Məhkəmə qərarları › İş №2(102)-3235/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3235/2022

22.06.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3235/2022 22.06.2022 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikası Ali Məhkəməsi Mülkikollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Mingəçevir şəhər Mərkəzi Xətəxanasının tibb işçiləri həmkarlar ittifaqı şurasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Xələfov İlqar Rəhim oğlu(məruzəçi),Əliyev Zaur Əli oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundanibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2na qarşı qərarın ləğv edilməsi, torpaq sahəsindən çıxarılma tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-239/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən ver ilmiş kassasiya şikayətinə 22 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. İddiaçı 1970-ci ildən Mingəçevir şəhər xəstəxanasının poliklinika şöbəsində tibb bacısı işləmişdir

2. Mingəçevir şəhər XDS İK-nin arxiv fondunun sənədlərinə əsasən 315 №-li 07 oktyabr 1976-cı il tarixli qərarı ilə şəhər xəstəxanasına bağçılıq üçün Bozdağ ətəklərindən 5,6 ha torpaq sahəsi ayrılmışdır.

3. Mingəçevir şəhər tibb işçiləri həmkarlar komitəsi tərəfindən verilmiş “Şəfa” bağçılıq təsərrüfatın pasportuna əsasən 07 iyul 1976-cı il tarixli 315 №-li qərarla X5 6 sot torpaq sahəsi verilmişdir. 4. 14 avqust 1986-cı il tarixli qərarla X1 6 sot torpaq sahəsi verilmişdir. 5. 30 mart 1998-ci il tarixli 29 №-li protokoldan çıxarışa əsasən X4 ona verilmiş torpaq sahəsini əkib-becərməyə imkanı olmadığı üçün həmin torpaq sahəsi Cavabdeh1 verilməsi qərara alınmışdır.

6. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının tibb işçiləri həmkarlar komitəsi şurası tərəfindən verilmiş “Şəfa” kooperativ bağçılıq təsərrüfatının pasportuna əsasən uşaq xəstəxanasında kiçik tibb bacısı işləyən Cavabdeh1 6 sot torpaq sahəsi verilmişdir. 7. ünvan 1 ünvanda yerləşən 0,599 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir.

8. Mingəçevir şəhər X7 İttifaqının sədri A.S.Alıyev tərəfindən verilmiş 29 №-li 08 sentyabr 2021-ci il tarixli arayışa əsasən Mingəçevir şəhər X7 İttifaqına məxsus 1990-cı ildən 2010-cu ilədək dövr ərzində olan sənədlər 2014-cü ildə ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddia tələbini dəqiqləşdirərək onun istifadəsinə verilmiş torpaq sahəsinə X2 adına verilmiş torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, Cavabdeh1 adına verilmiş Çıxarışın və aparılmış reyestr qeydinin ləğv edilməsi, Cavabdeh1 ona verilmiş torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. Daha sonra iddia tələbini dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək ona verilmiş torpaq sahəsinin Cavabdeh1 verilməsi barədə Cavabdeh2 30 manat 1998-ci il tarixli 29 №-li qərarının ləğv edilməsi, Cavabdeh1 torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının adı kollektiv bağçılıq üçün torpaq sahəsi verilmiş xəstəxana işçiləri siyahıs ında qeyd edilmiş, həmçinin torpaq sahəsinin ayrılması barədə ona pasport verilmişdir. İddiaçı həmin torpaq sahəsindən istifadə etmiş, orada ağaclar əkmişdir, lakin tikinti işləri aparmamışdır. Lakin sonra bir müddət xəstə olduğuna görə torpaq sahəsinə gedib-gələ bilməmişdir. Bundan istifadə edən Cavabdeh1 həmin torpaq sahəsini zəbt etmişdir. İddiaçı onun istifadəsinə verilmiş torpaq sahəsinə getdikdə, cavabdeh onu torpağa buraxmamışdır.

11. Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, məlum Qarabağ hadisəsi ilə bağlı 1993-cü ildən Ağdam rayonundan olan məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə Mingəçevir şəhərində məskunlaşmışlar. Bir neçə il kirayə evdə yaşamışlar. 1978-ci ildə ünvan 2 ünvanda yerləşən 6 sot torpaq sahəsini Muxtarov Əjdər adlı şəxsdən almışdır. Sonra həmin torpaq sahəsinin ətrafına daş hasar çəkdirmiş, torpaq sahəsində tikintilər aparmış, ailə üzvləri ilə birlikdə orada yaşamışlar. Hazırda torpaq sahəsi onun mülkiyyətindədir. 1998-ci ildən 2019-cu ilə kimi İddiaçı həmin torpaq sahəsinə gəlməmiş, torpaq sahəsi ilə maraqlanmamışdır.

12. Cavabdeh Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həmkarlar ittifaqı şurasının sədri X3 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Mingəçevir şəhər XDS İK-nin 07 oktyabr 1976-cı il tarixli qərarı ilə xəstəxana işçilərinin istifadəsinə verilməsi üçün 5,6 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsindən 06 sot İddiaçı ayrılmışdır. Lakin İddiaçı həmin torpaq sahəsindən heç vaxt istifadə etməmişdir. Ona görə də torpaq sahəsi istifadəsiz qaldığı üçün Muxtarov Əjdərin istifadəs inə verilmişdir. 1998-ci ilə kimi həmin torpaq sahəsindən Əjdər Muxtarov istifadə etmişdir. X15 xəstələndiyinə, torpaqdan istifadə edə bilmədiyinə görə aralarındakı razılaşmaya əsasən Ə.Muxtarov torpaq sahəsini Cavabdeh1 istifadəsinə verilməsini xahiş etmişdir. Ona görə də Mingəçevir şəhər Mərkəzi Xəstəxanası həmkarlar ittifaqı şurasının 30 mart 1998-ci il tarixli qərarı ilə həmin torpaq sahəsi Cavabdeh1 istifadəsinə verilmişdir. Torpaq sahəsi uzun müddət istifadəçisi olmuş Əjdər Muxtarovun razılıq ərizəsi ilə Cavabdeh1 istifadəsinə verilmişdir. Hazırda həmin torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir. 2014-cü ildə Mərkəzi şəhər xəstəxanasının binasında əsaslı təmir getdiyinə, əşyalar ayrı-ayrı yerlərə daşındığına görə bəzi köhnə sənədlər yoxa çıxmış, eləcə də 1990-cı ildən 2020-cu ilədək dö vr ərzində olan sənədlər 2014-cü ildə ləğv edilmişdir.

13. Mingəçevir Şəhər Məhkəməsinin (hakim M.K.Kərimova) 2(051)-86/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

14. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı onun istifadəsinə verilmiş torpaq sahəsindən uzun müddət istifadə etmədiyinə görə həmin torpaq sahəsi Mingəçevir şəhər Mərkəzi Xəstəxanası həmkarlar ittifaqının qərarı ilə əvvəl Əjdər Muxtarova, sonra isə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həmkarlar ittifaqının 29 №-li 30 mart 1998-ci il tarixli qərarı ilə Cavabdeh1 verilmişdir. İddiaçı tələbində onun istifadəsinə verilmiş həmin torpaq sahəsindən son illərə qədər istifadə etdiyini, səhhəti ilə əlaqədar sonradan torpaq sahəsinə gedib-gəlmədiyini bildirmiş, lakin bunları təsdiq e dən mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçının mübahisələndirilən torpaq sahəsindən heç vaxt istifadə etməməsini, həmin torpaq sahəsinin Mingəçevir şəhər Mərkəzi Xəstəxanası tibb işçiləri həmkarlar komitəsinin 30 mart 1998-ci il tarixli qərarı ilə onun istifadəsinə verilməsini, həmin vaxtdan 28 il müddət keçməsini, torpaq sahəsinin hazırda onun mülkiyyətində olmasını nəzərə alaraq iddia müddətini tətbiq olunmasını, iddia müddəti ötürüldüyünə görə iddianın rədd olmasını xahiş etmişdir.

16. Bununla bağlı məhkəmə bildirmişdir ki, mübahisəli torpaq sahəsinə cavabdehə hüquq verən və iddiaçının ləğvini tələb etdiyi Mingəçevir şəhər Mərkəzi Xəstəxanası tibb işçiləri həmkarlar ittifaqının qərarı 30 mart 1998-ci ildə qəbul edilmişdir və iddianın mü ddətlər baxımından həllində həmin vaxt qüvvədə olan hüquq normaları rəhbər tutulmalıdır. Belə ki, 01 mart 1965-ci ildə qüvvəyə minmiş və həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ şəxsin öz hüququnun pozulmasını bildiyi və bilməli olduğu gündən əmələ gəlir.

17. Bundan başqa məhkəmə bildirmişdir ki, iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin hüquqi rejimi ilə 28 il müddətində m araqlanmaması inandırıcı və ağlabatan deyil. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər X8 (sədrlik edən və məruzəçi), X6 və X11) 2(107)-239/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(051)- 86/2021 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia ərizəsi təmin edilməmişdir.

20. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini rədd etməkdə haqlı olsa da qəbul e tdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni 01 mart 1965-ci ildə qüvvəyə minmiş və həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü, 7 8- ci, 82-ci maddələri ilə əsaslandırmış, iddia müddətinin keçməsinə görə iddianı rədd etmişdir.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da iddia ərizəsini iddia müddətinin keçməsinə görə rədd etməkdə haqlı olmamışdır. Ona görə də kollegiya hesab edir ki, şikayət qətnamənin ləğv edilməsi üçün əsas olsa da iddianın təmin edilməsi üçün əsas deyildir.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mingəçevir şəhər XDS İK-nin 07 oktyabr 1976-cı il tarixli qərarı ilə xəstəxana işçilərinin istifadəsinə verilməsi üçün 5,6 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsindən 6 sot İddiaçı ayrılmışdır. Lakin İddiaçı həmin torpaq sahəsindən heç vaxt istifadə etməmişdir. Ona görə də Mingəçevir şəhər Mərkəzi Xəstəxanası həmkarlar ittifaqı şur asının 30 mart 1998-ci il tarixli qərarı ilə həmin torpaq sahəsi Cavabdeh1 istifadəsinə verilmişdir. Hazırda həmin torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir.

23. Məhkəmə kollegiyası iddia tələbinin torpaq sahəsində çıxarılması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, nə qədər ki, torpaq sahəsi cavabdehin mülkiyyətindədir cavabdeh həmin torpaq sahəsindən çıxarıla bilməz.

24. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyanın 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 25, 27, 32.4, 32.5, 32.6, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Şəki Apellyasiya Məhkəməsi Mülki k ollegiyasının 2(107)-239/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

27. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

28. Maddə 29 hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsi

29. Maddə 152.1 mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi (mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olmuş)

30. Maddə 25 Müəssisələr, idarələr və təşkilatlar bostançılıq, ot çalını və malqaranın otarılması məqsədləri üçün torpaq sahələrini öz işçilərinə müvafiq rayon, şəhər xalq deputatları Sovetlərinin razılığı ilə müdiriyyətin və həmkarlar ittifaqı təşkilatının qərarı əsasında verirlər.

31. Maddə

27. Torpaqların geri alınması Mülkiyyətdə, sahiblikdə, istifadədə və icarədə olan torpaqlar bu Məcəllədə göstərilən hallarda mülkiyyətçilərin, sahibkarların, istifadəçilərin və icarəçilərin razılığı əsasında onları verən müvafiq orqanlar tərəfindən geri alına bilər. Vətəndaşların xüsusi mülkiyyət hüququnda olan torpa qlarda mülkiyyətçi üzürlü səbəb olmadan bu Məcəllənin 32-ci maddəsinin 4,6,7-ci bəndlərində nəzərdə tutulmuş hərəkətləri etdikdə və kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən üzürlü səbəb olmadan bir il ərzində istifadə etmədikdə onun torpaq sahəsi müvafiq rayon, şəhər xalq deputatları Sovetinin qərarları ilə torpağın haqqı ödənilmədən geri alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

35. Madd ə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

39. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyy ətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

44. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunverici liyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

46. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-239/2022 nömrəli, xx.xx.2022- ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar