Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-323/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin boşaldılması 12.02.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 avqust 2024-cü il tarixli, 2(104)190/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. JN-823 saylı “Torpağa mülkiyyət hü ququna dair” Dövlət Aktı ilə Tovuz rayon Aqrar İslahat Komissiyasının 26 noyabr 1998-ci il tarixli, 26 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində Tovuz rayonu, Aşağı Quşçu kənd sakinləri İddiaçı və onun ailə üzvlərinin adına 1,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır.
2. JN-820 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Tovuz rayon Aqrar İslahat Komissiyasının 26 noyabr 1998-ci il tarixli, 26 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində Tovuz rayonu Aşağı Quşçu kənd sakinləri Cavabdeh və onun ailə üzvlərinin adına 0,78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə m üraciət edərək, Cavabdeh (bundan sonra- cavabdeh) ona və ailə üzvlərinə məxsus Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən 1.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və cavabdeh tərəfindən həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tovuz Rayon Aqrar İslahat Komissiyasının 26 noyabr 1998-ci il tarixli, 26 saylı qərarına əsasən, ona və ailə üzvlərinə Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisindən 1.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdehlə həmkəndlidirlər və bu günədək aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Son bir neçə ildir ki, cavabdeh ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin bir hissəsini zəbt edərək, orada üz üm tingləri əkmiş, beton dirəklər basdırmışdır. Bir neçə ildir ki, cavabdeh onlara həmin torpaq sahəsindən istifadə etməyinə imkan vermir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 10/2654 saylı ekspert rəyinə əsasən, Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi, 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən 4 iyul 2023-cü il tarixli **********28 saylı mütəxəssis rəyindən göstərilənlərlə müəyyən edilmişdir ki, cavabdehin istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 5349 kv.metrə qədər hissəsi elektron məlumat bazasına əsasən JN-823 saylı Dövlət Aktında olan 823-B hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Cavabdehin istifadəsi kimi təqdim edilən torpaq sahəsində çoxillik əkin olan üzüm bağı və beton dirəklər olduğu müəyyən edilmişdir.
6. Tov uz Rayon məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(062)-1112/2023 saylı qətnaməsi ilə (hakim Z.Hünbətov) iddianın qismən təmin edilərək, cavabdehin iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən 1.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 5349 kv.metr hissəsindən çıxarılması və iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, mübahisəli Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən 1.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olmaqla, həmin torpaq sahəsinin 5349 kv.metrə qədər hissəsi cavabdehin qanunsuz sahibliyindədir və cavabdeh uzun müddətdir ki, iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını davamlı şəkildə pozur. Cavabdeh torpaq sahəsinin h əmin hissəsinə hər hansı hüququnu təsdiq edən sənəd təqdim etməmişdir.
8. Beləliklə, məhkəmə qeyd etmişdir ki, cavabdehin qeyd olunan torpaq sahəsindən istifadə etməsi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur.
9. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 139.1, 139.3, 152.1, 157.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməs i ekspert rəyinə istinad etməkdə haqlı olmamışdır. Belə ki, mütəxəssis tərəfindən torpaqlar (tarlalar) arası yollar nəzərə alınmamışdır. Eyni zamanda onun iştirakı təmin edilmədiyinə görə yerdəki vəziyyət barədə düzgün məlumat verilməmişdir. Bu hal reallıqdan kənar rəy verilməsinə səbəb olmuşdur. Belə ki, ekspert rəyində mübahisəli torpaq sahəsinin X3 mülkiyyətində olduğu bildirilsə də, ekspertiza tədqiqatı zamanı torpaq sahəsinin iddiaçıya məxsus olması, planı və ölçüsü sənədindən istifadə olması məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üs-üstə düşməsini müəyyən etmək üçün ilk növbədə çıxarışla iddiaçının adına reyestrdə qeydə alınmış torpaq sahəsinin koordinatlarını (döngə nöqtəlrini) özündə əks etdirən plan, ölçü sənədi ekspertiza tədqiqatına təqdim olunmalı idi. Məhkəmə qətnaməsində o da qeyd olunmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 5349 kv.metr hissəsi mübahisəli torpaq sahəsində deyil, ərazidə olan mövcud tarlalar arası yola ilə üst-üstə düşə bilər. Buradan da belə nəticəyə gəlmək olar ki, reyestr xidməti tərəfindən iddiaçıya məxsus çıxarış səhvən, həm mübahisəli torpaq sahəsinə, həm də yolun üzərinə işlənmişdir. Belə olan halda iddiaçıya məxsus torpaq sahəsinə dair çıxarışın verilmsinə əsas olmuş ilkin torpaqayırma sənədləri məhkəməyə təqdim olunmalı və ekspertiza tədqiqatı məhz həmin sənədlər əsasında aparılmalı idi. Eyni zamanda ona məxsus JN 820 saylı “Torpağın mülkiyyətə verilməsi haqqında” Dövlət Aktından göründüyü kimi qonşu torpaqlar sağ tərəfdən 819 saylı Dövlə t Akt üzrə torpaq sahəsi, sol tərəfdən isə 821 saylı Dövlət Aktına əsasən torpaq sahəsi yerləşir və iddiaçı həmin torpaq sahələrinin mülkiyyətçisi deyil. Belə ki, iddiaçının torpaq sahəsi mübahisəli torpaq sahəsi ilə birbaşa qonşu ola bilməz. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin mübahisəli ərazidə yerləşməsi öz təsdiqini tapmamışdır. Məhkəmə yerli baxış keçirərkən cavabdehin iştirakını təmin etməmiş və ümumiyyətlə iddiaçının təşəbbüsü ilə keçirilən ekspert və mütəxəssis rəylərində onun tərəfindən faktiki göstərilən sahə ilə cavabdehin hansı hissədə zəbt olunan torpaq hissəsini koordinaatlara uyğun təsbit etməmişdir. Bundan əlavə, məhkəmə onun adına olan JN-820 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktındakı fərqi də nəzərə almamışdır. Lakin, məhkəmə işdə olan ekspert və mütəxəssis rəylərini, həmçinin Dövlət Aktlarındakı sürüşmələri, yeni hüquqların dövlət qeydiyyatı haqqında 13 dekabr 2022-cü il tarixli Çıxarış arasında olan ziddiyyətə Mülki Prosessual Məcəllənin 81 və 88-ci maddələrinin tələbləri baxımından hərtərəfli şəkildə qiymət verməli olduğu halda, bunu etməyərək, sadəcə olaraq rəyləri mötəbər sübut kimi qəbul etməklə, prosessual qanunvericiliyin tələblərini kobudcasına pozmuşdur. Belə ki, göstərilən torpaq sahəsinin hansı hissəsində zəbt olunması iş materiallarında öz əksini tapmır. İddiaçı tərəfindən naturada hansı torpaq sahəsinin mütəxəssisə təqdim etdiyi bilinmir, faktiki cavabdeh tərəfindən istifadə olunmayan və ya iddiaçının mülkiyyətində olan torpaq sahəsinin guya onun tərəfindən istifadə olunmuş kimi təqdim edilməsi anlamına gəlir. Buna görə də ekspert rəyi əsaslı hesab edilə bilməz. Bundan əlavə, torpaq sahəsi ilə bağlı mübahisələr olduqda ekspertin əraziyə baxış keçirməsi mütləqdir və tərəflərin iştirakını təmin etmək barədə məhkəməyə vəsatət təqdim etməlidir. Lakin ekspert rəyindən görünür ki, ekspert əraziyə baxış keçirmədən, mülki işin materiallarında olan hüquqmüəyyənedici sənədlərə, yəni mütəxəssis rəyinə əsasən müəyyən etmişdir. Belə ki, işə baxan məhkəmənin qətnaməsində cavabdehin mülkiyyətində olmayan hansı torpaqdan çıxarılması barədə sxem-xəritədə göstərilməmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsinin cavabdehin çıxarılmasını nəzərdə tutan torpaq sahəsinə aidiyyəti yoxdur və cavabdeh həmin torpaq sahəsini zəbt etməmişdir. Bu eyni zamanda üst-üstə düşməyən mütəxəssis rəylərində də öz əksini tapmışdır.
