Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3241/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zəbt olunmuş torpaq sahəsindən çıxarılma, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı1 Cavabdeh2 qarşı "torpaq sahəsinin zəbtdən azad edilməsi, orada əkilmiş ağacların çıxarılması və inşa edilmiş tikilinin sökülməsi" tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-64/2023 nömrəli, 19 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kass asiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Astara rayonu, Tüləgüvan kəndində 0.2934 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı1 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 14 aprel 2021-ci il tarixdə qeydiyyata alınmışdır. Çıxarışa torpaq sahəsinin koordinatlarını özündə əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” əlavə edilmişdir.
2. Astara rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli 28 nömrəli qərarı ilə Astara rayonu Tüləgüvan kənd sakinləri Cavabdeh2 və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.39 ha torpaq verilmiş, həmin torpaq sahəsi üzəriundə mülkiyyət hüququna dair JN0014 Kod 80102038 saylı dövlət aktı tərtib olunmuşdur.
3. A №1162 61 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Astara rayonu Tüləgüvan kəndi ərazisində Cavabdeh2 1498.9 kv.metr həyətyanı torpaq sahəsi vardır və həmin sənəd Astara rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli 28 nömrəli qərarı əsasında ayrılmış torpaq sahəsinə tərtib edilmişdir.
4. JN-0030 Kod 80102038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktlarına görə, X7 və ailə üzvlərinə Astara rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli qərarı əsasında Astara rayonu Tüləgüvan kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. 5. xx.xx.2013-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən 0.2934 ha torpaq sahəsi X7 və ailə üzvləri tərəfindən Cavabdeh2 satılmışdır.
6. Astara rayonu Tüləgüvan kəndi ərazisində ye rləşən 0.2934 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 25 dekabr 2012-ci ildə verilmiş **********185 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən X2 və ailə üzvlərinə məxsus olmuş və xx.xx.2013-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmışdır.
7. Astara rayonu Tüləgüvan kəndi ərazisində yerləşən 0.342301 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 30 dekabr 2012-ci ildə verilmiş **********33 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən X3 məxsus olmuş, sonradan xx.xx.2013-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən 0.2934 ha hissəsi Cavabdeh2 satılmışdır. 8. xx.xx.2022-ci il tarixdə Astara rayonu, Tüləgüvan kəndində yerləşən 0,3423 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Çıxarışa torpaq sahəsinin koordinatlarını özündə əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” əlavə edilmişdir. 9. 15.03.2023-cü il tarixdə Astara rayonu Tüləgüvan kəndində yerləşən 0,1956 saylı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 və onu ailə üzvləri X8, X10, X4 adına ümumi birgə mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Çıxarışa torpaq sahəsinin koordinatlarını özündə əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” əlavə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat
10. İddiaçı1 Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonu, Tüləgüvan kəndi ərazisində mülkiyyətində olan 0.2934 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi, orada əkilmiş sitrus ağaclarını n çıxarılması və inşa edilmiş tikilinin sökülməsi, ödəmiş olduğu 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddiaçı tələbini işin yuxarıda sadalanan faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, cavabdeh ona məxsus torpaq sahəsini zəbt etmiş, torpağı çəpərə alaraq mandarin ağacları əkmiş və məhsulların saxlanılması üçün anbar tikmişdir. Dəfələrlə cavabdehdən torpaq sahəsinin azad edilməsini tələb etsə də, bir nəticə əldə edə bilməmişdir.
12. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının torpağını zəbt etməmişdir. 18 yanvar 2013-cü il tarixli AN-1-0329227 nömrəli torpaq sahəsinin alğı-satqı müqaviləsinə əsasən Astara rayonu, Tüləgüvan kəndində 0.2934 he ktar torpaq sahəsini, 21 fevral 2013-cü il tarixli AN-1N-0333134 nömrəli torpaq sahəsinin alğı-satqı müqaviləsinə əsasən Astara rayonu, Tüləgüvan kəndində 0.2934 hektar torpaq sahəsini almışdır. Bundan başqa torpaq sahəsinin planı və ölçüsünə dair sənədə əsasən Astara rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli 28 nömrəli qərarı ilə 1498.9 kv.metr həyətyanı torpaq sahəsi onun mülkiyyətinə, habelə 0.39 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. 13. “X6”nin 24 avqust 2021-ci il tarixli, 381 nömrəli mütəxəssis rəyində qeyd olunur ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya ********** saylı 14 aprel 2021-ci il tarixli çıxarışla İddiaçı1 qızma Astara rayonu, Tüləg üvan kəndi ərazisində verilmiş 0.2934 hektar torpaq sahəsinin AA №-610713 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar əsasında müəyyən edilən sahənin Cavabdeh2 tərəfindən istifadə edilməməsi müəyyən olunmur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı 14 aprel 2021-ci il tarixli çıxarışla İddiaçı1 Astara rayonu, Tüləgüvan kəndi ərazisində verilmiş 0.2934 ha torpaq sahəsinin AA №-610713 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar əsasında hüdudları ilə Astara rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli 28 saylı qərarı ilə verilmiş A №-l 16261 saylı “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) ilə Cavabdeh2 Astara rayonu, Tüləgüvan kəndi ərazisində verilmi ş 0.1499 hektar torpaq sahəsinin Tüləgüvan kəndinin Kompleks Yerquruluşu Layihəsi və natura üzrə aparılan tədqiqata əsasən müəyyən olunan hüdudları ilə üst-üstə düşmür.
14. Astara Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(018)-40/2022 saylı, 1 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddia tələbi rədd edilmişdir.
15. Birinci instansiya məhkəməsi “X6”-nin 24 avqust 2021-ci il tarixli, 381 nömrəli mütəxəssis rəyinə istinad edərək iddia tələbinin əsassız olması qənaətinə gəlmişdir.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilsə də, mütəxəssis tərəfindən tədqiqat obyektinə baxış keçirilməsinə baxmayaraq ekspertiza keçirilməsindən imtina edilmiş, iş materialları ekspertiza keçirilmədən geri qaytarılmışdır. Beləliklə, ekspert müvafiq rəy verməkdən yayınmışdır. Bu səbəbdən də məhkəmə mütəxəssis rəyi ilə kifayətlənməyi əsaslı hesab etmişdir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, MM-nin 152.1, 157.2-ci və Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə istinadla əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsində icraat
18. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamış, tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etməmişdir. Ona məxsus olan söz ügedən torpaq sahəsinin plan ölçüləri mövcuddur, torpaq kadastrında döngə nöqtələri və yeləşmə mövqeyi dəqiq göstərilmişdir. Belə olan halda bu koordinantlarla torpaq sahəsinin naturada yerinin GPS vasitəsi ilə müəyyən edilməsi hazırkı texniki imkanlar ilə asan bir işdir. Məhkəmə iş üzrə ekspertiza təyin etsə də, ekspert müəyyən sənədlər istədikdən sonra ekspertizanın keçirilməsindən yayınmışdır. İş üzrə Astara Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qərardadı ilə onun xüsusi mülkiyyətində olan torpaq sahələrinin hüdudlarının Cavabdeh1 tərəfindən zəbt olunaraq, orada əkin-biçin işləri aparılmasının müəyyən edilməsi üçün ekspertiza keçirilməsi təyin olunmuşdur. Həmin qərardadla ekspertizanın keçirilməsi və bu sahədə xüsusi bilgisi olan şəxs tərəfindən rəy hazırlanması Azərbaycan Resp ublika Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, lakin həmin Mərkəzin 18 oktyabr 2021-ci il tarixli 10/5471 nömrəli “Tədqiqat obyektinə baxış keçirilməsi və iş üzrə materialların təqdim edilməsi barədə" ekspert vəsatətinə əsasən ekspertizanın keçirilməsi 30 dekabr 2021-ci il tarixə təyin olunaraq müvafiq çatışmayan sənədlərin təqdim olunmasını MPM-nin 63.3-cü və 100-cü maddələrinə əsasən xahiş etmişdir. Ekspertizanın qarşısında qoyulmuş suallar üzrə ixtisaslı araşdırma aparılmasını təmin etmək üçün ekspertin istədiyi sənədlər təqdim olunmadığından, ekspertiza keçirilməsi mümkün olmamış və iş üzrə materiallar geri qaytarılmışdır. Çünki ekspertiza işin düzgün həllindən ötrü önəmli olan faktları aşkar etmək məqsədi ilə ekspert məhkəmənin verdiyi suallar üzrə təqdim o lunmuş obyekti qanunla müəyyən edilmiş prosessual qaydada elmi əsaslarla araşdırmalıdır. Bunun üçün də ona şərait yaradılmalı və zəruri sənədlər təqdim olunmalıdır. Ekspert də haqlı olaraq bu vəsatəti vermişdir, lakin məhkəmə əsassız və MPM-nin tələblərinə zidd olaraq bunu ekspertin müvafiq rəyi verməkdən yayınması kimi qiymətləndirərək, "X1" 24 avqust 2021ci il tarixdə verdiyi 381 saylı mütəxəsis rəyi ilə kifayətlənməyi əsaslı hesab etmişdir. Bununla məhkəmə MPM-nin 97-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmədə belə olan halda çatışmayan və ekspertiza keçirilməsi üçün lələb olunan sənədləri işə əlavə edib Mülki Prosessual Məcəllənin 97-ci maddəsinin tələblərinə əsasən, əgər tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (eksperti zaya gəlmir, gərəkli tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. İşin halları ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları aydınlaşdırmaq üçün, yəni İddiaçı1 xüsusi mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt olunaraq istifadə edilməsini aydınlaşdırılması xüsusi bilik tələb edən sahə olduğundan yalnız ekspert rəyi ilə müəy yən etməli olduğu halda, bu halı mütəxəsis rəyi ilə müəyyən etmişdir.
20. Apelyasiya instansiyası məhkəməsi tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 09 yanvar 2023 tarixli mütəxəssis rəyində, habelə həmin rəy əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2023-cü il tarixli ekspert rəyində ekspertiza qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılmışdır: 20.1. Tədqiqat obyektinə baxış keçirilərkən məlum olmuşdur ki, həm iddiaçıya, həm cavabdehə və həm də digər mülkiyyətçilərə məxsus torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki yerləşdiyi mə kan göstəriciləri arasında uyğunsuzluqlar mövcuddur. 20.2. Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 28 saylı qərarı əsasında JN-0030 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə X7 və ailə üzvlərinin mülkiyyətinə verilmiş Astara rayonu, Tülegüvan kəndi ərazisində yerləşən 0.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iki hissədən ibarət olması müəyyən edildi. Həmin 0.44 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 0.2934 ha hissəsi yerləşir və 0.2934 ha torpaq sahəsinin koordinatları və döngə nöqtələri müəyyən edildi. Aparılan araşdırma zamanı müəyyən olundu ki, həmin 0.2934 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” sənədindəki məkan göstəriciləri ilə torpaq sah əsinin faktiki yerləşdiyi göstəriciləri arasında uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) mövcuddur (bu da islahat zamanı hazırlanmış texniki sənədlərdəki xətalara görədir). Sözügedən 0.2934 ha torpaq sahəsinin 2021-ci il tarixdə daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında İddiaçı1 satın alması müəyyən olundu. Qeyd olunan 0.2934 ha torpaq sahəsi üzərində İddiaçı1 xüsusi mülkiyyət hüququ hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə qeydiyyata alınmışdır. Torpaq sahəsinin yerləşmə yerinin koordinatları əks olunan “Torpaq sahəsinin planı və ölçüsü” sənədi torpaq islahatı zamanı texniki qüsurlu hazırlanmış, nat uraya uyğun gəlməyən DWG faylına əsasən tərtib olunmuşdur və bu da faktiki vəziyyətə uyğun gəlmir. 20.3. Sözügedən 0.2934 ha torpaq sahəsinin sərhədləri və koordinatları torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən müəyyən olundu və elektron kadastr uçotu informasiya sistemində isə həmin torpaq sahəsi faktiki vəziyyətə uyğun 0.20 ha ölçüdə öz əksini tapmışdır. Eyni zamanda həmin torpaq sahəsinin faktiki olaraq İddiaçı1 istifadəsində olmaması müəyyən olundu. 20.4. JN-0030 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə X7 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Tüləgüvan kəndi ərazisində yerləşən 0.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli ərazidə olan 0.2934 ha hissəsinin koordinatları ilə hüquqların dövlət q eydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı1 mülkiyyətində olan Astara rayonu, Tüləgüvan kəndi ərazisində yerləşən 0.2934 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarının üst-üstə düşməsi, eyni torpaq sahəsi olması müəyyən olundu. 20.5. 25 dekabr 2012-ci il tarixli **********85 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” (ilkin hüquqmüəyyənedici sənəd JN-0027 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında) X2 məxsus olmuş, Astara rayonu Tüləgüvan kəndi ərazisində yerləşən 0.2934 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları və döngə nöqtələri müəyyən edildi. Həmin 0.2934 ha kənd təsərrüfa tı təyinatlı torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü" sənədindəki məkan göstəriciləri arasında uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) mövcuddur. Sözügedən torpaq sahəsinin yerləşmə yerinin koordınatları əks olunan “Torpaq sahəsinin planı və ölçüsü” sənədi torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG faylına əsasən tərtib olunmuşdur. Həmin 0.2934 ha torpaq sahəsinin 2013-cü il tarixdə daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 satın alması müəyyən olundu. Qeyd olunan 0.2934 ha torpaq sahəsi üzərində Cavabdeh2 xüsusi mülkiyyət hüququ xx.xx.2022-d il tarixli ********** qeydiyyat nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, 20.6. Sözügedən 0.2934 ha torpaq sahəsinin sərhədləri və koordinatları Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən müəyyən olundu və elektron kadastr uçotu informasiya sistemində torpaq sahəsi faktiki vəziyyətə uyğun öz əksini tapmışdır. Həmin torpaq sahəsinin faktiki olaraq Cavabdeh2 istifadəsində olması müəyyən olundu. 20.7. 30 dekabr 2012-ci il tarixli **********33 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" əsasında (ilkin hüquqmüəyyənedici sənəd JN-0032 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında) X3 məxsus olmuş, Astara rayonu Tüləgüvan kəndi ərazisində yerləşən 0.342301 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları və döngə nöqtələri müəyyən edildi. Aparılan araşdırma zamanı müəyyən olundu ki, həmin 0.342301 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki məkan göstəriciləri ilə torpaq sahəsinin faktiki yerləşdiyi məkan göstəriciləri arasında uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) mövcuddur. Sözügedən torpaq sahəsinin yerləşmə yerinin koordinatları əks olunan “Torpaq sahəsinin planı və ölçüsü” sənədi torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG faylına əsasən tərtib olunmuşdur. Həmin 0.342301 ha torpaq sahəsinin 2013-cü il tarixdə daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 satın alması müəyyən olundu. Qeyd olunan 0.342301 ha torpaq sahəsi üzərində Cavabdeh2 xüsusi mülkiyyət hüququ xx.xx.2022-d il tarixli ********** qeydiyyat nömrəli çıxarışla daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır, 20.8. Sözügedən 0.342301 ha torpaq sahəsinin sərhədləri və koordinatları Torpaqlann elektron kadastr uçotu informasiya sisteminə əsasən müəyyən olundu və elektron kadastr uçotu informasiya sistemində torpaq sahəsi faktiki vəziyyətə uyğun öz əksini tapmışdır. Həmin torpaq sahəsinin faktiki olaraq Cavabdeh2 istifadəsində olması müəyyən olundu. 20.9. Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1098-ci il tarixli 28 saylı qərarı əsasında JN-0014 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Tüləgüvan kəndi ərazisində yerləşən 0.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iki hissədən ibarət olması müəyyən edildi. Həmin 0.39 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 0.1956 ha hissəsi yerləşir və 0.1956 ha torpaq sah əsinin koordinatları və döngə nöqtələri müəyyən edildi. Aparılan aşardırma zamanı müəyyən olundu ki, həmin 0.1956 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin “Torpağa mülkiyyət hüququna dair dövlət aktı" sənədindəki məkan göstəriciləri ilə torpaq sahəsinin faktiki yerləşdiyi məkan göstəricilə arasında uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) mövcuddur (bu da islahat zamanı hazırlanmış texniki sənədlərdəki xətalara görədir), 20.10. Sözügedən 0.1956 ha torpaq sahəsinin sərhədləri və koordinatları Torpaqlann elektron kadastr uçotu informasiya sisteminə əsasən müəyyən olundu və elektron kadastr uçotu informasiya sistemində torpaq sahəsi faktiki vəziyyətə uyğun öz əksini tapmışdır. Həmin torpaq sahəsinin faktiki olaraq Cavabdeh2 istifadəsində olması müəyyən olundu. 20.11. Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 28 saylı qəran əsasında "Torpaq sahəsinin planı və ölçüsü” ilə Cavabdeh2 mülkiyyətinə verilmiş Astara rayonu, Tüləgüvan kəndi ərazisində yerləşən 1498.9 kv.metr həyətyanı torpaq sahəsinin koordinatları və döngə nöqtələri müəyyən edildi. Həmin 1498.9 kv.metr həyətyanı torpaq sahəsinin mübahisələndirilən torpaq sahəsinin şimal istiqamətində yerləşməsi və faktiki olaraq Cavabdeh2 istifadəsində olması müəyyən olundu. 20.12. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Astara rayonu, Tüləgüvan kəndi ərazisində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı1 xüsusi mülkiyyətində olan 0.2 934 ha torpaq sahəsinin koordinatları ilə Cavabdeh2 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla xüsusi mülkiyyətində olan 0.2934 ha, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla xüsusi mülkiyyətində olan 0.342301 ha, JN-0014 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə xüsusi mülkiyyətində olan 0.1956 ha kənd təsərrüfatı təyinatlı və **********0011 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” ilə xüsusi mülkiyyətində olan 1498.9 kv.metr həyətyanı torpaq sahələrinin koordinatlarının üst-üstə düşməməsi müəyyən olundu. 20.13. Torpaqların elektron kadastr uçotu informasiya sistemində araşd ırma zamanı İddiaçı1 xüsusi mülkiyyətində olan Astara rayonunun Tüləgüvan kəndi ərazisində yerləşən 0.2934 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh2 tərəfindən istifadə olunmaması müəyyən edildi. 20.14. Əlavə olaraq bildirilir ki, İddiaçı1 faktiki olaraq iddia etdiyi torpaq sahəsinin coğrafi yerləşmə yeri ilə mövcud baza məlumatlarında öz əksini tapan ona məxsus həmin 0.2934 ha torpaq sahəsinin coğrafi yerləşmə yerinin uyğun gəlməməsi müəyyən olundu, 20.15. İddiaçı1 məxsus həmin 0.2934 ha torpaq sahəsi Torpaqların elektron kadastr üçotu informasiya sistemində faktiki vəziyyətə uyğun 0.20 ha ölçüdə olmaqla, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinə bitişik şimal-qərb istiqamətində öz əksini tapmışdır. Tədqiqat zamanı həmin 0.20 ha torpaq sahəsinin mülki işdə adı çəkilməyən digər şəxs və ya şəxslərin istifadəsində olması müəyyən edildi. Torpaq sahəsinin qalan 0.0934 ha hissəsi isə ərazidə torpaq çatışmamazlığına görə kəsr olaraq qalmış, bu hal da zəbt olunan torpaqlar hesabına (gələcəkdə qəbul ediləcək qərarlara uyğun) verilməsi məsələsinə baxıla bilər. 20.16. Cavabdeh2 sözügedən mübahisəli ərazidə kənd təsərrüfatı təyinatlı torpağa mülkiyyət hüququ 0.83 ha təşkil edir, onun faktiki istifadəsində olan torpaq sahəsinin isə 0.92 ha olması müəyyən olundu (həmçinin JN-0029 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında verilən torpaq sahəsinin də faktiki olaraq onun istifadəsində olması müəyyən olundu).
21. İddiaçının vəkilinin şifahi vəsatəti əsasında mübahisə predmeti üzrə mütəxəsis rəyi vermiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi X9 rəyə dair izah verməsi üçün məhkəmə baxış iclasına dəvət edilmiş və suallara cavab olaraq bildirmişdir ki, iddiaçının torpaq sahəsinin mübahisəli ərazinin yeni elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunmasından sonra azalmasının səbəbi torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki yerləşdiyi məkan göstəriciləri arasında uyğunsuzluğun olmasıdır. Belə ki, "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250S nömrəli Sərəncamı ilə "Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi və rəqəmsal kadastr xəritəsinin tərtib olunmasına dair Tədbirlər Planı"na uyğun olaraq Astara rayonu, Tüləgüvan kəndi ərazisində olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək, həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmişdir. Aparılmış çöl-ölç mə işləri nəticəsində İddiaçı1 istifadəsi üçün torpağın faktiki yerləşdiyi məkan göstəricilərinə uyğun torpaq sahəsi öz əksini tapmış və həmin torpaq sahəsinə dair dürüstləşdirilmiş məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS-ə) və AZCADA-a miqrasiya edilmişdir. 0.2934 ha torpaq sahəsi üzərində İddiaçı1 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə qeydiyyata alınmışdır. Torpaq sahəsinin yerləşmə yerinin koordinatları əks olunan “Torpaq sahəsinin planı və ölçüsü” sənədi torpaq islahatı zamanı texniki qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG faylına əsasən tərtib olunmuşdur və bu da faktiki vəziyyətə uyğun gəlmir. 0.2934 ha torpaq sahəsinin sərhədləri və koordinatları Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən müəyyən olunmuş və elektron kadastr uçotu informasiya sistemində isə həmin torpaq sahəsi faktiki vəziyyətə uyğun 0.20 ha ölçüdə öz əksini tapmışdır. Cavabdehin sənəd üzərində 83 sot torpaq sahəsi olduğu halda, faktiki istifadəsində 92 sot torpaq sahəsi vardır. Tədqiqat zamanı müəyyən edilmişdir ki, sənədləşməyən 10 sota yaxın sahə işə aid olmayan başqa şəxsə məxsus torpaq sahəsidir. Cavabdehin istifadə etdiyi torpaq sahəsi İddiaçı1 torpaq sahəsinə düşmür. Tərəflərindən elektron rəqəmsal xəritəyə əsasən rəy verilmişdir. İddiaçı1 torpaq sahəsi ona görə 29 sot deyil 20 sot göstərilib ki, onun torpağı azalmaya gedib. Biz də həmin azalmadan sonra tərtib olunmuş xəritəyə əsaslanaraq rəy vermişik. Cavabdehin faktiki istifadəsində artıq olan sahənin iddiaçının kəm gələn torpaq sahəsinə heç-bir aidiyyəti yoxdur.
22. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-64/2023 nömrəli, 19 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi), Cahid İmanov və Pərviz Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının torpaq sahəsinin məhz cavabdeh tərəfindən zəbt olunması aparılmış araşdırmanın nəticəsi olaraq sübuta yetməmişdir. Belə ki, təyin olunmuş ekspertizanın rəyinə əsasən İddiaçı1 məxsus həmin 0.2934 ha torpaq sahəsi Torpaqların elektron kadastr üçotu informasiya sistemində faktiki vəziyyətə uyğun 0.20 ha ölçüdə olmaqla, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinə bitişik şimal-qərb istiqamətində öz əksini tapmışdır. Tədqiqat zamanı həmin 0.20 ha torpaq sahəsinin mülki işdə adıçəkilməyən digər şəxs və ya şəxslərin istifadəsində olması müəyyən edilmişdir. Torpaq sahəsinin qalan 0.0934 ha hissəsi isə ərazidə torpaq çatışmamazlığına görə kəsr olaraq qalmış, bu halın zəbt olunan torpaqlar hesabına (gələcəkdə qəbul ediləcək qərarlara uyğun) aradan qaldırılması məsələsinə baxıla bilər.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahi zələrə əsaslanmaqla ləğv edilə bilməz.
25. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Konsitutisyanın 13, 29, MM-nin 152.1, 157.2, Torpaq Məcəlləsinin 111-ci, MPM-nin 77.1, 14.2, 88, 103.1, 103.2-ci maddələrinə, o cümlədən, “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (Vəkil) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, dövlət reyestrində qeydə alınmış bu hüququn Mülki Məcəllənin 140-cı maddəsinin təsiri altına düşərək ləğv olunmayıbsa həqiqi hesab edilir və DƏDRX-nin 10 saylı Lənkəran Əra zi İdarəsinin mütəxəssisi Qiyas Quliyevin başqa bir mütəxəsis rəyi verməsi, həmin rəy əsasında da ekspertin köçürməklə ekspert rəyi verməsi bu qanunun tələbinin pozulması deməkdir. Apellyasiya instansiya məhkəməsi ekspertiza təyin etsə də, həmin ekspertin rəyi mütəxəsis rəyinin köçürülməsindən ibarət olmuş, rəyində həqiqətən ziddiyətli və sual doğuran məqamları məhkəmədə qaldırıb təkrar ekspertiza keçirilməsi barədə vəsatət versə də, məhkəmə buna əhəmiyyət verməmiş, sual doğuran ziddiyyətli məqamların araşdırmamışdır. Məhkəmə həmin ziddiyyətlərin araşdırılması üçün yalnız ekspert rəyinin hazırlanmasına əsas olmuş mütəxəssis rəyini vermiş DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi X5 məhkəmə iclasına çağıraraq izahatını almaqla kifayətlənmişdir. Onun izahatının alınmasında isə prosessual pozuntuya yol vermiş, onu sual vermək imkanından məhrum etmişdir. Apelyasiya instansiyası məhkəməsi ona çıxış üçün söz verməmişdir. Onun plan-ölçü sənədində düzəliş edilməsi zərurəti yaranardısa, bu qanunun tələbinə əsasən mövcud prosedurlar çərçivəsində hazırlanmalı və onun sənədi ləğv olunaraq ona yeni sənəd verilməli idi, bu isə olmamışdır. Nə qədər ki, onun çıxarışı və əsasında verilmiş plan-ölçü sənədi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdadır və qüvvədədir, onun ərazisi sonuncunun torpaq sahəsinin ortasındadır, şimal qərbində deyil. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
29. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mül kiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
30. Maddə 29, İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
33. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
34. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
35. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
36. Maddə
84. Bənd
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
37. Bənd
3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
38. Maddə 111, İ hissə. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
39. Maddə 111, İİ hissə. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
40. Maddə 111, İİİ hissə. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessu al Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halla rın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq o lunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Belə ki, iddia tələbi iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsindən cavabdehin çıxarılmasından ibarətdir.
52. Bu iddia tələbi Mülki Məcəllənin 152.5 və 157.2-ci maddələrinin işığında təhlil olunmalıdır. Həmin normalara əsasən, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüquqlarından çıxış etməklə, torpaq sahəsindən qanunsuz istifadə edən şəxsin torpaq sahəsindən çıxarılmasını tələb etmək hüququ vardır.
53. Bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırmalıdır. Yalnız belə subyektiv hüq uqun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
54. Baxılan işdə də məhkəmələr müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 14 aprel 2021-ci il tarixdə qeydiyyata alınmışdır. 55. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsində deyilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
56. Adı çəkilən Qanunun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.
57. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
58. Göründüyü kimi iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, torpaq sahəsi üzərində hüququn yaranması üçün Mülki Məcəllənin 14.3-cü maddəsində nə zərdə tutulan hüquqi əsasdır.
59. İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının torpaq sahəsindən və ya onun bir hissəsindən cavabdeh tərəfindən istifadə olunub-olunmamasının müəyyən edilməsindən ibarətdir.
60. İşə baxmış məhkəmə kollegiyası bu halın müəyyən olunması üçün xüsusi bilik tələb olunduğuna görə ekspertiza təyin etmiş ekspert rəyi ilə müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən tutulmamışdır.
61. Bu halda iddianın təmin olunması üçün Mülki Məcəllənin 152.5 və 157.2-ci maddələrinə istinadla iddianın təmin olunması üçün əsaslar mövcud olmur və apelyasiya instansiyası məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir.
62. Məhkəmə kollegiyası ekspert rəyinin əsassızlığı və əlavə ekspertiza təyin edil mə zəruroliyi barədə kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, bu dəlil əsasszıdır. İddiaçı ekspert rəyinin əsassızlığını bildirsə də, rəydə göstərilənlərin əksini təsdiq edən mötəbər sübut təqdim edə bilməmiş, iddiasının əsasını, o cümlədən təkrar ekspertiza keçirilməsinə əsas ola biləcək halları sübuta yetirə bilməmişdir.
63. Bundan başqa, mütəxəssis rəyinin əsassız olduğunu bildirən iddiaçı həmin rəydə göstərilənlərin əksini sübut edə biləcək daha mötəbər dəlil təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən mütəxəssis dindirilərkən prosessual qaydanın pozulması halı müəyyən edilməmiş, kassatora çıxış imkanı, sual vermək imkanı yaradılmaması ilə bağlı prosessual pozuntulara yol verilməmişdir.
64. Kassasiya kollegiyası iddiaçının apelyasiya instansiyası məhkəməsi tərəfindən təkrar ekspertizanın keçirilməməsi barədə dəlillini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər. MPM-nin 102.2-ci maddəsində isə, məhkəmənin əsassızlığına görə eksperin rəyi ilə razılaşmadığı halda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin edə bilməsi qeyd olunur. Bu normaların məzmunundan göründüyü kimi, təkrar ekspertizanın tə yin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb. Həmçinin təkrar ekspertiza təyin olunması üçün konkret əsaslar müəyyən olunub. İddiaçı təkrar ekspertiza təyin olunmasını şərtləndirən sübutları təqdim etməmişdir. Məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz.
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir
66. Kollegiya bildiri r ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
67. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-64/2023 nömrəli, 19 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.