Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3233/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 hüquqi varisləri-cavabdehlər X1, X6, digər Cavabdeh4 hüquqi varisləri-cavabdehlər X7 və X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər:əmlakın açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında paylara uyğun bölüşdürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 hüquqi varisləri-cavabdehlər X1, X6, digər Cavabdeh4 hüquqi varisləri-cavabdehlər X7 və X2 qarşı əmlakın açıq hə rracda satılması və satış pulunun mülkiyyətçilər arasında paylara uyğun bölüşdürülməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1800/2021 nömrəli, 6 avqust 2021-ci il tarixli qətnaməsindən verilmiş Cavabdeh1 kassasiya şikayətinə 22 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1960-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. 2. ünvan 2 sahəsi və üzərində yerləşən ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evi X3 (1/12 hissə), İddiaçı (7/12 hissə), Cavabdeh1 (1/12 hissə), Cavabdeh2(1/12 hissə), Cavabdeh4 (1/12 hissə) və Cavabdeh3 (1/12 hissə) birgə mülkiyyətindədir. 3. ünvan 2 sahəsi və üzərində yerləşən ümümi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evi İ ddiaçı (8/12 hissə), Cavabdeh1 (1/12 hissə), Cavabdeh2(1/12 hissə), Cavabdeh4 (1/12 hissə) və Cavabdeh3 (1/12 hissə) birgə mülkiyyətindədir. 4. xx.xx.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, X8 vərəsəsi atası Cavabdeh2 idi, lakin onun 2.05.2009-cu ildə vəfat etməsi ilə əlaqədar miras onun oğlu X10 hesab olunaraq, onun miras əmlakın 1/2 hissə payı müəyyən olunmuşdur.
5. X8 vərəsəsi atası Cavabdeh2 idi, lakin onun 2.05.2009-cu ildə vəfat etməsi ilə əlaqədar miras onun qızı X4 hesab olunaraq, onun miras əmlakın 1/2 hissə payı müəyyən olunmuşdur.
6. X11 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir.
7. Cavabdeh2 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir.
8. Cavabdeh4 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir.
9. X9 xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. ünvan 3 ünvanında qeydiyyatdadır.
10. X12 xx.xx.1949-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. ünvan 3 ünvanında qeydiyyatdadır.
11. Cavabdeh4 ilə X12 xx.xx.1974-cü il tarixdə 255 saylı akt qeydi ilə nikah bağlamışlar. 12. xx.xx.2012 ildə vəfat etmiş Cavabdeh4 vərəsələri həyat yoldaşı X12 və oğlu X5r. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə şəhəri Vaqif küçəsi 3/5 saylı evdə İddiaçı 8/12, Cavabdeh1 1/12, Cavabdeh2 1/12, Cavabdeh4 1/12 və Cavabdeh3 1/12 hissədə paylı mülkiyyətində olan 0,12 ha həyətyanı torpaq sahəsi üzərində olan fərdi yaşayış evinin qanunla müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadığı na görə, mübahisəli evin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Bərdə Rayon Məhkəməsinin (hakim Q.M.Əbilov) 18 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və irəli sürülən iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və Ş.Q.Rzaquliyev) 2(104)-1800/2021 saylı mülki iş üzrə 06 avqust 2021-ci il ta rixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilmişdir..
17. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bərdə şəhəri, X20 küçəsi, 3/5 saylı fərdi yaşayış evi 8/12 hissə İddiaçı, 1/12 hissə Cavabdeh1, 1/12 hissə Cavabdeh2, 1/12 hissə Cavabdeh3 və 1/12 hissə Cavabdeh4 adına qeydə alınmışdır. Hazırda payçıların birgə yaşamaları mümkün deyildir. Həmin əmlakla bağlı onların arasında dəfələrlə məhkəmə çəkişmələri olmuşdur. İş üzrə cavabdeh olan Cavabdeh1 irəli sürülən tələbə etiraz etməklə yanaşı onun tərəfindən İddiaçı hər hansı bir məbləğdə kompensasiya verilməsinə qəti etiraz etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının şikay ətinin dəlilləri əsaslıdır.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş, işin hallarınını hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış və nəticə etibarı ilə əsassız qətnamə qəbul etmişdir.
19. Mülki işin materiallarına əlavə edilən "xxxx" MMC Qiymətləndirmə Şirkətinin verdiyi 09 iyul 2021-ci il tarixli rəydən müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 64000 manat, likvid dəyəri isə 54000 (əlli dörd min) manat məbləğini təşkil edir. Ona görə də kollegiya hesab etmişdir ki, həmin əmlakın hərracdan ilkin satış qiyməti kimi likvid qiyməti 54000 (əlli dörd min) manat məbləğində müəyyən edilməlidir.
20. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, iş materiallarına əsasən, mərhum Cavabdeh3 birinci növbəli vərəsəsi yoxdur və ikinci növbəli vərəsələrindən yalnız onun doğma qardaşı Cavabdeh1 sağdır, həmçinin Mülki Məcəllənin 1133, 1151, 1159 və 1160-cı maddələrinin tələblərinə əsasən, hazırki vəziyyətdə mərhum Cavabdeh3 miras payına görə verilən satış pulunu əldə etməyə hüququ çatan tək vərəsə Cavabdeh1dur. Ona görə də mərhum Cavabdeh3 miras payına görə verilən satış pulu Cavabdeh1 verilməlidir.
21. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 220.1, 220.2, 220.3, 220.4, 220.6-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv ed ilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 avqust 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 220.1 Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
25. Maddə 220.2 Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
26. Maddə 220.3 Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
27. Maddə 220.4 Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə n aturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
28. Maddə 220.6 Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda məhkəmə həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessu al Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri t ərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Vərəsələr arasında miras əmlakdan istifadə ilə əlaqədar müxtəlif məhkəmə mübahisələri olmuş, o cümlədən Gülnarə Əliyeva tərəfindən payların naturada ayrılması barədə məhkəmədə iddia qaldırılmışdır.
35. Bərdə rayon məhkəməsinin 01 mart 2018-ci il tarixli qətnaməsi ilə texniki cəhətdən mümkün olmaması səbəbindən evin naturada bölünməsinə dair İddiaçı iddiası rədd edilmişdir.
36. Miras evdən digər vərəsələrlə birlikdə istifadə edilməsini qeyri-mümkün hesab edən İddiaçı payın bölünməsinin və ya ondan pay ayrılmasının açıq-aşkar məqsədəuyğun olmamasını əsas göstərməklə evin açıq hərracdan satılması və əldə olunmuş pul vəsaitinin paylarına mütənasib olaraq onların arasında bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi evin ilkin satış qiymətini 54000 manat məbləğində müəyyən edib iddianı təmin edərkən payın naturada ayrılmasının mümkün olmamasını və paylı mülkiyyətçilərinin mübahisəli evdə birlikdə yaşamasının mümkün olmamasını əsas göstərmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə istinad etmişdir.
38. Mülki Məcəllənin 220.6-cı maddəsinə görə bu Məc əllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda məhkəmə həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
39. Tərəflərin ümumi mülkiyyətində olan evin naturada ayrılması mümkün olmadığından, eləcə də kompensasiya ödənilməklə mülkiyyət hüquqlarına xitam verilməsinə cavabdeh razı olmadığından, eləcə də tərəflər arasında yaranmış və uzun müddət davam edən münaqişəli vəziyyət onların birlikdə yaşamasını qeyri-mümkün etdiyindən kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara düzgün qiymət ve rilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
40. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 6 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.