Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3231/2019 13.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil3, Müstəqil tələb irəli sürən üçüncü şəxs qızının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Müstəqil tələb irəli sürən üçüncü şəxs qızının nümayəndəsi və vəkili Vəkil1tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10438/2018 nömrəli iş üzrə 05 fevral 2019-cu il tarixli qərardadından verilmiş kassasi ya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İsmayıl Xəlilov - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İlham Kərimli) 05 fevral 2019-cu il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 oktyabr 2018-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs qızının nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayəti geri qaytarılmışdır. İşin halları: Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli, qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh-yə qarşı “mənzilin ona təhvil verilməsi” barədə iddia tələbi təmin edilərək ünvan 1 ünvanında yerl əşən 4 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi sahəsi 226,6 kvadrat metr olan 5 otaqlı 100 saylı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh-nin üzərinə qoyulması qət edilmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs qızının cavabdehlər Cavabdeh və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin ona təhvil verilməsi və sair tələbləri” barədə iddia tələbi rədd edilmişdir. 18 yanvar 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 29 oktyabr 2018-ci il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs qızının nümayəndəsi X3 və vəkili Vəkil1 tərəfindən kassasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 22 yanvar 2019-cu il tarixli qərardadı ilə nü mayəndə X1 yeni qanunvericiliyə cavab vermədiyindən kassasiya şikayəti geri qaytarılmışdır. Daha sonra 04 fevral 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 29 oktyabr 2018-cu il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs qızının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. Kassasiya şikayəti üzrə yuxarıda göstərilən qərardad qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Müstəqil tələb irəli sürən üçüncü şəxs qızının nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 05 fevral 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya ş ikayəti onunla əsaslandırılmışdır ki, qərardad prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən nümayəndənin səlahiyyəti olmadığı əsası ilə kassasiya şikayəti məhkəmənin 22.01.2019-cu il tarixli qərardadı ilə geri qaytarıldıqdan sonra, həmin qərardadda göstərilən nöqsanlar aradan qaldırılmış və yenidən kassasiya şikayəti verilmişdir. Qeyd olunan qərardad 30.01.2019-cu il tarixdə qəbul edilərək, 01.02.2019-cu il tarixdə kassasiya şikayəti rabitə orqanına təhvil verilmişdir. Ona görə də, müddətin buraxılmasından söhbət gedə bilməz. Tərəflərin izahatları: Müstəqil tələb irəli sürən üçüncü şəxs qızının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı və onun vəkili Vəkil3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini geri qaytarakən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 29 oktyabr 2018-ci il tarixli qətnaməsinin surəti 3-cü şəxsə 21 noyabr 2018-ci il tarixdə poçt vasitəsi ilə çatdırılmışdır. Kassasiya şikayəti isə poçt şöbəsinə 01 fevral 2019-cu il tarixdə təhvil verilmiş, 04 fevral 2019-cu il tarixdə məhkəmənin dəftərxanasına poçt şöbəsinin əməkdaşı vasitəsi ilə təqdim edilmişdir. Müəyyən edilmişdir ki, 3-cü şəxs qızının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən şikayət qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət olmadan verilmişdir.Kassasiya şikayəti müddət ötürülməklə verildikdə müddətin bərpası barədə vəsatət də verilməlidir. Ona görə də, şikayət geri qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, 3-cü şəxs vəkilə etibarnaməni 31 yanvar 2019-cu il tarixdə vermişdir. Kassasiya şikayətinin verilmə müddəti isə 3-cü şəxs üçün 21 yanvar 2019-cu il tari xdə artıq bitmişdir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 05 fevral 2019-cu il tarixli qərardadı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 oktyabr 2018-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs qızının kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməmiş hesab edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 oktyabr 2018-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs qızının kassasiya şikayətini n Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini geri qaytararkən prosessual normaların tədbiqində səhvə yol vermişdir. Belə ki, işdən göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 29 oktyabr 2018-ci il tarixli qətnaməsinin surəti 3-cü şəxs qızı tərəfindən 21 noyabr 2018-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir. Belə olan halda 3-cü şəxsin qətnamədən kassasiya şikayəti vermə müddəti həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405-ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Deməli 3-cü şəxs həmi n qətnamədən kassasiya şikayətini 21 yanvar 2019-cu il tarixə kimi verə bilər. İşdən daha sonra görünür ki, 18 yanvar 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 29 oktyabr 2018-ci il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs qızının nümayəndəsi X3 və vəkili Vəkil1 tərəfindən kassasiya şikayəti verilmişdir. Göründüyü kimi, burada kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 2 aylıq prosessual müddət ötürülməmiş və prosessual müddətin bitməsinə 3 gün qalmış kassasiya şikayəti məhkəməyə təqdim edilmişdir. Lakin kassasiya şikayətində nöqsan olduğundan, yəni şikayəti imzalayan nümayəndə səlahiyyətli olmadığından apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini 22 yanvar 2019-cu il tarixli qərardadla geri qaytar mışdır. Məhkəmənin 22 yanvar 2019-cu il tarixli qərardadını 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil1 31.01.2019-cu il tarixdə rəsmi qəbul etmişdir. Bunda sonra göstərilən nöqsan aradan qaldırılaraq kassasiya şikayəti 01 fevral 2019-cu il tarixdə rabitə orqanına təhvil verilmişdir. Göründüyü kimi 3-cü şəxs qətnamədən prosessual qanunvericilikdə nəzərdə tutulmuş 2 aylıq müddəti ötürmədən kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 3-cü şəxsin verdiyi kassasiya şikayətində nöqsan olduğundan və kassasiya şikayəti geri qaytarıldığından, həmin prosessual hərəkətlərin edildiyi vaxt kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulumş 2 aylıq müddətə daxil edilə bilməz. 3cü şəxs qətnamədən qanunla nəzərdə tutulmuş 2 aylıq müddət ərzində kassasiya şikayətini apellyasiya instansiya sı məhkəməsinə təqdim etdiyi andan müddətin axımı dayanmışdır. Bundan sonra şikayətdə yol verilmiş nöqsan səbəbindən şikayət geri qaytarılmış və şikaytin geri qaytarılması barədə qərardad 3-cü şəxs tərəfindən əldə edildiyi vaxtdan prosessual müddətin axımı davam etmişdir. 3-cü şəxs isə həmin qərardadı aldığı vaxtdan sonra nöqsanı aradan qaldıraraq yenidən şikayət vermiş və prosessual qanunvericilikdə nəzərdə tutulumuş qətnamədən kassasiya şikayəti verilməsi müddətini ötürməmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinin tələbinə görə prosessual hüquq norma larının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Həmin Məcəllənin 417.1.4-cü maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Müstəqil tələb irəli sürən üçüncü şəxs qızının nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməs i mülki kollegiyasının 05 fevral 2019-cu il tarixli qərardadı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 oktyabr 2018-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs qızının kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməmiş hesab edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 oktyabr 2018-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs qızının kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3231/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3231/2019
13.05.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver