmədovdan miras qalan əmlaklara iddiaçılar mərhumun sağlığında, eləcə də onun xx.xx.2022-ci il tarixdə vəfatından hazıradək istifadə edir, mirasa faktiki sahiblik və idarəçilik etdiklərindən həmin mənzilin mülkiyyətçisi sayılırlar. Cavabdehlər isə miras qoyanın dəfnində belə iştirak etməmiş, miras qoyanın Kapital Banka olan borcunun ödənilməsi təklif edilsə də, heç biri bu təkli fi qəbul etməmişdir. Belə ki, Z.Q.Məmmədovun vəfatından sonra iddiaçılar notariat ofisinə müraciət etmiş, cavabdehlər bir dəfə də olsun ataları ilə əlaqə saxlamasalar, dəfnində iştirak etməsələr də, notariusun dəfələrlə təkid etməsindən sonra miras paydan onlara düşəcək payın müəyyən edilməsi üçün gəlib ərizə vermişlər. İddiaçılar cavabdehlərə mirası qəbul edəcəkləri halda miras qoyandan qalmış bank borcunun da aralarında paylarına münasib şəkildə bölünməsini təklif etmiş, lakin cavabdehlər bununla razı olmamışlar. Belə olan halda iddiaçılar pozulmuş hüquqlarının qorunması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdlar. Mirasa faktiki sahiblik edən iddiaçılar olduğundan və əmlaklar birgə nikah dövründə əldə edildiyindən miras əmlaklar iddiaçılar arasında mülki qanunvericil iyə uyğun şəkildə bölünməlidir.
21. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili və nüamyəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi cavabdehlərin ona verdikləri məlumata görə valideynlərinin nikahı pozulduqdan sonra ataları Z.Q.Məmmədov onlara heç bir qayğı göstərməmiş, aliment ödəməmiş, iki azyaşlı övladlarını təkbaşına analarının himayəsinə buraxıb getmişdir. Mərhum Z.Q.Məmmədov öz doğma övladları ilə bütün əlaqələrini kəsdiyi üçün onun nə vaxt xəstə olduğu və nə zaman vəfat etdiyindən cavabdehlərin xəbəri olmamışdır. Atalarının vəfat etdiyi və onların da vərəsəliyə çağrıldıqları barədə cavabdehlər Bakı şəhəri 20 saylı notariat ofisinin notariusu S.Səmədov tərəfındən Cavabdeh1 məlumat verildikdən sonra xəbərdar olmuş lar. Bundan sonra cavabdehlər notariat ofisinə mirası qəbul etmələrinə dair ərizə vermişlər. Cavabdehlərin əvvəllər qeydiyyatda olduqları Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci Orucov döngəsi 1 saylı evin 12 saylı mənzili onların ataları Məmmədov Zaur Qiyas oğlu ilə anaları X9 birgə nikahları dövründa əldə edilmişdir. Məhz bu səbəbə görə də onlar anadan olduqdan sonra həmin ünvana pasport qeydiyyatına alınmışlar. Sonradan onlara məlum olmayan qaydada həmin mənzil bu iş üzrə İddiaçı3 mülkiyyətinə keçmiş və daha sonra onun Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə istifadə hüququnun itirilməsinə dair iddia ərizəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1318 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 və X28 həmin mənzildən pasport qeydiyyatından çıxarılmışla r. Cavabdehlərin bildirdiklərinə görə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 84,6 m2 -dən ibarət olan fərdi yaşayış evi Məmmədov Zaur Qiyas oğlunun mülkiyyətinə atası X13 qanun üzrə vərəsəlik qaydasında keçmiş, yəni həmin əmlak hazırkı iş üzrə İddiaçı3 və Məmmədov Zaur Qiyas oğlunun birgə mülkiyyəti hesab edilə bilməz. Ona görə də İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin qismən təmin edilməsinə,xx.xx.2022-ci il tarixində vəfat etmiş Məmmədov Zaur Qiyas oğlundan miras qalmış Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 84,6 m2 -dən ibarət olan fərdi yaşayış evinə Cavabdeh2, Cavabdeh1, İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin 1/5 payları qanun üzrə vərəsəlik qaydasında müəyyən edilməsinə, xx.xx.2 022-ci il tarixdə vəfat etmiş Məmmədov Zaur Qiyas oğlundan miras qalmış **-TZ-*** dövlət qeydiyyət nişanlı Hyundaı 140 markalı minik avtomobilinin üzərində İddiaçı3 3/5, digər qanun üzrə vərəsələr Cavabdeh2, Cavabdeh1, İddiaçı1 və İddiaçı2 hər birinin 1/10 paylarının vərəsəlik qaydasında müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur.
22. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsini qismən qəbul edib izahatında göstərmişdir ki, vərəsələr arasında bölünəcək əmlak daşınan və daşınmaz iki əmlakdır, üçüncüsü isə öhdəlikdir. Vərəsə mirası qəbul etdiyi halda eyni həcmdə öhdəliyi də qəbul etməlidir. Avtomobil birgə nikah dövründə əldə edildiyinə görə həmin əmlakın 1/2 hissəsi Azadə xanımındır. Yerdə qalan 1/2 hissə isə digər vər əsələr arasında bölünməlidir. Daşınmaz əmlak isə bağışlama qaydasında miras qoyanın mülkiyyətinə keçdiyindən birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə bilməz. Bu miras qoyanın ayrıca şəxsi mülkiyyət hesab edilməlidir. Bu da vərəsələr arasında bərabər şəkildə bölünməlidir. Aktiv öhdəliyə gəldikdə isə borc öhdəliyi birgə nikah dövründə əldə edildiyinə görə ½ hissədə Azadə xanıma düşür. Yerdə qalan hissə isə həm Azadə xanım, həm də digər vərəsələr arasında bölünməlidir. Ekspert rəyininin 3-cü suala cavabında göstərilir ki, Binəqədi rayonu Ordubadi küçəsi 10 A saylı evdə son təmir və yenidən qurma işlərinin nə vaxt aparılmasının müəyyən edilməsi mümkün olmamışdır. Mənzilin satışından əldə olunan vəsaitlə evin təmir olunmasına dair sübut yoxdur. Onların bildiyinə görə Zaur ölməmişdə n əvvəl 2 dəfə kredit götürülmüş, kreditin hara xərclənməsi bilinmir. Bəlkə də kredit məbləği ilə ev təmir edilmişdir. 2021-ci ildə 5000 manat, ikinci dəfə isə 10000 manat kredit götürülmüşdür. Kredit müqaviləsi restruktirzasiya edilmişdir. X23 xx.xx.2009-cu ildə vəfat etmiş, xx.xx.2013-cü ildə Qiyasın qızı Leylanın adından etibarnamə verilir. Daha sonra xx.xx.2014-cü ildə evin bir hissəsi vərəsəliklə bir hissəsi bağışlanma qaydasında Zaurun mülkiyyətinə keçir. Ona görə də bu əmlak birgə mülkiyyət hesab edilə bilməz. Ev Zaurun ayrıca şəxsi mülkiyyətidir. İddiaçı iddia tələbində birgə nikah dövründə əmlak yaxşılardırıldığı üçün dəyəri artmasını, ona görə əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilməli olmasını iddia etsə də, ekspert rəyinin 3-cü sualının cavabında ev in təmirinin vaxtının müəyyən edilməsi mümkün deyildir. Bunu heç kim sübut edə bilməz ki, hansı mənbədən və nə vaxt yaxşılaşdırma olmuşdur. Evdə yaşayan adam evini təmir etməlidir.Ona görə də iddia ərizəsi qismən təmin edilərək avtomobil üzərində ½ hissədə Azadə xanımın payının tanınmasına, yerdə qalan ½ hissənin isə 5 vərəsə arasında bölüşdürülməsinə, daşınmaz əmlak üzərində hər birinin 1/5 payla Sona və Fərhadın payının tanınmasına, kredit üzrə qalıq borcunun ½ hissəsinin Azadə xanıma aid edilməsinə, yerdə qalan ½ hissənin isə 1/10 payla 5 nəfər arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
23. X11 ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən Zauru və Azadəni tanıyır. Belə ki, onların evləri üzbəüz olmaqla qonşudurlar, qonşu kimi gediş-gəlişləri vardır, bayramları, ad günlə rini adətən birlikdə keçirmişlər. Onlar hal-hazırda yaşadıqları evə 2009-cu ildə köçərkən Zaurun yaşadığı ev bərbad vəziyyətdə olmuş, həmin ev təxminən 3-4 il sonra əsaslı təmir edilmiş, həyətdə istirahət etmək üçün yer düzəldilmiş, şəlalə qurulmuş, həyətə yeni hasar çəkilmiş, həyətdə talvar qurulmuş, evin bütün hissələri təmir olunub dəyişdirilmiş, ev təmirdən sonra çox dəyişmişdir. Onlar ailəvi həyətdə tikilən istirahət üçün yerdə birlikdə oturub çay içmiş, nərd oynamışlar.
24. X4 ifadəsində göstərmişdir ki, o, Zaurun və Azadənin qonşuluğunda 2013-cü ildən yaşayır, sonuncularla yaxın qonşuluq münasibətləri vardır. Ona görə də bilir ki, qonşularının uçmaq təhlükəsi olan köhnə evləri tövlə kimi olmuşdur. Həmin ev son 3-4 ildə Azadə və Zaur tərəfindən təmir edilmişdir. Təmir zamanı evin üst ü dəyişdirilmiş, həyətdə çox dəyişiklik edilmiş, evin içi də tam təmir olunmuşdur. Şahid daha sonra ifadəsində ona təqdim olunan şəkillərin Zaurun və Azadənin yaşadıqları evin təmirdən əvvəlki və təmirdən sonrakı olan şəkilləri olmasını göstərmişdir.
25. X6 ifadəsində göstərmişdir ki, o, 2012-2013-cü illərdən Zaur və Azadə ilə qonşudur. Bilir ki, qonşuların yaşadıqları ev Zaurun atasının evidir. Zaurun atasının evi çox köhnə ev olmuş, ev, evin içi və həyəti, hasarı, evin damı 3-4 il əvvəl əsaslı təmir olunmuş, evə daş üzlük çəkilmiş, evin damı yenilənmişdir. Həmin evdə Zaurdan, onun arvad uşağından başqa heç bir qohum yaşamamışdır. Şahid daha sonra ifadəsində ona təqdim olunan şəkillərin Zaurun və Azadənin yaşadıqları evin təmirdən əvvəlki və təmirdən sonrakı olan şəkilləri olmasını göstər mişdir.
26. X5 ifadəsində göstərmişdir ki, o, Zaurla 1984-cü ildə nikaha daxil olmuş, Zaurun pis vərdişlərinə görə nikahları pozulmuşdur. Birgə nikah dövründə aldıqları Səməd Vurğun küçəsində yerləşən evi Zaur birgə nikah dövründə satmışdır. Miras qalan evdə o, heç vaxt olmamışdır.
27. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, № 3-16-16/2-10/6029-9/6221 nömrəli rəyinə əsasən, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evində aparılmış təmir zamanı evin texniki sənədlərində qeyd olunan tikililərdən əlavə evin daxilində arakəsmələr yaradılmış, həyətyanı sahədə yay mətbəxi inşa olunmuş və girişində talvar quraşdırılmışdır. Bundan əlavə həmin rəyə əsasən, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evində aparılmış tikintitexnik işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 70282,0 manat məbləğində müəyyən olunmuşdur. Daha sonra, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evində son təmir, yenidənqurma işlərinin nə vaxt aparılıb-aparılmamasını müəyyən olunmasına dair metodika olmadığından, qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. Əlavə olaraq, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 135406,7 manat məbləğində müəyyən edilmişdir.Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edib.
28. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəm ə) 29 fevral 2024cü il tarixli, 2(001)-111/2024 saylı qətnaməsi ilə (hakim- S.Səlimova) iddianın qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evinin Məmmədov Zaur Qiyas oğlu ilə İddiaçı3 birgə mülkiyyəti hesab edilməsi; Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evində İddiaçı3 6/10 hissədə, İddiaçı1 1/10 hissədə, İddiaçı2 1/10 hissədə, Cavabdeh1 1/10 hissədə, Cavabdeh2 1/10 hissədə paylarının müəyyən edilməsi; 2014-cü il buraxılışlı **-TZ-*** dövlət qeydiyyat nişanlı Hyundai 140 minik markalı nəqliyyat vasitəsində İddiaçı3 6/10 hissədə, İddiaçı1 1/10 hissədə, İddiaçı2 1/10 hissədə, Cavabdeh1 1/10 hissədə, Cavabdeh2 1/10 hissədə paylarının müəyyən edilməsi; "xxxx" ASC ilə bağladığı xx.xx.2022-ci il tarixli GTKR4640186A299 nömrəli kredit müqaviləsi üzrə borcalan Məmmədov Zaur Qiyas oğlunun yaranmış borcunun 6/10 hissəsi İddiaçı3, 1/10 hissəsi İddiaçı1, 1/10 hissəsi İddiaçı2, 1/10 hissəsi Cavabdeh1, 1/10 hissəsinin Cavabdeh2 aid edilməsi; Cavabdeh1 ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulması; Cavabdeh2 ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulması; iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
29. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, mirasa miras qoyan Z.Q. Məmmədovun öldüyü məqamadək mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evi, 2014-cü il buraxılışlı **-TZ-*** dövlət qeydiyyat nişanlı Hyundai 140 minik markalı nəq liyyat vasitəsi və Kapital Bank ASC ilə bağladığı xx.xx.2022-ci il tarixli GTKR4640186A299 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlikləri daxildir. Məmmədov Zaur Qiyas oğlu İddiaçı3 ilə 1997-ci ildə nikaha daxil olmuş, onlar uzun müddət miras qoyanın birgə nikah dövründə əvəzsiz əqd üzrə əldə etdiyi Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evində yaşamaqla onunla birgə təsərrüfat aparmış, köhnə, təmirsiz vəziyyətdə olan fərdi yaşayış evinin əsaslı şəkildə yaxşılaşdırılmasında, evin əmtəə dəyərini artıran yenidənqurma işlərinin həyata keçirilməsində, evin dəyərinin xeyli artmasına əsas olan vəsaitin sərf edilməsində İddiaçı3 həm öz vəsaiti, həm də birgə nikahda əldə etdikləri vəsaiti xərcləməklə iştirak etmiş, bu müddət ərzində həmin evin əsaslı təmirinə 70282 manat vəsait xərclənmiş, nəticədə evin sahəsi xeyli artırılmış, ev rahat yaşayış üçün ideal vəziyyətə gətirilmişdir.
30. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ekspert rəyindən də görünür ki, rəy texniki sənədlər və evin hazırki vəziyyəti əsasında verilmişdir. Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evi mərhum Zaur Məmmədova 2014-cü ildə bağışlandıqdan sonra, xx.xx.2015-ci ildə Zaur Məmmədovun adına texniki pasport tərtib edilmişdir (i/v 29). Ekspert tərəfindən həmin texniki pasporta və evə baxış keçirilərkən, evin daxilində arakəsmələr yaradılması, həyətyanı sahədə yay mətbəxi inşa olunması və girişində talvar quraşdırılması halları müəyyən olunmuşdur. Evin ümumi dəyəri təqribən 135406,7 manat m üəyyən olunduğu halda, aparılmış tikinti-texnik işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 70282,0 manat təşkil etməsi müəyyən olunmuşdur.
31. Məhkəmə hesab edib ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.
32. İşin ara şdırılan halları ilə İddiaçı3 Məmmədov Zaur Qiyas oğlunun mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evinin dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyması təkzib olunmaz sübutlarla öz təsdiqini tapdığından, cavabdehlər bunun əksini, etirazlarında istinad etdikləri halları sübuta yetirə bilmədiklərindən iddia ərizəsi qismən təmin edilməlidir.
33. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 60 və 129-cu; Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 223.1, 225.1, 225.2, 225.3, 225.4, 1133.1, 1134.1, 1151.1, 1159.1, 1159.1.1, 1243.2, 1255, 1306.1, 1306.2, 1162, 1163-cü; “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 34.1, 35, 37.1, 37.3-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin 14.2, 77.1, 88, 119.1 və 216-220ci maddələrinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 216-220-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
34. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-111/2024 saylı, 29 fevral 2024-cü il tarixli qətnaməsinin “Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evinin Məmmədov Zaur Qiyas oğlu ilə İddiaçı3 birgə mülkiyyəti hesab edilməsi, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evində İddiaçı3 6/10 hissədə, İddiaçı1 1/10 hissədə, İddiaçı2 1/10 hissədə, Məmmə-dova Sona Zaur qızının 1/10 hissədə, Cavabdeh2 1/10 hissədə paylarının müəyyən edilməsi” hissəsinin ləğv edilməsini və Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evində İddiaçı3 1/5 hissədə, İddiaçı1 1/5 hissədə, İddiaçı2 1/5 hissədə, Cavabdeh1 1/5 hissədə, Cavabdeh2 1/5 hissədə paylarının müəyyən edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, hədiyyə verən X21 ilə hədiyyə alan Məmmədov Zaur Qiyas oğlu arasında bağlanmaqla Bakı şəhəri 20 saylı notariat kontorunda təsdiq olunmuş xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən müəyyən olunub ki, hədiyyə verən mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı, ümumi sahəsi 84,6 m² olan fərdi yaşayış evini hə diyyə alana bağışlamışdır. Daha sonra iddiaçılar iddia edirdilər ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evi güya 28,6 m²dən ibarət olmuş və İddiaçı3 anasından miras qalmış ümumi sahəsi 47.7 m²dən ibarət olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci S.Orucov döngəsi 1 saylı evin 12 saylı mənzili xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisində təsdiq edilmiş AN-İ№ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X3 sonra əldə edilmiş 30000,00 manat pul vəsaitinin hesabına Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evinə xərcləmiş və onun sahəsini 84,6 m²-ə çatdırılmışdır. Halbuki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakı n Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya PX ******* saylı xx.xx.2014-cü il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı, ümumi sahəsi 84,6 m² olan 3 otaqlı fərdi yaşayış evinə dair Məmmədov Zaur Qiyas oğlunun xüsusi mülkiyyət hüququ, 0,01055 ha torpaq sahəsinə istifadə hüququ ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 264 nömrəli reyestr kitabının 14583 nömrəli vərəqində qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evinin texniki pasportundan müəyyən olunur ki, 0,03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 84,6 m², yaşayış sahəsi 50 m², köməkçi sahəsi 34,6 m² olan fərdi yaşayış evi sahəsi 23,1 m² olan bağlı eyvandan, sahəsi 21,1 m² olan yaşayış otağından, sahəsi 6,5 m² olan mətbəxdən, sahəsi 5,0 m² olan sanitar qovşaqdan, sahəsi 14,3 m² olan yaşayış otağından, sahəsi 14,6 m² olan yaşayış otağından ibarətdir. Deməli iddiaçıların bu dəlilləri sübut edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi öz qətnaməsini qəbul edərkən Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evinin Məmmədov Zaur Qiyas oğlu ilə İddiaçı3 birgə mülkiyyəti hesab edilməsini əsaslandırmamışdır. Hətta iddiaçılar tərəfindən məhkəməyə şahid qismində dəvət edilmiş X11 ifadəsində göstərmi şdir ki, o, 2009-cu ildən Zauru və Azadəni tanıyır. Belə ki, onların evləri üzbəüz olmaqla qonşudurlar, qonşu kimi gediş-gəlişləri vardır, bayramları, ad günlərini adətən birlikdə keçirmişlər. Onlar hal-hazırda yaşadıqları evə 2009-cu ildə köçərkən Zaurun yaşadığı ev bərbad vəziyyətdə olmuş, həmin ev təxminən 3-4 il sonra əsaslı təmir edilmiş, həyətdə istirahət etmək üçün yer düzəldilmiş, şəlalə qurulmuş, həyətə yeni hasar çəkilmiş, həyətdə talvar qurulmuş, evin bütün hissələri təmir olunub dəyişdirilmiş, ev təmirdən sonra çox dəyişmişdir. Onlar ailəvi həyətdə tikilən istirahət üçün yerdə birlikdə oturub çay içmiş, nərd oynamışlar. İşin tədqiq olunan faktiki hallarından aydın olur ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən faktları düzgün araşdırmamış və səhv nəticəyə gəlmişdir. İddiaçı3 anasından miras qalmış Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsə-bəsi 2-ci S.Orucov döngəsi 1 saylı evin, 12 saylı mənzilini xx.xx.2019-cu il tarixdə X3 sonra əldə edilmiş 30000 manat pul vəsaitinin hesabına Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evinə xərcləməsini sübut edə bilməmişdir. Belə ki, ekspert rəyinə görə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evinin təmir xərcləri 70282,0 manat məbləğində müəyyən olunmuşdur. Deməli 40282,0 manat məbləğində təmir xərcləri başqa mənbələr hesabına ödənilmişdir. Bütün sadaladığı faktlar birinci instansiya məhkəməsinin nəzərindən yayınmış və qətnamə qəbul edərkən sübutlara düzgün qiymət verməməklə prosessual hüquq normalarını pozmuşdur.
36. Bakı A pellyasiya Məhkəməsinin (bundan sonra-apellyasiya instansiyası məhkəməsi) Mülki Kollegiyasının 2(103)-3468/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, (hakimlər – X.Ə. Sarıyev (sədrlik edən və məruzəçi), F.V. Abdıyev, F.H. Qasımov) apellyasiya şikayəti təmin edilməmişdir, birinci instansiya məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(001)-111/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
37. Məhkəmənin qeyd edib ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli Ekspert rəyindən də görünür ki, rəy texniki sənədlər və evin hazırki vəziyyəti əsasında verilmişdir. Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evi mərhum Zaur Məmmədova 2014-cü i ldə bağışlandıqdan sonra, xx.xx.2015-ci ildə Zaur Məmmədovun adına texniki pasport tərtib edilmişdir (i/v 29). Ekspert tərəfindən həmin texniki pasporta və evə baxış keçirilərkən, evin daxilində arakəsmələr yaradılması, həyətyanı sahədə yay mətbəxi inşa olunması və girişində talvar quraşdırılması halları müəyyən olunmuşdur. Evin ümumi dəyəri təqribən 135406,7 manat müəyyən olunduğu halda, aparılmış tikinti-texnik işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 70282,0 manat təşkil etməsi müəyyən olunmuşdur. 38..Kollegiya hesab edib ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edib ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.
39. Cavabdehlərin nikahları dövründə yaşayış evinin əsaslı şəkildə yaxşılaşdırılmaması, evin əmtəə dəyərini artıran yenidənqurma işlərinin həyata keçirilməməsi, evin dəyərinin xeyli artmasına əsas olan vəsaitin sərf edilməməsi ilə bağlı dəlillərini yuxarıda qeyd olunanlara əsasən əsassız hesab edərək qeyd edir ki, cavabdehlər və onların anası X15 ümumiyyətlə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi y aşayış evində yaşamamış, əksinə Məmmədov Zaur Qiyas oğlu 1997-ci ildə İddiaçı3 ilə ailə qurandan sonra həmin evdə yaşamış, onların evin dəyərini artıran əsaslı yaxşılaşdırmalar etməsi tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Bunun əksi cavabdehlər tərəfindən sübut olunmamışdır.
40. Məhkəmə öz mövgeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsi 223.1.,225.1.,225.2.,225.4.,1133.1.,1134.1,1151.1, 1159.1., 1159.1.1, 1162., 1243.2., 1255-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1., 34.1., 35., 37.1., 37.3.-cü maddələrinə, AR MPM-in 14.2, 77.1, 88, 217.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri
53. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (onların vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2(103)3468/2024 saylı qətnaməsinin ləğv edilməsi və Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evində İddiaçı3 1/5 hissədə, İddiaçı1 1/5 hissədə, İddiaçı2 1/5 hissədə, Cavabdeh1 1/5 hissədə, Cavabdeh2 1/5 hissədə paylarının müəyyən edilməsinə dair yeni Qərar qəbul edilməsini xahiş etmişdir.
54. Kassasiya şikayəti belə əsaslandırmışdır ki, İddiaçı3 Məmmədov Zaur Qiyas oğlunun mülkiyyətində olmuş Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evində şəxsən özünün hansı vəsaiti hesabına yaxşılaşdırma işlərinin həyata keçirm əsini apellyasiya məhkəməsinin gedişində sübut edə bilməmişdir. Apellyasiya instansiya məhkəməsi Qətnamə qəbul edərkən həmin halı nəzərə almamış və səhv nəticəyə gəlmişdir.
55. Cavabdehlər kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.4-cü maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 77, 77.1-ci maddələrinə istinad etmişdirlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
56. İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinə qarşı etirazla məhkəməyə müraciət edərək, onun əsassız olduğundan təmin edilməməsini, istər birinci instansiya, istərsə də apellyasiya instansiyasında işin bütün faktiki halları araşdırılmış və düzgün hüquqi qiymət verilməsini, cavabdehlərin narazı qaldıqları və tə ləb etdikləri bütün sübutlar iş materiallarına əlavə edilməsini, lakin cavabdehlərin məqsədləri daha çox pay əldə etmək olduğundan formal olaraq kassasiya şikayəti vermək, Ali Məhkəmənin mövqeyini öyrənmək olmasını bildirərək, Apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 56.Maddə 225.2.Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 59.Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəy ərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. 60.67.Maddə 1162.Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 68.Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 69.Maddə 34.1.Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 70.Maddə
35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. 71.Maddə 37.1.Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutl ara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəz ərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri:
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirdiyi ndən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instans iyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
56. Məhkəmə kollegiyası işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə v ə qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
57. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norma ları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)3468/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.