Məhkəmə qərarları › İş №2(102)-3236/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3236/2023

18.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3236/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: öhdəliyin icrası) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pulun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2530/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nizami rayonun B. Nuriyev küçəsində yerləşən 41 saylı binanın yaşayış sahəsi 46,05 kv.m olan 3 otaqdan ibarət 26 nömrəli mənzilin 20 kv.m-lik bir otağı paylı mülkiyyət hüququ əsasında X3 məxsus olmuşdur.

2. X5 xx.xx.2020-ci ildə vəfat etmişdir və onun qızı – hazırki iş üzrə İddiaçı, anası X2 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzildəki payına vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi və həmin mənzilin satılması da daxil olmaqla bir sıra səlahiyyətləri xx.xx.2021-ci il tarixli ** AQ ***8732 nömrəli etibarnamə ilə Cavabdeh vermişdir.

3. X2 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, B.Nuriyev küçəsi, b. 41 saylı binanın 26-cı mənzilin 20 kv.m-dən ibarət 1 otağına İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik haqqında 01 dekabr 2020-ci il tarixli şəhadətnamə verilmişdir.

4. Bundan sonra Bakı şəhəri, Nəsimi rayonu, B.Nuriyev küçəsi, b. 41 saylı binanın 26-cı mənzilin 20 kv.m-dən ibarət 1 otağına İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və Vəliyev X4 İrina Georqievnanın etibarnamə üzrə təmsilçisi kimi xx.xx.2021-ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsi ilə qeyd olunan 20 kv.m-dən ibarət olan 1 otağı 17.700 manata X1 satmışdır.

5. Hazırki mübahisə, Cavabdeh mənzilin satılmasından əldə edilmiş pulu təmsil etdiyi İddiaçı qaytarmaması ilə bağlı yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küçəsi, bina 41, mənzil 26-da yerləşən 20 kv.metr yaşayış sahəsinin 5 saylı “ASAN xidmət” Mərkəzində bağlanmış 19 yanvar 2021-ci il tarixli alğı-satqı müqaviləsindən əldə etdiyi 17.700 (on yeddi min yeddi yüz) manat pulun və həmin pulu qanunsuz saxlamasına görə 1327 (bir min üç yüz iyirmi yeddi) manat pulun, cəmi 19027 (on doqquz min iyirmi yeddi) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə belə əsaslandırılıb ki, cavabdeh ona məxsus Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küçəsi, bina 41, mənzil 26-da yerləşən ümumi sahəsi 20 kv. metr olan bir otaqlı yaşayış sahəsini 19 yanvar 2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 17.700 manata satmış, lakin mənzilin satışından əldə edilən pulu mülkiyyətçiyə verməmişdir. Belə ki, pandemiya dövrü old uğu üçün iddiaçı Bakı şəhərinə gələ bilməmiş, cavabdeh isə pulu iddiaçıya nə bank, nə də rabitə vasitəsi ilə göndərməmişdir. Həmin etibarnaməyə əsasən cavabdeh iddiaçını təmsil edərək müqaviləni bağlayıb pulu bankın depozit hesabından götürmüşdür və iddiaçıya verməmişdir. Cavabdehə həmin xidmətləri göstərmək üçün əvvəlcədən Moskva şəhərindən iddiaçı pul göndərmişdir, aralarındakı razılığa əsasən evin satışından əldə edilmiş vəsaiti cavabdeh üzərinə götürdüyü öhdəliyə əsasən tam olaraq iddiaçıya göndərməli idi. Cavabdeh iddiaçıya məxsus 17.700 manat pulu əsassız 1 (bir) il 6 ay müddətində özündə qanunsuz saxlayaraq istifadə etmişdir və iddiaçını mövcud gəlirlərindən məhrum etməklə ona ziyan vurmuşdur, nəticədə pulun saxlanılmasına görə əlavə olaraq 1327 (bir min üç yüz iyirmi yeddi) manat p ul ödəməlidir.

8. Cavabdeh iddianı qəbul etməmiş, iddianın rədd olunmasını xahiş edərək bildirmişdir ki, o nə iddiaçını, nə də onun oğlunu tanımır. Sadəcə onlar müəyyən vasitəçilər vasitəsilə ona etibarnamə göndəriblər ki, Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küçəsi, bina 41, mənzil 26-da yerləşən ümumi sahəsi 20 kv.metr olan bir otaqlı yaşayış sahəsini satsın. O da həmin evin bütün sənədlərini hazırlamış və mənzili satmışdır. Mənzilin heç bir sənədi olmayıb və mənzildə iddiaçının qardaşı və ailəsi yaşayırdı. O, müəyyən çətinliklərlə mənzili satmış və pulun 5000 manat hissəsini iddiaçının oğlunun bank hesabına göndərmiş, 10000 manat hissəsini isə ona etibarnaməni gətirən vasitəçiyə vermişdir. Çünki ona pulun həmin vasitəçiyə verilməli olduğu bildirilmişdi. Yerdə qalan 2700 manat isə mə nzilin satılmasına kömək etmiş şəxslərə xidmət haqqı olaraq verildi. Onun iddiaçıya heç bir borcu yoxdur.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(006)305/2022 saylı qətnaməsi ilə (hakim G.Abidova) iddia tələbinin təmin edilməsi, Cavabdeh 17700 (on yeddi min yeddi yüz) manat, pul vəsaitini qanunsuz saxlamasına görə 1327 (min üç yüz iyirmi yeddi) manat olmaqla, cəmi 19027 manat pulun və 147 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Cavabdeh İddiaçı Georqievnanın əvəzinə xx.xx.2021-ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə müvafiq olaraq, ünvan 2 ünvanında yerləşən mənzilin iddiaçıya məxsus 20 kv.m-dən ibarət olan 1 otağını 17.700 manata X1 satmışdır. Həmin məbləğ alğı-satqı müqaviləsi notarius tərəfindən təsdiq edildikdən sonra cavabdehə verilməsi üçün notariusun bankda olan depozit hesabına köçürülmüşdür. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mənzilin satışından əldə edilmiş pulu ona vermədiyini iddia edir və həmin məbləğlə yanaşı, qeyd edilən pulu qanunsuz saxlamasına görə 1327 manat pulun, cəmi 19027 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsini məhkəmədən xahiş edir. Cavabdeh isə həmin pulu əldə etdikdən sonra 5000 manat hissəsini iddiaçının oğlunun bank hesabına göndərdiyini, 10.000 manat hissəsini ona etibarnaməni gətirən vasitəçiyə, qalan 2700 manat hissəsini isə mənzilin satılmasına kömək etmiş şəxslərə xidmət haqqı olar aq verdiyini bildirir. Lakin buna baxmayaraq, cavabdeh qeyd etdiyi pul göndərmələri ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, yəni iddia etdiklərini məhkəmədə müvafiq qaydada sübuta yetirə bilməmişdir. Belə ki, qeyd edilənlərlə bağlı cavabdeh tərəfindən məhkəməyə sübut qismində bir neçə “screenshot” (telefon ekranının görüntüsü) təqdim edilmiş, lakin həmin şəkillərdən pul vəsaitlərinin kim tərəfindən kimə göndərilməsini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçı tərəfindən ona etibar edilən səlahiyyətlər üzrə mənzilin iddiaçıya məxsus hissəsini 17.700 manata satmış və həmin pul vəsaitini iddiaçıya vermək məqsədilə əldə etmiş, lakin pulu iddiaçıya verməyərək onun vəsaiti hesabına əsassız varlanmışdır.

11. Məhk əmə daha sonra qeyd etmişdir ki, cavabdeh əldə etdiyi pul vəsaitinin bir hissəsini iddiaçının oğluna, digər hissəsini vasitəçiyə və qalanını da xidmət haqqı kimi başqa şəxslərə ödədiyini bildirsə də, kifayətedici sübutlarla bunu məhkəmədə təsdiq edə bilməmişdir. Belə ki, cavabdeh pulun yuxarıda qeyd edilən şəxslərə ödənilməsini iddia etdiyi halda, onu məhz iddiaçıya və ya onun ixtiyarlı şəxsinə ödədiyini sübuta yetirmək yükünü daşıyır. Cavabdehin iddiaçıya məxsus olan pulu ona vermədiyi işin mübahisəsiz halını təşkil edir. Cavabdeh pulun bir hissəsini iddiaçının oğluna və digər hissəsini vasitəçilik edən şəxsə, qalan hissəsini isə xidmət haqqı kimi ödədiyini bildirərək bunu sübut etsəydi belə, bu hal pulun iddiaçıya verilməsi nəticəsinə gəlmək üçün əsas ola bilməzdi. Çünki həmin vəsaitin i ddiaçının oğluna, vasitəçiyə və ya qeyrisinə verilməsi o zaman iddiaçıya verilməsi öhdəliyinin icrası sayıla bilər ki, həmin şəxslər iddiaçının ixtiyarlı şəxsi olsun. Halbuki, cavabdeh həmin şəxslərin icranı qəbul etməyə ixtiyarlı şəxs olmasını, habelə onların icranı qəbul etməyə ixtiyarsız şəxs olsa belə, iddiaçının buna razılıq verməsini və ya bu icradan fayda götürməsini təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə iddia tələbinin “Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küçəsi, bina 41, mənzil 26-da yerləşən 20 kv.metr yaşayış sahəsinin 5 saylı “ASAN xidmət” Mərkəzində bağlanmış 19 yanvar 2021-ci il tarixli alğı-satqı müqaviləsindən əldə etdiyi 17.700 manat pulun alınıb İddiaçı verilməsi” hissəsində iddiaçının haqlı olduğu və iddia tələbinin bu hissəsinin təmin edilməli olması qənaətinə gəlmişdir. Bundan başqa məhkəmə iddia tələbinin “Cavabdeh 17.700 manat pulu gecikdirməyə görə (vaxtında qaytarılmadığına görə illik 5%-lə hesablanmaqla) 1327 manat pulun alınıb İddiaçı verilməsi” hissəsi ilə əlaqədar hesab etmişdir ki, iddiaçı haqlı olduğundan tələbin bu hissəsi də istinad edilən hüquq normalarına əsasən təmin edilməlidir. Çünki, Mülki Məcəllənin 445.4-cü maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 359.1, 362.1, 425.1, 442, 445.1, 445.7, 445.7, 1091.1, 1092.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verər ək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh heç bir əlaqəsi olmamış, bir birlərini tanımamışlar. Belə olan halda həmin şəxsə qarşı heç bir öhdəliyi yoxdur. Cavabdeh etibarnamə və digər sənədlər təqdim edilmiş Cavabdeh həmin sənədləri təqdim edən şəxsə öhdəliyi yaranmışdır. Cavabdeh həmin öhdəlikləri yerinə yetirmiş etibarnamə ilə ona verilən səlahiyyətləri həyata keçirdərək evi sənədləşdirərək satmış, əldə olunan pulu ona etibarnaməni təşkil edən və digər evə dair sənədləri təqdim edən şəxsə verməklə öhdəliklərini icra etmişdir. Həmçinin qeyd edir ki, hakim iş materiallarında olan cavabdeh tərəfindən təqdim olunan heç bir sübuta düzgün münasibə t bildirməmişdir, sübutların təqdim edilməsini əngəlləmişdir, hətta iddiaçının ona pulun bir hissəsinin ödənilməsi barədə məhkəməyə təqdim etdiyi sübutu belə qəbul etməmişdir. Bundan başqa işin mübahisəsiz halı odur ki, İddiaçı ilə Cavabdeh heç bir əlaqəsi olmamış bir birlərini tanımamışlar. Belə olan halda məhkəmənin ödənilmiş pulun iddiaçının ixtiyarlı şəxsi olmaması barədə gəldiyi qənaətin heç bir əsası olmur. Belə ki, cavabdeh iddiaçını tanımadığı halda həmin şəxslər Vəliyev Rufətin adına tam etibarnamə alaraq ona verilməsindən sonra həmin şəxslərin ixtiyarlı şəxs olmasının sorğu edilməsinə heç bir şübhə qalmırdı.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və S.Bəhrəmzadədən ibarət tərkibdə) 2(103)2530/2023 nömrəli, 1 8 aprel 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh iddiaçı tərəfindən ona etibar edilən səlahiyyətlər üzrə mənzilin iddiaçıya məxsus hissəsini 17.700 manata satmış və həmin pul vəsaitini iddiaçıya vermək məqsədilə əldə etmişdir. Cavabdeh tərəf işin qeyd olunan hallarını təkzib etməsə də birinci instansiya məhkəməsi baxışı zamanı eləcə də apellyasiya şikayətində qeyd etmişdir ki, həmin pulu əldə etdikdən sonra 5.000 manat hissəsini iddiaçının oğlunun bank hesabına göndərdiyini, 10.000 manat hissəsini ona etibarnaməni gətirən vasitəçiyə, qalan 2.700 manat hissəsini isə mə nzilin satılmasına kömək etmiş şəxslərə xidmət haqqı olaraq ödəmişdir. Lakin evin satılmasında əldə edilmiş vəsaitin iddiaçıya deyil, başqa şəxslərə verilməsi barədə iddiaçı ilə aralarında olan hər hansı razılığın olması işin faktiki halları ilə müəyyən edilməmişdir. Halbuki cavabdeh mənzili satdıqdan sonra əldə edilmiş vəsaitin iddiaçıya verilməsi barədə iddiaçı tərəfindən verilmiş etibarnaməyə əsasən üzərinə öhdəlik götürmüşdür.

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “Cavabdeh həmin öhdəlikləri yerinə yetirməsi, etibarnamə ilə ona verilən səlahiyyətləri həyata keçirərək evi sənədləşdirməklə satmış, əldə olunan pulu ona etibarnaməni təşkil edən və evə dair sənədləri təqdim edən şəxsə verməklə öhdəliklərini icra etməsini sübut etmək üçün bu barədə sübutlarının birinci instansiya məhkəməsinə təqdim etsələr də, məhkəmənin işin faktiki hallarını düzgün araşdırmaması”na dair dəlillərinə qiymət verərək hesab edib ki, cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi istənilən sübutu (o cümlədən şahid ifadələri) təqdim etmək hüququndan istifadə etsə idi belə, bu sübutlar iddianın əsassız olmasını təsdiq edən sübutlar kimi qiymətləndirlə bilməzdi.

18. Belə ki, qanunvericiliyin tələbləri baxımından etibarnamə və digər sənədlər təqdim edilmiş şəxslərə münasibətdə cavabdehin öhdəliyi yaranmamış və yarana da bilməzdi. Cavabdeh mənzili satdıqdan sonra əldə edilmiş vəsaitin iddiaçıya verilməsi barədə iddiaçı tərəfindən verilmiş etibarnaməyə əsasən sonuncuya münasibətdə öhdəliyi yaranmışdır.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etmədiyindən birinci instansiya məhkəməsi - iddia tələbinin “Cavabdeh 17.700 manat pulu gecikdirməyə görə (vaxtında qaytarılmadığına görə illik 5%-lə hesablanmaqla) 1.327 manat pulun alınıb İddiaçı verilməsi” hissəsində düzgün nəticəyə gəlmişdir.

20. Belə ki, işin materiallarından görünür ki, Cavabdeh iddiaçıya məxsus 17.700 manat pulu əsassız 1 il 6 ay müddətində özündə qanunsuz saxlayaraq istifadə etmiş və iddiaçını mövcud gəlirlərindən məhrum etməklə ona ziyan vurmuşdur.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək həmçinin hesab etmişdir ki, işə mahiyyəti üzrə baxılarkən işdə iştirak edən vəkilin digər məhkəmə instasiyasında iştirakını təsdiq edən müvafiq sübut olmadığından birinci instansiya məhk əməsi işə cavabdeh tərəfin iştirakı olmadan baxmaqda haqlı olmuşdur.

22. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 359, 362, 425, 427, 428, 442, 445, 1091 və 1092-ci maddələrinə, istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti iddia tələbinə qarşı etirazın və apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, cavabdehin icranı ixtiyarlı şəxsə ödəmədiyi barədə məhkəmənin qənaəti tamamilə əsassızdır. İşin mübahisəsiz halı odur ki, iddi açı ilə cavabdehin heç bir əlaqəsi olmamış, bir-birlərini tanımamışlar. Belə olan halda məhkəmənin ödənilmiş pulun iddiaçının ixtiyarlı şəxsi olmaması barədə gəldiyi qənaətin heç bir əsası olmur. Belə ki, cavabdeh iddiaçını tanımadığı halda həmin şəxs oğlu Vəliyev Rufətin adına tam etibarnamə alaraq ona verilməsindən sonra həmin şəxsin yəni oğlunun ixtiyarlı şəxs olmasına heç bir şübhə qalmırdı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələ r doğuran hərəkətlərindən əmələ gəlir.

27. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

28. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Notarial forma tələb edən əqdlərin bağlanmas ı üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

29. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

30. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

31. Maddə 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər.

32. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

34. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ö dənilməsini tələb edə bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araş dırması kimi qiymətləndirilməməlidir.

41. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş halları bu qərarın 1-4cü paraqraflarında əksini tapmışdır.

44. İddiaçı cavabdehdən onun verdiyi etibarnamə əsasında hərə kət edib, onu təmsil etməklə mənzili satmaqla əldə olunmuş (alıcının mənzilə görə ödədiyi) pulun qaytarılmasını tələb edir. Cavabdehin mənzilin satılmasından əldə olunmuş pul vəsaitini iddiaçıya ödəmədiyi məhkəmələr tərəfindən müəyyən edilmişdir. Cavabdeh bunun əksini təsdiq edən sübutları təqdim etməmişdir.

45. Apellyasiya instansiya məhkəməsi mənzilin satılmasından əldə olunan pulun 5.000 manat hissəsinin iddiaçının oğlunun bank hesabına göndərməsi, 10.000 manat hissəsinin ona etibarnaməni gətirən vasitəçiyə, qalan 2.700 manat hissəsini isə mənzilin satılmasına kömək etmiş şəxslərə xidmət haqqı olaraq ödəməsi barədə cavabdehin dəlillərini qəbul etməmiş və bildirmişdir ki, evin satılmasından əldə edilmiş vəsaitin iddiaçıya deyil, başqa şəxslərə verilməsi barədə iddiaçı ilə aralarında olan hər hansı razılığın olması işin faktiki halları ilə müəyyən edilməmişdir. Halbuki cavabdeh mənzili satdıqdan sonra əldə edilmiş vəsaitin iddiaçıya verilməsi barədə iddiaçı tərəfindən verilmiş etibarnaməyə əsasən üzərinə öhdəlik götürmüşdür.

46. Apelyasiya instansiyası məhkəməsi daha sonra qeyd etmişdir ki, qanunvericiliyin tələbləri baxımından etibarnamə və digər sənədlər təqdim edilmiş şəxslərə münasibətdə cavabdehin öhdəliyi yaranmamışdır və yarana da bilməzdi. Cavabdeh mənzili satdıqdan sonra əldə edilmiş vəsaitin iddiaçıya verilməsi barədə iddiaçı tərəfindən verilmiş etibarnaməyə əsasən sonuncuya münasibətdə öhdəliyi yaranmışdır.

47. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin bu əsaslandırması və gəldiyi nəticə ilə razılaşır.

48. Məhkəmə kollegiyası hesab edir ki, apell yasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir

49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməs in. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2530/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar