Məhkəmə qərarları › İş №2(102)-324/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-324/2024

16.01.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-324/2024 16.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə X1 şəxsi və “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) mülki iş üzrə QƏRARİ (Açar sözlər: istehsalatda xəsarət-sağlamlığın pozulmasına görə ödənc tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibar ət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə X1 şəxsi və “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “aylıq zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2023-cü il tarixli, 2(105)-1624/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə 16 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı xx.xx.1980-ci ildə dördüncü dərəcəli çilingər kimi çalışdı ğı “PoladKonstruksiya” Quraşdırma İdarəsində istehsalatda bədbəxt hadisəyə məruz qalaraq əmək qabiliyyətinin 80%-ni itirmiş və bununla əlaqədar olaraq xx.xx.1988-ci ilədək ona həmin müəssisə tərəfindən aylıq zərər ödənilmiş, bu tarixdən etibarən isə nə təqsirkar təşkilat, nə onun özəllişdirilməsi nəticəsində hüquqi varisi olaraq yaranmış ASC, nə də ki, DSMF tərəfindən ona ödənc verilməmişdir.

2. İddiaçı xx.xx.1998-ci ilədək əmək qabiliyyətinin 80%-ni, həmin tarixdən etibarən isə 60%-ni itirdiyinə görə pensiya almış, habelə onun əlilliyi xx.xx.2022-ci ildən sonra həmin faizlə müddətsiz hesab edilmişdir. 3. xx.xx.1998-ci ildə müvafiq sərəncamla “Poladkonstruksiya” Quraşdırma İdarəsinin bazasında “Sumqayıt – Polad - Konstruksiya - Quraşdırma” X2 cəmiyyəti təsis edilmiş və onun emissiya planı təsdiq olunmuş, səhmlərin özəlləşdirilməsi xx.xx.2001-ci ildə başa çatdırılmış, sözügedən müəssisəsinin hüquqi varisi "xxxx" ASC yaranmış və xx.xx.2002-ci il tarixdə nizamnaməsi təsdiqlənərək dövlət qeydiyyatına alınmışdır. Özəlləşdirmə planında müəssisənin işçilərinin siyahısında iddiaçının adı qeyd olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Sumqayıt Poladkonstruksiya Quraşdırma ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ASC tərəfindən ona xx.xx.1988-ci ildən xx.xx.2002-ci ilədək 147 manat, xx.xx.2002-ci il tarixdən Dövlət Statistika Komitəsinin müvafiq iqtisadiyyat sahəsinə uyğun orta aylıq nominal əmək haqqının altmış faizi məbləğində aylıq zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddi a tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Poladkonstruksiya İdarəsində xx.xx.1980-ci ildə xəsarət almış, əmək qabiliyyətinin 80%-ni itirmiş və bununla əlaqədar ona xx.xx.1988-ci ilədək həmin müəssisə tərəfindən aylıq zərər verilmiş, sonuncu tarixdən bu günədək isə cavabdeh müvafiq ödənişi ödəməkdən imtina etmişdir.

6. Cavabdeh iddiaya qarşı etirazla məhkəməyə müraciət edərək etirazında İddiaçı əlilliyini mübahisələndirmiş və onun iş zamanı xəsarət almasının təsdiqini tapdığı təqdirdə belə aylıq zərər verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalı olduğunu bildirmişdir.

7. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR ƏSSMN tabeliyində olan Dövlət Sosial Müdafiə X1 şəxsinin nümayəndəsi izahatında göstərm işdir ki, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 804 saylı və 903 saylı Fərmanlarına əsasən müəssisələr özəlləşənə qədər istehsalat zədəsinə görə müavinəti nazirlik, özəlləşdikdən sonra isə müəssisə özü ödəyir. Bu barədə müəssisə nazirliyə siyahı göndərir və müəssisənin hesabına pul vəsaiti köçürülür. Həmin siyahı müəssisə tərəfindən nazirliyə göndərilməmişdir.

8. Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(060)-620/2023 nömrəli qətnaməsi ilə (hakim Ə.Ələkbərov) iddia tələbi qimsən təmin edilmiş, İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.1988-ci ildən xx.xx.1998-ci ilədək hər ay üzrə onun orta aylıq əmək haqqının 80%-i, xx.xx.1998-ci ildən etibarən isə hər ay onun orta aylıq əmək haqqının 60%-i məbləğində aylıq ödəncin ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbi cavabdeh tərəfindən xx.xx.1988-ci ildən xx.xx.1998-ci ilədək orta aylıq əmək haqqının 80%-i, bu tarixdən sonra isə 60%-i miqdarında aylıq ödənc verilməsi həcmində əsaslıdır. Belə ki, cavabdeh iddiaçının istehsalatda bədbəxt hadisə nəticəsində əlil olduğu təqsirkar müəssisənin hüquqi varisidir və sonuncunun özəlləşdirilməsi artıq xx.xx.2001-ci ildə başa çatmışdır. Özəlləşmənin göstərilən tarixdə, 2003-cü ilin oktyabr ayın adək yekunlaşması mübahisənin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 №-li Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının təsirinə düşməsini, eləcə də iddiaçıya müvafiq dövlət orqanı tərəfindən aylıq müavinətin verilməsini istisna edir. Qanunvericilik 2003-cü ilin oktyabr ayınadək özəlləşdirilməsi başa çatmayan dövlət müəssisələrinin aylıq ödənc borclarının müavinət şəklində ödənilməsini müvafiq dövlət orqanının üzərinə qoymuşdur. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia qismən təmin olunmalı, İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.1988-ci ildən xx.xx.1998-ci ilədək hər ay üzrə orta aylıq əmək haqqının 80%-i, xx.xx.1998-ci ildən etibarən isə hər ay orta aylıq əmək haqqının 60%-i məbləğində aylıq ödənc ödənilməlidir.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 45.1, 46, 47.1, 56.5, 1096.1, 1096.2, 1119.1 və 1126-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 129 saylı Qərarına, “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 saylı Qərarına, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 №-li Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, və 216-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci insta nsiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə tamamilə qanunsuz və əsassızdır. Məhkəmə iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. İddiaçı 1980-ci il tarixdə Sumqayıt Poladkonstruksiya İdarəsinə işə qəbul olmuş, 1983-cü il tarixdə öz ərizəsi ilə işdən azad olmasına baxmayaraq hər il VTEK-in təqdim etdiyi əlillik arayışını idarəyə təqdim edərək 1988-ci il tarixədək əmək zədəsinə görə müavinat əldə etmişdir. İddiaçı özü etiraf edir ki, xx.xx.1988-ci il tarixdən sonra Sumqayıt Poladkonstruksiya İdarəsinə müraciət etməmişdir. Lakin məhkəmə iddiaçının etirafını qəbul etməmiş, iddiaçıya zərərin ödənilməməsini idarənin ödənişdən imtina etməsi kimi qiymətləndirmişdir. Halbuki iddiaçı hər il VTEK-in həkim komissiyasından keçdikdən sonra sənədin bir nüsxəsini idarəyə təqdim etməli və yalnız bundan sonra idarə ona ödənişi təmin etməli idi. Əgər İdarə ödənişdən imtina etmək istəsəydi, bunu 1983-cü il tarixdən iddiaçının öz xahişi ilə işdən azad olmasından sonra da edə bilərdi. Lakin idarə öz üzərinə düşən məsuliyyətini tam şəkildə icra edərək iddiaçının 1983-cü il tarixdən işdən çıxmasına baxmayaraq 1988-ci il tarixədək müavinatını tam olaraq vaxtı-vaxtında təmin etmişdir. İdarə əmək zədəsinə görə ödənişi VTEK-in təyin etdiyi əlilliyə görə icra edir. İddiaçının 1989-cu il tarixdə 3–cü qrup əlilliyi dayandırılmışdır. Bu səbəbdən də iddiaçı idarəyə əlilliyini təstiq edən sənədini təqdim edə bilmədiyindən, idarə tərəfindən ona ödənilən ödəniş dayandırılmışdır. İddiaçının əlilliyi 1993-cü il tarixdə bərpa olsa da, iddiaçı həmin idarədə işləmədiyi üçün ona müavinat ödənişi düşmədiyini nəz ərə alaraq idarəyə müraciət etmədiyini etiraf etmişdir. Bundan başqa məhkəmə qərarında xx.xx.1988-ci ildən xx.xx.1998-ci ilədək hər ay üzrə onun orta aylıq əmək haqqının 80%-i, xx.xx.1998-ci ildən etibarən isə hər ay onun orta aylıq əmək haqqının 60%-i məbləğində aylıq ödəncin ödənilməsi təmin edilmişdir ki, bu hal qəbuledilməzdir. X3-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.1988-ci il tarixdən iddiaçıya 3-cü qrup əlillik təyin etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarına əsasən orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Buna baxmayaraq məhkəmə tə rəfindən qanunun tələblərini pozaraq 80 faiz hesablanmışdır. Bundan başqa Dövlət Sosial Müdafiə X1 Şəxsinin nümayəndəsi izahatında qeyd etdi ki, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 804 saylı və 903 saylı Fərmanlarına əsasən müəssisələr özəlləşənə qədər istehsalat zədəsinə görə müavinəti nazirlik, özəlləşdikdən sonra isə müəssisə özü ödəyir. Belə ki, idarə xx.xx.1998-ci ildə idarə özəlləşdirməyə verilmiş, xx.xx.2001-ci il tarixdə özəlləşdirilməsi başa çatmasına baxmayaraq, məhkəmə bu ödənişi də Dövlət Sosial Müdafiə Fondunun üzərinə deyil, "xxxx" ASC-nin üzərinə qoymuşdur. Həmçinin iddiaçının yenidən “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə” müayinəyə cəlb olunaraq xəstəliyin dərəcəsi təyin edilməsi barədə vəsatət təqdim edilsə də məhkəmə tərəfindən qəbul edilməmişdir. Baxmayaraq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarına əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edə bilər. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Bundan başqa xx.xx.19 98-ci ildə idarə özəlləşdirməyə verilmiş və "xxxx" ASC-kimi özəlləşdirilərək təsis edilmiş, həmin dövr ərzində Poladkonstruksiya İdarəsində olan xəsarət almış işçi siyahısını və digər öhdəlikləri də qəbul edərək yerinə yetirməkdədir. Bunun sübutu kimi Emisiya Prospekti kitabında da əmək zədəsi almış şəxslərin adları mövcuddur, həmin işçilər bugünə kimi də öz müavinatını almaqdadır. Lakin iddiaçının adı həmin Emisiya Prospekti kitabında mövcud deyildir, bu səbəbdən də ASC bu barədə məlumatsız olmuşdur. İddiaçı 1988-ci il tarixdən İdarəyə müraciət etmədiyindən müavinətini almamasının səbəbkarı özüdür. Azərbaycan Respublikası Prezidentinin 804 saylı və 903 saylı Fərmanlarına əsasən müəssisələr özəlləşənə qədər istehsalat zədəsinə görə müavinəti nazirlik, özəlləşdikdən sonra isə müəssisə özü ö dəyir. Bu barədə müəssisə nazirliyə siyahı göndərir və müəssisənin hesabına pul vəsaiti köçürülür. Hazırda iddiaçı öz səhvi ucbatından ala bilmədiyi müavinəti heç bir əsas olmadan müəsisənin üzərinə qoymaqdadır. Həmçinin məhkəmə işə baxarkən iddiaçının iddia müddətini ötürməsini nəzərə almamışdır. Belə ki, mülki qanunvericiliyə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 1125.1-ci maddəsinə əssən zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Göründüyü kimi məhkəmə qeyd olunan hallara düzgün hüquqi qiymət verməmiş və əsassız iddianı təmin etməklə, cavabdehin hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.

13. Sumqayıt Apellyasiya Məh kəməsinin Mülki Kollegiyasının 2(105)-1624/2023 saylı, 25 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: A.A.Mahmudov (sədrlik edən və məruzəçi), L.E.Rəhimli və L.M.Məmmədova) apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(060)-620/2023 nömrəli qətnaməsi qismən - iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2001-ci ildən etibarən hər ay orta aylıq əmək haqqının 60%-i məbləğində aylıq ödənc (müavinət) ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyə tin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.

15. Hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.

16. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş və mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı xx.xx.1980-ci ildə dördüncü dərəcəli çilingər kimi çalışdığı “PoladKonstruksiya” Quraşdırma İdarəsində istehsalatda bədbəxt hadisəyə məruz qalaraq əmək qabiliyyətinin 80%-ni itirmiş və bununla əlaqədar olaraq xx.xx.1988-ci iləd ək ona həmin müəssisə tərəfindən aylıq zərər ödənilmiş, bu tarixdən etibarən isə nə təqsirkar təşkilat, nə onun özəllişdirilməsi nəticəsində hüquqi varisi olaraq yaranmış ASC, nə də ki, DSMF tərəfindən ona ödənc verilməmişdir.

17. İddiaçı xx.xx.1998-ci ilədək əmək qabiliyyətinin 80%-ni, həmin tarixdən etibarən isə 60%-ni itirdiyinə görə pensiya almış, habelə onun əlilliyi xx.xx.2022-ci ildən sonra həmin faizlə müddətsiz hesab edilmişdir. Cavabdeh isə iddiaçının istehsalatda bədbəxt hadisə nəticəsində əlil olduğu təqsirkar müəssisənin hüquqi varisidir və sonuncunun özəlləşdirilməsi artıq xx.xx.2001-ci ildə başa çatmışdır.

18. Apellyasiya kollegiyası işin tədqiq olunmuş faktiki hallarını, tərəflərin qarşılıqlı izahatlarını, ən başlıcası mübahisəyə tətbiq edilməli olan maddi hüququ normaların ın tələblərini nəzərə alaraq, yaranmış mübahisə üzrə qeyd etmişdir ki, İddiaçı xx.xx.1980-ci ildə dördüncü dərəcəli çilingər kimi çalışdığı “PoladKonstruksiya” Quraşdırma İdarəsində istehsalatda bədbəxt hadisəyə məruz qalaraq əmək qabiliyyətinin 80%-ni itirmişdir ki, hadisə ilə bağlı tərtib olunmuş xüsusi təhqiqat aktında “PoladKonstruksiya” Quraşdırma İdarəsi təqsirli bilinmişdir.

19. İşdən göründüyü kimi cavabdeh müəssisə xx.xx.1988-ci ilədək iddiaçıya baş vermiş hadisə nəticəsində onun sağlamlığına vurulmuş xəsarətə görə aylıq zərər ödəmişdir. Lakin həmin tarixdən iddiaçıya aylıq ödəniş ödənilməsi dayandırılmışdır.

20. İddiaçı tərəf hazırkı iddia ərizəsində qeyd edir ki, 1983-cü ildə cavabdeh müəssisədə tutduğu vəzifədən öz xahişi ilə daha yüngül işə keçirilmiş, xx.xx.1988-ci ildə isə a rtıq yenə öz xahişi ilə cavabdeh müəssisədə işdən azad edilmişdir. Qeyd olunan tarixdən hal-hazırkı tarixədək ona hər hansı ödəniş edilməmişdir. İddiaçı cavabdeh müəssisə tərəfindən ona aylıq ödənclərin bundan sonrada ödənilməsindən məlumatsız olduğundan bu məzmunda cavabdehə müraciət etməmişdir. Daha sonra bu cür hüququnun olduğunu bilmiş və hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

21. Cavabdeh tərəf isə iddia tələbinə etirazının əsası kimi bildirir ki, iddiaçının xəsarət aldığı məlum hadisədən sonra sonuncu hər il VTEK-dən aldığı əlillik arayışını idarəyə təqdim edərək, 1988-ci il tarixədək əmək zədəsinə görə müavinat əldə etmişdir. Lakin xx.xx.1988-ci il tarixdən, yəni işdən azad olunduqdan sonra iddiaçı Sumqayıt Poladkonstruksiya İdarəsinə müraciət etməmiş, başqa sözlə hər il təq dim etdiyi əlillik arayışını təqdim etməmiş və bu səbəbdən həmin vaxtdan etibarən aylıq ödəncini ala bilməmişdir. Həmçinin Sumqayıt Poladkonstruksiya İdarəsi xx.xx.1998-ci ildə özəlləşdirməyə verilmiş və özəlləşdirilmə 2001-ci ildə başa çataraq "xxxx" ASC-kimi özəlləşdirilərək təsis edilmişdir. Cavabdeh ASC bu dövr ərzində Poladkonstruksiya İdarəsində xəsarət almış işçi siyahısını və digər öhdəlikləri də qəbul edərək yerinə yetirməkdədir. Bunun sübutu kimi Emisiya Prospekti kitabında əmək zədəsi almış şəxslərin adları mövcuddur, həmin işçilər bugünə kimi də öz müavinatını almaqdadır. Lakin iddiaçının adı həmin Emisiya Prospekti kitabında mövcud deyildir, bu səbəbdən də ASC iddiaçı barədə məlumatsız olmuşdur. Başqa sözlə iddiaçı 1988-ci il tarixdən İdarəyə müraciət etmədiyindən müavinətini almamasının səbəbkarı da özüdür.

22. Məhkəmə kollegiyası bu hissədə qeyd edir ki, cavabdehin nümayəndəsinin izahatından da məlum olduğu kimi cavabdeh tərəf hazırkı iş üzrə iddiaçının baş vermiş hadisə ilə əlaqədar onda yaranan əlillik dərəcəsinə uyğun cavabdeh müəssisədən aylıq zərər ödənci əldə etmək hüququnun yaranmasını qəbul edir. Lakin hazırkı iş üzrə İddiaçı hüquqi varis olan ASC Sumqayıt Poladkonstruksiya İdarəsindən özəlləşmə zamanı Emissiya Prospekti kitabında adı keçmədiyindən, dolayısıyla cavabdeh ASC iddiaçı barəsində hər hansı öhdəlik götürmədiyindən, sonuncuya aylıq ödəncin ödənilməsinin ondan tələb edilməsinin qanunsuz olmasını bildirir.

23. Kollegiya bu hissədə cavabdehin dəlilini əsassız hesab edir və qeyd edir ki, Sumqayıt Poladkonstruksiya İdarəsi tərəfindən tərtib edilm iş Emissiya kitabında xəsarət alan işçilər siyahısında iddiaçının adının olmaması, habelə bunun davamı kimi özəlləşmə proseduru zamanı DSMF-dən iddiaçı üçün nəzərdə tutulan ödəncin hüquqi varis kimi "xxxx" ASC-nin hesabına ödənilməməsi kimi arqumentlər hazırkı halda iddiaçının qanuni təminatı olan cavabdeh müəssisə tərəfindən aylıq ödənc kimi hüququnun məhdudlaşdırılmasına dəlalət edə bilməz.

24. Hazırkı iş üzrə cavabdeh "xxxx" ASC-nin özəlləşməsi xx.xx.2001-ci il tarixdə başa çatdığından əvvəlki müəssisənin hüquq və vəzifələri (aktiv və passivi) məhz bu tarixdən yeni yaradılmış ASC-yə keçdiyindən, həmin tarixdən İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən hər ay onun orta aylıq əmək haqqının 60%-i məbləğində aylıq ödəncin ödənilməsi hissəsində iddia tələbi əsaslı olduğundan bu hissədə iddia tə min edilməlidir. Başqa sözlə kollegiyanın qənaətincə hazırki iş üzrə cavabdeh olan ASC iddiaçı qarşısında yalnız özəlləşmə başa çatdıqdan sonra hüquq və vəzifələrə malik olduğundan, iddiaçının cavabdehə olan tələbi də məhz həmin tarixdən sonra hesablanmalıdır.

25. Apellyasiya şikayətinin iddia müddətinin ötməsi barədə dəlilini qəbul etməyən kollegiya bildirir ki, hazırkı tələb fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı olduğundan, bu mübahisəyə iddia müddətinin tətbiqi yolverilməzdir.

26. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 45, 46, 47, 56, 1096, 1097, 1114, 1118, 119, 1123 və 1126-cı maddələrinə, Əmək Məcəlləsinin 191 və 239-cu maddələrinə, “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 saylı Qərarına, Mülki Prosessual Məcəllənin 14, 77, 88, 372, 384 və 402-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib işin yeni məhkəmə baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayətində qeyd edilmişdir ki, işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçi lərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. İddianın əsas mahiyyətini bu maddi norma təşkil edir. Yəni, iddiaçı bu maddi normaya əsasən cavabdehdən istehsalat zədəsi nəticəsində qazanılmış olan əlilliyə görə ödənc tələb edir. İş materiallarından da görünür ki, iddiaçı belə bir ödənci 1983-1988-ci illərdə almış, bundan sonra cavabdehə əlillik barədə sənəd təqdim etməmiş və ödənc almamışdır. Bu halda ilk olaraq məhkəmə iddiaçının bu illərdə məhz istehsalat zədəsi nəticəsində aldığı xəsarət üzrə əlilliyinin davam edib etməməsini müəyyən etməli, onun əlillyinin səbəbi və diaqnozu müəyyən etməli idi. Çünki əlilliyin səbəbi yalnız istehsalat zədəsi ilə əlaqədar olmayıb,ümumi xəstəliklər üzrə də ola bilər.Amma məhkəmə kollegiyası cavabdehin bu barədə olan dəlillərinə hüquqi qiymət vermədən, bu barədə araşdırma aparmadan yalnız iddiaçının əlil olmasını əsas gətirərək bütün bu illər üzrə cavabdehdən ödəncin tutularaq iddiaçıya verilməsi nəticəsinə gəlmişdir ki, bu halda AR Əmək Məcəlləsinin 239-cu maddəsinin 2-ci bəndinin əsl mahiyyətinə ziddir. Belə ki, 25 il ərzində ödəncə görə iddiaçı tərəfindən müəssisəyə müraciət edilməməsinin əsl səbəbi də düzgün müəyyən edilməmişdir. Belə ki, iddiaçı məhkəməni aldadaraq bildirmişdir ki, bu illər ərzində heç bir yerdə işləməmişdir. Lakin əldə edilmiş sənədlərdən də görünür ki, bu illər ərzində iddiaçı Ceyranbatan Peşə litseyində işləmiş, eləcə də, ona əlilliyə görə əlavə ödənişlər edilmişdir. Eləcə də, AR ƏƏSMN-nin tabeliyində olan Agentli yin xx.xx.2023-cü il tarixli məktubunda da göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdən Agentliyə dəvət olunmuş iddiaçı Agentliyə getməmiş, mövcud sənədlərə əsasən aparılmış araşdırma və qiymətləndirmə nəticəsində əlillik təyinatı qərarı “diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Bu sənədlərdən məlum olur ki, məhkəmə əlillik təyinatı təsdiq edilməyən şəxsə ödənc ödənilməsi vəzifəsini ASC-nin üzərinə qanunsuz olaraq qoymuş və maddi normanın tələblərinə zidd olaraq istehsalat zədəsi üzrə əlilliyi olmayan şəxsə ödənc ödənilməli olması barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. ASC məhz bu əsaslarla məhkəməyə bildirmişdir ki, 1988-ci ildən sonra iddiaçı müəssisəyə sənəd təqdim etmədiyi üçün onun adı əmək zədəsi nəticəsində ödənc alanların siyahısında olmamış, bunun nəticəsində də müəssisənin özəlləşmə zamanı bu şəxsin qarşısında öhdəlik göstərilməmiş, müəssisə özəlləşdirilərkən bütün aktiv və passivlər üzrə həmin şəxs qarşısında müəssisənin öhdəliyi öz əksini tapmamışdır. Digər adları olan şəxslər barəsində isə bütün öhdəliklər bu gün də icra edilir. Lakin məhkəmə bu hüquqi fakta da düzgün qiymət verməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün əsasdır. İddiaçın üzərinə bu illər ərzində məhz istehsalat zədəsi üzrə əlil olmasını sübut etmək vəzifəsi düşmüşdür. Lakin iddiaçı bunu sübut edə bilməmiş, 2001-ci ildən sonra mövcud olan əlilliyinin məhz istehsalat zədəsi nəticəsində olmasını sübut etməli olduğu halda nə bu barədə sənəd təqdim etmiş, nə də məhkəmə həmin əlilliyin məhz istehsalat zədəsi nəticəsində aldığı xəsarətlə əlaqəli olması barədə A R ƏƏSM Nazirliyindən bu barədə sənədləri tələb etmişdir. ASC tərəfindən sübut olunmuşdur ki, iddiaçının 1988-ci ildən sonra məhz istehsalat zədəsi ilə əlaqədar əlilliyi olmamış, o, müxtəlif müssilərdə işləmiş və əlilliyi də alt sistemdə qeydiyyatdan keçməmiş və hazırda onun əllliyi ləğv edilmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Lakin məhkəmə prosessual hüquq normalarının tələblərini pozaraq nəinki tam araşdırma aparmamış, hətta bunun üçün cavabdehə şərait də yaratmamışdır. Həmçinin məhkəmə nümayəndənin iştirakı olmadan işin baxılmasını yekunlaşdırmış və qətnamə qəbul etməklə, prosesual hüquq normasının tələblərini kobud surətdə pozmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Mülki Məcəllə

30. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

31. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

32. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçisinin, nəqliyyat vasitəsini idarə edən şəxsin v ə i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır.

33. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənlə şdirilsin.

34. Maddə 1118.2. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir.

35. Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvv əlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir.

36. Maddə 1123.1. Əmək qabiliyyətini qismən itirmiş zərərçəkənin sağlamlığının pozulması ilə əlaqədar əmək qabiliyyəti sonralar zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən azaldıqda o, zərərin əvəzinin ödənilməsi vəzifəsinin həvalə olunduğu şəxsdən əvəz miqdarının müvafiq surətdə artırılmasını istənilən vaxt tələb edə bilər.

37. Maddə 1123.2. Əgər zərərçəkənin əmək qabiliyyəti zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən artarsa, zərərçəkənin sağlamlığına vurulmuş zərərin əvəzini ödəmək vəzifəsinin həvalə olunduğu şəxs əvəz miqdarının müvafiq surətdə azaldılmasını tələb edə bilər.

38. Maddə 1123.3. Əgər zərərin əvəzini ödəmək vəzifəsinin həvalə olunduğu fiziki şəxsin əmlak vəziyyəti yaxşılaşmışsa, əvəz miqdarı isə bu Məcəllənin 1116.3-cü maddəsinə uyğun azaldılmışsa, zərərçəkən zərərin əvəzinin ödənilməsi miqdarının artırılmasını tələb edə bilər.

39. Maddə 1126. Həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Əmək Məcəlləsi

40. Maddə

191. Tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yalnız 3 şərtin (ziyanın həqiqətən vurulduğu aşkar olduqda; təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda) eyni zam anda hər üçü olduqda yaranır

41. Maddə 239 1-ci bəndinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 2-ci bəndinə əsasən, işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müv afiq ödənclər ödənilməlidir. 3-cü bəndinə əsasən, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. 4-cü bəndinə əsasən, istehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. 5-ci bəndinə əsasən, bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyətinin itirilməsi hallarından icbari sığorta olunan işçi lərə şamil olunmur. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 saylı Qərarı

42. İ bölmə 1.1-ci bənd, 2-ci hissə, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. 43. 1.2-ci bənd, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və him ayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir.

44. İİ bölmə 2.1-ci bənd, 2-ci hissə həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Mülki Prosessual Məcəllə

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həm in sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə t utulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyy ən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Cavabdeh kasasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

55. İşin faktiki halların araşdırmaq səlahiyyətinə malik olan apellyasiya instansiya mə hkəməsi müəyyən etmişdir ki, İddiaçı xx.xx.1980-ci ildə dördüncü dərəcəli çilingər kimi çalışdığı “PoladKonstruksiya” Quraşdırma İdarəsində istehsalatda bədbəxt hadisəyə məruz qalaraq əmək qabiliyyətinin 80%-ni itirmiş və bununla əlaqədar olaraq xx.xx.1988-ci ilədək ona həmin müəssisə tərəfindən aylıq zərər ödənilmiş, bu tarixdən etibarən isə nə təqsirkar təşkilat, nə onun özəlləşdirilməsi nəticəsində hüquqi varisi olaraq yaranmış ASC, nə də ki, DSMF tərəfindən ona ödənc verilməmişdir. İddiaçı xx.xx.1998-ci ilədək əmək qabiliyyətinin 80%-ni, həmin tarixdən etibarən isə 60%-ni itirdiyinə görə pensiya almış, habelə onun əlilliyi xx.xx.2022-ci ildən sonra həmin faizlə müddətsiz hesab edilmişdir. Cavabdeh isə iddiaçının istehsalatda bədbəxt hadisə nəticəsində əlil olduğu təqsirkar müəssisənin hüquqi varisidir və sonuncunun özəlləşdirilməsi xx.xx.2001-ci ildə başa çatmışdır.

56. Göründüyü kimi iddiaçının işləmiş olduğu istehsalat müəssisəsində xəsarət alması, onun ilkin olaraq 80%, sonradan isə 60 % əmək qabliyyətini itirməsi ona aldığı xəsarət görə xx.xx.1988-ci il tarixədək aylıq zərər ödənilməsi, bundan sonra onun işdən azad olması səbəbindən zərərin ödənilməsinin dayandırılması müəyyən olunur.

57. Cavavbdeh tərəfin apellyasiya və kassasiya şikayətində istinad etdiyi dəlillərində biri ondan ibarət olmuşdur ki, “iddiaçı belə bir ödənci 1983-1988-ci illərdə almış, bundan sonra cavabdehə əlillik barədə sənəd təqdim etməmiş və ödənc almamışdır. Bu halda ilk olaraq məhkəmə iddiaçının bu illərdə məhz istehsalat zədəsi nəticəsində aldığı xəsarət üzrə əlilliyinin davam edib etməməsin i müəyyən etməli, onun əlillyinin səbəbi və diaqnozu müəyyən etməli idi. Çünki əlilliyin səbəbi yalnız istehsalat zədəsi ilə əlaqədar olmayıb,ümumi xəstəliklər üzrə də ola bilər”.

58. Cavabdehin iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinə təqdim etdiyi etirazından aydın olur ki, İddiaçı əlilliyi mübahisələndirilmiş, təkrar müayinə zamanı əlilliyin qanuna uyğun təyin edilmədiyini göstərilmişdir.

59. Məhkəmə tərkibi cavabdeh tərəfin həmin dəlili də razılaşır və qeyd edir ki, cavabdehin kassasiya şikayətində göstərdiklərindən aydın olur ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə xx.xx.2023-cü ildə baxılaraq iddianın qismən təmin olunması zamanı iddiaçıya təyin edilmiş əlillik artıq xx.xx.2023-cü il tarixdə ləğv olunmuşdur.

60. Bu halda apellyasiya instansiya məhkəməsi həmin dəlillərin əsaslılığını, yəni həqiqətən iddiaçının əlilliyinin ləğv olunub-olunmaması, ləğv olunmuşdursa keçən müddət üçün birdəfəlik (əlilliyin ləğv olunması təsdiq olunduğu halda hansı müddət üçün), sonrakı müddət üçün aylıq olaraq zərərin ödənilməsinin mümkünlüyünü araşdırmalı olduğu halda heç bir araşdırma aparmamışdır.

61. Bununla yanaşı qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi hazırkı iddia tələbinə iddia müddətinin tətbiq edilməli olmamasına (zərərin ödənilməli olmasının sübutetmə ilə bağlı olması,zərərin və ya hər hansı hissəsinin ödənilməli olması nəzərə almaqla) dair düzgün nəticəyə gəlsə də, zərərin ödənilmə müddəti ilə bağlı mübahisəyə aid olmayan normanın tətbiq etmiş, tətbiq olunmalı olan normanı tətbiq etməmişdir.

62. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.

63. Fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər iddia müddəti şamil edilmir. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir. (Mülki Məcəllə 384.0.3)

64. Apellyasiya instansiya məhkəməsi zərərin ödənilməsi müddəti ilə bağlı əsaslandırmasını belə ifadə etmişdir ki, nə qədər ki, cavabdeh təşkilatının özəlləşdirilməsi xx.xx.2001-ci ildə başa çatmış, bu vəziyyətdə zərərinin əvəzinin ödənilməsinin başlancığı məhz həmin tarixdən hesablanmalıdır.

65. Lakin məhkəmə tərkibi həmin mövqe ilə razılaşmır. Bu qərarın 59-cu bəndində göstərilən maddi hüquq norması isə bu növ iddialar üzrə zərərin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən so nra irəli sürülmüşdürsə, tələb ən çox iddia irəli sürməzdən əvvəlki üç müddət üçün ödənildir.

66. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instansiya məhkəməsi zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəlməsi anından üç il keçməsini, yalnız iddia irəli sürülməzdən əvvəlki üç il üçün zərərin tutula biləcəyini nəzərə almamışdır.

67. Eyni zamanda məhkəmə tərkibi nəzərə alır ki, apelyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edərək xx.xx.2001-ci ildən etibarən hər ay orta aylıq əmək haqqının 60%-i aylıq ödəncin ödənilməsi ilə bağlı nəticəyə gəlsədə qətnamənin nəticə hissəsində cavabdehdən tutulmalı olan ziyanın məbləğini göstərməmişdir.

68. Halbuki Mülki Prossesual Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

69. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi həmin qətnamənin (iddianın və ya onun hər hansı hissəsinin təmin olunmasının mümkünlüyü halında) icrası zamanı tərəflər arasında gələcəkdə əmələ gələ bilən mübahisəyə zəmin yaratmışdı

70. Beləliklə, yuxarıda qeyd olunanlar sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsinə, qətnamənin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl olunmadığına dəlalət edir

71. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

72. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cüml ədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

73. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

74. Təkrar apelyasiya baxışı zamanı tərəflərin və işdə iştirak edən şəxslərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin və işdə iştirak edən şəxslərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

75. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1624/2023 nömrəli iş üzrə 25 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar