Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3240/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ərizəsinə dair iş üzrə QƏRARİ Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ərizəsinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-619/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən maraqlı şəxs “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin 8 saylı regional ərazi f ilialı tərəfindən verilmiş kassasiya şikayətinə 27 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Masallı Rayon Dövlət Arxivinin 10 noyabr 2021-ci il tarixli, 485 saylı arxiv arayışına əsasən Ərizəçi 1977-ci ildən 1985-ci ilədək “Kalinin” adına tərəvəzçilik-südçülük sovxozunda işlədiyi müddətdə (müəyyən aylar istisna olmaqla) əmək haqqı almışdır.
2. Masallı Rayon Dövlət Arxivinin 10 noyabr 2021-ci il tarixli, 485/1 saylı arxiv arayışına əsasən Ərizəçi 1986-ci ildən 1995-ci ilədək “Kalinin” adına tərəvəzçilik-südçülük sovxozunda işlədiyi müddətdə (müəyyən aylar istisna olmaqla) əmək haqqı almışdır.
3. Masallı Rayon Dövlət Arxivinin 10 noyabr 2021-ci il tarixli, 485/1 saylı arxiv arayışına əsasən, Ərizəçi, iş əgötürənin 18 iyun 1974-cü il tarixli, 280-5 saylı əmri ilə 28 may 1974-cü ildə “Kalinin” adına tərəvəzçilik-südçülük sovxozuna fəhlə qəbul edilmiş və işəgötürənin 30 noyabr 1974-cü il tarixli, 573 saylı əmri ilə hərbi xidmətə çağrıldığına görə işdən azad edilmişdir (əmək haqqı alması barədə məlumata rast gəlinmədi, bu müddətdə X4 əmək haqları vardır). Onun yenidən işə daxil olması barədə əmr tapılmamış, lakin 1977-ci ilin yanvar ayında sovxozun inəkçilik briqadasının tərkibində əmək haqqı almağa başlamışdır. İşəgötürənin 27 avqust 1981-ci il tarixli, 670 saylı əmri ilə müvəqqəti olaraq DT-5 markalı traktora traktorçu təyin edilmiş, 3 may 1984-cü il tarixli, 357 saylı əmrlə sovxozun mexanizatoru, müvəqqəti olaraq 9 saylı briqadaya motorist təyin edilmişdir. 26 aprel 1986-cı il tarixli, 316 saylı əmrlə sovxozun 10 saylı briqadasına 10 aprel 1986-cı ildən motorist qəbul edilmiş, 1 iyun 1987-ci il tarixli, 387-6 saylı əmrlə taxıl biçininə cəlb edilmiş, 1 iyul 1987-ci il tarixli, 409/3 saylı əmrlə 10 saylı briqadaya motorist keçirilmiş, 14 sentyabr 1987-ci il tarixli, 563 saylı əmrlə 10 saylı briqadanın motoristi sahə gözətçisi təyin edilmiş, 1995-ci ilin iyul ayında son əmək haqqını almışdır. Onun işdən çıxması və sonrakı əmək fəaliyyəti barədə məlumat tapılmamışdır.
4. Masallı Rayon Dövlət Arxivinin 10 noyabr 2021-ci il tarixli, 485/3 saylı arxiv arayışına əsasən X11 1967-ci ildən 1974-cü il tarixədək sabiq “Kalinin” adına tərəvəzçiliksüdçülük sovxozunda işlədiyi müddətdə (müəyyən aylar istisna olmaqla) əmək haqqı almışdır.
5. Masallı Rayon Dövlət Arxivinin 10 noyabr 2021-ci il tarixli, 485/4 saylı arxiv arayışına əsasən X11 işəgötürənin 23 iyun 1967-ci il tarixli, 207-15 saylı əmri ilə “Kalinin” adına tərəvəzçilik-südçülük sovxozunun örtülük tərəvəz yetişdirmə briqadasına fəhlə qəbul edilmiş, 31 iyul 1967-ci il tarixli, 263 saylı əmrlə sovxozun heyvandarlıq şöbəsinə müvəqqəti olaraq buzova baxan təyin edilmiş, 12 mart 1974-cü il tarixli, 112 saylı əmrlə ərizəsinə əsasən işdən azad edilmişdir. Yenidən işə girmə əmiri tapılmamış, lakin 1974-cü ilin iyun ayından sovxozun inəkçilik briqadasının tərkibində əmək haqqı almağa başlamış, 1974-cü ilin noyabr ayında son əmək haqqını almışdır. İşdən çıxması və sonrakı əmək fəaliyyəti barədə məlumat tapılmamışdır.
6. Ərizəçi məxsus 25 yanvar 1970-ci il tarixli əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətinə əsasə n o, 23 iyun 1967-ci ildə “Kalinin” adına tərəvəzçiliksüdçülük sovxozuna fəhlə qəbul edilmişdir. Həmçinin, 21 yanvar 1970-ci ildə “Kalinin” adına tərəvəzçilik-südçülük sovxozuna fəhlə qəbul edilmiş, 30 noyabr 1974-cü ildə hərbi xidmətə getməsi ilə əlaqədar işdən azad edilmiş, 1 yanvar 1977-ci ildə “Kalinin” adına tərəvəzçilik-südçülük sovxozunun maldarlıq fermasına malabaxan qəbul edilmiş, 15 aprel 1979-cu ildə sovxozun maldarlıq fermasından 5 saylı briqadaya motorist keçirilmiş və 30 dekabr 1995-ci il tarixdə işdən azad edilmişdir.
7. Masallı Rayon Dövlət Arxivi tərəfindən verilmiş “Kalinin” adına sovxozun direktorunun 30 noyabr 1974-cü il tarixli əmrində göstərilmişdir ki, sovxozun malabaxanı Ərizəçi Sovet Ordu sıralarına çağrılması ilə əlaqədar olaraq fəhlə işindən azad edilmişdir.
8. Masallı Rayon Dövlət Arxivi tərəfindən verilmiş “Kalinin” adına sovxozun direktorunun 12 mart 1974-cü il tarixli, 12 saylı əmrində göstərilmişdir ki, malabaxan-çoban X11 öz ərizəsinə əsasən 12 mart 1974-cü ildə işdən azad edilmişdir.
9. Masallı Rayon Dövlət Arxivi tərəfindən verilmiş “Kalinin” adına sovxozun direktorunun 23 iyun 1967-ci il tarixli, 207 saylı əmrində göstərilmişdir ki, sovxozun örtük altına tərəvəz yetişdirən briqadasına aşağıda adları göstərilmiş məktəblilər müvəqqəti olaraq fəhlə işinə qəbul edilmişdir: Həmin siyahının 15-ci sırada X4 adı qeyd edilmişdir.
10. Masallı Rayon Dövlət Arxivi tərəfindən verilmiş “Kalinin” adına sovxozun direktorunun 21 yanvar 1970-ci il tarixli, 45 saylı əmrində göstərilmişdir ki, sovxozun maldarlıq şöbəsində aşağıda göstərilən fəhlələr 1 yanv ar 1970-ci ilə öz vəzifələrində saxlansınlar: Əmrin 39-cu sırasında X4 da adı qeyd edilmişdir.
11. Maraqlı tərəf “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin 8 saylı Regional Ərazi Filialının 3 dekabr 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Ərizəçi 16 fevral 2019-cu il tarixdə Filial tərəfindən yaşa görə əmək pensiyası təyin edilmiş və 3 dekabr 2021-ci il tarixdə araşdırma aparılması ilə əlaqədar olaraq ona pensiya ödənilməsi dayandırılmışdır. Həmin Filialın digər 7 dekabr 2021-ci il tarixli məktubundan isə görünür ki, Ərizəçi pensiya işinə 3 dekabr 2021-ci il tarixdə baxılmışdır və təqdim edilmiş arxiv arayışlarında sənədin ona məxsus olması faktı müəyyən edilmədiyi üçün onun əmək pensiyası hüquqununa yenidən baxılmasından imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə ak tları a) Birinci instansiya məhkəməsində icraat
12. Ərizəçi (bundan sonra ərizəçi) maraqlı şəxs “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin 8 saylı regional Ərazi Filialına (bundan sonra maraqlı şəxs) qarşı sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Masallı Rayon Dövlət Arxivi tərəfindən müraciəti əsasında verilmiş 10 noyabr 2021-ci il tarixli, 485/3 saylı və 10 noyabr 2021-ci il tarixli, 485/4 saylı arxiv arayışlarının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
13. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1955-ci il tarixdə Masallı rayonu, Qızılağac kəndində doğulmuşdur. Ailə vəziyyətləri maddi cəhətdən ağır olduğu üçün valideynlərinin razılığı ilə 23 iyun 1967-ci il tarixdə “Kalinin” adına tərəvəzçiliksüdçülük sovxozunun örtüklü tərəvəz yetişdirmə briqadasına fəhlə qəbul edilmiş və 30 dekabr 1995-ci il tarixədək həmin təsərrüfatda müxtəlif işlərdə çalışmış, hər ay əmək haqqı almışdır. 23 iyun 1967-ci ildən 30 dekabr 1995-ci il tarixədək “Kalinin” adına sovxozda işləməsi ilə bağlı adına əmək kitabçası açılmışdır. 10 dekabr 1974-cü ildən 16 noyabr 1976-cı il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Yaşa görə əmək pensiyasına çıxmaq hüququ yarandığı üçün, müraciətinə əsasən maraqlı şəxs tərəfindən ona 16 fevral 2019-cu il tarixdə əmək pensiyası təyin edilmişdir. Bundan sonra maraqlı şəxs ona məlumat verərək, əmək pensiyası təyin edilməsi ilə bağlı Filialda saxlanılan sənədlərdə uyğunsuzluq olduğundan, ödənilən pensiyanın dayandırılması izah edilmişdir. 23 iyun 1967-ci ildən 30 dekabr 1995-ci il tarixədək keçmiş “Kalinin”adına tərəvəzçilik-südçülük sovxozunda işləməsi ilə bağlı arxiv arayışının verilməsi barədə müraciəti əsasında Masallı Rayon Dövlət Arxivi tərəfindən ona arayışlar verilmişdir. Həmin arxiv arayışlarının əsillərini maraqlı şəxsə təqdim etmişdir. Daha sonra maraqlı şəxs tərəfindən ona bildirilmişdir ki, keçmiş “Kalinin” adına sovxozda işləməsi ilə bağlı Masallı Rayon Dövlət Arxivi tərəfindən verilmiş 10 noyabr 2021-ci il tarixli, 485/3 və 485/4 saylı arayışlarda soyadı “YYY” göstərilmişdir. O da həmin arxiv arayışlarına baxarkən soyadının səhvən “YYY” yazıldığını görmüşdür. Masallı rayonu, Qızılağac kəndində fəaliyyət göstərmiş “Kalinin” adına tərəvəzçilik-südçülük sovxozunda “X11” adında şəxs işləməmişdir və həmin sovxoz da 23 iyun 1967-ci ildən 30 dekabr 1995-ci il tarixədək o işləmişdir. Sözügedən arayışlarda texniki səhv səbəbindən onun soyadı “YYY” kimi yazılmışdır. Maraqlı şəxsin əmək pensiyalarının təyin edilməsi sektorunda adına məxsus olan sənədlərdə uyğunsuzluq olduğundan əmək pensiyanın dayandırılması ilə bağlı qərar qəbul edilmişdir. Ərizə ilə maraqlı şəxsə müraciət edərək, ona yaşa görə təyin olunmuş əmək pensiyasının davam etdirilməsini xahiş etsə də, bu barədə ona imtina məktubu verilmişdir. Odur ki, Masallı Rayon Dövlət Arxivi tərəfindən verilmiş 10 noyabr 2021-ci il tarixli, 485/3 saylı və 10 noyabr 2021-ci il tarixli, 485/4 saylı arxiv arayışlarının ona məxsus olması faktının müəyyən edilməsini iddia edir.
14. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Əri zəçi ilə eyni kəndlidir. “Kalinin” adına tərəvəzçilik-südçülük sovxozunda əmək fəaliyyətinə 1974-cü ildən başlamış, 1976-cı ildə hərbi xidmətə getməsi ilə əlaqədar işdən çıxmış, hərbi xidmətdən qayıtdıqdan sonra 1980-ci ildə yenidən “Kalinin” adına tərəvəzçilik-südçülük sovxozunda işə qəbul edilmişdir. 1991-ci ilin oktyabr ayının 31-dən həmin sovxozda işləmişdir. Onunla eyni kənddən olan Ərizəçi “Kalinin” adına tərəvəzçiliksüdçülük sovxozunda işləmiş, heyvanlara baxmışdır.
15. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki o, Ərizəçi ilə eyni kəndlidir. 1985-1986-cı illərdə, sonradan 1991-1993-cü illərdə “Kalinin” adına tərəvəzçilik-südçülük sovxozunda fəhlə işləmişdir. Onunla eyni kənddən olan Ərizəçi “Kalinin” adına tərəvəzçilik-südçülük sovxozunda mallara baxması nı, çoban işləməsini görmüşdür.
16. Şahid2 məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1974-cü ildə “Kalinin” adına sovxoza fəhlə qəbul edilmiş, xx.xx.1975-ci ildə işdən azad edilmiş, xx.xx.1975-ci ildə yenidən “Kalinin” adına sovxoza işə qəbul edilmiş, xx.xx.1975-ci ildə işdən azad edilmiş, xx.xx.1976-cı ildə yenidən “Kalinin” adına sovxoza işə qəbul edilmiş, xx.xx.1976-cı ildə işdən azad edilmiş, xx.xx.1980-ci ildə “Kalinin” adına sovxoza işə qəbul edilmiş və xx.xx.1991-ci ildə işdən azad edilmişdir.
17. Şahid3 məxsus xx.xx.1981-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1985-ci ildə “Kalinin” adına sovxoza işə qəbul edilmiş, xx.xx.1986-cı ildə işdən azad edilmiş, xx.xx.1991-ci ildə yenidən “Kalinin” adına sovxoza işə qəbul edilm iş və xx.xx.1993-cü ildə işdən azad edilmişdir.
18. Masallı RİHB-nin Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 894 saylı, xx.xx.2021-ci il tarixli arayışında Ərizəçi “Kalinin” adına sovxozda işləyəndə soyadının mexaniki səhv olaraq X1 qeyd olunduğu, X11 adlı şəxsin ərazidə olmadığı və yaşamadığı göstərilmişdir.
19. Masallı Rayon Məhkəməsinin 1 mart 2022-ci il tarixli, 2(050)-305/2022 nömrəli qətnaməsi ilə (hakim Ceyhun Quliyev) ərizə təmin edilərək, Masallı rayon Dövlət Arxivi tərəfindən verilmiş 10 noyabr 2021-ci il tarixli, 485/3 saylı və 10 noyabr 2021-ci il tarixli, 485/4 saylı arxiv arayışlarının ərizəçiyə məxsus olması faktı müəyyən edilmişdir.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçinin tələbi iş stajının müəyyən olunmas ı barədə deyil, hüquq müəyyənedici sənədlərin ona məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Bu baxımdan, yuxarıda göstərilənlər Masallı Rayon Dövlət Arxivi tərəfindən verilmiş 10 noyabr 2021-ci il tarixli, 485/3 saylı və 10 noyabr 2021-ci il tarixli, 485/4 saylı arxiv arayışlarının ərizəçiyə məxsus olmasını inkar etmir. Sübutların biri-biri ilə qarşılıqlı təhlili, hətta maraqlı şəxsin özü də neçə illər Masallı Rayon Dövlət Arxivi tərəfindən verilmiş 10 noyabr 2021-ci il tarixli, 485/3 saylı və 10 noyabr 2021-ci il tarixli, 485/4 saylı arxiv arayışlarında göstərilmiş “YYY” soyadını “XXX” soyadı kimi qəbul edərək, həmin sənədlərin ərizəçiyə məxsus olduğunu qəbul etmiş və bir neçə il keçdikdən sonra soyadın fərqli olması səbəbi ilə həmin sənədlərin ərizəçiyə məxsus olmadığı nətic əsinə gəlmişdir. Həmin əsas onsuzda maraqlı şəxs tərəfindən “YYY” soyadı “XXX” soyadı kimi qəbul edilən zaman artıq mövcud idi.
21. Məhkəmə, yuxarıda göstərilənlərə, yəni ərizəçinin izahatına, şahidlərin ifadələrinə və işin digər hallarına əsaslanaraq hesab etmişdir ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün qanuni əsaslar vardır. Ərizəçi, qeyd olunan faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də ərizə təmin edilməlidir.
22. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 307.1, 307.2.5 və 308-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
23. Maraqlı şəxs apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsin in ləğv edilməsi və ərizənin rədd ediləməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi arxiv arayışlarında ərizəçinin bütün dövr ərzində deyil, 1985-ci ildən 1986-cı il tarixədək, habelə 1991-ci ildən 1993-cü il tarixədək birgə işləmiş şahidlərin ifadələrinə düzgün hüquqi qiymət verməmışdir. Belə ki, ərizəçi, soyadının səhvən “YYY” kimi yazılmasının nə ilə əlaqədar olduğunu əsaslandıra bilməmişdir, hər iki şahidin ərizəçi ilə birgə iş dövrünün müddəti arxiv arayışlarında əks olunmuş 23 iyun 1967-ci ildən 30 dekabr 1995-ci il tarixədək olan dövrün cəmi 3 ili ilə üst-üstə düşür.
25. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Samir Mayılov (səd rlik edən və məruzəçi), Nüsrət Mirzəyev və Tofiq Heydərov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Masallı Rayon Məhkəməsinin 1 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə ərizə rədd edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Masallı rayon İHB-nin Qızılağac kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin arayışına görə ərizəçi “Kalinin” adına sovxozda işləyərkən soyadı səhv olaraq “YYY” qeyd edilmişdir. X11 adlı şəxsin ərazidə olmaması və yaşamaması barədə 1 dekabr 2021-ci il tarixli, 894 saylı arayış, hazırlanması üçün əsas götürülən faktlara istinad edilmədiyi üçün “əsaslı şübhədən kənar” sübut sayıla bilməz. Belə ki, qüvvədə olan təlimata görə arayış və məlumat vərəqəsinin mətni iki hissədən ibarə t olmalıdır. Birinci hissədə sənədin hazırlanması üçün əsas götürülən faktlar, ikinci hissədə isə nəticələr və təkliflər yazılır. Bundan başqa, sözügedən arxiv arayışlarının X7 verməsi də həmin şəxsin mövcudluğunu təsdiq edir. Ərizəçinin təqdim etdiyi şahid ifadələrində onun həmin arxiv arayışlarında göstərilən müddətdə “Kalinin” adına tərəvəzçilik-südçülük sovxozunda işləməsi təsdiq edilmir. Belə ki, şahidlərin ərizəçi ilə birgə iş dövrünün müddəti arxiv arayışlarında əks olunmuş bütün dövrü əhatə etmir. Eyni zamanda şahidlər, adına arayış verilən “X11” adlı şəxsin “Kalinin” adına tərəvəzçilik-südçülük sovxozunda işləməsi halını inkar etməmişlər. Bundan başqa, ərizəçi əmək fəaliyyətinə 23 iyun 1967-ci il tarixdən başladığını bildirmiş və onun adına olan 25 yanvar 1970-ci il tarixli Əmək k itabçasının sonuncu 18-19-cu səhifələrində onun 23 iyun 1967-ci il tarixli, 207 saylı əmrə əsasən 23 iyun 1967-ci ildən “Kalinin” adına sovxozda örtülü tərəvəz yetişdirmə briqadasına fəhlə qəbul edilməsi barədə qeyd aparılmışdır. Masallı Rayon Dövlət Arxivinin 10 noyabr 2021-ci il tarixli, 485/4 saylı arxiv arayışında X4 23 iyun 1967-ci il tarixli, 207-15 saylı əmrlə sabiq Kalinin adına tərəvəzçilik-südçülük sovxozunun örtüklü tərəvəz yetişdirmə briqadasına fəhlə qəbul edildiyi qeyd edilmişdir. Lakin Masallı Rayon Dövlət Arxivi tərəfindən verilmiş 10 noyabr 2021-ci il tarixli, 485/4 saylı arayışın verilməsinə əsas olmuş “Kalinin” adına sovxoz üzrə 23 iyun 1967-ci il tarixli, 207 saylı əmrin surətindən görünür ki, həmin əmr ümumiyyətlə bir ay sonra, yəni 23 iyul 1967-ci il tarixdə verilmişd ir. Ərizəçi 25 yanvar 1970-ci il tarixli əmək kitabçasında, onun ilk dəfə əmək fəaliyyətinə başladığına dair məlumatı özündə əks etdirən 23 iyun 1967-ci il tarixli, 207 əmrə əsasən 23 iyun 1967-ci ildən “Kalinin” adına sovxozda örtülü tərəvəz yetişdirmə briqadasına fəhlə qəbul edilməsi barədə qeydin kitabçanın ilk deyil, son səhifəsinə aparılmasına, kitabçanın işə qəbul olunduğunu bildirdiyi tarixdən 2 il 7 ay sonra tərtib olunmasına əsas olmuş halları izah edə bilməmişdir. Həmçinin, 25 yanvar 1970-ci il tarixli əmək kitabçasında qeyd edilmiş 21 yanvar 1970-ci il tarixli, 45 saylı əmrin başqa işə keçirmə barədə deyil, işə qəbul barədə olduğunu, 23 iyun 1967-ci il tarixdə hər hansı əmrin verilmədiyini nəzərə alaraq, ərizəçinin əmək fəaliyyətinə 23 iyun 1967-ci il tarixdən başladığına dair b ildirdiklərini işin hallarına uyğun saymır. Bundan başqa, 23 iyun 1967-ci il tarixli əmr verilərkən, ərizəçinin 12 yaş, 5 ay, 7 günlük olması həmin əmrin onun barəsində olmadığını təsdiq edir. Bundan başqa, Masallı Rayon Dövlət Arxivinin 1977-ci ildən 1985-ci il tarixədək və 1986-cı ildən 1995-ci il tarixədək sabiq “Kalinin” adına tərəvəzçilik-südçülük sovxozunda işlədiyi əmək haqqı almasına dair 10 noyabr 2021-ci il tarixli, 485 və 485/1 saylı arxiv arayışlarında, eləcə də yalnız 18 iyun 1974-cü il tarixli, 280-5 saylı əmrlə 28 may 1974-cü ildən sabiq “Kalinin” adına tərəvəzçiliksüdçülük sovxozuna fəhlə qəbul edilməsinə, 30 noyabr 1974-cü il tarixli, 573 saylı əmrlə hərbi xidmətə çağrıldığına görə işdən azad edilməsinə dair 10 noyabr 2021-ci il tarixli, 485/2 saylı arxiv arayışında əriz əçinin soyadı “XXX” göstərilmişdir. Masallı Rayon Dövlət Arxivinin 10 noyabr 2021-ci il tarixli, 485/3 saylı arxiv arayışında X4 “Kalinin” adına tərəvəzçilik-südçülük sovxozunda 1967-ci ilin iyul ayından 1974-cü ilin noyabr ayınadək işlədiyi müddətdə əmək haqqı aldığı göstərilmişdir. İlk öncə ərizəçi, Masallı Rayon Dövlət Arxivinin 10 noyabr 2021-ci il tarixli 485, 485/1 və 485/2 saylı arxiv arayışlarında soyadının doğru göstərildiyi halda, özünə məxsus olduğunu qeyd etdiyi arayışlarda isə soyadının “YYY” göstərilməsinə səbəb ola biləcək halları izah edə bilməmişdir. Masallı Rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş digər əmrlərdə də, barəsində əmr verilmiş şəxsin soyadının “YYY” olduğu göstərilmişdir. Bütün bu əmrlərdə ərizəçinin soyadında yanlışlığa yol verilməsi ağlabatan deyil.
27. Beləliklə məhkəmə iş üzrə belə nəticəyə gəlmişdir ki, sözügedən arxiv arayışlarında X4 işəgötürənin 12 mart 1974-cü il tarixli, 112 saylı əmri ilə öz ərizəsinə əsasən işdən azad edildiyi halda, ərizəçinin əmək münasibətlərini davam etdirməsi, yalnız hərbi xidmətə çağırıldıqdan sonra, bu əsasla işəgötürənin 30 noyabr 1974-cü il tarixli, 573 saylı əmri ilə işdən azad edilməsi, ərizəçinin həmin əmrlərin hər ikisini özünə aid etməsi və bu barədə “əsaslı şübhədən kənar” sübut təqdim etməməsi, sözügedən arxiv arayışlarının ərizəçi barəsində olması nəticəsinə gəlməyə əsas vermir. c) Kassasiya instansiya məhkəməsində birinci icraat
28. Ərizəçi kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ərizənin təmin edilməsi və ya mülki işin yenidən baxılm ası üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Ərizəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, yaşa görə əmək pensiyasına çıxmaq üçün hüququ yarandığından maraqlı şəxsə müraciət etmiş və 16 fevral 2019-cu il tarixdə ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Maraqlı şəxs ona əmək pensiyasının təyin edilməsi ilə bağlı Filialda saxlanılan sənədlərdə uyğunsuzluq olduğunı əsas tutub ona ödənilən pensiyanın verilməsini dayandırmışdır. Halbuki, o, 23 iyun 1967-ci ildən 30 dekabr 1995-ci il tarixədək “Kalinin” adına tərəvəzçilik-südçülük sovxozunda işləmiş və bu barədə onun adına Masallı rayon Dövlət Arxivi tərəfindən müvafiq arayışlar verilmişdir. Maraqlı şəxs tərəfindən təqdim edilmiş imtina məktubda, onun “Kalinin” adına sovxoza işləməsi ilə bağlı Masallı rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışlarında soyadının “YYY” olduğu qeyd edilmişdir. O da həmin arxiv arayışlarına baxarkən soyadının səhvən “YYY” yazıldığını görmüşdür. “Kalinin” adına tərəvəzçilik-südçülük sovxozunda ümumiyyətlə “X11” adlı şəxs işləməmişdir. Həmin arxiv arayışlarında texniki səhvə yol verilərək soyadı “YYY” yazılmışdır. O, ərizə ilə maraqlı şəxsə müraciət edərək ona yaşa görə təyin edilmiş əmək pensiyasının ödənilməsinin davam etdirilməsini xahiş etmiş, maraqlı şəxs isə bundan əsassız olaraq imtina etmişdir. Odur ki, sözügedən arxiv arayışlarının ona məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, arxiv arayışlarında soyadının texniki səhv olaraq “YYY” göstərilməsi kənd icra Nümayəndəsinin təqdim etdiyi arayışda da öz əksini tapmışdır. Apellyasiya instansiyası məhkəməsi, bunun əksini sübuta yetirməyə çalışsa da, sözügedən arayışı kənd icra nümayəndəsindən şəxsiyyət vəsiqəsini təqdim etməklə almasına əhəmiyyət verməmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlərin əmək kitabçalarında onunla müxtəlif dövrlərdə işləmələri tam olaraq əhatə olunmaması isə, onların sonradan işə qəbul edilməsi və onunla birlikdə çalışmış işçilərin isə yaşca böyük olmaqla artıq vəfat etmələrini nəzərə almamışdır. Onun 15 yaşına çatmamış işə qəbul edilməsi maddi və ailə vəziyyətinin pis olması ilə bağlı olmuş və məktəbli kimi müvəqqəti işə qəbul edilmişdir. Bu barədə işəgötürən 23 iyun 1967-ci il tarixli, 207 saylı əmr vermiş və əmrdə onun adı 15-ci sırada olmuşdur. Onun əmək kitabçasında da həmin dövrdə “Kalinin” adına t ərəvəzçilik-sübçülük sovxozunda işləməsi qeyd edilmişdir.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)5688/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər - X17 (məruzəçi), X9 və X8) Ərizəçi kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 iyul 2022-ci il tarixli, 2(106)-1210/2022 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
31. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi, sözügedən arxiv arayışlarında göstərilən “YYY” soyadının ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddə göstərilən “XXX” soyadı ilə düz gəlmədiyi, onların fərqli şəxslər olduğu, başqa sözlə həmin hüquq müəyyənedici sənə dlərin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi üçün əsasların müəyyən edilmədiyi qənaətinə gələrkən, gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinin, habelə yuxarıda sadalanan normaların tələbləri baxımından kifayət qədər araşdırmamışdır. Digər tərəfdən, ərizəçinin hazırki tələbi sözügedən hüquq müəyyənedici sənədlərin ona məxsus olması faktının müəyyən edilməsindən ibarət olduğu halda, apellyasiya instansiyası məhkəməsi həmçinin onun yaşa görə pensiya almaq üçün nəzərdə tutulan əmək stajını müzakirə predmetinə çevirməklə Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinin dispozitiv şərtlərini pozmuşdur. Bundan başqa, sözügedən arxiv arayışlarında ərizəçinin soyadının texniki səhv olaraq “YYY” göstərilməsi Qızılağac kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsini n 1 dekabr 2021-ci il tarixli arayışı ilə də istisna olunmur. Belə ki, həmin arayışdan görünür ki, ərizəçi həqiqətən “Kalinin” adına sovxozda işləyərkən soyadı mexaniki səhv olaraq “YYY” qeyd edilmiş və ümumiyyətlə X11 adlı şəxs ərazidə yaşamır və yoxdur. Apellyasiya instansiyası məhkəməsi, bunun əksini sübuta yetirməyə çalışsa da, sözügedən arayışı kənd icra Nümayəndəsindən şəxsiyyət vəsiqəsini təqdim etməklə məhz ərizəçinin almasına diqqət yetirməmiş və sözügedən hüquq müəyyənedici sənədlərin ərizəçiyə deyil, X7 məxsus oluduğu qətanətinə gəlsə də, sonuncunun şəxsiyyəti, habelə onunla ərizəçinin eyni şəxs olub-olmaması ilə bağlı işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Əksinə, ərizədən, kassasiya şikayətinin dəlillərindən, habelə müvafiq icra hakimiyyəti orqanının arayı şlarından görünür ki, Qızılağac kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin ərazisində ümumiyyətlə X11 adlı şəxs yaşamamış, məhkəmə iclasında dindirilmiş şahidlərin əmək kitabçalarında müxtəlif dövrlərdə işləmələrinin tam olaraq ərizəçinin işlədiyi dövrü əhatə etməməsi isə, onların sonradan işə qəbul edilməsi, ərizəçi ilə çalışmış bəzi işçilərin isə yaşca böyük olmaqla artıq vəfat etmələri ilə bağlı olmuşdur. Ərizəçinin, 15 yaşına çatmamış işə qəbul edilməsi isə onun maddi və ailə vəziyyətinin pis olması ilə bağlı olmuş və o, valideynlərinin razılığı ilə məktəbli kimi müvəqqəti işə götürülməmişdir. İşin bu halı, habelə ərizəçinin 23 iyun 1967-ci ildən 30 dekabr 1995-ci il tarixədək “Kalinin” adına sovxozda müxtəlif işlərdə işləməklə, əmək haqqı alması, mülki iş materialları, işəgötür ənin 23 iyun 1967-ci il tarixli, 207 saylı əmrinin, həmçinin ərizəçinin adına açılmış əmək kitabçasının surətləri ilə də təsdiq olunur. Həmin əmrdə ərizəçinin adı 15-ci sırada qeyd edilmişdir. Hətta, maraqlı şəxs özü də bir neçə il Masallı Rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışlarında göstərilən “YYY” soyadlı şəxsi “XXX” kimi qəbul edərək, həmin sənədlərin məhz ərizəçiyə məxsus olduğunu qəbul etmiş və ərizəçiyə yaşa görə pensiya təyin edib, ödəmişdir. Yalnız, bir neçə il keçdikdən sonra soyadın fərqli olması səbəbi ilə həmin sənədlərin ərizəçiyə məxsus olmadığını əsas tutub ona pensiya ödənilməsini dayandırmışdır.
32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 24 sentyabr 2007-ci il tarixli, 06 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydaları”nın 2.5-ci bəndinə əsasən əmək fəaliyyəti barədə sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Hazırda məhkəmələr tərəfindən yuxarıda qeyd olunan qaydalara əsasən əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı, ən azı iki şahidin ifadələrinə əsasən və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir.
33. Bu baxımdan kassasiya instansiyası məhkəməsi ərizəçinin kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayaraq hesab etmişdir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. ç) Apelly asiya instansiya məhkəməsində ikinci icraat
34. Məhkəmədə ərizəçi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və göstərmişdir ki, arxiv arayışlarında soyadının "YYY" kimi göstərilməsi təsadüf olmamışdır. Belə ki, atası ilə anası arasında rəsmi nikah olmamış, atası X12, anası isə X10 olmuşdur. O, körpə olarkən atası ilə anası ayrılmış və anası başqa şəxsə ərə getmişdir, o da anası ilə qalmış, anasının soyadı olaraq XXX soyadını götürmüşdür. İşə qəbul sənədlərində atasının X12 olduğunu bildiklərindən, mexaniki olaraq onun da soyadını YYY yazmışlar.
35. Mülki işin apellyasiya baxışı zamanı Masallı rayon İcra Hakimiyyəti başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümay əndəsinə sorğu verilərək Ərizəçi nümayəndəlikdə olan qeydiyyat sənədlərinə əsasən valideyinləri barədə (adı, soyadı, ata adı tam göstərilməklə) məlumat verilməsi xahiş edilmiş, nümayəndəlik tərəfindən 12 aprel 2023-cü il tarixli məktubla verilmiş arayışda Qızılağac kənd sakini Ərizəçi atası X5 olduğu (1977-ci ildə vəfat etmişdir), anasının isə X2 olduğu (1986-cı ildə vəfat etmişdir) bildirilmişdir.
36. Mülki işin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə sorğu verilərək xx xxxxxx 1955-ci ildə Masallı rayonunun Qızılağac kəndində doğulmuş Ərizəçi doğum şəhadətnaməsinin təsdiq olunmuş surətinin məhkəməyə göndərilməsi, bu mümkün olmadıqda isə arxiv sənədlərinə əsasən valideyinləri barədə (adı, soyadı, ata adı tam göstərilməklə) məlumat verilməsi xahiş olunmuş, 20 aprel 2023-cü il tarixli cavab məktubunda adıçəkilən şəxsin doğumuna dair hər-hansı məlumatın aşkar olunmadığı bildirilmişdir.
37. Mülki işin hazırki apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı rayon Polis şöbəsinə sorğu verilərək Ərizəçi Masallı RPŞ tərəfindən 13 oktyabr 2005-ci ildə AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin (ərizə-anket, kartoçka və s.) təsdiq olunmuş surətlərinin məhkəməyə göndərilməsi, həmçinin vətəndaşın qeydiyyat sənədlərinə əsasən valideyinləri barədə (adı, soyadı, ata adı tam göstərilməklə) əlavə məlumat verilməsi xahiş olunmuşdur. Sorğuya 12 aprel 2023-cü il tarixdə verilən cavab məktubunda xx xxxxxx 1955-ci il təvəllüdlü Ərizəçi fərdi uçot kartoçka məlumatlarında atasının X12, anasının isə X10 olduğu qeyd edilmiş və bunu təsdiq edən fotoşəkilli kartoçkanın təsdiq olunan surəti məhkəməyə təqdim edilmişdir.
38. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-619/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X13 (sədrlik edən və məruzəçi), X18 və X14) maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və X15 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 1 mart 2022-ci il tarixli, 2(050)-305/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
39. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Ərizəçi hüquqmüəyyənedici sənədin ona məxsus olmasından ibarət hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı Qərarının 6-cı bəndində sadalanan halların hər biri işdə mövcuddur. Belə ki, ərizəçi tərəfindən təqdim edilən digər sübutlarla (şahid ifadələri) yanaşı, arxiv arayışlarında ərizəçinin soyadının texniki səhv olaraq “YYY” göstərilməsi, ümumiyyətlə X11 adlı şəxsin həmin ərazidə yaşamaması və olmaması barədə Masallı rayon Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 1 dekabr 2021-ci il tarixli arayışı, maraqlı şəxsin özünün neçə illər ərzində Masallı rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 485/3 saylı və xx.xx.2021-ci il tar ixli, 485/4 saylı arxiv arayışlarında göstərilmiş “YYY” soyadının “XXX” soyadı kimi qəbul edərək pensiya təyinatı aparması, arxiv arayışlarında ərizəçinin soyadının səhvən "YYY" kimi göstərilməsinin bir təsadüf olmaması, belə ki, ərizəçinin atasının X12, anasının isə X10 olması, ərizəçinin körpə vaxtlarından atası ilə anasının ayrılması səbəbindən anasının soyadını götürməsi, buna baxmayaraq bəzi sənədlərdə ata soyadının qeyd edilməsi ilə tam təsdiqini tapmışdır.
40. Məhkəmə kollegiyası qeyd etmişdir ki, maraqlı şəxs apellyasiya şikayətini ərizəçinin ərizəsində qeyd etdiyi dövrdə sovxozda işləməsindən ibarət hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi yönündə əsaslandırmış, alınmış şahid ifadələrinin həmin hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün yetərli sübut olmadığını xüsu si olaraq vurğulamışdır. Lakin ərizənin mahiyyəti ərizəçinin müəyyən dövrdə işləməsindən ibarət hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsindən deyil, hüquqmüəyyənedici sənədin (arxiv arayışının) şəxsə məxsus olmasından ibarət hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsindən ibarətdir.
41. Məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd edilən hüquqi əhəmiyyəti olan faktın müəyyən edilə bilməsi üçün "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı Qərarının 6-cı bəndində qeyd edilən hər üç hal işdə mövcuddur. Belə ki, ərizəçinin arxiv arayışının məzmununun birinci abzasında göstərilən soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki soyadı i lə düz gəlmir, arxiv arayışının qeyd olunan hissəsində soyadı “YYY” kimi qeyd edilmişdir, şəxsiyyətini təsdiq edən sənəddə soyadı “XXX”dur. Arxiv arayışı hüquqmüəyyənedici sənəddir, orada qeyd olunan iş illəri ərizəçinin sosial hüquqlarının təminatı üçün vacib əhəmiyyətə malikdir. Həmin hüquqmüəyyənedici sənədi (işə götürmə barədə əmri) verən sovxoz ləğv edilmişdir, ərizəçi tərəfindən həmin sənəddəki səhvin başqa qaydada düzəldilməsi mümkün deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
42. Maraqlı şəxs (vəkil Nümayəndə) kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-619/2023 saylı qətnaməsinin ləğv edilməsi və Ərizəçi “arxiv arayışının ona məxsus olması” tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.
43. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırlmışdır. b)
44. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq İnsan Hüquqlarının və X3 X6
45. Maddə
6. Hər kəs onun mülki hüququ və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarı 46. 1.2-ci bənd. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurma qla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 47. 1.3-cü bənd. Məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquq i əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 48. 6-cı bənd. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması z əruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 49. 6.1-cİ bənd. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sə nədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 50. 6.3-cü bənd. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin t əqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
53. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
57. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
58. Maddə 307.2.5. Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır.
59. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
62. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
64. Məhkəmə kollegiyası hesab edir ki, apelly asiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
66. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürü lmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
67. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların a ydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
68. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
69. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Göstərilənlərə əsa sən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs Azərbaycan Respublikasinin Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə X28 Şəxsin Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-619/2023 nömrəli, 3 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.