Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-324/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və 4 saylı Bakı Cavabdeh3ndə Notariat Ofisinə (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Ləğv prosesində olan ”NBC Bank” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Binəqədi rayonu X24 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ İş № 2(102)-324/2023 (Açar sözlər: vəsiyyətnamənin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması) Bakı şəhəri 08 fevral 2023-cü il Azərbayc an Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, 4 saylı Bakı Cavabdeh3ndə Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Ləğv prosesində olan "xxxx" Açiq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Binəqədi rayonu X24 cəlb edilməklə) “vəsiyyətnamənin etibarsız hesab edilməsi, iddiaçının vərəsəlik hüququnun tanınması tələbinə dair” mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5714/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 08 fevral 2023-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı və mərhum X12 ataları X9, anaları fərqli şəxslər olmaqla, ögey qardaş-bacı olmuşlar.
2. X12 xx.xx.2022-ci il tarixdə “beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri” səbəbi ilə Bakı şəhərində ölmüşdür. 3. 4 saylı Bakı Cavabdeh3ndə Notariat Ofisinin notariusu Hacıyeva Hicran Qismət qızı tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş 2V-144 reyestr nömrəli vəsiyyətnaməyə əsasən X12 bütün əmlakını Cavabdeh2 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə hazır blankda X12 tərəfindən şəxsən tərtib edilmiş, notariusun iştirakı ilə şəxsən imza edilmiş, vəsiyy ət edənin şəxsiyyəti müəyyən edilmiş, fəaliyyət qabiliyyəti yoxlanılmışdır.
4. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə X5 miras qalmış əmlakın qəbulu barədə 4 saylı Bakı Cavabdeh3ndə Notariat Ofisinə müraciət etmiş, vərəsəlik işi açılmışdır.
5. İddiaçı bacısından miras qalmış əmlakların qəbul edilməsi ilə əlaqədar xx.xx.2022ci il tarixdə 4 saylı Bakı Cavabdeh3ndə Notariat Ofisinə müraciət etmişdir. Notarius Hacıyeva Hicran Qismət qızı xx.xx.2022-ci il tarixli, 204 №-li məktubunda X6 bütün əmlaklarını Cavabdeh2 vəsiyyət etdiyi bildirilmiş və İddiaçı məcburi payı olmadığı üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
6. X12 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək X31 stasionar müalicədə olmuşdur. Həmin dövrə aid olan 3009 №-li xəstəlik tarixinə əsasən X6 huşu bir müddət ala-qara nlıq olsa da, sonradan huşu ayıq olmuşdur. xx.xx.2019-cu il tarixdə xəstə yaşadığı ərazi üzrə sahə nevropatoloqun nəzarəti altında evə yazılmışdır.
7. Bakı Şəhəri Baş Səhiyyə İdarəsi 20 saylı Şəhər Poliklinikasının baş həkimi Q.Rzayev tərəfindən 33 saylı vəkil bürosuna ünvanlanmış xx.xx.2022-ci il tarixli, 37 nömrəli məktuba əsasən X12 20 saylı poliklinikada xx.xx.2019-cu il tarixdə «şəkərli diabet 2-ci tip, orta ağır forma» diaqnozu ilə dispanser qeydiyyatda olub, xx.xx.2019-cu il tarixdə “beyindaxili qansızma, beyin qan dövranı kəskin pozğunluğu, sağ yarımkürədə intra parinximatoz qansızma, spastik hemiplegiya sol tərəfli” diaqnozları ilə müddətsiz 1-ci dərəcəli əlillik təyin edilmişdir.
8. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB X35 Publik Şəxs tərəfində n 33 saylı vəkil bürosunun müdiri Elxan Suleymanlıya (iddiaçının nümayəndəsi) göndərilmiş xx.xx.2022-ci il tarixli 914 №-li məktuba əsasən X12 xx.xx.2019-cu il tarixdə X37 Stansiya Briqadasının müşaiyəti ilə X33 gətirilmiş, anamnestik məlumata əsasən xəstə bir neçə ay bundan əvvəl insult keçirmişdir. “Beyin qan dövranının pozulması, sağ yarımkürədə intraparenximatoz qansızma, hipertoniya xəstəliyi İİİ mərhələ, əsas xəstəlik – sol tərəfli hemiplegiya, yan xəstəlik – hipertonik angiopatiya, şəkərli diabet İİ tip, orta ağır forma” diaqnozu qoyulmuşdur. Həmin dövrü əhatə edən xəstəlik tarixinə əsasən X10 əsasən ürəyi ilə əlaqədar müalicə aparılmış və o, xx.xx.2019-cu il tarixdə yaşadığı ərazi üzrə sahə nevropatoloqun nəzarəti altında evə yazılmışdır.
9. X6 "xxxx" ASC-yə əmanət müqaviləsinə əsa sən xx.xx.2019-cu il tarixdə 27000 manat, xx.xx.2019-cu il tarixdə 23000 ABŞ dolları yerləşdirmiş, ləğv prosesində olan Bankda sığorta hadisəsi baş verdikdən sonra X10 xx.xx.2022-ci il tarixdə 66738 manat kompensasiya ödənilmişdir. Azadə Efendiyeva xx.xx.2022-ci il tarixdə öldüyündən məhkəmə məktubdakı 2022-ci ili texniki səhv kimi qəbul etmiş və cavabdehin də izahatına əsasən tarixi xx.xx.2021-ci il kimi qəbul etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bacısı X12 tərəfindən Cavabdeh2 adına qoyulmuş və 4 saylı Bakı Cavabdeh3ndə Notariat Ofisi tərəfindən reyestrdə 2V-144 nömrə ilə qeyd edilməklə təsdiq olunmuş xx.xx.2020-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab e dilməsi, iddiaçının X5 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 20 nömrəli evin 20 nömrəli mənzilinə, Qusar şəhəri, Rəsulbəyov küçəsində yerləşən 74 saylı evə, Binəqədi rayonu X24 ərazi hüdudlarında yerləşən 350 m2 torpaq sahəsinə və ləğv prosesində olan "xxxx" ASC-də saxlanılan əmanət məbləğində dair vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, bacısı X12 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Azadə Efendiyeva xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuş və xx.xx.2018-ci il tarixdə boşanmışdır. O, vəfat edərkən subay olmuş və onun heç bir övladı olmamışdır. Eyni zamanda, ataları X11, habelə Azadə Efendiyevanın anası X2 Efendiyevadan əvvəl vəfat etmişlər (Azadə Əfəndiye va ilə anaları ayrı, ataları isə eyni olmuşdur). Beləliklə, Azadə Efendiyevanın birinci növbədə hər hansı vərəsəsi yoxdur. Azadə Efendiyevadan miras əmlaklar qalmışdır - Bakı şəhəri Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi ev 20 mənzil 20; Qusar şəhəri Rəsulbəyov küçəsi ev 74; Ləğv prosesində olan "xxxx" ASCdə olan əmanət; Binəqədi rayonu X24 ərazi hüdudlarında yerləşən 350 m2 torpaq sahəsi. İddiaçı bacısı X5 miras qalmış əmlaklara dair adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar 4 saylı Bakı Cavabdeh3ndə Notariat Ofisinə müraciət etmişdir. Lakin notariat ofisinin məktubunda bildirilmişdir ki, X12 xx.xx.2020-ci il tarixdə 2V-144 nömrəli vəsiyyətnamə ilə bütün əmlakını Cavabdeh2 vəsiyyət etmiş, sonuncu miras əmlakın qəbul edilməsi ilə əlaqədar notariat ofisinə müraciət etmişdir. Bu baxımdan ərizəsinin təmin edilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Hesab edir ki, həmin vəsiyyətnamə etibarsız hesab edilməli və bacısının miras qalmış əmlaklarına vərəsəlik hüququ tanımalıdır. Belə ki, Azadə Efendiyeva vəfat etməzdən bir müddət əvvəl ağır xəstəliyə düçar olmuş və bu səbəbdən “beyindaxili qansızma, beyin qan dövranının kəskin pozğunluğu, sağ yarımkürədə intra parinximatoz qansızma, spastik hemiplegiya sol tərəfli hemiplegiya” diaqnozu ilə əlaqədar, ona xx.xx.2019-cu il tarixdə İ dərəcəli əlillik təyin edilmişdir. Azadə Efendiyevanın sağlıq durumu o vəziyyətdə olmuşdur ki, ona kənar şəxsin qulluq etməsinə ehtiyac yaranmışdır. Bakıda yaşayan və daim bacısının yanında olmuş və onun qayğısına qalmış əmisi qızı X avər Azadəyə qulluq etməyi Cavabdeh2 təklif etmişdir. Cavabdeh2, ona aylıq xidmət haqqı ödənilməsi şərtilə, Azadəyə qulluq etməyə razılaşmışdır. Cavabdeh2 Azadəyə qulluq etməyə başladıqdan sonra, ona hər ay xidmət haqqı Azadənin öz vəsaiti hesabına, habelə Azadənin keçmiş əri X23 (Azadə ilə boşanmış olsalar belə) tərəfindən ödənilmişdir. Sonradan, Cavabdeh2 nə iddiaçını, nə də Bakıda yaşayan digər qohumlarını məlumatlandırmadan Azadəni, xəstə vəziyyətində onun daimi yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 20 nömrəli evin 20 saylı mənzilindən özünün yaşadığı Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən mənzilə aparmışdır. Bundan sonra, Azadəni bütün qohumlarından təcrid etmişdir. Cavabdeh2 ilə hər dəfə əlaqə saxladıqda, Azadənin sağlıq durumu barədə düzgün məlumat v erməkdən yayınmışdır. Hətta, Azadə vəfat edərkən heç kimə məlumat vermədən onu gizli Qusar rayonuna aparıb, orada yerləşən qəbristanlıqda dəfn etmişdir (baxmayaraq ki, Azadənin daimi yaşayış yeri Bakı şəhəri, Nəsimi rayonu olmuşdur). Azadənin vəfat etməsini isə heç kim bilməmiş, bu barədə məlumatı Qusar rayonunda yaşayan qohumları təsadüfən əldə etmişlər. Göründüyü kimi, Cavabdeh2 məqsədyönlü şəkildə onun əmlakını öz adına keçirmək niyyəti ilə, əvvəlcə onu öz yaşadığı mənzilə aparmış, sonradan onun sağlıq durumundan istifadə edərək, onun iradəsinə təsir etmiş və Azadəyə qulluq etməyə başladıqdan qısa müddət ərzində Azadənin adından öz adına vəsiyyətnamə rəsmiləşdirməyə nail olmuşdur. Bundan əlavə, Cavabdeh2 Azadənin sağlığında, yenə də onun mövcud vəziyyətindən istifadə edərək, Azadənin mü lkiyyətində olan ünvan 1 ünvana qeydiyyata düşmüşdür. Xüsusilə vurğulamaq istəyir ki, xəstəliyi ilə əlaqədar bacısının vəziyyəti o səviyyədə olmuşdur ki, o, öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilmirdi. Bu mənada o, öz əmlakları ilə bağlı ümumiyyətlə, hər hansı vəsiyyətnamə qoya bilməzdi.
12. Cavabdeh2 iddiaya etiraz edərək qeyd etmişdir ki, Azadə xanım Bankdakı əmanətini şəxsən 2021-ci ilin yay aylarında götürmüşdür. Həmin pulu cavabdeh Azadə xanımın tədavisiniə və təbii ki, öz tələbatlarına da Azadə xanımın razılığı ilə xərcləmişdir. Belə ki, ona bir neçə ay ərzində ayda 300 manat olmaqla əmək haqqı ödənilsə də, sonradan ödəniş dayandırılmış, yalnız arada-sırada cüzi məbləğlər ödənilmişdir. Azadəyə ümumi 3 ilə yaxın baxmış, onu mərh umun əmisi qızı Xavərin yoldaşı Səməd Azadəyə baxıcı tutmuş, əvvəl mərhumun evində baxmış, sonra öz evinə gətirmiş və birlikdə yaşamağa başlamışlar. Mərhumun özü əmisi qızı Xavər ilə əlaqədə olmaq istəməmiş, cavabdehə “məni Xavərə vermə” demişdir. Eyni zamanda nə Xavər, nə də onun yoldaşı mərhumun vəziyyəti ilə maraqlanmamışlar, bu səbəbdən mərhumun vəziyyəti pisləşəndə yalnız keçmiş əri Rafiqə məlumat vermişdir. Azadə Əfəndiyeva əmlaklarını öz dili ilə ona vəsiyyət etmiş, onun Qazaxstanda qardaşının olduğunu bilməmişdir. Nə Azadə özü, nə də Xavər ona bu barədə məlumat verməmişlər, yalnız əmisi uşaqlarının olduğunu bilmişdir. Azadə Əfəndiyevanın psixoloji vəziyyəti normal olmuş, sağ qolu işləmiş, lakin gəzə bilmədiyindən arabada hərəkət etmişdir. O, Qazax rayonuna qardaşı qızının nişanına getməli olanda Xavərdən müvəqqəti Azadə xanıma baxmağı xahiş etmişdir. Xavər «Mən baxa bilmərəm, sən də baxma» deyərək baxmaqdan imtina etmiş, o da məcburən onu özüylə Qazax rayonuna qohumlarına evinə aparrmışdır. Azadə xanım özü də getmək istəmişdir. Orada bir həftəyə yaxın qalmışdılar. Azadə xanım onu çox sevmişdir. Mərhumun fəaliyət qabiliyyəti notarius tərəfindən yoxlanılmış, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməmiş, odur ki, vəsiyyətnamə etibarsız hesab edilə bilməz.
13. X4 ifadə vermişdir ki, o, mərhum Azadə Əfəndiyevanın keçmiş əridir, Ceyran xanımı Azadənin əmisi qızı Xavər Azadəyə baxıcı kimi tutmuş, aylıq 250-300 manat əmək haqqı ödəmişdir. O, öz tərəfindən cavabdehə həftəlik təxmini 50-100 manat pul vermişdir. Azadə ilə Xavərin münasibəti yaxşı olmuşdur. Azadənin beyni pozulmuşdu, sərbəst şəkildə özü barədə qərar verə bilmirdi. Ceyran xanım Azadəni Əmircana aparanda ondan icazə almamış, şahid baxıcının evinə heç getməmiş, lakin mərhumla telefon əlaqəsi saxlamışdır. Əlavə olaraq Ceyran xanım Azadəni 2-3 günlük Qazaxa aparmaq üçün ona müraciət etmiş, lakin icazə verməməsinə baxmayaraq yenə də aparmışdır. Bundan başqa qeyd etdi ki, mərhumun qardaşı Əzimi görməmiş, onunla danışmamışdır.
14. X3 ifadə vermişdir ki, o, mərhum Azadə Əfəndiyevanın əmisi qızıdır. Azadə Bakı Sağlamlıq Mərkəzində yatıb, xəstəxanadan çıxdıqdan sonra bir müddət ona baxmış, sonradan baxıcı axtarmağa başlamış və Ceyran xanımı əmək haqqısı ayda 300 manat olmaqla baxıcı kimi tutmuşdur. Gündüzlər Ceyran baxırdı, axşamlar və həftəsonuları isə o, özü baxırdı. Sonradan Ceyran ə mək haqqısının artırılmasını xahiş etmiş və onlar 750 manat ödəməyə başlamışdılar. Bundan başqa mərhumun bankda əmanəti vardı, aylıq hesablanmış faizlər də Ceyrana ödənilirdi, ümumi təxmini 1000 manatdan artıq ödənilirdi. Bir müddətdən sonra Azadə ona Ceyrandan şikayətlənməyə başlamış, lakin onun ağlı başında olmadığını bildiyindən, dediklərinə əhəmiyyət verməmişdir. Bir gün Azadəni görməyə gəldiyində və qapını açar ilə açmaq istəyəndə, qapının qıfılının dəyişildiyinin şahidi olmuş, qapını heç kim açmamışdır. Ceyrana zəng etmiş, o, isə Azadəni bir neçə günlük Qazaxa istirahətə apardığını bildirmişdir. Bir dəfə Ceyranın evinə getmiş, onun yaşadığı mənzilin qapısının olmadığı və mənzilin çox natəmiz olduğunu görmüşdür. Azadə onunla getmək istəmiş, lakin Ceyran imkan verməmişdir. Azadəyə zəng etdiyində Ceyran müxtəlif bəhanələr gətirərək onunla danışdırmırdı, Azadənin anası tərəfindən qohumları var, onlar da əlaqə saxlaya bilmirdilər, əlavə olaraq iş yoldaşları da onunla danışa bilmirdilər. Qardaşı Əzimlə gündəlik əlaqələri var idi, Azadəni ona görə Ceyranın evindən götürmədi ki, onun maddi vəziyyəti pis idi, həm də yoldaşı xəstə idi. Azadənin bütün əmlaklarını Ceyrana vəsiyyət edəcəyi ağlına gəlməmişdir. X19 bir qardaşı olduğundan xəbəri var idi. Qonşulardan bir neçə nəfər ona məlumat vermişdir ki, Ceyran evə çoxlu adam yığır, o, pis baxıcıdır, lakin o, qonşuların sözlərinə əhəmiyyət verməmişdir.
15. İddiaçının vəkili E.Suleymanlının sorğusuna əsasən Medika Hospitalın həkimnevropatoloqu Malk E.Əliyev tərəfindən X6 xəstəlikləri fonunda öz hərəkətlərininin, qəbul edilən qərar ların nəticələrini və ətrafda gedən prosesləri adekvat olaraq qavramaq imkanları haqqında rəy hazırlanmışdır. Həmin rəyə əsasən baş beyin damar xəstəlikləri koqnitiv funksiyaların pozğunluğuna gətirən amillər sırasındadır, koqnitivlik – dərk etmə və xarici informasiyaları mənimsəmək qabilliyyəti, diqqətlik, yadasalma, öyrənmə, yaradıcılıq, əsaslandırma, iradə, inam, düşüncə, davranış və sair pozğunduqdur, koqnitiv pozulmaların pozulma dərəcəsindən bilavasitə asılıdır, şəkərli diabet fonunda və mütəmadi müalicə olunmadığı təqdirdə xəstəlik əlamətlərinin şiddətlənməsi labüddür, bu zaman qeyd olunan pozuntular dərinləşir, yaddaşın kobud enməsi müşahidə olunur, xəstəliyin dərinliyindən və şiddətindən asılı olaraq xəstənin normal həyata qayıtması fərdiyyətə bağlıdır, ağırlaşdırıcı halların (xəs təliklərin) olması ilə sıx əlaqəlidir, koqnitiv pozuntular demensiyaya yol açdığı təqdirdə xəsətnin şüuru və davranışı pozulur, psixi statusun pozulması yaranır, bu halda xəstə öz hərəkətləri barədə şüurlu mühakimə yürydə bilmə imkanlarını itirir.
16. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, e-2(008)-2049/2022 saylı qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddia tələbi rədd edilmişdir.
17. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı işin faktiki hallarından da göründüyü kimi, X12 məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməmiş, onun üzərində qəyyum təyin edilməmişdir. Onun qardaşı, hazırkı iş üzrə iddiaçı olan İddiaçı belə bir ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə hesab etmişdir ki, X12 a nlaqsız vəziyyətdə olmuş olsaydı, o, evə psixiatr nəzarəti altına yazılardı, psixiatra onun fəaliyyət qabiliyyəti olmaması barədə qohumlarına və ya psixiatriya müəssisəsinə məhkəməyə müraciət etmək üçün tövsiyyə olunardı.
18. X12 iki dəfə xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə, yəni artıq xəstələnəndən sonra, Banka əmanət yerləşdirmiş və xx.xx.2021-ci il tarixdə, yəni vəsiyyatnamədən sonra, həmin əmanəti çıxartmışdır. Göründüyü kimi, o, fəaliyyət qabiliyyətli şəxs kimi davranmışdır.
19. Bundan başqa, notarius tərəfindən onun fəaliyyət qabiliyyəti yoxlanılmışdır. Medika Hospitalın həkim-nevropatoloqu tərəfindən verilmiş rəyə dair məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, həmin rəy nəzəri xarakter daşıyır, xəstəliklərin tibbi ədəbiyyata istinadən ümumi gedişatını izah edir. Həmin r əydə də xəstənin normal həyata qayıtmasının fərdiyyətlə bağlılığı qeyd olunur. Hazırda həyatda olmayan şəxsin fərdiyyətini müəyyən etmək mümkün deyil. Şahid ifadələrinə dair məhkəmə qeyd etmişdir ki, həmin ifadələr hazırkı işdə maraqları olan şəxslər tərəfindən səsləndirilmişdir. Şahid X1 Ceyran tərəfindən mərhum Efendiyeva Azadəyə çox pis baxdığını, onu natəmiz şəraitdə, qapısız evdə saxladığını iddia edir, lakin bu halı aradan qaldırmaq üçün hər hansı bir hərəkət etməməyinin səbəbini izah edə bilməmişdir. Şahid mərhumun əmlakı, bankda əmanəti olduğunu və özünün dediyinə görə onun ağlının başında olmadığını bildiyi halda, qardaşına bu barədə məlumat verməmişdir.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1, 25.1, 28.1, 28.8, 31.1, 1133.1, 1133.2, 1159.1.1, 1159.2, 1166, 1167, 1168, 1179.1, 1179.2, 1193.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair yetərincə sübutların olmasına baxmayaraq birinci instansiya məhkəməsi təqdim edilmiş sübutları nəzərə almamışdır. İddiaçının məhkəmə-psixiatrik ekspertizası keçirilməsinə dair vəsatəti təmin edilməmişdir. Bundan başqa, məhkəmə əmanət müqavilələrində qeyd olunan məbləğlərlə bağlı halların araşdırılması üçün verilmiş vəsatəti təmin etməmişdir.
23. İddiaçının vəkili Nümayəndə1 müraciəti əsasında alınmış “X20” MMC tərəfindən tərtib olunmuş 24 oktyabr 2022-ci il tarixli 119 nömrəli ekspert rəyində göstərilmişdir ki, “beyindaxili qansızma, beyin qan dövranın kəskin pozğunluğu, sağ yarımkürədə intraparinximatoz qansızma, spastik hemiplegiya sol tərəfli hemiplegoya” diaqnozu ilə əlaqədar 1-ci qrup əlillik təyin edilmiş xəstə X15 rəyin tədqiqat hissəsində qeyd olunan xəstəlikdən əziyyət çəkən zaman onun psixofizioloji və koqnitiv statusu aşağı səviyyəyə enmiş, yəni onun idrak funksiyaları əhəmiyyətli dərəcədə mənfiyə doğru dəyişmişdir. X7, habelə bu tipli xəstələrdə baş verən oxşar mənfi dəyişiklər nəticəsində xəstə özünü kənardan görmək və davranışını adekvat qiymətləndirməkdə çətinlik çəkir. Yəni, insanın özünü və başqalarını qiymətl əndirmək qabiliyyəti əhəmiyyətli dərəcədə azalır. “Beyindaxili qansızma, beyin qan dövranın kəskin pozğunluğu, sağ yarımkürədə intraparinximatoz qansızma, spastik hemiplegiya sol tərəfli hemiplegoya” diaqnozu ilə əlaqədar 1-ci qrup əlillik təyin edilmiş xəstələrdə, o cümlədən X8 öz hərəkətlərinin mahiyyətini və mənasını adekvat dərk etmək, habelə onları idarə etmək statusu itir.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-5714/2022 nömrəli iş üzrə 25 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Birinci instansiya məhkəməsinin gəldiy i nəticə və əsaslandırma ilə razılaşaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair yetərincə sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi təqdim edilmiş sübutları nəzərə almaması ilə bağlı apellyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət vermişdir. İşin halları ilə müəyyən edilir ki, mərhum X12 vəsiyyətnaməni hazır blankda özü doldurmuş və notariusun iştirakı ilə şəxsən imzalamışdır. X12 məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməmiş, onun üzərində qəyyum təyin edilməmişdir. X12 iki dəfə xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixdə xəstəxana tərəfindən yaşadığı ərazi üzrə sahə nevropatoloqun nəzarəti altında evə yazılmışdır. Birinci instan siya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, X12 anlaqsız vəziyyətdə olmuş olsaydı, o, evə psixiatr nəzarəti altına yazılardı, psixiatr onun fəaliyyət qabiliyyəti olmaması barədə qohumlarına və ya psixiatriya müəssisəsinə məhkəməyə müraciət etməyi tövsiyə edərdi. Qeyd edildiyi kimi, X12 iki dəfə xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə, yəni artıq xəstələnəndən sonra, Banka əmanət yerləşdirmiş və xx.xx.2021-ci il tarixdə, yəni vəsiyyətnamədən sonra, həmin əmanəti çıxartmışdır. Göründüyü kimi, o, fəaliyyət qabiliyyətli şəxs kimi davranmışdır. Bundan başqa, notarius tərəfindən onun fəaliyyət qabiliyyəti yoxlanılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə-psixiatrik ekspertizası keçirilməsinə dair, həmçinin əmanət müqavilələrində qeyd olunan məbləğlərlə bağlı halların araşdırılması üçün verilmiş vəsatət təmin edilməməsi ilə apellyasiya şikayətinin dəlili əsassızdır. Çünki, vəsatətlər əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin təqdim etdiyi Medika Hospitalın həkim-nevropatoloqu tərəfindən verilmiş rəyə düzgün qiymət verərək qeyd etmişdir ki, həmin rəy nəzəri xarakter daşıyır, xəstəliklərin tibbi ədəbiyyata istinadən ümumi gedişatını izah edir. Həmin rəydə də xəstənin normal həyata qayıtmasının fərdiyyətlə bağlılığı qeyd olunur. Hazırda həyatda olmayan şəxsin fərdiyyətini müəyyən etmək mümkün deyil.
26. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1, 28.1, 28.8, 31.1, 1133.1, 1133.2, 1159.1.1, 1166, 1167, 1168, 1179.1, 1179.2, 1193.1, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etm işdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 346.1, 337.4, 337.5, 1133.1, 1134.1, 1159.1, 1159.2,1167, 1179.1-1179.2-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, X12 vəfat etməzdən bir müddət əvvəl ağır xəstəliyə tutulmuş və bu səbəbdən "beyindaxili qansızma, beyin qan dövranının kəskin pozğunluğu, sağ yarımkürədə intra parinximatoz qansızma, spastik hemiplegiya sol tərəfli hemiplegiya" diaqnozu ilə əlaqədar ona 22 noyabr 2019-cu il tarixdə İ dərəcəli əlillik təyin edilmişdir. Azadə Efendiyeva xəstəliyi ucbatından elə vəziyyətdə olmuşdur ki, Cavabdeh2 adına vəsiyyətnamə qoya bilməzdi. Başqa sözlə, Azadə Efendiyeva vəsiyyətnamə qoyarkən öz hərəkətlərinin mənasını başa düşməmiş, xəstəliyi (beyinin təqribən 65 % hissəsinin fəaliyyətdən düşməsi) hər hansı şəxsin adına vəsiyyətnamə qoymağa imkan verməmişdir. Belə olduğu təqdirdə, onun bağladığı əqd (onun imzaladığı vəsiyyətnamə) məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını nəzərə almamış, tətbiq etməli olduğu maddi hüquq normalarını tətbiq etməyərək, hüquq normasının kobud pozuntusuna yol vermişdir. X30 Şabanovanın adına qoyduğu 18 fevral 2020-ci il tarixli 2V - 144 nömrəli vəsiyyətnamə ilə tanış olduqda, müəyyən olunur ki, vəsiyyətnamə tam şəkildə Azadə Efendiyeva tərəfindən yazılmamış, o cümlədən vəsiyyətnamənin yazılması zamanı şahidlər iştirak etməmişdir. Belə ki, notarius vəsiyyətnaməni təsdiq edərkən Azadə Efendiyevanın sağlıq durumunu nəzərə alıb, vəsiyyətnamənin iki şahidin iştirakı ilə yazılmasının tərtib olunmasını təmin etməli idi. (qeyd: Cavabdeh2 Azadə Efendiyevanı notariat ofisinə məhz əlil arabasında apardığını öz izahatında etiraf etmişdir).
29. MPM-in 97.1, 81, 88-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə işdə olan sübutlarla kifayətlənmədiyi halda, Azadə Efendiyeva tərəfindən vəsiyyətnaməni imzalayan zaman onun öz hərəkətlərinin mənasını başa düşüb-düşməməsini (şüurlu mühakimə yürütməsini) aydınlaşdırmaq üçün məhkəmə-psixiatrik ekspertizası təyin etməli idi (ilkin sübut kimi tərəfimizdən birinci instan siya məhkəməsinə mütəxəssis rəyi təqdim olunmuşdur). Çünki, yalnız xüsusi biliyə malik olan şəxs tərəfindən işdə olan xəstəlik tarixçəsinə istinadən vəsiyyətnaməni imzalayan tarixdə Azadə Efendiyevanın xəstəlik vəziyyətinin hansı səviyyədə olduğu müəyyən edilə bilərdi. Lakin məhkəmə, özünün subyektiv mülahizəsinə əsaslanaraq, birinci instansiya məhkəməsi kimi ekspertiza təyin etməkdən yayınmış, bu barədə əsaslandırılmış qərardad qəbul etməmişdir. Həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi bu barədə vəsatətimizi təmin etmədiyinə görə, tərəfimizdən “X20" MMC-yə müraciət edilərək müvafiq suallar üzrə ekspertiza tədqiqatının aparılması və ekspert rəyinin verilməsində köməklik göstərilməsi xahiş olunmuşdur. 24 oktyabr 2022-ci il tarixli 119 nömrəli ekspert rəyi məhkəməyə təqdim olun muşdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işə obyektiv baxmamış, işdə olan sübutlara (mütəxəssis, ekspert rəyi və s.) hüquqi qiymət verməmiş, nəticədə prosessual hüquq normasının pozuntusuna yol verməklə, düzgün olmayan məhkəmə aktı qəbul etmişdir.
30. Azadə Efendiyevanın xəstəlik tarixçəsindən görünür ki, o, xx.xx.2019-cü il tarixdə insult keçirərək X37 maşını ilə X36 yerləşdirilmişdir. Bu halda, onun məhz bundan sonrakı müddətdə banka əmanət yerləşdirməsi sual doğurur. Digər tərəfdən sorğuya cavab məktubunda bankın ləğv olunması ilə əlaqədar xx.xx.2022-ci tarixdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən hesablanmış kompensasiyanın ödənildiyi qeyd olunsa da, kompensasiyanın kimə ödənildiyi konkret göstərilməmişdir. Halbuki, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə “NBC Bank" ASC-də X6 adına hər hansı əmanətin olub-olmaması, əgər varsa, əmanətin məbləği, habelə X6 adına olmuş əmanət çıxarılmışsa, nə vaxt və kim tərəfindən çıxarılması barədə məlumatın Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim olunması istənilmişdir. Lakin Əmanətlərin Sığortalanması Fondu məhkəmə qərardadını tam şəkildə icra etməmiş, nə birinci, nə də apellyasiya instansiyası məhkəməsi bununla bağlı hər hansı tədbir görməmişdir.
31. Birinci instansiya məhkəməsində iş üzrə şahid qismində dindirilmiş X16 (Azadə Efendiyevanın keçmiş əri) ifadəsi təhrif olunmuşdur (guya o, bildirmişdir ki, mərhumun qardaşı Əzimi görməmiş, onunla danışmamışdır). Şahidin yenidən dindirilməsi barədə apellyasiya instansiyası məhkəməsinə iddiaçı tərəfindən verilmiş şifahi vəsatət isə təmin ol unmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 25.1. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır.
34. Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.
35. Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
36. Maddə 31.1. Fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər.
37. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
38. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiy yətnamə tamamilə və ya qismən etibarsız sayılır.
39. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
40. Maddə 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
41. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
42. Maddə 1167. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.
43. Maddə 1168. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir.
44. Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.
45. Maddə 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.
46. Maddə 1193.1. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin mə zmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıql ı münasibətinə uyğun əsaslandırılmalıdır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
60. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdir ilmədən saxlanılmalıdır.
61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5714/2022 nömrəli mülki iş üzrə 25 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.