Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3229/2022 09.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, cavabdeh3na və Cavabdeh2 qarşı ilk, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı tələblər barədə iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə, cehiz əşyaların çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, cavabdeh3na və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı cehiz əşyaların çıxarılması tələbinə dair qarşılıqlı iddialar barədə iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)432/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə 9 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabdeh3 xx.xx.2014-cü il tarixdə rəsmi nikaha girmişlər. 2. 04.08.2015-ci il tarixli və xx.xx.2019-cu il tarixli Doğum haqqında şəhadətnamələrin surətinə əsasən, İddiaçı ilə Cavabdeh3 birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 adlı uşaqları doğulmuş və onlar yetkinlik yaşına çatmayıblar.
3. Ağdam Rayon Məhkəməsinin XX aprel 2021-ci il tarixli 2(013)XXX/2021 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında olan nikah pozul muşdur.
4. Ağdam rayonu İH başçısının XXX kəndi İƏD üzrə nümayəndəliyinin № 431 nömrəli 07 aprel 2021-ci il tarixli arayışına əsasən Ağdam rayonu, XXX kəndində yaşayan arvadı Cavabdeh2, Cavabdeh1, gəlini İddiaçı, nəvələri X5 və X1 cavabdeh3 ailə üzvləridir.
5. Ağdam rayonu İH başçısının XXX kəndi İƏD üzrə nümayəndəliyinin № 491 nömrəli 28 aprel 2021-ci il tarixli arayışına əsasən Ağdam rayonu, XXX kəndidə Cavabdeh1 məxsus 1990-cı ildə onun tərəfindən mişar daşından tikilmiş 53 kv.m sahəsi olan 2 otaqdan ibarət fərdi yaşayış evi vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1, cavabdeh3na və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə olan birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüd lü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2, adlı övladları ilə birlikdə cavabdehlərə məxsus XXX rayonu XXX kəndində yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. Cavabdehlərdən Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsini, cavabdeh İddiaçı üzərinə ona məxsus XXX rayonu XXX kəndində yerləşən fərdi yaşayış evindən əmlakının yəni cehiz əşyalarının çıxarılması vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçının nümayəndəsi iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, o Bakı şəhərində kiçik bir evdə iki övladı ilə birgə yaşayır, lakin ev dar olduğu üçün onlar rahat yaşaya bilmirlər. Qızına məxsus cehiz əşyaları cavabdehin evindədir. İddiaçı və ik i övladının rahat yaşaması üçün cavabdehlərə məxsus XXX rayonu XXX kəndində yerləşən fərdi yaşayış evində yaşamalarına zərurət var.
9. Məhkəmə iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili X3 qarşılıqlı iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, hazırda iddiaçı cehiz əşyalarını təmsil etdiyi şəxsə məxsus XXX rayonu XXX kəndində yerləşən 2 otaqdan ibarət olan fərdi yaşayış evinin 1 otağına yığmışdır. Boş qalan bir otaqda isə cavabdehlər çətinliklə yaşayırlar. İddiaçı köçmək istədiyi 50 kvadrat metr sahəsi olan yaşayış evi və 0.8 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ əsasında sabiq qayınatası A. Həsənova məxsusdur. Ona görə ilk iddiap rədd edilməli, qarşılıqlı idia təmin edilməlidir.
10. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi üzrə ilki n iddianın rədd edilməsi, cavabdeh İddiaçı cavabdeh İddiaçı üzərinə ona məxsus XXX rayonu XXX kəndində yerləşən fərdi yaşayış evindən əmlakının yəni, cehiz əşyalarının çıxarılması vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Ağdam Rayon Məhkəməsinin 2(013)-1170/2021 nömrəli mülki iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 adlı övladları ilə birlikdə ilkin iddia üzrə Cavabdeh1ov Məmməd oğluna məxsus XXX rayonu XXX kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi, ilkin iddianın cavabdehlər cavabdeh3na və Cavabdeh2 aid hissədə təmin edilməməsi, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 iddiaçı (qar şılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı ona məxsus XXX rayonu XXX kəndində yerləşən fərdi yaşayış evindən əmlakının yəni cehiz əşyalarının çıxarılması vəzifəsinin qoyulması barədə qarşılıqlı iddiasının təmin edilməməsi, işə baxılması ilə əlaqədar hər iki iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıların özünə aid edilməsi qət edilmişdir
12. Məhkəmə öz mövqeyini əsaslandıraraq və Azərbaycan Respublikası Konstitusiyasının 43, Mülki Məcəllənin 27, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad edərək belə nəticəyə gəlmişdir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə qanuni əsası olmadığından təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Ağdam Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli 2(0 13)-1170/2021 saylı qətnaməsindən ilk iddia üzrə Cavabdeh1 apellyasiya şikayəti vermişdir.
14. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbinə zidd qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi keçmiş ailə üzvü hesab edilən İddiaçı hansı əsaslara görə Cavabdeh1 məxsus evə köçürməsini qətnamədə qeyd etməmişdir. Beləliklə də, birinci instansiya məhkəməsi işin hallarına obyektiv hüquqi qiymət verməmiş, tərəflərə münasibətdə düzgün hüquqi nəticəyə gəlməmiş və nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə çıxarmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə si, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-432/2022 nömrəli iş üzrə 12 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Ədil Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, hazırki işdə mübahisə olunan ev müvafiq dövlət qeydiyyatına alınmamış, cavabdehlərin həmin evə mülkiyyət hüququ yaranmamışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2014-cü ildən yarandığına və mübahisə olunan ev müvafiq dövlət qeydiyyatına alınmadığı na görə, mövcud mübahisə ilə bağlı yaranan münasibətlərin birbaşa həlli qanunvericilikdə nəzərdə tutulmadığından, onlar arasında yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin maddələrinə uyğun olaraq həll edilməlidir.
17. Bundan başqa kollegiya qeyd etmişdir ki, yaşayış sahəsindən istifadənin hüquqi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonraAzərbaycan Respublikası MM-in) 228-ci maddəsində isə mülkiyyətçi ilə istifadəçinin istifadə hüququna dair notarial müqavilə bağlamasına dair müddəalar nəzərdə tutulmuş, yaşayış sahəsinin mülkiyyətçisinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması təsbit edilmişdir. Göründüyü kimi, həm Azərbaycan Respublikasının yeni Mənzil Məcəlləsi, həm d ə Mülki Məcəlləsi fiziki şəxslərin yaşayış sahəsindən istifadəsini o şərtlə mümkün hesab etmişdir ki, istifadə hüququ tələb olunan yaşayış sahəsi mülkiyyətdə (dövlət, bələdiyyə və fiziki şəxslər), yəni daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış yaşayış sahələrindən daimi və ya müvəqqəti olaraq istifadə etmənin hüquqi əsasları Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa tənzimlənməmişdir.
18. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab etmişdir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır.
19. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Mənzil Məcəlləsinin 17.2.1, 30, 68, Mülki Məcəllənin 11.5, 27.2, 228, Ailə Məcəlləsinin 49, Mül ki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-432/2022 nömrəli 12 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 (vəkil X3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və yenidən baxılması üçün apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mövcud mübahisə ilə bağlı münasibətlərin birbaşa həllinin qanunvericildə nəzərdə tutulmadığından mübahisəyə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsini tətbiq etmişdir. Apellyasiya instansiyas ı məhkəməsinin istinad etdiyi hüquq normasının tələbindən də görünüyü kimi əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verdikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır. Kassatorun oğlu Cavabdeh3la İddiaçı arasında xx.xx.2014-cü iləd bağlanmış nikah Ağdam Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı cehiz əşyalarını onun evindən çıxarmışdır.
22. Bundan başqa apellyasiya instansiyası məhkəməsi mövcud mübahisə ilə bağlı münasibətlərin birbaşa həllinin qanunvericildə nəzərdə tutulmadığından Mənzil Məcəlləsinin 68-ci maddəsini tətbiq etmişdir. Halbuki Mənzil Məcəlləsinin 59.1-ci maddəsinin tələbindən göründüyü kimi sosial kirayə müqaviləsində bir tərəfdə dövlət və ya bələdiyyə mülkiyyətçi qismində işt irak etdiyi üçün bu normanın oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik norması kimi mübahisəyə tətbiq oluna bilməz. Əgər apellyasiya məhkəməsi mübahisəyə qanunun analogiyasını tətbiq edirdisə onda mübahisənin daha ədalətli həlli üçün Mülki Məcəllənin 228-ci maddəsini tətbiq etməli idi.
23. Kassator bildirmişdir ki mübahisə predmeti olan ev 1990-cı ildən Cavabdeh1 gözlənilən istifadəsindədir. Şərh olunanlara əsasən mübahisəli yaşayış sahəsi Cavabdeh1 gözlənilən mülkiyyətidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “X9 haqqında” Azərbaycan Respublikasının Qanunu
25. Maddə 1.0.11. hüququn analogiyası – yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanun vericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi deməkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
27. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
28. Maddə 14.2. Məhkəmə yaln ız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
81. Qanuna və ya digər X9a əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
36. Maddə 418.1. Maddi v ə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, mübahisə ilə bağlı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə əsaslı deyil.
39. Əvvəla, qanunun analogiyası ilə bağlı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə qanunsuzdur. Belə ki, “X9 haqqında” Azərbaycan Respublikasının Qanununda qanunun analogiyasına anlayış verilmişdir.
40. Həmin Qanunu 1.0.10. maddəsinə əsasən qanunun analogiyası dedikdə – konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi başa düşülür.
41. Normanın dispozisiya şərtlərindən göründüyü kimi işə baxılarkən konkret ictimai münasibətləri nizama salan maddi hüquq normalarının olma ması halında oxşar münasibətləri nizama salan normaların tətbiqi mümkün sayılır. Oxşar münasibətləri nizama salan normaların tətbiqi üçün iki şərt olmalıdır. 1-ci şərt, həmin normalar oxşar münasibətləri nizama salmalıdır, 2-ci şərt, tətbiq olunan normalar həmin vaxt qüvvədə olmalıdır.
42. Apellyasiya Məhkəməsi mübahisəyə qüvvədə olan Mənzil Məcəlləsinin 68-ci maddəsini tətbiq etməkdə səhvə yol vermişdir.
43. Mənzil Məcəlləsinin 68.1.-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfində n yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2.-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.
44. Apellyasiya məhkəməsinin istinad etdiyi yuxarıda qeyd olunan maddi hüquq normasının nizama saldığı münasibətlər hazırkı mübahisədə iştirak edən tərəflər arasında mövcud olan mənzil münasibətlərinə uyğun ( oxşar deyil) deyil.
45. Məhkəmələr müəyyən etmişlər ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi və evin özü iddiaçının keçmiş qayınatası Cavabdeh1 məxsusdur. Qətnamə ilə İddiaçı X5 və X2 ilə birlikdə Cavabdeh1ov məxsus XXX rayonu XXX kəndində yerləşən fərdi yaşayış evinə köçürülmələri qət olunmuşdur (qətnamənin qət etdi hissəsi).
46. Ona görə məhkəmələr iddiaçının-keçmiş gəlinin, keçmiş qayınataya məxsus olan (məhkəmələr müəyyən edib ki, ona məxsusdur) evə köçürülməsinin maddi hüquqi əsasını tapmalıydılar. Hər bir halda qüvvədə olan Mənzil Məcəlləsinin 68-ci maddəsinin dispozisiya şərtləri həmin işin faktiki halları ilə açıq-aşkar uyğun deyil.
47. Bundan başqa, məhkəmələr mübahisəli evin qarşılıqlı iddiaçıya məxsus olması, onun vəsaiti hesabına 1990-cı ildə inşa edilməsini müəyyəfn etmişl ər. Lakin, işdən görünür ki, ev Cavabdeh1ov məxsus olsa da, evin müvafiq şəhərsalma qaydalarına riayət edilməklə inşa edilməsinə dair müvafiq rəsmiləşmələr aparılmamışdır.
48. Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi, yaxud belə tikilinin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi mümkün deyildir.
49. Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir.
50. Baxılan iş üzrə mübahisəli evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir.
51. Lakin iddiaçı məhkəməyə nəinki belə sübutlar təqdim etməmiş, əksinə həmin halların mövcud olması məsələsini qaldırmamış, əksinə özü etiraf edir ki, ev onların nikahından əvvəl inşa edilmişdir və məhkəmələr evin qayınataya məxsus olmasını işin mübahisəsiz halları kimi qəbul etmişlər.
52. Analoji mübahisələrin həlli ilə bağlı vahid məhkəmə təcrübəsi əşya hüquqlarının qorunması istiqamətində inkişaf edir. Ona görə başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün t utulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məs: hüquqlarını qeydə alanadək, və yaxud maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən (əşyanın maddiləşmiş kütləsində payı olmayan) digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir. Ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır.
53. Bundan başqa, Məhkəmə kollegiyası qeyd etməy i zəruri hesab edir ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Riersack Belçikaya qarşı” iş üzrə 1 oktyabr 1982-ci il tarixli qərarı, “X10rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
54. Məhkəmə qərarının ədalətli olması şərtlərindən 1-cisi tərəflər arasında ədalətli tarazlığın qorunmasıdır. Hazırkı işdə mübahisəli evi keçmiş qayınata inşa etmişdir. Ev iki otaqdan ibarətdir. Həmin evdə keçmiş qayınata öz ailəsi ilə yaşamaqda davam edir. Artıq ailə münasibətləri po zulmuş keçmiş gəlinin həmin evə köçürülməsinin hansı birgəyaşayış qaydalarına səbəb olacağı aydın görünür. Ona görə yekun qərar qəbul edən məhkəmə tərəflərin mənafeyləri arasındakı ədalətli tarazlığı işin sübuta yetirilmiş faktiki halları fonunda müəyyən etməlidir.
55. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, Apelyasiya Məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, buda qətnamənin ləğv olunması üçün əsasdır.
56. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Həmin iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-432/2022 nömrəli, xx.xx.20 22-ci il tarixli qətnaməsi ləğv edilsin. Mülki iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.