Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3235/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilə istifadə hüququna kompensasiya ödəməklə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı ““kompensasiya ödəmək şərti ilə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-345/2024 nömrəli, 27 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şi kayətinə 29 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi:. İşin halları: 1. ünvan 1 mənzil (bundan sonra mübahisəli mənzil) İddiaçı (bundan sonra iddiaçı) mülkiyyətindədir.
2. İddiaçı ilə Cavabdeh (bundan sonra cavabdeh) xx.xx.2003-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü Maraqlı şəxs və xx.xx.2007-ci il təvəllüdlü X1 doğulmuşlar.
3. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)- 2307/2019 nömrəli qətnaməsi ilə tərəflər arasında rəsmiləşdirilmiş nikahın pozulması, uşaqların analarının cavabdehin yanında saxlanılması və xx.xx.2019-cu il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçıdan hər ay hər uşaq üç ün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi qət edilmişdir.
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, Cavabdeh azyaşlı uşaqları xx.xx.2005-ci il təvəllüdlü Maraqlı şəxs, xx.xx.2007-ci il təvəllüdlü X1 ilə mülkiyyətində olan ünvan 1 mənzildən 12600 manat kompensasiya verilməklə istifadə hüququnun xitam edilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)- 524/2020 nömrəli qətnaməsi ilə ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.11 ha torpaq sahəsinin İddiaçı və Cavabdeh arasında bərabər paylarla bölünmə si və həmin əmlak üzərində İddiaçı 1/2 pay üzrə, Cavabdeh 1/2 pay üzrə mülkiyyət hüquqlarının tanınması qət edilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021- ci il tarixli, 2(102)-5803/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-534/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Məhkəmə hesab etmişdir ki, cavabdehə təklif olunan 12600 manat məbləğ cavabdehin yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün kifayət deyildir.
8. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 mənzil ar-arvadın ümumi birgə mülkiyyəti deyil, İddiaçı ayrıca mülkiyyətidir. İşin d iqqətəlayiq halları nəzərə alınmaqla ilk iddia üzrə cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi üçün ədalətli kompensasiya məbləği 25000 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh qarşı «cavabdehə kompensasiya ödəmək şərti ilə mənzildən istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25000 manat kompensasiya ödənilməklə cavabdehin azyaşlı uşaqları xx.xx.2005ci il təvəllüdlü Maraqlı şəxs və xx.xx.2007-ci il təvəllüdlü X1 ilə birlikdə iddiaçının mülkiyyətində olan mübahisəli mənzildən istifadə hüququna xitam verilməsinə, cavabdehlərin həmin mənzildən çıxarılmaları və iddiaçının həmin mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş dir.
10. İddia tələbi işin faktiki hallarına uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh evdar qadın olmuş, heç bir yerdə çalışmamış, ailənin maddi tələbatını daim o ödəmişdir. Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 15 avqust 2019-cu il tarixli məktubuna əsasən 41 saylı DNK-nın xx.xx.2003-cü il tarixli, 4Ə-763 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən mübahisəli mənzil xx.xx.2003-cü il tarixdə onun adına qeydiyyatdan keçmiş, həmin mənzilə dair seriya ÖM 17351 nömrəli 11.11,2003-cü il tarixli qeydiyyat vəsiqəsi əsasında dövlət reyestrindən RX ******* seriyalı xx.xx.2013-cü il tarixli yeni çıxarış verilmişdir. Mübahisəli mənzil üç otaqdan ibarət olub, orta təmirli mənzildir, onun hal-hazırda real bazar qiyməti 80000 manat təşkil etmi ş. Mülkiyyətində olan mənzilin bugünki gündə hər ay kirayə haqqı təxminən 350 manat təşkil etmiş. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, mülkiyyətindən məhrum olmuş, həmin mənzildə yaşaya bilməmiş. Nikahlarına məhkəmə qaydasında xitam edildiyi üçün birgə yaşamaları qeyri-mümkündür. Cavabdeh nə ər kimi, nə də, uşaqların atası və mülkiyyətçi kimi ona hörmət qoymamışdır. Bütün bunları nəzərə alaraq tərəfindən cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, cavabdehin azyaşlı uşaqları xx.xx.2005-ci il təvəllüdlü Maraqlı şəxs, xx.xx.2007-ci il təvəllüdlü X1 ilə mülkiyyətində olan mübahisəli mənzildən 12600 manat kompensasiya verilməklə istifadə hüququnun xitam edilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanuni qüvvəsini almış məhkəmə aktlarında göstərilmişdir ki, cavabdehə təklif edilən 12600 manat məbləğ cavabdehin yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün kifayət deyildir. Odur ki, belə bir vəziyyətdə həmin məbləğin verilməsi ilə cavabdehin uşaqları ilə birlikdə mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi iddiaçının mənzil hüquqlarını pozmuş olacaqdır.
11. Birinci instansiya məhkəməsində cavabdeh iddia tələbinə etiraz edərək göstərmişdir ki, cavabdeh bildirmişdir ki, 25,000 manat pula heç bir yerdə mənzil əldə etmək imkanı olmamışdır.
12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 2(009)1890/2022 nömrəli qətnaməsi ilə (hakim İ.Ş.Rüstəmli) iddianın təmin olunması, İddiaçı tərəfindən Cavabdeh 25000 manat məbləğində kompensasiya verilməklə, Cavabdeh azyaşlı uşaqları xx.xx.2005-ci il təvəllüdlü Maraqlı şəxs və xx.xx.2007-ci il təvəllüdlü X1 ilə birlikdə ünvan 1 mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh azyaşlı uşaqları xx.xx.2005-ci il təvəllüdlü Maraqlı şəxs və xx.xx.2007-ci il təvəllüdlü X1 ilə birlikdə ünvan 1 mənzildən çıxarılmaları və İddiaçı həmin məzilə köçürülsün. Cavabdeh kompensasiya ödənilməsi ilə mənzildən istifadə hüququna xitam verilməsi eyni vaxtda icra olunması qət edilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən ası lı deyildir. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ olmamışdır. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin.
14. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən kompensasiya qaydasında təklif olunan 25000 manat məbləğində pul vəsaiti cavabdehə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə və əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə, daha yaxşı və sərbəst şəraitdə yaşamaq imkanı verilməsi üçün kifayət edir.
15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə 25,000 manat məbləğində kompensasi ya verilməklə, cavabdehin azyaşlı uşaqları xx.xx.2005-ci il təvəllüdlü Maraqlı şəxs və xx.xx.2007-ci il təvəllüdlü X1 ilə birlikdə mübahisəli mənzildən istifadə hüququna xitam verilməli, onlar mənzildən çıxarılmalı və kompensasiya məbləğinin verilməsi ilə mənzildən istifadə hüququna xitam verilmə eyni vaxtda icra olunmalıdır.
16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 228.2-ci maddəsinə, R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007- ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə təklif edilən kompensasiya məbləğinin kifayət edib-etməməsini araşdırmamışdır. Yalnız Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında 25000 manat məbləğində kompensasiya məbləğini yetərli saymışdır. Halbuki, 228.2-ci maddə kompensasiya məbləğinin bazar qiymətinə uyğun müəyyənləşdirilməsini tələb edir, iki il əvvəl qəbul edilmiş məhkəmə aktı deyil. Digər tə rəfdən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25000 manatla bağlı əsaslandırmasının əsasında nəyin dayandığı qeyri-müəyyəndir. Nəzərə alınmalıdır ki, əvvəla, həmin məhkəmə işi üzrə qətnamə iki il əvvəl qəbul edilib; ikincisi, məhkəmə aktında 25000 manat pulun yetərli olmasına dair mövqenin əsasında dayanan sübut bəlli deyildir; üçüncüsü, həmin iş üzrə birinci instansiya məhkəməsində işə baxılarkən ilk iddiaçı 25000 manat kompensasiya məbləğinin kifayət etməsinə dair sübut təqdim etməmişdir.
19. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs da həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini, şikayəti təmin olunmadığı halda onun ist ifadə hüquqlarıma ayrıca şəkildə ədalətli kompensasiyanın müəyyən edilərək ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun mənafeyini nəzərə almamış, yəni həmin iş üzrə cavabdeh anası ilə bir yerdə yaşamaq niyyətində olmadığından ona kompensasiya ödənilməsi qətnamədə nəzərdə tutulmamışdır. Halbuki, hazırda o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatmış və anası ilə bir yerdə yaşamaq niyyəti olmamışdır. Digər tərəfdən, o, həddi buluğa çatdığı üçün və artıq müstəqil şəxs olduğu üçün, onun mübahisəli mənzil üzrə istifadə hüquqlarına xitam veriləcəyi təqdirdə ayrıca kompensasiya ödənilməlidir. Bu səbəbdən hesab etmişdir ki, işin bu halları apellyasia qaydasında işə baxılarkən nəzərə alınmal ıdır. İddiaçı tərəfindən təklif olunan kompensasiya heç iki şəxsin (anası və bacısının) davamlı surətdə birlikdə yaşaması üçün belə yetərli deyildir.
21. İddiaçı cavabdehin apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə tərəfindən cavabdehə «hansı məbləğdə kompensasiya təklif edilməsi onu qane edə bilər» sualına cavab olaraq o, buna qətiyyən razı olmadığını və heç bir kompensasiya istəmədiyini bildirməklə yanaşı, təklil edilən 25000 manat məbləğə də ev almağın mümkün olmadığını bildirmişdir. Hakim ona deyəndə ki, bu məbləğ ev almaq üçün deyil, mənzildə olan istifadə hüququna xitamla bağlı kompensasiya məbləğidir, bu halda cavabdeh ümumiyyətlə mənzildən çıxmayacağını, mənzili və Şamaxıdakı torpağı onun qardaşının al dığını, onun bu əmlakların alınmasında heç bir rolumun olmamasını, əvvəl qəbul edilmiş məhkəmə aklarının düzgün olmamasını göstərməklə, ümumilikdə onu mənfi xarakterizə etmək istiqamətində çıxışlar elmişdir. İddiaçının sonradan məhkəmələrin bu mövqeyinə əsaslanaraq həmin məbləği vermək imkanı yaranmış və buna görə də iddia ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə isə öz növbəsində tam haqlı olaraq mübahisəli mənzilin onun mülkiyyətində olmasını və qanuni qüvvəsini almış məhkəmə aktlarını diqqətə alaraq onun tərəfindən kompensasiya qaydasında təklif olunan 25000 manat məbləğində pul vəsaitinin cavabdehə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə və əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə, daha yaxşı və sərbəst şəraitdə yaşamaq imkanı veri lməsi üçün kifayət etməsi kimi qanuni və əsaslı nəticəyə gəlmişdir. Apelyator şikayətində iddiaçının uşaqları olan Maraqlı şəxs və Aygül Əhədzadəni cavabdeh kimi göstərməklə bir ata kimi uşaqların hüquqlarını qorumaq əvəzinə yetkinlik yaşına çatmamış uşaqlarının mənzildən çölə atılmasını tələb etməsini göstərsə də, bu əslində belə deyil. Belə ki, iddiaçı həqiqətən də uşaqlarının cavabdeh kimi göstərməklə onların da cavabdeh ilə birlikdə mənzildən çıxarılmasını ona görə tələb etmişdir ki, sonuncunu tək cavabdeh kimi göstərdiyi halda, o məhkəmə qətnaməsi icra ediləndən sonra kompensasiya məbləğini alıb mənzildən çıxandan sonra uşaqların qanuni nümayəndəsi kimi onların yaşadığı mənzildə onlarla birlikdə qalıb yaşamaq hüququndan istifadə edə bilərdi ki, bu da qəbul ediləcək məhkəmə qətnaməsini əhəmiyyətsiz edərək iddiaçının hüquqlarını pozacaqdır. Çünki iddiaçı tək onu cavabdeh kimi göstərməklə qətnamə əsasında mənzilinə köçürülsəydi belə onunla birlikdə yaşamaq mümkün olmayacaqdır. 5 ildir ki, cavabdeh onun mülkiyyəti olan mənzilindən tam hüqüqla sahib kimi istifadə etməyinə, yaşamağına imkan verməmişdir. Cavabdeh iddiaçı iddia verəndən sonra mənzildən çıxma vaxtını uzatmaq üçün prosessual hüquqlardan suiistifadə etmişdir, məqsədi oğlumuz Maraqlı şəxs xx.xx.2023-cü ildə 18 yaşının tamam olmasını gözləmək idi və o, cavabdeh kimi prosessual hüquqlarından sui-istifadə edərək özünün apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında baxılmasını süni surətdə uzatmağa nail olmuşdur.
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilm iş xx.xx.2024-cü il tarixli, 9/85xx-xx/8346 nömrəli ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69,00 m2 olan, 3 otaqlı orta təmirli mənzilin mövcud orta bazar dəyəri təqribən 146.500 manat müəyyən edilmişdir. Rəydə həmçinin qeyd olunmuşdur ki, həmin mənzilin və ona oxşar şəraitli mənzilin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 500 manat müəyyən edilib.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 may 2024-cü il tarixli, 2(103)-345/2024 nömrəli qətnaməsi ilə (hakim Məhəmməd Rüstəmlinin sədrliyi və məruzəsi ilə, hakimlər Akif İsgəndərovdan və Vahid Sadiqovdan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş,Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)- 1890/2022 nömrəli qətnaməsi dəyişdi rilərək, Cavabdeh İddiaçı tərəfindən ödnilməli olan kompensasiyanın məbləği 30000 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
24. Apellyasiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, iddiaçının bu tələbini daha əvvəl də məhkəmədə irəli sürmüş, lakin təklif edildiyi kompensasiyanın məbləği yetərli olmadığından onun iddiası təmin edilməmişdir. Beləliklə, iddiaçının hazırkı tələbi irəli sürməyə subyektiv hüququnun mövcudluğu qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə artıq müəyyən edilmişdir.
25. Formalaşmış məhkəmə təcrübəsinə əsasən kompensasiyanın məbləği müəyyən edilərkən məhkəmələr tərəfindən mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə oxşar şəraitə malik olan yaşayış sahəsində üç illik müddət daxilində yaşamaq imkanı nəzərə alınır.
26. Ekspert rəyinə əsasən həmin məbləğ 18000 manat (36 ay x 500 manat) təşkil etmişdir.
27. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək cavabdehə təklif edilən kompensasinın məbləğini artırmış və cavabdehə 30000 manat məbləğində kompensasiya ödəməyə razı olduğunu bildirmişdir. İddiaçı tərəfindən təklif edilən 30000 manat kompensasiya məbləği ədalətli hesab edilmişdir.
28. Apellyasiya məhkəməsi kollegiyası iş üzrə verilmiş ekspert rəyini və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-534/2021 nömrəli qətnaməsində ifadə edilmiş hüquqi mövqeyi nəzərə alaraq hesab etmişdir ki, hazırda iddiaçı tərəfindən təklif edilən 30000 manat kompensasiya məbləği ədalətlidir.
29. Məhkəmə hazırda yetkinlik yaşına çatmış Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya ş ikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslılığı və qanuniliyi yoxlanılır, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1890/2022 nömrəli qətnaməsi qəbul edilərkən xx.xx.2005-ci il təvəllüdlü Maraqlı şəxs yetkinlik yaşına çatmamış, tərəflər arasında bağlanmış nigah Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-2307/2019 nömrəli qətnaməsi ilə pozularkən uşaqların yaşayış yeri anaları Cavabdeh yanında olması müəyyən edilmişdir.
30. Apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 152.1, 228.1, 228.2, 228.5ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə, Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsinin Plenumunun “Mülki Məcəllənin 228.1 və 228.1-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarı, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarlarına istinad etməklə hesab etmişdir ki, iddiaçının mülkiyyətçi kimi cavabdehə kompensasiya ödənilməklə mübahisəli yaşayı ş sahəsindən istifadə hüququna xitam verilməsinə dair tələbi əsaslıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
31. Cavabdeh X2 (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-345/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli Qətnaməsinin ləğv edilməsini və 70.000 manat məbləğində kompensasiyanın təyin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə üzrə 30000 manat məbləği real bazar qiymətinə uyğun olaraq müəyyən edilməmişdir. İddiaçı və cavabdeh arasında nikaha xitam verildikdən sonra tərəflərin birgə nikahlarından olan iki uşaqları cavabdeh ilə birlikdə yaşamış. Məhkəmə nəzərə almamışdır ki, kompensasiya yalnız cava beh üçün deyil, eyni zamanda onunla yaşayan və yaşamağa başqa yaşayış yeri olmayan iki nəfər uşaq üçün təyin edilir. Lakin, uşaqların mənafeyi nəzərə alınmamış, ədalətsiz kompensasiya məbləği təyin edilmişdir.
33. Məhkəmə tərəfindən mübahisə üzrə cavabdehin və onunla birlikdə yaşayan iki övladının hüquqları məhdudlaşdırılmış, onlara real bazar qiymətərinə uyğun olmayan kompensasiya məbləğinin ödənilməsi şərti ilə mənzildən istifadə hüquqlarına xitam verilmişdir.
34. Belə ki, məhkəmə işə birtərəfli baxmaqla, mübahisənin həllinə səthi yanaşmış, cavabdehin iki uşağı ilə həmin mənzildə yaşamasını, onların yaşayacaq başqa evlərinin olmamasını, təyin edilmiş kompensasiya məbləğinin isə davamlı olaraq onların mənzil təminatını qarşılaya bilməyəcəyini nəzərə almamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası
36. Maddə 13.İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
37. Maddə 29.2. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
38. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
39. Maddə 228.1. Yaşayış binasının tər kib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
40. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
41. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəs indən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
42. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
43. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 44. “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.... Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Mə cəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hal ların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.. Kassasiya baxışının hədləri:
53. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin f aktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
54. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən kompensasiya məbləği hissədə mübahi sələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun həmin hissədə yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
55. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
56. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
57. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
58. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırm ış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-345/2024 nömrəli iş üzrə 27 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.