Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3232/2020 21.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və vəkili Əliyeva Sevda Rufulla qızının iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)xxx/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim A.İsmayılov) xx.xx.2019-cu il tarixli, 2(060)-xxx/2019 nömrəli qətnaməsi ilə iddiaçı iddiaçının Cavabdehə qarşı “yataqxana otağının boşaldılması” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh yetkinlik yaşına çatmamış övladı X6 ilə birlikdə Sumqayıt şəhəri, ünvan 1-də yerləşən yataqxananın 81 saylı otağından çıxarılmaları və həmin otağın boşaldılaraq İddiaçıya təhvil verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Məmmədov, Ş.Abasov, A.Abbasov) xx.xx.2020-ci il tarixli, 2(105)-xxx/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-xxx/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçının Cavabdehə qarşı “yataqxana otağının boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun yetkinlik yaşına çatmamış övladı X6 ilə birlikdə Sumqayıt şəhəri,ünvan 1 ünvanında yerləşən yataqxananın 81 saylı otağından çıxarılması və həmin otağın boşaldılaraq İddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Şükürov Elxan Şükür oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, iş materiallarından göründüyü kimi cavabdehin başqa yaşayış yeri yoxdur. Məhkəmələr isə cavabdehi başqa yerə köçürmədən və yaşayış yeri ilə təmin e dilmədən otaqdan çıxarılmasına qərar vermişdir ki, bununla da cavabdehin konstitusion hüquqları pozulmuşdur. Bundan başqa cavabdehin istifadə hüquqları da nəzərə alınmamışdır. Göstərilənlərə əsasən onlar iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-xxx/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh və vəkili Şükürov Elxan Şükür oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılması nı mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 və vəkili Əliyeva Sevda Rufulla qızı kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-xxx/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, işin mübahisə edilməyən hallarından görünür ki, cavab dehin yaşadığı Sumqayıt şəhəri, ünvan 1 ünvanında yerləşən yataqxana iddiaçının balansındadır. Azərbaycan Respublikası Mənzil Məcəllənin 91.1.2-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 93.1-ci maddəsinə görə yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. Həmin Məcəllənin 98.1-ci maddəsinə görə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təy inatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh qanunda nəzərdə tutulmuş əsaslar olmadan iddiaçının balansında olan Sumqayıt şəhəri, ünvan 1 ünvanında yerləşən yataqxananın 81 saylı otağında yaşayır. Belə ki, Cavabdeh iddiaçının əməkdaşı deyil və həmin universitetdə təhsil almır. Azərbaycan Respublikası Kon stitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Cavabdeh apellyasiya şikayətində ödədiyi 7000 manatın İddiaçı tərəfindən ona qaytarılmasını və İddiaçının yataqxanasında gələcəkdə yaşamaları qeyri mümkün olarsa, onların mənzillə təmin olunmasının İddiaçının üzərinə qoyulmasını xahiş etsə də, apelyasiya kollegiyası bununla bağlı qeyd etmişdir ki, Cavabdeh iddiaçıya 7000 manat ödəməsi iş materialları ilə sübut olunmur. Cavabdehin apelyasiya şikayətindən və məhkəmə kollegiyasının iclasında verdiyi izahatından görünür ki, o, İddiaçının yataqxanasının 81 sayl ı otağında yaşayan X5 7000 manat ödəyərək həmin otağı almışdır. Apelyasiya kollegiyası onu da qeyd etmişdir ki, Cavabdeh qanuni əsas olmadan Sumqayıt şəhəri, ünvan 1 ünvanında yerləşən yataqxananın 81 saylı otağında yaşadığından, eləcə də Azərbaycan Respublikası Mənzil Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulan yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməyən şəxslər kateqoriyasına aid olmadığından onun digər yaşayış sahəsi ilə təmin olunması İddiaçıya həvalə oluna bilməz. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh kasasiya şikayətində başqa yerə köçürmədən və yaşayış yeri ilə təmin edilmədən otaqdan çıxarılmasının konstitusion hüquql arını pozmasını, həmçinin istifadə hüququnun nəzərə alınmadığını dəlil olaraq göstərsə də, qeyd edilməlidir ki, cavabdehin yaşamış olduğu yaşayış sahəsi xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir və Mənzil Məcəlləsi ilə həmin yaşayış sahələrindən istifadə qaydaları müəyyən edilmişdir. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz. Kasasiya yoxlaması zamanı apelyasiya kollegiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Mə cəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki,kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərə findən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-xxx/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3232/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3232/2020
21.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver