Məhkəmə qərarları › İş №2(102)-3231/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-3231/2022

06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3231/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2022-ci il tarixli 2(104)-310/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı Qazax rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, sonuncudan 50.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 11 aprel 2017-ci il tarixli qiyabi qətnaməsi ilə (sədrli k edən, hakim Q.R.Abbasov) iddia təmin edilmiş, cavabdehdən 50.000 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 dekabr 2019-cu il tarixli, 2(104)-255/2019 nömrəli qətnaməsi ilə (hakimlər A.V.Bayramov sədrlik edən, məruzəçi, L.S.Süleymanov və F.Ə.Mehtiyev) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Qazax Rayon Məhkəməsinin 11 aprel 2017-ci il tarixli qiyabi qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə, cavabdehdən 50.000 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25.05.2021-ci il tarixli, 2(102)-2665/21 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 dekabr 2019-cu il tarixli, 2(104)255/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2022-ci il tarixli, 2(104)-310/2022 nömrəli qərardadı ilə (hakimlər Ə.Məmmədov sədrlik edən, məruzəçi, R.Muradov və Ə.Abdullayev) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Qazax Rayon Məhkəməsinin 11 aprel 2017-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. İddiaçı tərəfindən iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1729/2020 nömrəli, 18 fevral 2022-ci il tarixli qərardadından 04.04.2022-ci il tarixdə kassasiya şikayəti verilmişdir. Kassasiya şikayəti öyrənilərkən müəyyən olundu ki, İddiaçı Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevra l 2022-ci il tarixli, 2(104)-310/2022 nömrəli qərardadını 16 mart 2022-ci il tarixdə qəbzə imza etməklə şəxsən qəbul edilmişdir.(iş v.207) Göründüyü kimi, iş materiallarında İddiaçı tərəfindən qətnamənin 16 mart 2022-ci il il tarixdə qəbzə imza etməklə alması barədə sübutlar olduğu halda, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük prosessual müddətin ötürülüb-ötürülməməsi müzakirə edilmədən apelyasiya məhkəməsi kassasiya şikayətini baxılması üçün Ali Məhkəməyə göndərmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in - 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. - 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətin də verilə bilər. - 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. - 130.3-cü maddəsinə əsasən isə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. - 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. - 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərin ə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. - 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, kassasiya şikayətinin MPM-nin 405, 407-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apelly asiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 405, 407, 408 və 411ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)310/2022 nömrəli, 18 fevral 2022-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayətinin MPM-nin 405, 407-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar