Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3235/2025 27.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 və Bakı şəhəri 21 saylı Notariat ofisinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik mübahisələri, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2 və Bakı şəhəri 21 saylı Notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3665/2025 nömrəli, 2025-ci i l 3 iyul tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 25 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən mənzil 3 sentyabr 2014-cü il tarixində X5 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.
2. X15 31 avqust 2014-cü il tarixində kəskin ürək-damar çatışmazlığından Bakı şəhərində vəfat etmişdir.
3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-33/2015 saylı, 23 yanvar 2015-ci il tarixli qətnaməsi ilə 9 dekabr 1967-ci ildə Bakı şəhərində anadan olmuş Cavabdeh2 ilə 16 yanvar 1936-cı ildə Bakı şəhərində anadan olmuş, 31 avqust 2014-cü ildə Bakı şəhərində vəfat etmiş X5 qohumluq münasibətləri, yəni ərizəçi Cavabdeh2 mərhum X5 bibisi nəvəsi olması faktı müəyyə n edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-33/2015 saylı, 7 yanvar 2022-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-33/2015 saylı, 23 yanvar 2015-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayət geri qaytarılmışdır 5. 7 may 2015-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 notariusu D.F.Kərimov AR Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, 31 avqust 2014-cü ildə vəfat etmiş X5 vərəsəsi bibisi nəvəsi Cavabdeh2dur və o miras əmlakı bütövlükdə miras almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərə findən xx.xx.2014-cü ildə verilmiş RX ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 66 saylı evdə yerləşən, 22A saylı, 2 otaqlı, yaşayış sahəsi 35.0 kv.m. olan mənzildən ibarətdir. 6. ünvan 1 ünvanında yerləşən mənzil 12 may 2015-ci il tarixində Cavabdeh2 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.
7. X15 İddiaçı 10 il müddətinə 5 avqust 2015-ci il tarixli etibarnamə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh2 və Bakı şəhəri 21 saylı Notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X6 miras qalmış ünvan 2 ünv anında yerləşən mənzilin Cavabdeh2 mülkiyyətinə keçirilməsinə dair Bakı şəhər 21 saylı Notariat Kontorunun 2-V1/20 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, 1936-cı ildə Bakıda doğulmuş, xx.xx.2014-cü ildə Bakıda vəfat etmiş X7 xalası nəvəsi olmağı faktının müəyyən edilməsi və miras qoyanın qanuni vərəsəsi olması barədə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)33/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ərizəçi Cavabdeh2 ərizəsi qismən təmin edi lərək, Cavabdeh2 mərhum X7 bibisi nəvəsi olması faktının müəyyən edilməsi qət edilmişdir. Əslində isə vəziyyət tamamilə başqa cürdür. Belə ki, mərhum Plaskina Ninaya ölən günə qədər o qulluq etmişdir. Cavabdeh2 mərhumla heç bir qohumluq əlaqəsi olmamışdır. Qətnamədə qeyd olunanlar tamamilə yalandır, ən önəmlisi mərhumu onun vasitəsilə tanımışdır və Nina yalnız onunla birlikdə Emilin evinə getmişdir. Lakin qətnamə Nina və Emilin qohumluq faktını təsdiq etmişdir. Emil həmin qətnamənin əsasında vərəsəlik şəhadətnaməsi alaraq miras əmlakı öz mülkiyyətinə keçirtmişdir. Həmin xəstə rus qadını o saxlamış, ancaq evi isə kürəkəni olan cavabdeh ələ keçirmişdir. Əsası da budur ki, guya onun qohumudur. Qeyd etmək istəyir ki, ünvan 3 ünvanı Nərimanov XDSİKnin 19 saylı, xx.xx.1991-ci il tarixli qərarına əsasən və xx.xx.2000-ci il tarixli Forma 2 arayışına əsasən, xx.xx.2001-ci ildə Ninanın adına qeydiyyata alınmışdır və onun adı ilə bağlı ÖM 060824 saylı çıxarış tərtib edilmişdir. Sonradan həmin mənzilə DİN BBPİ-nin 9/A-5787-039-4912Ə saylı, xx.xx.2014-cü il tarixli arayışa və qəzetdə elana əsasən Ninanın adı ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış tərtib edilmişdir. Həmin mənzil Bakı şəhər 21 saylı notariat Kontorunun 2-V-1/20 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2015-ci il tarixdə cavabdehin adına qeydiyyata alınmışdır və onun adı ilə bağlı ********** qeydiyyat nömrəli çıxarış tərtib edilmişdir. Ümumiləşdirilsə cavadeh qohumluq faktını saxta əsaslarla qətnamədə təsdiq etdirmiş və onun əsasında miras əmlakı ələ keçirtmişdir. Odur ki, həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayılmalıdır.
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X14 izahatında bildirmişdir ki, iddiaçı mərhum X15 ilə qohum deyil, o vərəsə ola bilməz. İddiaçı vaxtaşırı iddialarla məhkəməyə müraciət edərək, cavabdehi narahat edir, vaxtını alır. Mənzil hazırda da cavabdehin mülkiyyətindədir, həmin mənzildə öz övladları ilə yaşayır. Ona görə iddia tələbi rədd edilməlidir.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2024-cü il 28 noyabr tarixli, 2(005)2727/2024 nömrəli qətnaməsi ilə (hakim X1) iddia rədd edilmişdir.
12. Məhkəmə qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı mərhum X2 baxdığını və X15 tərəfindən ona etibarnamə verildiyi bildirərək, onun qanuni vərəsəsinin o olduğunu bildirsə də, qanunvericilikdə vərəsələrin dairəsi konkret şəkildə müəyyən edilmişdir və iddiaçı qeyd edilən vərəsələr siyahısına daxil deyildir. Məhkəmə tərəfindən İddiaçı ilə X15 arasında hər hansı qohumluq münasibətlərinin olması və ya onun vərəsələr siyahısına daxil olması üçün əsasların olması halları müəyyən edilməmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir.
13. Eyni zamanda məhkəmə onu da qeyd etmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-33/2015 saylı, 23 yanvar 2015-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, xx xxxxxx 1967-ci ildə Bakı şəhərində anadan olmuş Cavabdeh2 ilə 16 yanvar 1936-cı ildə Bakı şəhərində anadan olmuş, 31 avqust 2014-cü ildə Bakı şəhərində vəfat etmiş X5 qohu mluq münasibətləri, yəni ərizəçi Cavabdeh2 mərhum X5 bibisi nəvəsi olması faktı müəyyən edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni zamanda mülki iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-33/2015 saylı, 07 yanvar 2022-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-33/2015 saylı, 23 yanvar 2015-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayət onun maraqların toxunduğu müəyyən edilmədiyi əsası ilə geri qaytarılmışdır. İddiaçı izahatı özü-özlüyündə onun iddiasının əsassı z olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. İddiaçının idd ia ərizəsinin digər dəlilləri – borclarının olması, qızının ölümü ilə əlaqədar məhkəməyə vaxtında deyil, 10 ilə yaxın müddətdən sonra müraciət etməsi ilə bağlı bildirdikləri isə formal mülahizələdir və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19, 1391.1.3, 337, 1133.1, 1145, 1151, 1159.1, 1159.2, 1159.3, 1159.4, 1159.5-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 55, 59-cu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.2-ci, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 82.3, 106.1, 107, 119.1, 217.1, 217.4, 218.1-ci maddələrinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 7-2-ci bəndinə istina d edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən hallarla əsaslandırılmışdır.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 3 iyul tarixli, 2(103)-3665/2025 nömrəli qətnaməsi ilə (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X9 və X4) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(005)2727/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(005)-2727/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya inst ansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, iddianın və apellyasiya şikayətinin dəlillərini o təşkil edir ki, Cavabdeh2 X5 qohumu deyildir, qohumluq faktının müəyyən olunması barədə qətnamə əsassızdır, sonuncu ona əmlakını özgəninkiləşdirmək üçün etibarnamə vermişdir. Lakin qeyd olunan hallar iddiaçının hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququnun olmasını təsdiq etmir. Birinci instansiya məhkəməsi düzgün qiymətləndirmə apararaq müəyyən etmişdir ki, iddiaçının izahatı iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Buna görə də iş üzrə əlavə araşdırma və qiymətləndirmə aparılmasına zərurət yoxdur.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19, 1391.1.3, 337, 1133.1, 1133.2, 1145, 1151, 1159.1, 1159.2, 1159.3, 1159.4, 1159.5-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 55, 59-cu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.1, 217.3, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 mərhum Nina Plaksina nın vərəsəsi kimi tanınmışdır. Lakin onun vərəsəliyinin necə olması, onun hansı qohumluq dərəcəsinin necə yaranması məhkəmə tərəfindən araşdırılmamışdır. İddiaçının həmin xanıma 14 ildən uzun müddət ərzində qayğı göstərməsinə baxmayaraq cavabdeh sözdə qohumuna həmin müddət ərzində hər hansı köməklik etməmişdir. İddiaçıya bütün bina sakinləri, bundan əlavə digər şəxslər də şahid olaraq qeyd edilə bilər ki, mərhum Nina xanıma Gülbəst xanım qayğı göstərmiş, onu lazım gəldikdə öz evində saxlamış, həkimə də o aparmış, ölümünün son anlarına qədər onun yanında olmuşdur. Lakin cavabdeh hansısa məlum olmayan qaydada özünü qanuni vərəsə olaraq elan etdirmiş və Nina xanıma məxsus olan əmlakı əldə etmişdir. Onun qohumluq dərəcəsinin nə ilə müəyyən edilməsi isə ümumiyyətlə aydın olmamışdır. Həmin şəx sdən Nina xanımın bibisinin necə biri olması barədə məlumat soruşulsa belə onu tanıyacağını düşünmürük.
22. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Belə ki, mərhum Nina Plaksina öz dünyasını dəyişməzdən əvvəl iddiaçı Gülbəst xanıma etibarnamə təqdim edərək ona məxsus olan əmlaka çıxarış alınması üçün qanuni hərəkətlərin edilməsini xahiş etmişdir. Nina xanım həmin etibarnaməni xəstəxanada həkimlərin, həmin zamankı işçilərin və 9 saylı notariusun iştirakı ilə vermişdi. Sözügedən etibarnamə 10 il müddətinə verilmişdir. Gülbəst xanım həmin etibarnamə əsasında mənzilə dair çıxarış əldə etmişdir.
23. Məh kəmə tərəfindən işin faktiki halları araşdırılmalı idi. Lakin məhkəmə formal mülahizələrə istinad etmiş, bundan əlavə iddiaçının hüqunun olmamasını qeyd etmişdir. Lakin nəzərinizə çatdırmaqistəyirki ki, mərhum Nina xanımın Gülbəst xanıma xx.xx.2014cü il tarixindətəqdim etdiyi etibarnamədə onun əmlakları üzərində tam səlahiyyətlərinin olmasını və həLa bu barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinin mümkün olmasını qeyd etmişdir. Lakin bu hal məhkəmə təərfindən nəzər alınmamışdır. 24. 21 saylı notarius tərəfindən işin faktiki halları düzgün müəyyən edilməmişdir. Çünki Gülbəst xanımda olan məlumata görə X13 Federasiyasında yaşayan qardaşı Vladimir Plaksina olmuş və onunla əlaqələri olmuşdur. Onun qardaşının olması elə iddiaçı tərəfindən təqdim edilən orderdən də aydın olmaqdadır. L akin bu hal nə notarius, nə də məkhəmə tərəfindən nəzərə alınmamış yəni işin faktiki halları tam şəkildə araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə
19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər.
27. Maddə 139-1.1.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
28. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
29. Maddə 337.2.Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
30. Maddə 337.4. E tibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
31. Maddə 1133.1.Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
32. Maddə 1133.2.Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
33. Maddə 1145 Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
34. Maddə 1151.1.Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
35. Maddə 1151.2.Mirasa ümumi mülkiy yətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
36. Maddə 1159.1.Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 37. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəs əlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 38. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 39. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 40. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu
41. Maddə 55 Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir; Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər.
42. Maddə
59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır; Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Sadalanan normaların tələblərinə istinadən qeyd edilməlidir ki, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır, v ərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi y oxdur.
46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 407.2.Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
15. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəm ə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
16. İşin hallarına nəzər salındıqda görünür ki,apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
17. Kollegiy a bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
18. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
19. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
20. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3665/2025 nömrəli, 03 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.