12. G əncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 avqust 2024-cü il tarixli, 2(104)-190/2024 saylı qətnaməsi ilə (hakimlər Ş.Rzaquliyev sədrlik edən, məruzəçi, L.Süleymanov və İ.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilərək, iş üzrə Tovuz Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(062)-1112/2023 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq, iddiaçının cavabdehə qarşı “torpaq sahəsindən çıxarılma və cavabdeh tərəfindən həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi” barədə iddiası rədd edilmişdir.
13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, Tovuz rayon AİK-nın 26 noyabr 1998-ci il tarixli, 26 saylı qərarına əsasən iddiaçıya və ailə üzvlərinə Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisindən JN-823 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilmiş 1.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, cavabdehə və ailə üzvlərinə isə JN-820 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilmiş 0.78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdeh, Reyestr Xidmətinə müraciət edərək faktiki istifadə etdiyi torpaq sahəsi ilə bağlı həmin torpaq sahəsinin 5349 kv.metrə qədər hissəsi Elektron məlumat bazasına əsasən JN-823 saylı Dövlət Aktında göstərilən 823 B hissəsi ilə üstüstə düşdüyü halda mülkiyyət hüququna dair Çıxarış almış və hazırda onun istifadə etdiyi torpaq sahəsi Elektron məlumat bazasına əsasən mülkiyyət kimi təsdiq olunmuşdur.
14. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdıraraq həmçinin qeyd etmişdir ki, cavabdehin və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən 0.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onların adlarına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış, habelə torpaq sahəsinin planı və ölçüsü sənədi hazıda hüquqi qüvvədə olduğundan, habelə tərəflərin faktiki istifadəsində olan torpaq sahələri Dövlət Aktlarındakı cizgilərdən fərqli yerləşdiyindən və Çıxarışda göstərilən cizgilər əsas götürüldükdə hazırda cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə hər hansı müdaxilənin edilməsi öz təsdiqini tapmır. Ona görə də reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə sayıldığından, birinci instansiya məhkəməs inin qətnaməsi ləğv edilərək, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır.
15. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 140, 152.1, 157.2, 171.1-ci maddələrinə, Torpaq Məcəllənin 111-ci maddəsinə, habelə Mülki Prosessual Məcələnin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və JN-823 saylı Dövlət Aktına əsasən ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsinin 823 B hissəsinin 5349 kv.metr hissəsindən cavabdehin çıxarılması barədə yen i qərar qəbul edilməsini xahiş etmişdir.
17. İddiaçı kassasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdehə və ailə üzvlərinə məxsus olan JN-820 saylı Dövlət Aktında göstərilən torpaq sahəsinin qonşu torpaq sahələri ardıcıllığa əsasən JN-819 və JN-821 olmuşdur. Ona və ailə üzvlərinə məxsus olan JN-823 saylı Dövlət Aktında göstərilən torpaq sahəsi 4 hissədən ibarət olmuşdur. Belə ki, həmin torpaq sahəsi JN-823 saylı, JN-823 A saylı, JN-823 B saylı və JN-823 C saylı plan-cizgidə yerləşmişdir, yəni həmin torpaq sahələri bütövlükdə JN-823 saylı Dvlət Aktında göstərilən plan-cizgidə göstərilmişdir. Cavabdehin istifadəsi kimi təqdim olunan torpaq sahəsinin 5349 kv.metr hissəsi Elektron məlumat bazasına əsasən JN-823 saylı Dövlət Aktında o lan 823 B hissə ilə üst-üstə düşür. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən bu hallara əhəmiyyət verməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilmədən, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 avqust 2024-cü il tarixli, 2(104)-190/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
20. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
22. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Azərbay can Respublikasının Torpaq Məcəlləsi
23. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fak tiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
32. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini p ozub, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obeyektiv araşdırmayıb.
33. Belə ki, işin mübahisə olunmayan hallarına görə, Tovuz rayon AİK-nın 26 noyabr 1998-ci il tarixli, 26 saylı Qərarı ilə Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən 1.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının və ailə üzvlərinin birgə mülkiyyətinə verilib və həmin torpaq sahəsi Tovuz rayon Torpaq Şöbəsi tərəfindən verilmiş 09 avqust 1999-cu il tarixli, JN-823 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən mülkiyyət hüququ üzrə onların adlarına qeydə alınıb.
34. Həmçinin işin mübahisə olunmayan digər hallarına görə, Tovuz rayon AİK-nın 26 noyabr 1998-ci il tarixli, 26 saylı Qərarı ilə Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən 0.78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cav abdehin və ailə üzvlərinin birgə mülkiyyətinə verilib və həmin torpaq sahəsi Tovuz rayon Torpaq Şöbəsi tərəfindən verilmiş 09 avqust 1999-cu il tarixli, JN-820 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən mülkiyyət hüququ üzrə onların adlarına qeydə alınıb. Sonradan Reyestr Xidməti tərəfindən Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən 0.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair cavabdehin və ailə üzvlərinin adlarına hüquqların dövlət qeydiyyatı haqqında 13 dekabr 2022-ci il tarixli Çıxarış və 13 dekabr 2022-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilib.
35. Hazırda iddiaçı, cavabdehin ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsinin bir hissəsini zəbt edərək, oraya üzüm tingləri əkdiyini, beton dirəklər basdırdığını və nəticədə torpaq sahəsi ndən sərbəst istifadə etməsinə imkan vermədiyini göstərib, cavabdehin ona və ailə üzvlərinə məxsus olan 1.20 ha torpaq sahəsindən çıxarılmasını və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsini iddia edir.
36. Cavabdeh isə iddiaçıya və onun ailə üzvlərinə məxsus olan torpaq sahəsini zəbt etmədiyini, mübahisəli torpaq sahəsinin onlara məxsus olmasının torpaq sahəsinin planı və ölçüsü sənədi ilə təsdiq edilmədiyini, həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının və onun ailə üzvlərinin adlarına qeydə alınmadığını, bu barədə onların adlarına müvafiq Çıxarış verilmədiyini, başqa sözlə iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan mübahisəli torpaq sahəsinin iddia olunan ərazidə yerləşmədiyini, bunun hər hansı sübutla öz təsdiqini tapmadığını göstərib, iddia ya etiraz edir.
37. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, hazırkı mübahisə üzrə iddiaçının tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbləri nəzərdən keçirilə bilər və həmin normada göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
38. Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün isə aşağıdakı halların mövcud olması tələb olunur: birincisi, əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; ikincisi, əmlakın naturada mövcud olması və başqasının faktiki sahibliyində olması; üçüncüsü, tərəflər arasında müqavilə və sair öhdəliyin olmaması.
39. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: a) mülk iyyət hüququnun tanınması; b) özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi; d) mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi.
40. Məhz mülkiyyətçi, bu maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini tələb edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ- onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, vimdecere- sözündəndir və zor tətbiq edəcəyini elan etmək mənasını verir) mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir.
41. Əvvəla, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qeyd olunan normanın tələblərinə cavab vermir və iş üzrə mövcud olan faktlar, yəni iddiaçıya məxsus olan 5349 kv.metr torpaq sahəsinin də mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınması və ya həmin torpaq sahəsinin onun faktiki istifadəsində olmaması qətnamədə göstərilən hər hansı mötəbər yazılı sübutlarla təsdiq edilmir.
42. Əksinə, işə əlavə edilmiş hər iki mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunur ki, cavabdehin istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 5349 kv.metr hissəsi Elektron məlumat bazasına əsasən, məhz iddiaçının və ailə üzvlərinin adına verilmiş JN-823 saylı Dövlət Aktının 823 B hissəsi ilə üst-üstə düşür və həmin torpaq sahəsində çoxillik əkin olan üzüm bağı və beton dirəklər vardır.
43. Digər tərəfdən, iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.20 ha torpaq sahəsinə dair JN-823 saylı Dövlət Aktının tərkib hissəsi olan plan, cizgi sənədlərindən görünür ki, həmin torpaq sahəsi dörd hissədən ibarətdir. Belə ki, torpaq sahəsinin 1552,94 kv.metr hissəsi 823 saylı; 4365.96 kv.metr hissəsi 823 A saylı; 5383,00 kv.metr hissəsi 823 B saylı; 739,00 kv.metr hissəsi isə 823 C saylı sahədə yerləşir və həmin torpaq sahəsi X4 məxsus 824 saylı; Cavabdeh məxsus 820 saylı; X5 məxsus 822 C saylı və X4 məxsus 824 C saylı qonşu torpaq sahələri ilə həmsərhəddir.
44. Habelə cavabdehin və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.78 ha torpaq sahəsinə dair JN-820 saylı Dövlət Aktının tərkib hissəsi olan plan, cizgi sənədlərindən görünür ki, həmin torpaq sahəsi iki hissədən ibarətdir. Belə ki, torpaq sahəsinin 7300,00 kv.metr hissəsi 820 saylı; 462,00 kv.metr hissəsi isə 820 C saylı sahədə yerləşir və həmin torpaq sahəsi Yusifov Nurəddin Bayram oğluna məxsus 823 B saylı; X2 məxsus 821 saylı; X1 məxsus 819 C saylı; X2 məxsus 821 C saylı qonşu torpaq sahələri ilə həmsərhəddir.
45. Göründüyü kimi, mütəxəssis və ekspert rəylərində göstərilən mübahisəli 5349 kv.metr torpaq sahəsi Elektron məlumat bazasına əsasən iddiaçının və ailə üzvlərinin adına verilmiş JN-823 saylı Dövlət Aktında olan 823 B saylı hissə ilə üst üstə düşür və həmin torpaq sahəsi cavabdehin faktiki istifadəsindədir.
46. Belə olan halda, təkrar ekspertiza keçirib mü bahisəli məsələyə aydınlıq gətirmədən, apellyasiya insitansiyası məhkəməsinin Mülki Məcəllənin 140-cı maddəsinin tələblərinə istinad edərək, mübahisəli 5349 kv.metr torpaq sahəsinin 0.73 ha torpaq sahəsinə daxil olmasını və həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə cavabdehin və ailə üzlərinin adlarına qeydə alınmasını və bu barədə onların adlarına həmin torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və Çıxarışının verilməsini və beləliklə də həmin reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olmasını əsas tutub, iddiaçının əşya hüququna söykənən hazırkı iddia tələblərini lazımi araşdırma aparmadan rədd etməklə, əslində açıq-aşkar Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərini pozub.
47. Həmçinin apellyasi ya instansiyası məhkəməsi, mübahisəli 5349 kv.metr torpaq sahəsinin sənəd üzrə, yəni Dövlət Aktına, Çıxarışa və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə cavabdehin və ailə üzvlərinin adına qeydə alınıb-alınmadığını, həmin torpaq sahəsinin onların adına verilmiş JN-820 saylı Dövlət Aktında, habelə Çıxarışda, “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən cizgilər daxilində yerləşib-yerləşmədiyni, mübahisəli 5349 kv.metr torpaq sahəsinin 0.73 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini aydınlaşdırmayıb və işə əlavə edilmiş mütəxəssis, ekspert rəyləri ilə nəyə görə razılaşmadığını qətnamədə əsaslandırmayıb. Halbuki, MPM-in 101.7, 102.2, 103.1, 103.2-ci maddələrinin mənasına görə, ekspertin rəyi məhkəmə üçün məc buri olmasa da, digər sübutlarla yanaşı məhkəmədə tədqiq edilməklə qiymətləndirilməlidir. Eyni zamanda məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
48. Daha sonra, işə əlavə edilmiş mütəxəssis və ekspert rəylərindən görünür ki, ekspert və mütəxəssis tərəfindən tərəflərin faktiki istifadələrində olan torpaq sahələrinin koordinatları yerində müəyyən edilsə də, onların sənəd üzrə mülkiyyətlərində olan torpaq sahələrinin koordinatları, ölçüsü yerində müəyyən edilməyib. Belə olan halda cavabdehin Dövlət Aktında, Çıxarışda, habelə “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən cizgidən fərqli torpaq sahəsindən istifadə etməsi, onun həmin torpaq sahəsinə yiyələnməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
49. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edili b-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
50. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarında da ifadə olunub.
51. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
52. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edil məli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 avqust 2024-cü il tarixli, 2(104)-190/2024 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçü n həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.