Məhkəmə qərarları › İş №2(102)-3233/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3233/2021

27.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3233/2021 27.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı nin Cavabdeh1 və Üçüncü şəxs qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi, iddianın düzgün həlli üçün torpaq sahəsinin statusunun müəyyən edilməsinin zəruriliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-368/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabde h1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt Bələdiyyə İcra aparatının Memarlıq və Tikinti şöbəsinin ərazi üzrə nəzarətçiləri tərəfindən X. ünvanında yerləşən torpaq sahəsinə baxış keçirilərkən, həmin torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilərək, orada qanunsuz ev inşa edildiyi müəyyən edilmiş və bu barədə 22.09.2016-cı il tarixli akt tərtib edilmişdir. Həmin akt baxılması üçün bələdiyyəyə göndərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh1 (Üçüncü şəxs qızı) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən zəbt olunmuş X. ünvanında ərazisin də yerləşən 113 saylı həyətyanı torpaq sahəsindən Cavabdeh1 çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, şəhid ailəsi İsgəndərova Aytəkin Qənimət qızı Sumqayıt Bələdiyyəsinə müraciət edərək, bələdiyyənin onun adına sənədləşdirilməsini nəzərdə tutduğu və bunun üçün müvafiq rəyin alınması üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə məktubla müraciət etdiyi Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında yerləşən Yeni yaşma massivinin 6-cı məhəlləsinin sahəsi 600 kv.m. olan 113 saylı həyətyanı torpaq sahəsinin bir hissəsini zəbt etmiş Cavabdeh1 çıxarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Bələd iyyənin nümayəndələri tərəfindən aparılmış araşdırmalar zamanı müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi həqiqətən də cavabdeh tərəfindən hər hansı hüquq müəyyənedici sənədlər olmadan zəbt edilmiş və orada özbaşına olaraq fərdi yaşayış evi inşa edilmişdir. Adı çəkilən ərazidə yerləşən torpaqlar “Torpaq islahatı haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun olaraq bələdiyyə mülkiyyətinə aid olunmuş və 26.06.2001ci il tarixli protokol, akt və digər torpaqayırma sənədləri əsasında xəritələşdirilərək Sumqayıt Bələdiyyəsinə təhvil verilmişdir. 4.Cavabdeh1 birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmiş və iddia tələbinə qarşı yazılı mülahizə də bildirməmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2016- cı il tarixli, 2(060)-19095/2016 saylı qətnaməsi ilə (hakim T.Mahmudova) iddia tələbinin təmin edilməsi, Cavabdeh1 X. ünvanında ərazisində yerləşən 113 saylı həyətyanı torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Bələdiyyə İcra aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən verilmiş təqdimatın surətindən görünür ki, X. ünvanında yerləşən torpaq sahəsinə bələdiyyənin memarlıq və tikinti şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən *** saylı torpaq sahəsinin 300 kv.m.-nin zəbt olunduğu və qanunsuz olaraq orada tikinti işlərinin aparıldığı məlum olmuş, şöbə əməkdaşları tərəfindən həmin sahəni zəbt edən vətəndaş Cavabdeh1 torpaq sahəsi nin boşaldılması barədə xəbərdarlıq edilərək yerində akt tərtib edilmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 156.1, 157, 180.1, 180.4, 241.2, 337.1, 560.3, 1,337.4-cü və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47, 56, 66-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Cavabdeh1 həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli 996 saylı bağ sahəsi Sumqayıt XDS-nin 22 iyun 1988-ci ildə BTZ zavodu ilə bağladığı müqavilə əsasında zavodda yaradılan “Metallurq” Bağçılıq Yoldaşlığının üzvlər i üçün ayrılmışdır. Bağçılıq yoldaşlığının 05.10.2000-ci il tarixli qərarı ilə həmin torpaq sahəsi zavodun işçisi olan X4 ayrılmışdır. Sonradan mübahisəli torpaq sahəsi X5 tərəfindən X2, sonuncudan həmin torpağın 0,03 ha hissəsini 2000-ci ildə atası satın almış və alqı-satqını 13.10.2017ci il tarixli etibarnamə ilə rəsmiləşdirilmişdir. Atası həmin torpaq sahəsində ev tikərək ona vermişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi bələdiyyəyə aid deyildir.

10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-368/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 mübahisə olunan torpağın onun mülkiyyətində olması, orada qanunsuz tikili aparması barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi ümumiyyətlə Sumqayıt şəhər Bələdiyyəsinin deyil, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (zavodunun) və onun nəzdində yaradılmış “Metallurq” Bağçılıq Yoldaşlığının sahibliyinə və istifadəsinə verilmiş torpaq sahəsidir. Həmin torpaq sahəsinin də daxil olduğu, sahəsi 0,08 ha olan torpaq sahəsi 996 sıra nömrəsi altında 2004-cü ildə zavodun işçisi olan X4 ayrılmışdır. X1 həmin torpağın 0,06 ha hissəsini öz qohumu X9 bağışlamış və “Metallurq” Bağçılıq Yoldaşlığının verdiyi “bağçılıq kitabçası” əsasında torpaq sahəsi sonuncunun adına keçirilmişdir. Cavabdehin yaxın qohumu olan X10 da öz növbəsində sözügedən torpaq sahəsinin 0,03 ha hissəsini 2014-cü ildə yaşayış şəraitinin acınacaqlı olmasını nəzərə alaraq cavabdehə vermişdir. 2014-cü ildə cavabdeh orada ev tikildikdən sonra həyat yoldaşı və azyaşlı övladları ilə həmin evdə yaşamağa başlamışdır və indiyədək də bu evdə yaşayır. Apelyasiya məhkəməsi bu faktları nəzərə almamış, aidiyyəti üzrə mü vafiq sorğular verməklə həqiqətin müəyyən edilməsinə çalışmamışdır. Məhkəmə iş üzrə sübutlara düzgün qiymət verə bilməmiş, torpağın hüquqi statusunu səhv müəyyən etmiş, ekspertiza təyin etməli olduğu halda etməmiş, çəkişmə prinsipini təmin etməmiş, işə səthi yanaşmış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, formal mülahizələr əsasında torpağın zəbt edildiyi qənaətinə gələrək,faktiki sahibliyində olan torpaq sahəsini zəbt olunmuş bələdiyyə mülkiyyətində olan torpaq kimi göstərmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə bax mayaraq iş üzrə iddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi, Cavabdeh1 və Üçüncü şəxs qızı məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə

29. Mülkiyyət hüququ İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə

111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması zəbt edilməsi qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada ola binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə m əhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və ha llarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Kassasiya baxışının hədləri

20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

21. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nə ticələnə bilsin (maddə 418.3).

22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya insta nsiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərinə tam düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticələr maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Buna görə də kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

25. Belə ki, baxılan işdə iddiaçı tələbinin faktik əsası kimi ona istinad edir ki, cavabdehin istifadə etdiyi torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Bu halda iddia tələbinin təmin edilməsi üçün ilk növbədə həmin torpaq sahəsinin hüquqi rejimi araşdırılmalı, bələdiyyə torpağının olması və daha sonra cavabdeh tərəfindən bu torpaq sahəsindən istifadə etməyə hüquqi əsasın olmaması müəyyən edilməli idi. Lakin məhkəmə torpağın hüquqi statusunu (cavabdehin i stifadə etdiyi yerin həqiqətən də bələdiyyəyə məxsus olmasını) müəyyən etməmiş, yalnız bələdiyyə aparatının işçilərinin tərtib etdikləri akta, bələdiyyə torpaqlarının təhvil verilməsi barədə iki vərəqdə tərtib edilmiş protokola istinad etməklə cavabdehin bələdiyyənin torpaq sahəsini tutması barədə nəticəyə gəlmişdir.

26. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Cavabdeh1 mübahisə olunan torpağın onun mülkiyyətində olması, orada qanunsuz tikili aparması barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir”.

27. Lakin mübahisənun düzgün həlli üçün məhkəmə tədqiqatının ardıcıllığı məhkəmədən tələb edirdi ki, ilk növbədə mübahisəli torpaq sahəsinin həqiqətən də bələdiyyənin mülkiyyətinə aid olub-olmamasını müəyyən etsin.

28. Bundan başqa, cavabdeh mübahisəli torpaq sahəsinin bələd iyyənin mülkiyyətinə aid olmadığını, “Metallurq” bağçılıq yoldaşlığının üzvü X9 ayrılmış torpaq olduğunu bildirmiş, dəlillərini sübut etmək üçün apelyasiya şikayətinə X7 adına açılmış üzvlük kitabçasını, habelə Samiq Əsədovun bu torpaq sahəsinə dair sərəncam vermə səlahiyyətlərini cavabdehin atası X3 etibar edən etibarnaməni də təqdim etmişdir.

29. Lakin apelyasiya instansiyası məhkəməsi bu dəlillərə də qiymət verməmişdir. 30.Halbuki, Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsi məhkəmə qətnaməsinin qanuni və əsaslı olmasını tələb edir. 31.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq iş ə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

32. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

33. MPM-nin 217.3-cu maddəsinə əsasən qətna mə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, MPM-in 88, 217, 218, 372.1-ci maddələrinin tələblərinə riayət edilməmişdir. Ona görə də, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

35. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

36. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-368/2021 saylı, 25 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar