Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3242/2022 23.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X3 və X7 cavabdeh İddiaçı qarşı iddia tələbləri barədə iş üzrə QƏRARİ iş № 2(102)-3242/2022 (Açar sözlər: əmlakın açıq hərracda satılması və əldə edilmiş vəsaitin paylara uyğun bölünməsi, kooperativ mənzildəki payların naturada bölgüsünü tərəfin xeyrinə artırılması, kompensasiya ödənilməsi) Bakı şəhəri 23 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilo v İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlakın açıq hərracda satılması və əldə edilmiş vəsaitin paylara uyğun bölünməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı kooperativ mənzildəki payların naturada bölgüsünü tərəfin xeyrinə artırılması tələbinə dair qarşılıqlı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X3 və X7 cavabdeh İddiaçı qarşı kompensasiya ödənilməsi tələbinə dair iddialar barədə iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8694/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 23 avqust 2022ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə X3 arasında rəsmi nikah 10 sentyabr 2013-cu il tarixdə pozulmuşdur.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-393/2014 nömrəli iş üzrə xx.xx.2014-cü il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən "xxxx" kooperativinin 157 mənzilinin və 2 nömrəli qarajının ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə X1 payları müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir.
3. AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 127.90 kv.m ümumi sahəsi olan mənzilin (yeni qaydalarla: AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 16, M5, m.3) ½ hissəsi İddiaçı adına 2 mart 2018-ci il tarixdə, ½ hissə si isə Cavabdeh adına 25 iyul 2019-cu il tarixdə qeydiyyata alınmışdır.
4. AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 27.90 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin ½ hissəsi İddiaçı adına 2 mart 2018-ci il tarixdə, ½ hissəsi isə Cavabdeh adına 21 avqust 2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh X2 qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə və daha sonra iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxışı zamanı keçirilmiş tikinti-texniki ekspertizasının rəyinə görə mübahisə li mənzil və qarajın naturada bölünməsi mümkün olmadığından, öz payını cavabdeh tərəfindən alınmasını təklif etmiş, bu baş vermədiyi halda isə mənzilin ilkin satış qiyməti 240000 manat, qarajın isə 26000 manat olmaqla açıq hərracda satılaraq əldə edilmiş vəsaitin hər birinə ½ hissədə bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 2008-ci ildə X3 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan 2 azyaşlı uşağı vardır. 2009-cu ilin aprel ayında "xxxx" MTK-dan Bakı şəhəri Nərimanov rayonu ərazisində, Qarabağ küçəsi, 8 №-li binanın 157 saylı mənzilini 125.000 ABŞ dollara almışlar. Mənzilin alınması ilə əlaqədar bütün danışıqları özü apararaq pulunu da özü ödəmiş, lakin həmin vaxt mənzili həyat yoldaşının adına rəsmiləşdirmişdir. 2010-cu ildə 21000 manata həmin kooperativdən 2 saylı qarajı alaraq arvadının adına rəsmiləşdirmişlər. Lakin sonradan aralarında yaranan münaqişələr nəticəsində nikaha xitam verilmişdir. Cavabdeh ona mənzildə yaşamağa maneçilik yaratdığı səbəbindən məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2014-cü il tarixli qətnaməsi ilə mənzilə və qaraja 1/2 hissədə payı müəyyən edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh yenə də mənzil və qarajdan istifadə etməyə imkan verməmişdir.
7. X3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladlarının məktəbdə yay tətili başlayana qədər işin təxirə salınması və kooperativ mənzildəki payların naturada bölgüsünü onun xeyrinə artırılmasına dair qətnamə qəbu l edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, sözügedən mənzilin dəyərini öz vəsaiti hesabına tam ödəyərək əldə etmiş, mənzilin mülkiyyətçisi kimi adına 032499 nömrəli order verilmişdir. Həmçinin binanın 2 nömrəli qarajının dəyərini də öz vəsaiti hesabına ödəyərək əldə etmişdir. Mənzildə təmir işlərini öz hesabına aparmış, mənzil üçün bələdiyyəyə və MTK-ya aylıq ödənişləri özü həyata keçirmiş, həmçinin birgə nikahdan anadan olan iki övladı onun yanında qalmışdır.
9. İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz edərək, iddia əsassız olduğundan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
10. İddiaçı vəsatəti əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 6508 nömrəli xx.xx.2018-ci il tarixli, ekspert rəyi ilə mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən "xxxx" kooperativinin 157 mənzilinin və evin həyətinin altında yerləşən 2 saylı qarajın mülkiyyətçilərin paylarına uyğun naturada təcrid mənzillər şəklində bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.
11. X1 vəsatəti əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5 fevral 2019-cu il tarixli qərardadı ilə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, "xxxx" MMC tərəfindən keçirilmiş LP-068/19 nömrəli xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, sözügedən mübahisəli mənzil 240000 manat, 2 nömrəli qaraj isə 26000 manat dəyərində qiymətləndirilmişdir. 12. "xxxx" MMC t ərəfindən məhkəməyə ünvanlanmış 27 iyun 2019-cu il tarixli məktuba əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində həmin dövrə analoji mənzillərin 1 kv.m dəyəri 1850-1950 manat, qarajın dəyəri isə 23000-28000 manat ətrafında olmuşdur.
13. X3 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 157 saylı mənzilin və 2 saylı qarajın ½ hissə payını anası Cavabdeh Ağasəfər qızının adına rəsmiləşdirilərək, Daşınmaz əmlakın dövlət reyestri xidmətindən müvafiq çıxarış alınması səbəbindən özünün mülki işdə cavabdeh kimi çıxış etməsinin xitam olunmasını xahiş etmişdir.
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3 oktyabr 2019-cu il tarixli qərardadı ilə İddiaçı iddiasına dair mülki iş üzrə cavabdeh X3 iş üzrə əsl Cavabdeh ilə əvəz edilmişd ir.
15. Bundan sonra X3 və X12 mübahisə predmetinə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində İddiaçı və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sözügedən mənzilin hərraca çıxarıldığı halda onlara qanunvericiliklə nəzərdə tutulmuş kompensasiyanın verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü ilin yanvar ayından o, övladları X4, X5 və atası X12 daimi qeydiyyatda olmaqla mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 157 saylı mənzildə qeydiyyatda olmaqla yaşayırlar. Mənzil hərracda satılsa, onlar mənzildən istifadə etmək hüququndan məhrum edilmiş olurlar.
17. İddiaçı tərəfindən mübahisə predmeti barədə müstəqil tələb sürmüş üçüncü şəxslərin iddiasına dair yazılı etiraz edərək bildirmişdir ki, mübahis əli mənzil birgə nikah dövründə alınmış, sonradan məhkəmə qaydasında paylar müəyyən edilərək 1\2 hissəsi tərəflərin mülkiyyətindədir. Mərziyyə Məmmədovanın həmin mənzilə valideynlərinin qeydiyyata salması onun mülkiyyətinə aid edilmir və onlara hər hansı bir kompensasiya ödənilə bilməz.
18. İddiaçı vəsatətlərinə (təklif) əsasən o, sözügedən mənzil və qarajın ona düşən ½ hissəsinin qarşı tərəfdən alınmasını xx.xx.2018, xx.xx.2019, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə X2 təklif etmişdir.
19. Mərziyyə Məmmədovanın həmin əmlaka olan 1\2 pay hüququ Cavabdeh kecdikdən sonra İddiaçı mənzilə olan payını 120.000 manat, qaraja olan payı isə 10000 manata alınmasını xx.xx.2019-cu il tarixdə Cavabdeh təklif etmişdir.
20. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instan siya məhkəməsi) 2(005)-19/2020 nömrəli iş üzrə 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) ilk iddianın təmin, qarşılıqlı iddianın rədd, mübahisə predmetinə müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiasının rədd edilməsi qət edilmişdir.
21. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı mənzilə olan payını 120.000 manat, qaraja olan payı isə 10000 manata alınmasını Cavabdeh təklif etmiş, lakin sonuncu həmin payların alınmasına yönəldilmiş hər hansı bir iradə ifadəsi nümayiş etdirmədiyinə görə İddiaçı iddiası təmin edilərək, ünvan 1 ünvanında yerləşən "xxxx" kooperativinin 157 mənzilinin ilkin qiyməti 240000 manat, evin həyətinin altında yerləşən 2 saylı qarajın ilkin qiyməti 26000 manat olmaqla açıq hərracda satılaraq əldə olunan v əsait hər birinə ½ hissə olmaqla İddiaçıla Cavabdeh arasında bölünməlidir.
22. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh mübahisəli mənzil və qaraja dair payların naturada bölgüsü zamanı payın onun xeyrinə artırılmasına dair qarşılıqlı iddiası, həmçinin X1 və X7 ünvan 1 ünvanında yerləşən 157 saylı mənzildə qeydiyyatda olmalarına görə mənzil hərraca çıxarıldığı halda onlara qanunvericiliklə nəzərdə tutulmuş kompensasiyanın verilməsinə dair İddiaçı qarşı olan iddiaları rədd edilməlidir. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia və müstəqil tələb irəli sürən şəxslərin iddiasını təsdiq edən hər hansı sübut məhkəmə iclasında təqdim edilməmişdir.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 157.4, 213.1, 220.2-220.6-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-8694/202 1 nömrəli mülki iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Fuad Babayev) Cavabdeh və X3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
27. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması aparılan zamanda qanunvericiliyin tələbləri nəzərə alınmış Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü müddələrinin tələblərinə əməl edilmişdir.
28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.1, 157.4, 213.1, 220.2-220.6-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
29. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, müstəqil tələb irəli sürən üçün şəxslərin iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamədə üçüncü şəxslərin tələbinə dair bir söz belə qeyd olunmamışdır. Məhkəmə mübahisənin həllinə səthi, formal yanaşmı ş, işin hallarını tam araşdırmamışdır. Üçüncü şəxslər mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşamışlar. Onların mənzilə dair istifadə hüququ hansısa sahə ilə məhdudlaşmamışdır. Onlar bütöv mənzildən istifadə etmək hüququna malik olmuşlar. Məhkəmədə də müəyyən olunmuşdur ki, mənzilin real bölünməsi mümkün deyildir. Beləliklə, mənzil hər iki üçüncü şəxsin yaşayış sahəsinə istifadə hüququ ilə yüklü olmuşdur. Mənzilin bir payının mülkiyyətçi tərəfindən digər şəxsə satması bu hüququn ləğv olunması anlamına gəlməmişdir. İlkin İddiaçı və cavabdeg Cavabdeh üçüncü şəxslərin onlara məxsus mənzildə istifadə hüquqlarını tanımışlar. Mülkiyyətçinin dəyişməsi yaşayış sahəsinə istifadə hüququnun itirilməsi anlamına gələ bilməz.
31. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Azə rbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
32. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
33. Şikayət onunla əsaslandırılmışdır ki, qanun payın cavabdehə məhkəmə mübahisəsi çərçivəsində (yəni, məhkəmə mübahisəsi gedə-gedə) öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına təklif olunmasını nəzərdə tutmamışdır. Bu isə dəyişdirilmiş iddia tələbinin həmin vaxt məhkəmə tərəfindən ya qəbul olunmasını mümkünsüz etməli, ya da dəyişdirilmiş iddia tələbinin rədd olunması üçün əsas olmalı idi. Bundan başqa, payın mülki iş üzrə əvvəl cavabdeh olmuş Məmmədova Mərziyyə Yusif qızına təklif göndərilməsi, əsl cavabdeh olan Cavabdeh Ağacəfər qızına da göndərilməsi demək deyildir. Belə olan halda, əsl cavabdehə qanunla nəzərdə tutulmuş təklifin göndərilməməsi onun Konstitusiya ilə qorunan “Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın...” (60.1-602) hüququnun pozulması deməkdir. Əks halda onun belə bir təklif alması barədə iş materiallarında sənəd olmuş olardı. Cavabdeh bildirmişdir ki, iş materiallarında da belə bir sənəd mövcud deyildir. Yazılı bildirişin verilməsi Mülki Məcəllənin imperativ norması olduğundan, bu normanın tələblərinin iddiaçı tərəfindən pozulması qətnamənin ləğvi üçün birbaşa əsas olmalı idi. Lakin apellyasiya instansiyası məhkəməsi həmin hüquq normasına istinad etməmişdir. Eyni zamand a nəzərə alınmalıdır ki, “bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə”, payın təklifinin məhkəmə prosesində verilməsi mülki qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə ki, məhkəmə payın alınmasını müşayət edən orqan deyil, payın alınması təklifi tərəflərin mülki dövriyyədəki hərəkətləridir. Məhkəmələr bu halda yalnız iddia tələbinin qanunvericiliyin tələblərinə uyğun aparılmasını yoxlayıb iddia tələbləri çərçivəsində qətnamə qəbul etməli idilər.
34. Kassator qeyd etmişdir ki, məhkəmə azyaşlıların hüquqlarının qorunması ilə də bağlı hala da heç bir qiymət verməmişdir. Çünki, ata və nənənin evin hərracdan satıldıqdan sonra azyaşlıların yaşayış yeri ilə təmin olunması hüququnun təminatına zəmanət verən heç bir müddəa qətnamənin qət etdi hissəsində öz əksini tapmamışdır. Bu da öz növbəsində uşaq hüquqları ilə bağlı müvafiq maddə, qanun, o cümlədən Uşaq hüquqları Konvendiyasının tələblərini pozmuşdur.
35. Kassator həmçinin qeyd etmişdir ki, MPM-in 9.1, 9.3, 88-ci maddələri ilə təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması hüquqlarının pozulması nəticə etibarı ilə və yuxarıda göstərilmiş maddi hüquq normalarının pozulması ilə bir yerdə ümumən işin həqiqi hallarına əsaslanmayan qətnamə qəbul olunmasına səbəb olmuşdur.
36. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.2, 224.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 88-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 20 -ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
37. İddiaçı X6 (vəkil X8) kassasiya şikayətlərinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
38. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
39. Maddə 29.2. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
40. Madd ə
152. Mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfındən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
41. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
42. Maddə 157.4. Əgər mülki yyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
43. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
44. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
45. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
46. Maddə 220.4. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kom pensasiya ödənilməsi vəzifəsini qoya bilər.
47. Maddə 200.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
48. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli Qərarı 49. "əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyət çi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221 -ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onl arın paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər ü zrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkə məsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətində qətnamə X3 tərəfindən qismən, müstəqil tələb irəli sürən şəxslərin iddiasının təmin olunmayan hissəsində, Cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yo xdur.
60. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
61. X1 və Cavabdeh kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olmas ı MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
62. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
63. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8694/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qə rar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər Ələsgər Əliyev Mehparə Əhmədova İsmayıl Xəlilov