Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3240/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının birinci iş üzrə İddiaçı2 Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı iddiası, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı1 cavabdehlər İddiaçı2 və Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı iddiası, iddiaçı Cavabdeh1 Mənzil Tikinti Kooperativinin cavabdeh İddiaçı2 qarşı qarşılıqlı iddiası, ikinci iş üzrə İddiaçı1 Cavabdeh1nə qarşı iddiası, üçüncü iş üzrə İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı iddiasına dair birləşdirilmiş mülki işlər üzrə QƏRARİ (Açar sözlər: Mənzil-tikinti koopertivlərinin fəaliyyətindən irəli gələn mübahisələr, eyni mənzilə dair bir neçə şəxslə müqavilə bağlanması, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X6 və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “sahiblik və istifadə hüququnun tanınması, mənzildən çıxarma, maneələrin aradan qaldırılması” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 yanvar 2024-cü il tarixli, 2(103)-638/2024 nömrəli qətnaməsindən İddiaçı1 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 04 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Hazırkı iş, əvvəl 3 ayrı-ayrı mülki işdən ibarət olmuş, sonuncu dəfə isə apellyasiya instansiyası məhkəməsində baxılan zaman hər üç mülki iş bir icraatda birləşdirilmişdir. Bütün iddialar ünvan 1-ci məhəllədə "x” MTK (MMC) tərəfindən inşa olunmuş yaşayış binasında yaşayış və qeyri-yaşayış sahələrinin satılması ilə bağlı olmuşdur.
2. Cavabdeh1 MTK-nin direktoru X4 ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən, MTK-nın ünvan 1 məhəllədə inşa edilən yaşayış binasının 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən (market) 95 kv.m-ni alıcıya verməyi, alıcı isə həmin sahəni qəbul etməyi və dəyəri olan 47.500 manatı vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
3. Cavabdeh1 MTK-nin direktoru X4 ilə Cavabdeh2 arasında bağlanmış 6 may 2016-cı il tarixli müqaviləyə əsasən, MT K ünvan 1-ci məhəllədə yerləşən və tikilməkdə olan binanın 2-ci mərtəbəsində ümumi sahəsi 95,4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini alıcı Cavabdeh2 verməyi, alıcı isə həmin qeyri-yaşayış sahəsinin müqabilində 47700 manat məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürmüşdür.
4. Cavabdeh1 MMC-nin direktoru X4 ilə İddiaçı1 arasında bağlanmış 6 iyun 2016-cı il tarixli müqaviləyə görə, MMC ünvan 1-ci məhəllədə yerləşən və tikilməkdə olan binanın 1-ci mərtəbəsində ümumi sahəsi 80 kv.m-dən ibarət 2 otaqlı 9 saylı mənzili alıcı İddiaçı1 verməyi, alıcı isə həmin mənzilin müqabilində 52000 manat məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürmüşdür.
5. Cavabdeh1 MMC-nın direktoru X4 ilə İddiaçı1 arasında bağlanmış 6 iyun 2016-cı il tarixli müqaviləyə görə, MMC ünvan 1-ci məhəllədə yerləşən və tikilməkdə olan binanın 1-ci mərtəbəsində ümumi sahəsi 200 kv.m-dən ibarət olan 3 otaqlı 9A saylı mənzili alıcı İddiaçı1 verməyi, alıcı isə həmin mənzilin müqabilində 100000 manat məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürmüşdür.
6. MTK Təsisçilərin 10 iyun 2016-cı il tarixli ümumi yığıncağının qərarı ilə Cavabdeh1 MTK-nın təşkilati-hüquqi forması dəyişdirilmiş, Cavabdeh1 MMC-yə çevrilmiş, yeni nizamnaməsi təsdiq edilərək X4 Cavabdeh1n direktoru vəzifəsinə təyin edilmişdir. MTK-nın möhürü xx.xx.2016-cı il tarixdə məhv edilmişdir.
7. Cavabdeh1 MMC-nin təsisçiləri və onların nizamnamə kapitalında mayaları X5 18 faiz, X4-30 faiz, XX-40 faiz, X3-10 faiz və X7- 2 faizdir.
8. Cavabdeh1 MMC-nin direktoru X4 ilə İddiaçı1 arasında bağlanmış 12 noyabr 2016-cı il tarixli müqaviləyə əsasən, MMC ünvan 1ndə (Ukrayna dairəsi) yerləşən və tikilməkdə olan binanın 1-ci mərtəbəsində ümumi sahəsi 120 kv.m-dən ibarət olan 3 otaqlı 9A saylı mənzili alıcı İddiaçı1 verməyi, alıcı isə həmin mənzilin müqabilində 43000 manat məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürmüşdür. İş üzrə iddia tələbləri
9. Hazırkı iş əvvəl 3 ayrı-ayrı mülki işdən ibarət olmuş, əvvəlki apellyasiya icraatı zamanı 2 iş, sonrakı apellyasiya icraatında isə 3-cü iş birləşdirilməklə həmin işlərin birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır. 10. 1-ci işdə 3 iddia, 2-ci işdə 1 iddia və 3-cü işdə bir iddia var. Bütün iddialar ünvan 1-ci məhəllədə Cavabdeh1 MTK (MMC) tərəfindən inşa olunmuş yaşayış binası ilə bağlıdır (bundan sonra – bina). 11. 1-ci mülki işdəki 1-ci iddia İddiaçı2 Cavabde h1MTK (MMC)-ya qarşı olan iddiasıdır. Həmin iddiada tələb olunub ki, binanın 2-ci mərtəbəsində yerləşən 95 kv.m qeyri-yaşayış sahəsinə dair Cavabdeh1MTK (MMC) ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən həmin sahəyə İddiaçı2 sahiblik və istifadə hüququ tanınsın, bu hüququn həyata keçirilməsinə yaradılan maneə və məhdudiyyətlər aradan qaldırılsın, sahənin naturada İddiaçı2 təhvil verilməsi vəzifəsi MTK-nın üzərinə qoyulsun. 12. 1-ci mülki işdəki 2-ci iddia İddiaçı1 müstəqil tələb irəli sürən üçüncü şəxs kimi İddiaçı2 və Cavabdeh1 MTK (MMC)-yə qarşı qaldırdığı iddiadır. Həmin iddiada tələb olunub ki, binanın 1-ci mərtəbəsində yerləşən 120 kv.m yaşayış sahəsinə dair 1-ci iddiada göstərilən xx.xx.2016-cı il tarixli müqavilə etibarsız hesab edilsin, 120 kv.m sah ə üzərində İddiaçı1 sahiblik və istifadə hüququ tanınsın və sahədən istifadə olunmasına yaradılan maneələr aradan qaldırılsın. Sonradan xx.xx.2020-ci il tarixdə İddiaçı1 iddiasını dəqiqləşdirərərək aşağıdakı kimi təqdim edib: “120 kv.m sahə üzərində İddiaçı1 sahiblik və istifadə hüququ tanınsın və sahədən istifadə olunmasına yaradılan maneələr aradan qaldırılsın” (1-ci iş, İİ cild, i.v.64).
13. Bununla da İddiaçı1 iddia tələbini dəqiqləşdirərkən tələbinin İddiaçı2 aid hissəsini, yəni 120 kv.m. yaşayış sahəsinə dair İddiaçı2lə bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbini bir daha irəli sürməyib. 14. 1-ci mülki işdəki 3-cü iddia Cavabdeh1 MMC-nin İddiaçı2 qarşı iddiası olub. Həmin iddiada tələb olunub ki, 1-ci iddiada göstərilən xx.xx.2016-cı il tarixli mü qavilə və müqaviləyə aid olan maliyyə arayışı etibarsız hesab edilsin, İddiaçı2 binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 120 kv.m. olan 9“A” №-li mənzildən çıxarılsın. 15. 2-ci mülki işdə olan iddia İddiaçı1 Cavabdeh1 MMC-yə qarşı iddiasıdır. Həmin iddiada tələb olunub ki, binanın 1-ci mərtəbəsində yerləşən 200 kv.m qeyri-yaşayış sahəsi üzərində İddiaçı1 sahiblik və istifadə hüquqları tanınsın və həmin sahədən istifadə olunmasına yaradılan maneələr aradan qaldırılsın. 16. 3-cü mülki işdəki iddia isə İddiaçı1 Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı irəli sürdüyü iddiadır. Bu iddiada tələb Cavabdeh2la bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh2 mənzildən çıxarılması, mənzilin boşaldılıb ona təhvil verilməsi, 80 kv.m. sahəsi ola n həmin mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması və istifadəyə maneələrin aradan qaldırılması barədədir. 1-ci və 2-ci işlər üzrə tələblərin həlli 17. 1-ci mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə 1-ci (İddiaçı2) və 2-ci (üçüncü şəxs İddiaçı1) iddialar rədd olunmuş, 3-cü (Cavabdeh1 MMC-nin) iddia təmin olunaraq Cavabdeh1 MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə və Cavabdeh1 MTK tərəfindən verilmiş maliyyə arayışları etibarsız hesab olunmuş, İddiaçı2 binanın 2-ci mərtəbəsində yerləşən 95 kv.m. qeyriyaşayış sahəsindən (hazırda mənzildən) çıxarılması qət edilmişdir. Bu işdə İddiaçı1 iddiasının rədd olunmasının səbəbi onunla Cavabdeh1 MMC arasındakı xx.xx.2016-ci il tarixli müqavilədə göstərilən 120 kv.m sahəyə ma lik mənzilin mövcudluğunun müəyyən edilməməsi olmuşdur. 18. 2-ci mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı1 iddiası rədd olunmuşdur. Məhkəmə iddianın rədd olunmasının əsası kimi İddiaçı1 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmadığını əsas götürmüşdür. 19. 1-ci mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı2 və İddiaçı1 tərəfindən apellyasiya şikayətləri verilmişdir. İddiaçı2 apellyasiya şikayətində həmin iş üzrə qətnamənin ləğv olunmasını və iddiasının təmin olunmasını xahiş etmişdir. İddiaçı1 isə apellyasiya şikayətində həmin iş üzrə qətnamənin onun iddia tələbinin təmin edilməyən hissəsində ləğv olunmasını, iddiasının təmin olunmasını xahiş etmişdir. 20. 2-ci mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi 1-ci və 2-ci işlər üzrə qətnamələrdən verilmiş apellyasiya şikayətlərinə baxarkən hər iki işi bir icraatda birləşdirmişdir.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-444/21 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 1-ci iş üzrə apellyasiya şikayətləri təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, 2-ci iş üzrə İddiaçı1 apellyasiya şikayəti qismən təmin olunmuş, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi prosessual əsasa, yə ni işə baxılarkən iddiaçının iştirakı təmin olunmadığına görə ləğv edilmiş və iddia yenə rədd olunmuşdur. (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Elşən Kazımov, Habil Əhmədov)
23. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən kassasiya şikayətləri verilmişdir.
24. Ali Məhkəmənin Mülki Kollegiyasının 14 iyun 2022-ci il tarixli qərarı ilə İddiaçı1 (bir işdə iddiaçı, digər işdə müstəqil tələb irəli sürən 3-cü şəxs) kassasiya şikayəti qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsi İddiaçı1 iddia tələblərinin rədd edilməsi hissəsində (hər iki iş üzrə) ləğv edilmiş, mülki iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən sa xlanılmış, İddiaçı2 kassasiya şikayəti təmin olunmamışdır.
25. Ali Məhkəmənin mövqeyi belə olmuşdur ki, işə yenidən baxılarkən hazırkı işdə İddiaçı1 ayrılmış sahələrin faktiki olaraq mövcudluğu nəzərə alınmalı, müxtəlif cavabdehlər arasında eyni sahələrlə bağlı mövcud olmuş mübahisələrə dair məhkəmə qərarları öyrənilməli, həmin qərarların hansı hissədə preyudisial əhəmiyyət kəsb edib-etməməsi aydınlaşdırmalı, İddiaçı1 ilə bağlanmış müqavilənin əslinin mövcudluğu ilə bağlı dəlil aydınlaşdırılmalı, həmin müqavilələrin mövcudluğunun ümumiyyətlə mübahisələndirilmədiyi nəzərə alınmalı, qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. 3-cü iş üzrə iddia tələblərin həlli 26. 3-cü mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx. 2021-ci il tarixli, 2(011)718/21 saylı qətnaməsi ilə İddiaçı1 iddiası qismən təmin edilmiş, ünvan 1 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzil üzərində İddiaçı1 istifadə və sahiblik hüququ tanınmış, Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq İddiaçı1 təhvil verilməsi, onun mənzildən istifadəsinə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmiş, iddia tələbləri Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 06 may 2016-cı il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi hissəsində təmin olunmamışdır. (hakim İlahə Abbasova)
27. Bu iş üzrə birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış “ Mənzil tikintisi haqqında” müqavilənin hüquqi təbiətinə görə podrat və alqı-satqı müqaviləsinin əlamətlərini ehtiva edən qarışıq müqavilə olduğunu əsas götürərək mübahisəli hüquq münasibətinə mülki qanunvericiliyin podrat və alqı-satqı ilə bağlı normalarını tətbiq etmiş və Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə olan çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzilin Cavabdeh1 MMC-nin direktoru XX tərəfindən İddiaçı1 satıldığı qənaətinə gəlmişdir.
28. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin binada mənzil satmaq səlahiyyəti Cavabdeh1 MMC-nin təsisçisi və direktoru X2 və digər təsisçisi olan XXna məxsus olmuşdur.
29. Məhkəmə baxışında şahid Cavabdeh1 MMC-nin direktoru X4 da göstərmişdir ki, Cavabdeh 1 MMC ilə İddiaçı1 arasında bağlanmış 06 iyun 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə onun tərəfindən imzalanmış və ünvan 1 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ona məxsus ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzil, həmçinin həmin mənzilin yanında yerləşən 120 kv.m.olan mənzil İddiaçı1 satılmışdır. O, Cavabdeh2 tanımır, həmin şəxsi heç vaxt görməmiş və onunla müqavilə bağlamamışdır.
30. Məhkəmə baxışında XX da Cavabdeh2 tanımadığını, onunla hər hansı müqavilə bağlamadığını, həmin şəxsi sonradan 2019-cu ildə həmin binada gördüyünü və məhkəmə mübahisəsi olduğunu öyrəndiyini, Cavabdeh2 onun qətnaməsinin icrası vaxtı gördüyünü bildirmişdir.
31. Birinci instansiya məhkəməsi həmçinin müəyyən et mişdir ki, mübahisənin predmeti olan İddiaçı1 məxsus mənzillə Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında 06 may 2016-cı il tarixdə bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin predmeti olan qeyri-yaşayış sahəsi (market) eynilik təşkil etmir. Belə ki, işdə olan 06 may 2016-cı il tarixli müqavilədə həmin müqavilənin predmeti olaraq Cavabdeh1 MTK ünvan 1ndə yerləşən və tikilməkdə olan binanın 95.4-cümərtəbəsində ümumi sahəsi İİ kv.m dən ibarət olan qeyri-yaşayış sahəsini (market) alıcıya verməyi, alıcı isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada dəyişikliyin edilməsi ilə bağlı qanuni və mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdi r.
32. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 389.1, 390.2, 390.5, 404.1, 405, 442, 448, 452, 567, 568.1, 575, 752.1, 752.2-ci, Mənzil Məcəlləsinin 112-ci maddələri ilə əsaslandırmışdır. 33. 3-cü iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən həmin iş üzrə İddiaçı1 və Cavabdeh2 apellyasiya şikayətləri vermişlər.
34. İddiaçı1 qətnaməni iddianın təmin olunmayan (Cavabdeh2la bağlanan 06 may 2016-cı il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi) hissəsində, Cavabdeh2 isə iddianın təmin edilən hissəsində mübahisələndirmişlər.
35. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 3297/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin olunmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Fuad Talışınski)
36. Apellyasiya Məhkəməsinin qətnaməsini kassasiya qaydasında yalnız Cavabdeh2 mübahisələndirmişdir.
37. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-5111/22 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 may 2022-ci il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilmiş və həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılmışdır.
38. Ali Məhkəmənin mövqeynə görə işə yenidən baxan məhkəmə Cavabdeh1 MTK-nın sədri olmuş X1 barəsində olan cinayət işi üzrə bu mübahisə tərəflərinin zərərçəkmiş şəxs qismində tanınıb-tanınmamasını, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə hazırki işin bağlılığı nı, Xətai Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə minməsini araşdırıb mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. a) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
39. İkinci apellyasiya baxışında 10 yanvar 2023-cü il tarixli qərardadla hər üç iş birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmişdir.
40. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın hədləri ilə bağlı qeyd etmişdir ki, hazırkı apellyasiya baxışının predmeti olan hissədə İddiaçı1 iddiası 120 kv.m. və 80 kv.m. (cəmi 200 kv.m.) yaşayış sahələri üzərində İddiaçı1 sahiblik və istifadə hüququnun tanınması, həmin sahələrdən istifadə olunmasına yaradılan maneələrin aradan qaldırılması, Cavabdeh2 sahəsi 80 kv.m. olan mənzi ldən çıxarılması, həmin mənzilin boşaldılıb İddiaçı1 təhvil verilməsindən ibarətdir. Həmin tələblər üzrə çıxarılan qətnamələri iddianın rədd olunan hissəsində İddiaçı1, iddianın təmin olunan hissəsində isə Cavabdeh2 apellyasiya qaydasında mübahisələndirmişdir. Buna görə də apellyasiya şikayətinin dəlillərini yalnız apellyasiya baxışının predmeti olan tələblər həddində tam həcmdə yoxlanılır.
41. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-820/2023 nömrəli, xx.xx.2023-cü il il tarixli qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayətləri tam, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli qətnamələri apellyasiya baxışının predmeti olan hissələrdə ləğv edilmiş, həmin hissələrdə birləş dirilmiş iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı 120 kv.m. və 80 kv.m. (cəmi 200 kv.m.) yaşayış sahələri üzərində İddiaçı1 sahiblik və istifadə hüququnun tanınması, həmin sahələrdən istifadə olunmasına yaradılan maneələrin aradan qaldırılması, Cavabdeh2 sahəsi 80 kv.m. olan mənzildən çıxarılması, həmin mənzilin boşaldılıb İddiaçı1 təhvil verilməsi tələbinə dair iddiası təmin olunmuş, ünvan 1 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 saylı və sahəsi 120 kv.m. təşkil edən 3 otaqlı 9A saylı mənzillər, yəni cəmisi 200 kv.m. yaşayış sahəsi üzərində İddiaçı1 istifadə və sahiblik hüququ tanınmış, Cavabdeh2 ünvan 1 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binası nda yaşayışın 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 saylı mənzildən çıxarılması, həmin mənzilin Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı1 təhvil verilməsi, ünvan 1 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 saylı və sahəsi 120 kv.m. təşkil edən 3 otaqlı 9A saylı mənzillərdən İddiaçı1 istifadəsinə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Məhəmməd Rüstəmli)
42. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, İddiaçı1 120 kv.m. yaşayış sahəsi ilə bağlı tələbi üzrə Cavabdeh1 MMC, 80 kv.m. yaşayış sahəsi ilə bağlı tələb üzrə cavabdehlər isə həm Cavabdeh1 MMC, həm də Cavabdeh2dur. İddiaçı1 həmin yaşayış sahələri ilə bağlı iddiası Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qətnamələri ilə rədd olunarkən həmin sahəyə malik mənzilin mövcudluğunun müəyyən edilməməsi və İddiaçı1 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmadığı əsas götürülmüşdür.
43. İddiaçı1 apellyasiya şikayətinin əsas dəlillərindən biri də məhz ondan ibarətdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən ondan həmin müqavilələrin əsli tələb edilməmişdir. Kassasiya məhkəməsi də öz qərarında bu halın aydınlaşdırılmasını göstəriş kimi qoymuşdur.
44. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin gö stərişlərinə və iş materiallarına əsasən apellyasiya şikayətinin həmin dəlili üzrə göstərmişdir ki, 3-cü iş üzrə tələbə birinci instansiya məhkəməsində baxılarkən İddiaçı1 tərəfindən mübahisələndirilən yaşayış sahələri ilə bağlı müqavilələrin və maliyyə arayışlarının əsli işə baxan məhkəməyə təqdim olunmuş və həmin sənədlər işə əlavə olunmuşdur (Vİİ cild, i.v. 54-55, 98-99). Başqa sözlə, 3-cü iş üzrə iddia yeni əsaslarla qaldırılmış və əvvəlki işdə iddianın rədd olunması həmin tələbə baxılmasına mane olmamışdır.
45. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, İddiaçı1 80 kv.m. yaşayış sahəsinə dair müqavilənin əslini məhkəməyə təqdim etsə də, Cavabdeh2 həmin sahə ilə bağlandığını iddia etdiyi xx.xx.2016-cı il tarixli müqavilənin əslini nə birinci instansiya məhkəməsin də, nə də apellyasiya baxışı zamanı təqdim etməmişdir. Apellyasiya baxışı zamanı ona müqavilənin əslini təqdim etmək təklif olunmuş, lakin o, müqavilənin əslinin hazırda onda olmadığını, hansısa ədliyyə orqanına şikayət ərizəsi yazarkən ərizəyə əlavə edib göndərdiyini, sonradan geri ala bilmədiyini bildirmişdir.
46. Apellyasiya instansiyası məhkəməsi iddiaçının Cavabdeh2la bağlanmış müqavilənin saxta olmaqla əslinin mövcud olmadığını iddia etdiyini, müxtəlif məzmunlu iki müqavilənin kserosurətinin iş materiallarına əlavə olunduğunu və cavabdeh tərəfindən müqavilənin əslinin təqdim edilə bilmədiyini nəzərə alaraq həmin müqavilənin əslinin, ümumiyyətlə, mövcud olmasına şübhə ilə yanaşmış və hesab etmişdir ki, hazırkı vəziyyətdə iddiaçı həmin mənzilə dair özü ilə bağlanmış müqavilənin əslini təqdim etdiyindən, sübutların mötəbərliyinə qiymət vermək baxımından cavabdeh də məhz bu mənzilə hüququ olduğunu sübut etməlidir. (MPM-nin 89-cu maddə)
47. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, Ali Məhkəmənin xx.xx.2022ci il tarixli qərarında da qeyd olunduğu kimi, işdə olan sənədlərlə təsdiq olunur ki, İddiaçı1 verilmiş eyni sahələrlə bağlı üç müqavilə bağlanmışdır: 1-ci mərtəbədə ümumi sahəsi 120 kv.m olan 3 otaqlı mənzil, ümumi sahəsi 80,0 kv.m 2 otaqdan ibarət mənzilə dair və binanın 1-ci mərtəbəsində yerləşən 200 kv.m sahə ilə bağlı müqavilə. İlk iki müqavilənin əvəzində sonradan bir müqavilə bağlanmasını hər iki tərəf təsdiq etmişdir. Belə ki, Cavabdeh1 MMC-nin adından müqaviləni bağlamış C.XX özü də bu halı təsdiq etmişdir (məhkəmə iclasında və məhkəməyə göndərdiyi y azılı ərizəsində, mülki iş 4-cü cild, səhifə 68-70). Yəni, iddiaçının tələbi cəmi 200 kv.m. (120 + 80) sahə ilə bağlıdır.
48. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsində 1-ci və 2-ci işlərə baxılarkən İddiaçı1 müqavilə üzrə ayrılmış sahələrin binanın hansı mərtəbəsində yerləşməsi (yaşayışın 1-ci mərtəbəsində, yoxsa qeyriyaşayışın 1-ci mərtəbəsində) aydınlaşdırılmamış, bununla bağlı heç bir hüquqi dəyərləndirmə aparılmamışdır. Həmin mübahisəli məsələ ilə bağlı işdə olan ekspert rəyi isə binanın faktiki inşa vəziyyəti nəzərə alınmadan ilkin layihəsi əsasında verilmişdir. Hansı ki, tərəflərin heç biri, nə İddiaçı2, nə İddiaçı1, nə Cavabdeh1 MTK, nə də Cavabdeh2 öz mövqelərini müdafiə etmək üçün qeyd olunan dəlilə istinad etməmişlər.
49. İddiaçı2, başqa işdə isə Cavabdeh2 Cavabdeh1 MMC-yə qarşı iddia tələbi üzrə qətnaməyə əsasən onların mübahisələndirdikləri sahə İddiaçı1 ayrılmış sahələrdir. Hətta, Cavabdeh2 Cavabdeh1 MMC-yə qarşı “qeyri-yaşayış sahəsinə pay hüququnun, istifadə və sahiblik hüquqlarının tanınması, istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizəsinə baxılarkən (mülki iş, 4-cü cild səhifə 18-24) onun iddiası təmin edilməmiş və 1-ci instansiyanın qətnaməsindən Cavabdeh1 MMC apellyasiya şikayəti verərkən şikayətinin dəlili kimi ona əsaslanmışdır ki, həmin sahə İddiaçı1 satılmış sahədir (apellyasiya instansiyası məhkəməsinin qətnaməsi, 4-cü cild, səhifə 19). Özü də həmin işə hazırkı işdən əvvəl baxılmış və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 1 sentyabr 2020-ci il tarixdə qəbul edilmişdir. Hazı rkı işdə isə Cavabdeh1 MMC qeyd olunan məsələ ilə bağlı tamamilə əks mövqe nümayiş etdirərək İddiaçı1 iddiasını etiraf etməmişdir.
50. Eyni zamanda həmin işdə hazırkı işdə iddianın rədd edilməsinin əsası kimi qəbul edilmiş İddiaçı1 ayrılmış sahənin binanın layihəsində nəzərdə tutulmaması ilə bağlı məsələ ilə əlaqədar fərqli mövqe nümayiş etdirilmiş və İddiaçı1 müqaviləsi etibarlı müqavilə kimi qəbul edilmişdir.
51. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, qeyd olunan işdə birinci instansiya məhkəməsi Cavabdeh1 MMC-nin adından müqaviləni bağlamış C.XXun özünün ifadəsinə, mütəxəssis rəylərinə və işdə olan digər sübutlara istinad etməklə İddiaçı1 müqaviləsində nəzərdə tutulan sahənin mövcudluğu və həmin sahələr mübahisələndirilən sahələr olmasını müəyyən etsə də, 1-ci işdə binanın layihəsini əsas tutaraq İddiaçı1 ilə Cavabdeh1 MMC-nin arasındakı xx.xx.2016-ci il tarixli müqavilədə göstərilən mənzilin mövcudluğu müəyyən edilmədiyindən müqavilənin predmetini müəyyən etməyin mümkün olmaması və buna görə müqavilənin bağlanmış sayılmaması qənaətinə gəlmişdir.
52. Apellyasiya instansiyası məhkəməsi yuxarıda şərh olunanlara, işdə olan çoxsaylı sənədlərə, həmçinin binanın digər sakinlərinin müqavilələrinə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarına əsaslanaraq qeyd etmişdir ki, əvvəla, tərəflər özləri həmin sahələrin mövcudluğunu mübahisələndirmirlər. Digər tərəfdən, müəyyən olunur ki, binanın inşası layihə üzrə aparılmamışdır.
53. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə 120 kv.m. və 80 kv.m. yaşayış sahələrinin mövcudluğu işin mübahisəsiz halıdır. Hə min sahələrin ölçülərinin faktiki olaraq müqavilədə göstərilən ölçüdən az olması həmin müqavilələrin mötəbərliyini şübhə altına ala bilməz. Çünki məhkəmə təcrübəsində MTK-lara məxsus mənzilllərlə bağlı mübahisələrə baxılarkən mənzillərin faktiki ölçüsünün müqavilədə göstəriləndən fərqli olması ilə bağlı kifayət qədər çoxlu misallar var.
54. Həmçinin Cavabdeh1 MMC-nin sədri olmuş C.XX məhkəmə iclasında dindirilərkən binanın layihəsini təqdim etmiş və bildirmişdir ki, ünvan 1 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasının ilkin layihəsində 7.20 m hündürlükdə olan qeyriyaşayış sahəsi nəzərdə tutulduğundan iddiaçıya satılmış mənzil həmin qeyri-yaşayış sahəsindən sonra gələn mərtəbədə yaşayış sahəsinin 1-ci mərtəbəsində yerləşirdi. Sonradan layihədə dəyişiklik edilmiş, qeyri-yaşayış sahə si hündürlüyü 3.60 m ibarət olan iki mərtəbəyə bölünmüşdür.
55. İşin bu halı iş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/2623 nömrəli 26 avqust 2021-ci il tarixli rəyi ilə də təsdiq olunur. Həmin rəyə əsasən mübahisəli mənzil layihədə nəzərdə tutulmayan, lakin faktiki vəziyyətdə binanın 1-ci və 2-ci mərtəbələri arasında mərtəbəarası örtük inşa edilməklə yaradılmış sahədə (faktiki yaşayışın birinci mərtəbəsində) yerləşir və ümumi sahəsi 80,0 kv.m təşkil edir. Cavabdeh1 MTK tərəfindən ünvan 1 məhəllədə tikilmiş binanın Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/4-537 nömrəli, xx.xx.2008-ci il tarixdə razılaşdırılmış ilkin layihəsində 95.4-cü mərtəbənin mövcud olmadığı müəyyən olunur.
56. Rəyə əsasən mübah isə predmeti olan 80 kv.m. sahə faktiki olaraq yaşayış sahəsidir (mənzildir) və həmin sahə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə 18/4-537 nömrəli, xx.xx.2008-ci il tarixdə razılaşdırılmış layihədə binanın 1-ci və 2-ci mərtəbələri arasında nəzərdə tutulmayan, lakin faktiki vəziyyətdə mövcud olan mərtəbəarası örtük inşa edilməklə yaradılmış sahədə, 20 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində (faktiki yaşayışın 1-ci mərtəbəsində), pilləkən vasitəsi ilə qalxdıqda sağ tərəfdə (layihədə A-D üfüqi oxlar arasında qalan hissədə) ümumi dəhlizin sonunda yerləşir və ümumi sahəsi 80.0 kv.m-dir.
57. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə göstərilənlər İddiaçı1 müqavilə üzrə ayrılmış sahələrin binanın yaşayış hissəsinin 1-ci mərtəbəsində, yəni faktiki y aşayışın birinci mərtəbəsində yerləşməsini və 120 kv.m. sahənin İddiaçı2 tərəfindən, 80 kv.m. sahənin isə Cavabdeh2 tərəfindən zəbt olunmasını bir daha təsdiq edir. İşə baxan məhkəmələr tərəfindən keçirilmiş yerində baxış protokolları ilə də bu hal təsdiq olunmuşdur.
58. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, İddiaçı2 həmin 120 kv.m. yaşayış sahəsindən çıxarılması barədə Cavabdeh1 MMC-nin iddiası müqavilə və maliyyə arayışının saxtalığı əsas götürülərək hazırkı işdə birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuş və qətnamənin həmin hissəsi İddiaçı2 tərəfindən apellyasiya və sonradan kassasiya qaydasında mübahisələndirilsə də şikayətlər təmin olunmamış, qətnamə qeyd olunan hissədə qüvvəyə minmişdir.
59. Cavabdeh2 80 kv.m. yaşayış sahəsi ilə bağlı təqdim etdiyi müqaviləni n və maliyyə arayışının kserosurətindən isə görünür ki, həmin müqavilə və maliyyə arayışının tarixi İddiaçı2lə bağlanmış müqavilə və maliyyə arayışının tarixi ilə eynidir. Hətta, Cavabdeh2 və İddiaçı2 pay haqqının ödənilməsi barədə arayış belə, birgə arayış kimi tərtib olunmuşdur.
60. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 və İddiaçı2 pay haqqının ödənilməsi barədə verilmiş birgə arayış hazırkı işdə mötəbər sübut kimi qəbul edilə bilməz. Əvvəla, həmin maliyyə arayışının etibarlılığının yoxlanılması hazırkı apellyasiya baxışının predmeti deyil. Digər tərəfdən, məhkəmə xətşünaslıq ekspertizasının 18 iyul 2018-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, həmin maliyyə arayışın verilmə (tərtib olunma) tarixini göstərən “12 iyul 2016” yazısındakı “6” rəqəminin altında əvvəl başqa rəqəm olmuşdur. Sonradan üstündən ağardıcı maddə çəkilərək indiki rəqəm, yəni “6” yazılmışdır (V cild, iş.v.187-194).
61. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, ki, Cavabdeh2 müqaviləsi həqiqi olmuş olsa belə, ona və İddiaçı1 verilmiş sahələr eynilik təşkil etmir. Əvvəla, 06 may 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin kserosurətinə əsasən həmin müqavilənin predmeti Cavabdeh1 MTK tərəfindən ünvan 1ndə yerləşən və tikilməkdə olan binanın 95.4-cü mərtəbəsində ümumi sahəsi İİ kv.m dən ibarət olan (market) qeyri-yaşayış sahəsidir. Halbuki, ekspert rəyində də qeyd olunduğu kimi, mübahisəli mənzillərin yerləşdiyi binada 95.4-cü mərtəbə mövcud deyil. İddiaçı1 ilə bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədə isə mənzilin sahəsi 80 kv.m., otaqların sayı 2, mənzilin nömrəsi isə 9 qeyd olunmuşdur.
62. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh2la bağlanmış 06 may 2016-cı il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbini rədd edərkən məhz Cavabdeh2 və İddiaçı1 ayrılmış həmin sahələrin eynilik təşkil etmədiyinə əsaslanmışdı. Qətnamənin həmin hissəsi Cavabdeh2 tərəfindən mübahisələndirilməmiş, qanuni qüvvəyə minmişdir və hazırkı apellyasiya baxışının predmeti deyil. Digər tərəfdən, Cavabdeh2 təqdim etdiyi kserosurət müqavilədə rekvizitlərin bu cür göstərilməsinin texniki yanlışlıq olduğu qəbul edilmiş olsa belə, yenə də Cavabdeh2 binada faktiki yaşayışın 1-ci mərtəbəsində olan həmin 80 kv.m. yaşayış sahəsinə hər hansı hüququ yaranmır. Belə k i, əvvəla, mənzilin faktiki ölçüsü 80 kv.m. olmaqla Cavabdeh2 yox, İddiaçı1 müqaviləsində olan sahə ilə eynidir. İkincisi, yuxarıda da qeyd olunduğu kimi, bina layihəyə uyğun tikilmədiyi üçün mənzillərin müqavilədə göstərilən mərtəbələri onların faktiki yerləşdiyi mərtəbəyə uyğun gəlmir. Müqavilədə 1-ci mərtəbədə yerləşdiyi göstərilən mənzil daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda 2-ci mərtəbə kimi, 2-ci mərtəbədə yerləşdiyi göstərilən mənzil isə 3cü mərtəbədə olan mənzil (sahə) kimi qeydiyyatdan keçmişdir. Eləcə də, bütün digər mərtəbələrdə yerləşən mənzillər də eyni qaydada qeydiyyatdan keçmişlər. Bununla bağlı digər sakinlərin müqavilə və çıxarışlarının surətləri iş materiallarına əlavə olunmuşdur.
63. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, iş materiallarında olan X14 tərəfindən verilmiş 30 sentyabr 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən tədqiqata təqdim edilmiş, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlandığı iddia olunan “Yaşayış binasında mənzil tikintisi haqqında” 06 may 2016-cı il tarixli müqavilənin kserosurətinin aşağı sol küncündə Cavabdeh1 MTK-nın direktoru XX” yazıları olan qrafadakı imza – X4 tərəfindən yox, onun imzasına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunmuşdur.
64. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2la bağlanmış 06 may 2016-cı il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbinin hazırkı apellyasiya baxışının predmeti olmamasını və hazırkı işdə bu tələbə artıq qiymət verildiyini əsas tutaraq həmin tələbə münasibət bildirməyə zərurət görmədiyini də qeyd etmişdir.
65. Apellyasiya ins tansiyası məhkəməsi Mülki Məcəllənin 389.1-ci maddəsinə istinadən qeyd etmişdir ki, ünvan 1 məhəllədə olan çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən sahələri 120 kv.m. və 80 kv.m təşkil edən mənzillər, yəni cəmi 200 kv.m. yaşayış sahəsi Cavabdeh1 MMC-nin direktoru XX tərəfindən İddiaçı1 satılmışdır. Belə ki, həmin binada mənzil satmaq səlahiyyəti Cavabdeh1 MMC-nin təsisçisi və direktoru X2 və digər təsisçisi olan XXna məxsus olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh1 MMC-nin direktoru X4 ifadəsində göstərmişdir ki, Cavabdeh1 MMC ilə İddiaçı1 arasında bağlanmış 06 iyun 2016-cı il tarixli müqavilə onun tərəfindən imzalanmış və ünvan 1 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ona məxsus ümumi sah əsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzil, həmçinin həmin mənzilin yanında yerləşən 120 kv.m. olan mənzil İddiaçı1 satılmışdır. C.XX həmçinin təsdiq etmişdir ki, Cavabdeh2 tanımır, həmin şəxsi heç vaxt görməmiş və onunla müqavilə bağlamamışdır. Eyni zamanda XX da Cavabdeh2 tanımadığını, onunla hər hansı müqavilə bağlamadığını, Cavabdeh2 həmin binada sonradan 2019-cu ildə, onun qətnaməsinin icrası vaxtı gördüyünü bildirmişdir. 3-cü iş üzrə məhkəmə baxışında şahid kimi dindirilən X15, X8, X9 da öz ifadələrində mübahisəli mənzilin İddiaçı1 tərəfindən 2016-cı ildə əldə olunduğunu təsdiq etmişlər.
66. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən və kassasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında şərh olunan göstərişləri icra edərək hesab etmişdir ki, İddiaçı1 ilə bağlanmış müqavilələrin həqiqiliyi qəbul edilməli, həmin müqavilələrdə nəzərdə tutulan mənzillər üzərində onun istifadə və sahiblik hüququ tanınmalıdır. Cavabdeh2 mübahisəli 80 kv.m. sahəyə hər hansı hüququ olmadığından oradan çıxarılmalı və həmin sahə İddiaçı1 təhvil verilməlidir.
67. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı1 ilə Cavabdeh1 MMC (MTK) arasında bağlanmış müqavilələrin və maliyyə arayışlarının əsli iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş və iş materiallarına əlavə olunmuşdur, müqavilə və arayışların həqiqiliyi həm həmin sənədləri imzalayan Cavabdeh1 MMC-nin sədri tərəfindən, həm də iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə təsdiq olunur (İV cild, iş.v.166).
68. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin 11356 nömrəli 22 iyul 2021-ci il tarixli rəyinə ə sasən ünvan 1 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 120 kv.metr olan, 3 otaqlı 9A saylı mənzilə dair "x” MMC (MMC-nin direktoru X4) ilə İddiaçı1 arasında olan 12 noyabr 2016-cı il tarixli müqavilədəki "x” MTK-nın sədri” qrafasındakı imza və ünvan 1 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 120 kv.metr olan, 3 otaqlı 9A saylı mənzilə dair "x” MMC tərəfindən İddiaçı1 adına tərtib edilmiş 12 noyabr 2016-cı il tarixli maliyyə arayışındakı "XX” yazısından əvvəl yerləşən imza - X4 tərəfindən icra olunmuşdur
69. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin öhdəlik, müqavilə və müqavilənin təfsiri ilə bağlı məsələləri nizama salan normalarına istinad edərək göstərmişdir ki, Cavabdeh1 MMC ilə İddiaçı1 arasında bağlanmış müqavilələr hüquqi təbiətinə görə podrat və alqı-satqı müqaviləsinin əlamətlərini ehtiva edən qarışıq müqavilə olduğu üçün mübahisəli hüquq münasibətinə də Mülki Məcəllənin podrat və alqı-satqı ilə bağlı normaları tətbiq edilməlidir.
70. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 567, 568.1, 752.1, 752.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli Qərarına hesab etmişdir ki, birinci instansiya məhkəməsi 1-ci və 2-ci işlər üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar bütün faktiki hallar araşdırılmam ışdır. Həmçinin, birinci instansiya məhkəməsi 2-ci işə baxarkən İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar etməmişdir.
71. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, kassasiya məhkəməsi 3-cü iş üzrə məhkəmə qətnaməsini apellyasiya baxışının predmeti olan hissədə ləğv edib yeni apellyasiya baxışına qaytararkən maddi hüquq normalarının tətbiqində hər hansı qüsur müəyyən etməmiş, qətnaməni yalnız prosessual əsaslara görə ləğv etmişdir. 3-cü işin apellyasiya baxışının predmeti olan hissəsində isə maddi hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunsa da, işlərin vahid icraatda birləşdirilməsi və birləşdirilmiş işlər üzrə tələblərin də ümumiləşdirilməsi və vahid tələb üzrə işə baxılması zərurəti yarandığından, qətnamə həm in hissələrdə ləğv edilməlidir.
72. Kassasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında şərh olunan göstərişlər (Cavabdeh1 MTK-nın sədri olmuş X1 barəsində olan cinayət işi üzrə mübahisə tərəflərinin zərərçəkmiş şəxs qismində tanınıb-tanınmaması, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə hazırki işin bağlılığı, Xətai Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə minib-minməməsi) üzrə araşdırma aparan apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, hazırkı iş üzrə mübahisə tərəfləri olan İddiaçı1 və Cavabdeh2 Cavabdeh1 MTK-nın sədri olmuş X1 barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamışlar və ümumiyyətlə, onların adları həmin cinayət işi üzrə hər hansı formada keçmir. Xətai Rayon Məhkəməsinin xx.xx.2020 -ci il və 25 fevral 2020-ci il tarixli qətnamələrinin preyudisiallığına gəldikdə isə, həmin işlər hazırkı apellyasiya baxışının predmeti olan hissədə bir icraatda birləşdirilmiş və həmin qətnamələrin qeyd olunan hissələrinin əsaslılığı yalnız bu icraatda yoxlanılır və qiymət verilir.
73. Apellyasiya instansiyası məhkəməsi onu da göstərmişdir ki, Cavabdeh2 Cavabdeh1 MMC-yə qarşı 95,7 kv.m. qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılması, qeyri-yaşayış sahəsinin naturada ona təhvil verilməsi tələbinə dair iddiası Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə rədd olunmuşdur. Həmin qətnamədən verilmiş apellyasiya şikayətinə apellyasiya instansiyası məhkəməsində baxılarkən Cavabdeh1 MMC müqavilənin və maliyyə arayışının etibarsı z hesab olunması barədə qarşılıqlı iddia vermiş, lakin qarşılıqlı iddia yalnız bir əsasla - Mülki Məcəllənin 354.2-ci maddəsi ilə nəzərdə tutulmuş kəsici müddətin keçməsi əsası ilə rədd edilmişdir. Yəni, həmin işdə müqavilənin və maliyyə arayışının həqiqiliyi ilə bağlı hər hansı araşdırma aparılmamışdır. Həmin qətnamədə Cavabdeh2 iddia etdiyi qeyri-yaşayış sahəsinin ölçüsü də hazırkı işdə olduğu kimi 95,4 kv.m. yox, 95,7 kv.m. göstərilmişdir. Həmçinin İddiaçı1 həmin iş üzrə işdə iştirak edən şəxs olmamışdır.
74. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, hazırkı işdə İddiaçı1 öz tələbinin əsası kimi istinad etdiyi halları apellyasiya baxışının predmeti olan hissədə sübuta yetirsə də, cavabdehlər həmin iddiaya qarşı etirazlarını, əsaslandırdıqlar ı faktları sübut edə bilməmişlər.
75. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 331.1, 337, 385.1, 389.1, 390.1, 390.2, 404.1, 404.2, 404.3, 405.1, 442, 448.1, 448.3, 452.1, 567, 568.1, 752.1, 752.2-ci, Mənzil Məcəlləsinin 112-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.4, 387.2.2-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası “Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Kassasiya instansiyası məhkəməsində üçüncü icraat
76. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin “Cavabdeh2 ünvan 1-ci məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci m ərtəbəsində yerləşən və ona məxsus ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən çıxarılması, ünvan 1 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzilin Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı1 təhvil verilməsi, ünvan 1 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ona məxsus ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən İddiaçı1 istifadəsinə cavabdehlər"xxxx" MMC və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması” hissəsində ləğv edilməsi, Cavabdeh2 apellyasiya şikayətinin qismən təmin edilmə hissəsi (müqavilə və maliyyə arayışının etibarsız sayılması hissədə İddiaçı1 iddia tələbinin təmin edilməmə si) istisna olmaqla, İddiaçı1 iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
77. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəməsi MPM-nin 50-ci maddəsinin tələblərini pozaraq Cavabdeh2 əsassız olaraq cavabdeh tərəf qismində tanınmışdır. İddia tələbi Cavabdeh2 münasibətdə mümkünsüz sayılmalı olduğu halda, MPM-nin bu tələbləri nəzərə alınmamışdır. Belə ki, İddiaçı1 ilə Cavabdeh1 MMC arasında bağlanmış 6 iyun 2016-cı il tarixli müqavilənin predmetini mənzil, Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış 6 may 2016-cı il tarixli müqavilənin predmetini isə qeyri-yaşayış sahəsi təşkil edir. İddiaçı1 adına verilmiş müqavilənin predmeti olan mənzillə Cavabdeh2 adına verilmiş qeyri-yaşayış sahəsi predmet, yerləşmə yeri, mərtəbə, s ahənin ölçüləri və təyinat baxımından üst-üstə düşmür və eynilik təşkil etmir. Bundan başqa, bu əmlak üzərində Cavabdeh2 hüquqlarını təsdiq edən kassasiya instansiyası məhkəməsinin qanuni qüvvəsini almış qərarı əsasında Cavabdeh1 MMC-nin İddiaçı1 ilə yaratdığı mülki hüquqlardan sui-istifadənin qarşısı alınaraq, mülki mübahisə bitmişdir. Belə olan halda, mülki iş üzrə icraata xitam verməli idi. Lakin İddiaçı1 tərəfindən yenidən verilmiş iddia tələbi üzrə birinci instansiya məhkəməsi mülki iş üzrə təqdim edilən ekspertiza rəylərini, alqı-satqı sənədlərini düzgün araşdırmamaqla, İddiaçı1 iddiasının Cavabdeh2 münasibətdə mümkünsüz sayılması, Cavabdeh2 əvəzində əsl cavabdehi müəyyən etmək və yaxud qanuni yolla əldə edilən sübutlara əsaslanmaq yerinə, qanunu pozmaqla qətnamə qəbul etmiş, işə aid olmayan şahidlərin dindirilməsi, disk dinlənilməsi kimi qanuna zidd şəxsi mövqe nümayiş etdirmişdir. Kassasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ünvan 1 məhəllədə çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən 95,4 kv metr sahədən ibarət olan qeyri-yaşayış sahəsinin dəyərinin iddiaçı Cavabdeh2 tərəfindən ödənilməsini və qanunu sahibliyi əldə etdiyini müəyyən etmişdir. Qərarda Cavabdeh2 adına verilmiş müqavilə və maliyyə arayışının etibarsızlığının mübahisə edilməsi ilə bağlı qanunla müəyyən edilən kəsici müddətin ötürüldüyü qərara alınmışdır. Belə ki, Cavabdeh2 əmlak hüquqlarının tanınması barədə məhkəmə aktı qüvvədə olduğu halda, ünvan 1 məhəllədə çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən 95,4 kv metr sahənin yenidən İddiaçı1 tərəf indən məhkəmədə mübahisələndirilməsi mülki hüquqlardan sui-istifadənin nəticəsi kimi qiymətləndirilməlidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2- 12488/2023 **********88 saylı vəkil sorğusuna verilən cavab məktubunda qeyd olunmuşdur ki, Cavabdeh2 məxsus hazırda sahibliyində olan mənzil kimi istifadə etdiyi yuxarıda istinad edilən qeyri-yaşayış sahəsi çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin bir hissəsində yerləşir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən binaya verilən 20 dekabr 2019-cu il tarixli, 263 saylı istismara icazə aktına əsasən binanın 2-ci mərtəbəsi, yaşayış (mənzil) sahəsi kimi 2019-cu ildə binanın qəbul aktından sonra nəzərdə tutulub. Bu rəsmi sənədlərlə d ə bir daha təsdiq olunur ki, sahiblik etdiyi qeyri-yaşayış sahəsi yaşayış binasının ikinci mərtəbəsində yerləşir və onun verilmiş cizgi-planla eynilik təşkil edir. Həmin sahənin İddiaçı1 adına verilmiş müqavilə və maliyyə arayışında göstərilən mənzil sahəsi ilə yerləşmə yeri, mərtəbə, koordinatlar və ölçülər baxımından eynilik təşkil etmir. Məhkəmə zərurət olmadığı halda, ekspertiza qarşısında Bakı şəhərində 95 mərtəbəli binanın mövcudluğu barədə sual qoymuşdur. Halbuki, iş materiallarında Cavabdeh2 adına olan digər müqavilələrdən, maliyyə arayışından, cizgi–planda, ekspertiza rəylərində, izahatlarda, vəsatətlərdə birmənalı göstərilir ki, Cavabdeh2 məxsus qeyri-yaşayış sahəsi 95,4 kv.m olmaqla, binanın qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsindədir. Müqavilələrdən birində 2-ci mərtəbə qraf ası ilə 95,4 kv.m qrafasının yerinin texniki səbəbdən fərqli göstərilməsi xüsusi bilik tələb edilmədiyi halda, ekspert qarşısında məhkəmə mühakiməsindən kənar sual qoyulması, birmənalı olaraq məhkəmə səlahiyyətlərini aşmasını ifadə edir. Eyni zamanda, iş materialları ilə tanış olarkən apellyasiya instansiyası məhkəməsinə binanın qüvvədə olan və Cavabdeh2 məxsus mənzil statusunda istifadə etdiyi, binanın ikinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi ikinci mərtəbəyə aid olan layihə smetasının qeyri-yaşayış sahəsi olduğunu təsdiqləyən vərəqin iş materiallarında olmadığı aşkar olmuşdur. Bu hüquqi əhəmiyyətli fakt məhkəmənin araşdırmasının həqiqiliyini və ədalətliliyinin şübhə altına alınması üçün kifayət qədər əsas yaratmışdır. Digər tərəfdən, ekspert rəyi ilə müəyyən olunur ki, İddiaçı1 satılan birinci mərtəbədə 80 kv.m sahəsi olan 2 otaqlı mənzil binanın layihəsində nəzərdə tutulmamışdır. İddiaçı1 ilə xx.xx.2016-cı il tarixli müqavilədə göstərilən mənzilin mövcudluğunu müəyyən etmək mümkün deyildirsə, müqavilə bağlanmış sayılmır. Belə olan halda, iddia rədd edilməli idi. Eyni zamanda ekspert rəyində sahibliyində olan qeyri-yaşayış sahəsinin ümumi sahəsi təmirdən əvvəl 95,4 kv.m, təmirdən sonra, ümumi sahə 81,6 kv.m olduğu halda, mənzilin ümumi sahəsi İddiaçı1 qanunsuz müqaviləsində 80 kv.m göstərildiyi üçün məhz 80 kv.m, eləcə də qeyri-yaşayış sahəsi 3 otaqdan ibarət olduğu halda, iki otaq olduğu yazılmışdır. Məhkəmə həmin ekspert rəyini ona təqdim etməmiş, məhkəmə baxışı haqqında bildirişi 29 oktyabr 2021-ci ildə onun Biləsuvar ünvanına göndərmiş, 30 oktya br 2021-ci il tarixə məhkəmə baxışı keçirməklə, onu bilərəkdən məhkəmə baxışında iştirak etməkdən kənarlaşdırmışdır. Məhkəmə nəzərə almalı idi ki, İddiaçı1 adına olan müqavilədə ona verilməsi göstərilən ünvan həm yerləşmə yeri, həm predmet baxımından, eyni zamanda onda olan müqavilənin qeyri-legitim olması baxımından Cavabdeh2 qanuni yerinin ələ keçirilməsi və əldə edilməsi üçün heç bir əsas yaratmır. Məhkəmə iş materiallarında olan Cavabdeh1 MTK tərəfindən Cavabdeh2 verilmiş 12 iyul 2016-cı il tarixli maliyyə arayışını səhv izah edərək, göstərir ki, Cavabdeh2 mənzilin pay dəyərindən 15700 manat ödəmişdir. Halbuki, həmin maliyyə arayışında qeyriyaşayış sahəsinin ümumi dəyərinin 3 dəfəyə 47700 manat məbləğin tam ödənildiyi aşkar olaraq, C.XXun imzası və Cavabdeh1 MTK-nın möhürü ilə təsdiq o lunmuşdur. Həmin maliyyə arayışlarında Cavabdeh2 Cavabdeh1 MTK-nın satdığı qeyri-yaşayış sahəsinin ikinci mərtəbədə yerləşməklə, 95,4 kv.m olması da hamıya bəlli olan əsaslara uyğun olaraq, tam yazılmışdır.
78. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2574/2023 nömrəli, 28 avqust 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-820/2023 nömrəli iş üzrə 22 fevral 2023-cü il tarixli qətnaməsi qismən, yəni İddiaçı1 iddiası üzrə Cavabdeh2 ünvan 1 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 95,4 kv metr təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən çıxarılması, həmin mənzilin Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı1 təhvil verilməsi, c avabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən həmin mənzildən İddiaçı1 istifadəsinə yaradılmış maneələrin aradan qaldırılmasının təmin olunması hissəsində ləğv edilmiş, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
79. Ali Məhkəmənin mövqeyi belə olmuşdur: - mübahisələndirilən hissədə iddianı təmin edən apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə İddiaçı1 ilə Cavabdeh1 MMC arasında bağlanmış 80 kv.metrlik yaşayış sahəsinin alqı-satqısına dair 6 iyun 2016-cı il tarixli “Yaşayış binasında mənzilin tikintisi haqqında” müqavilənin və həmin tarixli maliyyə arayışının həqiqiliyi qəbul edilməli, Cavabdeh2la Cavabdeh1 MMC arasında bağlanmış 95,4 kv.metrlik qeyri-yaşayış sahəsinin alqı-satqısına dair 6 may 2016-cı il tarix li “Yaşayış binasında mənzili tikintisi haqqında” müqavilə və maliyyə arayışları isə həqiqiliyinə və mübahisənin predmeti olan 80 kv.metr yaşayış sahəsinə aidiyyatına şübhə ilə yanaşılmalıdır. - iddiaçı XXXXnin adına olan 6 iyun 2016-cı il tarixli müqavilənin və həmin tarixli maliyyə arayışının həqiqiliyini qəbul edən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin sənədlərin imzalanmasının və möhürlə təsdiq olunmasının satıcı Cavabdeh1 MMC-nin səlahiyyətli şəxsləri tərəfindən həyata keçirilməsi ekspert rəyləri, MTK-nın sədri işləmiş XXun ifadəsi, onun məhkəməyə ünvanladığı çoxsaylı ərizələri və digər sübutlarla öz təsdiqini tapmışdır. Cavabdeh2 adına olan sənədlər isə həmin tələblərə cavab verməmiş, cavabdeh adına olan sənədlərin əslini təqdim edə bilməmiş, kserosurət kimi təq dim olunmuş sənədlərdə isə düzəlişlər olunması aşkar edilmişdir: - apellyasiya məhkəməsi iddiaçının təqdim etdiyi və iddianın təmin edilməsi üçün əsas kimi göstərilən sübutlara hərtərəfli və tam baxmadan hüquqi qiymət vermişdir ki, bu da düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir; - İddiaçı1 ilə Cavabdeh1 MMC arasında bağlanmış ümumi sahəsi 80 kv.metrdən ibarət 2 otaqlı mənzilə dair “Yaşayış binasında mənzil tikintisi haqqında” 6 iyun 2016-cı il tarixli Müqavilə və həmin mənzilə görə MMC-yə 52000 manat ödənilməsi barədə 6 iyun 2016-cı il tarixlə maliyyə arayışı XX MMC-nin direktoru kimi imzalamış və MMC-nin möhürü ilə təsdiqlənmişdir. Həmin sənədlər gələcəkdə mövcud olacaq MMC-nin blanklarında tərtib edilmişdir; - belə ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativi təsisçilərinin ümumi yığıncağının 10 iyun 2016-cı il tarixli Protokol qərarına görə Mənzil Tikinti Kooperativinin təşkilati-hüququ forması dəyişdirilərək x” Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilmiş və nizamnaməsi təsdiq edilmişdir. Təşkilati-hüquqi formasının dəyişdirilməsi il əlaqədar Cavabdeh1 Mənzil Tikinti Kooperativinə məxsus bir ədəd möhür 05 iyul 2016-cı il tarixdə məhv olunmuşdur. Kommersiya qurumunun dövlət reyestrilən çıxarışa görə Cavabdeh1 MMC Cavabdeh1 MTK-nın çevrilməsi nəticəsində onun hüquqi varisi kimi 12 iyul 2016-cı il tarixdə yaradılmış və fəaliyyətə başlamışdır; - belə olan halda İddiaçı1 ilə Cavabdeh1 MMC arasında bağlanmış ümumi sahəsi 80 kv.metrlik mənzilə dair 6 iyun 2016-cı il tarixli Müqavilə və həmin mənzilə görə MMC-yə 52000 manat ödənilməsi barədə 6 iyun 2016-cı il tarixli ma liyyə arayışının əvvəlki tarixə tərtib olunmasına dair kifayət qədər əsaslar yaranmışdır; - həmin sənədin əvvəlki tarixə tərtib olunması MMC-nin direktoru X1 istintaq təcridxanasından məhkəməyə ünvanlanmış ərizəsindən də görünmüşdür. Həmin ərizəsində C.XX göstərmişdir ki, yaşayış binasının yaşayışın birinci mərtəbəsində 200 kv.metr boş sahənin 120 kv.metrini 12 noyabr 2016-cı il tarixdə İddiaçı1 satmış və bu barədə onlar arasında həmin tarixli müqavilə bağlanmışdır. Həmin sahənin yanında olan 80 kv.metrlik boş sahəni də İddiaçı1 təklif etmiş, lakin İddiaçı1 bu sahəni almaqdan imtina etmişdir. Lakin bir müddət sonra İddiaçı1 80 kv.metr sahəni də almaq istədiyini bildirmiş, qiymətdə razılaşdıqdan sonra həmin sahəni də İddiaçı1 52000 manata satmış və bu barədə müqavilə bağlanmışdır. MMC-nin direktoru C.XXun bu izahatına görə 80 kv. metrdən ibarət 2 otaqlı mənzilə dair “Yaşayış binasında mənzil tikintisi haqqında” 6 iyun 2016-cı il tarixli müqavilə İddiaçı1 ilə 12 noyabr 2016-cı il tarixdən sonra bağlanmışdır; - bu baxımdan, mübahisənin qanuni həlli üçün apellyasiya instansiyası məhkəməsi İddiaçı1 hazırkı iddianı qaldırmağa müvafiq subyektiv hüquqa malik olub-olmaması ilə bağlı onun tərəfindən təqdim olunmuş sübutlara tam və hərtərəfli baxmamışdır; - həmçinin mübahisənin predmeti olan 80 kv.metrlik sahə MTK ilə Cavabdeh2 arasında bağlanmış 6 may 2016-cı il tarixli müqaviləyə əsasən 95,4 kv.metr sahənin içərisində olmaqla sonuncunun sahibliyindədir. Cavabdeh həmin sahəni təmir etdirməklə oradan yaşayış sahəsi kimi istifadə edir. Göstərilən müqavilənin 16 yanvar 2019-cu il tari xdə notarial qaydada təsdiqlənmiş surəti iş materiallarına əlavə olunmuşdur; - məhkəmə isə işin bu hallarına, yəni cavabdehin hərəkətlərinin və adına olan sənədlərin həmin vaxt qüvvədə olmuş qanunvericiliyə uyğun olub-olmamasına hüquqi qiymət verməmişdir. c)Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
80. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-638/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-718/2021 nömrəli, 4 oktyabr 2021ci il tarixli qətnaməsinin qismən – “Cavabdeh2 ünvan 1 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ona məxsus ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən çıxarılması, ünvan 1 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzil Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı1 təhvil verilməsi, ünvan 1 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən İddiaçı1 istifadəsinə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması” hissəsində ləğv edilmiş, həmin hissədə iddianın təmin edilməməsi qət edilmişdir. (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Fuad Babayev)
81. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh1 MMC ilə İddiaçı1 arasında bağlanmış 6 iyun 2016-cı il tarixli müq aviləyə görə, MMC ünvan 1-ci məhəllədə yerləşən və tikilməkdə olan binanın 1-ci mərtəbəsində ümumi sahəsi 80 kv.metrdən ibarət 2 otaqlı 9 saylı mənzili alıcı İddiaçı1 verməyi, alıcı isə həmin mənzilin müqabilində 52000 manat məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh1 MTK-nın təsisçilərinin ümumi yığıncağının 10 iyun 2016-cı il tarixli protokol qərarına görə MTK-nın təşkilati-hüququ forması dəyişdirilərək x” MMC-yə çevrilmiş və nizamnaməsi təsdiq edilmişdir. Kommersiya qurumunun dövlət reyestrindən çıxarışa görə Cavabdeh1 MMC Cavabdeh1 MTK-nın çevrilməsi nəticəsində onun hüquqi varisi kimi 12 iyul 2016-cı il tarixdə yaradılmış və fəaliyyətə başlamışdır.
82. Cavabdeh1 MMC-nin direktoru X4 istintaq təcridxanasından məhkəməyə ünvanlanmış ərizəsində göstərmişdir ki, yaş ayış binasının yaşayışın birinci mərtəbəsində 200 kv.metr boş sahənin 120 kv.metrini 12 noyabr 2016-cı il tarixdə İddiaçı1 satmış və bu barədə onlar arasında həmin tarixli müqavilə bağlanmışdır. Həmin sahənin yanında olan 80 kv.metrlik boş sahəni də İddiaçı1 təklif etmiş, lakin İddiaçı1 bu sahəni almaqdan imtina etmişdir. Lakin bir müddət sonra İddiaçı1 80 kv.metr sahəni də almaq istədiyini bildirmiş, qiymətdə razılaşdıqdan sonra həmin sahəni də İddiaçı1 52000 manata satmış və bu barədə müqavilə bağlanmışdır. MMC-nin direktoru XXun izahatına görə 80 kv.metrdən ibarət 2 otaqlı mənzilə dair “Yaşayış binasında mənzil tikintisi haqqında” 6 iyun 2016-cı il tarixli müqavilə İddiaçı1 ilə 12 noyabr 2016-cı il tarixdən sonra bağlanmışdır.
83. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, C avabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 6 may 2016-cı il tarixli müqaviləyə görə, MTK ünvan 1-ci məhəllədə yerləşən və tikilməkdə olan binanın 2-ci mərtəbəsində ümumi sahəsi 95,4 kv. metrdən ibarət qeyri-yaşayış sahəsini alıcı Cavabdeh2 verməyi, alıcı isə həmin qeyriyaşayış sahəsinin müqabilində 47700 manat məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürmüşdür.
84. Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2021-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh2 faktiki sahibliyində olan sahə mənzildir və həmin sahənin Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə xx.xx.2008-ci il tarixdə razılaşdırılmış layihədə binanın 1-ci və 2-ci mərtəbələri arasında nəzərdə tutulmayan, lakin faktiki vəziyyətdə mövcud olan mərtəbələrarası örtük inşa edilməklə yaradılmış sahə də, 20 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində (faktiki yaşayışın 1-ci mərtəbəsində) yerləşdiyi və ümumi sahəsinin 80 kv.m təşkil etdiyi müəyyən olunur.
85. Hazırkı iş üzrə Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 6 may 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin və Cavabdeh2 adına verilmiş 6 may 2016-cı il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə iddia tələbi işə baxan birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
86. Cavabdeh1 MMC də Cavabdeh2 ilə bağlanmış 6 may 2016-cı il tarixli müqavilənin etibarlılığını daha əvvəl məhkəmə qaydasında mübahisələndirmişdir. Belə ki, Xətai rayon məhkəməsinin 17 aprel 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh2 Cavabdeh1 MM C-yə qarşı 6 may 2016-cı il tarixli müqavilə üzrə qeyri-yaşayış sahəsindən istifadə və maneənin aradan qaldırılması, ona təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh2 qeyri-yaşayış sahəsinin dəyərini xx.xx.2016-cı il tarixdə tam ödəmiş, cavabdeh də qeyri yaşayış sahəsini iddiaçıya təhvil vermişdir. Məhkəmə hesab etmişdir ki, qeyri-yaşayış sahəsi təhvil verildiyindən və maneəyə dair sübut təqdim edilmədiyindən iddia təmin edilməməlidir.
87. Xətai Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia və Cavabdeh1 MMC-nin Cavabdeh2 qarşı “alğı satqı müqaviləsi və maliyyə arayışlarının etibarsız hesab edilm əsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Həmin qətnaməyə görə qarşılıqlı iddia tələbinin əsası kimi MMC qeyd etmişdir ki, müqavilədəki imza və möhürlər XXa aid olmamışdır. Məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, bu halları təsdiq edəcək sübutlar təqdim edilməmiş, həmçinin kəsici müddət də ötürülmüşdür. O cümlədən, işin müəyyən edilmiş halları kimi məhkəmə qeyd etmişdir ki, müqavilə üzrə pay haqqı xx.xx.2016-cı il tarixdə tam ödənilmişdir. İddiaçının sahibliyində olmuş, maneə müəyyən edilməmişdir.
88. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən üçüncü şəxs İddiaçı1 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı1 kassasiya şikayəti təmin edilməmişdir. Həmin Q ərardan da müəyyən olunmuşdur ki, işin faktiki halları kimi x” MTK ilə Cavabdeh2 arasında bağlanmış 6 may 2016-cı il tarixdə, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə inşa edilən yaşayış binasının 2-ci mərtəbəsində 95,4 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinin alqı-satqısı barədə müqavilənin bağlanması, həmin müqavilənin dəyərinin 47700 manat təşkil etməsi, 6 may 2016-cı il tarixli maliyyə arayışına əsasən 15000 manat, 4 iyun 2016-cı il tarixli maliyyə arayışına əsasən 17000 manat və 12 iyul 2016-cı il tarixli maliyyə arayışına əsasən 15700 manat olmaqla tam ödənildiyi qeyd edilmişdir.
89. Göründüyü kimi, Cavabdeh1 MMC-nin Cavabdeh2 qarşı alğı-satqı müqaviləsi və maliyyə arayışlarının etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinin əsasını müqavilədəki imza və möhürl ərin XX ə aid olmaması təşkil edirdi. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilərkən qeyd edilmişdir ki, əqdin və maliyyə arayışının etibarsız hesab edilməsini təsdiq edən sübutlar təqdim edilməmiş, həmçinin kəsici müddət də ötürülmüşdür. Qətnamə qanuni qüvvəsini almışdır.
90. Nəticədə, müəyyən olunmuşdur ki, Cavabdeh2 6 may 2016-cı il tarixli müqavilə üzrə pay haqqını 12 iyul 2016-cı il tarixdə tam ödəmiş və qeyri-yaşayış sahəsi ilk öncə Cavabdeh2 sahibliyinə verilmişdir. Cavabdeh2 həmin sahəni təmir etdirməklə oradan yaşayış sahəsi kimi istifadə etmişdir.
91. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 178.8, 385.1, 389.1, 390.2, 404.1, 404.2, 404.3, 405.1, 442, 452.1, 567, 568.1-ci, Mənzil Məcəlləsinin 112.1 və 112.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri 92. "xxxx" MMC (vəkil: Nümayəndə2) kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
93. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin həqiqi hallarını nəzərə almamış, sübutları düzgün təhlil etməmiş və bu səbəblə də mülki və prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Məhkəmə onların iş üzrə ekspertiza keçirilməsi ilə bağlı vəsatətinə hüquqi qiymət verməmiş və ekspertizanın keçirilməsini məqsədə müvafiq hesab etməmişdir. Məhkəməyə təqdim edilən xx.xx.2019-cu il tarix li Arxitektura və Memarlıq Şöbəsinin icazə məktubuna əsasən də müəyyən edilmişdir ki, bina 20 mərtəbədən ibarət olmuşdur, 19 mərtəbəsi yaşayış sahəsindən, 1-ci mərtəbəsi zirzəmi və qeyri-yaşayış sahəsindən ibarət olmuşdur. Lakin məhkəmənin bütün bunları bir kənara qoyaraq onların ziyanına qərar verməsi tamamilə absurddur. Bundan başqa, Cavabdeh2 subyektiv hüququ araşdırılmalıdır, çünki hazırkı işə Xətai Rayon Məhkəməsində baxılarkən Cavabdeh2 məhkəməyə müqavilə təqdim etmişdi. Həmin müqavilədə mənzilin mərtəbə hissəsində 2-ci mərtəbə, kvadrat hissəsində isə 95 kvadrat yazılmışdır. Onlar da bu səhvləri ilk vaxtlar aşkar edə bilmədiyini etiraf etmişdilər. Məhkəmə prosesində hakim bu səhvləri aşkar edib məhkəmə prosesində bildirdikdən sonra Cavabdeh2 digər iclasda yeni nüsxə gətirmişdir, həmi n müqavilənin əsli yoxdur. Tələb etsələr belə, müqavilənin əslini gətirə bilməyəcəklər. Onlar müqavilədəki imzanın "xxxx" MMC-nin qanuni təmsilçisinə məxsus olub-olmamasına müəyyən etmək üçün İmza-Ekspertiza Mərkəzinə müraciət ediblər, həmin imzanın XX tərəfindən imza edilmədiyini təsdiq olunmuşdur. Onlar mənzilin onlara satıldığından əmin idilər. Bu görünməmiş haldır ki, iki şəxsə başqa-başqa vaxtlarda alınmış mənzillərlə bağlı vahid maliyyə arayışı verilmişdir. Maliyyə arayışındakı 2018-ci il tarixindəki 8 rəqəm silinərək 6 rəqəm ilə əvəz edərək 2016-cı il qeyd edilib. Bunu da, mənzilin İddiaçı1 əvvəl alındığı görüntüsünü yaratmaq üçün edilmişdir. XX bütün izahatlarında mənzili İddiaçı1 satdığını bildirib və Cavabdeh2 yalnız məhkəmə mübahisələri zamanında tanıdığını deyib. 1-ci mərtəbədə n axıra kimi hansıların qeyri-yaşayış və yaşayış sahəsi olması barəsində cədvəl tərtib etmişlər. Qeyri-yaşayış sahəsi kimi orada çıxarış verilməyib, həmin çıxarış xxxx xanımın adına olmuşdur. Cavabdeh2 iddia elədiyi mərtəbədə 10 ədəd çıxarış verilib.12 iyul 2016-cı il tarixində artıq MTK yox idi. Onlar rəsmi arayış təqdim ediblər ki, həmin dövrdə rəsmi möhür təhvil verilmişdir. Ümumiyyətlə, MTK fəaliyyət göstərmirdi, hüquqi şəxs hüquqi təşkilat formasını dəyişib. 6 iyul 2016-cı ildə fəaliyyət göstərməyən MTK-nın möhürü necə vurula bilərdi. XXXun hal-hazırda cinayət işi var, barəsində xüsusi qərardad çıxarılıb. Onlar Cavabdeh2 adına 2 maliyyə arayışı, 1 müqavilə təqdim ediblər. Müqavilə 2016-cı il iyun ayında necə bağlana bilərdi ki, onlar həmin müqavilələri mübahisələndirərək saxtalığını i ddia etmişdirlər. Müqavilənin tarixi 2018-dən 2016-ya yazıla bilməzdi. XX işdə kifayət qədər imza nümunələrinin olduğunu qeyd edib. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili də bildirmişdir ki, Cavabdeh2 ilə müqavilə bağlamayıblar. MMC-nin və ya MTK-nın o müqavilənin bağlanılmasında iradə ifadəsi olmayıb. XXX öz xahişi ilə ekspertizanın keçirilməsini xahiş edib. XXX cinayət xarakterli çoxlu müqavilələr bağlayıb. Hətta barəsində 4 sentyabr 2014-cü il tarixli hökm də olmuşdur. Artıq qanuni qüvvəsini almış məhkəmə qərarları var ki, o sahənin 120 kv.m-i İddiaçı1dir və mənzil kimidir. Ali Məhkəmə İddiaçı1 subyektiv hüququnun araşdırılmalı olduğunu yazmışdır. İddiaçı1 subyektiv hüququ yoxlanılıb və təsdiq edilmişdir. Həmin mərtəbələrdə satılmış olan yer İddiaçı2 və Cavabdeh2 tərəfindən zəbt edil mişdir. Onların subyektiv hüququ olmamışdır, onların müqavilələri saxta olmuşdur. Onlar yeri zəbt ediblər. Məhkəmə kassasiya şikayətində də geniş qeyd olunmuş əyani sübutlara baxmayaraq məsələyə düzgün hüquqi qiymət verməmişdir.
94. İddiaçı1 ( Vəkil5) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.
95. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MTK-nın təşkilatihüquqi formasının və adının dəyişərək Cavabdeh1 MMC-yə çevrilməsi ilə əlaqədar Cavabdeh1 MTK-ya aid möhür xx.xx.2016-cı il tarixdə məhv edilmişdir. Lakin həmin möhürün məhv edilməsinə baxmayaraq Cavabdeh2 qeyri-yaşayış sahəsinin pay dəyərindən 15700 manat ödəməsini təsdiq edən xx.xx.2016-cı il tarixli maliyyə arayışındakı möhürün əksi Cavabdeh1 MTK-ya aid olduğuna görə, 7 gün əvvəl məhv edilmiş möhürlə təsdiqlənən müqavilə saxta hesab edilməli, mənzilin pay haqqı tam ödənilmədiyi üçün Cavabdeh2 həmin sahə üzərində mülkiyyət hüququ yaranmamalıdır. İddiaçı1 və Cavabdeh1 MMC arasında müqavilə bağlandıqdan və İddiaçı1 müqavilə öhdəliklərini tam yerinə yetirdikdən sonra mübahisəli sahə MMC tərəfindən İddiaçı1 təhvil verilmiş, o, həmin əmlakın dəyərini tam ödəyərək bu əmlaka mülkiyyət hüququ əldə etmiş, əmlaka sahiblik etmiş və hazırda da həmin əmlakın qanuni sahibi və mülkiyyətçisi olmuşdur. Mübahisəli sahə İddiaçı1 təhvil verilən vaxtdan giriş qapısının açarları onda olmuş və o, həmin sahəni təmir etdirməyi planlamışdır. İddiaçı1 tərəfindən pay haqqı tam ödənilərək əldə edilmiş mənzili saxt a sənədlər əsasında qanunsuz olaraq zəbt etmiş Cavabdeh2 iddiasının apellyasiya instansiyası məhkəməsi tərəfindən qismən təmin edilməsi, eyni zamanda qətnamənin “Nəticədə, müəyyən olunur ki, Cavabdeh2 6 may 2016-cı il tarixli müqavilə üzrə pay haqqını 12 iyul 2016-cı il tarixdə tam ödəmiş və qeyriyaşayış sahəsi ilk öncə Cavabdeh2 sahibliyinə verilmişdir” kimi formal mülahizəyə əsaslanması onun ləğv edilməsi üçün əsasdır. Ekspert rəyi ilə də təsdiq olunmuşdur ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış müqavilə saxta olmuşdur, eyni zamanda Mülki Məcəllənin tələblərini pozmaqla bağlandığı üçün etibarsız hesab edilməlidir. Həmçinin Cavabdeh2 tərəfindən müqavilənin əsli məhkəmə iclaslarında təqdim edilməmiş, bununla da həmin müqavilənin mövcudluğu bir daha şübhə altına alınmışdır. Lakin yuxarıda qeyd olunan ekspert rəyləri ilə də öz təsdiqini tapmış mötəbər sübutların məhkəməyə təqdim edilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin sübutlara lazımi hüquqi qiymət verilməmişdir. Məhkəmə tərəfindən sübutlar obyektiv, hərtərəfli və tam qiymətləndirilməmiş, nəticədə qəbul edilmiş qətnamə əsassız olmuşdur. İddiaçı1 mülkiyyət hüququnun tanınması və əmlakının Cavabdeh2 qanunsuz sahibliyindən geri tələb edilməsi məqsədilə məhkəməyə müraciət etsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş formal, əsassız qətnamə ilə onun bu hüquqları pozulmuş, qanuni faktlar və mötəbər sübutlar olmasına baxmayaraq məhkəmə onun əmlakı üzərində qanuni hüquqlarını tanımamış, nəinki həmin əmlakın Cavabdeh2 qanunsuz sahibliyindən geri alınması ilə bağlı qə tnamə qəbul etməmiş, hətta belə qənaətə gəlmişdir ki, XX tərəfindən 6 may 2016-cı il tarixli müqavilə üzrə pay haqqı 12 iyul 2016-cı il tarixdə tam ödənilmiş və qeyri yaşayış sahəsi ilk öncə Cavabdeh2 sahibliyinə verilmişdir. Məhkəmənin gəldiyi bu qənaət açıq-aşkar surətdə Mülki Məcəllədə nəzərdə tutulmuş mülkiyyət hüququ ilə bağlı normaların pozulmasıdır. İşdə olan sənədlərlərsə bir daha təsdiq olunmuşdur ki, məhkəmə sübutları tam, hərtərəfli araşdırmamış, qətnamə qəbul edərkən yanlış mülahizələrə əsaslanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
96. İş üzrə Cavabdeh2 (Vəkil2) kassasiya şikayətlərinə qarşı etiraz edərək bildirmişdir ki, vicdanlı sahib olaraq binanın qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsində aldıqları sahə onlara alqı-satqı edildiyi vaxt 6 may 2016-cı ildə qeyri-yaşayış sahəsi olmuşdur. Bina 2019-cu ildə istismara qəbul edilsə də, hazırda da mənzil kimi sahibliklərində olan bu sahə qeyri-yaşayış sahəsi statusunda olmuşdur. İddiaçı tərəf isə bu sahəyə aid olmayan 2019-cu ildən sonra, sakinlərin yaşayış sahəsinə çevrilmiş çıxarışlarını əlində toplayaraq, məhkəmələrə təqdim etməklə, binanın 2019-cu ildə istismara qəbul edilənədək hazırda yaşadıqları sahələrin qeyri-yaşayış sahəsi olması faktını gizlədərək, düzgün olmayan məlumatlar vermiş, sənədləri öz mənafeyinə uyğun izah etmiş və mülki işin araşdırılmasında yalnışlıq yaratmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 178.8.(xx.xx.2018-ci il tarixə kimi qüvvədə olmuş redaksiyada). Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digə r şəxslər kooperativin vediyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmə tlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəf lərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nə zərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
97. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
98. Kassasiya şikayətlərində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və qətnaməsi ünvan 1 məhəllədə inşa edilən çoxmənzilli ya şayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzilllə bağlı olub. Bu baxımdan qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan həmin hissə başa düşülməlidir.
99. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
100. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyas iya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
101. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
102. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, həmin tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
103. Buna görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 81-90-cı bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır və hər hansı əlavə şərhə zərurət görmür.
104. Bu baxımdan qiymət verilməli olan məsələ kassasiya şikayətlərinin dəlilləridir.
105. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, hər iki şikayətdə Cavabdeh2la bağlanmış müqavilənin və onun adına verilmiş maliyyə arayışının saxta (etibarsız) olması, həmin müqaviləni MTK-nın sədri olmuş C.XXun imzalamaması, Cavabdeh2 adına tərtib edilmiş maliyyə arayşındakı tarixin sonradan düzəldilməsi, mübahisəli sahənin İddiaçı1 sahibliyində olması əsas dəlillər kimi göstərilmişdir.
106. Məhkəmə kollegiyası bu dəlilləri işin müəyyən edilmiş halları baxımından əsassız hesab edir.
107. Belə ki, müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi il ə Cavabdeh1 MMC-nin Cavabdeh2 qarşı “alğı- satqı müqaviləsi və maliyyə arayışlarının etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmiş, məhkəmə qarşılıqlı iddianı rədd edərkən müqavilə üzrə pay haqqının xx.xx.2016-cı il tarixdə tam ödənilməsinə, həmçinin qeyd edilən müqavilə və maliyyə arayışının etibarsızlığı hallarını təsdiq edəcək sübutların təqdim edilməməsinə istinad etmişdir.
108. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən üçüncü şəxs İddiaçı1 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı1 kassasiya şikayəti təmin edilməmişdir..
109. Göründüyü kimi, Cavabdeh2la bağlanmış müqavilənin və onun adına verilmiş maliyyə arayışının saxta (etibarsız) olması barədə dəlil əsaslı sayıla bilməz. Çünki həmin müqavilə və maliyyə arayışı ayrıca məhkəmə mübahisəsinin predmeti olmuş, müqavilə və maliyyə arayışının etibarsızlığı halları təsdiqini tapmamış, həmin iş üzrə apellyasiya baxışında üçüncü şəxs kimi işə cəlb edilmiş İddiaçı1 kassasiya şikayəti də təmin edilməmişdir. Buna görə də Cavabdeh2la bağlanmış müqavilənin və onun adına verilmiş maliyyə arayışının saxta (etibarsız) olması və bununla bağlı gətirilən dəlillər əsaslı sayıla bilməz.
110. Nəzərə alınmalıdır ki, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcbu ridir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. (MPM, 15.2, 82.3-cü maddələr)
111. Başqa sözlə, Cavabdeh2 müqavilə və maliyyə arayışının etibarsızlığı ilə bağlı iddia artıq sonuncunun xeyrinə həll edilib və hüquqi müəyyənlik prinsipi baxımından bu məsələ yenidən mübahisə predmeti ola bilməz.
112. Eyni zamanda iddiaçının da müqaviləsinin etibarsızlığı halı müəyyən edilməyib. Belə olan halda, eyni mənzilə dair iki müqavilə üzrə öhdəliyin kimin xeyrinə icra edilməli olması məsələsinə qiymət verilməlidir.
113. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə Cavabdeh2 6 may 2016-cı il tarixli müqavilə üzrə pay haqqını 12 iyul 2016-cı il tarixdə tam ödəmiş və qeyri-yaşayış sahəsi ilk dəfə Cavabdeh2 sahibliyinə verilmiş, sonuncu həmin sahəni təmir etdirməklə oradan yaşayış sahəsi kimi istifadə edir. İşin bu halı həmçinin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə də müəyyən edilmişdir.
114. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqəlidir. İşin faktiki halları kassasiya icraatında araşdırılmadığı üçün belə dəlillərə kassasiya instansiyası məhkəməsi qiymət vermir.
115. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
116. Yuxarıda göstərilən ləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 və Cavabdeh1 MMC-nin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-638/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.