Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3242/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və digərlərinin Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin boşaldılması 05.12.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-654/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Torpağa mülki yyət hüququna dair JN-0056, KOD 61100058 olan Dövlət Aktına əsasən Tərtər rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 22 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və X mülkiyyətinə Tərtər rayonu, Seydimli kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 1.18 ha torpaq sahəsi verilmişdir.
2. Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışa əsasən Tərtər rayonu, Seydimli kəndində yerləşən 1.1804 ha torpaq sahəsi (kənd təsərrüfatı təyinatlı torpaqlar) ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı4 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı qarşı iddia əriz əsi ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-0056 saylı Dövlət aktı əsasında iddiaçılara verilmiş və xüsusi mülkiyyətlərində olan 1.18 ha pay torpaq sahəsindən Cavabdeh çıxarılması və pay torpaq sahəsinin iddiaçıların istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
4. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, əvvəllər maddi imkanları olmadığı üçün torpaqdan lazımınca istifadə edə bilməmişlər. Ona görə də 2008-ci ildə həmin torpaq sahəsini aralarında notarial qaydada alğı-satqı müqaviləsi bağlanmadan, şifahi razılaşmaya əsasən Cavabdeh 800 manata satmışlar. Bu zaman digər ailə üzvlərinin razılığını almamışlar. Həmin vaxtdan sözügedən 1.18 ha torpaq sahəsindən cavabdeh istif adə etmişdir. Hazırda torpaq sahəsini özləri əkib-becərmək istəmişlər. Ona görə də cavabdehdən həmin torpaq sahəsindən çıxmasını tələb etmişlər. Lakin, cavabdeh sözügedən torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. Cavabdeh həmin torpaq sahəsindən könüllü şəkildə çıxmadığı üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh sözügedən torpağa görə onlara 6200 manat deyil, 800 manat pul vermişdir. Həmin 800 manat pulu qaytarmağa razı olduqlarını qeyd etmişlər.
5. Əliyev X2 X, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən şifahi razılaşma əsasında ona satmış olduqları 1.18 ha pay torpaq sahəsinin ondan alacaqları təqdirdə 6.200 manat məbləğində pulun İddiaçı1 və qeyrilərindən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edi lməsini xahiş etmişdir.
6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddiaçıları qonşu kənd sakini kimi əvvəlcədən tanımışdır. Sözügedən 1.18 ha torpaq sahəsini aralarında notarial qaydada alğı-satqı müqaviləsi bağlanmasa da, İddiaçı1 2015-ci ildə həmişəlik almışdır. 6000 manata razılaşsalar da, İddiaçı1 4800 manat pul vermişdir. Bundan başqa torpağa 1000 manatdan çox peyin vermişdir. Həmin vaxtdan sözügedən torpaq sahəsini özü istifadə etmişdir. Ona görə də məhkəmədən ilkin iddianın rədd edilməsi, ilkin iddianın təmin edildiyi təqdirdə isə qarşılıqlı iddianın da təmin edilməsi və torpağa görə İddiaçı1 nağd şəkildə verdiyi, eləcə də torpağa çəkdiyi xərcə görə ümumilikdə ilkin iddiaçılardan 6200 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi r.
7. Tərtər Rayon Məhkəməsinin 2(061)-1192/2023 nömrəli iş üzrə 7 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Tahir Qubadov) ilk iddianın təmin edilərək, Cavabdeh Torpağa mülkiyyət hüququna dair JN-0056, KOD 61100058 olan Dövlət Aktı əsasında İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 verilmiş və xüsusi mülkiyyətlərində olan 1.18 ha pay torpaq sahəsindən çıxarılması və həmin pay torpaq sahəsinin ilk iddiaçıların istifadəsinə qaytarılması, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 müştərək qaydada 800 manat pulun alınaraq Cavabdeh verilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ilkin iddiaçılar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinin tələblərinə əsasən hazırkı iddianı verməkdə subyekti v hüquqa malik olmuş və qarşılıqlı iddiaçıdan sözügedən torpaq sahəsindən çıxmasını tələb etməklə öz iradələrini ifadə etmişlər.
9. Məhkəmə qeyd etmişdir ki, ilkin iddiaçılar məhkəmə iclasında ilk iddianı əsaslandıra bilsələr də, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddianı heç nə ilə əsaslandıra bilməmişdir. Onun ilkin iddianın rədd olunması və qarşılıqlı iddianın müdafiəsinə dair izahatı ilkin iddiaçıların izahatı ilə yanaşı, şahid ifadəsi və yazılı sübutlarla tam şəkildə təkzib olunmuşdur. Qarşılıqlı iddiaçı Cavabdeh ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etsə də, sözügedən torpağın alğı-satqısına dair notarial qaydada bağlanmış müqaviləni və dəlillərinin əsaslı olmasına dair hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
10. Məhkəmə qe yd etmişdir ki, tərəflər (İddiaçı1 və Cavabdeh) arasında bağlanmış alğı-satqı müqaviləsi notariat qaydasında bağlanmamışdır. Bu hal Mülki Məcəllənin 337.1ci maddəsinə əsasən həmin müqavilənin etibarsızlığına səbəb olmuşdur.
11. Məhkəmə araşdırması zamanı qarşılıqlı iddiaçı Cavabdeh sözügedən torpaq sahəsinin əkin üçün hazırkı vəziyyətə gətirilməsinə görə 1000 manat xərc çəkməsi (peyin verməsi) və torpaq sahəsinin alğı-satqısına görə ilkin iddiaçılara 4800 manat pul verməsi müəyyən olunmamışdır. Hər bir halda Cavabdeh bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.
12. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Mülki Məcəllənin 144, 213, 386, 389, 390, 394, 406-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A zərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi barədə vəsatət versə də, məhkəmə ümumiyyətlə vəsatətə hüquqi qiymət verməmiş və əhəmiyyətli halı aydınlaşdırmamışdır. İş materillarına əlavə etdiyi mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən JN-0056 saylı, KOD 61100058 saylı Dövlət Aktının əslinin arxa tərəfində xx.xx.2004-cü il tarixdə Seydimli kənd İcra Nümayəndəsinin möhürü ilə təsdiq edilmiş hazırkı iş üzrə iddiaçılarla X4 arasında bağlanmış alğı-satqı müqaviləsindən görünmüşdür ki, sözügedən torpaq sahəsi 3000 ABŞ dollarına Asif Məmmədova satılmışdır. Sadaladığı hallar onu sübut etmişdir ki, hazırkı iş üzrə iddiaçılar bir neçə şəxsə eyni torpaq sahəsini satmaqla, qanunsuz qazanc əldə etmişlər. Həm də həmin torpağın dəyəri 2004-cü ildə 3000 ABŞ dolları təşkil edirsə, onda həqiqətən də 2015-ci ildə torpağın dəyəri ən azı 4800 manat təşkil etməli idi. Həmin torpaq sahəsini aldıqdan sonra, xeyli işlər görərək əlavə 400 manat xərci çıxmışdır. Torpaq sahəsinin alğı-satqısı üçün onun verdiyi pul vəsaitinin qaytarılmasını, onun həmin torpaq sahəsindən çıxmağı ilə eyni zamanda icra edilməsi barədə qətnamədə hər hansı qeyd qoyulmamışdır. İş üzrə əhəmiyyət kəsb etdiyindən torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməli, bundan başqa ilk iddiaçılardan onun xeyrinə 6200 manat pul vəsaiti tutulmalıdır.
15. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-654/2024 nömrəli mülki iş üzrə 13 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Ədil Məmmədov və Rəhman Muradov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Tərtər Rayon Məhkəməsinin 2(061)1192/2023 nömrəli, 7 noyabr 202 3-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. İlk iddia tələbinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər (İddiaçı1 və Cavabdeh) arasında bağlanmış alğı-satqı müqaviləsi şifahi formada olmuş və notarial qaydasında təsdiqlənməmişdir. Belə olan halda Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin müqavilənin etibarsızlığına səbəb olmuşdur. Bundan əlavə, ilk iddia üzrə iddiaçılar mübahisəli torpaq sahəsinin mülkiyyətiçisidirlər və onların mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir.
18. Qarşılıqlı id dia tələbinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, bu tələb üzrə sübutetmə yükü Cavabdeh üzərinə düşmüşdür. İddia tələbi sübutların çatışmazlığı nöqteyi-nəzərindən əsassız olmuşdur. Cavabdeh iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
19. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 139, 144, 152, 157, 213, 239, 324, 337, 394, 406-cı maddələrinə, Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354- cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbin rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin iddiaçılar məhkəmələrdə yanlış ifadə vermiş və tərəfindən torpağın alınması haqqı kimi onlara ödənilmiş 4800 manat məbləğində pulu guya cəmi 800 manat kimi bildirmişlər. Məhkəmələr bu halı araşdırmamış və ona ödənilməli olan məbləği cəmi 800 manat olara q müəyyən etmişlər. Hər iki məhkəmə niyə 4800 manat deyil, 800 manat olmalı olduğunu qərarlarında izah edə bilməmişlər. Mübahisəli torpaq sahəsinin 1.18 ha olduğu qeyd edilmişdir. Torpaq sahəsinin koordinatlarının tam müəyyən edilməsi barədə vəsatət versə də, ümumiyyətlə bu vəsatətə hüquqi qiymət verilməmişdir. Digər tərəfdən torpağın qiymətinin müəyyən edilməsi barədə məhkəmə heç bir halı araşdırmamışdır. Belə ki, məhkəmə ekspertiza təyin etməli və 2015ci il tarixdə orta 1.18 ha torpağın orta bazar qiymətini müəyyən etməli idi. Onun və qarşı tərəfin verdiyi ifadələrin heç birinin sübut kimi bir-birindən hüquqi üstünlüyü olmamışdır. Lakin məhkəmələr qərar qəbul edərkən iddiaçıların verdiyi ifadəni birbaşa əsas sübut kimi qəbul etmiş və onun ifadəsinə əhəmiyyət verməmişlər. Halbuki, əgər ifadələr arasında ziddiyyət varsa və birinin digərinə üstünlüyünü təsdiq edən hər hansı digər sübut yoxdursa, bu zaman məhkəmə orta bazar qiymətinə uyğun qiymət müəyyən etməli və ekspertiza təyin edərək, ekspert rəyini əsas götürməli idi. Bundan başqa iş materiallarına əlavə etdiyi Tərtər Rayon Məhkəməsinin 2(061)-365/2010 saylı, xx.xx.2010-cu il tarixli məhkəmə qətnaməsindən görünmüşdür ki, X1 tələbi təmin edilməsə də, eyni torpaq sahəsi barəsində aralarında olan mübahisə təkzibedilməz olmuşdur. Həmin vaxt X hazırkı iş üzrə iddiaçılara verdiyi 800 ABŞ dollarını, indi də bu işdə guya onlara cəmi 800 manat verməsi kimi deyib məhkəməni yanıltmağa nail olmuşlar. xx.xx.2022-ci il tarixdə İddiaçı1 ona etibarnamə, bütün ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surətlərini, X adlı qızının nikah ha qqında şəhadətnaməsini, oğlu X ölüm haqqında şəhadətnaməsini, Tərtər Rayon Polis şöbəsi tərəfindən verilmiş Torpaq Aktının itməsi barədə xx.xx.2021-cü il tarixli arayışını və 7 saylı Daşınmaz Əmlak İdarəsindən xx.xx.2021-ci il tarixli arayışını təqdim edərək, həmin sənədlərin qaydaya salınmasını istəmiş və o, bütün bu sənədləri qaydasına salmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı1 kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
23. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
24. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
25. Maddə
60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
26. Maddə
72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan R espublikasının Mülki Məcəlləsi
27. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
28. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanl ışlığı üçün məsuliyyət daşıyır.
29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
30. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
31. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şə xslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
32. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
33. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
34. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarı
35. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı bir məcburi forma nəzərdə tutulmadığına görə əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər.
36. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisələndirməsi hallarında etibarsızlığı nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi andan həmin əqd mübahisələndirilmiş olur.
37. Mübahisə edilən əqdlərdə tər əfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
46. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normaları nın tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
47. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, qarşılıqlı iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
48. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, ilkin iddiaçılar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinin tələblərinə əsasən hazırkı iddianı verməkdə, habelə Cavabdeh mübahisəli torpaq sahəsindən çıxarılmasını tələb etməkdə müvafiq subyektiv hüquqa malik olmuşdur.
49. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar məhkəmə iclasında ilk iddianı əsaslandıra bilsələr də, Cavabdeh qarşılıqlı iddianı heç nə ilə əsaslandıra bilməmişdir. Onun ilkin iddianın rədd olunması və qarşılıqlı iddianın müdafiəsinə dair izahatı ilkin iddiaçıların izahatı ilə yanaşı, şahid ifadəsi və yazılı sübutlarla tam şəkildə təkzib olunmuşdur. Cavabdeh ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etsə də, sözügedən torpağın alğı-satqısına dair notarial qaydada bağlanmış müqaviləni və bu barədə dəlillərinin əsaslı olmasına dair hər hansı mötəbər yazılı sübutları məhkəməyə təqdim etməmişdir. Bu hal isə Mülki Məcəllənin 337.1-c i maddəsinə əsasən həmin müqavilənin etibarsızlığına səbəb olmuşdur.
50. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, o sözügedən torpaq sahəsinin əkin üçün hazırkı vəziyyətə gətirilməsinə görə 1000 manat, digər məqsədlər üçün 400 manat olmaqla, xərc çəkməsini və torpaq sahəsinin alğı-satqısına görə iddiaçılara 4.800 manat pul verməsini iddia etsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.
51. Göründüyü kimi, tərəflər arasında mübahisəli torpaq sahəsinə dair alğı-satqı müqaviləsi şifahi formada bağlanmış və notarial qaydasında təsdiqlənməmişdir. Bundan əlavə, iddiaçılar mübahisəli torpaq sahəsinin mülkiyyətiçisidirlər və onların mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu ma ddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir.
52. Qarşılıqlı iddia tələbinə münasibətdə isə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, bu tələb üzrə sübutetmə yükü Cavabdeh üzərinə düşmüşdür, lakin o, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda qarşılıqlı iddia ərizəsi sübutların çatışmazlığı nöqteyi-nəzərindən əsassız olmuşdur və birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
53. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi Cavabdeh kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəllilərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlillərin təkrar araşdıralmasına lüzum yoxdur. Apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 mart 2024-cü il tarixli, 2(104)-654/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.