Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3228/2025 06.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: qazla təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2025-ci il tarixli, 2(103)1800/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binas ında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı abonent olduğu ünvan 1 ünvanı üzrə Cavabdeh əməkdaşları tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi müəyyən edilmiş və Təbii X1nın pozulması haqqında aktlar tərtib olunmaqla, 29 mart 2019-cu il tarixli ******* saylı akt əsasında 864 manat, 30 noyabr 2022-ci il tarixli ******* saylı akt əsasında 4406,40 manat, 30 dekabr 2022-ci il tarixli ******* saylı akt əsasında 734,40 manat ziyan hesab edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona hesablanmış **********300001 kod üzrə 5140,8 manatın və **********300002 kod üzrə isə 864 manat məb ləğində borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yeni yaşayış massivi ünvanında yerləşən fərdi evlər ona məxsusdur. Həmin evlərə Cavabdeh tərəfindən qaz xətti çəkilmiş və **********300001 kodu üzrə smart tipli sayğac, digər **********300002 kodu üzrə isə mexaniki sayğac quraşdırılmışdır. Cavabdeh əməkdaşları tərəfindən evlərdə guya əlavə xətdən istifadə edilməsi ilə bağlı cərimə yazılmışdır. Bunların heç birindən xəbəri olmamışdır. Qaz idarəsində o, həmin aktları və şəkilləri tələb etsə də, aktlar iddiaçıya verilmiş, şəkillər isə verilməmişdir. İddiaçıya məlum oldu ki, **********300001 nömrəli kod üzrə 5140,8 manat **********300002 nömrəli kod üzrə is ə 864 manat cərimə yazıblar.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 2(008)5762/2024 nömrəli qətnaməsi ilə (hakim Ş.Qədirova) iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı **********00001 saylı abunə koduna 30 noyabr 2022-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 4406,40 manat, 30 dekabr 2022-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 734,40 manat, **********00002 saylı abunə koduna 29 mart 2019cu il tarixli ******* saylı akt əsasında hesablanmış 864 manat, ümumilikdə 6004,80 manat məbləğində borcun silinməsi, Cavabdehndən 80,04 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh, iddiaçının qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsiri müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarına əsasən müəyyən edilmədən, birbaşa vurulmuş zərərin ödənilməsi ilə bağlı aktlar tərtib edərək, iddiaçının abunə koduna borc hesablamış, bununla da, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinin tələblərini pozmuşdur. Belə olan halda, 30 noyabr 2022-ci il tarixli ******* saylı akt əsasında 4406.40 manat, 30 dekabr 2022-ci il tarixli ******* saylı akt əsasında 734,40 manat vurulmuş ziyanın da İddiaçı aid edilməsi əsassızdır.
6. Məhkəmə, 29 mart 2019-cu il tarixli ******* saylı akt əsasında hesablanmış 864 manat borcun silinməsi hissəsində də iddia tələbini qanuni və əsaslı hesab etmişdir. Belə ki, cavabdehin təqdim etdiyi və iş materiallarına əlavə edilmiş fotoşəkillərdən həmin şəkillərdəki qanun suz qoşulmanın məhz iddiaçının yaşadığı evə aidiyyətini, habelə iddiaçının təqsirli olmasını müəyyən etmək mümkün deyildir. Təqsir mötəbər sübutlarla təsdiqini tapmır.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 560.1, 560.2, 560.3.5.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. Cavabdeh İB apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-trasoloji ekspertizası üzə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1 9 may 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində hər hansı kənar müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz, zədə və əlavə xətt aşkar edilməmişdir. 10. 29 mart 2019-cu il tarixli, ******* saylı akta münasibətdə göstərilən halların aydınlaşdırılması məqsədilə apellyasiya baxışı zamanı işlə bağlı mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinə müraciət edilmiş, sonuncu tərəfindən məhkəməyə 02 aprel 2025ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Tarif Şurasının “Təbii qazın ölkə daxili tariflərinin tənzimlənməsi barədə” göstərilən illər üzrə müvafiq Qərarını nəzərə alaraq qaz xəttinə qeyri-qanuni qoşulma halında hesablanan zərərin məbləği aşağıda göstərildiyi kimi hesablana bilər: 4320 m3 qaz həcminin 1700 m3 olan hissəsi 0,10 manat (1700 x 0,10 = 170), qalan 2620 m3 olan hissəsi isə 0,20 manat (2620 x 0,20 = 524), cəmi 694 manat.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2025-ci il tarixli, 2(103)-1800/2025 nömrəli qətnaməsi ilə (hakim F.Babayevin sədrliyi və məruzəsi ilə, hakimlər C.Musayeva və E.Kazımov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu, 146 yeni sahə-1 ünvanı üzrə **********00001 saylı abunə koduna hesablanmış 5310,8 manat məbləğində borcun silinməsi, Cavabdehndən 70,80 manat dövlət r üsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.
13. Belə ki, birinci instansiya məhkəməsi qanunsuz qoşulma halının mövcud olmaması və nəticədə hesablanmış borcun bütövlükdə silinməsi qənaətinə gəlmiş, lakin sözügedən borcun hesablanma mexanizminin düzgün aparılıb-aparılmamasını müəyyənləşdirməmiş və bu barədə işdəki sübutların tədqiqini lazımi formada aparmamışdır.
14. İlk növbədə apellyasiya kollegiyası iddiaçının yaşadığı Bakı şəhəri, Sabunçu rayonu 146 yeni sahə-1 ünvanında qaz xəttinə sayğacdan kənar qoşulma izlərinin olubolmamasının müəyyən edilmə si üçün məhkəmə-trasoloji ekspertizasının təyin edilməsini məqsədəmüvafiq hesab etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində hər hansı kənar müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz, zədə və əlavə xətt aşkar edilməmişdir.
15. Məhkəmə tərəfindən aydınlaşdırılmalı növbəti hal isə ondan ibarət olmuşdur ki, iş materiallarındakı abonent saldosundan görünür ki, iddiaçıya məxsus ünvana dair həm 2019-cu ildə, həm də 2022-ci il ərzində aktlar tərtib olunmuşdur. Bundan əlavə tərtib edilən aktlara nəzər yetirdikdə görünür ki, qanunsuz qoşulma halının təsbit edilməsi ilə əlaqədar dəymiş zərərin hesablanması qanunvericiliyin tələblərinə uyğun aparılmam ışdır.
16. Göstərilənlərə münasibətdə apellyasiya kollegiyası hesab etmişdir ki, hazırkı iddianın əsaslılığına qiymət verilərkən 01 may 2022-ci il tarixindən, yəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər edildiyi tarixdən sonra tərtib edilmiş aktlara və həmin tarixədək tərtib edilmiş aktlara münasibətdə ayrı-ayrı xüsusiyyətlər təhlil olunmalı və mübahisəyə həmin tarixləri ehtiva edən qanunvericilik normalarına əsasən qiymət verilməlidir.
17. İlk növbədə 29 mart 2019-cu il tarixli, ******* saylı akta münasibətdə göstərilən halların aydınlaşdırılması məqsədilə apellyasiya baxışı zamanı işlə bağlı mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinə müraciət edilmiş, sonuncu tərəfindən məh kəməyə 02 aprel 2025ci il tarixli mütəxəssis rəyi daxil olmuşdur. Həmin rəydə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Tarif Şurasının “Təbii qazın ölkə daxili tariflərinin tənzimlənməsi barədə” göstərilən illər üzrə müvafiq Qərarını nəzərə alaraq qaz xəttinə qeyri-qanuni qoşulma halında hesablanan zərərin məbləği aşağıda göstərildiyi kimi hesablana bilər: 4320 m3 qaz həcminin 1700 m3 olan hissəsi 0,10 manat (1700 x 0,10 = 170), qalan 2620 m3 olan hissəsi isə 0,20 manat (2620 x 0,20 = 524), cəmi 694 manat.
18. Odur ki, işdəki sübutlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 01 may 2022-ci il tarixinədək, daha dəqiq desək, 29 mart 2019-cu il tarixdə iddiaçının adına tərtib edilmiş akta əsasən hesablanmış borc məbləğindən 694 manat məbləğində olan hissəsi saxlanılmal ı, qalan 170 manat hissəsi isə əsassız olaraq qeyd edildiyindən silinməlidir. 19. 30 noyabr 2022-ci il tarixli ******* saylı və 30 dekabr 2022-ci il tarixli ******* saylı aktlar 2022-ci ilin may ayının 1-dən sonra tərtib olunduğundan, apellyasiya instansiyası məhkəməsi onlara münasibətdə qeyd etmişdir ki, “Qaz təchizatı haqqında” Qanunun (hazırda qüvvədə olan, 2022-ci il mayın 1-dən qüvvəyə minmiş redaksiyada) 13-cü maddəsinin 8-1 bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nü mayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
20. Lakin, qeyd olunan maddənin tələblərinə uyğun birliyin əməkdaşlarının hərəkət etməsi də iş materiallarında müəyyən olunmur.
21. Beləliklə, qeyd edilənlərə əsasən apellyasiya kollegiyası hesab etmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iddiaçının adına hesablanmış 5310,8 manat məbləğində borc silinməli, şikayət qalan hissədə təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
22. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2025-ci il tarixli, 2(103)-1800/2025 nömrəli qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 385, 386, 443.1, 448.2, 1097.1-ci, “Qaz təchizatı haqqında” Qanunun 11, 13, 22-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77, 88, 217.3, 217.4, 218.1-ci maddələri, Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 6.5-ci bəndləri pozulmuşdur.
24. Belə ki, əgər məhkəmə tərtib olunmuş aktları hüquqi cəhətdən etibarlı sübut kimi qəbul edirsə, bu halda aktlarda əks olunmuş bütün məlumatlar, o cümlədən hesablanmış zərərin məbləği də hüquqi nəticə doğurmalıdır. Bu kontekstdə məhkəmə maddi hüquq normalarını qeyri-müəyyən və ziddiyyətli şəkildə tətbiq etməklə hüquqi sabitlik prinsipini pozmuşdur. Həmçinin, apellyasiya kollegiyası 30 noyabr 2022-ci il tarixli ******* nömrəli və 30 dekabr 2022-ci il tarixli ******* nömrəli aktlar üzrə isə “Qaz təchizatı haqqında” Qanuna 25 fevral 2022-ci il tarixdə edilmiş dəyişikliyə əsasən bu Qanunun 13- cü maddəsinə 8-1-ci hissəsinə əlavə edilmiş dəyişikliyə dair Qanun 01 may 2022-ci il tarixdə qüvvəyə mindiyini nəzərə alaraq mövcud vəziyyətdə həmin aktl ar üzrə cavabdehin iddiaçıdan hər hansı məbləğdə zərərin ödənilməsini tələb etməsinin hüquqi əsasının olmadığı qənaətinə gəlmişdir. Belə ki, həmin maddəyə əsasən qanunsuz qoşulma halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər təsbit edilmiş və hüquqi nəticə etibarı ilə qaz paylayıcısı tərəfindən ona vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü bu prosedurdan asılı edilmişdir. Başqa sözlə, bu maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb iddiaçının (istehlakçının) abonent saldosuna daxil edilməsini istisna edir. Həmin aktlar əsasında hesablanmış zərər məbləği iddia çının abonent hesabına daxil edilmişdir. İddiaçının hər hansı həcmdə qazın talanmasında təqsiri aidiyyəti orqan tərəfindən müəyyən edilməmişdir. Bu da həmin aktlar üzrə cavabdehin iddiaçıdan hər hansı məbləğdə zərərin ödənilməsini tələb etməsini qeyri-mümkün edir. Bu səbəbdən də, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası tərəfindən apellyasiya şikayətinin dəlilləri bu hissədə əsassız hesab edildiyi üçün cavabdeh tərəfindən tərtib edilmiş bu aktlar və onlar əsasında qəbul edilmiş qərarlar hüquqi nəticə etibarı ilə etibarsız hesab edilmişdir. İddiaçıya məxsus olan ev üzrə təbii qazdan qaz sayğacından kənar istifadə edilməsini təsdiq edən aktları sübut kimi qəbul edilməmişdir. İşə baxan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanu nunun 13.8-1-ci maddəsinə istinad etmiş, lakin nəzərə almamışdır ki, bu maddənin real tətbiq mexanizmi yalnız Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli, 218 nömrəli qərarı ilə “X1na” daxil edilmişdir. İddiaçının yaşadığı ünvan üzrə 29 mart 2019-cu il tarixdən 30 dekabr 2022-ci il tarixə kimi akt tərtib edilən müddət ərzində iddiaçı məxsus evlərdə təbii qazın istehlak edilməsi səbəbini müəyyənləşdirmək üçün məhkəmə araşdırma aparmamış, iddiaçı tərəfin həmin müddətdə ona məxsus evlərdə təbii qaza (istilik və ya enerjiyə) olan ehtiyacını hansı şəkildə ödədiyini müəyyən etməmiş və iddia tələbini qiymətləndirərkən bu halları nəzərə almamışdır.
25. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
26. Kassa siya şikayətinə yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılma h üququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
28. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirmədiyindən, cavabdeh isə həmin qətnaməni iddianın təmin olunan hissəsində ləğvini xahiş etdiyindən, kassasiya baxışının hədlərini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən həmin hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzi fəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 30. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. 13.8-ci maddəsinə (01 may 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyada) əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qa z paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 13.1-8-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir. 13.9-cu maddəsinə əsasən məi şət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehla kçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5-6.7-ci bəndələrinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.5-ci bəndinə (xx.xx.2023-cü il tarixli dəyişikliklərlə) əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etmə li və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan m üəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şik ayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mah iyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə ətraflı hüquqi qiymət vermişdir.
35. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, “Qaz təchizatı haqqında” Qanun 01 may 2022-ci il tarixdən qüvvəyə mindiyindən, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə riayət etməklə, iddiaçının mübahisələndirdiyi 30 noyabr 2022-ci il tarixli ******* saylı və 30 dekabr 2022-ci il tarixli ******* saylı aktlara həmin Qanunun hazırda qüvvədə olan 13.1-8-ci maddəsini tətbiq etmişdir. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarında dəyişikliklərin nə vaxt edilməsi əhəmiyyət kəsb etmir.
36. Digər tərəfdən, göstərilən ak tlar iddiaçı tərəfindən cavabdehə ziyanın vurulmasının sübutu kimi qiymətləndirilə bilməz. Bu səbəbdən ki, X1nın tələbinə uyğun olaraq aktları lazımi qaydada tərtib etmək və bir nüsxəsini abonentə təqdim etmək, cavabdehə məxsus qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirildiyi və məhz aktlarda (hesabatlarda) göstərilən cihazların müəyyən edildiyi barədə zəruri sübutları məhkəməyə təqdim etmək, qanunsuz qoşulma halları üzrə hesablanmış zərərin ödənilməsini uzun müddət ərzində cavabdehdən hansı səbəbdən tələb edilmədiyini əsaslandırmaq, qanunvericilikdə edilmiş son dəyişikliklərə əsasən əlavə olaraq inzibati xəta və ya cinayət icraatının başlanılması üçün müvafiq tədbirlərin görülməsi vəzifəsi cavabdeh təşkilatın üzərində olmuşdur. Lakin cavabdeh iddiaya məxsus evə dair qazdan istifadəyə görə hesablanmış borcla bağlı mövqeyini əsaslandıra bilməmiş və bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir.
37. Hazırkı işdə cavabdeh təşkilat tərəfindən birtərəfli qaydada müvafiq akt tərtib edilməklə, zərər hesablanmış, həmin zərərin istehlakçının təqsirindən yaranmasına dair müvafiq orqanın və ya məhkəmənin qərarı alınmamışdır.
38. Odur ki, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri formal xarakter d aşımaqla, əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2025-ci il tarixli, 2(103)-1800/2025 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.