Məhkəmə qərarları › İş №2(102)-3231/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3231/2024

11.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3231/2024 11.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Beyləqan rayon X6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər. (neqator tələb) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı Beyləqan rayon X6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “bələdiyyə mülkiyyətinə aid su yolu üçün nəzərdə tutulmuş torpaq sahəsinin zəbtdən azad edilməsi və üzərində olan maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-113/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Torpağın mülkiyyətə verilməsinə dair JN-159A Kod 60700038 şəhadətnaməyə əsasən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarına əsasən Beyləqan rayonu Aşağı Çəmənli kənd sakinləri Cavabdeh3 və ailə üzvlərinə 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir.

2. Torpağın mülkiyyətə verilməsinə dair JN-160A Kod 60700038 şəhadətnaməyə əsasən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarına əsasən Beyləqan rayonu Aşağı Çəm ənli kənd sakinləri Cavabdeh1 və ailə üzvlərinə 0.20 ha həyətyanı torpaq sahəsi verilmişdir.

3. İddiaçı Cavabdeh1 Cavabdeh3 qarşı “torpaq sahəsindən çıxarma” tələbinə dair iddiası üzrə Beyləqan Rayon Məhkəməsinin 28 aprel 2011-ci il tarixli 2(020)-39/2011 saylı qətnaməsindən görünür ki, iddiaçı JN-160A torpağa mülkiyyət hüququna dair şəhadətnamə əsasında mülkiyyətində olan 0.20 ha torpaq sahəsinin 0.03 ha hissəsinin cavabdeh tərəfindən zəbt olunduğunu bildirərək, cavabdehin həmin torpaq sahəsindən çıxarılması, torpağın boşaldılması tələbini irəli sürmüşdür. Aparılan araşdırma nəticəsində məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında əvvəllər mövcud olmuş mübahisələrlə əlaqədar mülki işlərə baxılarkən təyin edilmiş məhkəmə ekspertizasının 26 fevral 2009-cu il tarixli rəyinə əsasən Cavabdeh 1 özünün mülkiyyətində olan torpaq sahəsi ilə Cavabdeh3 mülkiyyətində olan torpaq sahəsi arasındakı bələdiyyə torpağına aid olan 4 metrlik ümumi gediş-gəliş yolunu və həmin hissədə yerləşən su arxını öz mülkiyyətində olan torpaq sahəsinə qataraq Cavabdeh3 su arxının həmin hissəsindən maneəsiz istifadə etməsini məhdudlaşdırmışdır. Məhkəmə iddianı rədd etmişdir.

4. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(020)-39/2011 saylı qətnaməsi iddiaçı Cavabdeh1 tərəfindən apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş və müvafiq olaraq Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(106)-663/2011 saylı qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli, 2(102)-591/12 saylı qərarı ilə şikayətləri təmin olunmamışdır.

5. Azər baycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19 fevral 2019-cu ildə verilmiş **********67-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən 0.1733 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi 0.00786 ha hissədə X3, 0.03144 ha hissədə X4, 0.13396 ha hissədə Cavabdeh3 paylı, həmin torpaq sahəsi üzərində inşa olunmuş 101.2 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi isə sonuncuların ümumi birgə mülkiyyətindədir.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ə razi İdarəsi tərəfindən 12 iyul 2018ci ildə verilmiş **********67-10301 reyestr nömrəli fərdi yaşayış evinə dair texniki pasportda əksini tapmış torpaq sahəsinin situasiya planında su arxı torpaq sahəsinin sərhədində yerləşir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Beyləqan rayon Aşağı Çəmənli kənd Bələdiyyəsi (bundan sonra – iddiaçı və ya Bələdiyyə) iddia ərizəsi (iddia ərizəsi bələdiyyənin sədri X11 tərəfindən imzalanmışdır) ilə məhkəməyə müraciət edərək, cavabdehlərin X6 mülkiyyətinə aid olan su yolu üçün nəzərdə tutulmuş torpaq sahəsindən məcburi qaydada çıxarılması və onlar tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlər X6 mü lkiyyətində olan su yolu üçün nəzərdə tutulmuş torpaq sahəsini zəbt edərək, qeyri-qanuni istifadə etmişlər. Bələdiyyə tərəfindən dəfələrlə hər üç cavabdehlə həmin ərazinin bələdiyyəyə aid olması haqda xəbərdarlıq olunsa da, onlar uzun illərdir ki, bir-birini günahkar çıxardaraq həmin ərazini boşaltmaqdan imtina etmişlər. Bu qanunsuz zəbtlə bağlı Aşağı Çəmənli bələdiyyəsi cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması məqsədi ilə müvafiq instansiyalara müraciət etmişdir, lakin müraciətləri heç biri nəticə verməmişdir.

9. Birinci instansiya məhkəməsində Cavabdeh3 iddianı qəbul etməyərək rədd olunmasını xahiş etmiş və izahatında göstərmişdir ki, iddianı əsassız hesab edir. Bələdiyyənin mülkiyyətində olan su yoluna hər hansı bir maneə yaratmamışdır. Öz torpaq sahəsini suvarması üçün altern ativ su arxı mövcuddur.

10. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul edərək qanuni qərar qəbul edilməsini xahiş etmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 40 saylı ekspert rəyinə əsasən, Beyləqan rayon Aşağı Çəmənli kəndinin Kompleks Yerquruluşu layihəsində, həmçinin Beyləqan rayonunun Aşağı Çəmənli kəndində yerləşən Aşağı Çəmənli bələdiyyəsi ərazisində JN-159 və JN-160 saylı şəhadətnamələr əsasında verilən həyatyanı torpaq sahələri arasında yerləşən bələdiyyə mülkiyyətinə məxsus eni – 4.8m, uzunluğu – 41m düzbucaqlı olmayan 168m 2” torpaq sahəsi göstərilmişdir. Bu torpaq sahəsi naturada faktiki olaraq cavabdehlərin həyətindən küçən hissədə 0.0254 ha təşkil edir. Bu mübahisəli ərazinin coğrafi məkan göstə riciləri xüsusi informasiya sistemləri proqlamları vasitəsilə tərtib olunan plan və sxemdə aydın şəkildə göstərilmişdir. Beyləqan rayonunun Aşağı Çəmənli kəndində yerləşən Aşağı Çəmənli bələdiyyəsi ərazisində JN-159 və JN-160 saylı şəhadətnamələr əsasında verilən həyatyanı torpaq sahələri arasında yerləşən bələdiyyə mülkiyyətinə məxsus su yolu üçün nəzərdə tutulmuş tədqiqat nəticəsində müəyyən edilən 0.0254 ha torpaq sahəsinin 0.0068 ha hissəsi Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsində, 0.0186 ha hissəsi isə Cavabdeh3 faktiki istifadəsində olan torpaq sahəsində yerləşməsi müəyyən olunmuşdur. Beyləqan rayonunun Aşağı Çəmənli kəndində yerləşən Aşağı Çəmənli bələdiyyəsi ərazisində JN-159 və JN-160 saylı şəhadətnamələr əsasında verilən həyətyanı torpaq sahələri arasında yerləşən bə lədiyyə mülkiyyətinə məxsus su yolu üçün nəzərdə tutulmuş torpaq sahələri faktiki olaraq cavabdehlərin istifadəsində olan ərazisində yerləşir.

12. Beyləqan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, 2(020)-75/2022 saylı qətnaməsi ilə (hakim S. Seyfullayev) iddia qismən təmin olunaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 X6 mülkiyyətində olan su yolu üçün nəzərdə tutulmuş torpaq sahəsindən məcburi qaydada çıxarılması və cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması, iş üzrə ekspertiza xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 300(üç yüz) manat məbləğində pul vəsaitinin X9 xeyrinə tutulması qət edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, Beyləqan rayonunun Aşağı Çəmənli kəndində yerləşən Aşağı Cəmənli bələdiyyə si ərazisində JN-159 və JN-160 saylı şəhadətnamələr əsasında verilən həyatyanı torpaq sahələri arasında yerləşən bələdiyyə mülkiyyətinə məxsus eni – 4.8 m, uzunluğu – 41m düzbucaqlı olmayan 168 m2” torpaq sahəsi göstərilmişdir. Bu torpaq sahəsi naturada faktiki olaraq cavabdehlərin həyətindən küçən hissədə 0.0254 ha təşkil edir. Bu mübahisəli ərazinin coğrafi məkan göstəriciləri xüsusi informasiya sistemləri proqlamları vasitəsilə tərtib olunan plan və sxemdə aydın şəkildə göstərilmişdir.Beyləqan rayonunun Aşağı Çəmənli kəndində yerləşən Aşağı Çəmənli bələdiyyəsi ərazisində JN159 və JN-160 saylı şəhadətnamələr əsasında verilən həyatyanı torpaq sahələri arasında yerləşən bələdiyyə mülkiyyətinə məxsus su yolu üçün nəzərdə tutulmuş tədqiqat nəticəsində müəyyən edilən 0.0254 ha torpaq sahəsi nin 0.0068 ha hissəsi Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsində, 0.0186 ha hissəsi isə Cavabdeh3 faktiki istifadəsində olan torpaq sahəsində yerləşməsi müəyyən olunmuşdur. Bu baxımdan da məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

14. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin İV bəndinə, 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 84-cü maddəsinin 1-ci, 111-ci maddəsinin 1 və 2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1, 152.1, 152.5, 157.2, 164.1-ci, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandır mışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdehlərdən Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ona aid hissədə ləğv olunmasını və iddianın digər cavabdehlərə münasibətdə təmin edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin məhkəmə tərəfindən müəyyən olunan hallarına istinad olunmaqla belə əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquqlarının pozulması ilə çıxarılmışdır. Məhkəmənin sübut kimi istinad etdiyi mütəxəsis rəyi tamamilə əsassız olmaqla, heç bir sübutdan üstün hüquqi qüvvəyə malik deyildir. Belə ki, əvvəla qeyd edilən rəy qanunsuz və əsassız məhkəmə qətnaməsində qevd olunan kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi ekspert rəyi deyi l, “X1” mütəxəssis rəyidir. Qətnamədə əsassız olaraq həmin rəy ekspert rəyi kimi qiymətləndirilmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsində icraat dövründə həmin mütəxəssis rəyinə etiraz edərək, yenidən ekspertiza keçirilməsi barədə yazılı vəsatətlə məhkəməyə müraciət etsədə, məhkəmədə ona qarşı ədalətsizliyi gördüyü üçün, həmin vəsatətin iş materiallarına və məhkəmə iclas protokoluna əlavə edildiyinə əmin deyildir. Odur ki, vəsatətin bir surətini şikayətə əlavə edir. İddia 3 cavabdehə qarşı qaldırılsada, qeyd olunan mütəxəssis rəyində bələdiyyə fonduna məxsus su yolunun guya Sudeyib və ona məxsus torpaq sahəsindən istifadə ilə əlaqədar zəbt edilməsi qeyd olunmuşdur. Diqər Cavabdeh2 bələdiyyə fonduna məxsus su yolunu zəbt edib-etməməsi ilə bağlı suala cavab verilməmişdir. Mütəxəss is rəyinin nəticə hissəsindən sanki belə nəticə hasil olur ki, iddia onlar 2 cavabdehə qarşı qaldırılmış, mütəxəssis qarşısında yalnız Sudeyib və ona aid suallar qovulmuşdur. Hesab edir ki, Cavabdeh2 bələdiyyə fonduna məxsus su yolunu zəbt edibetməməsi ilə bağlı suala cavab verməməsi ya bilərəkdən, yada səhlənkarlıqdan edilmişdir. Cünki obyektiv, qərəzsiz və tərəfsiz məhkəmə ekspertizası keçirilsə, müəyyn olunacaqdır ki, əslində bələdiyyə fonduna məxsus su yolunu o yox, Cavabdeh2 və Cavabdeh1 zəbt etmişlər. Əvvəla Cavabdeh2 torpağı onun torpağından yuxarıda, gələn tərəfdə yerləşirki, həmin şəxs illərdir qəsdən suyun axarını kəsərək, torpağı suvarmağına maneçilik törədir. Bundan əlavə, Cavabdeh1 da həmçinin suyun axarının qarşısını kəsərək ona maneçilik törədir. Sonuncuya qarşı suyun hətta məhkəmədə qaldırdığı iddiaya dair yekun məhkəmə qərarı qanuni qüvvəsini alsa da, bu günədək icra olunmur. Belə ki, Beyləqan Rayon Məhkəməsinin 21 aprel 2009-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh1 Beyləqan rayonu, Aşağı Çəmənli kənd Bələdiyyəsinə məxsus torpaqda inşa etdiyi çəpərin onun həyətinə gedən su arxını əhatə etdiyi hissədə sökülməsi qət edilmişdir. Hazırkı məhkəmə qətnaməsində qeyd olunduğu kimi, Cavabdeh1 iddianı, yəni su yolunu zəbt etməsini etiraf etmişdir. Mülki Məcəllənin 170.3-cü maddəsinin mətnindən görünür ki, yuxarı torpaq sahəsinin mülkiyyətçisi suyun təbii axarını dəyişməməlidir. Lakin, yuxarıda qeyd olunan mütəxəsssis rəyində 3-cü Cavabdeh2 mübahisəli torpaq sahəsini zəbt edib-etməməsi sualına ümumiyyətlə münasibət bildirilməmişdir. Hesab etmişdir ki, apellyasiya ic raatı dövründə təkrar ekspertiza təyin edilməli, Cavabdeh2 mübahisəli torpaq sahəsini zəbt edib-etməməsi, suyun axarını qonşunun ziyanına dəyişib-dəyişməməsi müəyyənləşdirilməlidir. İş materiallarından göründüyü kimi, iddia 3 cavabdehə qarşı qaldırılsada, 2 cavabdehə münasibətdə təmin olunmuş və onlardan biri, Cavabdeh1 iddia tələbini qəbul etmiş, o isə qəbul etməmişdir. Çünki, heç kimin torpaq sahəsini zəbt etməmişdir. Əksinə, Sudeyib və Elmirin bələdiyyəyə məxsus su yolunu zəbt etməsi nəticəsində mülkiyyətindən sərbəst istifadə edə bilmir.

17. Məhkəmədə cavabdeh X10 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etmiş və izahatında göstərmişdir ki, mübahisəli su arxını zəbt etməmişdir, ərazinin kompleks yerquruluşu layihəsində arx onun torpaq sahəsinin hüdud larındadır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşdığından apellyasiya şikayəti verməmişdir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Nəsimi Həsənovun tərtib etdiyi mütəxəsis rəyinə istinadla 16 avqust 2023-cü il tarixli 10/4119 nömrəli ekspert rəyində ekspertiza qarşısında qoyulmuş sualları aşağıdakı formada cavablandırılmışdır; 1) Qərardadın birinci sualı üzrə: Torpağın mülkiyyətə verilməsinə dair JN-160A saylı şəhadətnaməyə əsasən Cavabdeh1 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Beyləqan r ayonunun Aşağı Çəmənli kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etmək üçün tədqiqat aparan zaman müəyyən olundu ki, qeyd edilən torpaq sahəsinin kompleks yerquruluşu layihəsində əks olunan koordinatları və ölçüləri ilə onların faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və ölçüləri arasında uyğunsuzluq mövcuddur. Ona görə də X10 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Beyləqan rayonunun Aşağı Çəmənli kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin yerquruluşu planına uyğun yerləşməli olduğu yerin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Eyni zamanda X2 faktiki istifadəsində olan 0.22 ha həyətyanı torpaq sahəsinin də döngə nöqtələrinin koordinatları müəyyən ed ilmişdir. X2 faktiki istifadəsində olan həyətyanı torpaq sahəsində yerləşən mövcud su arxının (43kv.m) da yerləşdiyi ərazi müəyyən edilmişdir. X13 ooğlunun faktiki istifadəsində olan 0.22 ha həyətyanı torpaq sahəsi və həmin ərazidə yerləşən mövcud su arxının (43 kv.m) yerləşdiyi ərazi mövcud baza məlumatlarının toplandığı X7 X8 (TEKUİSdə) qeyd olunmuşdur. 2) Qərardadın ikinci sualı üzrə: Torpağın mülkiyyətə verilməsinə dair JN-160A saylı şəhadətnaməyə əsasən X12 və ailə üzvlərinin umumi birgə mülkiyyətinə verilmiş Beyləqan rayonunun Aşağı Çəmənli kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etmək üçün tədqiqat aparan zaman müəyyən olundu ki, qeyd edilən torpaq sahəsinin kompleks yerquruluşu layihəsində əks olunan koordinatları və ölçüləri ilə onların faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və ölçüləri arasında uyğunsuzluq mövcuddur. Ona görə də Cavabdeh3 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Beyləqan rayonunun Aşağı Çəmənli kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin yerquruluşu planına uyğun yerləşməli olduğu yerin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. X7 X8 (TEKUİS-də) qeyd olunan Cavabdeh3 və onun ailə üzvlərinin faktiki istifadəsində olan 0.15 ha həyətyanı torpaq sahəsinin də döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh3 və ailə üzvlərinin faktiki istifadəsində olan 0.15 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşən (qeyd olunan torpaq sahələri arasında yerləşən su yolu kimi iddia olunan mübahisəli ərazi) torpaq sahəsinin yerquruluşu planına görə yerləşməli olduğu yerin ərazisi də müəyyən edilmişdir. 3) Qərardadın ücüncü sualı üzrə: Qərardadın birinci və ikinci suallarında qeyd olunan səbələrə görə və mövcud su arxının relyefə uyğun olaraq yerləşdiyi ərazi ilə qeyd olunan torpaq sahələri arasında yerləşən mübahisəli ərazinin yerquruluşu planına görə yerləşməli olduğu yer üst-üstə düşmədiyi üçün iddia olunan torpaq sahəsinin Beyləqan rayonunun Aşağı Çəmənli kəndinin kompleks yerquruluşu layihəsində su yolu üçün nəzərdə tutulub-tutulmaması, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olub-olmaması və ölçülərini müəyyən etmək mümkün olmadı. 4) Qərardadın dördüncü sualı üzrə: Qərardadın birinci və ikinci suallarında qeyd olunan səbələrə görə Beyləqan rayonunun Aşağı Çəmənli kən dində Torpağın mülkiyyətə verilməsinə dair JN-159A və JN160A saylı şəhadətnamələrdə qeyd olunan torpaq sahələri arasında yerləşməklə su yolu üçün nəzərdə tutulan torpaq sahəsinin, şəhadətnamələrdə qeyd olunan torpaq sahələrinə qatılmaqla faktiki olaraq həmin torpaq sahəsi mülkiyyətçilərinin istifadəsində olubolmaması, olduğu halda isə hansı ölçülərdə zəbt olunduğunu müəyyən etmək mümkün olmadı. Eyni zamanda mübahisəli ərazidə yerləşən 43 kv.m ölçüdə olan mövcud su arxı X2 faktiki istifadəsində olan 0.22 ha həyətyanı torpaq sahəsində yerləşir və yalnız özü və ailə üzləri tərəfindən istifadə olunur. Beyləqan rayonunun Aşağı Çəmənli kəndinin kompleks yerquruluşu layihəsində Beyləqan rayonunun Aşağı Çəmənli kəndində Torpağa mülkiyyət hüququna dair JN-159A və JN160A saylı şəhadətnamələrdə qeyd olunan torpaq sahələri arasında yerləşən su yolu X10 və ailə üzvlərinə məxsus, eyni zamanda Cavabdeh3 və ailə üzlərinə məxsus torpaq sahələrinin istifadəsi üçün nəzərdə tutulmuşdur. Həmçinin aparılmış araşdırmalar zamanı Beyləqan rayonu Aşağı Çəmənli kəndinin kompleks yerquruluşu layihəsində əks olunan (Beyləqan rayonu Aşağı Çəmənli kəndində Torpağın mülkiyyətə verilməsinə dair JN-159A və JN-160 saylı şəhadətnamələrə əsasən) X5 və ailə üzvlərinə məxsus, eyni zamanda X12 və ailə üzlərinə məxsus torpaqlara dair hüquqi və texniki sənədlərdə qeyd olunan torpaq sahələrinin məkan göstəriciləri və torpaqlarda faktiki istifadə vəziyyətinin məkan göstəriciləri uyğunsuzluq mövcud olduğu müəyyən edilmişdir.

19. Mütəxəsis rəyi və onun əsasında tərtib olunan ekspert rəyinin izah edilməsinə ehtiyac yara ndığından, mütəxəsis rəyini vermiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Nəsimi Həsənov məhkəmə baxış iclasına dəvət edilmişdir. Mütəxəsis mübahisəli su arxının yerləşdiyi ərazinin daha böyük formatda tərtib olunan ölçü planını məhkəməyə təqdim edərək rəyə dair aşağıdakı formada izah vermişdir: planda mübahisəli ərazidə yerləşən Südeyib Həziyevə məxsus torpaq sahəsi (JN-160A) ilə Cavabdeh3 məxsus (JN-159A) torpaq sahələrinin yerində koordinatları düzgün müəyyən olunsa da, torpaq sahələrinə verilən şərti nömrələrdə yanlışlığa yol verilmişdir. Əslində planda 2 şərti nömrə altında cizgisi tərtib olunan torpaq s ahəsi JN-160A saylı şəhadətnaməyə əsasən Cavabdeh1, 1 şərti nömrə altında cizgisi tərtib olunan torpaq sahəsi JN-159A saylı şəhadətnaməyə əsasən Cavabdeh3 məxsus torpaq sahələridir. Tərəflərin ilkin hüquqmüəyyənedici sənədləri olan Torpağa mülkiyyət hüququna dair şəhadətnamələrdə də mübahisəli su arxı torpaq sahələrinin arasında yerləşməklə, torpaqların sərhədi rolunu oynamışdır. Su arxının sağ tərəfində Cavabdeh3 məxsus torpaq sahəsi yerləşir və adına Dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Arxın sol tərəfində isə Cavabdeh1 məxsus torpaq sahəsi yerləşir, lakin sonuncu hüquqlarını daşınmaz əmlakın Dövlət reyestrində qeydə aldırmamışdır. Torpaq sahələrinin arasında yerləşən su arxı bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmaqla adları çəkilən şəxslərə məxsus torpaq sahələrinin suvarılmasından ötrü nəzərdə tutulmuşdur. Hazırda məhkəməyə təqdim etdiyi daha böyük formatda tərtib olunan mübahisəli ərazinin ölçü planına diqqət yetirsək görərik ki, mübahisəli hissədə su arxı tamamilə Cavabdeh1 tərəfindən öz torpaq sahəsinə qatılmışdır.

20. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər T.Kərimov (sədrlik edən və məruzəçi), C.İmanov və P.Əhmədov) birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh3 X6 mülkiyyətində olan su yolu üçün nəzərdə tutulmuş torpaq sahəsindən məcburi qaydada çıxarılması, tərəfindən törədilən maneələrin aradan qaldırılması, Cavabdeh3 300 manat məbləğində pul vəsaitinin X9 xeyrinə tutulması hissələrdə ləğv edilmiş, id dia Cavabdeh3 aid hissədə rədd edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş, iddiaçının iddiası üzrə Beyləqan Rayon Məhkəməsinin 28 aprel 2011-ci il tarixli qətnaməsi ilə müəyyən olunan fakt ondan ibarət olmuşdur ki, Cavabdeh1 özünün mülkiyyətində olan torpaq sahəsi ilə Cavabdeh3 mülkiyyətində olan torpaq sahəsi arasındakı bələdiyyə torpağına aid olan 4 metrlik ümumi gediş-gəliş yolunu və həmin hissədə yerləşən su arxını öz mülkiyyətində olan torpaq sahəsinə qataraq Cavabdeh3 su arxının həmin hissəsindən maneəsiz istifadə etməsini məhdudlaşdırır.

22. Bundan başqa Hazırkı apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə tikintitexniki ekspertizasının rəyi və rəy vermiş mühəndisin rəyə dair izahı ilə işin müəyyən olunan halı ondan ibarət olmuşdur ki, bələdiyyə mülkiyyətinə aid olmaqla ümumi istifadədə olan su arxı mübahisəli ərazidən keçən hissədə tamamilə Cavabdeh1 tərəfindən tutularaq öz torpaq sahəsinə qatılmışdır.

23. Məhkəmə kollegiyası Cavabdeh3 apellyasiya şikayətində gətirdiyi dəlillərlə razılaşaraq hesab edir ki, bələdiyyə mülkiyyətində olan su arxının mübahisəli ərazidən keçən hissəsi onun tərəfindən tutulmadığından, əksinə qonşusu Cavabdeh1 tərəfindən tutularaq öz torpaq sahəsinə qatılması nəticəsində arxdan istifadə etmək hüququ məhdudlaşdırıldığından, iddianı Cavabdeh3 münasibətdə təmin etməklə birinci instansiya məhkəməsi düzgün olmayan, işin həqiqi halları ilə təsdiqini tapmayan hüquqi nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmi n olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh3 aid hissədə ləğv olunaraq, iddia ona münasibətdə rədd edilməlidir.

24. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 2.2, 7.2, 16.2, 27.2-ci, Torpaq Məcəlləsinin 5, 111-ci, Mülki Məcəllənin 157.2, 157.4-cü, MPM-in 14.2, 77.1, 82.3, 88, 107, 115.0.1, 119.1 maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh1 (vəkili Vəkil) kassasiya şikayəti verərək, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli 2(106)-113/2023 saylı qətnaməsini ləğv edərək,mülki işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

26. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsinin tələbini pozmuş, ziddiyətli ekspert rəyinə və mütəxəssis rəyinə istinad etməklə qanunsuz bir nəticəyə gəlmişdir.

27. Beyləqan rayon məhkəməsi ancaq iddiaçının subyektiv fikrinə istinadə edərək, heç bir mötəbər sübut olmadan bu nəticəyə gəlmişdir. Həmin vəziyyəti isə yuxarıda izah etdiyim kimi apelyasiya instansiyası təkrar etmişdir, anlaşılan odur ki heç bir məhkəmə instansiyasında sübutlar tədqiq edilməmiş, mötəbərliyi, işə aid olması müəyyən edilməmiş, subyektiv fikrə uyğun olaraq formal qətnamə qəbul edilmişdir. Şirvan Apelyasiya Məhkəməsi iddiaçının mülkiyyət sənədi olmadığı halda birinci instansiya məhkəməsi tərəfindən iddian ın hansı əsasla təmin olunmasını araşdırmamış, eyni zamanda apelyasiya şikayəti vermiş şəxs Cavabdeh3 mülkiyyətində 0,05 ha torpaq sahəsi olduğu halda, 0,15 ha torpaq sahəsini istifadə etdiyi halda, ekspert rəyində hansı əsasla bələdiyyə mülkiyyətini zəbt etməsini göstərməməsinə münasibət bildirməməsi və öz vəzifəsinə görə həmin halı araşdırmalı olduğu halda araşdırmamış, öz üzərinə düşən vəzifəni tam yerinə yetirməmişdir

28. İddiaçı tərəf bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinin zəbt etmələri barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, birinci instansiya məhkəməsi əsassız olaraq iddianı təmin etmiş, Şirvan Apelyasiya Məhkəməsi isə Cavabdeh3 apelyasiya şikayətini təmin etməklə, qətnamədə onun Konstitusiya ilə təminat altına alınmış mülkiyyət hüququna müdaxilə etmişdir. Belə ki a pelyasiya instansiyası məhkəməsi öz qətnaməsində zəbt olunmuş bələdiyyə mülkiyyətinin onun mülkiyyətimdə olan torpaq sahəsində yerləşməsini göstərmişdir. Əslində mübahisəli ərazinin mütəxəssis rəyini hazırlamış şəxsin mövqeyinə görə həmin ərazidə bələdiyyə mülkiyyətinin olmasını müəyyən etmək mümkün deyildir. Şirvan Apelyasiya Məhkəməsi isə həmin pozuntuya qiymət verməmişdir.

29. Aralarında olan uzun sürən məhkəmə çəkişmələrində də hal-hazırda mübahisələndirilən su arxının onun mülkiyyətində olan torpaq sahəsində olması göstərilmişdir. Həmin arxın onun mülkiyyətimdə olan torpaq sahəsində olması heç kim tərəfindən mübahisələndirilmir. Ehtimallarla heç bir iddia təsdiq oluna bilməz. Həmin arxın onun mülkiyyətində olması Şəhadətnamə ilə təsdiqini tapdığı halda, mütəxəssisin isə həmin ərazid ə bələdiyyə mülkiyyətində torpaq olmasının müəyyən edilə bilməməsi barədə rəyini məhkəmə nəzərə almamışdır. Hesab edir ki Şirvan Apelyasiya Məhkəməsininn Mülki Kollegiyasının gəldiyi nəticə əsaslı deyildir, apelyasiya istasiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işin obyektiv araşdırılması üçün bütün imkanlardan istifadə etməmiş, mülkiyyətində 0,05 ha torpaq sahəsi olduğu halda nəyə görə 0,15 ha torpaq sahəsini istifadə etməsini, zəbt olumuş torpaq sahəsinin həmin torpaq sahəsi olub-olmamasını araşdırmamışdır. Məhkəmə mübahisə üzrə onun mülkiyyət hüquqlarının pozulması ilə bağlı nəticəyə gəlmişdir. Belə ki, mübahisəli su yolunu Cavabdeh3 tərəfidən zəbt edilməsinə baxmayaraq, ekspert rəyi ilə təsdiqini tapmadığı halda belə Cavabdeh3 bələdiyyə mülkiyyətində ola torpaq sahəsini zəbt etmədiyi qənaətinə gəlmişdir.

30. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1, 77.1, 89.1-ci maddələrinə istinad edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

32. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

33. Maddə 5

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. B ütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.

2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.

3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

34. Maddə 111

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ö dənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu:

35. Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır.

36. Maddə 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan to rpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür.

37. Maddə 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

38. Maddə 16.2. Qeyri-qa nuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır.

39. Maddə 27.2. Bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı, habelə bələdiyyələr ilə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübu tlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş p rosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub - olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiy a instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Məhkəmə kollegiyası qeyd edir ki, iş baxan birinci instansiya məhkəməsi tərəfindən Beyləqan rayonunun Aşağı Çəmənli kəndində yerləşən Aşağı Çəmənli bələdiyyəsi ərazisində JN-159 və JN-160 saylı şəhadətnamələr əsasınd a verilən həyatyanı torpaq sahələri arasında yerləşən bələdiyyə mülkiyyətinə məxsus su yolu üçün nəzərdə tutulmuş tədqiqat nəticəsində müəyyən edilən 0.0254 ha torpaq sahəsinin 0.0068 ha hissəsi Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsində, 0.0186 ha hissəsi isə Cavabdeh3 faktiki istifadəsində olan torpaq sahəsində yerləşməsi müəyyən edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 X6 mülkiyyətində olan su yolu üçün nəzərdə tutulmuş torpaq sahəsindən məcburi qaydada çıxarılması və cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması, iş üzrə ekspertiza xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 300(üç yüz) manat məbləğində pul vəsaitinin X9 xeyrinə tutulması qət edilmişdir. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq apellyasiya şik ayəti verməmiş, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh3 X6 mülkiyyətində olan su yolu üçün nəzərdə tutulmuş torpaq sahəsindən məcburi qaydada çıxarılması, tərəfindən törədilən maneələrin aradan qaldırılması, Cavabdeh3 300 manat məbləğində pul vəsaitinin X9 xeyrinə tutulması hissələrində ləğv edilməsini, iddianın Cavabdeh3 aid hissədə rədd edilməsini, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılmasını qət etmişdir.

50. Yəni birinci instansiya məhkəməsinin qətnaməsi sadəcə Cavabdeh3 aid hissələrdə ləğv edilmiş, iddia Cavabdeh3 aid hissədə rədd edilmiş, Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmış, iddiaçı isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirməmişdir.

51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmişdir. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır.

52. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmir.

53. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti tə min edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 sentyabr 2023-cü il tarixli 2(106)-113/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar