Məhkəmə qərarları › İş №2(102)-3237/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3237/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3237/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1nə və “X2 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Kassasiya şikayətindən imtina qəbul edilərək kassasiya icraatına xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1nə və “X2 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın nəticələrinin etibarsız hes ab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3393/2024 nömrəli, 30 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətindən imtinaya dair ərizəyə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsindəki icraat

1. İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X1 1 Saylı Bakı Ərazi İdarəsi və "X2 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "hərracın nəticələrinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində is tifadədə olan 0,0912 ha torpaq sahəsində yerləşən, 16 a nömrəli binanın 1-ci mərtəbəsində 95 kv metr ümumi, 83,6 kv metr əsas, 11,4 kv metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi ilə bağlı xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində keçirilmiş hərracların və onların nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir

2. Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin e-2(005)-384/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Əfəndizadə) iddia tələbi təmin edilməmişdir.

3. İddiaçı (vəkil Nümayəndə) apellyasiya şikayəti verərək Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin e-2(005)-384/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi ni xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3393/2024, 30 may 2024cü il tarixli qətnaməsi ilə (hakimlər: Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat

5. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3393/2024, 30 may 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

6. Ali Məhkəmənin Mülki kollegiyasının 26 avqust 2024-cü il tarixli, 2(102)-3237/2024 nömrəli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir.

7. Kassasiy a baxışı zamanı İddiaçı tərəfindən elektron qaydada məhkəməyə ünvanlanmış 21 avqust 2024-cü il tarixli ərizəsində hazırki iş üzrə verilmiş kassasiya şikayətindən imtina edildiyi göstərmiş və kassasiya şikayətinin kassasiya baxışından çıxararaq geri qaytarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

8. Maddə 410.1. Kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır.

9. Maddə 410.2. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xita m verilir.

10. Maddə 410.3. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır.

11. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

12. Maddə 191.2. Hakim iddiaçının iddiadan i mtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir....

13. Maddə 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Kassasi ya baxışının hədləri

14. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

15. Hazırki işdə iddiaçı tərəfindən kassasiya şikayətindən imtina edildiyindən məhkəmə kollegiyası kasasiya şikayəti üzrə hər hansı bir araşdırma aparmır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və m əhkəməyə daxil olmuş iddiaçının ərizəsini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının kassasiya şikayətindən imtinası qəbul edilməli, iş üzrə kassasiya instansiyasında icraata xitam verilməlidir.

17. Belə ki, məhkəməyə daxil olmuş ərizələrdən və teleqramdan görünür ki, İddiaçı cavabdehlərlə mübahisəni öz aralarında həll etdiklərini, razılıq əldə olunduğunu göstərərək hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 may 2024-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtina etdiyini bildirmiş, kassasiya şikayətindən imtinanın qəbul olunmasını və kassasiya instansiyasında icraata xitam verilməsini xahiş etmiş, kassasiya şikayətindən imtinanın hüquqi nəticələrinin ona aydın olduğunu qeyd etmişdir.

18. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətindən imtinanın qəbul edilməməsi üçün əsaslar yoxdur. Belə olan halda ərizə təmin edilməklə kassasiya şikayətindən imtina qəbul olunmalı və iş üzrə kassasiya instansiyasında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 410, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3393/2024 nömrəli iş üzrə 30 may 2024-cü tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinası qəbul edilsin və işin kassasiya instansiyasında icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar