Məhkəmə qərarları › İş №2(102)-323/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-323/2024

20.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-323/2024 20.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qonşuluq hüququnun pozulması ilə əlaqədar cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması, yolun açılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qonşuluq hüququnun pozulması ilə əlaqədar cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması, yolun açılması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1380/2023 nömrəli, 12 sentyabr 202 3cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 fevral 2024- cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 saylı qərarına görə JN 316A saylı, KOD 60807018 nömrəli şəhadətnaməyə əsasən, Ağcabədi rayonu Hüsülü kəndində yerləşən 0,17 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. 2. 2020-ci ildə Cavabdeh iddiaçı ilə qonşu torpaq sahəsində dövlət tərəfindən yaşayış evi tikilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qonşuluq hüququnun pozulması, qeyri-qanuni hərəkətlərinə son qoyulması və zəbt olun muş gedişgəliş yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə Ağcabədi rayonu Hüsülü kəndində yerləşən 0,17 ha həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir. 2009-cu ildə həmin torpaq sahəsində özünə ev tikdirmiş və həmin vaxtdan da orada yaşayır. 2020-ci ildə Cavabdeh onunla qonşu torpaq sahəsində dövlət tərəfindən yaşayış evi tikilmişdir. Cavabdeh həmin evə köçdükdən sonra onun yaşadığı evə gedən yolu qanunsuz olaraq zəbt edərək bağlamışdır. Yolun açılması barədə dəfələrlə cavabdehə müraciət etmiş, lakin cavabdeh onun evinə gedən avtomobil yolunu açmamışdır.

5. Cavabdeh iddi anı qəbul etməyərək göstərmişdir ki, 2020-ci ildə birinci Qarabağ müharibəsi veteranı olması ilə əlaqədar Ağcabədi rayonu Hüsülü kəndində ona torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində dövlət tərəfindən ona yaşayış evi tikilmişdir. İddiaçının evinə gedən avtomobil yolu onun tərəfindən zəbt edilməmişdir. İddiaçının iddia etdiyi yol bələdiyyə tərəfindən ona verilən torpaq sahəsində yerləşir və onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi onun xüsusi mülkiyyətində olduğu üçün torpaq sahəsinin ətrafına məftil torla hasar çəkmişdir. İddiaçının evinə başqa yerdən yol vardır.

6. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2023-cü il tarixli, 10/1626 nömrəli rəyindən görünür ki, İddiaçı istifadəsində olan yaşayış evinə gedən avtomobil yolu Hüsülü bələdiyyəsinin mülkiyyəti ndə olmuşdur. Qeyd edilən avtomobil yolu Cavabdeh xüsusi mülkiyyətinə verilsə də, naturada mövcuddur. Həmin yol Cavabdeh tərəfindən məftil tor vasitəsilə bağlandığına görə hal-hazırda İddiaçı naturada olan yoldan istifadə edə bilmir.

7. Ağcabədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(017)-43/2023 nömrəli iş üzrə 21 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rəşad Nuriyev) iddia təmin edilmiş, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 saylı qərarına əsasən JN 316A saylı, KOD 60807018 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş və Ağcabədi rayonu Hüsülü kəndində yerləşən 0,17 ha həyətyanı torpaq sahəsinin gedən avtomobil yoluna Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması və həmin avtomobil yolunun açılması qə t edilmişdir.

8. Məhkəmənin mövqeyinə görə işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən İddiaçı Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 saylı qərarına əsasən JN 316A saylı, KOD 60807018 nömrəli şəhadətnamə ilə mülkiyyətinə verilmiş və Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən 0,17 ha həyətyanı torpaq sahəsinin gediş-gəliş yolu bağlandığı üçün iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Bu hal iş materialları və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2023-cü il tarixli, 10/1626 nömrəli rəyi ilə öz təsdiqini tapmışdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1,157.4 və 170.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası mə hkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, Ağcabədi Rayon Məhkəməsinin 2(017)43/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. 0,08 ha torpaq sahəsi Ağcabədi rayon DNK, 4Ə-540, xx.xx.2016 saylı qərarı əsasında 2016-cı ildən onun mülkiyyətinə verilmiş və xx.xx.2020-ci ildən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən onun adına mülkiyyət hüquqlarını təsdiq edən-Çıxarış verilmişdir. O, Vətən Müharibəsi iştirakçısıdır və əlil olduğu üçün 2020-ci ildə dövlətin vəsaiti ilə on a həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş və ailəsi ilə birlikdə həmin evdə yaşayır. İddiaçının gediş-gəliş yolu kimi təqdim etdiyi və guya onun tərəfindən zəbt olunduğunu iddia etdiyi 0,08 ha torpaq sahəsi heç bir halda onun tərəfindən zəbt edilməmişdir, gediş-gəliş yolu adlanan torpaq sahəsi onun mülkiyyətində olan torpağın tərkib hissəsidir. Həmin torpaq sahəsinə çıxarış verilərkən DƏDRX-nın əməkdaşları dəfələrlə torpaq sahəsini ölçərək həmin sənədi ona vermişlər və orada gediş-gəliş yolu olmasına dair heç bir rəsmi sənəd mövcud olmamışdır. Məhkəmə qətnamə qəbul edərkən onun mülkiyyət hüququnu nəzərə almamış və mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq yol məqsədilə açılmasını qət etmişdir.

12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – a pellyasiya instansiyası məhkəməsi) 2(106)-1380/2023 nömrəli mülki iş üzrə 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Tofiq Heydərov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması və İddiaçı Cavabdeh qarşı maneələrə son qoyulması və avtomobil yolunun açılması tələbinə dair iddiasının rədd edilməsi qət olunmuşdur.

13. Apellyasiya məhkəməsinin qənaətinə görə işə birinci instansiyada baxan məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, qətnaməni maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq etdilməməsi ilə çıxarmışdır.

14. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il ta rixli 01 saylı qərarı ilə Ağcabədi rayonu Hüsülü kəndində yerləşən 0,17 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş, onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Cavabdeh mülkiyyətində də 0,08 ha torpaq sahəsi vardır. Bu barədə onun adına mülkiyyət hüququnu təsdiq edən xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. İddiaçı tələbində həyətyanı torpaq sahəsinin gediş-gəliş yoluna cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması və avtomobil yolunun açılmasını tələb etmişdir.

15. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssisinin arayışı əsasında verilmiş məhkəmə mühəndistexniki ekspertizasının 11 aprel 2023-cü il tarixli, 10/1626 nömrəli rəyinə görə, İddiaçı istifadəsində olan yaşayış evinə gedən avtomobil yolu Hü sülü bələdiyyəsinin mülkiyyətində olmuşdur. Qeyd edilən avtomobil yolu Cavabdeh xüsusi mülkiyyətinə verilsə də, naturada mövcuddur. Həmin yol Cavabdeh tərəfindən məftil tor vasitəsilə bağlandığına görə hal-hazırda İddiaçı naturada olan yoldan istifadə edə bilmir.

16. İş üzrə rəy verən 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssisinin iş materiallarına əlavə edilmiş, mübahisəli ərazinin yerquruluşu planından müəyyən edilir ki, xüsusi mülkiyyət hüququ ilə iddiaçı və cavabdehə məxsus olan həyətlər həmsərhəd deyildir. İddiaçının xüsusi mülkiyyətində olan sahədən başqa, onun faktiki istifadəsində olan və bələdiyyə mülkiyyətində olan 0,31 ha torpaq sahəsi də vardır. Bələdiyyə mülkiyyətində olan həmin sahənin bir hissəsi cavabdehin mülkiyyətində olan sahə ilə həmsərhəddir. İddiaçının iddia etdiyi yol, cavabdehin mülkiyyətində olan sahədən və iddiaçının faktiki isifadəsində olan sahədən keçir.

17. Cavabdehin bildirdiyinə görə, iddiaçının sahəsinə digər tərəfdən yol vardır. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının açılmasını tələb etdiyi ərazi cavabdehin mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mübahisəli ərazi cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Onun mülkiyyət hüququnu təsdiq edən sənədin qanuniliyi prezumsiyası vardır. İddiaçı cavabdehin mülkiyyət hüququnu təsdiq edən sənədini hüquqi cəhətdən mübahisələndirməmişdir. Bundan başqa, əgər qonşuların torpaq sahəsinə gedən yol cavabdehin mülkiyyətində olan ərazidən keçirsə, bunun digər hüquqi həlli yolları vardır.

18. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçının mülkiyyətinə gedən avtomobil yolunun cavabdehin mülkiyyətində olan torpaq sahəsi hesabına açılması, cavabdehin mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. Bu cür iddia tələbi təmin edilə bilməz. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan və düzgün tətbiq edilmədiyindən qətnamə ləğv olunmalı, iddia əsassız olduğundan rədd edilməlidir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 140-cı və 255-ci, Torpaq Məcəlləsinin 54-cü maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayətində göstərilmişdir ki, Şirvan Apelyasiya Məhkəməsi cavabdehin yalan ifadəsinə və dediklərini nəzərə alıb qeyd etmişdir ki, iddiaçının mübahisə predmeti olan həyatyanı torpaq sahəsinə başqa səmtdən avtomobil üçün gedişg əliş yolu vardır. Onun üçün də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir və iddiaçının iddia tələbi təmin edilməməlidir.

22. Apelyasiya məhkəməsi onun mülkiyyətində olan həyatyanı torpaq sahəsində tikdirdiyi, ailə üzvləri ilə birgə yaşadığı yaşayış evinin gediş-gəliş yolunun cavabdeh tərəfindən qeyri-qanuni bağlaması nəticəsində yaşadığı evdən sərbəst istifadə etməyinə imkan vermədiyi halda əsassız qətnamə qəbul etməklə Konstitusiyada təsbit edilmiş mülkiyyət hüquqlarını qorumayaraq maddi hüquq normasını pozmuşdur.

23. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki Məcəlləsinin 170.2-ci, Mülki Prosesual Məcəllənin 106.1 və 175.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz göndərərək, göstərmişdir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti tamamilə əsassız olduğundan təmin edilməməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

29. Maddə 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisini n xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvv əsi yoxdur.

33. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbi nə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araş dıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikas ı Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

40. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

41. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətin i tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1380/2023 nömrəli iş üzrə 12 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar