Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3238/2025 27.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu 254 nömrəli Uşaq bağçasına (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsi olmaqla) qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əmək münasibətlərindən irəli gələn mübahisələr, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa tələbi), işçi əmək vəzifələrini kobud şəkildə pozduğuna görə əmək müqaviləsinə xitam verilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğl u və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu 254 nömrəli Uşaq bağçasına (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsi olmaqla) qarşı “əmrlərin ləğv edilməsi, işə bərpa edilmə, əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 30 may tarixli 2(*03)-3265/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə İddiaçı arasında bağlanmış 02.*2.2022-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı 02.*2.2022-ci il tarixdən Bakı şəhəri 254 nömrəli uşaq bağçasında müdir vəzifəsinə təyin edilmişdir.
2. Həmin müqaviləyə *2.05.2023-cü il tarixli müqavilə ilə dəyişiklik edilərək, İddiaçı Bakı şəhəri 254 nömrəli uşaq bağçasında tərbiyəçi vəzifəsinə işə qəbul edilmişdir.
3. İddiaçı əmək intizamını pozması (iş saatlarında işdə olmaması) barədə xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, 0*.07.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, **.07.2024-cü il, *2.07.2024-cü il, *6.07.2024-cü il, *8.07.2024-cü il, xx.xx.2024-cü il xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərdə aktlar tərtib edilmişdir.
4. İşəgötürənin 24 iyun 2024-cü il tarixli, 22 nömrəli əmri ilə İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Əmrdə qeyd olunmuşdur ki, İddiaçı elan edilmiş xəbərdarl ıqlara və tətbiq edilən intizam cəzasına baxmayaraq, onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulan iş vaxtının rejimini və müəssisənin nizam-intizam qaydalarını, o cümlədən işçilərlə ünsiyyət və etik davranış qaydalarını təkrarən kobud şəkildə pozmuşdur. xx.xx.2024-cü il tarixdə ona yazılı izahat verilməsi təklif edilsə də o, izahat verməkdən imtina etmişdir.
5. Qeyd olunan əmr tanış olması üçün İddiaçı xx.xx.2024-cü ildə təqdim edilmiş, sonuncu əmrin saxta olduğunu qeyd edərək, əmrlə tanış olması barədə imza etməkdən imtina etmişdir. Əmr mərkəzləşdirilmiş elektron informasiya sisteminə *6.08.2024-cü il tarixdə daxil edilmişdir.
6. Bakı Şəhəri Sabunçu rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsinin əmrlər kitabında olan qeydlərə görə 03 iyun 2024-cü il tarixdə İddiaçı elan edilm iş şifahi xəbərdarlıqlara baxmayaraq onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulan iş vaxtının rejimini və müəssisənin nizam-intizam qaydalarını, o cümlədən işçilərlə ünsiyyət və etik davranış qaydalarını təkrarən kobud şəkildə pozmuş, xx.xx.2024-cü il tarixdə subordinasiya qaydasını pozaraq tabe olduğu müdiriyyətdən icazə almadan * saat işə gec gəlmiş, İddiaçı yazılı izahat verilməsi işəgötürən tərəfindən təklif edilsə də o, izahat verməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən İddiaçı töhmət verilmişdir. 7. xx.xx.2024-cü il tarixli aktda göstərilir ki, 254 nömrəli baxçanın müdürü vəzifəsini müvəqqəti icra edən X** xx.xx.2024-cü il tarixdə saat *4.30 radələrində 254 nömrəli uşaq bağçasını tərbiyəçisi İddiaçı otağına dəvət edərək onun təkrarən müəssisənin nizam intizam və iş yeri qaydalarını kobud şəkildə pozması, eləcə də 22-xx.xx.2024-cü il tarixlərdə tabe olduğu müdiriyyətdən icazə almadan və açıq şəkildə tabesizlik, saymamazlıq nümayiş etdirərək işə gec gəlmə və işdən tez çıxma hallarına dair yazılı izahat təqdim edilməsi təklif etmişdir. İddiaçı qışıqıraraq onun heç nədən başı çıxmamasını, müdir kimi işə yaramadığını, işə isə ümumiyyətlə gəlmədiyini bildirmiş və kollektiv müqaviləni qabağına qoyaraq yaxşı oxumasını təklif etmiş və Bakı təhsil İdarəsinin və mühasibatlığın məlumatı olduğunu, işə vaxtında gəlib getdiyini bildirmişdir. Flora Əliyeva isə ona xatırladaraq bildirmişdir ki, o işə vaxtında gəlmədiyin bütün kollektivin gördüyünü, onunla və kollektivlə ünsiyyət və subordinasiya qaydalarını pozduğunu, böhtan xarakterli ifadələrə yol verdiyi bildirərək iza hat verilməsini xahiş etmiş, İddiaçı isə izahat yazmaqdan imtina etmişdir.
8. Bakı Şəhəri Sabunçu Rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsi tərəfindən təqdim edilən Bakı Şəhəri Sabunçu Rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsinin 24 iyul 2024-cü il tarixli, 22 nömrəli əmrində göstərilir ki, İddiaçı elan edilmiş xəbərdarlıqlara və tətbiq edilən intizam cəzasına baxmayaraq onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulan iş vaxtının rejimini və müəssisənin nizam-intizam qaydalarını, o cümlədən işçilərlə ünsiyyət və etik davranış qaydalarını təkrarən kobud şəkildə pozmuş olduğundan, xx.xx.2024-cü il tarixdə İddiaçı yazılı izahat verilməsi işəgötürən tərəfindən təklif edilsə də o izahat verməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən İddiaçı sonuncu xəbərdarlıqla şiddətl i töhmət verilmişdir. 9. xx.xx.2024-cü il tarixli aktda göstərilir ki, 24 iyul 2024-cü ildə 254 nömrəli uşaq bağçasını tərbiyəçisi İddiaçı *3:00-da işdən getməli olduğu halda *2:*5-də heç bir məlumat vermədən işdən getmişdir. 10. xx.xx.2024-cü il tarixli aktda göstərilir ki, İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsi haqqında 24 iyul 2024-cü il tarixli 22 nömrəli əmrlə tanış olmaqdan imtina edərək aktın arxasına aktın saxta olduğunu qeyd etmişdir.
11. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 254 saylı uşaq bağçası üzrə 24 nömrəli xx.xx.2024-cü il tarixli əmrlə xx.xx.2024-cü il tarixdən uşaq bağçasının tərbiyəçi-müəllimi İddiaçı ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində sadalanan hal) ləğv edilmişdir. Əmr belə əsaslandırmışdır ki, İddiaçı ardıcıl olaraq iş vaxtı rejimini, qüvvədə olan əmək müqaviləsində nəzərdə tutulan öhdəliklərini və Əmək Məcəlləsinin tələblərini pozmağa davam etmiş, o cümlədən işəgötürənin adından onunla heç bir razılaşma olmadan əmək məzuniyyətinə dair saxta əmr tərtib edərək iş yerinə ümumiyyətlə gəlməmiş, kollektiv üzvləri ilə etik davranış qaydalarına riayət etməyərək onlarla mütəmadi qaydada mübahisələr yaratmış, bununla da təhsil müəssisəsinin normal iş ahəngini pozaraq işəgötürənin nüfuzuna ciddi xələl gətirmişdir. Qeyd olunan neqativ faktlar və qanun pozuntularının gündəlik olaraq davam etməsini nəzərə alaraq, ƏM-nin 80-ci maddəsinə əsasən işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə ƏM-nin 70-ci maddənin “ç” bəndinə əsasən xitam verilməsi üçün zəruri təsd iqedici sənədlərlə birlikdə Bakı şəhər Təhsil İdarəsinə, Azərbaycan Təhsil İşçiləri X4 Sabunçu rayon Komitəsinə, həmin Komitənin yuxarı təşkilatlarına müvafiq olaraq təqdimat və ərizələrlə müraciət edilmişdir. Buna baxmayaraq, ATİAHİ-nin Sabunçu rayon Komitəsi və onun yuxarı təşkilatları ƏM-nin 80-ci maddəsinin tələblərinə məhəl qoymayaraq, 254 saylı uşaq bağçası tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli yazılı təqdimatın araşdırılması məsələsinə baxılması üçün iclas təyin etməmiş, bununla da həmkarlar ittifaqı təşkilatı əsaslandırılmış yazılı qərarını ən geci *0 (on) gün müddətində təqdim etməli olduğu halda, bu günədək təqdim etməmişdir.
12. Təhsil işçiləri X*2 Sabunçu Rayon Komitəsi tərəfindən Sabunçu Rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsinin müdirinə ünvanlanan 29 nömr əli xx.xx.2024cü il tarixli məktubda göstərilmişdir ki, 254 №-li uşaq baxçasında son vaxtlar yaranmış münaqişə pik həddinə çatmışdır. Belə ki, baxçanın rəhbərliyi ilə tərbiyəçi İddiaçı arasında bir - birinə güzəşti bacarmamaq baxçada psixoloji iqlim şəraitini pozur. Baxça rəhbərliyinin verdiyi məlumatlarda tərbiyəçi İddiaçı fəaliyyətində yol verdiyi qanun pozuntularına görə işçilərin iştirakı ilə aktlar (*7.04.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024 tarixlərdə) tərtib edilmiş, ona intizam tənbehi tətbiq edilmişdir (Əmr № *4,xx.xx.2024 - cü il “töhmət”, Əmr № 22,xx.xx.2024-cü il “ Sonuncu xəbərdarlıqla şiddətli töhmət”). Bütün bunlara görə F.Əliyeva tərbiyəçi İddiaçı əmək müqaviləsinə xitam verilməsini təmin etmək və ilk həmkarlar təşkilatı sədrliyindən çıxarılması üçün yenidən seçki ke çirilməsini tələb etmişdir. Ayrı-ayrılıqda İddiaçı və F.Əliyeva ilə fərdi söhbətlər aparılmasına baxmayaraq bir-birinə güzəşt etmək fikrində olmadıqlarını bildirmişlər. Nəticə etibarı ilə Sabunçu rayon Komitəsi bildirmək istəyir ki, 254 №-li uşaq baxçasında seçki F.Əliyevanm iştirakı ilə *4.02.2024-cü il tarixdə keçirilmişdir. Baxçanın rəhbərliyi tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixdə son intizam tənbehi verilmiş, 25 iyun 2024-cü il tarixdə təqdimat verilərək İddiaçı əmək müqaviləsinə xitam verilməsini tələb etmişdir. Son intizam tənbehi nəzərə alınaraq təkrar intizam tənbehi verilə bilmədiyini nəzərə alınmaqla əmək müqaviləsinə xitam verilməsinə etiraz etdiklərini bildirmişdir.
13. Bakı şəhər Sabunçu rayonu 254 nömrəli mətəbəqədər təhsil müəssisəsinin müdiri ilə 254 nömrəli məktəb əqədər təhsil müəssisəsinin ilk həmkarlar təşkilatı arasında bağlanmış *8.02.2023-cü il tarixli 2 illik kollektiv müqavildən 5.*.2-ci maddəsindən görünür ki, işçinin toyu olduqda *0 iş günü müddətində müəssisənin maliyyə imkanları daxilində əmək haqqı saxlanılmaqla işə çıxmamasına razılıq verilməsi ilə bağlı öhdəlik götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli 22 №-li və xx.xx.2024-cü il tarixli 24№-li əmrlərin ləğv edilməsi, onun 254 nömrəli Uşaq Bağçasına tərbiyəçi müəllim vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının və əmək haqqının gecikdiyi hər gün üçün * faiz cərimənin hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Bakı şəhər Təhsil İdarəsinin 254 saylı uşaq bağçası tərəfindən onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələblərinə əməl olunmadan qanunsuz və əsassız olaraq xitam verilib, həmçinin onun barəsində sonradan əvvəlki tarixə qanunsuz və əsassız olaraq xx.xx.2024-cü il tarixli, 22 №-li sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsi haqqında əmr tərtib edilib. Həmin əmr barədə İddiaçı xx.xx.2024-cü il tarixdə məlumat verilib. Cavabdehin tərtib etdiyi xx.xx.2024-cü il tarixli, 22 №-li sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsi haqqında əmrdə qeyd etmişdir ki, Bakı şəhər Təhsil İdarəsinin 254 saylı uşaq bağçasında tərbiyəçimüəllim, eləcə də həmin bağçanın ilk həmkarlar təşkilatının sədri vəzifəsində işl əyən İddiaçı dəfələrlə elan edilmiş xəbərdarlıqlara və tətbiq edilən intizam cəzasına baxmayaraq onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulan iş vaxtının rejimini və müəssisənin nizam-intizam qaydalarını, o cümlədən işçilərlə ünsiyyət və etik davranış qaydalarını təkrarən kobud şəkildə pozmuşdur. İddiaçı ona tutulan iradlardan və barəsində həyata keçirilmiş intizam cəza tədbirlərinə baxmayaraq heç bir müsbət nəticə çıxarmamış, əksinə aqressiya nümayiş etdirərək subordinasiya və əmək müqaviləsilə tənzimlənən iş rejimi qaydalarını kobud şəkildə pozmağa davam etmişdir. xx.xx.2024-cü il tarixində İddiaçı yazılı izahatın verilməsi təklif edilsə də o, izahat verməkdən imtina etmişdir. Əmrə əsas kimi xx.xx.2024-cü il tarixli akt qeyd edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixi bazar günün ə düşməklə qeyri-iş günüdür. Həmin gün belə bir aktın tərtib edilməsi, eyni zamanda guya İddiaçı yazılı izahatın verilməsi təklifin edilməsi qeyri mümkündür. Bundan sonra iddiaçı tərəfindən ikinci qanunsuz və əsassız əmr qəbul edilmişdir. 07 avqust 2024-cü il tarixli, 24 №-li əmrdə qeyd edilir ki, Bakı şəhər Təhsil İdarəsinin 254 saylı uşaq bağçasında tərbiyəçi müəllim vəzifəsində işləyən İddiaçı ardıcıl olaraq iş vaxtı rejimini, qüvvədə ola əmək müqaviləsində nəzərdə tutulan öhdəliklərini və Əmək Məcəlləsinin tələblərini pozmağa davam etmiş, o cümlədən işəgötürənin adından onunla heç bir razılaşma olmadan əmək məzuniyyətinə dair saxta əmr tərtib edərək iş yerinə ümumiyyətlə gəlməmiş, kollektiv üzvləri ilə etik davranış qaydalarına əməl etməyərək onlarla mütəmadi qaydada mübahisələr yaratm ış, bununla da təhsil müəssisələrinin normal iş ahəngini pozaraq işəgötürənin nüfuzuna ciddi xələl gətirmişdir. Qeyd edilən neqativ faktlar və qanun pozuntularının gündəlik olaraq davam etməsini nəzərə alaraq ƏM-in 80-ci maddəsinin tələblərini rəhbər tutaraq işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün zəruri təsdiqedici sənədlərlə birlikdə Bakı şəhər Təhsil İdarəsinə, Azərbaycan Təhsil İşçiləri X5 Sabunçu rayon Komitəsinə, həmin Komitənin yuxarı təşkilatlarına müvafiq olaraq təqdimat və ərizələrlə müraciət edilmişdir. Buna baxmayaraq ATİAHİ-nin Sabunçu rayon Komitəsi və onun yuxarı təşkilatları ƏM-nin 80-ci maddəsinin tələblərinə məhəl qoymayaraq 254 saylı uşaq bağçası tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli yazılı təqdimatın araşdırılması məsələsinə baxılması üçün iclas təyin etməmiş, bununla da həmkarlar ittifaqı təşkilatının əsaslandırılmış yazılı qərarını ən geci *0 (on) gün müddətində təqdim etməli olduğu halda bu günədək təqdim etməmişdir. Buna görə də xx.xx.2024-cü il tarixdən uşaq bağçasının tərbiyəçi müəllimi, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində sadalanan hal) əmək funksiyasının pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehlərindən nəticə çıxarmayaraq təkrarən əmək funksiyasını pozduğu üçün tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsi ləğv edilsin. Belə ki, Azərbaycan Təhsil İşçiləri X4 Sabunçu rayon Komitəsinə müraciət olunaraq, Bakı şəhər Təhsil İdarəsinin 254 saylı uşaq ba xçasında tərbiyəçi-müəllim vəzifəsidə işləyən xx.xx.*978-ci il təvəllüdlü İddiaçı (ŞV-AA******* FİN-xxxxxxx) əmək müqaviləsinə xitam verilməzdən əvvəl xx.xx.2024-cü il tarixli yazılı təqdimatla Azərbaycan Təhsil İşçiləri X*2 Sabunçu rayon komitəsinə müraciət olunub-olunmaması və bununla bağlı qəbul edilmiş qərarın mövcud olub-olmaması barədə məlumatların ona təqdim edilməsini xahiş etmişdir. Azərbaycan Təhsil İşçiləri X4 Sabunçu rayon Komitəsinin *8 sentyabr №38 Saylı sorğuya cavabında qeyd etmişdir ki, 254 №-li uşaq bağçasının müdiri səlahiyyətlərini yerinə yetirən Flora Əliyeva bağçanın tərbiyəçisi İddiaçı həmkarlar təşkilatı sədrliyindən çıxarılması və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 25 iyun 2024-cü il tarixdə müraciət etmişdir. Müraciətin arxasında silsilə aktlar, cəza tədb irlərini əks etdirən əmrlar daxil olmaqla. Belə ki, İddiaçı şəhərdə olmadığını, məzuniyyətdə olduğu bildirildi. Bu arada İddiaçı məzuniyyətdən qayıtmasını gözləmədən bağçanın rəhbərliyi Azərbaycan Təhsil İşçiləri X4 Sabunçu rayon Komitəsinə müraciət etmişdir. Respublika Komitəsinin bizə məsələ ilə bağlı tapşırığından sonra İddiaçı və F.Əliyeva ilə ayrı-ayrılıqda söhbətlər aparılmış, barışıq təklifləri ediləsinə baxmayaraq F.Əliyeva, İddiaçı öz ərizəsi ilə getməsinə israrlı olmuşdur. Aparılan söhbətlər bir nəticə vermədiyi üçün məsələni rayon komitəsinin idarə heyətində müzakirə etmək qərarına gəldik. (İddiaçı 254 №-li uşaq bağçasının həmkarlar təşkilatının sədridir). Müzakirə zamanı qəbul olunan qərar barədə Respublika Komitəsinə və 254 №-li bağçanın rəhbərliyinə məlumat verilmişdir. F.Əli yeva tərəfindən İddiaçı *) xx.xx.2024-cü il tarixində “Sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir 2) xx.xx.2024-cü il tarixində isə onun əmək müqaviləsinə xitam verilməsi üçün bizim razılıq tələb edilmişdir. biz isə son intizam tənbehini nəzər alaraq (Əmək Məcəlləsi maddə *89 bənd *) təkrar intizam tənbehi verilə bilməməsinə əsaslanaraq həmkarlar təşkilatı olaraq Əmək Müqaviləsinə xitam verilməsinə etiraz etmişdir. Əlavə olaraq tərəfimizdən vəkil sorğusu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunaraq Bakı şəhər Təhsil İdarəsinin 254 saylı uşaq baxçasında tərbiyəçi-müəllim vəzifəsidə işləyən xx xxxxxx *978-ci il təvəllüdlü İddiaçı (ŞV-AA******* FİN-xxxxxxx) əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin hansı tarixdə elektron sistemə daxil edilməsi və həmin bildirişin surətinin ona təqdim olunmasını xahiş etmişdik. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X*0 Xidmətinin *7 sentyabr 2024-cü il tarixli cavab məktubuna əlavə olunmuş məlumatlardan müəyyən olunur ki, elektron sistemdə İddiaçı işə götürəni olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsi qeyd olunur. Əmək müqaviləsinə xitam bildirişinin imzalandığı və sistemə daxil edilmə vaxtı *6.08.2024-cü il tarixi qeyd edilib. İddiaçıya Kapital Bank ASC-dən təqdim edilmiş ödəniş kartı üzrə çıxarış ilə müəyyən edilir ki, ona son haqq hesab da məhz əmək müqaviləsinə xitam bildirişinin imzalandığı və sistemə daxil edilmə vaxtı olan *6.08.2024-cü il tarixində ödənilib. Həmçinin, iddiaçı *8.06.2024-cü il tarixində rəsmi nikaha daxil olmuşdur. Bakı şə həri Sabunçu rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsinin müdiri ilə 254 nömrəli məktəbəqədər təhsil müəssisəsinin ilk həmkarlar təşkilatı arasında bağlanmış kollektiv müqavilənin 5.*.2-ci bəndinə əsasən işçinin toyu olduqda *0 iş günü əmək haqqı saxlanılmaqla işə çıxmamasına razılıq verilməsi işəgötürənin öhdəliyi kimi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli 22 №-li, xx.xx.2024-cü il tarixli 24№-li əmrlərin ləğv edilməsi, İddiaçı tərbiyəçi müəllim vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və s. tələblərin mediasiyada həll edilməsi qeyri mümkün olmuşdur.
16. Cavabdeh Bakı şəhəri Sabunçu rayonu 254 nömrəli Uşaq baxçasının vəkili Vəkil2 etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddia qanunsuz və əsassızdır. Cavabdeh tərəfindən işə götürən qismində xx.xx.2024-cü il tarixli “İşçi tərəfindən izahat yazmaqdan imtina edilməsi, subordinasiya qaydalarının pozulmasında dair” akt tərtib edilmiş və onun əsasında xx.xx.2024-cü il tarixli, 22 №-li “Sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsi haqqında” əmr qəbul edilmişdir. Həmin tarixlər iş günü hesab olunmuş, iddiaçı isə həmin günlər iş yerində olmuşdur. 24, 25, 26, 29 iyul 2024-cü il tarixlərdə iddiaçıya həmin əmrlə tanış olmaq təklif edilmiş, lakin sonuncu müxtəlif bəhanələr gətirərək vaxtı olanda yaxınlaşıb tanış olacağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə əlavə üç işçinin iştirakı ilə iddiaçıya sonuncu dəfə əmrlə tanış olmaq təklif edilmiş, əks halda əmrlə tanış olmaqdan imtinaya dair aktın tərtib ediləcəyi bildirilmişdir. İddiaçı əmri oxuduqdan sonra onun ikinc i vərəqinə “Saxta olduğu üçün qol çəkməkdən imtina” sözlərini yazaraq əmrin bir nüsxəsini cavabdehə qaytarmış, digər nüsxəsini isə özü ilə götürərək otağı tərk etmişdir. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə müvafiq akt tərtib edilmişdir. Məlumat üçün bildirir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin *5.*2.2023-cü il tarixli əmrinə əsasən, X2 *4.*2.2023-cü il tarixdən Bakı şəhəri 254 saylı uşaq bağçasının müdiri vəzifəsinin icrasından azad edilərək eyni bağçada tərbiyəçi vəzifəsinə keçirilmiş, həmin əmrlə bağçanın tərbiyəçisi vəzifəsində işləyən X6 uşaq bağçasının müdiri vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrası həvalə edilmişdir. Həmin tarixdən etibarən iddiaçı cavabdehin müvəqqəti olaraq müdir vəzifəsinə keçirilməsi faktını qəbul edə bilməmiş, iş yerinin uşaqların tərbiyəsi və mək təbəqədər təhsili ilə məşğul olan təhsil müəssisəsi olmasına məhəl qoymayaraq cavabdehə və bir sıra kollektiv üzvlərinə qarşı əmək intizamı ilə bir araya sığmayan hərəkətlərə yol vermişdir. Uşaq bağçasının kollektivi və cavabdeh həmin müəssisədə ilk həmkarlar təşkilatının mövcud olması, fəaliyyəti, iddiaçının illərlə həmin təşkilatın sədri olması faktından ümumiyyətlə məlumatsız olmuşdur. Buna dair məlumatlar iddiaçı müdir vəzifəsindən azad edildikdən bir müddət sonra kollektivə məlum olmuşdur. Bu səbəbdən iddiaçının fəaliyyətilə bağlı araşdırmanın aparılması və müvafiq qanuni tədbirin görülməsi üçün müəssisənin müdiriyyəti və kollektivi adından ərizə ilə Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət edilmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin *6.04.2024-cü il ta rixli cavab məktubunda, aidiyyəti araşdırmanın aparılması və nəticəsinə uyğun olaraq qanunamüvafiq tədbirlərin görülməsinin işəgötürən olaraq cavabdeh X* olması bildirilmiş, eləcə də bu məlumatın işçilərin nəzərinə çatdırılması cavabdehə tapşırılmışdır. İddiaçı cavabdeh tərəfindən mütəmadi qaydada ona tutulan iradlardan müsbət nəticə çıxarmamış, əksinə hərəkət və davranışlarında daha da aqressiya nümayiş etdirərək cavabdehə hədə-qorxu gələrək onun işində ciddi problemlər yaradacağını bildirirək tabelik münasibətlərini, etik davranış qaydalarını, davamiyyət və iş rejimini pozmağa başlamışdır. Qeyd olunan səbəblərə görə, iddiaçı barədə xx.xx.2024-cü il tarixli, *4 №-li “Əmək intizamının pozulmasını nəzərə alaraq töhmət verilməsi haqqında” əmr qəbul edilmiş və növbəti gün tanış olması üçün ot ağa dəvət edilmişdir. İddiaçı həmin əmrin hüquqi qüvvəsi olmayan kağız parçası olduğunu bildirərək onunla tanış olmaqdan imtina etmişdir. xx.xx.2024-cü il tarixdə, saat 09:00 radələrində 254 nömrəli uşaq bağçasının təsərrüfat müdiri Nurxanım Əliyeva iddiaçı tərəfindən ona təqdim edilmiş əmri cavabdehə təhvil vermişdir. Belə ki, iddiaçı həmin əmri təqdim edərkən ATİAHİ Sabunçu rayon Komitəsinin sədri Alı Məmmədovdan icazə aldığını və xx.xx.2024-cü il tarixdən məzuniyyətdə olacağını bildirərək həmin əmri birinci növbədə müvafiq qeydiyyat kitabına köçürdükdən sonra onun cavabdeh tərəfindən imzalanaraq möhürlənməsinə dair Nurxanım Əliyevaya tapşırıq vermişdir. Cavabdehlə Alı Məmmədov arasında aparılmış telefon danışığı nəticəsində məlum olmuşdur ki, komitə sədri məsələdən ümumiyyətlə məlumatsı zdır. Beləliklə, müəssisənin bir sıra işçilərinin iştirakı ilə iddiaçı tərəfindən təqdim edilmiş sənədə baxış keçirilmiş və məlum olmuşdur ki, həmin sənəd işəgötürən qismində cavabdehin adından tərtib edilmiş, iddiaçının əmək haqqı saxlanılmaqla xx.xx.2024-cü il tarixdən *0 (on) iş günü işə çıxmamasına razılıq verilməsini əks etdirən xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi olmayan, “Ödənişli məzuniyyətin verilməsi barədə” imzasız və möhürsüz, iddiaçının nikaha daxil olması ilə əlaqədar olan, heç bir hüquqi qüvvəsi olmayan əmrdir. İddia ərizəsinə əlavə edilən sənədlərdən həmçinin aydın olur ki, iddiaçı *8.06.2024-cü il tarixdə artıq nikaha daxil olmuşdur. Faktla bağlı xx.xx.2024-cü il tarixli “Saxta əmrin hazırlanması və heç bir üzürlü səbəb olmadan işçinin bütün iş günü işə gəlməməsi nə dair” akt rəsmiləşdirilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işə gəlməmişdir. Həmin tarixlərdə işdə olmadığı hər iş günü üzrə aktlar rəsmiləşdirilmişdir. Yuxarıda qeyd olunanları, həmçinin iddiaçının müəssisənin ilk həmkarlar təşkilatının sədri olduğunu nəzərə alaraq, ƏM-nin 80-ci maddəsinin tələblərini rəhbər tutmaqla cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə bilavasitə ATİAHİ-nin Sabunçu rayon Komitəsinə yazılı təqdimat ünvanlanmışdır. Lakin təqdimat xx.xx.2024-cü il tarixdə Rayon Komitəsinə daxil olduğu və ən geci *0 (on) gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməli olduğu halda təqdim etməmişdir. Qeyd olunanlarla əlaqədar, həmçinin müəssisənin ilk həmkarlar təşkilatına yeni sədrin seçilməsi üçün təcili olaraq növbə dənkənar iclasın keçirilməsi məqsədilə ATİAHİ-nin Sabunçu rayon Komitəsi tərəfindən heç bir addımın atılmamasını, həmçinin bağçada yerləşən sənədlərin arasında müəssisənin ilk həmkarlar təşkilatının fəaliyyət və iclaslarına dair protokol, qərarların və möhürün aşkar edilmədiyini nəzərə alaraq, *5.07.2024-cü il tarixdə müvafiq olaraq Azərbaycan Təhsil İşçiləri X8, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Bakı şəhəri üzrə Təhsil İdarəsinə ərizə ilə müraciət edilmişdir. xx.xx.2024-cü il tarixdə ATİAHİ-nın Sabunçu rayon Komitəsinin ATİAHİ-nin Respublika Komitəsinə və cavabdehə ünvanlandığı xx.xx.2024-cü il tarixli, 29 №-li cavab məktubu daxil olmuşdur. Həmin məktuba Komitənin əsaslandırılmış yazılı qərarı əlavə edilməmiş, iddiaçı barəsində tətbiq edilmiş sonuncu intizam cəzasını n əzərə alaraq ƏM-nin *89-cu maddənin tələblərini əsas gətirərək onun əmək müqaviləsinə xitam verilməsinə etirazı əks etdirən cümlə qeyd olunmuşdur. Maraqlı məqam ondadır ki, cavabdeh xx.xx.2024-cü il tarixdə ATİAHİ-nın Sabunçu rayon Komitəsinə və sonuncu dəfə *5.07.2024-cü il tarixdə AHİK və ATİAHİ-yə müraciət etdiyi halda həmin təşkilatların əvvəlcədən xx.xx.2024-cü il tarixli akt və xx.xx.2024-cü il tarixli, 22 №-li əmrdən xəbərdar olması mümkünsüzdür. Əmrlərin qeydiyyatı kitabında ardıcıl şəkildə yazılan əmrlər hesabına, o cümlədən xx.xx.2024-cü il tarixdə növbəti əmrin yazılması nəticəsində formalaşmış 22-ci sıra nömrəsinin xx.xx.2024-cü il tarixli əmrə düşməsi mümkünsüzdür. Belə olan halda hesab edirik ki, eynilə xx.xx.2024-cü il tarixli saxta məzuniyyət əmri kimi xx.xx.2024-cü il tari xli, 22 №-li əmr də xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən əldə edildikdən sonra saxtalaşdırılmış və xx.xx.2024-cü il tarixli, 22 №-li əmr formasına salınaraq ATİAHİ-nın Sabunçu rayon Komitəsinin sədri Alı Məmmədova təqdim edilmişdir. İddiaçı 254 nömrəli bağçada müdir işlədiyi dövrdə *8.07.2022-ci il tarixli, 82 №-li əmrə əsasən qardaşı X9 ocaqçı vəzifəsinə işə qəbul etmişdir. S.Ə.Xələfovun ümumiyyətlə işə çıxmadığı halda əmək haqqı alması və iddiaçının digər xətaları nəzarət qurumu tərəfindən aşkar edildiyi üçün iddiaçı və onun qardaşının əmək müqaviləsinə eyni tarixdə, yəni *2.05.2023-cü il tarixdə xitam verilmişdir. Əmək Məcəlləsinin 49.5-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək güclən dirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Bu səbəbdən iddiaçının əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli əmrlə xitam verilsə də, əmək müqaviləsinə xitam bildirişi *6.08.2024-cü il tarixdə ƏMAS platformasına daxil edilərək imzalandığı üçün məhz həmin tarixdə hüquqi qüvvəyə minmiş oldu və iddiaçının son haqq-hesabı məhz *6.08.2024-cü il tarixdə iddiaçının əmək haqqı kartına köçürülmüşdür. Elm və Təhsil Nazirliyi ilə ATİAHİ arasında bağlanmış xx.xx.2023cü il tarixli Kollektiv Sazişin 6.*.6-cı maddəsinə əsasən, işçinin toyu olduqda müəssisənin maliyyə imkanları daxilində əmək haqqı saxlanılmaqla 5 iş günü, yaxın qohumu vəfat etdikdə 3 iş günü, uşaq anadan olduqdan sonra isə ataya 3 iş günü işə çıxmamasına təminat verilir. Lakin 254 nömrəli uşaq bağçasının müdiri ilə həmin müəssisənin ilk həmkarlar təşkilatı arasında bağlanmış *8.09.2023-cü il tarixli kollektiv müqavilənin müvafiq müddəaları xx.xx.2023-cü il tarixli kollektiv sazişin tələblərinə uyğun tərtib edilməmiş, həmçinin 5.*.2-ci maddəsində qeyd olunan müddətlər kollektiv sazişdə nəzərdə tutulan müddətləri aşır. Cavabdeh barədə 07 avqust 2024-cü il tarixli, 24 N-li əmrin qəbul edilməsinə əsas Bakı şəhər Təhsil İdarəsinin 254 saylı uşaq bağçasında tərbiyəçi müəllim vəzifəsində işləyən İddiaçı ardıcılı olaraq iş vaxtı rejimini, qüvvədə ola əmək müqaviləsində nəzərdə tutulan öhdəliklərini və Əmək Məcəlləsinin tələblərini pozmağa davam etdirməsi, o cümlədən işəgötürənin adından onunla heç bir razılaşma olmadan əmək məzuniyyətinə dair saxta əmr tərtib edərək iş yerinə ümumiyyətlə gəlməməsi, kol lektiv üzvləri ilə etik davranış qaydalarına əməl etməyərək onlarla mütəmadi qaydada mübahisələr yaratması, bununla da təhsil müəssisəsinin normal iş ahəngini pozaraq işəgötürənin nüfuzuna ciddi xələl gətirməsi olmuşdur. İddiaçının həmkərlar ittifaqının sədri olması nəzərə alınaraq, xx.xx.2024-cü il tarixində Azərbaycan Təhsil İşçiləri X4 Sabunçu rayon Komitəsinə, həmin Komitənin yuxarı təşkilatlarına müvafiq olaraq təqdimat və ərizələrlə müraciət edilmişdir. Buna baxmayaraq ATİAHİ-nin Sabunçu rayon Komitəsi və onun yuxarı təşkilatları ƏM-nin 80-ci maddəsinin tələblərinə məhəl qoymayaraq 254 saylı uşaq bağçası tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli yazılı təqdimatın araşdırılması məsələsinə baxılması üçün iclas təyin etməmiş, bununla da həmkarlar ittifaqı təşkilatının əsaslandırıl mış yazılı qərarını ən geci *0 (on) gün müddətində təqdim etməli olduğu halda təqdim etməmişdir. Qeyd olunanlara əsasən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamənin qəbul edilməsinin xahiş etmişdir.
17. Sabunçu Rayon Məhkəməsinin 2(008)-6*7/2025 nömrəli, *7 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon 254 nömrəli Uşaq bağçasının xx.xx.2024-cü il tarixli 22 nömrəli əmrinin və xx.xx.2024-cü il tarixli 24 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Bakı şəhəri Sabunçu rayon 254 nömrəli Uşaq Bağçasına tərbiyəçi müəllim vəzifəsinə bərpa edilərək, məcburi iş buraxma müddətinə görə iddiaçıya ödənilməli olan əmək haqqının ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir (hakim Nilufər Cəfərli).
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işəgötürən tərəfindən iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsinə əsas olmuş hal xx.xx.2024-cü il tarixli akt hesab edildiyindən və həmin gün qeyri-iş günü olduğundan, habelə ümumiyyətlə həmin akt iş materiallarında olmadığından iddia tələbi bu hissədə təmin edilməli, işəgötürən tərəfindən İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsinə dair 22 nömrəli xx.xx.2024-cü il tarixli əmr ləğv edilməlidir.
19. Məhkəmə işəgötürən tərəfindən işçinin işdən çıxarılmasına əsas olan halları birbir araşdıraraq qeyd etmişdir ki, iş materiallarından müəyyən edilmişdir ki, işəgötürən işçi İddiaçı barəsində xx.xx.2024-cü il tarixdə qəbul edilmiş sonuncu xəbərdarlıq ilə şiddətli töhmətin verilməsinə dair əmrin ertəsi günü işç inin işdən azad edilməsinə razılığ verilməsi məqsədi ilə həmkarlar təşkilatına müraciət etmişdir. Belə ki, işəgötürən işçinin onun adından saxta əmr hazırlamış olduğunu bildirmiş və sözügedən imzasız və möhürsüz “Bakı Şəhəri Sabunçu Rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsinin tərbiyəçimüəllimi İddiaçı xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək *0 gün müddətində işə çıxmamağına razılıq verilsin” mətni olan əlyazmanı məhkəməyə təqdim etmiş, iddiaçı isə həmin əlyazmanın ona aid olduğunu etiraf etmiş, lakin həmin əlyazmanın nümunə xarakteri daşıdığını bildirmişdir Belə ki, onun ailə qurması səbəbindən *0 günlük ödənişli məzuniyyətə çıxmasını isdədiyini, buna dair əmrin hansı qaydada tərtib edilməsi məqsədi ilə iş yerinə təqdim etmiş olduğunu bildirmişdir. Məhkəmə saxta məzuniyyət əmrinin hazırlanmasına münasibət bildirərək qeyd etmişdir ki, sözügedən əlyazısında iş yeri müdiriyyətinin imzası və möhürü olmadığından işdən çıxarılmaya dair əmrin verilməsi üçün qeyd edilmiş bu hal əsassız qiymətləndirilməlidir.
20. Məhkəmə iddiaçının xx.xx.2024-cü il tarixli əmrin verilməsinə əsas olmuş hal kimi “Bakı şəhər Təhsil İdarəsi 254 saylı uşaq bağçasında tərbiyəçi-müəllim vəzifəsində işləyən İddiaçı ardıcıl olaraq iş vaxtı rejimini, qüvvədə olan əmək müqaviləsində nəzərdə tutulan öhdəliklərini və Əmək Məcəlləsinin tələblərini pozmağa davam etmiş” olmasına dair dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, işçinin konkret olaraq hansı tarixdə işə gəlmədiyini təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, cavabdeh tərəfindən işçinin iş günü işə ümum iyyətlə gəlməməsini və ya iş saatı rejimi qaydalarını pozmuş olduğunu təsdiq edən aktlar məhkəməyə təqdim edilsə də, məhkəmə sözügedən sübutların birtərəfli olaraq iş yeri müdiriyyətinin və onun tabeliyində olan işçilər ilə birlikdə tərtib edildiyini nəzərə alaraq sözügedən sübutları mötəbər sübut hesab etmir.
21. Məhkəmə əmrin verilməsi üçün əsas kimi qeyd edilmiş işçinin məlumat verilmədən ödənişli məzuniyyətə çıxmasına münasibət bildirərək qeyd etmişdir ki, mülki iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçı *8.06.2024-cü il tarixdə nikaha daxil olmuşdur. Həmkarlar təşkilatı ilə 254 saylı uşaq bağçası arasında bağlanmış kollektiv müqavilənin 5.*-ci maddəsinə görə işçinin toyu olduqda *0 iş günü müddətində müəssisənin maliyyə imkanları daxilində əmək haqqı saxlanıl maqla işə çıxmamasına razılıq verilməsi ilə bağlı öhdəlik götürmüşdür. İddiaçı sözügedən müqavilə əsasında ailə həyatı qurmaq münasibətilə *0 günlük məzuniyyətə getməsinə icazə verilməsi barədə ərizə yazdığını və kadrlar tərəfindən ona icazə verilməsini bildirildiyini məhkəməyə bildirsə də, cavabdeh tərəf belə bir ərizənin və razılığın olmadığını bildirmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilən əmək haqqının verilməsinə dair Kapital Bankdan təqdim edilmiş çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə iddiaçıya tam ay üzrə əmək haqqı ödənilmişdir.
22. Həmçinin cavabdeh həmkarlar təşkilatına müraciət etdiyi təqdimatda iddiaçının xx.xx.2024-cü il tarixdə işə gəlmədiyini bildirsə də, iş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən təqdim edilən aktlarda xx.xx.2024-cü il tarixli işəgö türən tərəfindən iddiaçı barəsində 2 akt tərtib edildiyi, həmin aktın birində İddiaçı iş saatı aralığı 07:00-dən *3:00-dək qeyd edilsə də, ikinci aktda *3:00-dan *9.00-dək olduğu qeyd edilmişdir.
23. Beləliklə məhkəmə hesab etmişdir ki, Sabunçu rayon 254 nömrəli Uşaq bağçası iddiaçı ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün qeyd etmiş olduğu halları qanunun tələblərinə uyğun sübut edə bilmədiyindən iddia tələbi bu hissədə də təmin edilməli, Bakı şəhər Təhsil İdarəsi 254 saylı uşaq bağçasının 24 nömrəli əmri ləğv edilməli, İddiaçı 254 nömrəli Uşaq bağçasına tərbiyəçi müəllim vəzifəsinə bərpa edilməli, məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqı iddiaçıya ödənilməlidir.
24. Məhkəmə iddia tələbinin əmək haqqının gecikdirildiyi hər gün üçün * faiz cərimə nin hesablanması hissəsinə münasibət bildirərək qeyd edib ki, iddia tələbinin bu hissəsinin təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir.
25. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.*, 68.*, 68.2, 70 ç, 76.*, 80.*, 7*.2, *86, *88, *89-cu maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2, 77.*, 88, 2*7.4, 2*8.*-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
26. Cavabeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Cavabdehin apellyasiya şikayətinin dəlilləri onun iddiaya etiraz dəlilləri ilə eynillik təşkil etmişdir.
28. Bakı Apellyasiya M əhkəməsi Mülki kollegiyasının 2025-ci il 30 may tarixli 2(*03)3265/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin 2(008)-6*7/2025 nömrəli, *7 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilmişdir (X*3 (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Namiq Cəfərov).
29. Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə tərkibi qeyd etmişdir ki, rayon məhkəməsi işəgötürən tərəfindən iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsinə əsas olmuş halın xx.xx.2024-cü il tarixli akt olması və həmin günün qeyri-iş günü olduğundan habelə ümumiyyətlə həmin akt iş materiallarında olmadığından işəgötürən tərəfindən İd diaçı sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsinə dair 22 nömrəli xx.xx.2024-cü il tarixli əmri ləğv etmişdir.
30. Cavabdeh həm iddiaya etirazında, həm də apellyasiya şikayətində xx.xx.2024-cü il tarixli əmrin imzalanmaq üçün İddiaçı təqdim olunan zaman iddiaçının onlara məlum olmayan üsulla sənədin tarixini xx.xx.2024-cü ilə dəyişərək imzalandığını qeyd etmişdir.
31. Məhkəmə kollegiyası bildirmişdir ki, cavabdeh həmin dəlillə bağlı, yəni əmrin tarixinin xx.xx.2024-cü il olması və onun iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixə dəyişdirilməsi barədə MPM-in 77.*-ci maddəsinə görə heç bir sübut təqdim etmədiyindən onun bu dəlili əsassızdır.
32. Kollegiya hesab etmişdir ki, nə qədər iddiaçı barəsində xx.xx.2024-cü il tarixli sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmr in əsassız olması müəyyən edilməklə ləğv edilmişdir, rayon məhkəməsi həmin intizam tənbehlərindən nəticə çıxarmayaraq təkrarən əmək funksiyasını pozmasına əsaslanmaqla iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə cavabdehin xx.xx.2024-cü il tarixli 24 nömrəli əmrini də əsassız hesab edərək ləğv etməkdə haqlı olmuşdur.
33. Həmçinin iddiaçının əmək müqaviləsinə xitam verilməsinə təhsil işçiləri X*2 Sabunçu Rayon Komitəsi etiraz etmişdir.
34. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri mülahizə xarakterli olduğundan əsassızdır və təmin edilməməlidir.
35. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.*, 68.*, 68.2, 70 ç, 76.*, 80.*, 7*.2, *86, *88, *89-cu maddələri, Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin *4.2, 77.*, 88, 2*7.4, 2*8.*-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. Cavabdeh Bakı şəhəri Sabunçu rayonu 254 nömrəli Uşaq bağçası (vəkili Vəkil4) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti iddia tələbinə etirazın və apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
39. Maddə 2 (3-cü hissə). Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haq q-ədalətə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə əsaslanır.
40. Maddə **. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır:... b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;...
41. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
42. Maddə 7* (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə ye tirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
43. Maddə 7* (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
44. Maddə 80 (*-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
45. Maddə 80 (2-ci hissə). Həmkarlar ittifaqının üzv ü olan işçinin əmək müqaviləsini bu maddənin *-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
46. Maddə 300 (*-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 7*, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətl ərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərə fli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 2*7.*. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
51. Maddə 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 4*6.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 4*8.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
55. Maddə 4*8.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh təşkilat tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üz rə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
60. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
61. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
62. Əmək Məcəlləsinin *86-cı maddəsinin *-ci hissəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digə r normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
63. Adıçəkilən Məcəllənin *86-cı maddəsinin 2-ci hissəsinin «ç» bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin *0-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən tərəfindən intizam tənbehi kimi əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilə bilər.
64. Nəzərə alınmalıdır ki, istənilən intizam pozuntusunun mövcudluğ u özlüyündə əmək müqaviləsinə 70-ci maddənin «ç» bəndinə əsasən xitam verilməsi üçün yetərli deyildir.
65. Çünki Əmək Məcəlləsinin 7*-ci maddəsinin 2-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
66. Baxılan işdə iddiaçıya irad tutulan hərəkətləri nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamı nın normal ahənginin pozulmаsı, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi müəyyən olunmamışdır. Bu hal ona dəlalət edir ki, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi üçün Əmək Məcəlləsinin 7*-ci maddəsinin 2-ci hissəsində göstərilən əsas olmamışdır.
67. Bundan başqa, Əmək Məcəlləsinin 80-ci maddəsinin *-ci hissəsinə əsasən, mu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
68. Lakin baxılan iş üzrə işəgötürənin iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə həmk arlar ittifaqı təşkilatının razılığı yoxdur.
69. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
70. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılm ır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikay ətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
72. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 4*6, 4*7 və 4*9cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 30 may tarixli 2(*03)3265/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.