Məhkəmə qərarları › İş №2(102)-3232/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3232/2023

10.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3232/2023 10.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tələbin əsil cavabdehə qarşı verilməməsinin nəticələri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «evə köçürülmə və istifadə hüquqlarının tanınması» tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-249/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassa siya şikayətinə 10 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1 xx.xx.2009-cu il tarixdə Cavabdeh1 ilə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2013-cü ildə X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 anadan olmuşdur.

2. Füzuli Rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli, 2(064)-88/2020 nömrəli qətnaməsi ilə Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların analarının yanında saxlanması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 sabit pul məbləğində alimentin alınaraq İddiaçı1 verilməsi qət edilmişdir.

3. İddiaçı1 2009-cu ildə Cavabdeh1 ilə evlənəndə qayınatası Cavabdeh2 atasından miras qalmış Füzuli rayonu, Kürdmahmudlu kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. 2013-cü ildə Cavabdeh2 başqa ev tikilmiş və İddiaçı1 ilə Cavabdeh1 həmin evə köçürülmüşdr.

4. İddiaçı1 ilə Cavabdeh1 nikahı pozulduqdan sonra Cavabdeh2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı1 ona məxsus olan Füzuli rayon Kürdmahmudlu kəndində yerləşən həmin evdən çıxarılmasını tələb etmiş və Füzuli Rayon Məhkəməsinin xx.xx.2021cı il tarixli, 2(064)-152/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları ilə birlikdə Füzuli rayonu, Kürdmahmudlu kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin evdən ist ifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə nikaha girəndə Cahidin atası Cavabdeh2 Füzuli rayon Kürdmahmudlu kəndində yerləşən, sonuncunun atasından qalma evin Cavabdeh2 aid hissəsinə 2009-cu ildən gəlin köçmüş, onlarla birgə təsərrüfat idarə etməklə 2013-cü ilə qədər azyaşlı uşaqları ilə həmin mənzildə yaşamışdır. 2013-cü ildə birgə təsərrüfat apardıqları cavabdehlərin ümumi razılığı ilə Cavabdeh2 məxsus Füzuli rayonun Kürdmahmudlu kəndində olan digər mənzilə köçüb birgə yaşamağa başlamışlar, məhkəmə qətnaməsi ilə həmin mənzildən çıxarılması qət olunmuşdur. Himayəsində 3 azyaşlı uşağı var və yaşamağa başqa evi yoxdur.

7. Məhkəmə iclasında cavabdehlər iddianın rədd olunmasını xahiş edərək izah atlarında bildirmişlər ki, iddiaçı qısa müddət ərzində həmin evdə yaşamış, sonradan öz istəyi ilə həmin evi tərk edərək digər mənzildə yaşamışdır. Həmin evdə əvvəldən mərhum atasının digər uşaqları yaşamış və indi də yaşayırlar. Bu məsələ eyni tərəflər arasında əvvəl Füzuli Rayon Məhkəməsində baxılmış, Şirvan Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmış digər mülki iş üzrə məhkəmə qətnamələrində də öz əksini tapmışdır.

8. Füzuli Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(064)-515/2022 saylı qətnaməsi ilə (hakim M.Bağırov) İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə və istifadə hüquqlarının tanınması tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı1 azyaşlı uşaqları ilə birlikdə Füzuli rayonun Kürdmahmudlu kəndində yerləşən, Cavabdeh2 ata sından qalmış evin hazırda cavabdehlərin sahibliyində olan hissəsinə köçürülməsi qət edilmişdir.

9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, işin müəyyən olunmuş hallarına görə iddiaçı xx.xx.2009-cu il tarixdə nikaha daxil olaraq mübahisəli evə cavabdehlərin razılığı ilə gəlin köçüb yaşamış, birgə təsərrüfat idarə etməklə 2013-cü ilə qədər azyaşlı uşaqları ilə orada yaşayaraq yaşayış hüququ əldə etmişdir. Lakin mübahisəli mənzilin hüquqmüəyyənedici sənədləri olmadığından həmin mənzilə istifadə hüququnun tanınması əsaslı hesab oluna bilməz.

10. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-cı maddəsinə, Mənzil Məcəlləsinin 68.1, 68.2-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh2 qətnaməd ən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə iddiaçının köçürüldüyü ev onun nə sahibliyində, nə də istifadəsindədir. İddiaçı qısa müddət ərzində həmin evdə yaşamış, sonradan öz istəyi ilə həmin evi tərk edərək digər mənzildə yaşamışdır. Həmin evdə əvvəldən mərhum atasının digər uşaqları yaşamışlar və indi də yaşayırlar. Bu məsələ eyni tərəflər arasında əvvəl Füzuli Rayon Məhkəməsində baxılmış, Şirvan Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmış digər mülki iş üzrə məhkəmə qətnamələrində də öz əksini tapmışdır. Bununla bərabər, Füzuli Rayon Məhkəməsi iddianı ona münasibətdə təmin edərkən qanunun tələblərinə düzgün riayət etməmişdir. Belə ki, məhkəmə ona aid olan hissədə düzgün və hərtərəfli araşdırma aparmamış, işə birtərəfli yanaşmışdır. Hesab edir ki, məhkəmə işin ona aid olan hissəsində nə iş üzrə həqiqi halları müəyyən etməmiş, nə də qətnaməni düzgün əsaslandıra bilməmişdir. Buna görə də, həmin qətnamə əsassızdır və ləğv olunmalıdır. Məhkəmə qərar qəbul edərkən mülki və mənzil qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur. Onun və oğlu Cavabdeh1 həmin ev üzrə cavabdeh qismində hazırkı mülki prosesə cəlb olunmağı tamamilə əsassızdır. Çünki həmin ev onların istifadə və sahibliyində deyildir. Orada əvvəldən də və hazırda da qardaşı X5 öz ailəsi ilə birlikdə yaşayır və həmin ev tamamilə onun sahibliyindədir.

13. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müstəqil tələb irəli sürmə yən üçüncü şəxs qismində işə cəlb edilmiş X5 apellyasiya şikayətinə uyğun izahat verərək bildirmişdir ki, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətindədir. Evdə əvvəldən özü yaşamışdır və hazırkı iş üzrə cavabdehlər və ailə üzvləri onun evində müvəqqəti yaşamışdır. Mübahisəli fərdi yaşayış evini 1984-cü ildə öz vəsaiti hesabına inşa etdirmiş, hazırda da özü və ailə üzvləri həmin evdə yaşayırlar. Əvvəllər mübahisəli evin yarı hissəsində özü, yarı hissəsində isə qardaşı – hazırkı iş üzrə Cavabdeh2 evi olmadığı üçün ailə üzvləri ilə birlikdə müəyyən müddət ərzində müvəqqəti olaraq yaşamışlar. İddiaçı Cavabdeh1 ilə evləndikləri zaman Cavabdeh2 adına Norveç qaçqınlar şurası tərəfindən tikilmiş 1 otaqlı fərdi yaşayış evi kiçik olduğu üçün İddiaçı1 hazırki evə gəlin köçmü ş, 2014cü ildə isə Norveç qaçqınlar şurası tərəfindən tikilmiş həmin 1 otaqlı fərdi yaşayış evinə köçmüşlər. Mübahisəli fərdi yaşayış evi Füzuli rayon Aqrar İslahat komissiyasının 05 iyun 1998-ci il tarixli 18 nömrəli qərarı ilə onun mülkiyyətinə Füzuli rayon Kürdmahmudlu kəndində verilmiş 1400.58 kv.m həyətyanı torpaq sahəsində yerləşir.

14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-249/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Pərviz Əhmədov (sədrlik edən və məruzəçi) Tale Kərimov və Cahid İmanov) apellyasiya şikayəti təmin edilmiş, Füzuli Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2(064)-515/2022 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir.

15. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki hazırkı iş üzrə mübahisəli fərdi yaşayış evi özbaşına tikili olmaqla, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 deyil, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 mülkiyyətində olan torpaq sahəsində yerləşir. Qeyd edildiyi kimi, mübahisəli fərdi yaşayış evi X2 məxsusdur, hazırda onun sahibliyində və istifadəsindədir.

16. Məhkəmə qeyd edib ki, hazırkı iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yönəlmiş tələb əsl cavabdehlərə qarşı yönəlməmişdir. Belə ki, cavabdehlər özbaşına tikili olan mübahisəli fərdi yaşayış evi və ya onun yerləşdiyi torpaq sahəsi üzrə hər hansı hissədə hər hansı hüquqa malik deyildir və bu hal iş materialları ilə təsdiqini tapmır.

17. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə, MPM-in 1 4.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı1 kassasiya şikayəti verərək (vəkil Nümayəndə) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq norması kimi Mülki Məcəllənin 180-ci maddəsinə əsaslanaraq, buna görə də mübahisəli fərdi yaşayış evinin Cavabdeh2 məxsus torpaq sahəsində yerləşdiyini və orada cavabdehlərin ailə üzvləri ilə birlikdə müvəqqəti yaşamasını diqqətə alaraq hesab edir ki, hazırkı iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yönəlmiş tələb əsl cavabdehlərə qarşı yönəlməmişdir. Yəni məhkəmə cavabdehlərin həmin torpaq və fərdi yaşayış evinə hüququn un olmamasına əsaslanmışdır. Halbuki, eyni qətnamədə işin faktiki hallarını araşdırarkən eyni cavabdehin icazəsilə həmin evdə yaşamasını məhkəmə qətnamədə də qeyd etmişdir. Belə ki, Cavabdeh1 ilə nikaha girəndə Cahidin atası digər Cavabdeh2 Füzuli rayon Kürdmahmudlu kəndində yerləşən atasından qalma evin Cavabdeh2 aid hissəsinə 2009-cu ildən gəlin köçüb yaşamış, onlarla birgə təsərrüfat idarə etməklə 2013cü ilə qədər azyaşlı uşaqları ilə həmin mənzildə yaşamışdır. 2013-cü ildə birgə təsərrüfat apardıqları cavabdehlərin ümumi razılığı ilə Cavabdeh2 məxsus Füzuli rayonunun Kürdmahmudlu kəndində olan digər mənzilə köçüb birgə yaşamağa başlamışlar, lakin Cavabdeh2 iddiası əsasında Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli 2(064)152/2021 nömrəli qətnaməsinə əsasən onun həmin mənzildən çıxarılması qət edilmişdir. Məhkəmə tərəfindən işin hərtərəfli, tam, obyektiv araşdırılması aparılmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Azərbaycan Respublikası Mənzil Məcəlləsi

22. Maddə 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir.

23. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və va lideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

24. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

25. Maddə 30.4.Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün hə min yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı

26. Yaşayış sahəsinin mülkiyyətçisi i lə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olar aq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol ve rilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kass asiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallar ı bu qərarın 1-4-cü paraqraflarında əksini tapmışdır.

38. İddiaçının tələbi xx.xx.2009-cu il tarixdə gəlin köçdüyü evdən istifadə hüququnun tanınması və oraya köçürülməsi barədədir.

39. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

40. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

41. Bu baxım dan, iddiaçı mübahisəli yaşayış sahəsinə xx.xx.2009-cu ildə köçdüyünə görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməldir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur.

43. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmaması, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliy inin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir.

44. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir.

45. Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, araşdırılm alı məsələlərdən biri istifadə hüququnun tanınması tələb olunan yaşayış sahəsinin statusu məsələsidir. Mübahisəli yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, Mənzil Məcəlləsində mənzil fondu - özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir.

46. Baxılan işdə apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından göründ üyü kimi mübahisəli yaşayış sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Apelyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, iddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı verilmişdir. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli yaşayış evi özbaşına tikilidir, lakin evin yerləşdiyi torpaq sahəsi üçüncü şəxs X1 mülkiyyətindədir.

47. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Çünki bu vəziyyətdə yaşayış sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamasına baxmayaraq, evə dair gözlənti hüququ üçüncü şəxsə aiddir və mübahisəli evlə bağlı başqa şəxslərin iddiaları məhz ona qarşı yönəlməlidir.

48. Kollegiya bildirir ki, sübutları ara şdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

49. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

50. Məhkəmə kollegiyası yuxarıd a göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-249/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar