Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3242/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), X14 və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Mustafayev Soyanxan İsrafil oğlunun iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov) İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı p ul tələbinə dair iddiası qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 53000 (əlli üç min) manat məbləğində pulun alınıb İddiaçı1 verilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən G.Tağızadə, hakimlər T.Quliyev və E.Rəhimov) Şamaxı rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakimlər Ə.Əliyev, Ə.Mirzəliyev və V.İbayev) Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin M K-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abbasov (sədrlik edən, məruzəçi), A.Abbasov və T.Məmmədov, 2(105)453/2020 saylı mülki iş) hazırki iş Şamaxı rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 3000 manat tutularaq İddiaçı1 ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İşin halları: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 58000 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 58000 və 12.000 ABŞ doll arı pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: 2015-ci ildə XXX və İnqilab qardaşları onu evdən çağırıb ona dedilər ki, XXX evini satır. Həmin evi onun alıb-almamağını soruşmuşlar. Belə ki, XXXin XXX, XXX, XXX pul borcu var idi. XXXin borcunun məbləği 58.000 manat idi. XXXin evini almağa razılaşmış, evin qiyməti onun tərəfindən alınmasına 70.000 manata razılaşmışlar. XXXə onun ümumi borcu olduğu, yəni 58.000 manatı XXXə vermişdir. Aralarında 58.000 manatın XXX tərəfindən alınması ilə bağlı xx.xx.2015-ci il tarixdə qəbz yazılmışdır. Bu qəbzi XXXin qardaşı İnqilab XXXin razılığı ilə yazmışdı. Eyni zamanda da, qəbzin tərtibatında şahidlik edənlər XXX, XXX və XXXa adlı şəxslər iştirak etməklə yanaşı, həmin qəbzi imzalamışlar. Həmin qəbzdə qeyd edilmişdir ki, “alınmış 58.000 manat pulu noyabr ayının axırına qədər borc kimi almışam, əgər pulu qaytarmasam ya evimi pulun yerinə verəcəm, yada öz obyektimi pulun əvəzinə verəcəm, bunları mən XXX qardaşımın razılığı yazdım.” Bununla yanaşı XXX qəbzi imzalamaqla qəbzdə “yazılanları qardaşım yazdı mənim şahidliyimlə” sözləri ilə qeyd edilmişdir.Bütün bunlardan sonra XXXə verdiyi 58.000 manat pulun qarantı kimi XXX Şamaxı şəhəri, XXX saylı evini onun adına keçirmişdir. Bankdan pulu götürüb XXXin borclarını vermiş, bunun əvəzində isə bəhs etdiyi qəbz ona verilmişdir. Bir müddət sonra XXXgil ondan Azərbaycan Respublikası DİN-nə şikayət etmişdir. Sonra barəsində cinayət işi başlanmış və nəticə etibarı ilə barəsində olan şikayət əsassız olduğundan istintaq tərəfindən cinayə t işinin icraatına xitam verilmişdir. Barəsində olan böhtan xarakterli şikayətlər nəticəsində mənəvi və maddi sarsıntılar keçirdiyini bildirdi. Eyni zamanda bildirdi ki, cavabdehlər həmin məbləğdən 5000 manatının qaytarmışlar və halhazırda 53000 manat borcları vardır. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 58.000 manat və 12.000 ABŞ dolları pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, qətnamə düzgün tətbiq edilməmişdir. Belə ki, Məhkəmə Kollegiyası şahidlərin yalan ifadələrini həqiqət kimi qəbul edərkən belə bir obyektiv həqiqətə qiymət verməmiş, nəzərə almamış və belə bir suala ca vab almağa çalışmamışdır ki, nə səbəbə görə cavabdeh öz mənzilini 30000 min və 21000 manat borcu olduğu şəxslərə verməmiş, 3000 manat borcu olduğu iddiaçının adına rəsmiləşdirmiş və onun adına keçirmişdir?! Məhkəmə Kollegiyası sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçı məhkəməyə digər daha ağlabatan və inandırıcı, əsaslı şübhələrdən kənar sübut təqdim edə bilməməsi nəticəsinə gələrkən və öz Qətnaməsində Şamaxı rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(074)-182/2017 saylı qətnaməsinə istinad edərkən, qanuni qüvvəyə minmiş həmin qətnamədə istinad edilmiş şahid X6, X8, X1 və X2 ifadələrinə qiymət verməmişdir. Beləki, X9 göstərmişdir ki, Cavabdeh1 İddiaçı1 işlədiyi avtoyuma sexinə gələrək ona bildirmişdir ki, borc aldığı Xaliq, Tahir, Raqib və Ramin adlı şəxslərə 58000 manat bor cu var, ona görə də evini satmaq istəyir. XXX evi almağa razılaşmış və XXXin həmin şəxslərə olan borcunu özü ödəyəcəyinə, evin sənədləşməsinə dair xərcləri XXXin çəkəcəyi barədə razılığa gəlmişlər. XXX razılaşdığı üçün XXXun adına etibarnamə vermiş, təxminən 10 gün sonra evi alqı-satqı yolu ilə XXXin adına rəsmiləşdirmişlər. Bundan sonra XXX XXXin borclu olduğu şəxslərə olan borcunu qaytarmışdır. X4 göstərmişdir ki, XXX və qardaşı İnqilab XXXin yanında ondan 12000 ABŞ dolları borc pul almış, XXX iltizam yazıb ondan 12000 ABŞ dolları və 18000 manat pul almışdır. XXX yaşadığı evi XXXə satmış, XXX isə XXXin ona olan borcunu qaytarmışdır. X5 göstərmişdir ki, XXX tərəfindən ona 10200 manat verilmişdir. Bunun əksi olaraq, cavabdehin öz ifadəsini təsdiq etmək üçün heç bir sübut təqdim etməməsi nəzərə alınmamışdır. Halbuki, AR MPM-nin 77.1 -ci maddəsinə əsasən,hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla da məhkəmə kollegiyası həmin maddənin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Kollegiyası AR MPM-nin 390-cı maddəsinin tələblərini də kobud surətdə pozmuşdur. Həmin maddədə göstərilmişdir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğu n hesab edilmir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Mustafayev Soyanxan İsrafil oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər X7 və X5 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişlər. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəmə si işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və Apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qətnaməsi ləğv olunaraq iş yeni apellyasiya baxışına göndərilməlidir. İlk növbədə qeyd edilməlidir ki, Sumqayıt Apellyasiya Məhkəməsi işə baxılması hədləri ilə bağlı prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Beləki, Şamaxı rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada pulun tutulması qət edilsə də, həmin qətnamədən cavabdehlərdən biriCavabdeh2 apellyasiya şikayəti vermişdir. 1-ci apellyasiya icraatında da məhkəmə qətnaməni onun şikayəti əsasında yoxlamışdır. 2-ci apellyasiya icraatı zamanı qətnamə bütövlükdə hər iki cavabdehə aid hissədə yoxlansa da, məhkəmə belə zərurətin nədən yaranmasını əsaslandırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını apellyasiya qaydasında mübahisələndirməyən hissədə yoxlayıb qiymət verməkdə haqlı olmamış və bununla Azərbaycan Respublikası MP M-nin 372.6-cı maddəsinin tələbini pozmuşdur. Həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Nəzərə almaq lazımdır ki, həmin normada nəzərdə tutulan hallar aşkar olunduğu təqdirdə (qətnamənin bütövlükdə yoxlanması zərurəti) işə baxan apellyasiya instansiyası məhkəməsi belə yoxlamanın aparılması zəruriliyini əsaslandırmalıdır. Hazırkı işdə də, işə baxan məhkəmə hansı səbəbdən digər şikayət verməyən cavabdehə aid hissədə qətnaməni yoxlamasını əsaslandırmalı idi. Azərbaycan Respublikası MPM -nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarında qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız onun mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bundan başqa, 2-ci apellyasiya intansiyası icraatında əvvəlki məhkəmələrdə irəli sürülməyən və baxış predmeti olmayan dəlillər yoxlanaraq onların nəticəsindən asılı olaraq mübahisəyə hüquq i qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.2. maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 2-ci apellyasiya icraatı zamanı məhkəmə cavabdehin ancaq kassasiya şikayətinə yazıdığı yeni dəlilləri araşdıraraq X7 və X3 müstəqil tələb irəli sürməyən şəxs kimi prosesə cəlb edərək onların izahatları əsasında əvvəlki məhkəmə iclaslarında irəli sürülməyən dəlilləri, sübutları araşdıraraq mübahisəyə hüquqi qiymət vermişdir. Onlar yeni dəlillərində iddiaçının istinad etdiyi yazılı qəbzdəki pul məbləğinin əslində eyni zamanda onların verdiyi borc pul məbləği olmasını bildirmiş və cavabdehin həmin pulu onlara artıq ödədiklərini təsdiq etmişlər. Hansıki, əvvəlki məhkəmələrdə, tərəflər arasında bundan əvvəlki digər mübahisələrdə (mənzillə bağlı mülki işdə) belə bir dəlil heç vaxt irəli sürülməmişdi. Həmin mübahisələrdən açıq-aydın bilinirdi ki, iddiaçı həmin qəbzin tərtib olunması ilə 58000 manat pulu cavabdehlərə vermiş və cavabdeh həmin puldan hazırda onun xeyrinə izahatlar vermiş şəxslərə olan borcunu ödəmişdir. Yeni sübutların araşdırılması MPM-nin 372.2. maddəsinə ziddir. Cavabdehlərin həmin dəlili səsləndirməyə kifayət qədər vaxtları və məhkəmə çəkişmələri olmuşdu. Hətta qəbzi imzalayanlardan Cavabdeh2, N.Binyətov, X5, X15 həmin qəbzlərdəki imzaların onlara məxsus olmadığını bildirirdilər, hansıki, məhkəmə baxışı zamanı ekspert rəyi ilə həmin dəlil təkzib olundu. Ümumiyyətlə əvvəlki proseslərdə onlar dinlənilmiş, izahatlar vermiş, mübahisə ilə bağlı fərqli fikirlər bildirmişdilər. Məhkəmə kollegiyası qeyd edir ki, yeni dəlillərin hətta kassasiya instansiyasının qərarında şərh edilməsi özü də əsas verə bilməzdi ki, işə baxan apellyasiya instansiyası məhkəməsi onları MPM-nin 372.2. maddəsinin ziddinə araşdırsın. Çünki yeni dəlillərin irəli sürülməsi faktiki halların yenidən araşdırılmasını tələb edir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli qərarında deyilir ki, MPM-nin kassasiya icraatının mahiyyəti və xüsusiyyətlərinə aid qeyd olunan müddəaları baxımından bu Məcəllənin 420-ci maddəsinin məzmununa görə kassasiya məhkəməsinin yalnız hüququn tətbiqinə dair göstərişlərinin məcburiliyi müəyyən edilmişdir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı1 kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İşə apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3242/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3242/2020
21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver